Məhkəmə qərarları › İş №1(010)-338/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-338/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-338/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri, M.Musayev küçəsi, 26 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:00-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 02 (iki) ədəd bükümdə qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış ayrı-ayrılıqa təmiz çəkiləri 0,309 qram və 0,200 qram, ümumi təmiz çəkisi 0,509 qram narkotik vasitə heroini 20 (iyirmi) manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu fərdi evin qarşısına gətirmiş və Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə, saat 13:00-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu fərdi evin qarşısında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilib, üzərinə keçirilən baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən eyni tərkibli olan 02 (iki) ədəd bükümdə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış ayrı-ayrılıqa təmiz çəkiləri 0,309 qram və 0,200 qram, ümumi təmiz çəkisi 0,509 qram narkotik heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir neçə aya yaxındır ki, heroin kimi tanıdırı narkotik maddədən çəkmə yolu ilə istifadə etmiş, narkotik maddəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlırında tanımadırı şəxslərdən öz şəxsi istifadə üçün almışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 18:00-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlırında üzdən tanıdırı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 (iyirmi) manat pul müqabilində öz şəxsi istifadə üçün siqaretin qızılı rəngli karızına bükülmüş heroin kimi tanıdırı narkotik vasitəni almışdır. Həmin narkotik vasitəni aldırı gündən etibarən xx.xx.2022-ci il tarixə olan müddət ərzində özü ilə daşıyaraq, yaşadırı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu fərdi evin qarşısına gətirmişdir. xx.xx.2021-ci il tarixdə, saat 13:00-da o, yaşadırı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu fərdi evin qarşısında olan zaman 2 (iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb və özlərini təqdim edib, Suraxanı RPG-nin 30-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olduru üçün həyəcanlanmış və polis əməkdaşları ondan şübhələnərək, onu sorru-sual etməyə başlamışlar. Həmin vaxt o, özünü təqdim etmiş, bundan sonra polis əməkdaşları onu yaxınlıqda olan 30-cu PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələbinə əməl edərək, onlar ilə birlikdə 30-cu polis şöbəsinə gəlmişdir. Suraxanı RPG-nin 30-cu PŞ-də onun şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını ona izah etmişlər. O, həmin zaman video çəkiliş aparılmasına etiraz etməmişdir. Bundan sonra ona Suraxanı RPG-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən hüquq və vəzifələri izah olunmaqla, Suraxanı rayon 9 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən öz razılırı əsasında hüquqları müdafiə edilməklə, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Bakı şəhəri Suraxanı RPG-nin 30-cu Polis Şöbəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov küçəsi, 5 ünvanında yerləşən inzibati binasında olan xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş, bundan sonra o, üzərində saxlamaqla daşıdırı və özünə məxsus içərisində heroin kimi tanıdırı narkotik maddə olan 02 (iki) ədəd siqaretin qızılı karızına bükülmüş bükümü əynində olan göy rəngli idman şalvarının sar yan cibindən çıxaraq, masanın üzərinə qoymuşdur. Sorru-sual zamanı o, bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdırı narkotik vasitədir, onu xx.xx.2022-ci il tarixdə, saat 18:00-də Bakı şəhəri Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlırında üzdən tanıdırı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 (iyirmi) manat pul öz şəxsi istifadə üçün alıb, daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib, protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya və ona nümayiş etdirilmişdir. Hazırda əməlindən peşman oldurunu, həmçinin Suraxanı RPG-nin 30-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində ona qarşı heç bir psixi və ya fiziki zorakılıq olmadırını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPG-nin 30-cu PŞ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşıması, həmçinin şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Elnur Əliyevin adına xx.xx.2022-ci il tarixdə raport tərtib edilmişdir. Bundan sonra əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib edilmişdir. Eyni zamanda Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Elnur Əliyev tərəfindən xx.xx.2022-ci il tarixdə əmr verilmişdir.Bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 13:00-da polis mayoru Şahid1 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu fərdi evin qarşısında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq, üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə onlara məlumat verməyini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir.Həmin zaman Təqsirləndirilən şəxs xahiş etmişlər ki, özünü şübhəli aparması ilə bağlı, onlar ilə bərəbar olaraq Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs onlara həmin zaman heç bir etiraz etmədən, onlar ilə bərabər 30-cu PŞ-nə getməsinə razlıq vermişdir. Bundan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında polis polkovnik-leytenantı Elnur Əliyevin adına raport tərtib edilmişdir ki, şöbəyə dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin. Həmin raportun araşdırılması Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X6 həvalə edilmişdir. Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin ünvan 1 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə aparılması” haqqında X8 tərəfindən protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs hüquq vəzifələri təhqiqatçı X8 tərəfindən izah edilmişdir.Həmçinin Təqsirləndirilən şəxs istəyi və razılığı əsasında Bakı şəhəri Suraxanı rayon 9 saylı vəkil bürosunun müdafiəçisi Müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Bundan sonra “şəxsi axtarış və götürmə aparılması” zamanı Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya və ya narkotik vasitə varsa, onu təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 02 (iki) ədəd bükümdə qəhvəyi rəngli bükülünü çıxardaraq, otaqda olan masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi paltarların boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 (iki) ədəd şəffaf rəngli bükülünü göstərərək, həmin bükülüdəkinin “heroin” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 02 (iki) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirdiyini sual edilən zaman, sonuncu narkotik vasitəyə bənzər maddəni xx.xx.2022-ci il tarixdə, saat 18:00-da Bakı şəhəri Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manat pula öz şəxsi istifadəsi üçün aldığını, həmin narkotik vasitəni aldığı gündən etibarən, yəni xx.xx.2022-ci il tarixə olan müddət ərzində özü ilə daşıyaraq, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozu fərdi evin qarşısına gətirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli, 02 (iki) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün X8 tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu hamı tərəfindən müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 02 (iki) ədəd şəffaf rəngli, sellofan bükülü zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİ-nin 30-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib, protokol tərtib edilməsi üçün dayandırılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və polis şöbəsində ona qarşı heç bir psixi və ya fiziki zorakılıq edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30cu Polis Şöbəsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid2 eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları eyniylə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022- ci il tarixli 6/2427 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "... Şübhəli şəxs : (imza) A.C.Tarıyev ...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,309 qr., 0,200 qr., ümumi təmiz çəkisi 0,509 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadaran edilən narkotik vasitələr”-in siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 X11narkoloji X2 xx.xx.2022-ci tarixli 6/2440 №-li rəyindən görünür ki, X4 Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan AZ-İ seriyalı, 090267 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X9 ilə evlidir. İş materiallarında olan AA2024483 və AA2024487 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü X7 və X5 adlı uşaqları var Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, məhkəmə iclasında və ibtidai istintaq zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə-fiziki-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətdiyi cinayət əməli etiraf etdiyini, əməlindən peşman olduğunu, ailəli və uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında xüsusi olaraq məhkəmələrə cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsini, cəzanın növünü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaları, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmələri tövsiyə edilmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ci və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, «CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah–tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,409 qram qalmış narkotik vasitə olan heroin məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 gün müddəti azadlığın məhdudlaşdırılması cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı yaşadığı yer üzrə Probasiya İdarəsində qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,409 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar