Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-327/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi X4, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxslərin və mülki javabdehlərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər və mülki javabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3- 2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 177.2.4-cü maddələri, xx xxxxxxxx 1997-ci Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, H.Əliyev prospekti, 155 ünvanda qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 oktyabr 2019-cu il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “X10 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 1 saylı X13 Stansiyasına məxsus anbarın açıq olan qapısından qanunsuz olaraq içəri daxil olub, anbardan 5 ədəd, bir ədədinin dəyəri 6 manat olan 30 manat dəyərində 3612 markalı yastıq, 9 ədəd, bir ədədinin 6 manat olan 54 manat dəyərində 3615 markalı yastıq, 2 ədəd, bir ədədinin 9 manat olan 18 manat dəyərində 3616 markalı yastıq, 2 ədəd, bir ədədinin dəyəri 85 manat 9 qəpik olan 170 manat 18 qəpik dəyərində 50x16 markalı siyirmə və bir ədəd 145 manat dəyərində 43 mm markalı qıfıl dayağını gizli olaraq talayıb, zərərçəkmiş şəxs “X10 Kompani S.A" şirkətinə ümumilikdə 417 manat 18 qəpik məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 dekabr 2019-cu il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən “X10 Kompani S.A” şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 1 saylı X13 Stansiyasının 1607 nömrəli işlək vəziyyətdə olan neft quyusunun 161 manat 60 qəpik dəyərində 20 metr uzunluğunda KPBK 90 3 x 10 mm markalı dövlət əhəmiyyətli hesab edilən elektrik kabelini yerdən tapdığı daş parçası ilə vurub kəsərək, gizli olaraq talayıb, zərərçəkmiş şəxs “X10 Kompani S.A” şirkətinə ümumilikdə 161 manat 50 qəpik məbləğdə maddi ziyan vuraraq, dövlət xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 fevral 2020-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən "X10 Kompani S.A" şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 2 saylı X13 Stansiyasının məxsus RO-104 aylı neft quyusuna gələn, bir metri 10 manat 57 qəpik olan KPBK 90 3x16 markalı kabelin 35 metrini yerdən tapdığı daş parçası ilə vurub kəsərək gizli olaraq talayıb, zərərçəkmiş şəxs "X10 Kompani S.A” Şirkəyinə ümumilikdə 396 manat 95 qəpik məbləğdə maddi ziyan vuraraq, dövlət xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə adı istintaqa Bəhruz kimi məlum olan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq, 19 mart 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “Suraxanı OYL Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 4 saylı X13 Stansiyasının 967 manat dəyərində, hər birinin uzunluğu 10 metr olan 14 ədəd 73 mm-lik boruları kəsib avtomobilə yükləyən zaman, şirkətin əməkdaşlarının gəlməsini görüb oradan qaçaraq, öz iradəsindən asılı olmayan səbəblərdən cinayətini başa çatdıra bilməyərək, oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 iyun 2020-ci il tarixdə, saat 01 radələrində "X10 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 1 saylı X13 stansiyasına məxsus 1455 saylı Neft quyusu yaxınlığında yerləşən 6 nömrəli birqadanın istifadəsində olan köşkün qapısının klidini sındıraraq, qanunsuz olaraq içəri daxil olub, içəridəki yeşiyin dəmir qıfılını sındırıb, bir ədədinin dəyəri 65 manat olan üç ədəd 195 manat dəyərində zəncirli açar, bir ədədinin dəyəri 220 manat olan 4 ədəd 880 manat dəyərində 60 mm tez bağlanan qayka, bir ədəd 120 manat dəyərində 73 ınm şarnirli boru açarı, bir ədəd 230 manat dəyərində 1 14 mm boru açarı, bir ədəd 94 manat dəyərində 12-36 mm qayka açar dəsti, bir ədədinin dəyəri 27 manat olan iki ədəd 54 manat dəyərində lom, bir ədəd 8 manat dəyərində 0,8 kq çəkic, bir ədəd 18 manat dəyərində 3 kq kuvald, bir ədədinin dəyəri 6 manat 50 qəpik olan iki ədəd 13 manat dəyərində bel düz, bir ədədinin dəyəri 4 manat olan iki ədəd 8 manat dəyərində M 27 L 130 markalı bolt, bir ədədinin dəyəri 10 manat olan 9 ədəd 90 manat dəyərində 25 mm kanat sıxanı gizli olaraq talayıb, "X10 Kompani S.A" Şirkəyinə ümumilkidə 1710 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 oktyabr 2020-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən “X10 Kompani S.A” şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 1 saylı X13 Stansiyasının ərazisində olan 1607 saylı neft quyusuna gələn bir metrinin dəyəri 8 manat 50 qəpik olan, ümumilikdə dəyəri 255 manat olan 30 metr KPBK 90 3x10 markalı dövlət əhəmiyyətli hesab edilən elektrik kabelini üzərində olan balta ilə vurub kəsərək, gizli olaraq talayıb, zərərçəkmiş şəxs “X10 Kompani S.A” MMC-yə ümumilikdə 255 manat məbləğdə maddi ziyan vuraraq, dövlət xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində "X10 Kompani S.A” şirkətinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi magistral yolun üzərində yerləşən hava və kollektor üzərində quraşdırılmış 434,53 manat dəyərində dövlət əhəmiyyətli 50 metr 114 mm-lik kompressor borularını sındırılaraq gizli olaraq talayıb, MMC-yə ümumilikdə 434 manat 53 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 noyabr 2020-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində olan “X10 Kompani S.A” Şirkətinin 1 saylı X13 Stansiyasının ərazisində yerləşən 822 saylı neft quyusuna birləşən 127 manat 50 qəpik dəyərində olan 15 metr uzunluğunda KPBK-90 3x10 mm-lik dövlət əhəmiyyətli hesab edilən elektrik kabelini kəsməklə gizli olaraq talayıb, MMC-yə ümıımilkidə 127 manat 50 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyrirəsmi yaşadığı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan iki nəfər şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 01 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci il tarixədək olan müddət ərzində gecə saatlarında ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin həyətyanı sahəsinə çəkilmiş daş hasardan qanunsuz olaraq başqa saxlnc yerinə həyətə daxil olaraq, həyətdəki anbarın qapısının qıfılını və pəncərəsini sındırıb içəri daxil olmuş və MMC-yə məxsus, ümumilikdə dəyəri 9000 manat olan, bir ədədinin uzunluğu 1 metr, eni 40 sm olan mis listləri hissə-hissə olaraq və bir ədəd 100 manat dəyərində əl arabasını gizli talayıb, MMC-yə ümumilikdə 9100 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 və istintaqa məlum olmayan iki nəfər şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 01 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci il tarixədək olan müddət ərzində gecə saatlarında ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin həyətyanı sahəsinə çəkilmiş daş hasardan qanunsuz olaraq başqa saxlnc yerinə həyətə daxil olaraq, həyətdəki anbarın qapısının qıfılını və pəncərəsini sındırıb içəri daxil olmuş və MMC-yə məxsus, ümumilikdə dəyəri 9000 manat olan bir ədədinin uzunluğu 1 metr, eni 40 sm olan mis listləri hissəhissə olaraq və bir ədəd 100 manat dəyərində əl arabasını gizli talayıb, MMC-yə ümumilikdə 9100 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, küçələrdən dəmir və sair əşyaları toplayıb satmaqla pul əldə etmişdir. O, iş üzrə digər Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və münasibəti yaranmış, münasibətləri yarandıqdan sonra Aytacla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışlar. Küçələrdən topladığı metalı Suraxanı qəsəbəsi, Qaraçuxur qəsəbəsində yerləşən metal alqı-satqısı ilə məşğul olan Nail adlı şəxsə və Bakı Metropolitenin “Ulduz" stansiyası yaxınlığında olan Vəli adlı şəxsə satmışdır. Son zamanlar maddi cəhətdən dolanışığında çətinliklər yarandığı üçün oğurluq etməyə qərarına gəlmiş, bunun üçün də oğurluq etmək üçün münasib yer axtarmağa başlamışdır. ünvan 3 ünvanda yerləşən “S.STELL COMPANY" MMC-də qiyməti əşyalar olmasını güman etmiş və oradan oğurluq etməyi qərarlaşdırmışdır. Bu barədə qeyri-rəsmi yaşadığı Aytac Abdııllayevaya xəbər vermiş və o, da birlikdə oğurluq etməyi razılıq vermişdir. 31 dekabr 2020-ci il tarixdə, gecə saatlarında yaşadığı evdə Aytac ilə söhbət etmişdir. Həmin vaxt Aytaca bildirmişdir ki, bayram ilə əlaqədar MMC işləmir, bu gün oğurluq etmək rahat olar. Bundan sonra onlar oğurluq etmək üçün MMC-nin daş hasarının yaxınlığına gəlmişlər və ətrafa baxmışlar. Artıq 01.01.2021-ci il tarixə keçdiyi üçün sakitlik olmuş və ətrafda heç kim olmamış, o, ilkin olaraq daş hasarın üzərinə çıxmış və həyətə baxmış, heç kəsin olmadığını görüb, Aytaca işarə etmişdir. O, daş hasardan həyətə düşmüş, arxasınca Aytac da həyətə düşmüşdür. Onlar birlikdə MMC-də olan çoxsayda listlərin bir qismini götürüb MMC-nin qapısını açıb çölə çıxarmış və oradan uzaqlaşmışdır. Həmin günü onlar listləri tanıdığı Nail adlı şəxsin metal alqı-satqısı məntəqəsinin yaxınlığına gətirib orada gözləmişdir. Belə ki, məntəqə bağlı olmuş, saat 10 radələrində məntəqə açıldıqda Aytac çöldə gözləmiş, o, isə listləri götürüb məntəqənin içərisinə aparmışdır. Orada listləri Nailə göstərib, onların özünə məxsus olmasını bildirməklə, satdığını demişdir. Nail listlərə baxmış və onların mis olmasını deyib, tərəzi ilə çəkmişdir. Mis məmulatın həmin dövrə olan alış qiymətini Nail ona bildirmiş və çəkisi ilə əlaqədar xatırlamadığı məbləği vermişdir. O, pulu götürüb oradan çıxmış, həmin vaxta qədər küçələrdən metal toplayıb Nailə bir neçə dələ dəmir satmışdır. Nail tanıdığı üçün, ondan sənəd tələb etməmişdir. Əldə etdiyi pulla yaşadığı evə ərzaq məhsulları almış və bir neçə gün ərzində xərcləmişdir. Nöbəti dəfə 04 yanvar 2021-ci il tarixdə, saat 02-03 radələrində o, Aytacla razılaşıb, yenidən oğurluq etmək üçün həmin MMC-nin hasarının yanına gəlmişlər. İlk dəfə olduğu kimi yenidən hasardan Aytacla içəri daxil olmuşdur. Aytac mis listlərdən götürüb oradaki arabaya yükləyib və MMC-nin qapısını açıb, çölə çıxarmışdır. O, yolun kənarında dayanıb, yolla keçən markasını və dövlət qeydiyyat nişanlı avtomobili saxladıb, listləri avtomobilin arxa yük yerinə yükləmişdir. O, taksi avtomobilinə listlərin özünə məxsus olmasını bildirmiş, taksi sürücüsünə Bakı Metropolitenin “Ulduz" stansiyası yaxınlığına aparmasını xahiş etmişdir. Ora çatdıqda, sürücüyə yolu göstərib, Vəlinin məntəqəsinin yaxınlığına gəlmişdir. Orada listləri avtomobildən düşürüb, taksi sürücüsünə yol haqqını vermiş və o, çıxıb getmişdir. Aytacla dayanıb gözləmişdir ki, məntəqə açılsın. Saat 10 radələrində Vəli gəlmiş və məntəqəni açmışdır. Vəli listlərə baxıb haradan almasını soruşmuş, o, sonuncuya listin özünə məxsus olmasını demişdir. Vəli listləri tərəzi ilə çəkdikdən sonra xatırlamadığı məbləğə ona vermiş və o, pulu alıb, Aytacla çıxıb getmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Növbəti dəfə həmin MMC-dən 16.01.2021-ci il tarixdə oğurluq etmişdir. Belə ki, 16 yanvar 2021-ci il tarixdə, saat 03 radələrindədə o, yenidən Aytacla oğurluq etmək üçün həmin MMC-yə getmişdir. Ora çatdıqda, yenə də ilkin olaraq o, sonra isə Aytac daş hasardan həyətə daxil olmuşlar. Həyətədə düşdükdən sonra yenə də orada olan listləri götürüb, qapıdan çölə çıxarmışdır. Həmin günü onlar listləri tanıdığı Nail adlı şəxsin metal-alqı satqısı məntəqəsinin yaxınlığına gətirib, orada gözləmişlər. Belə ki, məntəqə bağlı olmuş, saat 10 radələrində məntəqə açıldıqda Aytac çöldə gözləmiş, o, isə listləri götürüb, məntəqənin içərisinə aparmışdır. Orada listləri Nailə göstərib, onları özünə məxsus olmasını bildirməklə satdığını demişdir. Nail listlərə baxmış və mis olmasını deyib, tərəzi ilə çəkmişdir. Mis məmulatın həmin dövrə olan alış qiymətini Nail ona bildirmiş və çəkisi ilə əlaqədar xatırlamadığı məbləği vermişdir. O, pulu götürüb, oradan çıxmışdır. O, Aytacla birlikdə yaşadığı evə gəlmiş və əldə etdiyi pul vəsaitini xərcləmişdir. O, bir daha da oğurluq etməmişdir. O, törətmiş olduğu oğurluğu qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə etmiş, onlara hadisəni törədən zaman zaman başqa heç kim iştirak etməmiş və kömək etməmişdir. Aytac ilə həmin MMC-dən sayını xatırlamadığı mis listləri oğurlamışlar. Aytac ilə mis listlərin hamısını bir dəfəyə oğurlaya bilməmiş, belə ki, listlərin hamısını götürməyə gücləri çatmamış və uzun müddət vaxt lazım olmuş, eyni zamanda onları görən ola bilərdi. Ona görə də mis listləri bir neçə dəfəyə oğurlamışlar. Listlərin özünə məxsus olmasını bildirib satmış, Nail və Vəli onu tanıdığı üçün inanmışlar. Cinayət yolu ilə ələ keçirdiyi listəri apardığı arabanı MMC-dən götürmüş və arabanı metal kimi listləri satan zaman satmışdır. ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-dən listləri MMCnin həyətində olan anbardan oğurlamışlar. Belə ki, anbarın qapısının qıfılını və pəncərəsini sındırıb içəri girmişlər. MMC-dən oğurluq edən zaman orada olmuş iki nəfər kişinin adlarını bilmir və onlar barəsində heç nə qeyd etmək istəmir. İttiham aktında göstərilən digər oğurluqluqları isə o, etməmişdir. Törətdiyi əməldən peşmandır. Jinayət işi üzrə “X10 Kompani S.A” Şirkətinin verdiyi iddia tələbini qəbul etmədiyini bildirmişdir. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 23.01,2014-cü ildə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə jəzasına məhkum edilmişdir. Cəzasını çəkib, 26.12.2018-ci il tarixdə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra isə müxtəlif işlərlə məşğul olmuşdur. Belə ki, küçələrdən dəmir və sair əşyaları toplayıb satmaqla pul əldə etmişdir. Azadlığa çıxdıqdan sonra o, iş üzrə digər Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və münasibətləri yaranmış, münasibətləri yarandıqdan sonra Aytacla qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışlar. O, küçələrdən topladığı metalı Suraxanı qəsəbəsi, Qaraçuxur qəsəbəsində yerləşən metal alqı-satqısı ilə məşğul olan Nail adlı şəxsə və Bakı Metropolitenin “Ulduz" stansiyası yaxınlığında olan Vəli adlı şəxsə satmışdır. Maddi cəhətdən dolanışığında çətinliklər yarandığı üçün oğurluq etməyə başlamışdır. Oğurluqları “Suraxanı OYL Opereyşn Kompani S.A" şirkətinə məxsus ərazilərdən etmişdir. Belə ki, o, şirkətə məxsus dəmir məmulatları oğurlamış və qeyd etdiyi şəxslərə satmışdır. 08 oktyabr 2019-cu il tarixdə, saat 01 radələrində o, evdən çıxmışdır ki, münasib yer tapıb oradan qiymətli əşya tapıb oğurlasın. Yaşadığı mənzildən çıxıb Bülbülə qəsəbəsinə kimi piyada gəlmiş və oğurluq etmək üçün yer tapa bilməmişdir. Çox yerlərə baxmış, lakin uyğun olmamışdır. Saat 03 radələrində Bülbülə qəsəbəsində ünvanını bilmədiyi yerdə anbar kimi bir yer görmüşdür. Anbarın ətrafında çoxsayda dəmirlər və sair əşyalar olmuşdur. Həmin dəmirlər ağır və böyük olmuş, dəmirləri oğurlamaq niyyətində olmamış, anbarda qiymətli əşyalar olmasını fikirləşmiş və içərisinə baxmışdır. Belə ki, anbarın kiçik plastikdən pəncərəsi olmuş, içərisində və ətrafda heç kim olmamışdır. Həmin ərazi çöllük olmuş və yaxınlığında yaşayış evləri olmamışdır. Yaşayış evləri anbardan uzun məsafədə aralıda yerləşmişdir. Həmin anbarın qarşısına gəlib dayanmış və içəri necə girəcəyinə baxmışdır. Anbarın qapısının üzərində dəmir barmaqlığı olmuşdur. İlkin olaraq qapıya yaxınlaşmışdır ki, qapının açıq olub-olmamasını yoxlasın, həmin vaxt görmüşdür ki, qapı açıqdır. İçəri daxil olub üzərində olan alışqanı çıxarıb, arxasında olan işığını yandırıb axtarmağa başlamışdır. Anbardan sayını bilmədiyi qədər yastıqlar, siyirmə və qıfıl dayağı götürüb, ağ rəngli kisənin içərisinə yığmış və kisəni çiyin nahiyəsinə qaldırıb oradan uzaqlaşmışdır. Həmin günü oğurladığı əşyaları saat 05 radələrində evinə gətirmiş və həyətə qoymuşdur ki, hava açıldıqda, onları satsın. O, evdə yatmış və saat 13 radələrində yuxuda oyanıb həyətə çıxmış, sonra isə yaşadığı evdən çıxıb mərkəzə getmişdir ki, taksi avtomobili tapsın. Evdən bir neçə metr getdikdən sonra dövlət qeydiyyat nişanına baxmadığı və markasını bilmədiyi ağ rəngli taksi avtomobili gəlməsini görmüş və əli ilə işarə edib saxlatmışdır. Həmin avtomobilin tavan hissəsində taksi işarəsi olmuşdur. Taksi sürücüsü onun tapşırığı ilə evinin qarşısına gəlmiş, avtomobildən düşüb evdə olan oğurladığı əşyaları və digər özünə məxsus küçələrdən yopladığı lazımsız dəmirləri götürüb avtomobilin arxa yük yerinə qoymuş, Bakı Metropolitenin “Ulduz” stansiyası yaxınlığına gəlmiş və avtomobildən düşüb, sürücünün pulunu verib, kisəni arxa yük yerindən götürmüş və yaxınlıqda olan tanıdığı Vəli adlı şəxsini işlədiyi məntəqəyə daxil olmuşdur. Kisənin içərisindən oğurladığı əşyaları çıxarıb Vəliyə göstərmişdir. Vəli dəmirləri çəkib qiymətləndirmiş və almışdır. Vəlidən xatırlamadığı məbləğdə pul alıb, oradan çıxmış və yaşadığı evə gəlmiş, əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa o, 29 dekabr 2019-cu il tarixdə, gecə saatlarında yaşadığı evdən çıxaraq piyada yol getməyə başlamış, yol boyu haradan oğurluq edəcəyini fikirləşmiş və müəyyən yerlərə baxmış, lakin əlverişli şərait və uyğun yer tapa bilməmişdir. Bu zaman o, Bülbülə qəsəbəsinin Samir Əliyev küçəsindən keçən zaman neft quyularına gedən qurğularına işləməsi üçün gedən kabel görmüşdür. Həmin kabelin içərisində olan elektrik naqilinin mis və yaxud aliminum olmasını, həmin məmulatı təmizləyib sataraq pul əldə edə biləcəyini fikirləşmişdir. Lakin üzərində həmin naqili kəsmək üçün heç bir kəsici alət olmamışdır. O, nə edəcəyini bilməmiş, kabel işlək vəziyyətdə olduğundan qorxmuş, buna görə də elektrik keçirməyən alət lazım olmasını başa düşmüşdür. O, yerdən böyük daş tapmış və həmin daşla çox sayda kabelin bir tərəfindən vuraraq, həmin hissəsini əzərək ayırmış, sonra bir tərəfdən də kəsmək lazım olmuşdur ki, naqil ayrılsın və götürə bilsin. Həmin daşla naqilin digər tərəfindən eyni üsulla dəfələrlə vurmuş və naqili kəsmişdir. Həmin naqili götürüb oradan uzaqlaşıb, yaşadığı evə gəlmişdir. Naqili evin həyətində gizlətmişdir ki, görən olmasın. O, gecəni evdə yatmış və səhər açıldıqda, saat 12 radələrində yuxudan oyanmışdır. Həyətdə naqili çxıarıb üz hissəsini təmizləmiş və bir neçə hissəyə bölərək topalaşdırmışdır. Sonra naqili götürüb tanıdığı Nail adlı şəxsin işlədiyi məntəqəyə gəlmişdir. Məntəqənin içərisində Nailə yaxınlaşıb, elektrik naqilini ona vermişdir. Nail naqili tərəzi ilə çəkmiş və qiymətləndirib pulunu vermişdir. O, pulu alıb oradan çıxmış, əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa o, 21 fevral 2020-ci il tarixdə, gecə saat 00 radələrində yaşadığı evdən çıxaraq Bülbülə qəsəbəsinə gəlmişdir ki, oğurluq etsin. Belə ki, Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində neft quyuları olduğunu bilmiş, oradan elektrin naqili və dəmir görmüşdür. Saat 03 radələrində Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində çöllük sahəsində, yəni yaşayış evlərdən aralıda yerləşən qazma avadanlıqlarının olduğu yerə gəlmişdir. Yerdə çoxsaylı dəmir məmulatlar və borular olmuşdur. Lakin həmin dəmirləri oğurlamaq istəməmişdir. Qazma avadanlıqlarının işlək vəziyyətə gəlməsi üçün olan naqil diqqətini çəkmişdir. Naqilin içərisində aliminum və mis olmasını fikirləşmiş, həmin naqilin bir qismini kəsərək, satıb pul əldə edəcəyini güman etmişdir. Ətrafa baxmış və heç kim olmamışdır. Yaşayış evləri aralıda olmuş və hər kəs yatmışdır. Naqildə elektrik olmacağını ehtimal edib, elektrik keçirməyən əşya tapmaq qərarına gəlmişdir. Ətrafı axtarmış və mişar daşı tapmışdır. Mişar daşını kəsici hissəsi, yəni tili ilə elektrik naqilinə bir eçə dəfə vurub əzmiş və sonra bir tərəfini kəsmişdir. Sonra isə eyni üsulla digər tərəfini də kəsmişdir. Təxminən 35-40 metr uzunluğunda kəsmiş, naqili götürüb oradan uzaqlaşmağa başlamışdır. Hava işıqlanana yaxın evə gəlmiş və yatmışdır. Bir neçə saat yatdıqdan sonra yuxudan oyanıb, naqili götürüb üz hissəsini yandırmışdır ki, yalnız mis və yaxud aliminum olsun. Yandırdıqdan sonra məmulatı götürüb satmaq üçün tanıdığı Nail adlı şəxsin yaşadığı evin yaxınlığında olan metal alqı-satqısı məntəqəsinə gəlmişdir. O, içəri daxil olub elektrik naqilini Nailə vermiş, sonuncu naqili tərəzi ilə çəkmiş və qiymətləndirib pulunu vermişdir. Pulu götürüb çıxıb getmiş, bir neçə gün ərzində əldə etdiyi pullu öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa o, 2020-ci ilin mart ayının ortalarında, tarixini dəqiq xatırlamadığı vaxt səhər tezdən saat 06 radələrində tanışı Bəhruzla birlikdə özünə məxsus VAZ-2106 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonunda yerləşən Neft şirkətinin ərazisinə gəlmişlər. Həmin yerə gəlməkdə məqsədləri ərazidə olan boruları oğurlayıb satmaq olmuşdur. Neft şirkətinin ərazisinə gəlib avtomobili saxlamış və Nəhruzla hər ikisi avtomobildən düşmüşlər. Avtomobildən düşüb yerdə olan boruları avtomobilə yükləmişlər. Boruları avtomobilə yükləyən zaman şirkətin mühafizəçiləri “Niva” markalı avtomobillə əraziyə gəlmişlər. Onlar mühafizəçiləri görən kimi boruları və avtomobili orada qoyub qaçıb getmişlər. Bundan başqa o, 27 iyun 2020-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən Neft quyularına və borularına nəzər gəzdirmişdir ki, oğurlayaraq satıb pul əldə etmək üçün hərhansı bir əşyanın olub-olmamasını bilsin. Bu zaman neft quyularından birinin yaxınlığında köşkün olmasını müəyən etmişdir. Həmin köşkə yaxından baxdıqda, köşkün ustaların istifadəsində olduğunu müəyyən etmişdir. Bu zaman köşkün qapısının üzərində olan klidini vintaçan ilə sındıraraq, köşkə daxil olmuşdur. Köşkdən 3 ədəd zəncirli açarları, 4 ədəd tez bağlanan qaykaları, 1 ədəd boru açarını, 1 ədəd qayka açar dəstini, 2 ədəd lomu, 1 ədəd çəkici, 1 ədəd kuvaldı, 2 ədəd bel düzlərini, 2 ədəd bolt, 9 ədəd kanat sıxanlarını oğurlayıb, həmin ərazidən tez bir şəkildə uzaqlaşdırmışdır. Səhər tezdən oğurladığım əşyaları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən X14 qəbulu məntəqəsinə lom qiymətinə satmışdır. Həmin əşyaların 320 manat dəyərində satmışdır. Əldə etdiyi pulu 5-6 gün ərzində şəxsi tələbatlarına xərcləmişdir.Bundan başqa o, 22 oktyabr 2020-ci il tarixdə, gecə saat 04 radələrində Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində olmuş, oraya oğurluq etmək üçün gəlmiş və üzərində özü ilə birlikdə balta da gətirmişdir. Baltanı naqil kəsmək üçün gətirmiş, əvvəl naqili daşla vurub əzərək kəsmiş, lakin çətinlik çəkdiyi üçün balta gətirmişdir. Samir Əliyev küçəsindən neft quyularına gedən qurğularına işləməsi üçün gedən kabelin yanına gəlmiş, kabelin içərisində mis və yaxud aliminum olmasını bilmiş, əynində olan gödəkçəsinin altından baltanı çıxarıb ətrafa baxmış, heç kəs olmamış, belə ki, gecə olduğu üçün hamı yatmış və yaşayış evləri həmin ərazidən aralıda yerləşmişdir. Balta ilə bir neçə dəfə naqilin bir kənarından vurub kəsmişdir. Sonra isə digər tərəfindən vurub, müəyyən hissəsini ayırmışdır. Kəsdiyi naqili topalayıb götürmüş, baltanı isə gödəkçəsinin altına qoymuşdur. Yaşadığı evin yaxınlığına gələrək naqili yerə qoymuş və yaxınlıqdan lazımsız quru taxtalar tapıb, gətirib üzərini basdırmışdır. Üzərində olan alışqan ilə taxları yandırmış və naqili üz hissəsi ərimiş və təmizləmişdir. Naqilin mis və yaxud aliminium olmasını xatırlamamış, naqili bir neçə hissələrə bölərək topalamış və yaşadığı evə gətirmişdir. Evdə yatmış və günorta saatlarında yuxudan oyanıb, tanıdığı Nail adlı şəxsin işlədiyi məntəqəyə gəlmişdir. Məntəqənin içərisində Nailə yaxınlaşıb, elektrik naqilini ona vermişdir. Nail naqili tərəzi ilə çəkmiş və qiymətləndirib, pulunu vermişdir. Pulu alıb oradan çıxmış, əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa o, 2020ci ilin noyabr ayının ortalarında saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən “Suraxanı OYL” şirkətinin yaxınlığından keçən zaman, həmin ərazidə yerləşən neft quyusuna bitişik vəziyyətdə olan kabeli görmüş və sata biləcəyini fikirləşdiyindən həmin kabeli oğurlamaq qərarına gəlmişdir. Ona görə də ətrafa nəzər salıb heç kimin olmadığına əmin olduqdan sonra, həmin neft quyusuna yaxınlaşmış və özündə olan kəlbətinlə təxminən 15 metr uzunluğunda həmin kabeli kəsmişdir. Bundan sonra kabeli neft quyusunun yaxınlığından dartaraq, yolun kənarına gətirmiş və tanımadığı yol maşını ilə yaşadığı evin yaxınlığına aparıb, orada gizlətmişdir. Səhəri günü oğurluq yolu ilə əldə etdiyi həmin kabeli aparıb Sabunçu rayonu ərazisində yerləşən Sabunçu bazarının yaxınlığında tanımadığı şəxsə 20 manata satmışdır. Əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 23 oktyabr 2020-ci ıl tarixdə, gecə saat 11 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində küçələrdə metal axtaran zaman, yolun qırağında dəmir borular görmüşdür. Bu zaman, həmin boruları oğurlamaq qərarına gəlmiş və ətrafa baxıb heç kimin olmadığın əmin olduqdan sonra, həmin borulara yaxınlaşmışdır. Həmin borudan təxminən 50 metr borunu sındıraraq bir kənara yığmış, sonra idarə etdiyi Qazel markalı, dövlət qeydiyyat nişanını xatirində qalmayan avtomobilinə yükləyərək yaşadığı evə gəlmiş və oğurladığı boruları avtomobilin yük yerindən boşaltmışdır. Səhəri gün həmin boruları avtomobillə Dərnəgül qəsəbəsinə aparmış və orada yolun kənarında yerləşən metal qəbulu məntəqəsinə aparıb 200 manata satmışdır. Bundan bir neçə sonra isə həmin Qazel markalı avtomobilini də satmışdır. Sonuncu dəfə isə o, Aytac Abdullayevə ilə birlikdə oğurluq etmişdir. Belə ki, pulu olmadığı üçün o, oğurluq etmək qərarına gəlmiş, bunun üçün də oğurluq etmək üçün münasib yer axtarmağa başlamışdır. ünvan 3 ünvanda yerləşən “S.STELL COMPANY" MMC-də qiyməti əşyalar olmasını güman etmiş və oradan oğurluq etməyi qərarlaşdırmışdır. Bu barədə qeyri-rəsmi yaşadığı Aytac Abdııllayevaya xəbər vermiş və o, da birlikdə oğurluq etməyi razılıq vermişdir. 31 dekabr 2020-ci il tarixdə, gecə saatlarında yaşadığı evdə Aytac ilə söhbət etmişdir. Həmin vaxt Aytaca bildirmişdir ki, bayram ilə əlaqədar MMC işləmir, bu gün oğurluq etmək rahat olar. Bundan sonra onlar oğurluq etmək üçün MMC-nin daş hasarının yaxınlığına gəlmişlər və ətrafa baxmışlar. Artıq 01.01.2021-ci il tarixə keçdiyi üçün sakitlik olmuş və ətrafda heç kim olmamış, o, ilkin olaraq daş hasarın üzərinə çıxmış və həyətə baxmış, heç kəsin olmadığını görüb, Aytaca işarə etmişdir. O, daş hasardan həyətə düşmüş, arxasınca Aytac da həyətə düşmüşdür. Onlar birlikdə MMC-də olan çoxsayda listlərin bir qismini götürüb MMC-nin qapısını açıb çölə çıxarmış və oradan uzaqlaşmışdır. Həmin günü onlar listləri tanıdığı Nail adlı şəxsin metal alqı-satqısı məntəqəsinin yaxınlığına gətirib orada gözləmişdir. Belə ki, məntəqə bağlı olmuş, saat 10 radələrində məntəqə açıldıqda Aytac çöldə gözləmiş, o, isə listləri götürüb məntəqənin içərisinə aparmışdır. Orada listləri Nailə göstərib, onların özünə məxsus olmasını bildirməklə, satdığını demişdir. Nail listlərə baxmış və onların mis olmasını deyib, tərəzi ilə çəkmişdir. Mis məmulatın həmin dövrə olan alış qiymətini Nail ona bildirmiş və çəkisi ilə əlaqədar xatırlamadığı məbləği vermişdir. O, pulu götürüb oradan çıxmış, həmin vaxta qədər küçələrdən metal toplayıb Nailə bir neçə dələ dəmir satmışdır. Nail tanıdığı üçün, ondan sənəd tələb etməmişdir. Əldə etdiyi pulla yaşadığı evə ərzaq məhsulları almış və bir neçə gün ərzində xərcləmişdir. Nöbəti dəfə 04 yanvar 2021-ci il tarixdə, saat 02-03 radələrində o, Aytacla razılaşıb, yenidən oğurluq etmək üçün həmin MMC-nin hasarının yanına gəlmişlər. İlk dəfə olduğu kimi yenidən hasardan Aytacla içəri daxil olmuşdur. Aytac mis listlərdən götürüb oradaki arabaya yükləyib və MMC-nin qapısını açıb, çölə çıxarmışdır. O, yolun kənarında dayanıb, yolla keçən markasını və dövlət qeydiyyat nişanlı avtomobili saxladıb, listləri avtomobilin arxa yük yerinə yükləmişdir. O, taksi avtomobilinə listlərin özünə məxsus olmasını bildirmiş, taksi sürücüsünə Bakı Metropolitenin “Ulduz" stansiyası yaxınlığına aparmasını xahiş etmişdir. Ora çatdıqda, sürücüyə yolu göstərib, Vəlinin məntəqəsinin yaxınlığına gəlmişdir. Orada listləri avtomobildən düşürüb, taksi sürücüsünə yol haqqını vermiş və o, çıxıb getmişdir. Aytacla dayanıb gözləmişdir ki, məntəqə açılsın. Saat 10 radələrində Vəli gəlmiş və məntəqəni açmışdır. Vəli listlərə baxıb haradan almasını soruşmuş, o, sonuncuya listin özünə məxsus olmasını demişdir. Vəli listləri tərəzi ilə çəkdikdən sonra xatırlamadığı məbləğə ona vermiş və o, pulu alıb, Aytacla çıxıb getmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Növbəti dəfə həmin MMC-dən 16.01.2021-ci il tarixdə oğurluq etmişdir. Belə ki, 16 yanvar 2021-ci il tarixdə, saat 03 radələrindədə o, yenidən Aytacla oğurluq etmək üçün həmin MMC-yə getmişdir. Ora çatdıqda, yenə də ilkin olaraq o, sonra isə Aytac daş hasardan həyətə daxil olmuşlar. Həyətədə düşdükdən sonra yenə də orada olan listləri götürüb, qapıdan çölə çıxarmışdır. Həmin günü onlar listləri tanıdığı Nail adlı şəxsin metal-alqı satqısı məntəqəsinin yaxınlığına gətirib, orada gözləmişlər. Belə ki, məntəqə bağlı olmuş, saat 10 radələrində məntəqə açıldıqda Aytac çöldə gözləmiş, o, isə listləri götürüb, məntəqənin içərisinə aparmışdır. Orada listləri Nailə göstərib, onları özünə məxsus olmasını bildirməklə satdığını demişdir. Nail listlərə baxmış və mis olmasını deyib, tərəzi ilə çəkmişdir. Mis məmulatın həmin dövrə olan alış qiymətini Nail ona bildirmiş və çəkisi ilə əlaqədar xatırlamadığı məbləği vermişdir. O, pulu götürüb, oradan çıxmışdır. O, Aytacla birlikdə yaşadığı evə gəlmiş və əldə etdiyi pul vəsaitini xərcləmişdir. O, bir daha da oğurluq etməmişdir. O, törətmiş olduğu oğurluğu qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə etmiş, onlara hadisəni törədən zaman zaman başqa heç kim iştirak etməmiş və kömək etməmişdir. Aytac ilə həmin MMC-dən sayını xatırlamadığı mis listləri oğurlamışlar. Aytac ilə mis listlərin hamısını bir dəfəyə oğurlaya bilməmiş, belə ki, listlərin hamısını götürməyə gücləri çatmamış və uzun müddət vaxt lazım olmuş, eyni zamanda onları görən ola bilərdi. Ona görə də mis listləri bir neçə dəfəyə oğurlamışlar. Listlərin özünə məxsus olmasını bildirib satmış, Nail və Vəli onu tanıdığı üçün inanmışlar. Cinayət yolu ilə ələ keçirdiyi listəri apardığı arabanı MMC-dən götürmüş və arabanı metal kimi listləri satan zaman satmışdır. ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-dən listləri MMC-nin həyətində olan anbardan oğurlamışlar. Belə ki, anbarın qapısının qıfılını və pəncərəsini sındırıb içəri girmişlər. MMC-dən oğurluq edən zaman orada olmuş iki nəfər kişinin adlarını bilmir və onlar barəsində heç nə qeyd etmək istəmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1. 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, bir neçə il əvvəl iş üzrə digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və sonuncu ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Batara küçələrdən lazımsız əlvan metal əşyaları toplayıb satmişdir. O, yaşadığı evdə Batara ilə söhbət edərkən, sonuncu bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən “S.STEEL COMPANY" MMC-dən oğurluq edəcək. O, Bataraya bildirmişdir ki, ona kömək edə bilər. Lakin kömək dedikdə, o, Batara ilə birgə oğurluq etməyə razılıq verdiyini nəzərdə tutmamışdır. 31 dekabr 2020-ci il tarixdə, gecə saatlarında onlar birlikdə MMC-nin daş hasarının yaxınlığına gəlmişlər. Artıq 01.01.2021-ci il tarixə keçmişdir. Gecə olduğundan ətrafda heç kim olmamış, Batara daş hasarın üzərinə çıxmış, o, isə Bataranı bayırda gözləmişdir. Batara həyətə baxıb heç kəsin olmadığını bildirib, həyətə düşmüşdür. Batara MMC-nin anbarının qarşısında olan çoxsayda listlərin bir qismini götürüb, MMC-nin qapısını açıb çölə çıxarmış və o, da Bataraya bu listləri daşımaqda köməklik edərək, oradan uzaqlaşmışlar. Həmin günü onlar listləri onun tanımadığı, lakin Bataranın tanıdığı, adını sonradan öyrəndiyi Nail adlı şəxsin metal-alqı satqısı məntəqəsinin yaxınlığına gətirib, orada gözləmişlər. Saat 10 radələrində məntəqə açıldıqda o, çöldə gözləmiş, Batara isə listləri götürüb, məntəqənin içərisinə aparmışdır. Bir neçə dəqiqə keçdikdən sonra Batara qayıdıb gəlmiş və listləri satdığını demişdir. Sonunjunun listləri hansı məbləğə satmasını bilməmişdir. Onlar oradan öz yaşadığı evə gəlmişlər. Bundan sonra o, Bataraya oğurluq etməkdə bir daha köməklik göstərməmişdir. Törətdiyi əməldən peşmandır. “X10 Kompani S.A” Şirkətindən heç bir əmlak oğurlamadığından və ona buna dair ümumiyyətlə heç bir ittiham verilmədiyindən, jinayət işi üzrə şirkətin verdiyi iddia tələbini qəbul etmədiyini bildirmişdir. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.3 və 177.2.4cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir neçə il əvvəl Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və sonuncu ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Batara küçələrdən lazımsız əlvan metal əşyaları toplayıb satmişdir. O, yaşadığı evdə Batara ilə söhbət edərkən, sonuncu bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən “S.STEEL COMPANY" MMC-dən oğurluq edəcək. O, Bataraya MMCdən oğurlayacağı əşyalara kömək elmək üçün birlikdə oğurluq etmələrini demiş, sonuncu da onunla razılaşmışdır. 31 dekabr 2020-ci il tarixdə, gecə saatlarında Batara ilə bayram günü ilə əlaqədar qeyd etdiyi MMC-nin işləməməsi və oradan oğurluq etməyin münasib olacağı barədə danışmış və oğurluq etmək üçün evdən çıxmışdır. Onlar birlikdə oğurluq etmək üçün MMC-nin daş hasarının yaxınlığına gəlmişdir. Artıq 01.01.2021-ci il tarixə keçmişdir. Gecə olduğundan ətrafda heç kim olmamış, ilkin olaraq Batara daş hasarın üzərinə çıxmışdır ki, həyətə baxsın və ona xəbər versin. Batara həyətə baxıb heç kəsin olmadığını bildirib, həyətə düşmüşdür. Bataranın arxasınca o, da həyətə düşmüş, onlar birlikdə MMC-nin anbarının qarşısında olan çoxsayda listlərin bir qismini götürüb, MMCnin qapısını açıb çölə çıxarmış və oradan uzaqlaşmışlar. Həmin günü onlar listləri onun tanımadığı, lakin Bataranın tanıdığı, adını sonradan öyrəndiyi Nail adlı şəxsin metal-alqı satqısı məntəqəsinin yaxınlığına gətirib, orada gözləmişlər. Saat 10 radələrində məntəqə açıldıqda o, çöldə gözləmiş, Batara isə listləri götürüb, məntəqənin içərisinə aparmışdır. Bir neçə dəqiqə keçdikdən sonra Batara qayıdıb gəlmiş və listləri satdığını demişdir. Sonunjunun listləri hansı məbləğə satmasını bilməmişdir. Onlar oradan öz yaşadığı evə gəlmişlər. 04 yanvar 2021-ci il tarixdə, saat 02-03 radələrində onlar yenidən həmin MMCdən oğurluq etməyi qərarlaşdırmış və MMC-nin hasarının yanına gəlmişlər. İlk dəfə olduğu kimi yenidən hasardan həyətə daxil olmuşlar. Batara ilə mis listlərdən götürüb həyətdə olan arabaya yükləyib MMC-nin qapısını açıb çölə çıxarmış, yolun kənarında dayanıb yolla keçən markasını və dövlət qeydiyyat nişanlı avtomobili saxladıb listləri avtomobilin arxa yük yerinə yükləmişlər. Batara taksi sürüjüsünə listlərin özünə məxsus olmasını deməklə aldatmışdır. Taksi sürücüsü Batarananın deməsinə əsasən onları Bakı Metropolitenin “Ulduz" stansiyası yaxınlığına gətirmişdir. Orada listləri onlar avtomobildən düşürmüş və taksi sürücüsü pulunu alıb, çıxıb getmişdir. Onlar dayanıb gözləmişdir ki, məntəqə açılsın. Saat 10 radələrində tanımadığı bir nəfər şəxs gəlmiş və orada olan məntəqəni açmışdır. Batara listləri həmin şəxsə satacağını bildirmişdir. O, dayanıb gözləmiş, Batara isə listləri götürüb hissə-hissə məntəqənin içərisinə aparmışdır. Bir qədər sonra Batara çölə çıxmış və listləri satdığını demişdir. Onlar oradan yaşadığı mənzilə gəlmişlər. 16.01.2021-ci il tarixdə, saat 03 radələrində onlar yenidən oğurluq etmək üçün həmin MMC-yə getmişlər. Ora çatdıqda, yenə də ilkin olaraq Batara, sonra isə o, daş hasardan həyətə daxil olmuşlar. Həyətədə düşdükdən sonra yenə də orada olan listləri götürüb qapıdan çölə çıxarmışlar. Həmin günü listləri Nail adlı şəxsin meal-alqı satqısı məntəqəsinin yaxınlığına gətirmiş, məntəqə bağlı olduğundan, orada gözləmişlər. Saat 10 radələrində məntəqə açıldıqda, o, çöldə gözləmiş, Batara isə listləri məntəqənin içərisinə aparmış, orada listləri Nail adlı şəxsə satıb, yanına gəlmiş və çıxıb getmişlər. Əldə etdiyi pul vəsaiti ilə evə yemək və sair ərzaqlar almışdır. O, baş vermiş bu oğurluqları qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə etmiş, onlar hadisəni törədən zaman zaman başqa heç kim iştirak etməmiş və kömək etməmişdir. Təqsirləndirilən şəxs1 ilə həmin MMC-dən sayını xatırlamadığı mis listləri oğurlamışlar. Batara ilə mis listlərin hamısını bir dəfəyə oğurlaya bilməmiş, belə ki, listlərin hamısını götürməyə gücləri çatmamış və uzun müddət vaxt lazım olmuş, eyni zamanda onları görən ola bilərdi. Ona görə də mis listləri bir neçə dəfəyə oğurlamışlar. Batara listlərin özünə məxsus olmasını bildirməklə satmışdır. Bataranın deməsinə görə listləri alan şəxslər onu tanımışdır. Cinayət yolu ilə ələ keçirdikləri listəri apardığı arabanı Batara MMC-dən götürmüş və arabanı metal kimi satmışdır. Bundan başqa heç bir cinayət hadisəsi törətməmiş, Bataranın isə cinayət etməsini bilməmiş və görməmişdir. Onlar ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-dən listləri MMC-nin həyətində olan anbarın qapısının qıfılını və pəncərəsini sındırıb içəri girmişlər. MMC-dən oğurluq edən zaman orada olmuş iki nəfər kişini Təqsirləndirilən şəxs1 tanımış, həmin şəxslər haqqında heç bir məlumata sahib deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. İşlədiyi MMC ünvan 3 ünvanda yerləşir. MMC-nin hər bir tərəfi daş hasarla örtülüdür. MMC-nin həyətində mis məmulatdan çox sayda listlər olmuşdur. MMC-nin həyətində üç anbarı vardır, həmin anbarlar istehsalat sahəsi, metal qırıntılarının yığılması və ehtiyyat hissələri anbarlarıdır. MMC-nin mühafizəçisiləri də vardır və mühafizəçilər qrafıkə uyğun olaraq işləyir. MMC-nin hər bir tərəfinə kameralar çəkilmiş və 24 saat MMC kameralarla müşahidə olunmuşdur. MMC səhər saatlarında açılmış və axşam saatlarında bağlanmışdır. 31 dekabr 2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək bayram ilə əlaqədar iş günü olmamış, buna görə də MMC fəaliyyət göstərməmişdir. 01 yanvar 2021-ci il tarixdə, səhər saatlarında MMC-dən zəng olunaraq bildirilmişdir ki, ərazidə oğurluq olmuşdur. Bundan sonra o, MMC-yə getmiş və ora çatdıqda məlum olmuşdur ki, MMC-nin həyətində olan anbarın qapısının qıfılı və pəncərəsi sındırılaraq oğurluq olmuşdur. O, MMC-yə gələrək, müşahidə kameralarında baxdıqda görmüşdür ki, iki nəfər şəxs MMCnin daş hasarından aşaraq həyətə düşürlər və orada olan listləri götürüb çölə çıxarıb oğurlayırlar. Həmin şəxsləri tanımamış, ilkin olaraq bu barədə şikayət etməmiş, belə ki, fikirləşmişdir ki, həmin şəxslərin kim olmasını müəyyən etsin, sonra şikayət etsin. 04.01.2021-ci il tarixdə, səhər saatlarında o, MMC-yə gəlmiş və baxış zamanı yenə də anbarda olan mis listlərin bir qisminin oğurlanmasını aşkar etmişdir. O. müşahidə kameralarına baxdıqda, həmin iki nəfər şəxsin birinci dəfə olduğu kimi daş hasardan MMC-yə daxil olmasını, mis listləri oğurlayaraq MMC-nin qapısının açaraq, listləri araba ilə çölə çıxarmasını, bir neçə dəqiqə keçdikdən sonra həmin şəxslərin geri qayıtmasını və yenidən list oğurlayıb aparmasını görmüşdür. 16.01.2021-ci il tarixdə, səhər saatlarında o, MMC-yə gəldikdə, MMC-dən yenə də anbardan listlərin oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, dərhal Suraxanı RPİ-nin 32-ci PB-nə gəlmiş və orada hadisə barədə ərizə ilə müraciət etmişdir. Sonra o, polis əməkdaşları ilə birlikdə MMC-yə gəlmişdir. Polis əmədaşı MMC-yə baxış keçirib fotoşəkillərini çəkmişlər. 01 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci il tarixə qədər olan müddət ərzində ünvan 3 ünvanda yerləşən “S.STEEL COMPANY" MMC-dən çox sayda, uzunluğu bir metr olan, eni 40 sm olan mis məmulatdan olan listlər oğurlanmışdır. Bundan başqa MMC-dən bir ədəd əl arabası oğurlanmışdır. Həmin arabanın dəyəri isə 100 manat olmuşdur. Həmin listlər və araba MMC-yə məxsusdur. Baş vermiş cinayət hadisəsi nəticəsində "xxxx" MMC-yə ümumilikdə 9000 manat maddi ziyan dəymişdir. Listlərin dəyərini ayrı-ayrılıqda bilməmişdir. "xxxx" MMC-yə dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirmiş, lakin sonunjular tərəfindən şirkətə vurulmuş zərər ödənilmədiyindən, onlara qarşı iddia tələbi ilə məhkəməyə mürajiət ediləjəyini göstərmişdir Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, «X10 Kompani S.A.» şirkətinin Hüquq və İnsan resursları departamentinin hüquqşünasıdır. İşlədiyi MMC-nin Suraxanı rayonu ərazisində çoxsaylı neft quyuları vardır. Həmin quyuları neft qazması üçün nəzərdə tutulmuşdur. Həmin şirkətdə, həmçinin obyektlərin qorunması və nəzarət buraxılış xidmətidə vardır və həmin xidmətin rəhbəri X8 olmuşdur və o, həmin xidmətin rəhbəri vəzifəsində çalışır. Belə ki, «X10 Kompani S.A.» inzibati ərazəsinə kontrakt sahəsində nəzərdə tutulmuş Suraxanı rayonu ərazisi və həmçinin dəqiq olaraq Bülbülə, Əmircan, Yeni Suraxanı, Dədə Qorqud, Ramana qəsəbəsi həmin əraziyə daxil olan digər ərazilərdə daxil olmuşdur. 16 avqust 2005-ci il tarixdə Azərbayan Respublikası Dövlət Neft şirkəti ilə «X10 Kompani S.A.» arasında Azərbaycan Respubikasıqda Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş bağlanmışdır. Yəni müqavilənin mahiyyəti Suraxanı rayonu ərazisində neft yataqlarının müəyyən, olunması, köhnə quyuların istismara qaytarılması, yeni quyunların qazılıması və neft qazı hasilatının maksimum həddə qaldırılmasına xidmət etmişdir. Həmin sazişin 10-cu maddəsinə əsasən ARDNŞ saziş müddətində neft qaz əməliyyatlarının aparılması üçün zəruri olan qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün «X10 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verilmişdir. Həmçinin, sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ «X10 Kompani S.A.» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsin hüdudları daxilində və həmin sahə ilə bağlı neft qaz əməliyyatlarının aparılmasına dair vahid və müstəsna hüquq vermişdir. Kontrakt sahəsi dedikdə, sazişə 2-ci əlavədə verilmiş coğrafi kordinatlar peremetri daxilində qalan sahə başa düşülür. Qeyd olunanlardan görünür ki, «X10 Kompani S.A.» şirkətini Azərbaycan Respublikasının istifadəsində olan torpaq sahəsinin hüdudları sazişə 2 saylı əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqları onlarda mövcud olmuşdur ki, həmin torpaq sahəsində istifadəyə dair onlara göstərilən istiqamətlərlə bağlı müstəsna hüquqlar verilmişdir. Hal hazırda həmin proqram yerinə yetirilir. Şirkətit digər vəzifəsi isə mədən ərazisində faktiki olaraq fəaliyyət göstərən neft quyusunda olan mancanaq dəzgahının fasiləsiz işləməsinə nəzarət etmək, ərazidən hər hansı oğurluq olmamasına, qanunsuz tikililərə nəzarət etmək olmuşdur. «X10 Kompani S.A.» obyektlərin qorunması və nəzarət buraxılış xidməti daxil olmuşdur qeyd edilən funksiyanı yerinə yetirmişdir. Yəni şirkətin nəzdində olan həmin xidmət rayonun digər inzibati orqanları ilə qarşılıq fəaliyyət göstərməklə, aşkar olunmuş hər bir halı müəyyən edib və fıksasiya edib, bir-birlərini məlumatlandırıb, daha sonra müvafiq tədbirlər görülməsi üçün işlər görürlər. Hətta həmin ərazidə olacaq qanunsuzluqlar qarşısının alınması üçün görüləcək qabaqlayıcı tədbirlərdə birgə iştirak edir və həmin üzvlərin hər biri özlərinə aid formada aşkar olunmuş halı qeydə alırlar. Şirkətin tərikibində olan obyektlərin qorunması və nəzarət buraxılış xidməti həmin halları aşkar edən zaman müvafiq olaraq onların xidmətinin işçiləri ilə birlikdə akt tərtib eməklə, aktı onun işlədiyi «X10 Kompani S.A.» Hüquq və İnsan Resurları departamentinə təqdim edirlər. Artıq məhkəmə və ya digər instansiyalarda həmin mübahisələri o, hüquqşünas olaraq həll edir, şirkətin qanuni mənafelərini müdafiə edir. Əlavə olaraq qeyd edir ki, mühafizə xidmətindən başqa, mədənlərin bütün perimetri üzrə bu ərazinin «X10 Kompani S.A.»-ya məxsus olmasına və bu əraziyə kənar şəxslərin girişinin qadağan olunmasına dair çoxsaylı lövhələr yerləşdirilmişdir. 08 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Suraxını rayonu, Bülbülə qəsəbəsində yerləşən “X10 Kompani S.A" şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 1 saylı X13 Stansiyasına məxsus anbarına kənar şəxs və ya şəxslərin daxil olması aşkarlamışdır. Anbardan 16 ədəd yastıqlar, iki ədəd siyirtmə və 1 ədəd qıfıl dayağının oğurlanması müəyyən edilmişdir. Oğrluq hadisəsini 1 saylı neft çıxarma sexinin rəisi işləyən Şahid1 aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində dəymiş ziyanla və əşyalarla bağlı akt tərtib edilmişdir. Oğurluq hadisəsi ilə əlaqədar şirkətə ümumilikdə 417 manat 18 qəpik maddi ziyan dəymişdir. Belə ki, anbardan 5 ədəd bir ədədinin dəyəri 6 manat olan 30 manat dəyərində 3612 markalı yastıq, 9 ədəd bir ədədinin 6 manat olan 54 manat dəyərində 3615 markalı yastıq, 2 ədəd bir ədədinin 9 manat olan 18 manat dəyərində 3616 markalı yastıq, 2 ədəd bir ədədinin dəyəri 85 manat 9 qəpik olan 170 manat 18 qəpik dəyərində 50x16 markalı siyirmə və bir ədəd 145 manat dəyərində 43 mm markalı qıfıl dayağı oğurlanmışdır. Bundan başqa, 29 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Suraxını rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən “X10 Kompani S.A" şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 1 saylı X13 Stansiyasında 1607 nömrəli işlək vəziyyətdə olan neft quyusunun mancanaq dəzgahının işləməsi üçün ötürülən cərəyan daşıyıcısı olan elektrik kabelini kəsilməsi və nəticədə quyunun fəaliyyətinin dayanması "X10 Kompani S.A" şirkətinin 1 saylı NQÇS-nin rəisi Şahid1, 1 saylı NQÇ-nin gecə nəzarətçisi və neft qaz çıxarma operatoru Natiqə Həsənov, 2 saylı sahənin neft qaz çıxarma operatoru Şahid3 tərəfindən aşkar olunmuş və həmin şəxslər tərəfindən qeyd edilən hala dair 29.12.2019cu il tarixli akt tərtib olumuşdur. Araşdırma materialı və hadisə barəsində aidiyyəti əməkdaşlara məlumat verilmişdir. Nəticədə 161 manat 50 qəpik dəyərində 20 metr uzunluğunda KPBK 90 3 x 10 mm markalı dövlət əhəmiyyətli hesab edilən elektrik kabeli kəsilərək oğurlamışdır. Bundan başqa 2020-ci ilin fevral ayının 21-də şirkətin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxını rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, Mədəndə yerləşən “X10 Kompani S.A" şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 2 saylı X13 Stansiyasına RO-104 saylı neft quyusuna gələn KPBK markalı kabelin kənar şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmış aşkar edilmişdir. Oğurluq hadisəsi nəticəsində dəymiş ziyanla bağlı akt tərtib edilmişdir. Oğurluq hadisəsi ilə əlaqədar şirkətə üumilikdə 396 manat 95 qəpik maddi ziyan dəymişdir. Belə ki, kəsilərək oğurlanmış kabel “Azneft" İB-nin DQTKüEİM-sindən bir metri 10 manat 57 qəpiyə alınmışdır. Kabelin markası KPBK 90 3x16 olmuşdur. Bundan başqa 19 mart 2020-ci il tarixdə işlədiyi şirkətin əməkdaşları tərəfindən ərazilərə baxış keçriilən zaman Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “X10 Kompani S.A" şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 4 saylı X13 Stansiyasının əraizsində olan 1123 saylı neft quyusundan iki nəfər şəxsin oğurluq etməsi müşahidə olunmuş və dərhal əməkdaşlar tərəfindən həmin şəxslərin saxlanılması üçün tədbirlər görülmüş, lakin oğurluq edən şəxslər əməkdaşları görüb qaçaraq getmişlər. Həmin şəxslər bir ədədinin uzunluğu 10 metr olan 14 ədəd 73 mm-lik boruları oğurlamaq istəmişlər. Həmin boruların ümumilikdə dəyəri 967 manat olmuşdur. Bundan başqa, 27 iyun 2020-ci il tarixdə gecə saatlarında işlədiyi şirkətin əməkdaşları tərəfindən ərazilərə baxış keçirilən zaman Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Suraxanı OYL Opereyşn Kompani S.A" Şirkətinin 1 saylı X13 Stansiyasının ərazisində olan 1455 saylı neft quyusunun yaxınlığında olan 6 nömrəli birqadanın köşkünə daxil olunaraq, orada olan yeşiyin qıfılının sındırılaraq, içərisindən müxtəlif növ alətlərin oğurlanması aşkar edilmiş və bu barədə akt tərtib olunmuşdur. Həmin hadisə nəticəsində şirkətə ümumilikdə 1710 manat maddi ziyan dəymişdir. Belə ki, şirkətdən bir ədədinin dəyəri 65 manat olan üç ədəd 195 manat dəyərində zəncirli açar, bir ədədinin dəyəri 220 manat olan 4 ədəd 880 anal dəyərində tez bağlanan qayka 60 mm, bir ədəd 120 manat dəyərində şarnirli boru açarı 73 mm, bir ədəd 230 manat dəyərində boru açarı 114 mm, bir ədəd 94 manat dəyərində qayka açar dəsti 12-36 mm, bir ədədinin dəyəri 27 manat olan iki ədəd 54 manat dəyərində lom, bir ədəd 8 manat dəyərində 0,8 kq çəkic, bir ədəd 18 manat dəyərində 3 kq kuvald, bir ədədinin dəyəri 6 manat 50 qəpik olan iki ədəd 13 manat dəyərində bel düz, bir ədədinin dəyəri 4 manat olan iki ədəd 8 manat dəyərində bolt M 27 L 130, bir ədədinin dəyəri 10 manat olan 9 ədəd 90 manat dəyərində kanat sıxan 25 mm oğurlanmışdır. Bundan başqa bir ədəd nərdivan da oğurlanmışdır. Lakin nərdivanın oğurlanmasına görə şirkətə ziyan dəyməmişdir. Bundan başqa 22 oktyabr 2020-ci il tarixdə şirkətin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən "X10 Kompani S.A” şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 1 saylı X13 Stansiyasının ərazisində olan 1607 saylı neft quyusuna gələn, bir metrinin dəyəri 8 manat 50 qəpik olan, ümumilikdə dəyəri 255 manat olan 30 metr KPBK 90 3x10 markalı elektrik kabelinin kəsilərək oğurlanması aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Həmin kabelin kəsilməsi nəticəsində 1607 saylı neft qyusunun fəaliyyəti dayanmış və sutkalıq neft hasilayında 0.8 ton itki olmuş və buna görə şirkətə 627 manat ziyan dəymişdir. Bundan başqa 23 oktyabr 2020-ci il tarixdə şirkətin əməkdaşları tərəfindən Yeni Suraxanı qəsəbəsi ərazisindən keçən magistral yolun üstündə yerləşən hava və kollektor üzərində quraşdırılmış 50 metr 11 mm-lik nasos kompressor borularının sındırılaraq oğurlanması aşkar edilmişdir. Əməkdaşlar tərəfindən bu barədə akt tərtib edilmişdir. Həmin hadisə nəticəsində şirkətə ümumilikdə 434 manat 53 qəpik maddi ziyan dəymişdir. Bundan başqa 16 noyabr 2020-ci il tarixdə şirkətin əməkdaşlar tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən “X10 Kompani S.A” şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 1 saylı X13 Stansiyasının ərazisində olan 822 saylı neft quyusuna gələn bir metrinin dəyəri 8 manat 50 qəpik olan ümumilikdə dəyəri 127 manat olan 50 qəpik olan 15 metr KPBK 90 3x10 markalı elektrik kabelinin kəsilərək oğurlanması aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Həmin kabelin kəsilməsi nəticəsində 822 saylı neft quyusunun fəaliyyəti dayanmış və sutkalıq neft hasilatında 0.8 ton itki olmuş və buna görə şirkətə 372 manat ziyan dəymişdir.Təqsirləndirilən şəxslər tərəfindən şirkətə vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçi olmadıqlarını bildirmiş, eyni zamanda, şirkət tərəfindən jinayət işi üzrə verilmiş mülki iddianı müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında «X10 Kompani S.A.» şirkətinin nümayəndəsi X6 göstərmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən şirkətə vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçi olmadıqlarını bildirmiş, eyni zamanda, şirkət tərəfindən jinayət işi üzrə verilmiş mülki iddianı müdafiə etdiyini, jinayət əməli nətijəsində şirkətə vurulmuş 3502 manat 66 qəpik məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun təqsirləndirilən şəxslər və mülki javabdehlərdən tutularaq, nümayəndəliyin hesabına köçürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 1 saylı X13 Stansiyasının rəisi vəzifəsində işləyir. Həmin şirkətdə, həmçinin obyektlərin qorunması və nəzarət buraxılış xidmətini də vardır və həmin xidmətin rəhbəri X8 olmuşdur və o, həmin xidmətin rəhbəri vəzifəsində çalışır. «X10 Kompani S.A.» inzibati ərazəsinə kontrakt sahəsində nəzərdə tutulmuş Suraxanı rayonu ərazisi və həmçinin dəqiq olaraq Bülbülə, Əmircan, Yeni Suraxanı, Dədə Qorqud, Ramana qəsəbəsi həmin əraziyə daxil olan digər ərazilərdə daxildir. 16 avqust 2005-ci il tarixdə Azərbayan Respublikası Dövlət Neft şirkəti ilə «X10 Kompani S.A.» arasında Azərbaycan Respubikasında Suraxanı neft yatağının daxil, olduğu bulokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş bağlanmışdır. Yəni müqavilənin mahiyyəti Suraxanı rayonu ərazisində yeni neft yataqlarının müəyyən, olunması, köhnə quyuların istismara qaytarılması, yeni quyuları qazılması və neft qaz hasilatının maksimum həddə qaldırılmasına xidmət etmişdir. Belə ki, əsas vəzifələri neft quyusunda olan mancanaq dəzgahının fasiləsiz işləməsinə nəzarət etmək, hasil olunan nefti qarışıqlardan təmizləmək və təmizlənmiş nefti nəql etməkdən ibarət olmuşdur. “X10 Kompani S.A” şirkətinin ərazisində olan işlək quyularının fasiləsiz işləməsinə nəzarət edir və 1 saylı X13 sexinin 81 nəfər işçisi vardır. Həmin işçilər neft qaz çıxarma operatorları, quyu hasilatını ölçən operatorlar, əmtəə operatorları, quyuların əsaslı təmirə hazırlanma operatorları və nasosların təmiri üzrə çilingər və elektrik avadanlığına xidmət edən montiyorlar, bundan başqa texniki işçilər, geoloqlar, tabelçi, anbardar və rəis müavini olmuşlar. O, hər gün səhər saat 08 radələrində işdə olur və axşam saat 17:30 radələrində işdən çıxır və işdə olan şəraitdən aslı olaraq işdən çıxma vaxtı dəyişə bilər. İş növbəli olmaqla, 8 və 12 saatlıq iş qrafiki ilə işləyirlər, iş 12 saatlıqdır, yəni bir gün gecə saat 20:00-dan səhər saat 08 radələrinə kimi, digər gün isə 08:00-dan 20:00 kimi olan zaman kəsiyindən iş təşkil olunmuşdur. Qeyd edilən idarə ona ayrılmış yuxarıda qeyd etmiş olduğu ərazilərdə neft qaz çıxarılması ilə məşğul olur və həmin neft çıxarma işləri quruda olan quyular vasitəsi ilə həyata keçirilir. Belə quyular elektrik motorları ilə fəaliyyət göstərməsinə görə, ərazidə elektrik paylayıcı qurğular quraşdırılmış və həmin qurğlar sahədə bağlı tikililərə yerləşdirilir və elektrik motorlarma həmin qurğulardan kabellər çəkilməklə cərəyan quyuya ötürülür. Bundan başqa, ərazidə bir neçə paylayıcı qurğuları vardır və həmin qurğular yüksək gərginliklə işləməsinə görə həmin ərazilərdə tikililərlə və va dəmir barmaqlıq hasarlarla əhatə olunur ki, ora kənar hər hansı şəxs daxil olmasın. Belə ki, quyular açıq və geniş sahələrdə uzaq məsafələrdə yerləşdiyindən, quyuda olan təmir təmizləmə işləri ilə məşğul olan zaman, onların normal iş şəraitini yaxşılaşdırmaq üçün quyuların əksəriyyətinin yerləşdiyi əraziyə 4 çarxlı daşman evçik tipli qoşqu gətirilir. Həmin qoşquda kiçik transformator evciyin işıqlandırılması, isti havada kondisionerin işləməsi və fəhlələrin geyim paltarını dəyişdirmələri və qida ehtiyatını saxlamaq yerləri və təmir alətləri olur. Bunda başqa quyuda təmir işləri aparmaq üçün qaldırıcı qüllələri olan krandan istifadə olunur. Həmin ərazilərə nəzarət üçün daimi postlar olmamış, anjaq əraziyə maşrutlu olaraq «X10 Kompani S.A.» mühafizəsi xidməti nəzarət edir. Mühafizə xidmətindən başqa, mədənlərin bütün perimetri üzrə bu ərazinin «X10 Kompani S.A.»-ya məxsus olmasına və bu əraziyə kənar şəxslərin girişinin qadağan olunmasına dair çoxsaylı lövhələr yerləşdirilmişdir. Rəisi olduğu sexin Bülbülə qəsəbəsi ərazisində ayrıca abarı vardır. Anbarın heç bir yerinə müşahidə kameraları da quraşdırılmışdır. Anbarın ətrafı yaşayış sahəsi deyil. Anbarın içərisində çox sayda dəmir və sair məmulatlar saxlanılır. Həmin məmulatlar neft çıxarma sahəsinə istifadə olunur. Nəzarəçilər və özü anbara gedib nəzarət edirlər. 08 oktyabr 2019-cu il tarixdə səhər saatlarında o, anbara gəlmiş və anbarın qapısını açıb, içəri daxil olmuşdur. İçəri daxil olduqda görmüşdür ki, dəmir məmulatları dağıdılıbdır. Məlum olmuşdur ki, anbara kimlərsə daxil olub oğurluq etmişlər. Anbarda saxlanılan dəmir məmulatları yoxladıqda, 16 ədəd yastıqların, iki ədəd siyirtmənin və 1 ədəd qıfıl dayağının oğurlanmasını müəyyən etmiş, dərhal şirkətin rəhbərliyinə zəng edərək, bu barədə məlumat vermişdir. Bundan başqa, 29 dekabr 2019-ju il tarixdə, saat 04:50 radələrində NQÇİ-nin ərazisindən xidmətdə olan gecə növbəsinin neft qaz çıxarma operatoru Şahid3 tərəfindən Bakı Aereport yolunun sağ tərəfində, Suraxını rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 1607 saylı quyuya elektrik dalma nasosunun işləməsi üçün cərəyan ötürən yerüstü KPBK 90 5X10 markalı kabelin 20 metr kəsilərək oğurlanması aşkar olunmuşdur. Həmin kabelin kəsilməsi quyunun işləməsinin qarşısını alır. Oğurluq hadisəsi nəticəsində həmin quyuda neft hasilatı dayanmış, nəticədə neft itkisinə səbəb olmuşdur. Kabelin dəyərin şirkətin nümayəndə tərəfindən istintaq müvafiq sənədlər təqdim olunmuşdur. O, hadisənin nə zaman və kimlər tərəfindən törədilməsini bilməmiş və gəzinti zamanı əməkdaşlar tərəfindən ərazidə şübhəli şəxsləri müşahidə etməmişlər. O, səhəri günü işə gəlib, həmin gün gecə növbədə olan neft qaz çıxarma operatoru Şahid2 və Şahid3 iştirakı ilə həmin hadisəyə dair akt tərtib etmiş, hadisə barəsində aidiyyəti əməkdaşlara məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “X10 Kompani S.A" şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 1 saylı X13 sexinin neft qazçıxarma operatoru vəzifəsində işləyir. Həmin şirkətdə, həmçinin obyektlərin qorunması və nəzarət buraxılış xidmətində vardır və həmin xidmətin rəhbəri X8 olmuşdur və o, həmin xidmətin rəhbəri vəzifəsində çalışır. «X10 Kompani S.A.» inzibati ərazəsinə kontrakt sahəsində nəzərdə tutulmuş Suraxanı rayonu ərazisi və həmçinin dəqiq olaraq Bülbülə, Əmircan, Yeni Suraxanı, Dədə Qorqud, Ramana qəsəbəsi həmin əraziyə daxil olan digər ərazilər də daxil olmuşlar. 16 avqust 2005-ci il tarixdə Azərbayan Respublikası Dövlət Neft şirkəti ilə «X10 Kompani S.A.» arasında Azərbaycan Respubikasında Suraxanı neft yatağının daxil olduğu bulokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş bağlanmışdır. Yəni müqavilənin mahiyyəti Suraxanı rayonu ərazisində yeni neft yataqlarının müəyyən, olunması, köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması və neft qaz hasilatının maksimum həddə qaldırılmasına xidmət etmişdir. Belə ki, vəzifələri neft quyusunda olan mancanaq dəzgahının fasiləsiz işləməsinə nəzarət etmək, hasil olunan nefti qarışıqlardan təmizləmək və təmizlənmiş nefti nəql etməkdən ibarət olmuşdur. “X10 Kompani S.A" şirkətinin ərazisində olan işlək quyuların fasiləsiz işləməsinə nəzarət edir və 1 saylı X13 sexinin 81 nəfər işçisi vardır. Həmin işçilər neft qaz çıxarma operatorları, quya hasilatı ölçən operatorlar, əmtəə operatorları, quyularm əsaslı təmirə hazırlanma operatorları və nasosların təmiri üzrə çilingər və elektrik avadanlığına xidmət edən montiyorlar, bundan başqa texniki işçilər geoloqlar, tabelçi, anbardar və rəis müavini olmuşdur. Hər gün səhər saat 08 radələrində işdə olur və axşam saat 17:30 radələrində işdən çıxır və işdə olan şəraitdən aslı olaraq işdən çıxma vaxtımda dəyişə bilər. İş növbəli olmaqla, 8 və 12 saatlıq iş qrafiki ilə işləyir, iş 12 saatlıqdır, yəni bir gün gecə saat 20:00-dan səhər saat 08 radələrinə kimi, digər gün isə 08:00-dan 20:00 kimi olan zaman kəsiyindən iş təşkil olmuşdur. Qeyd edilən idarə ona ayrılmış yuxanda qeyd etmiş olduğu ərazilərdə neft qaz çıxarılması ilə məşğul olur və həmin neft çıxarma işləri quruda olan quyular vasitəsi ilə həyata keçirilir. Belə quyular elektrik motorları ilə fəaliyyət göstərməsinə görə ərazidə elektrik paylayıcı qurğular quraşdırılmış və həmin qurğlar sahədə bağlı tikililərə yerləşdirilir və elektrik motorlarına həmin qurğulardan kabellər çəkilməklə cərəyan quyuya ötürülür. Bundan başqa, onların ərazidə bir neçə paylayıcı qurğuları olmuş və həmin qurğular yüksək gərginliklə işləməsinə görə həmin ərazilərdə tikililərə və ya dəmir barmaqlıq hasarlarla əhatə olunur ki, ora kənar hər hansı şəxs daxil olmasın. Belə ki, quyular açıq və geniş sahələrdə uzaq məsafələrdə yerləşdiyindən quyuda olan təmir təmizləmə işləri ilə məşğul olan zaman onların normal iş şəraitini yaxışlaşdırmaq üçün quyuların əksəriyyətinin yerləşdiyi əraziyə 4 çarxlı daşman evçik tipli qoşqu gətirilir. Həmin qoşquda kiçik transformator evciyin işıqlandırılması, isti havada kondisionerin işləməsi və fəhlələrin geyim paltarını dəyişdirmələri və qida ehtiyatını saxlamaq yerləri və təmir alətləri olur. Bunda başqa, quyuda təmir işləri aparmaq üçün qaldırcı qülləli krandan istifadə olunur. Həmin ərazilərə nəzarət üçün daimi postlar olmamış, anjaq əraziyə maşrutlu olaraq «X10 Kompani S.A.» mühafizəsi xidməti nəzarət edir. Mühafizə xidmətindən başqa, mədənlərin bütün perimetri üzrə bu ərazinin «X10 Kompani S.A.»-ya məxsus olmasına və bu əraziyə kənar şəxslərin girişinin qadağan olunmasına dair çoxsaylı lövhələr yerləşdirilmişdir. 29 dekabr 2019-cu il tarixdə gecə növbəçisi olmaqla hasilata, quyuların işləməsinə nəzarət etmiş gecə növbəsinin neft qaz çıxarma operatoru Şahid3 tərəfindən Bakı Aereport yolunun sağ tərəfində Suraxını rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 1607 saylı quyuya elektrik dalma nasosunun işləməsi üçün cərəyan ötürən yerüstü KPBK 90 3X10 markalı kabelin 20 metr kəsilərək oğurlanması aşkar olunmuşdur. Həmin kabelin kəsilməsi quyunun işləməsinin qarşısını alır. Oğurluq hadisəsi nəticəsində həmin quyuda neft hasilatı dayanmış, nəticədə neft itkisinə səbəb olmuşdur. Kabelin dəyərin şirkətin nümayəndə tərəfindən istintaq müvafiq sənədlər təqdim olunmuşdur. O, hadisənin nə zaman və kimlər tərəfindən törədilməsini bilməmiş və gəzinti zamanı əməkdaş tərəfindən ərazidə bir şübhəli şəxslər müşahidə olunmamışlar. O, səhəri işə gəlib həmin gün gecə növbədə olan neft qaz çıxarma operatoru Şahid1 və Şahid3 iştirakı ilə həmin hadisəyə dair akt tərtib etmişlər. Belə ki, hadisə barəsində aidiyyatı əməkdaşlara məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, "X10 Kompani S.A" şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 1 saylı X13 sexinin neft qazçıxarma operatoru vəzifəsində işləyir. Həmin şirkətdə, həmçinin obyektlərin qorunması və nəzarət buraxılış xidmətimdə vardır və həmin xidmətin rəhbəri X8 olmuş və o həmin xidmətin rəhbəri vəzifəsində çalışır. «X10 Kompani S.A.» inzibati ərazəsinə kontrakt sahəsində nəzərdə tutulmuş Suraxanı rayonu ərazisi, həmçinin dəqiq olaraq Bülbülə, Əmircan, Yeni Suraxanı, Dədə Qorqud, Ramana qəsəbəsi həmin əraziyə daxil olan digər ərazilərdə daxildir. 16 avqust 2005-ci il tarixdə Azərbayan Respublikası Dövlət Neft şirkəti ilə «X10 Kompani S.A.» arasında Azərbaycan Respubikasında Suraxanı neft yatağının daxil olduğu bulokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş bağlanmışdır. Müqavilənin mahiyyəti Suraxanı rayonu ərazisində yeni neft yataqlarının müəyyən olunması, köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması və neft qaz hasilatının maksimum həddə qaldırılmasına xidmət etmişdir. Vəzifələri neft quyusunda olan mancanaq dəzgahının fasiləsiz işləməsinə nəzarət etmək, hasil olunan nefti qarışıqlardan təmizləmək və təmizlənmiş nefti nəql etməkdən ibarət olmuşdur. “X10 Kompani S.A" şirkətinin ərazisində olan işlək quyularm fasiləsiz işləməsinə nəzarət edirlər və 1 saylı X13 sexinin 81 nəfər işçisi vardır. Həmin işçilər neft qaz çıxarma operatorları, quya hasilatı ölçən operatorlar, əmtəə operatorları, quyuların əsaslı təmirə hazırlanma operatorları və nasosların təmiri üzrə çilingərlər və elektrik avadanlığına xidmət edən montiyorlar, bundan başqa texniki işçilər, geoloqlar, tabelçi, anbardar və rəis müavini olmuşlar. İş növbəli olmaqla, 8 və 12 saatlıq olmuşdur. Gecə növbəsi 12 saatlıqdır, yəni bir gün gecə saat 20:00-dan səhər saat 08 radələrinə kimi, digər gün isə 08:00-dan 20:00 kimi olan zaman kəsiyindən iş təşkil olmuşdur. Qeyd edilən idarə ona ayrılmış yuxarıda qeyd etmiş olduğu ərazilərdə neft qaz çıxarılması ilə məşğul olur və həmin neft çıxarma işləri quruda olan quyular vasitəsi ilə həyata keçirilir. Belə quyular elektrik motorları ilə fəaliyyət göstərməsinə görə ərazidə elektrik paylayıcı qurğular quraşdırılmış və həmin qurğular sahədə bağlı tikililərə yerləşdirilir və elektrik motorlarına həmin quruğulardan kabellər çəkilməklə cərəyan quyuya ötürülür. Bundan başqa, ərazidə bir neçə paylama qurğuları olmuşdur və həmin qurğular yüksək gərginliklə işləməsinə görə həmin ərazilərdə tikililərə və ya dəmir barmaqlıq hasarlarla əhatə olunur ki, ora kənar hər hansı şəxs daxil olmasın. Quyular açıq və geniş sahələrdə uzaq məsafələrdə yerləşdiyindən, quyuda olan təmir təmizləmə işləri ilə məşğul olan zaman onların normal iş şəraitini yaxşılaşdırmaq üçün quyularm əksəriyyətinin yerləşdiyi əraziyə 4 çarxlı daşman evçik tipli qoşqu gətirilir. Həmin qoşquda kiçik transformator evciyin işıqlandırılması, isti havada kondisionerin işləməsi və fəhlələrin geyim paltarını dəyişdirmələri və qida ehtiyatı saxlamaq yerləri və təmir alətləri olur. Bundan başqa, quyuda təmir işləri aparmaq üçün qaldırıcı qülləli krandan istifadə olunur. Həmin ərazilərə nəzarət üçün daimi postlar olmamış, anjaq maşrutlu olaraq əraziyə «X10 Kompani S.A.»nin mühafizəsi xidməti nəzarət edir. Mühafizə xidmətindən başqa, mədənlərin bütün perimetri üzrə bu ərazinin «X10 Kompani S.A.»-ya məxsus olmasına və bu əraziyə kənar şəxslərin girişinin qadağan olunmasına dair çoxsaylı lövhələr yerləşdirilmişdir. 29 dekabr 2019-cu il tarixdə, o, gecə növbəçisi olmaqla hasilata, quyuların işləməsinə nəzarət etmiş və saat 04:50 radələrində NQÇİ-nin ərazisindən xidmətdə olan gecə növbəsində olan zaman Samir Əliyev küçəsində olan 1607 saylı quyuya elektrik dalma nasosunun işləməsi üçün cərəyan ötürən yer üstü KPBK 90 3X10 markalı kabelin 20 metr kəsilərək oğurlanmasını aşkar etmişdir. Həmin kabelin kəsilməsi quyunun işləməsinin qarşısını alır. Oğurluq hadisəsi nəticəsində həmin quyuda neft hasilatı dayanmış, nəticədə neft itkisinə səbəb olmuşdur. Kabelin dəyərin şirkətin nümayəndə tərəfindən istintaq müvafiq sənədlər təqdim olunmuşdur. O, hadisənin nə zaman və kimlər tərəfindən törədilməsini bilməmiş və gəzinti zamanı tərəfindən ərazidə hər hansı şübhəli şəxsləri görməmişdir. Səhəri işə həmin gün gecə növbədə olan neft qaz çıxarma operatoru Şahid2 və sex rəisi Şahid1 iştirakı ilə həmin hadisəyə dair akt tərtib etmiş, hadisə barəsində aidiyyatı əməkdaşlara məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 2 saylı X13 Stansiyasında usta işləyir. İşlədiyi Şirkətin Suraxanı rayonu ərazisində çox yerdə anbarları və neft qazma quyularının stansiyaları vardır. 21 fevral 2020-ci il tarixdə, gecə saat 00:30 dəqiqədə 1 saylı NQÇS-nin rəisi işləyən Şahid1 deməsi əsasında ərazini gəzmişlər. Həmin vaxt Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1-ci Mədənin 2-ci sahəsindəki RO-104 saylı neft quyusunun ərazisinə baxarkən, oradan KPBK 3x16 markalı kabelin kəsilməsini görmüşlər. Məlum olmuşdur ki, kimlərsə kabeli kəsərək oğurlamışlar. Həmin vaxt müəyyən etmişlər ki, kabel 35 metr uzunluğunda kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində hazırda tutuduğu vəzifədə, yəni növbə rəisi vəzifəsində işləyir. İşlədiyi şirkətin Suraxanı rayonu ərazisində anbarları və neft qazma quyularının stansiyaları vardır. Şirkətin digər əməkdaşları əraziləri gəzir və əraziyə nəzarət edirlər. İşlədiyi şirkətin mühafizə xidməti vardır və hər 24 saat müddətdən keçdikdən sonra növbə dəyişir. Belə ki, şirkətdə mühafizə xidmətinin növbəsi bir gün gecə, bir gün isə gündüz təşkil edilmişdir. Şirkətin ərazilərində postlar quraşdırılmış, bundan əlavə isə əməkdaşlar xidməti avtomobillə əraziləri yoxlamışlar. Gecə növbəsi axşam saat 19 radələrində başlayır və nöbəti gün saat 19 radələrində bitir. Gündüz nöbəsi isə səhər saat 08:30-da başlayır, növbəti gün saat 08:30-da bitir. 19 mart 2020-ci il tarixdə o, gecə növbəsində olmuşdur. Belə ki, axşam saat 19 radələrində nöbəni təhvil almış, növbədə olduğu müddət ərzində şirkətin növbədə olan əməkdaşları ilə ərazidə yoxlama aparmışlar və şirkətin neft qazma quyularına nəzarət etmişlər. Saat 06 radələrində X.Ələkbərov küçəsində yerləşən “X10 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 4 saylı X13 Stansiyasının ərazisində olan 1123 saylı neft quyusunu yoxlamağa getmişdir. Həmin vaxt yanında Şahid6 olmuşdur. Emil şirkətdə nəzarətçi işləmişdir. Onlar həmin yerə xidməti avtomobillə gəlmişlər. Şirkətə çatmağa bir neçə metr qalmış onlar digər avtomobil görmüş, həmin avtomobilin yaxınlığında iki nəfər şəxslər olmuşlar. Həmin şəxslər avtomobilə dəmir boruları yükləmişlər. Onlar avtomobilin yaxınlığına çatdıqda, həmin şəxslər onları görüb, avtomobili orada qoyub qaçmağa başlamışlar. Lakin o, həmin şəxsləri görmüş və tanımışdır. Onlar Batara və Bəhruz adlı şəxslər olmuşlar. Onlar avtomobili saxlayıb həmin şəxslərin avtomobilinin yanına çatdıqda, həmin şəxslər qaçaraq, uzaqlaşıb getmişlər. Avtomobil VAZ-2106 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı olmuşdur. Onlar bu barədə rəhbərliyə zəng edərək, məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsi ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində növbə rəisi işləyir. İşlədiyi şirkətin Suraxanı rayonu ərazisində anbarların və neft qazma quyularının stansiyaları vardır. O, və şirkətin digər əməkdaşları mütamadi olaraq əraziləri yoxlayıb nəzarət elmişlər. 27 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən "xxxx" Şirkətinin 1 saylı X13 Stansiyasının ərazisində olan 1455 saylı neft quyusunun yaxınlığında olan 6 nömrəli briqadanın istifadəsində olan köşkə baxış keçirən zaman, köşkün içərisində olan dəmir yeşiyin qıfılının sındırılmasını aşkar etmişdir. Məlum olmuşdur ki, kənar şəxs köşkə daxil olaraq, yeşiyin qıfılını sındırıb oğurluq etmişdir. Dərhal rəhbərliyə zəng edərək, bu barədə məlumat vermişdir. Yeşikdə alət və avadanlıqlar saxlanılmış, yeşiyin içərisindən quyu və avadanlıqları təmir alətləri oğurlanmışdır. Bu barədə akt tərtib olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, "xxxx" şirkətinin 3 saylı Suraxanı rayon üzrə Suraxanı OYL Obyektlərin Qorunması və Nəzarət Buraxılış xidmətinin növbə rəhbəri vəzifəsində işləyir. 3 saylı Suraxanı rayon üzrə NQÇS-nin ərazisində yerləşən 50 metr uzunluğundakı 114 mm-lik boruları kollektor üzərinə qoymuşlar ki, həmin yerdən avtomaşın keçərkən, kollektorlara zədə toxunmasın. 24.10.2020-ci il tarixdə tərəflərindən 3 saylı Suraxanı rayon üzrə NQÇS-nin ərazisində baxış keçirilən zaman, qeyd etdiyi 50 metr uzunluğundakı, qısa hissələrə qaynaq olunmuş 114 mm-lik boruların naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını aşkar etmişdir. Bunun nəticəsində şirkətə ümumilikdə 434 manat 53 qəpik maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, lakin 1-2 ildir ki, metal qəbul məntəqəsində işləyir. Yaşadığı evin yaxınlığında olan obyekti icarəyə götürmüş və orada metal alqı-satqısı ilə məşğul olur. Bu barədə həmin ünvanın sahibi ilə müqaviləsi vardır və buna görə də vergidən VÖEN-i olmaqla dövlətə vergidə ödəmişdir. Hər gün səhər saat 09-10 radələrində işə getmiş, axşam saat 18-19 radələrində işdən evə gəlmişdir. İş fəaliyyəti ondan ibarətdir ki, fərdi qaydada olaraq müxtəlif şəxslər metal əşyalarını satmaq üçün təqdim etmiş, həmin əşyaları tərəzi ilə çəkib qiymətləndirib, ümumi razılığa gəldikdən sonra almışdır. Metalı aldıqdan və satdıqdan sonra bu barədə qeydiyyat aparmışdır. Aldığı metalları zavoda təhvil vermişdir. İşlədiyi məntəqədə özündən başqa heç kim işləmir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, sonuncunu xatırlamadığı tarixdə tanımış və ondan bir neçə dəfə dəmir məmulatları almışdır. Bataranı dəmir yığan kimi tanımış, ondan ilk dəfə metal alan zaman, sonuncunun küçələrdən dəmir metallar yığıb satmaqla məşğul olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 konkret olaraq tarixlərini xatırlamadığı vaxt bir neçə dəfə dəmir məmulatları almışdır. Batara mis məmulatdan ibarət listlər, müxtəlif formada dəmir və tikinti alətləri satmışdır. Bataradan aldığı məmulatları digər dəmir məmulatları ilə zavoda təhvil vermişdir. Lakin Bataradan konkret olaraq hansı məmulatları almasını xatırlamır. Bataradan mal alan zaman o, saldığı məmulatların özünə məxsus olmasını bildirib satmışdır. Bataranın satdığı əşyaların hamısını zavoda təhvil verməklə satmışdır. Batara əşyaları satmağa bir dəfə tanımadığı və ilk dəfə gördüyü qadınla gəlmişdir. Belə ki, xatırlamadığı tarixdə o, işlədiyi yerə çatdıqda, Bataranın həmin qadınla artıq gözləməsini görmüşdür. Həmin qadının adının Aytac olmasını öyrənmişdir. Batara və Aytac mis list gətirmiş, onlar listi əl arabası ilə gətirmişlər. O, listləri tərəzi ilə çəkib xatırlamadığı məbləğə almış və pulu Bataraya vermişdir. Bundan başqa Bataradan xatırlamadığı tarixlərdə müxtəlif formada dəmir və mis listlər almışdır. Ondan aldığı məmulatların sayını, tarixini və aldığı məbləği xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir dövlət orqanında işləmir, lakin bir neçə ildir ki, metal qəbul məntəqəsində işləyir. O, Bakı Metropolitenin Nərimanov rayonu ərazisində olan “Ulduz” stansiyası yaxınlığında olan ünvada olan obyekti icarəyə götürmüş və orada metal alqısatqısı ilə məşğul olmuşdur. Bu barədə həmin ünvanın sahibi ilə müqaviləsi vardır və buna görə də vergidən VOEN-i olmaqla dövlətə vergi də ödəmişdir. Hər gün səhər saat 09-10 radələrində işə getmiş, axşam saat 18-19 radələrində işdən evə gəlmişdir. İş fəaliyyəti ondan ibarətdir ki, fərdi qaydada olaraq müxtəlif şəxslər metal əşyalarını satmaq üçün təqdim etmiş, həmin əşyaları tərəzi ilə çəkib qiymətləndirib, ümumi razılığa gəldikdən sonra almışdır. Metalı aldıqdan sonra bu barədə qeydiyyat aparmışdır. Metalı satmağı barədə də qeydiyyat aparmamışdır. Belə ki, metalı zavoda təhvil vermişdir. Məntəqədə özündən başqa heç kim işləmir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, həmin şəxsi xatırlamadığı tarixdə tanımış və ondan bir neçə dəfə dəmir məmulatları almışdır. Bataranı dəmir yığan kimi tanımış, ondan ilk dəfə metal alan zaman özü demişdir ki, küçələrdən dəmir metallar yığıb satmaqla məşğul olur. Təqsirləndirilən şəxs1 konkret olaraq tarixlərini xatırlamır, bir neçə dəfə dəmir məmulatları almışdır. Batara mis məmulatdan ibarət listlər və müxtəlif formada dəmir və tikinti alətləri satmışdır. Bataradan aldığı məmulatları o, zavoda təhvil vermişdir. Lakin Bataradan konkret olaraq hansı məmulatları almasını xatırlamır. Bataradan mal alan zaman, sonunju satdığı əşyaların özünə məxsus olmasını bildirib satmışdır. Bataranın satdığı əşyaların hamısını zavoda təhvil verməklə satmışdır. Batara əşyaları satmağa bir dəfə tanımadığı və ilk dəfə gördüyü qadınla gəlmişdir. Belə ki, işlədiyi yerə çatdıqda, artıq onların gözləməsini görmüşdür. Həmin şəxslər mis list gətirmişlər. Lakin onların listi nə ilə gətirməsini görməmişlər. Listləri tərəzi ilə çəkib, xatırlamadığı məbləğə almışdır. Batanıdan xatırlamadığı tarixlərdə müxtəlif formada dəmir və mis listlər almışdır. Ondan aldığı məmulatların sayını, tarixini və aldığı məbləği xatırlamır. İş materiallarında olan qərardan müəyyən olunur ki, 17.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, 19 yanvar 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 4(010)-33/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 17 yanvar 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, 16 aprel 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 4(010)-156/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin müddəti qərar qəbul edildiyi gündən 15 gün müddətinə qədər, yəni 01.05.2021-ci il tarixinədək uzadılmışdır. İş materiallarından müəyyən olunur ki, 30 aprel 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 1(010)-146/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin müddəti hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından müəyyən olunur ki, 08 iyun 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 1(010)-146/2021 nömrəli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarından müəyyən olunur ki, 25 avqust 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 1(010)-146/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin müddəti 25.09.2021-ci il tarixinədək uzadılmışdır. İş materiallarından müəyyən olunur ki, 23 sentyabr 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 4(010)-482/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin müddəti 01.11.2021-ci il tarixinədək uzadılmışdır. İş materiallarından müəyyən olunur ki, 22 oktyabr 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 1(010)-327/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin müddəti hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından müəyyən olunur ki, 04 noyabr 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 1(010)-327/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır İş materiallarında olan qərardan müəyyən olunur ki, 17.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 yanvar 2021-ci il tarixli 4(010)-34/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 17 yanvar 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, 16 aprel 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 4(010)-158/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbirinin müddəti qərar qəbul edildiyi gündən 15 gün müddətinə qədər, yəni 01.05.2021-ci il tarixinədək uzadılmışdır. İş materiallarından müəyyən olunur ki, 30 aprel 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 1(010)-146/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbirinin müddəti hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından müəyyən olunur ki, 08 iyun 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 1(010)-146/2021 nömrəli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarından müəyyən olunur ki, 25 avqust 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 1(010)-146/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbirinin müddəti 25.09.2021-ci il tarixinədək uzadılmışdır. İş materiallarından müəyyən olunur ki, Suraxanı RPİ-nin müstəntiqi, baş leytenant Orxan Allahquliyevin 25 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilərək, «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən təqdim olunmuş arayışa əsasən, 29.12.2019-cu il tarixdə şirkətin işçiləri tərəfindən tərtib olunmuş akta müvafiq olaraq, 20 metr uzunluğunda KPBK 90 3 x 10 mm markalı dövlət əhəmiyyətli hesab edilən elektrik kabelin oğurlanmasına görə dəymiş zərər 161,60 manat məbləğindədir. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən təqdim olunmuş arayışa əsasən, 08.10.2019-cu il tarixdə şirkətin işçiləri tərəfindən tərtib olunmuş akta müvafiq olaraq, 5 ədəd 3612 markalı yastıq, 9 ədəd 3615 markalı yastıq, 2 ədəd 3616 markalı yastıq, 2 ədəd 50x16 markalı siyirmə və bir ədəd 43 mm markalı qıfıl dayağını oğurlanmasına görə dəymiş zərər 417,18 manat məbləğindədir. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən təqdim olunmuş arayışa əsasən, 21.02.2020-ci il tarixdə şirkətin işçiləri tərəfindən tərtib olunmuş akta müvafiq olaraq, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 2 saylı NQÇŞ-nə məxsus RO-104 saylı neft quyusundan 35 metr uzunluğunda KPBK 90 3 x 16 mm markalı elektrik kabelin oğurlanmasına görə dəymiş zərər 369,95 manat məbləğindədir. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən təqdim olunmuş arayışa əsasən, 19.03.2020-ci il tarixdə şirkətin işçiləri tərəfindən tərtib olunmuş akta müvafiq olaraq, “Suraxanı OYL Opereyşn Kompani S.A." şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 4 saylı X1rlanmağa cəhd olunmuş nasos kompressor borusunun qiyməti 967 manat təşkil edir. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən təqdim olunmuş arayışa əsasən, 27.06.2020-ci il tarixdə şirkətin işçiləri tərəfindən tərtib olunmuş akta müvafiq olaraq, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 1 saylı X13 stansiyasına məxsus 1455 saylı Neft quyusu yaxınlığından, 6 nömrəli birqadanın istifadəsində olan köşkə məxsus üç ədəd 195 manat dəyərində zəncirli açar, 4 ədəd 880 manat dəyərində 60 mm tez bağlanan qayka, bir ədəd 120 manat dəyərində 73 mm şarnirli boru açarı, 1 ədəd 230 manat dəyərində 114 mm boru açarı, 1 ədəd 94 manat dəyərində 12-36 mm qayka açar dəsti, 2 ədəd 54 manat dəyərində lom, 1 ədəd 8 manat dəyərində 0,8 kq çəkic, 1 ədəd 18 manat dəyərində 3 kq kuvald, 2 ədəd 13 manat dəyərində bel düz, 2 ədəd 8 manat dəyərində M 27 L 130 markalı bolt, 9 ədəd 90 manat dəyərində 25 mm kanat sıxanın oğurlanmasına görə dəymiş zərər 1710 manat məbləğindədir. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən təqdim olunmuş arayışa əsasən, 26.10.2020-ci il tarixdə şirkətin işçiləri tərəfindən tərtib olunmuş akta müvafiq olaraq, Bakı şəhəri, Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsi magistral yolun üzərində yerləşən hava və kollektor üzərində quraşdırılmış dövlət əhəmiyyətli 50 metr 114 mm-lik kompressor borularını oğurlanmasına görə dəymiş zərər 434,53 manat məbləğindədir. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən təqdim olunmuş arayışa əsasən, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 1 saylı X13 Stansiyasının ərazisində olan 1607 saylı neft quyusuna gələn 30 metr KPBK 90 3x10 markalı dövlət əhəmiyyətli hesab edilən elektrik kabelinin oğurlanmasına görə dəymiş zərər 255 manat məbləğindədir. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən təqdim olunmuş arayışa əsasən, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 1 saylı NQÇŞ-nin ərazisində yerləşən 822 saylı neft quyusuna birləşən 15 metr uzunluğunda KPBK-90 3x10 mm-lik kabelin oğurlanmasına görə dəymiş zərər 127,5 manat məbləğindədir. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən təqdim olunmuş arayışa əsasən, şirkətin işçiləri tərəfindən 13.10.2020-ci il, 17.10.2020-ci il və 22.10.2020-ci il tarixdə tərtib olunmuş məlumata müvafiq olaraq, oğurluq hadisəsi nəticəsində quyuda neft hasilatının dayanması 1162 manat məbləğində neft itkisinə səbəb olmuşdur. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən təqdim olunmuş arayışa əsasən, şirkətin işçiləri tərəfindən 16.11.2020-ci il və 17.10.2020-ci il tarixdə tərtib olunmuş məlumata müvafiq olaraq, oğurluq hadisəsi nəticəsində quyuda neft hasilatının dayanması 372 manat məbləğində neft itkisinə səbəb olmuşdur. İş materiallarında olan mülki iddiadan görünür ki, zərərçəkmiş və mülki iddiaçı «X10 Kompani S.A.» jinayət əməli nətijəsində şirkətə vurulmuş 3502 manat 66 qəpik məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun təqsirləndirilən şəxslər və mülki javabdehlərdən tutularaq, nümayəndəliyin hesabına köçürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 23.01.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 03 gün müddətinə azadlıqdan məhrum edilmiş, 26.12.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24.10.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 22.05.2020-ci il tarixdə cəza müddəti başa çatdığından, şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə, digər Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə təqsirli bilindikləri cinayət əməllərinə görə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə istintaqı zamanı dindirilərkən, ittiham olunduqları cinayət əməllərinin bir qisminin törətdiyini etiraf edərək, digər qismini etiraf etmədiklərini bildirsələr də, məhkəmə onların bu ifadələrinə tənqidi yanaşır, onları özlərinin müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxslər özlərini elan olunmuş ittihamda tam təqsirli bilmiş, ifadələrində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişlər. Həmin ifadələr həqiqətə uyğun olduğundan və məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, həmçinin, digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, onların törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun məsuliyyətini yüngülləşdirən halları – törətdiyi əməlləri qismən etiraf etməsini, törətdiyi əməllərdən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini məsuliyyətini ağırlaşdıran hal olmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ciddi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan - 17 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, onun törətdiyi əməlləri qismən etiraf etməsini, törətdiyi əməllərdən peşman olmasını, qadın olmasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını onun məsuliyyətini yüngülləşdirən hallar kimi əsas götürərək, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyaları həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini tam təmin edir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edərək hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış hər birinin uzunluğu 10 metr olan 14 ədəd 73 mm-lik borular ibtidai istinaq zamanı zərərçəkmiş şəxsə qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. Məhkəmə baxışında mülki iddiaya da baxılmış və aydın olmuşdur ki, zərərçəkmiş «X10 Kompani S.A.» məhkəməyə iddia ərizəsi təqdim edərək, jinayət əməli nətijəsində şirkətə vurulmuş 3502 manat 66 qəpik məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun təqsirləndirilən şəxslər və mülki javabdehlərdən tutularaq, iddiaçı təşkilatın nümayəndəliyin hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işi üzrə verilmiş mülki iddianı təhlil edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təqsirləndirilən şəxs və mülki javabdeh Təqsirləndirilən şəxs2 münasibətdə rədd edilməli, digər təqsirləndirilən şəxs və mülki javabdeh Təqsirləndirilən şəxs1 münasibətdə isə təmin edilməlidir. Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülkiprosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia zərərçəkmişin subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Mülki iddianın mahiyyəti üzrə həll olunması və bu mənada qəti qərarın qəbul edilməsi hökmdə öz əksini tapmalıdır. Məhkəmə yalnız hökmdə iş üzrə verilmiş mülki iddianı tam və ya qismən təmin edə bilər, onu rədd edə bilər, yaxud da baxılmamış saxlaya bilər. İddia üzrə qərar hökmə üzvi surətdə daxil olur və hökmün müttəhimin təqsirliliyi məsələsi üzrə məhkəmənin qərarı ilə ayrılmaz surətdə bağlı zəruri elementinə çevrilir. Məhkəmə iddianın əsasının olub-olmamasına dair müəyyən nəticə çıxarmalıdır. Bu, cinayət ittihamı üçün əsas olan hüquqi faktların köməyi ilə müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməlin həqiqətən törədildiyi və cinayət tərkibli olduğu, sonuncunun isə təqsirli olduğu qənaətinə gəldikdə, o, iddianın əsasına və məbləğinə aid aşağıdakı məsələlərin həllinə keçə bilər:
1. zərərçəkmişə zərər vurulmuşdurmu və bu zərər cinayət işi üzrə araşdırmanın predmetini təşkil edirmi;
2. bu zərər nəticə etibarilə ödəniləndirmi;
3. vurulmuş zərərin məbləği nə qədərdir, hansı hədlərdə və hansı üsulla ödənilməlidir;
4. zərərin ödənilməsinə görə kim məsuliyyət daşımalıdır və hansı qaydada. Sadalanan sualları müzakirə etdikdən sonra məhkəmə aşağıdakı qərarlardan birini qəbul edir: a) mülki iddianı tam və ya qismən təmin edir; b) onu rədd edir; c) mülki iddiaçının iddianın təmin edilməsi hüququnu tanıyır və onun məbləğləri məsələsini mülki məhkəmə icraatı qaydasında baxılmağa verir; d) mülki iddianı baxılmadan saxlayır. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsaslarının sübuta yetirilməsindən asılı olaraq, ittiham hökmü çıxarılarkən həm iddianın təmin edilməsi, həm də rədd edilməsi mümkündür. İddianın əsasını qeyd etməklə yanaşı prosessual qanunvericilik, həmçinin iddianın məbləğinin iddianın təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmə qərarına təsir edə biləcəyini xatırladır. İddianın əsası sübuta yetirilmədikdə, onun qismən də olsa təmin edilməsi mümkün deyil. Bu halda iddia tamamilə rədd edilməlidir. Lakin iddianın əsasını təşkil edən faktlar müəyyən edilərsə, iddianın məbləği artırılmış olduğu mülahizəsi ilə onu rədd etmək olmaz. Belə olan halda iddia ən azı qismən təmin edilməlidir. Bu halda iddianın tam təmin edilməsi üçün əsasın olmadığına görə deyil, onun məbləği təsdiq olunmadığına görə qismən təmin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxs və mülki javabdeh Təqsirləndirilən şəxs2 münasibətdə iddia tələbini rədd edərək, mövqeyini onunla əsaslandırır ki, jinayət işinin materialları ilə onun tərəfindən “X10 Kompani S.A” Şirkətindən hər hansı bir əmlakın oğurlaması və ya zərərin vurulması müəyyən olunmur və təqsirləndirilən şəxsə buna dair ümumiyyətlə heç bir ittiham verilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxs və mülki javabdeh Təqsirləndirilən şəxs1 münasibətdə iddia tələbini təmin edərək, mövqeyini onunla əsaslandırır ki, sonunjuya verilmiş ittihama əsasən, o, müxtəlif vaxtlarda - 08 oktyabr 2019-cu il tarixdə, 29 dekabr 2019-cu il tarixdə, 21 fevral 2020-ci il tarixdə, 27 iyun 2020-ci il tarixdə, 22 oktyabr 2020ci il tarixdə, 23 oktyabr 2020-ci il tarixdə və 16 noyabr 2020-ci il tarixdə “X10 Kompani S.A” Şirkətinin əmlaklarını talayaraq və jinayət əməli nətijəsində şirkətə ziyan yetirərək, ümumilikdə 3502 manat 66 qəpik məbləğində zərər vurmuşdur. Təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı zamanı tam olaraq sübut olunduğundan, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə iddia tələbi təmin edilməli, qeyd olunan məbləğ təqsirləndirilən şəxs və mülki javabdeh Təqsirləndirilən şəxs1 tutularaq, “X10 Kompani S.A” Şirkətindən nümayəndəliyin hesabına köçürülməlidir. Məhkəmə zərərçəkmiş şəxs "xxxx" MMC-yə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı bildirir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 381,384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi recimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 17.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 17 yanvar 2021-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixədək tutulduğu və ev dustaqlıtında saxlanıldığı 08 ay 08 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 01 il 04 ay 16 gün gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, hər birinin uzunluğu 10 metr olan 14 ədəd 73 mm-lik borular ibtidai istinaq zamanı zərərçəkmiş şəxsə qaytarıldığından, zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. İş üzrə zərərçəkmiş və mülki iddiaçı «X10 Kompani S.A.»-nın iddia tələbi təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 münasibətdə təmin edilməsin. İş üzrə zərərçəkmiş və mülki iddiaçı «X10 Kompani S.A.»-nın iddia tələbi təqsirləndirilən şəxs və mülki javabdeh Təqsirləndirilən şəxs1 münasibətdə təmin edilsin. Cinayət əməli nəticəsində «X10 Kompani S.A.»-nə vurulmuş 3502 manat 66 qəpik məbləğində ziyan və ödənilmiş 30 manat dövlət rüsumu təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq, iddiaçı təşkilatın nümayəndəliyin AZ02AİİB******************** hesabına köçürülsün. İş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-yə cinayət əməlləri nəticəsində ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Sədrlik edən Anar İbrahimov