Məhkəmə qərarları › İş №1(010)-334/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-334/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-334/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, 28.03.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs orlu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilənərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Xəzər rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli qərarı ilə cəza müddəti azaldılaraq 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluru ödənilmədiyi və götürülmədiyi halda, 22 aprel 2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən psixotrop maddə olan metamfetamin alaraq əldə edib, üzərində, saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə barlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 22 aprel 2021-ci il tarixdə, saat 16:00 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılıb, ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPG-nə inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə etməklə, üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman, göy rəngli cins şalvarının sar yan cibindən bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,8 qram ar rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, şüşə kimi tanıdığı narkotik maddəni çəkmək yolu ilə istifadə etmişdir. Narkotik maddəni Bakı şəhərində müxtəlif yerlərdən alıb istifadə etmişdir. 22 aprel 2021-ci il tarixdə səhər saatlarında o, Suraxanı rayonunun Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün bir büküm narkotik maddə şüşə almışdır. Bundan sonra başı qarışdığı üçün həmin narkotik maddədən istifadə etməyə imkan tapmamışdır. Təxminən saat 16:00-da o, ünvan 6 ünvanının qarşısında dayandığı zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun narkotik vasitələrinin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirərək, onu Suraxanı RPİ-nə dəvət etmişdirlər. O, da razılaşıb onlarla birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Polis idarəsində ona hüquq və vəzifələrim izah olunduqdan sonra ona dövlət hesabına vəkil təyin edilmiş, dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməyim təklif olunmuşdur. O, da əynimdə olan göy rəngli cins şalvarımın sağ yan cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt kimdən əldə etməyi barədə soruşulmuşdur. O, da həmin bükümün içərisində narkotik maddə olan şüşə olduğunu, onu bir neçə saat əvəl əvvəl Suraxanı rayonunun Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin bir ədəd büküm götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra onun üzərində axtarış həyata keçirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda DİN Narkotiklərlə Mübarizə Baş İdarəsində əməliyyat müvəkkilidir. Jinayət hadisəsi baş verən zaman o, Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 22 aprel 2021-ci il tarixdə Baba adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və istifadə etməsi barədə işlədiyi bölməyə əməliyyat məlumatı daxil olmuşdur. O, Baba adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Suraxanı RPİ-nin rəisinə raportla məruzə etmişdir. Suraxanı RPİ-nin rəisi tərəfindən həmin məlumatın qanuna uyrun formada yoxlanılmasına icazə verilmişdir. Baba adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına, istifadə, satmasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəis tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə Şahid3 və Şahid2 təyin olunmuşlar. Bundan sonra Baba adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, əməliyyat müvəkkili Şahid3 və Şahid2lə birlikdə adlı şəxsin olduğu ünvan 2 ünvanının qarşısına gəlmişlər. Həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar. Onlar həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, onu Suraxanı RPİ-nin inzibati binasına dəvət etmişlər, sonuncu da heç bir etiraz etmərək onlarla razılaşmışdır. Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri Suraxanı RPİnin inzibati binasına gəlmişdir. O, dərhal bu barədə raport yazıb bölmə rəsinə məruzə etmişdir. Sonradan isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən bir ədəd büküm aşkar edilmiş və ekspertiza tədqiqatına təqdim edilmiş, alınmış rəydən isə həmin bükümün psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin NMB-nin əməliyyat-müvəkkili vəzifəsində işləyir. 22 aprel 2021-ci il tarixdə Baba adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və istifadə etməsi barədə işlədiyi bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Baba adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Suraxanı RPİ-nin rəisinə raportla məruzə edilmişdir. Suraxanı RPİ-nin rəisi tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Baba adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına, istifadəsinə görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəis tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Sonra əməliyyat qrupu yaradılmış, həmin qrupa o, Şahid1 və Şahid2 təyin olunmuşlar. Bundan sonra Baba adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, digər əməliyyatçılarla birlikdə şəxsin olduğu ünvan 2 ünvanının qarşısına gəlmişdir. Həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə görə oxşadıb ona yaxınlaşmış, həmin şəxsə xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmişdirlər. Həmin şəxs də özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Suraxanı RPİnin inzibati binasına dəvət etmiş, sonuncu da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gəlmiş və o, bu barədə dərhal raport yazıb Suraxanı RPİ-nin rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis idarəsinə vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, vəkilin iştirakı ilə videoçəkiliş ilə onun üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olubolmaması barədə sual verilmişdir. Qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sar yan cibindən bir ədəd kağıza bükülmüş bükülmüş şəffaf rəngli maddəni təqdim etmiş və Təqsirləndirilən şəxs həmin bükümdə nə olması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs da həmin bükümdə olan maddə metamfetamin olmasını və Suraxanı rayonu, Əmircan qəsəbəsində adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmiş, sonra isə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşları, vəkil, Baba tərəfindən imzalanmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 orlu X6 orlu ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilənərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli qərarı ilə cəza müddəti azaldılaraq 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli qərarı ilə həmin tarixdə 05 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 23 aprel 2021-ci il tarixli 6/1607 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 45” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,8 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi X3 Tibbi Yoxlama Komissiyasının verdiyi 16 avqust 2021-ci il tarixli 2901 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı metanfetamin olan psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi jinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən halları eimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, 22 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2021-ci il tarixdə Suraxanı rayon məhkəməsinin 4(010)- 174/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “ev dustaqlığı” qismində qətimkan tədbiri seçilmiş, 14 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxsin qaçıb gizlənməsi səbəbindən müstəntiq tərəfindən iş üzrə icraaat dayandırılmış, 29 avqust 2021-ci il tarixdə isə təqsirləndirilən şəxsin istintaqa könüllü gəlməsi səbəbindən iş üzrə icraat təzələnmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. Müəyyən olmuşdur ki, müstəntiq tərəfindən təqsirləndirilən şəxsin qaçıb gizlənməsinə istinad edilərək ijraatın dayandırılması barədə qərar qəbul edilərkən, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin tələblərinin pozulmasına dair ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə heç bir vəsatətlə və təqdimatla mürajiət edilməmişdir. Müəyyən olunmuşdur ki, 3 ay ev dustaqlığı dövründə məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində qoyulmuş bütün məhdudiyyətlər həyata keçirilmiş, təqsirləndirilən şəxs bütün bu dövr ərzində nəzarətediji vasitələri öz üzərində gəzdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən hallar təqsirləndirilən şəxsin xeyrinə, onun vəziyyətini yaxşılaşdıran hallar kimi qiymətləndrilməli və onun barəsində 24 aprel 2021-ci il tarixdən 22 iyun 2021ci il tarixədək ev dustaqlığı reciminin həyata keçirilməsi kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra iki ədəd bükümdə təmiz çəkisi 0,750 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 109 manat 90 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 22.04.2021-ci il tarixdən 22.07.2021-ci il tarixədək tutuldugu və ev dustaqlığında saxlanıldığı 03 ay müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 03 ay ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,750 qram qalmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar