Məhkəmə qərarları › İş №1(010)-336/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-336/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-336/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağsu rayonu, Ağabəyli kəndində qeydiyyatda olan, faktiki ünvan 1ircan qəsəbəsi, Elxan Həsənov küçəsi, bina 97, mənzil ünvanında yaşayan, 14 – 16 yanvar 2025-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs supermarketlər şəbəkəsinin baş xəzinədar vəzifəsində işlədiyi ünvan 1ircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən filialından 01 yanvar 2025 – 05 yanvar 2025-ci il tarixlər arasında sərbəst giriş hüququ olduğu həmin marketin seyfinə vahid niyyətlə təkrar daxil olub orada olan malların nağd satışından əldə olunmuş puldan 1.153 manat, marketin depozit pulundan isə 10.000 manat hissə-hissə olmaqla etibardan sui-istifadə edərək, cəmi 11.153 (on bir min yüz əlli üç) manat pulu götürüb mərc oyunlarında uduzaraq, öz qulluq mövqeyindən istifadə edib şirkətə xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Dövlət ittihamçısı “cinayət təqibindən qismən imtina edilməsinin nəticələrinə” dair rəy təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs - "xxxx" supermarketlər şəbəkəsinin baş xəzinədar vəzifəsində işlədiyi ünvan 1ircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən filialından xx.xx.2025-xx.xx.2025-ci il tarixlər arasında sərbəst giriş hüququ olduğu həmin marketin seyfinə vahid niyyətlə təkrar daxil olub orada olan malların nağd satışından əldə olunmuş puldan 1153 manat, marketin depozit pulundan isə 10.000 manat hissə-hissə olmaqla, etibardan sui-istifadə edərək, cəmi 11153 (on bir min yüz əlli üç) manat pulu götürüb mərc oyunlarında uduzaraq, öz qulluq mövqeyindən istifadə edib şirkətə xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmişdir. Cinayət Məcəlləsinin 16-cı maddəsində təkrarlığın iki müstəqil növü müəyyən olunmuşdur - Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1 -ci maddəsi) və yalnız Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021- ci il tarixli Qərarına əsasən, təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur. Davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Göründüyü kimi, verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs "xxxx" supermarketlər şəbəkəsinin ünvan 1ircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən filialında baş xəzinədar vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edib xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində həmin marketin seyfindən nağd satışdan 1.153 manat və marketin depozit pulundan isə 10.000 pulu vahid niyyətlə əhatə olunan qəsdlə götürüb şirkətə xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona qarşı CM- nin 179.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibindən imtina edilməli və iş üzrə cinayət təqibi CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə davam etdirilməlidir. Azərbaycan Respublikası CPMnin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-nin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ona CM-nin 179.2.2ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət təqibindən imtina edilməsi və onun barəsində cinayət təqibi CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə davam etdirilməsinin məqsədəmüvafiq olduğunu bildirmişdir. Hazırda ittiham Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə müdafiə olunur. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayından baş kassir kimi təyin edilmişdir. 10 ildən artıqdır ki, mağazalar şəbəkəsində müxtəlif vəzifələrdə çalışmışdır. Səhv idi olmuş, ayın birindən mərc oyunları üçün pul götürmüş, oynamış və uduzmuşdur. Ziyanı tam şəkildə ödəmişdir. Əməlindən peşman olmasını nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, seyfdən pulları götürmək ixtiyarı yox idi. Seyfin açarı mağazada qalırdı. Açar kassir otağında saxlanılırdı. Kassa otağına o, müdir müavini cavabdeh idi. Hissə-hissə 500, 1000 manat pulu oyun üçün karta yükləmişdir. Pulların hamısını uduzmuşdur. Ziyanı polis bölməsində ödəmişdir. Peşmandır. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdən Zərərçəkmiş şəxs mağazasının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən filialına baş kassir kimi işə götürülmüşdür. Onun işi gündəlik olaraq kassaların fəaliyyətinə nəzarət edərək günün sonunda kassada toplanan pulları yığıb seyfə qoymaq və səhəri gün həmin pulları Zərərçəkmiş şəxsnin baş ofisindən gələn inkassatora təhvil verməkdən ibarət olub. O, uzun illərdir onlayn kazino oyunlarına qurşanmış və həmin oyunları oynayır. Belə ki, o, özünə məxsus bank kartlarına pulları yükləyərək oradan kazino oyununda olan hesabına yükləyir. 01 yanvar 2025-ci il tarixdə kassada depozitdə olan satışdan əldə olunan puldan 2500 manat götürmüş və onlayn kazino hesabına yükləmişdir. Həmin pulu onlayn kazino oyununda uduzmuşdur. 05 yanvar 2025-ci il tarixədək hər gün eyni üsulla seyfdə olan puldan hər dəfə 2000-2500 manat aralığında pul olmaqla ümumilikdə 11.153 manat pul götürmüşdür. Bütün pulları kazino oyununa yükləyərək uduzmuşdur. 06 yanvar 2025-ci il tarixdə seyfdən götürdüyü məbləğin çox şişdiyini və pulları uduzduğunu görüb, bu barədə mağazanın müdiri Sevinc xanıma məlumat vermişdir. Sevinc də bu barədə yuxarı rəhbərliyə bildirmişdir. Bundan sonra o, "xxxx"nin baş ofisinə gedib hadisə barədə məlumat vermişdir. 07 yanvar 2025-ci il tarixdə o, pul taparaq mənimsədiyi 11.153 manat pulu "xxxx"nin nümayəndəsinə qəbzlə təhvil verərək, MMC-yə vurduğu ziyanı tam ödəmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, hadisəni bilən kimi dərhal hüquq mühafizə orqanlarına müraciət etmişdir. Araşdırma aparılaraq müəyyən edilmişdir ki, pullar götürülmüşdür. Hadisəni ilkin olaraq şəxs özü mağaza müdirinə bildirmişdir. 11.153 manat mənimsəmə olmuş, MMC-yə dəymiş ziyan ödənilmiş, şikayət və tələbləri yoxdur. Göstərilənləri nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi X2 ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə vurmuş olduğu maddi zərəri tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs barəsində şikayətləri, hər hansı iddia və tələbləri yoxdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin nümayəndəsi X2 ifadəsində göstərmişdir ki, o, "xxxx"e MMC-nin hüquqşünası vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Zərərçəkmiş şəxs mağazasının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən filialında baş kassir vəzifəsində işləyirmiş. 06 yanvar 2025-ci il tarixdə Məsim işlədiyi həmin mağazanın müdiri Sevinc xanıma yaxınlaşaraq 01 yanvar 2025-ci il tarixdən 05 yanvar 2025-ci il tarixədək olan müddət ərzində kassadan 11153 manat pul götürərək mənimsədiyini demişdir. Bununla bağlı baş ofis tərəfindən ilkin araşdırma aparılan zaman həmin fakt öz təsdiqini tapmış və Təqsirləndirilən şəxs də törətdiyi əməli etiraf edərək, pulları onlayn kazino oyununda uduzduğunu etiraf etmişdir. Bundan sonra ərizə ilə Suraxanı RPİ-nə rəsmi qaydada müraciət olunmuş, Məsimin valideynləri 11153 manat pulu MMC-yə tam ödəmişlər. O, həmçinin ifadəsində MMC-nin Məsimə qarşı heç bir şikayət və ya tələbinin olmadığını qeyd etmişdir. Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, o, hazırda Zərərçəkmiş şəxs MMC-nin Əmircan qəsəbəsində yerləşən filialının müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayından həmin filiala baş kassir vəzifəsinə təyin olunmuşdur. xx.xx.2025-ci il tarixdə Məsim onun otağına gələrək tabeliyində olan seyfdən pul götürdüyünü etiraf etmişdir. O, Məsimin yəqin ehtiyacı olub 3-5 manat yol pulu götürdüyünü zənn etmiş, Məsimdən nə qədər pul götürdüyünü soruşanda, Məsim 11000 manat pul götürdüyünü demişdir. O, yenə inanmamış və bir daha nə qədər soruşanda, Məsim 11000 manat demişdir. Bundan sonra o, bu barədə MMC-nin rəhbərliyinə məlumat vermişdir. Rəhbərliyin Məsim haqqında nə kimi ölçü götürdüyünü bilməmiş, lakin sonradan Məsimin maddi ziyanı tam ödədiyini eşitmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs MMC-yə vurulmuş ziyanla bağlı 06 yanvar 2025-ci il tarixli zərər aktından görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən Əmircan (109) filialında baş kassir vəzifəsində çalışan Təqsirləndirilən şəxs tərəfindən iş fəaliyyəti zamanı cəmiyyətə 11153 manat məbləğində maddi ziyan dəymişdir. Həmin məbləğ Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmişdir. Cinayət işinin materiallarında olan əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü ildən Zərərçəkmiş şəxs MMC-yə baş kassir vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 16 yanvar 2025-cüi il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci il təvəllüdlü X3 və 15 may 2024-cü il təvəllüdlü X4 adlı uşaqları var. Cinayət işinin materiallarında olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli 294 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X1, oğlu X3 və oğlu X4 ilə birlikdə ünvan 1ircan qəsəbəsi, E.Həsənov küçəsi, 95 saylı evin, 7 saylı mənzilində qeydiyyatsız yaşayır. Cinayət işinin materiallarında olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli 294 nömrəli xasiyyətnamədən görünür ki, xx xxxxxx 1996-cı ildə Ağsu rayonunda anadan olmuş, ünvan 1ircan qəsəbəsi, E.Həsənov küçəsində qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs göstərilən ünvanda yaşadığı müddətdə onun barəsində heç bir dövlət orqanı tərəfindən 139 saylı MKİS-nə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını və ailəni yeganə dolandıran şəxs olmasını, əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini, yaşadığı yerdən müsbət xarakterizə olmasını, MMC-nin xeyrinə maddi zərərin tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il 06 (altı) ay müddətə xəzinədar vəzifəsini tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 14 – 16 yanvar 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il 06 (altı) ay müddətə xəzinədar vəzifəsini tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il 06 (altı) ay müddətə xəzinədar vəzifəsini tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 – 16 yanvar 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il 06 (altı) ay müddətə xəzinədar vəzifəsini tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 08 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 88 (səksən səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar