Məhkəmə qərarları › İş №1(010)-337/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-337/2021

25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-337/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1963-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 may 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 fevral 2016-cı ildə həmin hökm üzrə cəzasının sonu ilə azad olunmuş, Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 sentyabr 2018-ci ildə həmin hökm üzrə cəzasının sonu ilə azad olunmuş, Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarına əsasən həmin hökm üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 18 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 08 iyun 2021-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 24 avqust 2021-ci il tarixindən hesablanmaqla 03 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə hazırlıq iclasının 12 noyabr 2021-ci il tarixli qərarı ilə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb) və 24 avqust 2021-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs keçmiş SSRİ-də İjevsk maşınqayırma zavodunda zavod üsulu ilə istehsal edilmiş «Kalaşnikov» konstruksiyalı, 7,62 mm kalibrli, AKM markalı, «CP6408» nömrəli 01 (bir) ədəd yivli-odlu avtomatik döyüş silahını, habelə «Kalaşnikov» konstruksiyalı, «AK» («AKM», «AKS», «AKMS») markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62 mm kalibrli patron tutumuna malik və təyinatı üzrə istifadəyə yararlı olan 01 (bir) ədəd sandıqçanı istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlamış, 24 avqust 2021-ci ildə saat 15 radələrində həmin yivli odlu silahı komplekt hissəsi ilə birlikdə üzərində daşıyarkən NBPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı X4 Stansiyası ərazisində saxlanılaraq NBPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əlindəki iri həcmli, hərbi zolaqlı çantanın içərisindən göy rəngli sellofana bükülmüş vəziyyətdə olan həmin yivli odlu silah komplekt hissəsi ilə birlikdə aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, tutulmazdan təxminən 15 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, X4nun ərazisində olan zibillikdə metal tullantı axtaran zaman 1 ədəd Kalaşnikov avtomatı və həmin avtomata məxsus 1 ədəd sandıqca tapmışdır. Həmin Kalaşnikov avtomatını tapdığı zibilliyin yaxınlığında gizlədib saxlamışdır. 24 avqust 2021-ci ildə günorta saatlarında həmin yerə getmiş, gizlətdiyi silahı dəmir yolu stansiyasında kiməsə satıb qazanc əldə etmək məqsədi ilə sellofanlara büküb çantaya yerləşdirmiş və özü ilə götürməklə dəmir yolu relslərinin arası ilə stansiya tərəfə getmişdir. Təxminən 5 dəqiqə keçmiş 2 nəfər polis geyimində, 1 nəfər isə mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və onu qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə Nəqliyyatda Baş Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Polis İdarəsində hüquqları və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etmək üçün vəkil təyin olunmuş, bundan sonra hal- şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, əlindəki çantanın içərisindən sellofanlara bükülmüş 1 ədəd Kalaşnikov konstruksıyalı avtomat silahı və həmin silaha aid 1 ədəd sandıqça aşkar olunmuşdur. Aşkar olunan Kalaşnikov konstruksiyalı avtomat silahı həmin silaha aid 1 ədəd sandıqça ilə birlikdə hal-şahidlərinin, vəkilin və onun iştirakı ilə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş Kalaşnikov avtomatını könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verməməsinin səbəbi onu satıb qazanc əldə etməkdən ibarət olmuş, lakin silahı satmaqla bağlı heç kimlə əvvəlcədən razılaşmamışdır. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 24 avqust 2021ci ildə saat 16 radələrində Nəqliyyatda Baş Polis İdarəsinin qarşısından keçərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi qismində iştirak etməyini təklif etmişlər. Polis əməkdaşlarının bu təklifi ilə razılaşmışdır. Polis idarəsində adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxsin üzərinə digər hal-şahidinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun əlindəki iri həcmli hərbi zolaqlı çantanın içərisindən müxtəlif geyim əşyaları, qida məhsulları və göy rəngli sellofan torbaya bükülmüş 1 ədəd Kalaşnikov tipli avtomata oxşar predmet, bir ədəd sandıqça aşkar edilərək götürülmüşdür. Həmin əşyalar polis əməkdaşları tərəfindən qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, NBPİ-nin CAİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Qeyd edir ki, “Vidadi” adlı şəxsin naməlum mənbədən qanunsuz olaraq odlu silah əldə edib üzərində gəzdirərək 24 avqust 2021-ci ildə X4 Stansiyasının ərazisinə gələcəyi barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində o, və idarənin digər əməkdaşları olmuşdur. 24 avqust 2021-cı ildə saat 15 radələrində Bakı şəhəri X4 Stansiyası ərazisində tədbir keçirilmişdir. Tədbir zamanı bir nəfər şəxsin dəmir yolu relslərinin arası ilə stansiyaya tərəf gəldiyini və özünü şübhəli apardığını gördükləri üçün ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu NBPİ-yə dəvət etmişlər. NBPİ-nin inzibati binasında adı sonradan məlum olan Təqsirləndirilən şəxs üzərinə hal-şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış keçirilərkən onun əlindəki çantanın içərisindən 1 ədəd Kalaşnikov avtomatı və həmin avtomata məxsus 1 ədəd sandıqça aşkar edilərək götürülmüş, sorğusual zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilən həmin silahı zibillikdən tapdığını, elə o vaxtdan özündə saxladığını, 24 avqust 2021-ci ildə səhər saatlarında basdırdığı yerdən çıxardaraq satmaq məqsədi ilə X4 Vağzalının ərazisinə gəldiyini, bu zaman polis əməkdaşları tərəfindən saxlandığını bildirmişdir. Daha sonra həmin silah qablaşdırılmış və protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid5 və Şahid4 Şahid3 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən 24 avqust 2021-ci ildə verilmiş ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd çaxmağın üzərində CP-6408 nömrəsi olan silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə məlumat veriləcəkdir”. 07 oktyabr 2021-ci il tarixli 3/1624 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah keçmiş SSRİ-də İjevsk maşınqayırma zavodunda zavod üsulu ilə istehsal edilmiş, Kalaşnikov konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” markalı, “CP 6408” nömrəli yivli-odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, təyinatı üzrə istifadəyə (atəş) açmaq üçün yararlıdır. Təqdim edilmiş 1 (bir) ədəd sandıqça Kalaşnikov konstruksiyalı, “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, vərəm xəstəliyindən əziyyət çəkdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 may 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 fevral 2016-cı ildə həmin hökm üzrə cəzasının sonu ilə azad olunmuşdur. O, həmçinin Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarına əsasən həmin hökm üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 18 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 08 iyun 2021-ci ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Hazırkı iş üzrə cinayəti törətdiyi vaxt Təqsirləndirilən şəxs yuxarıda göstərilən hökmlər üzrə məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Bu hal Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir (həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli hökmü üzrə məhkumluğu ödənildiyindən bu hökm residivə təsir göstərmir). Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Təchizat bölməsində saxlanılan, saz vəziyyətdə və təyinatı üzrə istifadəyə (atəş açmaq üçün) yararlı olan, keçmiş SSRİ-də İjevsk maşınqayırma zavodunda zavod üsulu ilə istehsal edilmiş «Kalaşnikov» konstruksiyalı, 7,62 mm kalibrli, AKM markalı, «CP6408» №-li 01 (bir) ədəd yivli-odlu avtomatik döyüş silahı, habelə «Kalaşnikov» konstruksiyalı, «AK» («AKM», «AKS», «AKMS») markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62 mm kalibrli patron tutumuna malik və təyinatı üzrə istifadəyə yararlı olan 01 (bir) ədəd sandıqca Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Təchizat bölməsində saxlanılan, saz vəziyyətdə və təyinatı üzrə istifadəyə (atəş açmaq üçün) yararlı olan, keçmiş SSRİ-də İjevsk maşınqayırma zavodunda zavod üsulu ilə istehsal edilmiş «Kalaşnikov» konstruksiyalı, 7,62 mm kalibrli, AKM markalı, «CP6408» №-li 01 (bir) ədəd yivli-odlu avtomatik döyüş silahı, habelə «Kalaşnikov» konstruksiyalı, «AK» («AKM», «AKS», «AKMS») markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62 mm kalibrli patron tutumuna malik və təyinatı üzrə istifadəyə yararlı olan 01 (bir) ədəd sandıqca Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar