Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-332/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, prokuror, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:00-da, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “X14 FZE” şirkətinin Azərbaycan Respublikasındakı filialında kran-maşinisti vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 02 iyun 2022-ci il tarixdə saat 10 radələrində işlədiyi "X14 FZE" şirkətinin Azərbaycan Respublikasındaki filialının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, İV mədən ərazisində yerləşən sahəsinin mexaniki sex ərazisində istifadəyə yarasız məhlul çəninin ərazidən çıxarılıb, yük maşını vasitəsi ilə daşınması üçün idarə etdiyi kran vasitəsi ilə dəmir lövhələri yük maşınının kuzasına yükləyən zaman, kran qolunun altında olan adamların həmin yeri tam tərk etməyənədək yükün heç bir hərəkətinə yol verməməli olduğu halda Zərərçəkmiş şəxs yük maşının kuzasında olduğunu gördüyü halda “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19 ("j" abzası) bəndinin tələblərini kobud şəkildə pozaraq dəmir lövhənin yüklənməsi zamanı öz vəzifələrinin icrasına cinayətkarcasına etinasızlıq göstərib, ehtiyatsızlıq edərək idarə etdiyi kran vasitəsilə dəmir lövhəni havaya qaldırdıqdan sonra Zərərçəkmiş şəxs avtomobilin kuzasında olan zaman yükün həmin hissəyə endirilməsini həyata keçirərkən dəmir lövhənin yükün altında olan Zərərçəkmiş şəxs üzərinə aşması nəticəsində sonuncunun baş beyinə, qişalarına, mədəciklərinə qansızına, kəllə qapağının kəllə əsasına keçən sınığı, sol bud sümüyünün açıq sınığı, hər iki ağ ciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları və qançırları kimi ağır dərəcəli və ölümü ilə birbaşa səbəbli əlaqəli bədən xəsarətləri almasına görə, ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 2013-c2 ildə "Avtomobil kran maşinisti'" ixtisası üzrə vəsiqə alaraq, hazırki vaxtadək həmin fəaliyyətlə məşğul olmuş, 2019-cu ilin mart ayının 19-dan etibarən "X14 FZE" şirkətinin Azərbaycan Respublikasındaki filialında kran sürücüoperatoru kimi çalışmışdır. O, rəsmi qaydada əmək müqaviləsi ilə işləyir, 880 manat məbləğində əmək haqqı alır, iş saatı saat 08:00-dan 20:00-a qədərdir. O, kran maşinistidir, yüklərin yerdəyişməsini həyata keçirir. İşlədiyi şirkətin ərazisində, yüklərin yerdəyişməsi lazım olarsa ona tapşırıq verilir və həmin ərazidə yüklərin yerdəyişməsini həyata keçirir. 02 iyun 2022-ci il tarixdə səhər saat 08:00 radələrində şirkətdə dispetçer işləyən Faiq ona zəng edib anbara getmək lazım olduğunu, yük yerdəyişməsini həyata keçirməli olduğunu bildirmiş, o, bundan sonra kranla anbara getmişdir. Həmin anbar həmçinin mexaniki sex kimi fəaliyyət göstərir, orada dəmir materiallar, ləvazimatlar və sair saxlanılır. Anbarın rəisi olan Bəyazid ona yüklənməli olan dəmir materiallarını göstərib, həmin materialların yük maşınına yüklənməli olduğunu bildirmişdir. Həmin material köhnə su çəni olmuş və xüsusi vasitə ilə hissələrə ayrılmışdır. Həmin dəmir materialların üzərində oyuqlar açılmış, kranın qarmağını həmin oyuğa keçirilib kran vasitəsilə dəmir materialı yük maşınının yük yerinə yerləşdirməli olmuşdur. Həmin vaxt ondan başqa orada şirkətdə işləyən mərhum Zərərçəkmiş şəxs və "Kamaz“ markalı yük maşınının sürücüsü olan tanımadığı şəxs də olmuşdur. Mərhum Rəsul özü kranın qarmağını şəxsən dəmir listdə açılmış oyuğa keçirmiş, o isə kran vasitəsilə dəmir listi yerdən qaldırıb yük maşınının içərisinə yerləşdirmiş, dəmir listin yük maşının yük yerində düzgün yerləşdirilməsinə Rəsul onu istiqamətləndirib kömək etmiş, daha sonra Rəsul yük maşının yük yerinə qalxaraq qarmaqları açmışdır. Rəsuldan başqa bir nəfər də işçi işləməli olsa da, həmin işçi gecikdiyindən Rəsul bunun hamısını özü etməli olmuş, bu səbəbdən kamazın sürücüsü olan yaşlı kişi də Rəsula kömək etmək üçün yük maşınının yük yerinə qalxmış, lakin bunu görən şirkətdə texniki təhlükəsizlik üzrə mütəxəssis işləyən Elmar gəlib həmin kişinin yük yerindən düşürmüşdür. Kamaz markalı maşının sürücüsü olan yaşlı kişi işin tez yekunlaşması və yükün maşınına səliqəli yerləşdirilməsi üçün kömək etmişdir. O, 03 ədəd dəmir listi bu formada qaldırıb yük maşınına yerləşdirmiş, növbəti, yəni 4-cü dəmiri yerləşdirmək üçün Rəsul yük maşınının yük yerindən aşağı düşmüş, o daha təhlükəsiz olması üçün krana 02 ədəd qarmaq qoşsa da, Rəsul kranın 01 ədəd qarmağını dəmir listin dəliyinə yerləşdirmişdir. Rəsul ona yükü qaldırmağını bildirdikdə yükü kranla qaldırmış, yük maşınının yük yerinə yerləşdirmiş, lakin Rəsul ona yükü səliqəli yerləşdirə bilmədiyini demiş, bundan sonra o, dəmir listi yenidən kranla havaya qaldırmış, bu zaman Zərərçəkmiş şəxs və kamaz maşınının sürücüsü də onu istiqamətləndirmək üçün maşının yük yerinə qalxmışdır. O, dəmir listi yük maşınının yük yerinə qoymaq istəyən zaman digər tərəfi də yerləşdirmək üçün dəmir listin bir tərəfini yük yerinə qoymuş, bu zaman kranın qarmağı dəmir listin dəliyindən çıxmışdır. O, bunu görərək dərhal siqnal verib qışqıraraq qaçmalarını bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs üzü onun tərəfə olduğu üçün dəmir listin düşdüyünü görməmiş, o qışqırdıqdan sonra Rəsul qaçmağa başlamış, lakin qaça bilməmişdir. Dəmir list Rəsulun başına dəymiş, sonuncu yerə yıxılmış və dəmir list üstünə düşmüşdür. "Kamaz” markalı yük maşınının yan hissəsi hündür olduğu üçün o, dəmir listin mərhum Zərərçəkmiş şəxs hansı hissəsinə düşdüyünü dəqiq görməmişdir, digər şəxs isə cəld tərpənib qaça bildiyindən, həmin şəxsə heç nə olmamışdır. Həmin şəxs dərhal qarmağı yenidən dəmir listə keçirmiş və o, kranla dəmiri qaldırmışdır. Daha sonra o, krandan düşüb kömək çağıraraq yük maşınının yük yerinə qalxmış, Zərərçəkmiş şəxs ağzından və burnundan qan gəlmiş, şirkətin həkimi gəlib Rəsula ilkin tibbi yardım göstərərək, sonuncunun başını sarımışdır. O, təcili tibbi yardım çağırın deyə qışqırmış, bir müddət sonra təcili tibbi yardım gəlmiş, onlar Zərərçəkmiş şəxs yiik maşınından düşürüb təcili tibbi yardım maşınına qoyduqda həkim artıq Rəslunun xilas ola bilməyəcəyini bildirmişdir. Bundan sonra təcili tibbi yardım maşını ilə Rəsul xəstəxanaya aparılmış, şirkətin həkimi də Rəsulla birlikdə getmişdir. Bir neçə dəqiqə sonra o, şirkətin həkiminə zəng vurub vəziyyəti soruşduqda, həkim ona Zərərçəkmiş şəxs artıq öldüyünü bildirmişdir. İş görərkən Zərərçəkmiş şəxs xüsusi geyimdə olmuş, başında iş vaxtı geyinilməsi nəzərdə tutulmuş kaska, uzunboğaz işçi ayaqqabısı olmuş, onlara təhlükəsizlik texnikası ilə bağlı hər üç aydan bir təlimatlar keçirilmiş, təlimatdan sonra öz imzaları ilə təlimatı təsdiq etmişlər. Təlimatlar SƏTƏM mühəndiləri Hüseyn və Elmar adlı şəxslər keçmişdir. Həmçinin işə başlamazdan əvvəl iş rəhbəri Şahid4 tərəfindən onlara iş prosesi zamanı qaldırılan yükün qarmaqlara kip keçirilməsini, yük qaldırılarkən yükün hərəkət trayektoriyasında olmamağı, yük avtomobilin kuzasına qoyulduqdan sonra tam dayanıqlı vəziyyəti təmin edildikdən sonra ora çıxıb ilməkləri açmağı, yükün dayanıqlı vəziyyətini təmin etmək üçün yükə müvafiq uzunluqlu qarmaqlar istifadə etməyi tapşırmışdır. Bundan başqa iş rəhbəri Şahid4 tərəfindən ona yük avtomobilinin kuzasında adamlar olduğu halda kranın qolunu həmin hissəyə yaxınlaşdırmamağı, yükü həmin hissəyə aparmamaq barədə xəbərdarlıq etmişdir. O, kran idarə etməyə 2013-cü ildən başlamış, işə daxil olan zaman əvvəllər başqa şirkətlərdə kran sürücüsü olmağı ilə bağlı sertifikatı olsa da. "X14 FZE şirkətinə daxil olan zaman ixtisasını artırıb 6-cı dərəcə kran maşinisti kimi işə başlamışdır. Onunla şirkət arasında əmək müqaviləsi bağlanaraq, həmin əmək müqaviləsinin bildirişinə əsasən vəzifəsi kran-maşinisti kimi qeyd olunmuşdur. Hadisə baş vermədən öncə SƏTƏM mühəndisi Elmar adlı şəxs iş gördükləri yerə gəlib yük maşının içərisində olan "Kamaz” markalı yük maşınının sürücüsünü həm başında mühafizə vasitəsi olmadığı, həm də görülən işə həmin şəxsin aidiyyəti olmadığı üçün iş yerindən uzaqlaşdırmış, həmçinin Rəsulun da bütün mühafizə vasitələrinin əynində və qaydasında olduğuna baxıb nəzarət etmişdir. Hadisə baş verən gün dəmir listlərin yük avtomobilinə yerləşdirilməsinə kran sürücüsü kimi onun, yük daşıyan şəxs kimi isə 02 nəfər Rəsul və adını bilmədiyi digər bir şəxsin ayrılmış, həmin şəxsin işin görülməsinə gecikdiyi üçün ayrılmış şəxslərdən onun və Rəsulun iş prosesində olmuşdur. Kamaz sürücüsü isə özü onlara köməklik etməyə təşəbbüs göstərmişdir. da Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, cinayət nəticəsində vurulmuş maddi ziyan ödədiyini və ona yüngül cəza verilməsini xahiş etdi Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəmədə bildirdi ki, mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 1999-cu ilin noyabr ayının 15-də ailə qurmuş, nikahlarından 2 qız övladı dünyaya gəlmişdir. Qızlarının 2-si də onunla birlikdə yaşayır, onlar evləndikdən sonra Bakı şəhərinə köçmüşdür. O, Rəsulu tanıdıqdan vaxtdan sonuncu zavodda fəhlə işləmişdir. Zərərçəkmiş şəxs ilk vaxtlar Heydər Əliyev adına Neft emalı zavodunda işləmiş, həmin şirkətdə işdən çıxdıqdan sonra, təxminən 2015-ci ildən "X14 FZE" şirkətində işləməyə başlamışdır. Zərərçəkmiş şəxs gündəlik evdən işə işdən evə gedib gələn insan olmuşdur. Rəsulun ürəyində bir qədər problemi olmuş, bununla bağlı müalicə almış, lakin xəstəliyi elə də ciddi olmamışdır. Rəsul həmin şirkətdə 4-cü dərəcəli çilingər işləmişdir. Ailəsinin yeganə gəlir mənbəyi Zərərçəkmiş şəxs olmuşdur. Rəsul gündəlik səhər saat 8:00-da işə gedib, axşam saat 20:00-da işdən çıxaraq evə gəlmiş, sonuncu 7 gün işləyib, 7 gün isə evdə olmuşdur. Hadisə baş verən gün, yəni 02 iyun 2022-ci il tarixdə Rəsul yenə eyni qaydada səhər evdən çıxıb işə getmiş, saat təxminən 12 radələrində o, Rəsulun telefonuna zəng vursa da sonuncu telefona cavab verməmiş, Rəsulun işdə olduğu üçün eşitmədiyini düşünüb buna əhəmiyyət verməmişdir. Daha sonra saat 13 radələrində ona zəng gəlmiş və həyat yoldaşı Rəsulun öldüyü bildirilmişdir. Onun baş vermiş hadisənin hansı şəraitdə olması barədə məlumatı olmamış, Rəsulu sonuncu dəfə evdə olarkən görmüşdür. Mərhum həyat yoldaşı heç bir zaman işindən narazı olmamış, istər rəhbərliyi ilə, istərə də iş yoldaşları ilə hər zaman xoş münasibətinin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ürəyində xəstəlik olsa da, əmək fəaliyyətinə mane ola biləcək səhhətində heç bir problem olmamışdır. Mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs şərəf və ləyaqətini heç kəs alçaltmamış, sonuncuya hədə qorxu gəlinməsi kimi hallar olmamış, Rəsul təbiətcə sakit insan olmuş, istər işdə, istərsə də gündəlik həyatında hər kəslə çox yaxşı münasibəti olmuş, iş yoldaşlarının Rəsula hörməti olmuşdur. Zərərçəkmiş şəxs heç kimlə düşmənçilik və ədavəti olmamışdır. Baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs və "X14 FZE" şirkəti tərəfindən ailəsinə maddi yardım göstərilmiş, o və qızı X12 "X14 FZE" şirkətində işə götürülmüş, şirkət tərəfindən kredit borcları ödənilmişdir. X1, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək,həmin barışığa dair notarial ərizəni təqdim etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 2020-ci ilin aprel ayından etibarən "X14 FZE” şirkətində işləyir, hadisə baş verən zaman alət və avadanlıqlara xidmət üzrə operator vəzifəsində işləmiş, hazırda isə istehsalatın idarə edilməsi departamentinin rəis köməkçisi vəzifəsində işləyir. İşlədiyi şirkətdə tez-tez yük daşınmaları həyata keçirilir. O, 2022-ci ilin may ayında siqnalçı, ilməkçi və takelaj ixtisasları üzrə təlimə cəlb olunmuş və 25 may tarixində imtahandan uğurla keçdikdən sonra yüklərin boşaldılması, yüklərin əllə və avtomobil nəqliyyatı ilə daşınması işlərinə buraxılmağa icazə almışdır. Zərərçəkmiş şəxs da həmin kursa onunla birgə qatılmış, onlar birlikdə imtahan verib sertifikat almışdır. Kursda onlara iş prosesi zamanı qaldırılan yükün qarmaqlara kip keçirilməsini, yük qaldırılarkən yükün hərəkət trayektoriyasında olmamağı, yük yük avtomobilinin kuzasına qoyulduqdan sonra tam dayanıqlı vəziyyəti təmin edildikdən sonra ora çıxıb ilməkləri açmağı, yükün dayanıqlı vəziyyətini təmin etmək üçün müvafiq uzunluqlu qarmaqlardan istifadə etmək barədə təlimatlar öyrədilmişdir. Bunlar həmçinin onlara iş prosesindən bilavasitə öncə də tapşırılmışdır. O, ilməkçi kimi dəfələrlə yüklərin yüklənib boşaldılması işini həyata keçirmişdir. O və Rəsul X16nın işçisi olmuş, ümumi rəisləri Bəyazid olmuş, Ədalət həmçinin iş zamanı onlara tapşırıqlar verən şəxs olmuşdur. Həmişə işə başlamazdan qabaq onlara müvafiq tapşırıqlar verilmiş, ildə bir dəfə kurslara cəlb olunuraq müvafiq sertifikatlar almışlar. Onlara həm dövri olaraq, həm də bilavasitə işdən əvvəl əməyin təhlükəsizliyi və texniki təhlükəsizliklə bağlı müvafiq təlimlər keçirilmiş, tapşırıqlar verilmişdir. O, Zərərçəkmiş şəxsla birlikdə bir neçə ay işləmişdir. 02 iyun 2022-ci il tarixdə səhər saatlarında o və Rəsul işdə olan zaman anbarda mütəxəssis olan Ədalət mexaniki sex ərazisində olan dəmir lövhələrin daşınmalı olduğunu bildirmişdir. Ədalət onlara müvafiq tapşırıqlar vermiş, lakin həmin vaxt təcili olaraq quyulara su daşınması lazım olduğu üçün o, həmin işə getməli olmuş və mexaniki sex ərazisini tərk etmişdir. Onun suları maşına yüklədiyi yer hadisə baş verən yerə yaxın olmuş, işini görüb qurtardıqdan sonra hadisə baş verən yerə getmiş, orada olan xırda dəmirləri yığmaq istəyən zaman, arxası yük maşınına tərəf olmuş, əyilib dəmiri götürmək istəyərkən siqnal səsi və qışqırıq səsi eşitmişdir. Başını çevirib baxdıqda dəmir lövhənin kamaz markalı yük maşınının kuzasında olan Zərərçəkmiş şəxs üzərinə düşdüyünü görmüşdür. O, hadisə yerinə çatan kimi bu hadisə baş vermiş, dərhal qaçıb şirkətin həkimini çağırmış, həkim gəlib ilk tibbi yardım göstərdikdən sonra, hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Rəsul xəstəxanaya aparılmış, bir qədər sonra o, Rəsulun xəstəxanaya gedərkən yolda öldüyünü eşitmişdir. O, həmçinin hadisə baş verən zaman həmin yerə yaxın olmuş, hadisənin hansı şəraitdə baş verməsini dəqiq görməsə də, həmin vaxt kran maşinisti Təqsirləndirilən şəxs yükü kranla yüklənməli avtomaşının yük yerinə qaldırdığını və Zərərçəkmiş şəxs da yükün altında işləməsinin şahidi olmuş, üzünü çevirdikdə yükün artıq Zərərçəkmiş şəxs üzərinə düşmüşdür. İşlərin görülməsinə cəlb olunan işçilərə Əməyin mühafizəsi və X5 dair dövri, günlük təlimatlar, işlərə buraxılmamışdan əvvəl isə giriş təlimatları keçirilmiş, hadisənin baş verdiyi gün səhər Ədalət tərəfindən onlara əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı görülən işə uyğun şifahi təlimat verilmiş, kurs keçdikləri üçün həmin təlimatları özləri də bilmişdir. Şirkətdə bütün işçilər işə gələn kimi xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilir, işin görülməsini tapşıran şəxsin, iş görülən ərazinin sahə rəisinin, həmçinin texniki təhülkəsizlik üzrə mühəndislərin işçilərin həmin geyim və mühafizə vasitələrini geyinib-geyinməməsinə nəzarət edilir, hadisə vaxtı Zərərçəkmiş şəxs xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, 2021-ci ildən "X14 FZE" şirkətində anbar və X16 üzrə mütəxəssis vəzifəsində işləyir. O, anbar ərazisində malların gəlib-getməsinə, yüklənməsinə, neft quyularına göndərilməsinə, mədaxil və məxaricin təşkil edir, onun birbaşa rəhbəri Bəyaziddir. O, Bəyazidin tapşırdığı işlərin həyata keçirilməsini təşkil edir, bir növ briqadir kimi fəhlələrin işlərinə nəzarət həyata keçirir. İşlədiyi şirkətin əməkdaşları ildə bir neçə dəfə peşə kurslarına cəlb olunmuş, işçilərin ixtisaslarının artırılması üçün müvafiq dərslər keçirilmiş, işçilər işlərin görülməsinə buraxılması üçün müvafiq kurslara cəlb olunmuş, bundan sonra qiymətləndirmədən uğurla keçən işçilərə müvafiq sertifikatlar təqdim olunaraq onlar işlərin görülməsinə cəlb olunmuşdur. Dövri olaraq 3 aydan bir işçilərə texniki təhlükəsizlik qaydaları ilə bağlı seminar keçirilmiş və bu qaydalar onlara izah olunmuşdur. İldə bir dəfə işçilər X5 dair imtahanlara cəlb olunmuş, imtahanlardan uğurla keçdikdən sonra, onlar işə buraxılmışdır. Bundan başqa hər bir işçiyə bilavasitə işin görülməsindən qabaq iş rəhbərləri tərəfindən şifahi qaydada texniki təhlükəsizlik qaydaları izah olunmuşdur. Mərhum Zərərçəkmiş şəxs uzun müddət həmin şirkətdə işləmiş, sonuncu müvafiq kursa cəlb olunmuş və imtahanı uğurla keçdikdən sonra yüklərin yüklənməsi, boşaldılması işlərinə cəlb olunmuşdur. İşlədiyi şirkətdə hər gün boruların yüklənib-boşaldılması həyata keçirilir. Onlar Zərərçəkmiş şəxsla birlikdə bir neçə dəfə bu işi həyata keçirmişdir. Hadisə baş verən gün o, mexaniki sex ərazisində olan zaman Bəyazid ona həmin ərazidə olan istifadəyə yararsız dəmir lövhələrin qaldırıcı kranla yük maşınına yüklənməli olduğunu bildirmişdir. Onun həmin zaman 2 işçisi olmuş, onlardan biri Zərərçəkmiş şəxs olmuş, digəri isə Qəzənfər adlı işçi olmuşdur. Qəzənfərə başqa iş tapşırıldığından sonuncu həmin işin arxasıyca getmiş, bu səbəbdən həmin işin görülməsi Rəsula tapşırılmışdır. Daha sonra o, Rəsula iş prosesi zamanı qaldırılan yükün qarmaqlara kip keçirilməsini, yük qaldırılarkən yükün hərəkət trayektoriyasında olmamağı, yükü yük avtomobilinin kuzasına qoyulduqdan sonra tam dayanıqlı vəziyyəti təmin edildikdən sonra ora çıxıb ilməkləri açmağı, yükün dayanıqlı vəziyyətini təmin etmək üçün müvafiq uzunluqlu qarmaqlardan istifadə etməyi tapşırmışdır. O, qeyd etmişdir ki, Rəsul kurs keçdiyi və kurs zamanı bu məsələlər izah olunduğu üçün onun Rəsula verdiyi tapşırıqları sonuncu özü də bilmişdir. Bundan başqa sürücü-operator işləyən Cavidə yük avtomobilinin kuzasında adamlar olduqda yükü həmin hissəyə yaxınlaşdırmamaq barədə xəbərdarlıq etmişdir. Daha sonra ona başqa iş də tapşırıldığından o, mexaniki sex ərazisini tərk edərək öz sexlərinin ərazisinə getmişdir. Bir müddət sonra mexaniki sex ərazisində hadisə olması barədə məlumat gəlmiş, o, dərhal həmin əraziyə getmiş, yük maşınının arxasına keçib baxdıqda Zərərçəkmiş şəxs kamazın yük yerində yerdə uzandığını, sonuncunun başının qan içində olduğunu görmüşdür. Şirkətin həkimi Rəsulun başını sarıyaraq ilk tibbi yardım göstərmiş, bir qədər sonra təcili tibbi vardım maşını gəlmiş və Rəsulu xəstəxanaya aparmışdır. Bir müddət sonra Rəsulun xəstəxanaya gedərkən yolda ölməsi barədə xəbər gəlmişdir. O, həmçinin hadisə vaxtı iş yerində olmadığı üçün hadisənin hansı şəraitdə baş verməsini bilməmişdir. Hadisə günü işçilərə həmin işin görülməsini Bəyazidin tapşırmış, hadisənin baş verdiyi mexaniki sexin rəisi Şahid7 olmuş, həmin gün orada Azəri görməmiş, işlərin görülməsinə cəlb olunan işçilərə əməyin mühafizəsi və X5 dair giriş, ilkin, dövri təlimatların həmin sahələrdə işləyən mühəndislər tərəfindən verilmişdir. Həmçinin işlərə buraxılmamışdan əvvəl giriş təlimatları keçirilmiş, işə başlamadan öncə işə cəlb olunmuş Rəsul və kran sürücüsü Cavidi şifahi olaraq təlimatlandırmışdır. Şirkətdə bütün işçilər işə gələn kimi xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmiş, işin görülməsini tapşıran şəxsin, iş görülən ərazinin sahə rəisinin, həmçinin texniki təhülkəsizlik üzrə mühəndislərin, işçilərin həmin geyim və mühafizə vasitələrini geyinib-geyinməməsinə nəzarət etmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs xüsusi geyim və tərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Balaş adlı şəxsin "Kamaz“ markalı yük avtomobili ilə yük daşıma fəaliyyəti ilə məşğuldur. Tanışları yük daşınması lazım olduqda onu dəvət edir. O, şifahi razılaşma əsasında yükü maşınla təyinat nöqtəsinə çatdırır. Hadisə baş verməzdən 01 gün öncə ona Bakı şəhəri, Suraxanı rayonunda yerləşən neft şirkətinin ərazisindən "X17” şirkətinə yük daşınmalı olduğu bildirilmişdir. O, əvvəllər də həmin şirkətdən qeyd edilən adresə yük aparmış, lakin şirkətin adını dəqiq yadında saxlamamışdır. O, 02 iyun 2022-ci il tarixdə saat 09:00 radələrində hadisənin baş verdiyi əraziyə getmişdir. Adi şəraitdə o, yükün avtomobilə yüklənib boşaldılmasında iştirak etməyərək, sadəcə yükü avtomobillə təyinat nöqtəsinə çatdırsa da, hadisə günü ağır dəmir lövhələr qaldırıcı kran vasitəsinə onun maşınına yüklənməli olduğundan və həmin şirkətin işçisi olan tanımadığı şəxsin dəmir lövhələri kranın qarmağına keçirib, daha sonra maşının yük yerinə qalxıb, kranı istiqamətləndirib dəmir lövhələrin maşının yük yerində yerləşdirdiyindən, həmin işçi orada tək olduğu üçün ağır dəmir lövhəni yük maşınının içərisində yerləşdirməkdə çətinlik çəkəcəyi üçün və vaxt itkisinin qarşısını almaq üçün yük maşınının yük yerinə qalxaraq işçiyə kömək etmişdir. Həmin işçi ona köməyə ehtiyacı olmadığını bildirsə də o, kömək etmişdir. Onlar birlikdə 3 dəmir listi maşının yük yerinə yerləşdirmiş, daha sonra şirkətin işçisi yük yerindən düşüb yerdə qaldırıcı kranın qarmağını 2 yerdən dəmir listə keçirdib daha sonra maşının yük yerinə qalxmışdır. Bu vaxt saat təxminən 10-a qalmış olardı, o, həmin işçi ilə birlikdə dəmir listin bir tərəfini maşınının yük hissəsinə qoymalı, digər tərəfini isə kranı idarə edən şəxs kranı idarə edib yük hissəsinə daşınma üçün əlverişli formada yerləşdirməli olsa da, dəmir lövhə havada olarkən qarmağın biri dəmir löhvədən ayrılmışdır. Bundan sonra cəmi bir qarmaqla dəmir löhvə havada asılı vəziyyətdə qalmış, dəmir lövhənin bir ucu yük maşınının yük yerinə qoyulduqdan sonra kranın qarmağı dəmir lövhədən ayrılmış, həmin vaxt o və şirkətin işçisi yanaşı olmuş, onların hər ikisi də dəmir lövhənin düşdüyünü görüb qaçsa da, dəmir lövhə həmin işçinin başına dəymişdir. Həmin işçi yerə yıxılmış, işçinin ayağı dəmirin altında qalıb sınmış, o, isə dəmir lövhənin onun üzərinə düşməsindən canını güclə qurtarmışdır. O, qışqırdıqdan sonra ətrafda olan şəxslər köməyə gələrək kranın qarmağını dəmirə keçirmiş, kran vasitəsilə dəmir işçinin ayağı üzərindən götürülmüşdür. İşçi başından ağır xəsarət aldığından huşu özündə olmamış, başı qan içində olmuşdur. Ətrafdakılar təcili tibbi yardım çağırmış, həmin şirkətin həkimi gələrək hadisə yerində işçinin başını sarımış və ilk tibbi yardım göstərmişdir. Bundan sonra təcili tibbi yardım gəlmiş, həmin şəxsi maşının yük yerindən düşürüb təcili yardım maşınına mindirdikdə həkim artıq həmin şəxsin öldüyünü demiş, təcili tibbi yardım maşını ilə şəxs xəstəxanaya aparılmışdır. İşləyən zaman Zərərçəkmiş şəxs xüsusi geyimdə olmuş, başında iş vaxtı geyinilməsi nəzərdə tutulmuş kaska, ayağında uzunboğaz işçi ayaqqabısı olmuşdur. O, qaldırıcı kranı idarə edən şəxsi tanımamış, kran sürücüsü idarəetmə yerində oturub dəmir lövhələri avtokran vasitəsilə götürürək yük maşınının yük yerinə yerləşdirilməsini həyata keçirmiş, kranın qarmağını dəmir lövhələrə isə ölən şəxsin keçirmişdir. Həmin şəxsin kranın qarmağını kənarda dəmir listlərə keçirdikdən sonra yük maşınına qalxıb yük yerində düzgün istiqamətləndirməni həyata keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, 2019-cu ildən "X14 FZE“ şirkətində texniki təhlükəsizlik üzrə mütəxəssis vəzifəsində işləyir, vəzifəsi işçilərin iş vaxtı ərzində xüsusi geyim və tərdi mühafizə vasitələri ilə təmin olunmasına, işçilər tərəfindən həmin geyim qaydalarına riayət etməsinə nəzarət etməkdən ibarətdir. İşlədiyi şirkətin işçiləri ildə bir neçə dəfə peşə kurslarına cəlb olunmuş, işçilərin əksəriyyəti öz ixtisası üzrə beynəlxalq sertifikatlar əldə etmişdir. İldə bir dəfə işçilər işlərin görülməsinə buraxılması üçün müvafiq kurslara cəlb olunmuş, bundan sonra qiymətləndirmədən uğurla keçdikdən sonra işçilərə müvafiq sertifikatlar təqdim olunaraq, onlar işlərin görülməsinə cəlb olunmuşdur. İldə bir dəfə işçilər X5 dair imtahanlara cəlb olunmuş, imtahanlardan uğurla keçdikdən sonra, onlar işə buraxılmışdır. Bundan başqa, hər bir işçiyə bilavasitə işin görülməsindən qabaq iş rəhbərləri tərəfindən şifahi qaydada texniki təhlükəsizlik qaydaları izah olunmuşdur. Mərhum Zərərçəkmiş şəxs may ayında siqnalçı, ilməkçi və takelaj ixtisasları üzrə təlimə cəlb olunmuş və 25 may tarixində imtahandan uğurla keçdikdən sonra yüklərin boşaldılması, yüklərin əllə və avtomobil nəqliyyatı ilə daşınması işlərinə buraxılmağa icazə almışdır. 02 iyun 2022-ci il tarixdə o, səhər saat 08:00 radələrində işə gəlmiş, saat təxminən 09:10 radələrində mexaniki sex ərazisindən keçərkən kran vasitəsilə dəmir listlərin yük maşınına yükləndiyini, iş gedən ərazidə başında qoruyucu kaska olmayan şəxsin olduğunu görmüş, dərhal mərhum Rəsulu çağıraraq həmin şəxsin kimliyini soruşmuşdur. Rəsul ona həmin şəxsin yük maşınının sürücüsü olduğunu bildirdikdə, o, sürücünü yanına dəvət edib sürücüyə iş ərazisindən uzaqlaşmasını və başına qoruyucu kaska qoymasını bildirmişdir. Həmin şəxs iş gedən ərazidən uzaqlaşmış, o isə öz xidməti otağına keçmişdür. Bir müddət sonra səs küy eşitmiş, xidməti otağı mexaniki sex ərazisinə yaxın olduğundan tez hadisə yerinə getmiş, oraya çatdıqda Rəsulun yük maşınının arxasında yerdə olduğunu, sonuncunun üzünün qan içində olduğunu görmüşdür. Həkim Rəsula ilk tibbi yardım göstərmiş, o isə dərhal təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım gəldikdə, həkim artıq Rəsulun öldüyünü bildirmişdir. O, həmçinin hadisə vaxtı öz xidməti otağında olduğu üçün hadisənin hansı şəraitdə baş verməsini bilməmişdir. Hadisənin baş verdiyi yerdə kamera olmuş və hadisəni qeydə almışdır. Hadisənin baş verdiyi mexaniki sexin rəisinin Şahid7dir, hadisə günü işçilərə həmin işin görülməsini kimin tapşırması barədə məlumatının olmamışdır. İşlərin görülməsinə cəlb olunan işçilərə Əməyin mühafizəsi və X5 dair dövri, günlük təlimatlar, işlərə buraxılmamışdan əvvəl isə giriş təlimatları keçirilir. Hadisənin baş verdiyi gün həmin ərazidə olmadığı üçün həmin vaxt təlimatların verilib-verilməməsinə dair məlumatı olmamışdır. Şirkətdə bütün işçilər işə gələn kimi xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilir, işin görülməsini tapşıran şəxsin, iş görülən ərazinin sahə rəisinin, həmçinin texniki təhülkəsizlik üzrə mühəndislərin, işçilərin həmin geyim və mühafizə vasitələrini geyinib-geyinməməsinə nəzarət etmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2010-cu ildən "X14 FZE” şirkətində texniki təhlükəsizlik üzrə aparıcı mühəndis vəzifəsində işləyir, onun vəzifəsi şirkətdə olan texnikaların sertifikatlaşdırılması üçün lazımı tədbirləri görüb, müvafıq dövlət qurumları ilə birlikdə təhlükəsizlik qaydalarına əməl olunmasına dair yoxlamaların həyat keçirilməsində iştirak etməkdə ibarət olmuşdur. İşlədiyi şirkətin əməkdaşları ildə bir neçə dəfə peşə kurslarına cəlb olunaraq, işçilərə ixtisaslarının artırılması üçün müvafiq dərslər keçirilmişdir. İldə bir dəfə işçilər işlərin görülməsinə buraxılması üçün müvafiq kurslara cəlb olunmuş, bundan sonra qiymətləndirmədən uğurla keçdikdən sonra işçilərə müvafiq sertifikatlar təqdim olunaraq işlərin görülməsinə cəlb olunmuşlar. Dövri olaraq 3 aydan bir işçilərə texniki təhlükəsizlik qaydaları ilə bağlı seminar keçirilmiş və bu qaydalar işçilərə izah olunmuş, ildə bir dəfə isə X5 dair imtahanlara cəlb olunmuş, imtahanlardan uğurla keçdikdən sonra işə buraxılmışdır. Bundan başqa, hər bir işçiyə bilavasitə işin görülməsindən qabaq iş rəhbərləri tərəfindən şifahi qaydada texniki təhlükəsizlik qaydaları izah olunmuşdur. Mərhum Zərərçəkmiş şəxs təxminən 7 ildir ki, həmin şirkətdə işləmiş, sonuncu may ayında siqnalçı, ilməkçi və takelaj ixtisasları üzrə təlimə cəlb olunmuş və 25 may tarixində imtahandan uğurla keçdikdən sonra yüklərin boşaldılması, yüklərin əllə və avtomobil nəqliyyatı ilə daşınması işlərinə buraxılmağa icazə almışdır. 02 iyun 2022-ci il tarixdə o, təxminən saat 09:40 radələrində işə gəlmiş, xidməti otağına keçdikdə onların əməkdaşlarından biri ona şirkətin anbar ərazisində iş zamanı bədbəxt hadisə olduğunu bildirmiş, o hadisənin olduğu yerdə getdikdə təcili tibbi yardım maşınının getdiyini görmüş, nə baş verdiyini soruşduqda ona dəmir listin yük maşınına yüklənməsini həyata keçirən zaman şirkətin işçisi olan Zərərçəkmiş şəxs üzərinə dəmir listin düşdüyü bildirilmişdir. O, sonradan xəstəxanaya aparılarkən Zərərçəkmiş şəxs yolda öldüyünü öyrənmişdir. O, həmçinin hadisə baş verən zaman iş yerində olmamış, bu səbəbdən də hadisənin hansı şəraitdə baş verməsini bilməmişdir. Hadisənin baş verdiyi ərazinin anbar rəisi Şahid5dur. Hadisə günü işçilərə həmin işin görülməsini kimin tapşırmasını bilməmişdir. İşlərin görülməsinə cəlb olunan işçilərə Əməyin mühafizəsi və X5 dair dövri, günlük təlimatlar, işlərə buraxılmamışdan əvvəl isə giriş təlimatları keçirilir. Hadisənin baş verdiyi gün həmin ərazidə olmadığı üçün həmin vaxt təlimatların verilib-verilməməsinə dair məlumatı olmamışdır. Hadisənin baş verdiyi yerdə kamera var və hadisəni qeydə almışdır. Şirkətdə bütün işçilər işə gələn kimi xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilir, işin görülməsini tapşıran şəxsin, iş görülən ərazinin sahə rəisinin, həmçinin texniki təhülkəsizlik üzrə mühəndislərin, işçilərin həmin geyim və mühafizə vasitələrini geyinib-geyinməməsinə nəzarət etmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 2014-cıı ildən "Ciulf Drilling" şirkətində işləyir, 2016-cı ildən isə həmin şirkətdə anbar və X16 üzrə menecer vəzifəsində işləyir, vəzifəsi anbar ərazisində malların gəlib-getməsinə, normal şəraitdə saxlanmasına, neft quyularına göndərilməsinə, mədaxil və məxaricinə nəzarət etməkdən ibarətdir. İşlədiyi şirkətin əməkdaşları ildə bir neçə dəfə peşə kurslarına cəlb olunmuş, işçilərin ixtisaslarının artırılması üçün müvafiq dərslər keçirilmiş, işçilər işlərin görülməsinə buraxılması üçün müvaliq kurslara cəlb olunmuş, bundan sonra qiymətləndirmədən uğurla keçən işçilərə müvafiq sertifikatlar təqdim olunaraq onlar işlərin görülməsinə cəlb olunmuş, dövri olaraq 3 aydan bir işçilərə texniki təhlükəsizlik qaydaları ilə bağlı seminar keçirilmiş və bu qaydalar onlara izah olunmuşdur. İldə bir dəfə işçilər X5 dair imtahanlara cəlb olunmuş, imtahanlardan uğurla keçdikdən sonra, onlar işə buraxılmışdır. Bundan başqa hər bir işçiyə bilavasitə işin görülməsindən qabaq iş rəhbərləri tərəfindən şifahi qaydada texniki təhlükəsizlik qaydaları izah olunmuşdur. Mərhum Zərərçəkmiş şəxs uzun müddət həmin şirkətdə işləmiş, sonuncu may ayında siqnalçı, ilməkçi və takelaj ixtisasları üzrə təlimə cəlb olunmuş və 25 may tarixində imtahandan uğurla keçdikdən sonra yüklərin boşaldılması, yüklərin əllə və avtomobil nəqliyyatı ilə daşınması işlərinə buraxılmağa icazə almışdır. O, həmçinin anbar rəisi işləyir, müəyyən dövr ərzində şirkətdə qüsurlu malların silinməsi həyata keçirilir, bu zaman həmin malların silinmə aktı qəbul olunur, orada imza atıb həmin aktı təstiq edən şəxslərdən biri də odur. Onun rəisi işlədiyi anbarda qüsurlu mallardan biri məhlul çəni olmuş, həmin çən istifadəyə yararsız olduğuna görə ərazidən çıxarılmalı olduğundan mexaniki sex ərazisinə gətirilmiş, orada hissələrə ayrılıb başqa yerə daşınması planlaşdırılmışdır. 02 iyun 2022-ci il tarixdə o, mərhum Rəsula yükün daşınmalı olduğunu bildirmiş, bundan sonra aylıq hesabat vermək üçün həmin ərazidən uzaqlaşmış, sonradan həmin ərazidə hadisə olduğunu və dəmir listin mərhum Zərərçəkmiş şəxs üzərini düşdüyünü eşitmiş, dərhal hadisə yerinə gəlmiş, yolda olarkən ona Rəsulun öldüyü bildirilmişdir. O, anbar rəisi olsa da hadisə baş verən ərazinin mexaniki sex ərazisi olmuş, həmin sexin rəisi Şahid7 olmuşdur. O, həmçinin, hadisə baş verən zaman iş yerində olmamış, bu səbəbdən də hadisənin hansı şəraitdə baş verməsini bilməmişdir. Hadisə günü işçilərə həmin işin görülməsini kimin tapşırmasını bilməmişdir. İşlərin görülməsinə cəlb olunan işçilərə Əməyin mühafizəsi və X5 dair dövri, günlük təlimatlar, işlərə buraxılmamışdan əvvəl isə giriş təlimatları keçirilir. Hadisənin baş verdiyi gün həmin ərazidə olmadığı üçün həmin vaxt təlimatların verilib-verilməməsinə dair məlumatı olmamışdır. Hadisənin baş verdiyi yerdə kamera var və hadisəni qeydə almışdır. Şirkətdə bütün işçilər işə gələn kimi xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilir, işin görülməsini tapşıran şəxsin, iş görülən ərazinin sahə rəisinin, həmçinin texniki təhülkəsizlik üzrə mühəndislərin, işçilərin həmin geyim və mühafizə vasitələrini geyinibgeyinməməsinə nəzarət etmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, 2008-ci ildən "X14 FZE" şirkətində qurğu-avadanlıq və infrastruktur bölməsi üzrə menecer vəzifəsində işləyir, vəzifəsi qazma qurğusu avadanlıqlarının saz vəziyyət saxlanmasına nəzarət etmək və sıradan çıxmış avadanlıqların təmirini təşkil etməkdən ibarətdir. İşlədiyi şirkətin əməkdaşları ildə bir neçə dəfə peşə kurslarına cəlb olunmuş, işçilərin ixtisaslarının artırılması üçün müvafiq dərslər keçirilirmiş, işçilər işlərin görülməsinə buraxılması üçün müvafiq kurslara cəlb olunmuş, bundan sonra qiymətləndirmədən uğurla keçən işçilərə müvafiq sertifikatlar təqdim olunaraq onlar işlərin görülməsinə cəlb olunmuş, dövri olaraq 3 aydan bir işçilərə texniki təhlükəsizlik qaydaları ilə bağlı seminar keçirilmiş və bu qaydalar onlara izah olunmuşdur. İldə bir dəfə işçilər X5 dair imtahanlara cəlb olunmuş, imtahanlardan uğurla keçdikdən sonra, onlar işə buraxılmışdır. Bundan başqa, hər bir işçiyə bilavasitə işin görülməsindən qabaq iş rəhbərləri tərəfindən şifahi qaydada texniki təhlükəsizlik qaydaları izah olunmuşdur. Mərhum Zərərçəkmiş şəxs uzun müddətdir tanımış, sonuncu bir neçə il onun rəhbərliyi altında mexaniki sexdə çilingər vəzifəsində işləmişdir. 01 dekabr 2021-ci il tarixdə Rəsul X16nda başqa vəzifəyə keçirilmişdir. Zərərçəkmiş şəxs may ayında siqnalçı, ilməkçi və takelaj ixtisasları üzrə təlimə cəlb olunmuş və 25 may tarixində imtahandan uğurla keçdikdən sonra yüklərin boşaldılması, yüklərin əllə və avtomobil nəqliyyatı ilə daşınması işlərinə buraxılmağa icazə almışdır. Mexaniki sex onun tabeçiliyində olan ərazi olmuşdir. O, 02 iyul 2022-ci il tarixdə mexaniki sex ərazisində xidməti otağın olan zaman qışqırıq səsləri eşitmiş, dərhal otaqdan çıxdıqda işçilərin səs gələn tərəfə qaçdığı üçün həmin yerə getmiş, mərhum Zərərçəkmiş şəxs "Kamaz.'' markalı maşının yük verində yerdə uzanıqlı vəziyyətdə olduğunu, sonuncunun başının qan içində olduğunu görmüşdür. Təcili tibbi yardım gəlmiş, iş yoldaşları köməkləşib Rəsulu təcili tibbi yardım maşınına mindirmiş, bir müddət sonra xəstəxanaya gedərkən yolda Rəsulun öldüyünü eşitmişdir. Hadisə baş verən ərazidə çoxlu borular və digər avadanlıqlar olmuş, orada tez-tez yük danışması həyata keçirilmiş, həmin ərazi mexaniki sex ərazisi olsa da orada boru alətlər anbarının avadanlıqları, sıradan çıxmış borular olmuş, o, buna cavabdeh şəxs olmamışdır. O, həmçinin hadisə vaxtı öz xidməti otağında olduğu üçün hadisənin hansı şəraitdə baş verməsini bilməmişdir. Hadisənin baş verdiyi yerdə kamera olmuş və hadisəni qeydə almışdır. Hadisə günü işçilərə həmin işin görülməsini kimin tapşırması barədə məlumatı olmamışdır. Şirkətdə Əməyin mühafizəsi və X8 sahəsində işləyən mühəndislər var və işlərə buraxılmamışdan əvvəl isə giriş təlimatları keçirilir. Şirkətdə bütün işçilər işə gələn kimi xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilir, işin görülməsini tapşıran şəxsin, iş görülən ərazinin sahə rəisinin, həmçinin texniki təhülkəsizlik üzrə mühəndislərin, işçilərin həmin geyim və mühafizə vasitələrini geyinib-geyinməməsinə nəzarət etmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 02 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində "Suraxanı OİL“ şirkətinin 4-cü mədən ərazisində yerləşən "X14 FZE" şirkətinə məxsus anbar ərazisidir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, qaldırıcı kran-maşınistinin kran vasitəsi ilə dəmir lövhənin yük maşınına yerləşdirir, kran işləyən zaman həmin vaxt yük maşınının yük yerində, daşınan yükün altında 2 şəxsin olması müşahidə edilir. Həmin şəxslər dəmir lövhənin yük yerinə yerləşdirməyə çalışırlar. Baxış zamanı iştirak edən Şahid2 yükün altında olan şəxslərdən birinin özü, digər şəxsin isə mərhum Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Kran vasitəsilə dəmir lövhə yük maşınının yük yerinə yerləşdirilməsi zamanı dəmir lövhəni krana birləşdirən qarmağın ilk öncə biri, sonra isə digəri dəmir lövhədən çıxır, bundan sonra dəmir lövhənin yük maşının yiik yerində olan şəxslərdən birinin üzərinə düşdüyü müşahidə edilir. Kranı idarə edilmə kabinin yük maşını istiqamətində olması və kabinin şəffaf şüşələrdən olması müşahidə edilir. Baxış zamanı yük yerində olan hər iki şəxsin başında işçi dəbilqəsi olması müşahidə edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs meyitinə baxış keçirilməsi haqqında 02 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təşrih masası üzərində əynində boz rəngli xüsusi gödəkcə (iş forması), boz rəngli qısaqol köynək, boz şalvar, boz rəngli göy damalı tuman olan meyit uzadılmışdır. Meyit kişi cinslidir, düzgün bədən quruluşludur, kafi qidalıdır, bədəninin uzunluğu 180 sm-dir. Meyit əllə toxunduqda nisbətən istidir. Meyitin əzələ qacıması inkişaf etməmişdir. Meyit ləkələri solğun qırmızımtıl-bənövşəyi rəngdədirlər, bədənin arxa-yan səthlərində yerləşmişlər, barmaqla təzyiq etdikdə itirlər, təxminən 20 saniyədən sonra öz əvvəlki rəngini alırlar. Meyitin başı düzgün formadadır, başında saçı qaradır, hissəvi ağarıb, uzunluğu 4,0 sm-ə qədərdir. Gözləri göz qapaqları ilə örtülüdürlər, bəbəklər bərabər şəkildə genəlmişlər, 0,5sm diametrdədirlər. Ağız, burun və sağ qulaq dəliklərində qan izləri var. Dişləri protezdir. Dil ağız boşluğundadır, zədəsizdir. Boyunu adi uzunluqda və qalınlıqdadır. Döş qəfəsi slindrik formadadır. Qarını qabırğa qövsü səviyyəsində yerləşir. Xarici tənasül üzvləri kişi cinsli olub, düzgün quruluşdadırlar. Arxa keçəcəyi təmizdir, zədəsizdir. Əllə toxunduqda sol yuxar ətraf və hər iki sağ ətraf tamdırlar. Xəsarətlər: sol göz ətrafı yumşaq toxumalarda 6,0x5,0sm ölçüdə şişkinlik var. Həmin şişkinliyin fonunda 5,0x5,0sm ölçüdə qırmızımtıl göyümtül rəngli qeyri-müəyyən formalı qançır var. Şişkinlik nahiyyəsinə toxunduqda fluktasiya (hematoma) təyin edilir. Sağ göz ətrafı yumşaq toxumalarda 5,0x4,0sm ölçüdə şişkinlik var. Həmin şişkinliyin fonunda 4,0x4,0sm ülçüdə anoloji qançır var. Şişkinlik nahiyyəsinə toxunduqda fluktasiya (hematoma) təyin edilir “eynək simtomu”. Alın nahiyyəsində ortada 2,0x1,5sm, sağda 2.5x2,0sm ölçülərdə qeyri-müəyyən formalı sıyrıqlar var. Sıyrıq səthi qırmızımtıldır, nəmdir, ətraf sağlam dəri toxuması səviyyəsindən aşağıda yerləşir, Sifətdə sağda 3,0x0,3sm ölçüdən 0,5x0,2sm ölçülərə qədər olan çoxsaylı anoloji sıyrıqlar var. Alt dodaqda sağda 3,0x2,5sm ölçüdə eyni xarakterli sıyrıq var. Almnahiyyəsində sağda 8,0x7,0sm ölçüdə şişkinlik var. Sol bazunun yuxarı 1/3-nin bayır səthində 4,0x2,0sm ölçüdən 0,5x0,3sm ölçülərə qədər olan qırmızımtıl çəhrayımtıl rəngli qeyri-müəyyən formalı çoxsaylı qançırlar var. Sol əlin arxa səthində 5,0x5,0sm ölçüdə şişkinlik var. Həmin şişkinliyin fonunda 4,5x4,0sm ölçüdə anoloji qançır var. Sol budun aşağı 1/3-nin ön-bayır səthində 12,0x10,0sm ölçüdə şişkinlik var. Həmin şişkinliyin fonunda 0,9x0,3sm ölçüdə kənarları nahamar olan yara var. Yaranı təftiş edən zaman bud sümüyünün aşağı 1/3-nin çox qəlpəli açıq sınığı təyin edilir. Sınıq ərtafı yumşaq toxumalar tünd qırmızı qansızmalıdır. Sol iç topuq nahiyyəsində 8,0x8,0sm ölçüdə şişkinlik var. Həmin şişkinliyin fonunda 3,5x1,5sm və 2,0x1,0sm ölçüdə anoloji qançırlar var. Meyitin xarici müayinəsi zamanı digər xəsarət aşkar edilmədi. İş materiallarında olan "X14 FZE" şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 08 sentyabr 2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs həmin şirkətdə 4-cü dərəcəli çilingər peşəsinə qəbul edilməsi barədə tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış, Zərərçəkmiş şəxs qeyd edilən tarixdən 4-cü dərəcəli çilingər peşəsində işə qəbul olmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının 02 iyun 2022-ci il il tarixli, 78 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində baş beyinə, qişalarına, mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınığı, sol bud sümüyünün açıq sınığı, hər iki ağ ciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları və qançırları xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə alınmaları inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu, törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1.4 benzodiazepin törəmələri və salisilatlər aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə ekspertizasının 18 iyul 2022-ci il tarixli, 10/4515 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, "Suraxanı Oil“ əməliyyat şirkətinin 4-cü mədən ərazisində yerləşən “X14 FZE” şirkətinə məxsus anbar ərazisində dəmir listlərin yük avtomobilinin kuzasına yüklənməsi işinin aparılması zamanı yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamlar olmasına baxmayaraq yükün yerdəyişməsinin həyata keçirilməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»nm 9.5.19 ("j" abzası) bəndinin tələbləri pozulmuşdur ki. həmin pozulmalar baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqədə olmuşdur. "X14 FZE'' şirkətinə məxsus anbar ərazisində dəmir listlərin yük avtomobilinin kuzasına yüklənməsi işinin aparılması zamanı yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamlar (konkret halda Zərərçəkmiş şəxs) olmasına baxmayaraq, həmin yükün yerdəyişməsini həyata keçirdivinə görə. «Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»nm 9.5.19 ("j" abzasının) bəndinin tələbləri "X14 FZE" şirkətində kran maşinisti işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan “X14 FZE” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli arayışdan görünür ki, “X14 FZE” şirkətinin Azərbaycan Respublikasındakı filialında çalışdığı departamentdən asılı olmayaraq, buruqlara xidmət üzrə “4-cü dərəcəli çilingər” peşə təlimatı bütün 4-cü dərəcəli çilingərlərə aid edilir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən məhkəməyə təqdim edilmi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X6 mərhum əri Zərərçəkmiş şəxs iş yerində yükləmə-boşaltma işləri aparan zarnanı ehtiyatsızlıqdan baş vermiş hadisə nəticəsində ölməsi ilə bağlı icraatda olan 1(010)-332/2022 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir şikayəti, tələbi yoxdur. 1(010)- 332/2022 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs və mərhum ərinin işlədiyi “X14 FZE” şirkəti tərəfindən ona və ailəsinə maddi yardım göstərilmiş, o və qızı X12 şirkətdə işlə təmin olunmuş, hətta ailəsinin adına olan ödəyə bilmədikləri kredit borcları onlar tərəfindən ödənərək borcları bağlanmışdır.1(010)-332/2022 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs şikayəti və tələbi olmamasının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 16 iyul 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, hadisə nəticəsində vurulmuş zərəri ödəyərək zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunu hesab etmişdir ki, əlavə cəzalar cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Həmin Qərarının 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tikinti sahəsində rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməsi, cəzanın tənbeh təsirinin gücləndirilməsi və cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsini təmin etmək baxımından zəruridir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işinə əlavə edilmiş 01 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci tarixdə məhkəmədə hüquqlarını dövlət hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X7, 27 sentyabr 2022-ci il tarixdən isə öz vəsaiti hesabına müqavilə bağladığı vəkili Müdafiəçi müdafiə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci tarixdə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 01 (bir) iş saatı üçün 06 (altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Habelə 27 sentyabr 2022-ci il tarixdən məhkəmə iclaslarında Təqsirləndirilən şəxs, öz vəsaiti hesabına müqavilə bağladığı vəkili Müdafiəçi tərəfindən hüquqi yardım göstərildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsaitin ödənilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətində tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Cinayət işinə əlavə edilmiş 01 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 01 (bir) iş saatı üçün 06 (altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-332/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-332/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver