Məhkəmə qərarları › İş №1(010)-335/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-335/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-335/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili-Müdafiəçi Təqsirləndirilən şəxs X1 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Bərdə rayonu, Bərdə şəhəri, M.F.Axundov küçəsi, ev 30da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 28 fevral 2017-ci il tarixli Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 4 il 8 ay müddətinə azadlıqda məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli qərarı ilə 9 ay 26 gün cəzadan vaxtından əvvəl şərti azad olunduğu halda, məhkumluğu ödənilmədən və ya götürülmədən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 yanvar 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus, ünvan 1 ünvanında olan fərdi yaşayış evində sonuncunun razılığı ilə həyətdə olan digər 2 otaqlı tikilidə əşyalarını gətirməklə kirayə yaşadığı müddətdə, yəni 23 iyun 2021-ci il tarixdə, saat 03 radələrində qeyd edilən ünvanda yaşadığı tikilin kənarında eyni həyətdə olan Zərərçəkmiş şəxs1 yaşayış sahəsi hesab olunan evinə sonuncun ailə üzvülərinin yatması və qapısının açıq olmasından istifadə edərək, heç kimin görmədiyi şəraitdə vahid niyyətlə əhatə olunan qəsdlə mənzilin qonaq otağında girişdən sağda olan yazı masasının üzərindən Zərərçəkmiş şəxs1 qızı Zərərçəkmiş şəxs2 550 manat dəyərində «İphon» markalı «A 1549» modelli mobil telefonunu, üzərində olan 8 manatlıq 050 *** ** ** nömrədə istifadə etdiyi “Sim” danışıq kartını 10 manatlıq danışıq konturu ilə birlikdə, 1 ədəd 5 manat dəyərində “Ldnio” markalı cərəyan başlığını, 1 ədəd 5 manat dəyərində “İphone Lightning” tipli usb naqilini, Zərərçəkmiş şəxs1 512.40 manata dəyərində «Samsung Galaxy A 12» modelli mobil telefonunu, üzərində olan 8 manatlıq 050 *** ** ** nömrədə istifadə etdiyi “Sim” danışıq kartı ilə birlikdə, həmin otaqda olan paltar dolabının içərisindən 30 manat dəyərində əl çantasını, onun içərisində olan 500 manat pulunu gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 1050.40 manat, Zərərçəkmiş şəxs2 578 manat məbləğində, vahid niyyətlə, ümumilikdə 1628.40 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2021-ci ilin yanvar ayında işləmək üçün Bakı şəhərinə gəlmiş və 8-ci km qəsəbəsində parkda olan maklerlərə yaxınlaşmaqla, kirayə mənzil soraqlamışdır. Bir nəfər makler ona ünvan 2 ünvanında olan evi məsləhət etmiş və o, həmin vaxtdan qeyd edilən evin həyətində yerləşən tikilidə kirayəçin kimi yaşamışdır. Mənzil sahibləri olan Zərərçəkmiş şəxs1, sonunjunun qızları olan Elena Mişinanı, Rigina Mişinanı və qardaşları olan X5 həmin vaxtdan tanımışdır. Onların Qaraçuxur qəsəbəsində yuxarıda göstərmiş olduğu evlərinin girişdə dəmir qapıları olmuşdur və qapı üzərində bir ədəd vaz açar olmuş, qapıdan daxil olan kimi sağ tərəfdə evin kiçk həyəti olmuş, evin həyətində sağ tərəfdə bir girişli plastik qapısı olan kiçik 2 otaqdan ibarət olan tikili olmuşdur. Zərərçəkmiş şəxs1 həmin tikilini ona 100 manata kirayə vermişdir. Həmin tikilindən sonra həyətin giriş qapısı ilə üzbəüz 10 pilləkən yuxarıda ev sahiblərinin evi olmuşdur. O, ev sahibləri ilə eyni həyətdə, anjaq ayrı-ayrı tikililərdə yaşadığından, həyətin giriş qapısının vaz açarı ona da vermişdirlər. Lakin onun ev sahiblərinin yaşadığı evə daxil olmaq hüququ olmamışdır. O, yalnız həyətdən və öz kirayə yaşadığı otağdan istifadə edə bilmiş, onun yaşadığı hissədə mətbəx tipli kiçik otağ olmuşdur ki, həmin otaqda qaz, su, işıq, soyuducu və.s təhcizatı tam olaraq olmuşdur. Elina və Rənanın «NZS» qəsəbəsi, Təmiz şəhərin avtonəqliyyat vasitələrinin komunal idarəsində işləməsini, Rənanın xadimə, Elinanın isə isə yeməkxanada aşbaz köməkçisi işləməsini bilmişdir. Onlar hər ikisi demək olar ki, səhər saat 08 radələrində evi tərk etmişlər. O işdən evə qayıdan zaman, sonunjular artıq evdə olmuşlar. Regina isə şəkərli diabet xəstəliyindən əziyyət çəkmiş, daimi olaraq evdə olmuş, sonunjunun qardaşı isə azyaşlı olmaqla 4-cü sinifdə təhsil almışdır, onun dərsləri onlayın olmasına görə, o, da daimi olaraq evdə olmuşdur. O, 28 yanvar 2021-ci il tarixdə həmin evdə kirayə yaşamağa başlamışdır. O, həmin evə kirayə gələn zaman ilk öncə 8-km qəsəbəsində avtodayanacaqda nəzarətçi, daha sonra isə 8-ci km bazarında meyvə tərəvəz satışı ilə məşğul olmağa başlamışdır. Onun bir qədər şəxsi xərcələri olmuş, həmin vaxtı ev sahibi Rəna onun yaşadığı hissədə olan evi təmir etdirmək istəmişdir ki, ora təzə qaz sobası alıb qoysun. Danışıq zamanı Rəna ona bildirmişdir ki, onun evdə 500 manat pul vardır və o, artıq Rənanın 500 manatı olmasını bilmiş, ona görə qərara gəlmişdir ki, axşam saatlarında ev sahibləri yatan zaman, hər hansı birinin gömədiyi zaman evə daxil olub, orda olan pul və digər dəyərli əşyaları oğurlamaqla, evi tərk etsin. Ona görə o, 23 iyun 2021-ci il tarixdə, saat 03 radələrində yaşadığı evdən ayağına rezin makasin tipli altı düz olan ayaqqabı geyməklə, ev sahibəri olan evə oğurluq məqsədilə daxil olmuş, sakitcə ev sahiblərinin yaşadığı evin pilləkanları ilə qapısına yaxılaşmış, dəhlizlə sakitcə hərəkət etmiş və sağda olan kiçik otaqdan və qonaq otağına baxmış, hər hansı şəxsin ayıq olmadığına əmin olduqdan sonra, qonaq otağında olan yazı masası üzərində cərəyana qoşulu olan «Samsung Galaxy A 12» və «İpheon 6 s Gold» rəngli telefonu görüb cərəyandan ayırmış sakitcə cibinə qoymuş, sonra isə qonaq otağında olan şifonyerin giriş tərəfdə olan qapısını açmış və orda olan əl çatnasını içərisinə baxmış və içərisində pul olmamasını görmüş, həmin əl çatnasını tərpətməklə ehtiyyat etmişdir ki, səs çıxar və evdəkilər oyanar və ona görə o, əl çatasını bütün olaraq götürüb, yaxınlıqda olan parka getmiş və həyəti tərk edən zaman həyətin dəmir qapısını açıq qoymuş, lakin qapını örtmüşdür. Parkda əl çantasına diqqət etmiş, içərisində çoxlu sayda plastik kartların və şəxsiyyət vəsiqəsin olmasını görmüş və həmin əl çatnasından yalnız 500 manat pul götürüb, çantanın parkın içərisinə atıb getmişdir. Həmin kartlar ona lazım olmamış, sonra o, həmin telefonları özü ilə götürmüş və 500 manatdan yol xərci etmişdir. Sonra o, Bakı şəhərinə qayıtmış və Bakı şəhərində olan zaman həmin telefonları üzərində olan kartları çıxarıb atmışdır, telefonları satıb pul etmək üçün Neftçilər metrosunun çıxışında olan 12-ci telefon mağazasına yaxınlaşmış və hər iki telefonun satıjıya təqdim etmiş, sonunju ona yalnız «Samsung» markalı telefonu götürə biləcəyini bildirmişdir. Satıjı ondan telefon mağazasında vəsiqə istəmiş, lakin onun vəsiqəsi olmamış, ona görə ondan telefonu qəbul etməmişlər, Sonra o, Neftçilər parkında gedib bir adam axtarmışdır ki, o şəxsiyyət vəsiqəsini verməklə telefon satışına kömək etsin və o, parkda olan zaman bir nəfər şəxsə yaxınlaşmış və sonunjuya bildirmişdir ki, onun vəsiqəsi rayonda qalmışdır, evin kirayə haqqını vermək üçün pulu yoxudur, əgər vəsiqəsini onu tefonu satmaq üçün versə, ona da hörmət edər və həmin şəxs ona inanmışdır. Həmin şəxs vəsiqəsi ilə birlikdə mağazaya getməklə, orda mağaza işlədən şəxsi tanımasına görə ordan telefon alıb satmasına görə vəsiqəsinin orda olmasını bildirmiş, onunla mağazaya getmiş, o, deyənləri təsdiq etmiş və onu yaxşı olaraq təqdim etmiş, bazrda alver edən şəxs olmasını bildirmişdir. Mağaza işlədən cavan oğlan ondan «Samsung» markalı telefonu qəbul etmiş və ona 130 manat pul vermiş, o, da həmin pulun 10 manatını ona vəsiqəsini verən şəxsə vermişdir. Digər telefonu isə Bərdə rayonunda olan bazarın qarşısında tanımadığım şəxsə 20 manata satmışdır. O, başqa mənzildən hər hansı əşya oğurlanmamışdır və oğurluq edən zaman hər hansı şəxs ona görməmiş, mənzil sahibləri isə evdə yatmışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o, azərbaycan dilini sərbəst bilir, hər hansı tərcüməçi olmadan sərbəst olaraq iladə vermək istəyir. Onun və ailə üzvlərinin yaşıdıqları ev Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 54, mənzil 17 ünvanında yerləşir. Evin girişində 90smx2 metr olan qırmızı dəmir qapısı olmuş, qapı üzərində bir ədəd vaz açar olmuş, qapıdan daxil olan ki, sağ tərəfdə evin kiçk həyəti, həyətdə sağ tərəfdə bir qirişi plastik qapı olan kiçik 2 otaqdan ibarət olan tikili olmuş və həmin tikilidən onlar ailəsini dolandırmaq üçün kirayə verməklə istifadə etmişlər. Həmin tikilindən sonra həyətin giriş qapısı ilə üzbəüz 10 pilləkan yuxarıda onların evi olmuş və evə daxil olan kimi, sol divar boyunca dar dəhliz, dəhlizdən sağda bir ədəd kiçik yataq otağı, girişlə üzbəüz dəlizin sonunda 5x5 olmaqla hazırda qonaq otağı olmuşdur və həmin qonaq otağında girişdən sağda kiçik yazı masası, ondan sağda çarpayı, sağ divar boyunca şifaner, girişlə üzbəüz divar dəsti və üzbəüz girişlə televizor olmuşdur. Onlar kirayə yaşayan şəxslə eyni həyətdə yaşadığından, həyətin giriş qapısının vaz açarını həmin kirayə yaşayan şəxsə vermişlər. Evdə kirayə yaşayan şəxsin onların evə daxil olmaq hüququ olmamış, sonunju yalnız həyətdə istifadə edilə bilmiş və öz otağında yaşamış və kirayə yaşayan şəxsin öz mətbəx tipli kiçik otağı olmuşdur ki, həmin otaqda qaz, su, işıq, soyuducu və.s təhcizatı tam olaraq olmuşdur. Həmin şəxsin onlara aid olan evə daxil olmaq hüququ olmamış və nə nədəki digər ailə üzvləri tərəfindən həmin şəxsə belə onların evinə daxil olmaq hüququ verilməmişdir. Həmçinin, evin yataq otağından evin digər həyətinə giriş çıxış olmuş və həmin hissədə evin həyəti geniş olmuşdur. O, «Samsung Galaxy A 12» 64 GB, 512 manat 40 qəpik dəyərində olan mobil telefonu kredit yolu ilə «Kontak home» mağazalar şəbəkəsindən öz adına olmaq şərti ilə almış, həmin telefon ona məxsusdur, 8 manata almış olduğu 050 *** ** ** nömrədən istifadə edilmişdir, telefon yalnız vifi zonada onlayn dərslər üçün istifadə olunmuş və üzərində hər hansı miqdarda kontur və meqabayt olmamışdır. Bundan başqa o özünə məxsus olan pulları qonaq otağında olan əl çantasında saxlamış və onun əl çantasında 500 manat pulu olmuşdur. Bundan başqa, həmin əl çantasında onun şəxsiyyət vəsiqəsi, «Rabitə» bankdan olan əmək haqqı plastik kartı, qızının xəstəliyi ilə əlaqədar olaraq dost mərkəzlərindən verilmiş «Kapital» bankdan adına olan plastik kart olmuşdur. Hazırki iş üzrə Təqsirləndirilən şəxs 28 yanvar 2021-ci il tarixdə onların evinə kirayə yaşamağa gəlmiş və həmin evi aylıq olaraq 100 manata sonunjuya kirayəyə vermişdir. Təqsirləndirilən şəxs həyətdə olan tikilidə kirayə yaşamağa başlamış və həmin vaxtdan onlar giriş qapasının açarını və onu yaşadığı otağın plastik qapısını açarını Rüstəmə vermiş, sonunjunun həmin otaqda tam təhcizatı, mətbəx üçün də istifadə etmək imkanları olmuş, sonunjunun onların yaşadığı hissədə olan evə daxil olmasına hər hansı icazəsi olmamış, yalnız həyətdən və özünə aid olan kirayə yaşadığı evdən istifadə edə bilmişdir. Təqsirləndirilən şəxs onların aylıq pulları tam olaraq ödəmiş və onlar arasında hər hansı anlaşılmazlıq, ədavət və düşmənçilik olmamışdır. 23 iyun 2021-ci il tarixdə, səhər saat 06:30-da qızı telefona budilnik qoymuşdur ki, səhər qızı 1-ci gün olmasına görə tez yuxudan oyanmaqla işə getsin. Axşam saat 00 radələrində ailə üzvülərinin hər biri evdə olmuş və onlar evlərində yaşadıqları hissədə olan giriş qapısını və qonaq otağında olan digər qapını açıq qoymaqla yatmışlar ki, bir qədər sərin olsun və rahat yata bilsinlər. Oğlunun istifadəsində olan «Samsung Galaxy A 12» 64 GB telefonu, qızının 3 il bundan öncə 550 manata almış olduğu «İpheon» markalı mobil telefonu, öz adına olmaqla 8 manata almış oluduğu 050 *** ** ** nömrəsində istifadə etmiş olduğu üzərində 10 manat konturu və meqabayt olmayan telefonu oğlunun telefonu ilə birlikdə qonaq otağında olan girişdən sağda olan yazı masasının üzərində cərayana qoşulu olmuş, onun əşyaları isə şifonyerdə olmuşdur. Səhər saat 07 radələrində o, yuxudan oyanmış, həmin vaxt yazı masası üzərində olan və qızına məxsus olan, həmçinin, ona məxsus olmaqla, oğlunun istifadəsində olan telefonların yerində olmadığını görən qızı onlara bu barədə məlumat vermiş, daha sonra qızı öz telefonuna zəng vurmuş, lakin zəng çatmamış, sonra o, oğluna aid olan nömrəyə zəng etmiş, bu nömrəyə zəng çatmış, lakin cavab verən olmamışdır. Qızı dərhal Rüstəmdən şübhələnmiş, çünki evin giriş həyətinin qapısına və qonaq otağının qapısına hər hansı müdaxilə olmamışdır, Rüstəmin otağına keçən zaman isə, sonunjunun otağında olmadığı müəyyən edilmişdir. Sonra onlar evə keçmiş, o dərhal pulu və yuxarıda qeyd etmiş olduğu kartların şəxsiyyət vəsiqəsini və bacısının plastik kartını saxlamış olduğu əl çantasına baxan zaman, əl çantası ilə birlikdə həmin əşyaların yerində olmadığını görmüşdür. Onun əl çantasının təxminən 30 manat dəyəri olmuşdur. Artıq onlar mütəmadi olaraq telefonlara zəng etmiş, lakin zənglərə cavab verən olmamış, sonra o, Rüstəmə zəng etmiş və sonunjuya da zəng çatmamış, artıq onların şübhələri bir qədər də güclənmişdir. Zərərçəkmiş şəxs2ovna öz nömrəsinə sms-lər yazmışqdır ki, bəs telefonu gətirib qaytarsın, Rüstəm yenə də cavab verməmiş, lakin Rüstəmin paltarları onların evində qalmasına görə, onun evə qayıtmasını zənn edib, şikayət etməmişdir. 22 iyul 2021-ci il tarixdə artıq Rüstəmin onlara tam olaraq saymamazlıq etməsini görüb, sonunju barəsində ərizə ilə Suraxanı RPİ-nin 32-ci PB-nə müraciət etmişdir. Bundan sonra evə baxış keçirilmiş və sonra 23 iyun 2021-ci il tarixdə, saat 17 radələrində Rüstəmin polis əməkdaşları tərəfindən saxlanmasını bilmişlər. Sonunju onların evinə gələn zaman bir daha etmiş olduğu əməli etiraf etməklə, bir teleyfonu «Neftçilər» metrosunun çıxışında olan telefon mağazasına satmasını, digər telefonu isə Bərdə rayonunda satmasını, kartları isə əl çatnası ilə birlikdə evlərinin yanında olan parka qoymasını bildirmişdir. Onlar isə artıq kartla əlaqədar müvafiq yerlərə müraciət edərək, onları yeniləmişlər. Rüstəm oğurladığı 500 manatı isə şəxsi xərclərinə xərcləməsini və etmiş olduğu əmələ görə səmimi peşiman olduğunu bildirmişdir. Bundan başqa telefon üzərində olan cərəyan qoşqusu onun başlığı olmuş və onlarını hər biri 5 manatdan olmaqla, cəmi 10 manat olmuşdur. Baş vermiş hadisə nəticəsində ona cəmi 1050.40 manat, anasına isə hadisə nəticəsində cəmi 578 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qeyd etmiş olduğu əşyalardan başqa evlərindən başqa hər hansı əşya oğurlamamışdır. Həmin hadisəni o, və ailə üzvləri görməmişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, azərbaycan dilini sərbəst bilir, hər hansı tərcüməçi olmadan sərbəst olaraq iladə vermək istəyir. Onun və digər ailə üzvlərinin yaşadıqları ev Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 54, mənzil 17 ünvanında yerləşir. Evin həyətində yerləşən tikilini onlar daimi olaraq kirayə vermişlər. Lakin evdə kirayə yaşayan şəxsin onların evə daxil olmaq hüququ olmamış, yalnız həyətdə istifadə edilə bilmiş və öz otağında yaşamış və kirayə yaşayan şəxsin öz mətbəx tipli kiçik otağı olmuşdur ki, həmin otaqda qaz, su, işıq, soyuducu və.s təhcizatı tam olaraq olmuşdur. Anası və o «NZS» qəsəbəsi, Təmiz şəhərin avtonəqliyyat vasitələrinin komunal idarəsində işləmiş, anası xadimə, o, isə yeməkxanasında aşbaz köməkçisi işləyir. Qardaşı azyaşlı olmaqla 4-cü sinifdə təhsil alır və onun dərsləri onlayın olmasına görə daimi olaraq evdə olur və dərslərinə görə anası tərəfindən sonunjuya «Samsung Galaxy A 12» 64 GB, **********69979 və **********69971 imei kodlu 512 manat 40 qəpik dəyərində mobil telefonu alınmış, həmin telefon anasına məxsus olmuşdur, lakin qardaşı tərəfindən istifadə olmuş, anasına məxsus olan, 8 manata alınmış 050 *** ** ** nömrədən istifadə edilmişdir. Bundan başqa, anası özünə məxsus olan pulları qonaq otağında olan əl çantasında saxlamış və anasının əl çantasında 500 manat pul olmuşdur. Bundan başqa, həmin əl çantasında anasının şəxsiyyət vəsiqəsi, anasının «Rabitə» bankdan olan əmək haqqı plastik kartı, bacısının xəstəliyi ilə əlaqədar olaraq Dost mərkəzlərindən verilmiş «Kapital» bankdan adına olan plastik kartı olmuşdur. Hazırki iş üzrə Təqsirləndirilən şəxs 28 yanvar 2021-ci il tarixdən onların həyətində yerləşən tikilidə kirayədə yaşamağa başlamışdır. Rüstəm bu tikilidə kirayə yaşamağa başladığı vaxtdan onlar həyətin giriş qapasının açarını və onu yaşadığı otağın plastik qapısının açarını ona vermiş, Rüstəmin həmin otaqda yaşayış üçün tam təhcizatı, mətbəx üçün istifadə etmək imkanları olmuşdür. Rüstəmin onların yaşadıqları evə daxil olmasına hər hansı icazəsi olmamışdır, yalnız həyətdən və özünə aid olan kirayə yaşadığı evdən istifadə etmək hüququ olmuşdur. 23 iyun 2021-ci il tarixdə, səhər saat 06:30-a o, telefonuna zəng qoymuşdur ki, səhər anası ilə 1-ci gün olmasına görə tez yuxudan oyanmaqla, işə getsin. Axşam saat 00 radələrində onlar yatdıqda, evin yaşadıqları hissədə olan giriş qapısını və qonaq otağında olan digər qapını açıq qoymuşlar ki, bir qədər sərin olsun. Qardaşının istifadəsində olan «Samsung Galaxy A 12» 64 GB telefonu və onun 3 il bundan öncə 550 manata almış olduğu «İpheon» markalı olmaqla 8 manata almış oluduğu 050 *** ** ** nömrəsində istifadə etmiş olduğu, üzərində 10 manat konturu, anjaq meqabaytı olmayan telefonu qardaşının telefonu ilə birlikdə qonaq otağında olan girişdən sağda olan yazı masasının üzərində cərayana qoşulu qoymuşdur, anamın əşyaları isə şifonyerdə olmuşdur. Səhər saat 07 radələrində o, yuxudan oyanmış və həmin vaxt yazı masası üzərində olan, onun və qardaşının telefonlarının yerində olmadığını görmüş və bu anasına məlumat vermiş, daha sonra özünə məxsus olan telefondan özünə aid olan nömərəyə zəng etmiş, lakin zəng çatmamış, sonra qardaşına aid olan nömrəyə zəng etmiş, bu nömrəyə zəng çatmış, lakin cavab verən olmamışdır. O, dərhal Rüstəmdən şübhə etmişdir, çünki evin giriş həyətinin qapısında və qonaq otğının qapısında hər hansı müdaxilə olmamışdır, Rüstəm isə öz otağında olmamışdır. Sonra o, evə keçmiş, anası dərhal pulun və yuxarıda qeyd etmiş olduğu kartların şəxsiyyət vəsiqəsini və bacısının plastik kartını saxlamış olduğu əl çantasına baxan zaman əl çantası ilə birlikdə həmin əşyaların da yerində olmadığını görmüş, əl çantasının təxminən 30 manat dəyəri olmuşdur. Artıq onlar mütəmadi olaraq onun və qardaşının istifadəsində olan mobil nömrələrə zənglər etmişlər, lakin zənglərə cavab verən olmamış, sonra Rüstəmə zəng etmişlər, sonunjuya da zəng çatmamış, artıq onların şübhələri bir qədər də güclənmişlər. O, öz nömrəsinə sms-lər yazmışdır ki, Rüstəm telefonu gətirib qaytarsın, sonunju yenə də cavab verməmiş, lakin Rüstəmin paltarları onların evində qalmasına görə, onun evə qayıtmasını zənn edib, şikayət etməmişdir. 22 iyul 2021-ci il tarixdə artıq Rüstəmin onlara tam olaraq saymamazlıq etməsini görüb, onun barəsində ərizə ilə 32-ci PB-ən müraciət etmişlər. Bundan sonra evə baxış keçirilmiş, 23 iyun 2021-ci il tarixdə saat 17 radələrində Rüstəmin polis əməkdaşları tərəfindən saxlanmasını bilmişlər. Rüstəm onların evə gələn zaman etmiş olduğu əməli etiraf etmişdir. Baş vermiş hadisə nəticəsində ona 578 manat, anasına isə 1050.40 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, o, 2015-ci il tarixdən ünvan 3 ünvanda olan «Mehman» telecome mağazasını icarə əsasında işlədir, təzə və işlənmiş telefonların, həmçinin telefon aksesuarlarının satışı ilə məşğul olur, bundan başqa o, həmin mağazda telefonların təmir işlərini də görür. Ondan başqa həmin mağazada satıcı və telefon təmiri ilə məşğul olan hər hansı digər şəxs işləmir. X6 adlı şəxsi o, həmyerlisi olaraq tanımış və onların münasibəti yaranmışdır. 01 iyul 2021-ci il tarixdə Məmməd Zeynalov onun yanına əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs ilə gəlmiş və həmin şəxsin onun tanışı olmasını və həmin şəxsə tərəfindən kirayə mənzil tapılımasında köməklik olunmasını və həmin şəxsin kirayə haqqını ödəmək üçün pulu olmadığını və ona görə istifadəsində olan «Samsung A 12» markalı telefonu satmasını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs də göstərilənləri təsdiq etmiş və o, bundan sonra telefon ilə tanış olmuşdur. Həmin telefonun saz vəziyyətdə olmasını görmüş və həmin telefonu o, 130 manata alaçağını bildirmiş və onlar razılaşmışlar. O, Məmməd Zeynalovun ilk dəfə ona telefon satan zaman onda sənədi olmasına görə həmin şəxsiyyət vəsiqəsi üzərində imei kodu qeyd etməklə, satış tarixini yazmış və şəxsiyyət vəsiqəsi üzərində artıq Məmməd Zeynalovun onda imzası olmasına və onun sənədi ilə o, təkrar satış olmasına görə o, təkrar imzası olmadan həmin telefonu 130 manata almış, pulu isə Təqsirləndirilən şəxs vermişdir. İş materiallarından görünür ki, 22 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında görünür ki, 24 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan olunaraq, həmin tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə əvvəli 22 iyul 2021-ci il tarixdən hesablanmaqla 22 iyul 2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə əmtəəşünaslıq ekspertizası 03 sentyabr 2021-ci il tarixli 9/5585 nömrəli rəyindən müəyyən olunmuşdur ki, ekspertiza təqdim edilmiş 1 ədəd “İphone” markalı “A 1549” modelli **********81464 İmei kodlu mobil tefon 80 manat, 1 ədəd “Ldnio” markalı cərəyan başlığı 4 mant, “İphone Lightining” tipli usb naqil 2 manat. Belə ki ekspertiza tədiqatma təqdim edilmiş malların orta bazar qiyməti ilə dəyəri təxminən 86,0 manat müəyyən edilir. Ekspertiza tədiqatma təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 86,0 manat müəyyən edilir Təqsirləndirilən şəxs əvvəllər məhkum olunub- olunmamasını müəyyən etmək məqsədilə edilmiş sorğudan müəyyən edilmişdir ki, o, 13 mart 2008-ci il tarixli Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 179.2.2 və 179.2.4-cü maddələri ilə 4 il müddətinə azadlıqda məhrumetmə cəzasına məhkum edilmiş və cəzası 3 il şərti sınaq müddəti ilə əvəzləşdirilmiş, 11 mart 2009-cu il tarixli Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 179.2.2, 185.2.2., 185.2.4-cü maddələri ilə 4 il 6 ay müddətinə azadlıqda məhrumetmə cəzasına, 25 fevral 2013-cü il tarixli Bakı şəhər Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddələri ilə 3 il 6 ay müddətinə azadlıqda məhrumetmə cəzasına və 28 fevral 2017-ci il tarixli Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 4 il 8 ay müddətinə azadlıqda məhrumetmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin 26.04.2018-ji il tarixli qərarı ilə barəsində 20.10.2017-ji il tarixli, 816 VQD saylı Qanunu tətbiq edilərək, təyin olunmuş jəzası 3 il 8 ay müddətinə endirilmiş, Xətai rayon məhkəməsinin 29.10.2019-ju il tarixli qərarı ilə 9 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, 24.08.2020-ji il tarixdə jəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan, iş üzrə zərərçəkmiş şəxslərin məhkəməyə ünvanladıqları ərizələrdən görününr ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş şəxslərin ondan heç bir tələblərinin və şikayətlərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - 22 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Həmçinin, iş üzrə maddi sübut qismində tanınmış, Suraxanı RPİ-nin maddi sübutların saxlanj otağında saxlanılan “İphone” markalı “A 1549” modelli **********81464 imei kodlu mobil telefon, 1 ədəd “Ldnio” markalı cərəyan başlığı, “İphone Lightining” tipli usb naqil hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslərə qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 22 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış, Suraxanı RPİ-nin maddi sübutların saxlanj otağında saxlanılan “İphone” markalı “A 1549” modelli **********81464 imei kodlu mobil telefon, 1 ədəd “Ldnio” markalı cərəyan başlığı, “İphone Lightining” tipli usb naqil hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslərə qaytarılsın. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar