Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-33/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməyən, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli qərarları nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 ay 15 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 8ci mikrorayon, 20A nömrəli evin 52 nömrəli mənzilində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, A yaşayış massivi, 2 nömrəli evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2019-cu il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə, 223 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin hasarından həyətyanı sahəyə keçdikdən sonra evin plastik pəncərəsini özündə olan vintaçnla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin yataq otağında yerləşən paltar dolabındakı dəri gödəkçənin yan cibindən bir cüt sırğa və bir ədəd üzükdən ibarət ümumilikdə 06 qram çəkidə, 583 əyarlı 300 manat dəyərində qızıl zinyət əşyasını, bir ədəd 925 əyarlı 10 qram çəkidə 80 manat dəyərində gümüş qolbağı, həmçinin 50 manat dəyərində əlvan metaldan hazırlanmış sırğa və üzükdən ibarət dəsti gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 410 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2019-cu il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, 131A nömrəli fərdi yaşayış evinin hasarından həyətyanı sahəyə keçdikdən sonra evin plastik pəncərəsini özündə olan vintaçnla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin yataq otağındakı paltar şkafının içərisindən 600 manat dəyərində bir cüt brilliant qaşlı qızıl sırğanı və 300 manat dəyərində bir ədəd qadın qızıl üzüyünü gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2019-cu il tarixdə, saat saat 19 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, keçid 1, 247 nömrəli evin pəncərəsini özündə olan vintaçnla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, oradan 1.200 manat məbləğində nağd pul vəsaitini, 1.700 manat dəyərində qızıl üzüyü və 800 manat dəyərində qızıl boyunbağını gizli yolla talayıb zərərçəkmiş şəxs E.T.Mehdiyevə ümumilikdə 3.700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxx 2019-cu il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri, 52-ci məhəllə, 223 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində heç kimin olmadığını görüb hasardan aşıb həyətə keçmiş, evin sağ tərəfində olan pəncərə hündür olduğundan, həyətdən götürdüyü stulu ayağının altına qoyub pəncərəyə çıxmış, özündə olan vintaçanla plastikdən olan pəncərəini açıb mətbəxə girmişdir. Evə gələn olacağı təqdirdə tez qaça bilməsi üçün həyətin və evin giriş qapısını arxadan bağlamışdır. Bundan sonra evin yataq otağında olan paltar dolabından qızıldan, gümüşdən və əlvan metaldan hazırlanmış əşyaları götürüb evdən çıxmışdır. Oğurladığı qızıl əşyaları Sumqayıt şəhərində bazarda satsa da, digər əşyaları sata bilmədiyinə görə onları xatırlamadığı yerdə tullamışdır. Bundan başqa, xx xxxx 2019-cu il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, 131A nömrəli həyət evinin qarşısından keçərkən, evin giriş qapısının bağlı olduğunu görüb evdə heç kimin olmadığını başa düşmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşıb evin həyətinə keçmiş və özündə olan vintaçanla evin plastik pəncərəsini açıb mətbəxə daxil olmuşdur. Evin yataq otağında olan paltar şkafının içərisindən bir cüt brilliant qaşlı qızıl sırğanı və bir ədəd qadın qızıl üzüyünü götürüb evi tərk etmişdir. Bundan sonra elə həmin günü oğurluq etmək üçün başqa bir ev axtarmışdır. Təxminən saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, keçid 1 ünvanında olan bir mərtəbəli fərdi yaşayış evlərindən birinin işığının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə hasardan aşıb həyətə keçmiş, evin sol tərəfində olan plastik pəncərəni özündə olan vintaçanla açıb evə daxil olmuşdur. Evdən 1.200 manat nağd pulu, qızıl üzüyü və boyunbağını götürüb oranı tərk etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində, hər iki evdən oğurladığı qızılları 500 manata “Moskva” Univermağının qarşısında tanımadığı şəxsə satmış, əldə etdiyi pulu, o cümlədən oğurladığı 1.200 manat nağd pulu xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı isə maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, keçid 1, 247 nömrəli evdə yaşayır. xx xxxx 2019-cu il tarixdə yaşadığı evdə olduğu zaman atasının xəstəli ilə bağlı xəbər aldıqdan dərhal sonra ailə üzvləri ilə birlikdə atasına baş çəkmək üçün sonuncunun yaşadığı evə getmişdir. xx xxxx 2019-cu il tarixdə, saat 13 radələrində ailəsi ilə birlikdə yaşadığı evə qayıtmış, həmin vaxt həyətin giriş qapısının arxadan bağlı olduğundan həyətə keçib qapını içəridən açmışdır. Daha sonra evə daxil olduqda evin sol tərəfindəki pəncərinin açıq olduğunu, uşaq otağının isə dağınıq vəziyyətdə olduğunu görmüşdür. Qeyd etdiyi otaqdakı şkafa baxdıqda oradan 1.200 manat nağd pulun, 1.700 manat dəyərində qızıl üzüyün və 800 manat dəyərində qızıl boyunbağının oğurlandığını aşkar etmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3.700 manat maddi ziyan vurulmuş və hal-hazıradək ödənilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışalmadığını, ondan şikayətçi olduğunu bildirmiş və sonuncuya ağır cəza təyin edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, 131A nömrəli fərdi yaşayış evində yaşayır. xx xxxx 2019-cu il tarixdə təxminən saat 22 radələrində evə qayıtdığı zaman evin plastik pəncərəsinin sındırıldığını, evin dağınıq vəziyyətində olduğunu, yataq otağında olan qızıl qabının içərisindən isə 600 manat dəyərində 01 cüt brilliant qaşlı qızıl sırğanın və 300 manat dəyərində 01 ədəd qadın qızıl üzüyünün oğurlandığına aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs3 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx xxxx 2020-ci il il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 52-ci məhəllə, 223 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. xx xxxx 2019-cu il tarixdə, saat 09 radələrindən işdə olmuş, təxminən saat 15 radələrində oğlu ona zəng edib dərsdən evə qayıtdıqda, yaşadıqları evin həyətinin giriş qapısı arxadan bağlı olduğundan hasardan aşıb həyətə keçdiyini, evin giriş qapısı da arxadan bağlı olduğundan, evə mətbəxin açıq olan pəncərəsindən keçdiyini, evdəki əşyaların dağınıq vəziyyətdə olduğunu bildirmişdir. Buna görə də dərhal işdən çıxıb evə gəlmiş, eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Evə gəldikdə, yataq otağında olan şkafdakı dəri gödəkçənin yan cibində saxladığı bir cüt sırğa və bir ədəd üzükdən ibarət 06 qram çəkidə, 583 əyarlı 300 manat dəyərində qızıl zinyət əşyasının, bir ədəd 925 əyarlı 10 qram çəkidə 80 manat dəyərində gümüş qolbağın, həmçinin əlvan metaldan hazırlanmış sırğa və üzükdən ibarət, hər birinin dəyəri 25 manat olmaqla cəmi 50 manat dəyərində dəstin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 430 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan baxış keçirmə haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, keçid 1, 247 nömrəli fərdi yaşayış evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin həyətə tərəf olan plastik pənəcərəsinin açıq, uşaq otağının dağınıq, əşyaların yerə səpələnmiş vəziyyətdə olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 uşaq otağında olan şkafdan 1.200 manat nağd pulun, qızıl üzüyün və qızı boyunbağının oğurlandığı bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, keçid 1, 247 nömrəli fərdi yaşayış evini göstərərək xx xxxx 2019-cu il tarixdə, saat 19 radələrində həmin evin pəncərəsini özündə olan vintaçnla açıb içəri daxil olduğunu, oradan 1.200 manat məbləğində nağd pul vəsaitini, 1.700 manat dəyərində qızıl üzüyü və 800 manat dəyərində qızıl boyunbağını oğurladığını bildirmişdir. İş materiallarında olan cinayət işinin bir icraata birləşdirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, xx xxxx 2019-cu il tarixdə Sumqayıt şəhər X7 Şöbəsində başlanılaraq istintaq edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Bakı şəhəri Suraxanı rayon X7 Şöbəsində istintaq edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan cinayət təqibi üzrə icraatın birləşdirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Sumqayıt şəhər X7 Şöbəsində istintaq edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* cinayət işinə birləşdirilmiş və ********* nömrəsi altında istintaq davam etdirilmişdir. İş materialalrında olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 52-ci məhəllə, 223 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin qonaq otağının istisna olmaqla digər otaqların dağınıq vəziyyətdə olduğu müəyyən edilmiş, yataq otağında olan şkafdan asılmış qara rəngli dəri gödəkçənin sol yan cibindən qızıldan və gümüşdən olan zinyət əşyalarının, həmçinin əlvan metaldan hazırlanmış əşyaların oğurlandığı aşkar edilmişdir. Hadisə yerindən təhqiqat üçün yararlı 09 ədəd əl barmaq izləri götürülərək Azərbaycan Respiblikası DİN-nin KTİ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 52-ci məhəllə, 223 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədədinin (ADİS məlumat bazasına Abşeron RPİ-dən daxil olan), xx xxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 17815 nömrəli rəyindən görünür ki, 06 qram çəkidə, 583 əyarlı qızıl metaldan hazırlanmış, bir cüt sırğa və bir ədəd üzükdən ibarət qızıl zinyət əşyasının, 925 əyarlı 10 qram çəkidə bir ədəd gümüş qolbağın 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 410 manat müəyyən edilir. Əlvan metaldan hazırlanmış sırğa və üzükdən ibarət dəst haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan məhkəmə daktiloskopik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 19/341R nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 52 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus ev 223-də baxış zamanı, hadisə yerindən 08 ədəd yapışqan lent kəsikləri vasitəsilə götürülmüş əl izlərindən 05 ədəd ovuc və 02 ədəd əlbarmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Tədqiqata tədim edilmiş Təqsirləndirilən şəxs adına çıxarılmış daktiloxəritə müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 05 ədəd ovuc və 02 ədəd əl barmaq izlərindən, 01 ədəd ovuc izinin DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan və tədqiqata təqdim edilmiş xx xxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu ilə eynidir. Qalan şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd ovuc və 02 ədəd əl-barmaq izləri isə Təqsirləndirilən şəxs və DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan digər şəxslərin əl əksləri ilə eynilik təşkil etmir. İş materiallarında olan cinayət təqibi üzrə icraatın birləşdirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon X7 Şöbəsində istintaq edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Sumqayıt şəhər X7 Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəsi altında istintaq davam etdirilmişdir. İş materialalrında olan ********* nömrəli cinayət işi üzrə baxış keçirilməsi barədə xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, 131A nömrəli fərdi yaşayış evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağının dağınıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs3 yataq otağındakı paltar şkafının içərisindən bir cüt brilliant qaşlı qızıl sırğanın və bir ədəd qadın qızıl üzüyünün oğurlandığını bildirmişdir. Hadisə yerindən əl barmaq izləri götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, 131A nömrəli fərdi yaşayış evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin (ADİS məlumat bankına Sumqayıt ŞPİ-nin 1 PB və BƏSİİ-dən daxil olmuş), xx xxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik təşkil etmişdir. İş materialalrında olan ********* nömrəli cinayət işi üzrə ifadənin yerində yoxlanılması haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, 6-cı keçid, 131A nömrəli fərdi yaşayış evini göstərərək xx xxxx 2019-cu il tarixdə, saat 18 radələrində həmin evin pəncərəsini özündə olan vintaçnla açıb içəri daxil olduğunu, evin yataq otağındakı paltar şkafının içərisindən bir cüt brilliant qaşlı qızıl sırğanı və bir ədəd qadın qızıl üzüyünü oğurladığını bildirmişdir. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 23145 nömrəli rəyindən görünür ki, tədqiqata tədim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri müqayisəli tədqiqat üçün yararlıdır. ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin baş barmağından qalmışdır. ********* nömrəli cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri Təqsirləndirilən şəxs tərəfindən deyil başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Tədqiqata tədim edilmiş 3-7 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından səxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. İş materialalrında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 1681 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham edilən əmələ görə anlaqlı hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan sübutların qiymətləndiilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Sumqayıt şəhər X7 Şöbəsində ********* nömrəli cinayət işinin ibtidai istintaqı zamanı Sumqayıt şəhər X7 Şöbəsinin baş müstəntiqi İlqar Məmmədov tərəfindən X5 yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Asfaltzavod ərazisində yerləşən həyət evindən, X1 yaşadığı Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerləşən həyət evindən, X3 yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Kanalqırağı ərazisində yerləşən evdən, X6 məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən evdən, X4 yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən evdən və Ağayev Rafıl Möhübbət oğlunun yaşadığı evdən oğurluq edilməsi faktları üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın həmin hissəsində cinayət işi üzrə icraata xitam verilmiş və ibtidai istintaqı başa çatmış ********* nömərli cinayət işindən ********* nömrəli cinayət işi aryılaraq ayırca icraata götürülmüş və ərazi aidyyəti üzrə Sumqayıt şəhər X7 Şöbəsinə göndərilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və cinayət nəticəsində zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən az ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli qərarlarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 ilə endirilmiş, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə onun üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx xxxx 2019-cu il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 04 ay 15 gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunduğu gündən 02 il keçmədən, törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən һesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə əmtəəşünaslıq və məhkəmə-trasoloji ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 111 (yüz on bir) manat 29 (iyirmi doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı, tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən һesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş һəbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə əmtəəşünaslıq və məhkəmə-trasoloji ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 111 (yüz on bir) manat 29 (iyirmi doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-33/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-33/2020
10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver