Məhkəmə qərarları › İş №1(010)-332/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-332/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-332/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, xx xxxxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 aprel 2021-ci ildə saat 13 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivində yerləşən 9a nömrəli binanın qarşısında xx xxxxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qəsdən vurub, həmçinin sağ əlini buraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 07 aprel 2021ci ildə günorta vaxtı evdə olduğu vaxt səkkiz yaşlı uşağı Eldar Rüstəmov ağlaya-ağlaya gələrək həyətdə başqa bir uşaq tərəfindən döyüldüyünü bildirmişdir. Bunun səbəbini öyrənmək üçün Eldarla birlikdə həyətə düşmüş, oğlunun bildirdiyi qız uşağına yaxınlaşıb hansı səbəbdən Eldarı döydüyünü soruşduqda, həmin uşaq «yaxşı etmişəm» deyərək onu da vurmağa çalışmış, o, isə öz növbəsində özünümüdafiə məqsədilə uşağın əlindən tutub sıxmış, həmçinin ona bir dəfə şillə vurmuşdur. Törətdiyi cinayət əməlinə görə peşmandır. xx xxxxxxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə bildirmişdir ki, 07 aprel 2021-ci ildə işi ilə əlaqədar evdə olmadığı vaxt anası Şahid ona zəng edərək bildirmişdir ki, Suadı həyətdə oynadığı vaxt bir qadın döyüb. Saat 14:30 radələrində evə qayıtmış, qızından kim tərəfindən döyüldüyünü soruşduqda sonuncu bildirmişdir ki, həyətdə həmyaşıdları olan qızlarla oynadığı vaxt onlara iki nəfər oğlan uşağı yaxınlaşıb öz hərəkətləri ilə maneələr törətməyə başlamışlar. Bu səbəbdən həmin uşaqları özlərindən kənarlaşdırdılar. Bundan təxminən yarım saat sonra bir qadın gələrək həmin oğlan uşaqlarının anası olduğunu deyib, onları kimin döydüyünü soruşmuş, Suadı təhqir edərək şillə ilə vurmuş, həmçinin sağ əlindən tutub buraraq dırnaqları ilə xəsarət yetirmişdir. Qızı hadisəni ona danışdıqdan sonra DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisənin polis tərəfindən araşdırıldığı vaxt bilib ki, qızına xəsarət yetirmiş qadın Təqsirləndirilən şəxsdır. Qanuni nümayəndə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin hadisənin təfərrüatı ilə bağlı məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hücum edərək onu təhqir etməyə başlamış, daha sonra isə döymüşdür. Hadisə vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı hər-hansı aqressiv hərəkət etməmiş, onu vurmamışdır. Bu hal iş materiallarına əlavə edilmiş, kompakt-diskdəki videoyazı ilə də müəyyən olunur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Kuliyeva X1 Aynurə Zaur qızının bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı yuxarıda göstərilən izahat və ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. O cümlədən, iş materiallarına əlavə edilmiş kompakt-diskdəki videoyazı ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşıb ona əsəbi halda nə isə dedikdən sonra baş nahiyəsinə şillə vurur, həmçinin sağ əlini tutub burur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı hərhansı aqressiv hərəkət etməsi halı videoyazı ilə müəyyən edilmir. Bununla yanaşı, canlı şəxsin ekspertizası ilə bağlı 19 aprel 2021-ci il tarixli 314 nömrəli ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: «2011-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə, ilk məlumata əsaslanaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Zərərçəkmiş şəxs müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarət aşkar edildi: sağ əlin sıyrıqları, oynaqda hərəkət məhdudlaşması ilə müşayiət olunan həmin əlin V barmağının şişkinliyi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 07.04.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər». Beləliklə, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi mövcuddur. Məhkəmə göstərilənlərlə yanaşı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə müraciət edərək iş üzrə Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının tətbiq olunmasını xahiş etmişlər (təqsirləndirilən şəxsin müvafiq məzmunlu ərizəsi iş materiallarına əlavə olunub). Məsələ ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə «icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1 – 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla)». Təqsirləndirilən şəxs qadın olması səbəbindən Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 1.12-ci bəndinin təsiri altına da düşür. Bununla yanaşı, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin məzmunundan görünür ki, həmin Məcəllənin təqsirləndirilən şəxsə ittiham olunan 128-ci maddəsində nəzərdə tutulan əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Eyni zamanda qeyd olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən «amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Beləliklə, məhkəmə işin faktik hallarının məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iş üzrə cinayət təqibinə xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün maddi-hüquqi və prosessual əsaslar mövcuddur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 9.1-ci bəndi tətbiq edilərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar