Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-335/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X4 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, ünvan 4, ev 5 Q saylı evdə qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xx.xx.2022-ci il tarixdə, saat 10:00-də Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış 0,157 qram narkotik vasitə heroini 5 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq, ünvan 1 ünvanının qarşısına gətirmiş və Ə.D.Məmmədovun narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə, saat 11:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis idarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında X1, Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib, üzərinə keçirilən baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış 0,157 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə X9 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. X4 törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2 (iki) ilə yaxındır ki, heroin kimi tanıdırı narkotik maddədən çəkmə yolu ilə istifadə etmişdir. Narkotik maddəni Bakı şəhəri, Suraxanı rayonunun Əmircan qəsəbəsində tanımadırı şəxslərdən öz şəxsi istifadə üçün almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 10:00-da Suraxanı rayonunun Əmircan qəsəbəsində üzdən tanıdırı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 5 manat pulun müqabilində 01 büküm heroin almışdır. Həmin narkotik vasitəni özü ilə daşıyaraq, yaşadırı ünvan 4 ünvanının qarşısına gətirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində o, yaşadırı ünvan 5 ünvanının qarşısında olan zaman 2 (iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb və özlərini təqdim edib, Suraxanı RPG-nin 31-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olduru üçün o, həyəcanlanmış və polis əməkdaşları ondan şübhələnərək, onu sorru-sual etməyə başlamışdır. Həmin vaxt o, özünü təqdim etmiş, bundan sonra polis əməkdaşları onu yaxınlıqda olan 31-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələbinə əməl edərək, onlar ilə birlikdə 31-ci polis şöbəsinə gəlmişdir. Suraxanı RPG-nin 31-cu PB-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını ona izah etmişlər. O, həmin zaman video çəkiliş aparılmasına etiraz etməmişdir. Bundan sonra ona Suraxanı RPG-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən hüquq və vəzifələri izah olunmaqla, Suraxanı rayon 9 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən öz razılırı əsasında hüquqları müdafiə edilməklə, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Polis Gdarəsinin 31-ci Polis Bölməsinin ünvan 6 ünvanında olan xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişdilər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə ilkin olaraq sual verilmişdir. Bundan sonra o, üzərində saxlamaqla daşıdırı və özünə məxsus olan, içərisində heroin kimi tanıdırı narkotik maddə olan 01 (bir) ədəd siqaretin qızılı karızına bükülmüş bükümü əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən çıxaraq, masanın üzərinə qoymuşdur. Sorru-sual zamanı o, bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdırı narkotik vasitədir, aşkar edilmiş narkotik maddəni xx.xx.2022-ci il tarixdə, saat 10:00-da Əmircan qəsəbəsində üzdən tanıdırı, lakin şəxsiyyəti barədə tanımadırı şəxsdən 5 manat pulun müqabilində alaraq, şəxsi istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanaraq, tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır.Videoçəkiliş hər bir iştirakçıya və ona nümayiş etdirilmişdir. Suraxanı RPG-nin 31-ci PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq olmadırını göstərmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, X4 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və narkotik vasitələrdən istifadə etməsi barədə agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, X13 şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə tərəfindən əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib etmişdir. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin rəisi, polis polkovniki Ülvi Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq əmr verilməklə, o, qrupun rəhbəri, Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 qrupun üzvü müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə ünvan 7 ünvanının qarşısında X9 ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində X4 əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq, üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə onlara məlumat verməyini xahiş etmişdir. Həmin şəxs özünü X9 olaraq təqdim etmişdir. O, X3 xahiş etmişdir ki, özünü şübhəli aparması ilə bağlı onlar ilə bərəbar olaraq ünvan 8 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə getsin. Bundan sonra X9 onlara heç bir etiraz etmədən onlar ilə bərabər 31-ci PB-nə getməsinə razlıq vermişdir. Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasında, həmin bölməsnin rəisi, polis polkovniki Ülvi Məmmədovun adına raport tərtib etmişdir ki, bölməyə dəvət edilən X9 barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş versin. Nəticə etibari ilə həmin raportun araşdırılması Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X10 həvalə edilmişdir. ünvan 8 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasının xidməti iş otağlarının birində X4 üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə protokol tərtib edilmişdir. Həmin zaman X8 təhqiqatçı X11 tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Bununla yanaşı olaraq X4 istəyi və razılığı ilə Suraxanı rayon 9 saylı vəkil bürosunun müdafiəçisi Müdafiəçi dəvət edilərək, ona təqdim edilmişdir. Bundan sonra baxış zamanı X8 izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa, təqdim etsin. X9 əynində olan tünd göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb, xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra X4 üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun əynində olan paltarların boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra X9 üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf rəngli bükülünü göstərərək, onun içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirmişdir. X4 üzərindən aşkar edilən 01 (bir) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sorğu sual edilən zaman, Əli Məmmədov xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbə ünvanında satış məqsədi olmadan 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddəni 5 (beş) manat müqabilində əldə edib, üzərində saxlayaraq daşımasını bildirmişdir. Bundan sonra X4 üzərindən aşkar edilmiş şəffaf rəngli, 1 (bir) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı polis baş leytenantı X11 tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi qeyd edilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 1 (bir) ədəd şəffaf rəngli, sellofan bükülü zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİnin 31-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib, protokol tərtib edilməsi üçün dayandırılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis bölməsində sonuncuya qarşı heç bir psixi və ya fiziki təsir göstərilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPG-nin 31-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları eyniylə təsdiq etmişdirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma qərarından görünür ki, X9 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X9 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 335/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X4 barəsində axtarış elan edilməklə, “həbs” növündə qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə tutularaq, Suraxanı Rayon Polis İdarəsinin MSY-ə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı Gstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Suraxanı RPŞ-nin əməkdaşları tutularaq, xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı Gstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/2097 №-li rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DGN Zərflər üçün №-195” dairəvi möhür əksi və “Şübhəli şəxs Əli Məmmədovun üzərindən aşkar olunmuş büküm; Şübhəli şəxs:Əli Məmmədov - imza;... imzalar; tərtib etdi təh.Elnur Mənsimov - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd karız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0,157 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadaran edilən narkotik vasitələr”-in siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 X12narkoloji X6 xx.xx.2022-ci tarixli 2167 №-li rəyindən görünür ki, X5 Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, X4 məhkumluğu yoxdur. Beləliklə, təqsirləndirilən şəxs X4 törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, məhkəmə iclasında və ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə-fiziki-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də X9 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxs X4 ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətdiyi cinayət əməli etiraf etdiyini, əməlindən peşman olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ci və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, «CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən, hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən X8 cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah–tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimai-faydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X8 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, X9 ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,107 qram qalmış narkotik vasitə olan heroin məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 92 (doxsan iki) manat X3 tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X9 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən X4 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 01 gün müddəti azadlığın məhdudlaşdırılması cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 ay 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X8 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı yaşadığı yer üzrə Probasiya İdarəsində qeydiyyata alındığı andan hesablansın. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad olunsun. X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. X9 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,107 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat X3 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-335/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-335/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver