Məhkəmə qərarları › İş №1(010)-330/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-330/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-330/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsnın iştirakları ilə, xx xxxx 1997-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 10 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 yanvar 2025ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 225/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə barəsində qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 8,32 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin və Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 yanvar 2025-ci il tarixdə saat 01:45-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlqar Məmmədov küçəsində nömrəsiz evin qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılmış və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üstü ağ kağızdan, iç tərəfi şəffaf sellofandan olan bükümdə təmiz çəkisi 8,32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. Əmircan qəsəbəsində tanımadığı İran vətəndaşından 85 manata narkotik vasitə qurudulmuş marixuananı əldə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlqar Məmmədov küçəsində olduğu zamanı 3 nəfər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitə əldə etməsi, saxlanılması və daşınmasında şübhəli olduğunu deyib, onun hüquqlarını izah etməklə üzərində narkotik vasitə, psixotrop maddə və ya digər dövriyyəsi qadağan olunmuş maddə, əşya varsa təqdim etməsini ona təklif etmişlər. Videoçəkiliş aparılmaqla üzərində baxış aparılarkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 bükümdə olan qurudulmuş marixuananı, göy rəngli cins şalvarının sol yan cibindən «Samsung» markalı mobil telefonu təqdim etmiş, həmin marixuananı özünə məxsus olduğunu və haradan əldə etməyini söyləmişdir. Təqdim etdiyi içərisində marixuana olan büküm zərfə qoyulub möhürlənmiş və imzalanmışdır. Sonra Suraxanı RPİnə gəlmişlər. Üstünün yoxlanılması və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən protokol imzalanmışdır. Üstü yoxlanılan zamanı ona qarşı hər hansı fiziki və ya psixoloji təsir edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə ailə üzvlərinin xəstə olduğunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş dindirilmiş Suraxanı RPİ-nin NMBnin rəisi vəzifəsini müvəqqəti icra edən, əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-cü il tarixdə xx.xx.1997-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi, ev 2A, mənzil 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin istifadə etmək məqsədilə əldə etməsi barədə əməliyyat məlumatı Suraxanı RPİ-nin NMB-nə daxil olmuşdur. Bu barədə İdarənin rəhbərliyinə raportla məruzə edilərək xx.xx.2025-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, rəisin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna özü, NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Hilal oğlu və CAŞ-nin CA üzrə kiçik inspektoru Şahid3 daxil edilmişlər. Qrupa rəhbərlik ona həvalə olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə saat 01:45-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlqar Məmmədov küçəsində küçə ilə piyada hərəkət etdiyi zaman yaxanlanmış, videoçəkilişdən istifadə etməklə həmin yerdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə, digər qadağan edilmiş əşyaların və ya predmetlərin olmasını ehtimal edərək ona hüquq və vəzifələri izah edilmiş, təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya psixotrop maddə, digər iş üçün əhəmiyyət kəsb edən əşyalar və ya sənədlər varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kağız bükümdə narkotik maddə qurudulmuş marixuananı çıxardaraq üstü yoxlanılan yerin yanında olan naməlum avtomobilin qabaq kapotunun üzərinə qoyub bildirmişdir ki, həmin bükümdə olan narkotik vasitə qurudulmuş marixuanadır və onu istifadə etmək məqsədilə tanımadığı şəxsdən konum, yəni koordinatların mobil telefona göndərilməsi vasitəsilə 85 manata alıb üzərində saxlamışdır. Bundan başqa, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefonu çıxardaraq kapotun üzərinə qoymuşdur. Aşkar edilmiş kütlə zərfin içərisində qoyulub möhürlənmiş, zərfin üzərində Təqsirləndirilən şəxs və digər iştirakçılar imzalamışlar. Videogörüntülər olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Bundan sonra, keçirilmiş tədbirlərin nəticələri şöbənin rəhbərliyinə məruzə edilərək əldə edilmiş narkotik vasitə qurudulmuş marixuana və bir ədəd DVD disk RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Hüseyn Əliyevə təqdim edilmişdir. Təhqiqatçı tərəfindən təqdim olunmuş DVD diskə otaqda olan komputer vasitəsilə Təqsirləndirilən şəxs, onun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə qurudulmuş marixuananın aşkar olunub götürülməsi öz əksini tapmışdır. Sonra götürülmüş bir ədəd bükümdə olan spesifik iyə malik olan qurudulmuş marixuanaya bənzər kütlə zərfdən çıxarılmış, baxış keçirilmiş, məlum olmuşdur ki, bükümün üzəri ağ kağız, iç tərəfdən isə şəffaf sellofana bükülmüşdür. Həmin büküm yenidən qablaşdırılıb möhürlənmişdir. Qeyd olunan baxış zamanı əməliyyat müvəkkili Şahid2 tərəfindən “Samsung A53” markalı mobil telefonun videokamerası vasitəsilə videogörüntülər çəkilmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş və düzgünlüyü Təqsirləndirilən şəxs və baxışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaxalandıqda bildirmişdir ki, həmin narkotik vasitə qurudulmuş marixuananı özü üçün qəbul etmək məqsədilə əldə etmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs satmaq məqsədinin olması barədə hər hansı məlumat olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd “Samsung” markalı mobil telefonda həmin şəxsin göndərdiyi konum və digər məlumatlar silindiyi üçün hər hansı məlumat əldə edilməmişdir. Qeyd olunan mobil telefon sübut kimi iş üçün əhəmiyyət kəsb etmədiyindən aşkar ediləndən sonra Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 şahid qismində Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Şahid Suraxanı RPİ-nin Cinayət axtarış şöbəsinin kiçik inspektoru, polis baş serjantı Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, Şahid1 ifadəsinə uyğun olan eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur ( i.v. 1); əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:45-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İlqar Məmmədov küçəsində polis əməkdaşları tərəfindən yaxalanmışdır. Ona yaxalanmasının səbəbləri barədə məlumat verilməklə tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçisinin olmadığını və müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini bildirmişdir. Həmin yerdə ona üzərində hər hansı qanunla qadağan olunmuş əşya, predmet və narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış geyiminin sağ yan cibindən 1 ədəd şəffaf kağıza bükülmüş kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olduğunu və 85 manat müqabilində tanımadığı və şəxsiyyəti barədə məlumatı olmadığı şəxsdən əldə etdiyini və məqsədinin əldə olunmuş narkotik vasitənin istifadə etmək olduğunu bildirmişdir. Həmin kütlə açıldıqda kütlənin qurudulmuş marixuana olması və şəffaf kağızda qablaşdırılmış halda olması müəyyən edilmişdir (i.v. 9-10); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:45 dəqiqədə ünvan 2 ünvanında dayanmış halda olan zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 ədəd şəffaf sellofan bükümdə marixuanaya bənzər narkotik maddə aşkar edilərək 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd ağ rəngli zərfə və 1 ədəd DVD-yə baxış keçirilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1 (bir) bükümdə ot kütləsi, spesifik iyə malik marixuanaya bənzər maddə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə zamanı video çəkiliş aparılmışdır (i.v. 15-16); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı və təqdim olunan əşyaya baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk xx.xx.2025-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 11, 17, 141-146); şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə saat 02:40-da tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 01:45-dən tutulmuş hesab edilir ( i.v. 27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16-2-7/47 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs ...» yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 8,32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kütlənin içərisində olan daş hissəciklərin çəkisi -0,81 qramdır. Qeyd: qurudulmuş marixuananın təmiz çəkisi – 8,32 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 8,27 qram (i.v. 41-44); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 58-59); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 76-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 331.2-ci maddəsi ilə təqsirli bilinərək 6 ay şərti sınaq müddəti tətbiq edilməklə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 109-110); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2015 – xx.xx.2015-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmuşdur. Diaqnoz: hal-hazırda psixi xəstəlik aşkar edilmir (i.v. 108); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi tərəfindən tərtib olunan ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2025-ci il tarixli, 1066 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər NM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 112-113); toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından qalıq qalmış 8,27 qram qurudulmuş marixuana saxlanmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (i.v. 141-146); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-225/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)-635/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün hissəsi azadlıqdan məhrum etmə növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 26 yanvar 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntü tədqiq edilmişdir. Videogörüntüdə görünür ki, Suraxanı RPİ-nin NMB-nin rəisi vəzifəsini icra edən, əməliyyat müvəkkili polis kapitanı Şahid1 bildirir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun, NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, CAŞ-nin kiçik inspektoru Şahid3 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, İ.Məmmədov küçəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə edilib saxlanılmasında şübhəli olduğu üçün saxlanılıb və üstünə baxış keçirildi. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümü, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxarıb ağ rəngli «cip» tipli avtomobilin qabaq kapontunun üzərinə qoyur. Həmin bükümdə olan maddənin nə olması ondan soruşulduqda bildirir ki, həmin maddə narkotik vasitə qurudulmuş marixuanadır, konum vasitəsilə narkotik vasitənin olduğu yerini öyrənib əldə etmişdir. Həmin narkotik vasitəyə görə tanımadığı İran vətəndaşından 85 manat pul vermiş, narkotik vasitəni özü üçün istifadə etmək məqsədi ilə alıb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı götürdüyü yeri göstərir. Bundan başqa ondan hər hansı bir qanunla qadağan olunan maddə və ya əşya aşkar edilmir. Daha sonra həmin büküm zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən zərf imzalanır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk tədqiq edilmişdir. Videogörüntüdə görünür ki, Suraxanı RPİ-də təhqiqatçısı, polis kapitanı X2 iş otağında Suraxanı RPİ-nin NMB-nin rəisi vəzifəsini icra edən, əməliyyat müvəkkili polis kapitanı Şahid1 bildirir ki, onun, NMB-nin əməliyyat müvəkkili Şahid2 və CAŞ-nin kiçik inspektoru Şahid3 tərəfindən yaxalanmış narkotik vasitəni qanunsuz əldə edib saxlanılmasında şübhəli olan Təqsirləndirilən şəxsnün yaxalanması barədə DVD disk və sonuncunun üstündən götürülmüş narkotik vasitəyə oxşar maddə təhqiqatçıya təqdim olunur. Şahid1 tərəfindən həmin maddə və bir ədəd disk təhqiqatçının qarşısında olan masa üzərinə qoyulur. Təhqiqatçı Şahid2 tərəfindən DVD diskə baxış keçirilir, sonra aşkar edilmiş maddə möhürlənmiş zərfdən çıxarılaraq içərsində olan bitki mənşəli, kəskin spesifik iyə malik olan maddə videokameraya yaxınlaşdırılaraq nümayiş etdirilir. Daha sonra həmin büküm həmin zərfə qoyularaq möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxsnın törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 8,32 qram olan qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5- 2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-225/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əvvəlki hökmlə təyin edilmiş cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 66.5), tutulduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı (CM 69.3), cəza çəkmə müddətinin əvvəli 26 yanvar 2025-ci il tarixdən hesablanmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-225/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 78 (yetmiş səkkiz) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 04 (dörd) iş saatı üçün 44 (qırx dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-225/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-225/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 04 (dörd) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 44 (qırx dörd) manat tutularaq 09 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 8,27 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar