Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-331/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1992-ci ildə Sabirabad rayonu, Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27 ünvanında yaşayan, 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə hazırlıq iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ərinin müalicəsi ilə əlaqədar pul vəsaitinə ehtiyacı olduğuna onu inandırıb bir müddət sonra geri qaytaracağına dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün mis və sink əsaslı metal ərintidən kustar üsulla hazırlanmış özünə məxsus adi bəzək əşyalarını qızıl-zinət əşyaları adı altında borcun təminatı kimi girov qismində saxlamaq məqsədi ilə Zərərçəkmiş şəxs təqdim etməklə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla, 2019-cu ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda onun əvvəlcə 3500 (üç min beş yüz) manat pulunu, 2019-cu ilin oktyabr ayının sonlarında həmin ünvanda 2500 (iki min beş yüz) manat pulunu, 2019-cu ilin noyabr ayının əvvəllərində isə həmin ünvanda 2000 (iki min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs, ümumilikdə 8000 (səkkiz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 16 dekabr 2021-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işi başlanması barədə” qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Elşən Bədəlzadənin 273/21 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında 02 iyul 2021-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş və Nahidə adlı şəxsin Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldatmaqla 8000 manat, yəni xeyli miqdarda pulunu ələ keçirməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. 16 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 15 iyul 2022-ci il tarixdə, Suraxanı rayon prokuroru, ədliyyə müşaviri Vüqar Hüseynov tərəfindən həmin qərar ləğv olunmuş və cinayət işi üzrə icraat 15 iyul 2022-ci il tarixdə, CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə, saat 18:15-də Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, ona 11 sentyabr 2022-ci il tarix, saat 10:30-da Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Çərkəz Pənahov tərəfindən həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 29 sentyabr 2022-ci il tarixdə, Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış, 01 aprel 2025-ci il tarixdə isə icraat yenidən təzələnmişdir. Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı Çərkəz Pənahov tərəfindən 18 aprel 2025-ci il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən 19 aprel 2025-ci il tarixdə təsdiq olunaraq cinayət işi Suraxanı rayon Məhkəməsinə göndərilmiş və cinayət işi məhkəməyə 23 aprel 2025-cü il tarixdə daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı bildirmişdir ki, iş üzrə məhkəməyədək icraat zamanı müstəntiq X6 tərəfindən ittiham aktı tərtib edilərkən kobud pozuntulara yol verilmişdir. Həmin pozuntulara yol vermiş Suraxanı RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Çərkəz Pənahov barəsində xüsusi qərar çıxarılmasını və işin məhkəmə baxışına verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs işin məhkəmə baxışına verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi da həmçinin işin məhkəmə baxışına verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında ilkin dinləmələr aparılmaqla baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, ilkin olaraq məhkəmə qeyd edir ki, ittiham aktında Təqsirləndirilən şəxs ifadəsi düzgün yazılmamış, yəni üçüncü şəxsin adına çevrilməmişdir. Bununla da, həmin ifadə oxunarkən cümlə quruluşları anlaşılmaz olmaqla, aydın şəkildə kimin hansı əməli törətməsi başa düşülmür. Növbəti pozuntu ondan ibarətdir ki, cinayət işinin 98-99-cu səhifələrini əhatə edən təqsirləndirilən şəxs qismində cəlb etmə qərarında həmin qərarın surətini alan təqsirləndirilən şəxsin adı X7 yazılmaqla, səhv qeyd edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında olan borcla bağlı mübahisə dələduzluq cinayət əməli kimi qiymətləndirilmiş, lakin bununla bağlı müstəntiq tərəfindən zəruri sübutlar toplanmamışdır. Belə ki, zərərçəkmiş şəxs ilkin izahatı zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşının əməliyyatı üçün pul lazım olduğunu bildirmiş, bu səbəbdən ona bir neçə dəfəyə ümumilikdə 8000 manat məbləğində borc pul vermişdir. Lakin müstəntiq tərəfindən təqsirləndirilən şəxsin həqiqətən rəsmi və ya qeyri-rəsmi həyat yoldaşının olub-olmaması araşdırılmamış, onun xəstə olub-olmaması, əməliyyat keçirib-keçirməməsi ilə bağlı xəstəxanaya sorğu verilməmiş, zəruri tibbi sənədlər götürülməmiş, bununla da, müvafiq məlumatın düzgünlüyü yoxlanılmamışdır. Növbəti pozuntu ondan ibarətdir ki, müstəntiq ittiham aktında CM-in 59 və 61-ci maddələrinə əsasən cinayət əməlini yüngülləşdirən və ağırlaşdıran hallara qiymət verərkən təqsirləndirilən şəxsin adını səhv yazmaqla, X2 qeyd etmişdir. Növbəti pozuntu odur ki, ittiham aktında müstəntiq cinayət işinin dayandırılması haqqında qərarın tarixini düzgün qeyd etməmişdir. Odur ki, cinayət işi materiallarından görünür ki, cinayət işi üzrə icaatın dayandırılması haqqında qərar 29 sentyabr 2022-ci il tarixdə qəbul olunmuşdur. Müstəntiq isə həmin tarixi ittiham aktında 29 sentyabr 2024-cü il kimi qeyd etmişdir. Növbəti pozuntu odur ki, 15 aprel 2025-ci il tarixli, “təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işi materialları ilə tanış etmək haqqında” və “zərərçəkmiş şəxsi cinayət işi materialları ilə tanış etmə haqqında” protokollardan görünür ki, tanışetmə müstəntiq tərəfindən düzgün aparılmamışdır. Belə ki, təqsirləndirilən şəxs və müdafiəçiyə təqdim edilmiş cinayət işi materialının vərəq sayı 151, zərərçəkmiş şəxsə isə 152 vərəqdə təqdim edildiyi göstərilsə də, cinayət işi müvafiq olaraq həmin protokollar tərtib edilənədək faktiki 162 və 163 vərəqdən ibarət olmuşdur. Növbəti pozuntu ondan ibarətdir ki, cinayət işinin 128-ci vərəqində təqsirləndirilən şəxsin yeni müdafiəçisinin müqavilə üzrə işə qoşulduğu görünsə də, müdafiəçiyə müstəntiqə və prokurora etiraz hüququnun olması izah edilməmişdir. Sonuncu olaraq isə məhkəmə qeyd edir ki, müstəntiq tərəfindən təqsirləndirilən şəxsə pulun verildiyi hadisə yerinə baxış keçirilməmiş, bu barədə müvafiq protokol tərtib edilməmiş, yalnız şifahi sözlərlə hadisə yerinin hara olması aydınlaşdırılmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktını tərtib etmiş şəxs Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı Çərkəz Pənahov tərəfindən CPM-nin 303.3.6 və 303.3.8-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 85-ci maddəsinə əsasən müstəntiqin vəzifələridir: 85.2.4. Şübhəli şəxs tərəfindən cinayət törədilməsini təsdiq edən kifayət qədər sübutlar toplandığı halda, onu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmək və ona ittiham elan etmək; 85.2.12. Bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək; CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlər sırasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına da baxılır. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də 300.1.5-ci maddədə qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır. CPM-nin 301.1-ci maddəsinə əsasən məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda; 301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; 301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. Belə olan halda, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materiallarına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Hazırkı cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular vardır və bu səbəbdən, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar digər pozuntularla yanaşı aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması. 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. 286.3. Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində həmçinin aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.2. təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; 289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar; 289.4. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. 223.2-ci maddəsinə əsasən bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Odur ki, cinayət işinin baxılmasına xitam verilməli və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. CPM-nin 307-ci maddəsinin tələbləri nəzərə alınaraq müstəntiq X4 barəsində xüsusi qərar çıxarılmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, o cümlədən aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs barəsində 11 sentyabr 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Beləliklə, məhkəmə ilkin dinləmələr aparmaqla yuxarıda qeyd edilən halları və cinayət işi materiallarını ətraflı tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.6 və 303.3.8-cü maddələrinə əsasən xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X6 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi CPM-nin 300.1.5-ci maddəsində qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardan şikayət və ya protest verilməsi qanunda nəzərdə tutulmamışdır. CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 6 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 6 (altı) iş saatı üçün 66 (altmış altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 299-300, 303, 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.6 və 303.3.8-ci maddələrinə əsasən xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X6 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 6 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 (altmış altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-331/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-331/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver