Məhkəmə qərarları › İş №1(010)-331/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-331/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-331/2022 11.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:30-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxx 1972-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Köhnəkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, 31 mart 2022-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “Mercedes Benz V220 V-klasse” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə Nəqliyyatda Baş Polis İdarəsi istiqamətində köməkçi yolla hərəkət olarkən Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1cı hissəsinin 3-cü bəndinin tələblərin pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət işitirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək yolun işlək hissəsində olan piyada Zərərçəkmiş şəxs vurub ona baş beyinə qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınığı, hər iki ağciyərin əzilməsi, sağ gicgah-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol baldırın əzilmiş varası, sifətin sıyrıqları ilə nəticələnən dərəcələrinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 08 yanvar 2020-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olmaqla xidmətlər göstərmək məqsədi ilə öz adına olmaq şərti ilə AD seriyalı 721178 nömrəli nəqliyyat vasitəsinin texniki şəhadətnaməsi əsasında “Mercedes Benz V220 V-klasse” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı vaqon tipli 7+1 yerlik minik avtomobil almışdır. Avtomobil faktiki olaraq onundur və avtomobilin dəyərini tam olaraq ödəmişdir. Avtomobili adına olan “BC” kateqoriyalı AC seriyalı 355955 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. Həmin avtomobillə o, 1 manatlıq taksi fəaliyyəti göstərir. O, Bakı şəhəri Xətai rayonu Əhmədli metrosundan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə sərnişin daşıyır. 31 mart 2022-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz V220 V-klasse” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə Hövsan qəsəbəsi istiqamətində hərəkət edib Qum adası yaşayış məntəqəsini keçdikdən sonra yaşadıqları Zığ bağları yaşayış sahəsinə getmək üçün yol üzərində olan piyada keçidini keçib bir qədər hərəkət etdikdən sonra, həmin yolun solunda olan faktiki olaraq təmirlə əlaqdər olaraq istifadə olunmayan köməkçi yol olaraq istifadə olunmuş yola daxil olub hərəkətinin əks istiqamətində artıq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəbəsindən Nəqliyyatda Baş Polis İdarəsi istiqamətində hərəkət etmişdir ki, Zığ bağları yaşayış sahəsində olan evinə getsin. Bu zaman 12 metrlik köməkçi yolun işıqları yanmadığından əsas işlək hərəkət yolu ilə köməkçi yol arasında olan beton yolayrıcıdan sağda yolun mərkəzinə demək olar ki, 06 metr məsafədə saatda 60 km surətlə hərəkət edirdi ki, piyada keçidinə çatmasına 100 metr qalmış qarşısında ani və bir anda yolun əsas işlək hərəkət yolu ilə köməkçi yol arasında olan beton yolayrıcıdan solda yolun mərkəzində 06 metrdə piyada kişinin dayanmasını görmüşdür. Qeyd etdiyi kimi bir anda özünü itirmiş və həmin anda avtomobilinin tən orta qabaq hissəsi ilə təxminən 17 il olar ki, qonşusu olan Zərərçəkmiş şəxs dayanmış vəziyyətdə vurmuşdur. Piyadanı yalnız vuran anda görmüş və tormozlamadan istifadə edə bilməmişdir. Zərbənin təsirindən həmin piyada yerə yıxılmışdır. O avtomobilindən düşüb piyada Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün ona yaxınlaşmış, onun boyun nahiyyəsinə əli ilə toxunmuş, artıq nəbzinin dayanmasını görmüş və dərhal baş vermiş hadisə barəsində istifadəsində olan 050/070 *** ** ** nömrəsindən saat 21:35-də ilkin olaraq 103 çağrı zəng mərkəzinə zəng edərək X20 çağırmışdır. Bundan sonra zəng edib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə hadisə barədə və hadisəni törədən şəxs olduğu barədə məlumat vermişdir. Özü hadisə yerində qalmışdır. Hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerinə baxış keçirib müvafiq sənədləşdirmə apardıqdan sonra onlarla birlikdə polis idarəsinə getmişdir. Hadisədən əvvəl o, spirtli içki və hər hansı bir güclü təsiredici maddələr qəbul etməmiş, hadisə zamanı tam ayıq olmuşdur. Hadisə onun ehtiyyatsızlığı üzündən baş vermişdir. Zərərçəkmiş şəxs onun qonşusu olmaqla 17 ildir ki, səmimi qonşuluq münasibətində yaşamışlar. Onlar arasında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Yolda hərəkəti o tam olaraq müşahidə edə bilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldıraraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barşıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ailənin yeganə gəlir mənbəyi olduğunu, diabet xəstəsi olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 18 avqust 2022-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi X8 göstərmişdir ki, ailəsi 05 nəfərdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs ilə rəsmi nikahından əkiz övladları 2003cü il təvəllüdlü X10, X7 və 2016-cı il təvəllüdlü X11 doğulmuşdur. Həyat yoldaşı Zərərçəkmiş şəxs “Elit” ticarət mərkəzinin yaxınlığında olan “Çinar” servisdə fəhlə olaraq işləmişdir. Hər gün səhər saat 07 radələrində işə gedir və axşam saat 20 və ya 21 radələrində evə gəlirdi. O isə evdar qadın olmaqla günün əksər vaxtlarında yaşadığı mənzildə olur. Övladı Zərərçəkmiş şəxs hazırda «N» saylı hərbi hissədə hərbi xidmətdədir, qızı Sadıqova Səbinə azyaşlı oğlu X11 onunla evdə yaşayır. Onun qonşuları ilə arasında hər hansı ədavət düşmənçilik olmamışdır. 31 mart 2022-ci il tarixdə saat 22 radələrində qonşularından dəqiq olaraq xatırlmadığı biri onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə Zığ bağlarına gedən köməkçi yolda avtomobil onun həyat yoldaşını vurmuşdur. O, dərhal yaxınlıqda olan evindən piyada həmin yerüstü keçdin yaxınlığına gəlmiş, həyat yoldaşının artıq keçinmiş halda yol nəqliyyat hadisəsi yerində olmasını görmüşdür. Ətrafa diqqət edən zaman təxminən 20 ilə yaxın müddət olar ki, onunla qonşuluqda yaşayan və aralarında hər hansı ədavət düşmənçilik olmayan Təqsirləndirilən şəxs idarə etidiyi “Mercedes Benz V220 V-klasse” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə yerində olmasını, avtomobilin qabaq hissəsinin zədələnməsini görmüş və anlamışdır ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz V220 V-klasse” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə Hövsan qəsəbəsindən Zığ bağlarında olan evinə gəlmək üçün köməkçi yoldan istifadə edərək yolu keçmək istəyən həyat yoldaşı Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vurmuşdur. Həyat yoldaşı Zərərçəkmiş şəxs aldığı xəsarətlərindən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs hadisə yerindən olmuşdur və onda olan məlumata görə Təqsirləndirilən şəxs X19 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. O hadisə şahidi olmadığına görə hadisinin baş vermə mexinizmi barəsində bir söz deyə bilməmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı və hadisədən sonra onlara maddi və mənəvi dəstək olmuşdur. X2, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir və onlar Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağlarından qonşu yaşayırlar. Təqsirləndirilən şəxs 2020-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olmaq üçün öz adına “Mercedes Benz V220 V-klasse” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı vaqon tipli 7+1 yerlik minik avtomobili almışdır. Həmin avtomobillə Təqsirləndirilən şəxs 1 manatlıq taksi fəaliyyəti göstərərək, Bakı şəhəri Xətai rayonu, Əhmədli metrosundan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə sərnişin daşıyır. 31 mart 2022-ci il tarixdə saat 21 radələrində evdə olan zaman qonşularından eşitmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz V220 V-klasse” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə evlərinin qarşısında Hövsan yolunun solunda olan köməkçi yolda bir nəfər piyadanı vurmuşdur. Dərhal yaxınlıqda olan evindən piyada həmin yerüstü keçdin yaxdığına gəlmiş, artıq keçinmiş halda yol nəqliyyat hadisəsi yerində qonşusu Zərərçəkmiş şəxs görmüşdür. Ətrafa diqqət edən zaman qonşuluqda yaşayan, aralarında hər hansı ədavət düşmənçilik olmayan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz V220 V-klasse” markalı, **-VZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə yerində olmasını, avtomobilin qabaq hissəsinin zədələnməsini və sonuncunu hadisə yerində görmüş və anlamışdır ki, Təqsirləndirilən şəxs darə etidiyi “Mercedes Benz V220 V-klasse” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolu ilə Hövsan qəsəbəsindən Zığ bağlarında olan evinə gəlmək üçün köməkçi yoldan istifadə edərək yolu keçmək istəyən Zərərçəkmiş şəxs vurmuşdur. Zərərçəkmiş şəxs aldığı xəsarətlərindən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur, sonuncu X19 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. O, özüdə hadisə ilə bağlı X19 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə X20 avtomobili və Polis əməkdaşları gəlmişdir. O, hadisə şahidi olmadığına görə hadisinin baş vermə mexinizımi barəsində bir söz deyə bilməmişdir. Hadisə zamanı və hadisədən sonra Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Zəruri yerlərə hadisə barəsində məlumat vermiş və sonradan polis əməkdaşları Təqsirləndirilən şəxs hadisə yerindən aparmışlar. Təqsirləndirilən şəxs hadisə zamanı və hadisədən sonra Zərərçəkmiş şəxs ailəsinə maddi mənəvi dəstək olmuşdur. Zərərçəkmiş şəxs ailə üzvlərinin Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi olmamışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 31 mart 2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolunda Nəqliyyatda Baş Polis İdarəsi istiqamətində köməkçi yolda, örtüyünün eni 12 metr və hərəkət hissəsinin eni 06 metr olan yolda baş vermişdir. Piyada yolun sağ kənardan 06 metr məsafədə vurulmuşdur. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli, 1/1369 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan ifadənin hadisə yerində yoxlanılması haqqında 12 aprel 2022ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yolunda Nəqliyyatda Baş Polis İdarəsi istiqamətində köməkçi avtomobil yolunu göstərərək, 31 mart 2022-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi “Mercedes Benz V220 V-klasse” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tən orta qabaq hissəsi ilə yolu hərəkət istiqamətinin sağ tərəfindən sola doğru keçən piyada Zərərçəkmiş şəxs həmin yerdə ehtiyyatsızlıqdan vurduğunu bildirmişdir. İş materiallarında olan meyitin ekspertizasının 31 mart 2022-ci il tarixli, 51 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində baş beyinə qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınığı, hər iki ağciyərin əzilməsi, sağ gicgah-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol baldırın əzilmiş varası, sifətin sıyrıqları kimi xəsarətlər aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, alınma müddətləri 31 mart 2022-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə ağır açıq kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdn 2-4 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazolon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 iyun 2022-ci il tarixli, 8/1436 nömrəli rəyindən görünür ki, “Mercedes Benz V220 V-klasse” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin təqdim etdiyi tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X4 notarial təsdiq olunmuş ərizəsindən görünür ki, cinayət nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra hadisə yerinə X20 çağırmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci tarixdə məhkəmədə hüquqlarını dövlət hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X9, 18 avqust 2022-ci il tarixdən isə öz vəsaiti hesabına müqavilə bağladığı vəkili Müdafiəçi müdafiə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci tarixdə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 01 (bir) iş saatı üçün 06 (altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X6 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Habelə 18 avqust 2022-ci il il tarixdən məhkəmə iclaslarında Təqsirləndirilən şəxs, öz vəsaiti hesabına müqavilə bağladığı vəkili Müdafiəçi tərəfindən hüquqi yardım göstərildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 01 (bir) iş saatı üçün 06 (altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X6 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar