Məhkəmə qərarları › İş №1(010)-328/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-328/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-328/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 05 aprel 2023-cü il tarixdə, saat 12:15-də, Bakı şəhərində, xx xxxxx 1989-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyində mühasib vəzifəsində işləyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qarabağlar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində ünvan 2 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs pis vərdişlərindən əl çəkməsi barədə irad bildirməsi səbəbindən aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı qəsdən yumruqla göz nahiyəsinə vuraraq ona sağ orbitanın alt divarının sınığı, sağ göz ətrafı yumşaq toxumaların qançırı ilə müşayiət olunmuş dərəcəsinə görə ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, barəsində Zərərçəkmiş şəxs həyat yoldaşıdır, 2016-cı il ailə həyatı qurmuşlar, birgə nikahlarından bir oğlan övladları var, münasibətləri əvvəllər yaxşı olmuş və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Ailə qurduqları zaman münasibətləri yaxşı olsa da daha sonra xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri həmin vaxtdan korlanmışdır. xx.xx.2023-cii il tarixdə saat 01:00 radələrində yaşadığı evdə olmuş və bu zaman həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə çarpayıda uzanmışdır. Bu zaman Ləman ilə söhbət edən zaman ona pis vərdişlərindən əl çəkməyini və ailəsinə diqqət yetirməyini demişdir. Həmin vaxtı yerindən duraraq çarpayıda oturaq vəziyyətdə dayanmışdır. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı anidən əli ilə yumruqla Ləmanın sağ gözündən vurmuşdur. Bundan sonra Ləmanın burnundan qan gəlmiş və özünü pis hiss etməyə başlamışdır. Bu səbəbdən Təcili Yardıma zəng edərək məlumat vermiş və həkimlər yaşadığı evə gəlmişlər. Ləmanı müayinə etdikdən sonra hadisənin baş vermə səbəbini soruşduqda şikayət etmək istəmədiyi üçün hamamın qapısına dəydiyini bildirmişdir. Daha sonra Ləmanın barəsində şikayət etməsini eşitmişdir. Hadisə zamanı yanlarında kənar heç kim olmamışdır. Hazırda etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Buna görə də cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, X4 onun həyat yoldaşıdır, 2016-cı il ailə həyatı qurmuşlar, birgə nikahlarından bir oğlan övladları var, münasibətləri əvvəllər yaxşı olmuş və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Ailə qurduqları zaman münasibətləri yaxşı olsa da daha sonra xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri həmin vaxtdan korlanmışdır. xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə olmuş və bu zaman sonuncu ilə birlikdə yatağa uzanmışlar. Bu zaman Emin ilə söhbət edən zaman pis vərdişlərindən əl çəkməsini və ailəsinə diqqət yetirməsini demiş. Həmin vaxt Emin yerindən duraraq çarpayıda oturaq vəziyyətdə dayanmışdır. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı Emin anidən sol əli ilə yumruqla sağ gözündən vurmuşdur. Bundan sonra burnundan qan gəlmiş və özünü pis hiss etməyə başlamışdır. Bu səbəbdən X6 zəng edərək məlumat vermiş və həkimlər yaşadığı evə gəlmişlər. Onu müayinə etdikdən sonra hadisənin baş vermə səbəbini soruşduqda ilk öncə şikayət etmək istəmədiyi üçün hamamın qapısının dəydiyini bildirmişdir. xx.xx.2023-cii il tarixdə X5 müayinə üçün getmiş və orada onu müayinə etdikdən sonra həyat yoldaşı tərəfindən döyüldüyünü bildirmişdir. Daha sonra bu barədə ərizə ilə Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir. Hadisə zamanı yanlarında kənar heç kim olmamışdır. Sonda o, barəsində ittiham irəli sürülmüş şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Suraxanı rayon şöbəsinin canlı şəxsin xx.xx.2023-cü il tarixli «131» saylı ekspertizası rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ orbitanın alt divarının sınığı, sağ göz ətrafı yumşaq toxumaların qançırı, qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 24 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar