Məhkəmə qərarları › İş №1(010)-327/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-327/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-327/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi, saat 12:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2022ci il tarixli qərarı nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsi, 1 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarı ilə əvvəli 18 aprel 2022-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 15 iyul 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni 07 avqust 2022-ci il tarixədək uzadılmış, hazırda Azərbaycan Repsublikası Ədliyyə Nazilriyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.190 qram, 0.173 qram, 0.202 qram, 0.219 qram, 0.182 qram, 0.237 qram, 0.252 qram və 0.151 qram olmaqla ümumi təmiz çəkisi 1.606 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroini əldə edərək üzərində saxlamaqla daşımış, 18 aprel 2022-ci il tarixdə, saat 17:00-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsnin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsnin 31-ci Polis Bölməsinin inzibati binasına aparılmış, orada xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman 08 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.190 qram, 0.173 qram, 0.202 qram, 0.219 qram, 0.182 qram, 0.237 qram, 0.252 qram və 0.151 qram olmaqla ümumi təmiz çəkisi 1.606 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin müvafiq olaraq Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins parça şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 6 il olar ki, narktoik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 18 aprel 2022-ci il tarixdə, təxminən saat 17 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsnin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə getmişdir. Bölmədə şəxsiyyəti müəyyən olunduqdan sonra ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuşdur. Daha sonra xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki qara rəngli cins parça şalvarının sol yan cibindən, şəffaf sellofona bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan 08 (səkkiz) ədəd bükümləri, nəzarət qolbaq cihazını və aparatını polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddələr narkotik vasitə heroindir, onları Bakı şəhəri, Suraxan rayon, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi üçün alıb daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, narkotik vasitə aludəçisi olsa da, lakin heç vaxt onların satışı ilə məşğul olmamışdır. Sonda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşımaqla üzərində saxlamağından səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, qismən etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 Teyub oğlu göstərdi ki, 18 aprel 2022-ci il tarixdə “Vüqar” adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə polis bölməsinin rəhbərliyinə məruzə edib əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis bölməsinin rəisinin əmri ilə ondan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əmliyyat qrupu yaradılmış, “Vüqar” adlı şəxsin şəxsiyyətinin müəyyə edilb ifşa olunması üçün əməliyyt-axtarış tədbirlərinin icrasına başlamışlar. Onlar 18 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yaşadığı evin yaxınlığında xarici əlamətlərindən “Vüqar” adlı şəxsə bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini istəmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxsə qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını bildirib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs də öz növbəsində etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins parça şalvarının sol yan cibindən, şəffaf sellofona bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan 08 (səkkiz) ədəd bükümləri, nəzarət qolbaq cihazını və aparatını polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddələr narkotik vasitə heroindir, onları Bakı şəhəri, Suraxan rayon, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi üçün alıb daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə almaq üçün pul əldə etmək məqsədi ilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin bir hissəsini xırda çetlərə bölüb satış məqsədi iə üzərində saxlayıb daşımışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Şahid1 Teyub oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 18 aprel 2022ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində olan nəzarət qolbağının cihazını, sağ ayağında nəzarət qolbağını və əynindəki qara rəngli cins parça şalvarının sol yan cibindən şəffaf sellofona bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan 08 (səkkiz) ədəd bükümləri polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddələr narkotik vasitə heroindir, onları Bakı şəhəri, Suraxan rayon, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi üçün alıb daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 19 aprel 2022-ci il tarixli, 6/2218 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №195 dairəvi möhür əksi olan, “18 aprel 2022-ci il vətəndaş Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 08 (səkkiz) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.190 qram, 0.173 qram, 0.202 qram, 0.219 qram, 0.182 qram, 0.237 qram, 0.252 qram və 0.151 qram olmaqla, ümumi təmiz çəkisi 1.606 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Ümumi təmiz çəkisi 1.606 qram olan heroinin 0.400 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.206 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 19 aprel 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində olan nəzarət qolbağının cihazını, sağ ayağında nəzarət qolbağını və əynindəki qara rəngli cins parça şalvarının sol yan cibindən şəffaf sellofona bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan 08 (səkkiz) ədəd bükümləri polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddələr narkotik vasitə heroindir, onları Bakı şəhəri, Suraxan rayon, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi üçün alıb daha sonra isitifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 may 2022-ci il tarixli, 2748 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitələri satmaq niyyəti olmamasına dair ifadəsini cinayət işi üzrə irəli sürülmüş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakteri daşımaqla cinayət işi üzrə mötəbər sübutlarla təkzib edildiyinə görə ittihamın həlli üçün kifayət edən sübut növü kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin məhkəmədə baxılması zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərindən 08 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.190 qram, 0.173 qram, 0.202 qram, 0.219 qram, 0.182 qram, 0.237 qram, 0.252 qram və 0.151 qram olmaqla ümumi təmiz çəkisi 1.606 qram olan narkotik vasitə heroinin aşkar edilərək götürülməsi, bununla da sonuncunun narkotik vasitəni məhz satış məqsədilə çəkilib xırda bağlamalara bükməsi öz təsdiqini tapmışdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, sonuncu məhkumluğunun ödənilməməsini, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 iyun 2022-ci il tarixli məlumatından və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 aprel 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 yanvar 2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkunluğu ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bundan başqa iş materiallarından müəyyən olunmuşdur ki, Suraxanı rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək, onun azadlığın məhdudlaşdırılması cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən hazırki cinayət əməlini, cinayətin törədilməsinə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı nəzərə alınmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkdiyi müddət ərzində törətdiyini, bununla da azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah edilməsinə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 30 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı nəzərə alınmaqla ona qəti olaraq təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 ay 01 gün hissəsini çəkmiş, 01 il 03 ay 25 gününü hissəsini isə çəkməmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci ilə nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı nəzərə alınmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 il 03 ay 25 müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 08 ay 10 gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 18 aprel 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarlardan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablanmışdır. 06 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni 07 avqust 2022-ci il tarixədək uzadılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 18 aprel 2022-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132, 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1.206 qram olan narkotik vasitə-heron məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə pulsuz hüquqi yardım göstərmək üçün Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 təyin edilsə də, məhkəmədə təqsirləndirilən şəxsə hüquqi yardım, sonuncunun öz vəsaiti hesabına seçdiyi müdafiəçisi, “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərildiyindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2, hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına əmək haqqının ödənilməsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 03 (üç) ay 25 (iyirmi beş) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq, 08 (səkkiz) ay 10 (on) gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, ümumi xalis çəkisi 1.206 qram olan narkotik vasitə-heron məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar