Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-330/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, məhkum Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 11 noyabr 1996-cı ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu, Hənifə kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsi, nömrəsiz evdə yaşayan, 13 – 15 avqust 2022-ci il tarixləri və 03 – 05 noyabr 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 22 may 2023-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,898 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat pul verməklə əldə edib üstündə saxlayaraq daşımış, 13 avqust 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli uzunqol donunun sağ qolunun qatlanmış hissəsində saxladığı 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,898 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindən tanımadığı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,949 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat pul verməklə əldə edib üstündə saxlayaraq daşımış, 03 noyabr 2022-ci il tarixdə saat 15:45 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək yaşadığı evin qarşısında, yəni Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsində saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,949 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, istifadə etdiyi narkotik vasitələri Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. 13 avqust 2022-ci il tarixdə saat təxminən 17:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 12-ci ünvanın qarşısında olan vaxtı mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmiş, o polis əməkdaşları ilə razılaşıb onlar ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxs axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O, əynində olan qara rəngli uzunqol donun sağ qolunun qatlanmış hissəsində saxlayaraq daşıdığı bir büküm narkotik vasitə heroini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bir ədəd büküm kütlənin nə olduğunu ondan soruşduqda o təqdim etdiyi bir büküm kütlənin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Bundan başqa o, 03 noyabr 2022-ci il tarixdə saat 15:45 radələrində yaşadığı evin qarşısında olan vaxtı mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31ci polis bölməsinə dəvət etmiş, o polis əməkdaşları ilə razılaşıb onlar ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. O, əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibində saxlayaraq daşıdığı bir büküm narkotik vasitə heroini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bir ədəd büküm kütlənin nə olduğunu ondan soruşduqda o təqdim etdiyi bir büküm kütlənin narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvü isə Suraxanı Rayon Polis İdarəsinin 31-cü polis bölməsinin əməliyyat Şahid3 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün əməliyyat qrupunun üzvü ilə birlikdə daxil olmuş məlumat əsasında saat təxminən 17:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 12 nömrəli evin qarşısında həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşmış, xidməti vəsiqəsini göstərmiş özünü ona təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bundan sonra onunla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasına gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsində Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol donun sağ qolunun qatlanmış hissəsində saxladığı 01 (bir) ədəd büküm kütləni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bir ədəd büküm kütlə narkotik vasitə olan heroindir və özü istifadə etmək məqsədilə “Ruhad” adlı şəxsdən almışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 03 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə əməliyyat məlumatı daxil olmuş. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş barədə qərar Suraxanı rayon prokuroruna və Suraxanı rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri digər polis əməkdaşı Şahid1, üzvü isə o, təyin olunmuşdur. Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün daxil olmuş məlumat əsasında saat təxminən 15:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, 2-ci mədən küçəsində həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşmış, xidməti vəsiqəsini göstərmiş özünü ona təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bundan sonra onunla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasına gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 01 (bir) ədəd büküm kütləni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bir ədəd büküm kütlə narkotik vasitə olan heroindir və özü istifadə etmək məqsədilə 03 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindən tanımadığı şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşları Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol donunun sağ qolunun qatlanmış hissəsindən bir ədəd büküm kütləni təqdim edərək bildirdi ki, təqdim etdiyi bir ədəd büküm kütlə narkotik vasitə heroindir və özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşıyır. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, polis əməkdaşları Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd büküm kütləni təqdim edərək bildirdi ki, təqdim etdiyi bir ədəd büküm kütlə narkotik vasitə heroindir və özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşıyır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220100647 nömrəli cinayət işi üzrə: tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2023-cü il tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, vəzifəsini icra edən Vüqar Hüseynovun 15 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 14 avqust 2022-ci il tarixli 6/4319 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №171möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən... və s.sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,898 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». 220100983 nömrəli cinayət işi üzrə: tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mahmudovun 05 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 05 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 04 noyabr 2021-cı il tarixli 6/6396 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №195” dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs q (imza)... sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,949 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir». “Cinayət işlərinin bir icraata birləşdirilməsi” haqqında 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət təqibi ********* nömrəsi altında davam etdirilmişdir. 17 fevral 2023-cü il tarixli 909 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, t Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş və həmin xüsusatları təsdiq edən sənədlər ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması, qadın olması iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini iki dəfə, yəni 13 avqust 2022-ci il və 03 noyabr 2022-ci il tarixlərində törədib. Bu Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. İş üzrə cəzanı ağırlaşdıra biləcək başqa hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 0,899 və 1,848 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroinlər məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 165 (yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 – 15 avqust 2022-ci il tarixləri və 03 – 05 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu cəmi 04 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 22 may 2023-cü il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri 0,899 və 1,848 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroinlər məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 165 (yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-330/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-330/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver