Məhkəmə qərarları › İş №1(010)-33/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-33/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-33/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi, Suraxanı Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Qanuni nümayəndə iştirakı ilə xx xxxxxx 1989-cu ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, təzə məhəllə, nömrəsiz ünvanda yaşayan, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (cəzasının əvvəli xx xxxxxx 2019-cu il tarixindən hesablanır), 29 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, xx xxxxxx 1991-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xətai kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilli olmayan, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, 29 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sovxoz kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, təzə məhəllə, nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 2005-cü ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsilli olmayan, subay, məhkumluğu olmayan, 29 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sovxoz kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, təzə məhəllə, nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu ildə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən evin qarşısından Zərərçəkmiş şəxs məxsus “Ford Transit” markalı 99BA484 dövlət qeydiyyat nişanlı avtomobilə aid 400 manat dəyərində bir ədəd sürətlər qutusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu ildə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən evin qarşısından Zərərçəkmiş şəxs məxsus “Ford Transit” markalı 99BA484 dövlət qeydiyyat nişanlı avtomobilə aid 400 manat dəyərində bir ədəd sürətlər qutusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin miqdarda ziyan vurmuşdur. Yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu ildə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən evin qarşısından Zərərçəkmiş şəxs məxsus “Ford Transit” markalı 99BA484 dövlət qeydiyyat nişanlı avtomobilə aid 400 manat dəyərində bir ədəd sürətlər qutusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin miqdarda ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 əvvəlki məhkəmə iclaslarında yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, xeyli müddətdir Eltacı və Asifi tanıyır. Asif və Eltac Asifə məxsus “Moskviç” markalı avtomobillə küçələrdən dəmir və plastmas əşyalar yığıb satmaqla maddi cəhətdən dolanacaqlarını təmin edirlər. O, özü isə kombi ustasıdır. Bəzi vaxtlarda Eltac ona kombi təmirində fəhlə kimi kömək edir. xx xxxxxx 2019-cu ildə tanışları Asif və Eltacla birlikdə Asifin idarə etdiyi “Moskviç” markalı avtomobillə Yeni Suraxanı qəsəbəsində hərəkət edərkən Asif evlərdən birinin hasarının yanında avtomobilə aid sürətlər qutusunun olduğunu deyərək, bunun tullantı olduğunu və onu götürmək istədiyini bildirmişdir. Beləliklə, Asif avtomobili həmin evin qarşısında saxlamış və qeyd olunan sürətlər qutusunu götürüb avtomobilin yük yerinə qoymaq üçün avtomobildən enmişdir. Asifin həmin əşyanı təkbaşına götürə bilməyəcəyini düşünüb, o, və Eltac da avtomobildən enmiş və Asifə sürətlər qutusunu yerdən götürüb avtomobilin yük yerinə yükləməyə kömək etmişlər. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, yerdən götürdüyü sürətlər qutusunun sahibi olduğunu bilməyib. Asif sonradan göstərilən əşyanı özü satmış, bundan əldə etdiyi pul məbləğini də özünə götürmüşdür. Təqsirləndirilən şəxs1 əvvəlki məhkəmə iclaslarında yuxarıda göstərilən məzmunda ifadə verdiyinə baxmayaraq, sonrakı məhkəmə iclasında özünü ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ibtidai istintaqda bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. O, həmçinin yuxarıda göstərilən əşyanın sahibi olduğunu bildiyini və onu üçü birlikdə oğurladıqlarını etiraf etmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 da əvvəlki məhkəmə iclaslarında özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, və Kamal kombi təmiri ilə məşğul olurlar. O, Kamalın yanında fəhləlik edir. Asif isə küçələrdən dəmir və plastmas tullantıları yığıb satmaqla maddi cəhətdən dolanacağını təmin edir. xx xxxxxx 2019-cu ildə Asif onları özünə məxsus «Moskviç» markalı avtomobillə işlədikləri yerə aparmışdır. Onlar işlərini görüb qurtardıqdan sonra Asif yenə də idarə etdiyi avtomobillə gələrək onları iş yerindən götürmüşdür. Geri qayıtdıqları vaxt onlar yol kənarında avtomobilə aid bir sürətlər qutusu görmüş, Asif bunun tullantı olduğunu bildirərək onu götürmək üçün avtomobildən yerə enmişdir. O, və Kamal da Asifə kömək etmək üçün avtomobildən enmiş və köməkləşib sürətlər qutusunu götürərək avtomobilin yük yerinə yükləmişlər. Təqsirləndirilən şəxs2 əvvəlki məhkəmə iclaslarında yuxarıda göstərilən məzmunda ifadə verdiyinə baxmayaraq, sonrakı məhkəmə iclasında özünü ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməlini törətməkdə təqsirli bilərək ibtidai istintaqda bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. O, həmçinin yuxarıda göstərilən əşyanı üçü birlikdə oğurladıqlarını etiraf etmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Kamalı və Eltacı xeyli vaxtdır ki, tanıyır. Yaxşı münasibətləri var. Özünə məxsus “Moskviç” markalı avtomobillə dəmir və plastmas tullantıları toplayıb satmaqla maddi cəhətdən dolanacağını təmin edir. xx xxxxxx 2019-cu ildə Yeni Suraxanı qəsəbəsində “Moskviç” markalı avtomobillə hərəkət edərkən yol kənarında avtomobilə aid sürətlər qutusu görmüş və onu oğurlamağı qərara almışdır. Elə həmin gün Kamalı və Eltacı da götürüb “Moskviç” markalı avtomobillə hərəkət etdikləri vaxt avtomobili həmin qutunun yaxınlığına sürmüş, hər üçü köməkləşib sürətlər qutusunu götürərək “Moskviç” markalı avtomobilin yük yerinə yükləmişlər. Sonradan onu metal qəbulu məntəqəsinə satıblar. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, qohumu Bəhrama məxsus 99BA484 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük avtomobilini idarə edir. Həmin avtomobilin sürətlər qutusu nasaz olduğundan ona yeni qutu sifariş etmişdir. xx xxxxxx 2020-ci ildə sifariş etdiyi sürətlər qutusunu gətirmiş, lakin həyətə qutudan yağ axmasın deyə, onu küçəyə – həyətə giriş qapısının yanına qoymuşdur. xx xxxxxx 2019-cu ildə saat 14 radələrində işdən evə qayıdan vaxt qutunun yerində olmadığını aşkar etmiş, yaxınlıqda quraşdırılmış kamera vasitəsilə çəkilmiş videogörüntüyə baxıb müəyyən etmişdir ki, üç nəfər tanımadığı şəxs narıncı rəngli “Moskviç” markalı avtomobillə gəlib, ona məxsus olan sürətlər qutusunu avtomobilin yük yerinə yükləyərək oğurlayırlar. Sonra o, həmin avtomobilin kimə məxsus olduğunu müəyyən etmiş və Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirir ki, cinayət nəticəsində ona təqsirləndirilən şəxslər tərəfindən vurulmuş zərər tam olaraq ödənilib. Ona görə də təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid bildirmişdir ki, metal alğı-satqısı ilə məşğul olur, aldığı metalı zavoda təhvil verməklə ailəsinin maddi cəhətdən dolanacağını təmin edir. Şəhid həmçinin bildirir ki, sonradan adının Asif olduğunu bildiyi şəxs iki nəfər tanımadığı şəxslə birlikdə ona yaxınlaşıb metal almağı təklif etmişlər. O, Asifgilin gətirdiyi metalı tərəzidə çəkmiş və hər kiloqramına görə 20 qəpik olmaqla Asifə pul vermişdir. Sonra Asif və yanındakı oğlanlar gəldikləri avtomobilə əyləşib getmişlər. Şahid həmçinin qeyd edir ki, alğı-satqı vaxtı Asif müvafiq metalın özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətmələri faktı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, onlara həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini sonradan da olsa etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökm üzrə cəzasının əvvəli xx xxxxxx 2019-cu il tarixindən hesablanmaqla (bununla bağlı Xəzər rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubu iş materiallarına əlavə olunub), sonu xx xxxxxx 2022-ci ilə təsadüf edir. Bu gün üçün Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü üzrə çəkilməmiş cəzası 10 ay 29 gündür. Məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı vurğulayır ki, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyinə və o, həmin hökm üzrə cəzasını çəkib qurtarmadığına baxmayaraq əməlində Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə residiv yoxdur. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıra biləcək başqa hal da işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayət əməlini sonradan da olsa etiraf etdiyini və peşman olduğunu, himayəsində 2 nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, arvadı vəfat etdiyindən uşaqlarını təkbaşına saxladığını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmadığını, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddələrinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdikləri müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 29 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş 10 (on) ay 29 (iyirmi doqquz) günlük hissəsi hazırkı hökmlə təyin olunan 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün icrası ilə əlaqədar probasiya qurumunda qeydə alındığı xx xxxxxx 2019-cu il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 29 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 29 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar