Məhkəmə qərarları › İş №1(010)-34/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-34/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-34/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1986-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, heç yerdə işləməyən, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 il 05 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 13 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 17 nömrəli evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, xx xxxxxx 2019-cu il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.168 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx xxxxxx 2019-cu il tarixdə, saat 11:30-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bacısı oğlu Şahid8 vermək üçün cibində keçirtmiş, həmin vaxt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə həmin narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsi ilə isə özünü təqsirli bilməyərək göstərdi ki, uzun müddətdir bədənində olan ağrılara görə narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitəni hər dəfə müxtəlif yerlərdən alır. Sonuncu dəfə isə xx xxxxxx 2019-cu il tarixdə şəxsi işi ilə əlaqədar Astara rayonunda olduğu zaman yalnız üzdən tanıdığı Marif adlı şəxsdən 10 manata bir büküm narkotik vasitə olan heroin almış, onu daha sonra isitifadə etmək məqsədilə əynində olan şalvarın sağ yan cibində saxlamışdır. Bakı şəhərinə qayıtdıqdan sonra cibində narkotik vasitə heroin saxladığını unutmuş, ondan istifadə etməmişdir. xx xxxxxx 2019-cu il tarixdə anası Gülarə və bacısı Pərvanə ilə birlikdə, sonuncunun azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu Talehə bəzi zəruri gündəlik tələbat malları aparmışlar, həmin vaxt cibində narkotik vasitə heroinin olduğunu bilməmişdir. Talehlə görüşmək üçün cəzaçəkmə müəssisəsinə keçərkən, girişdə ayrılmış xüsusi otaqda şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra əlində sovqat və ya bağlama olmadığı üçün ondan üzərində qadağan olunmuş əşyaların, narkotik vasitələrin, psixiatrik dərmanların və mobil telefonların olub-olmadığı soruşulmuş, üzərində qeyd edilən əşyaların olmadığını bildirib iltizama qol çəkmişdir. Bundan sonra cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş və baxış zamanı şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş heroin aşkar edilərək götürülmüşdür. Cəzaçəkmə müəssisəsinin əməkdaşları ondan həmin bükülünün içərisində nə olduğunu və onu hardan əldə etdiyini soruşduqda o, həmin bükülünün içərisində kokos adlanan narkotik vasitə olduğunu, onu 03 gün əvvəl Astara rayonunda yalnız üzdən tanıdığı Marif adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb əynində olan şalvarın sağ yan cibinə qoyduğunu, yadından çıxdığı üçün cibində qaldığını bildirmişdir. Bundan sonra iki nəfər hal şahidi dəvət edilmiş, sonuncuların iştirakı ilə həmin bükülü qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, onun üzərindən aşkar edilmiş narkotik vasitəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bacısı oğlu Talehə vermək məqsədilə bilərəkdən, şüurlu şəkildə cəzaçəkmə müəssisəsinə keçirmək niyyəti olmamışdır. Belə bir niyyəti olduğu təqdirdə narkotik vasitəni cibində deyil, əksinə hansısa bir əşyanın və ya sovqatın içində gizlədib cəzaçəkmə müəssisəsinə keçirərdi. Həmin bükülü sadəcə olaraq yadından çıxdığı üçün şalvarının sağ yan cibində qalmış, bundan anasının, bacısının və bacısı oğlu Talehin xəbəri olmamışdır. Sonda Təqsirləndirilən şəxs məhkəmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsi ilə təqsirinin olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun həmin təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Eyni zamanda Təqsirləndirilən şəxs digər əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsi ilə düzgün tövsif olunmamış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsi ilə deyil, 29, 317-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 qızı göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Şahid8 isə onun nəvəsidir. Nəvəsi Taleh 2019-cu ilin yanvar ayında oğurluq etdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Onlar ayda 2 dəfə Talehin yanına gedib onunla görüşürlər. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 11 radələrində qızı Pərvanə, oğlu Pərvizlə birlikdə nəvəsi Talehlə görüşmək üçün 16 saylı cəza çəkmə müəssisəsinə getmişlər. Həmin vaxt onlar evdən yemək götürmüşlər, habelə nəvəsi Talehə bəzi gündəlik tələbat əşyaları almışlar. Cəzaçəkmə müəssisəsində oğlu Pərvizin üzərinə baxış keçirildikdən sonra onun cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən harasa aparıldığını görüb Pərvizdən nə baş verdiyini soruşmuş, həmin vaxt oğlu sonuncu ona, yadından çıxıb cibində qalmış narkotik vasitənin 16 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürüldüyünü bildirmişdir. Bundan sonra onunla qızı Pərvanənin üzərinə və Talehə gətirdikləri sovqata baxış keçirilmiş, lakin qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Nəvəsi Talehlə görüşə gedərkən oğlu Pərvizin üzərində narkotik vasitənin olmasından xəbəri olmamışdır. Bundan məlumatı olsaydı, Pərvizin cəzaçəkmə müəssisəsinə daxil olmasına icazə verməzdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin RNŞ-nin nəzarətçisi Şahid5 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 11:30 radələrində 16 saylı cəzaçəkmə müəssisəsində çəza çəkən məhkum Şahid8 yanına qısa müddətli görüşə gəlmiş dayısı Təqsirləndirilən şəxs müəssisə daxilinə qadağan olunmuş əşya keçirilməsinin qadağan olunması barədə xəbərdar edildikdən və iltizama qol çəkdikdən sonra xüsusi ayrılmış otaqda üzərinə baxış keçirilərkən, əynində olan şalvarın sağ yan cibindən bir ədəd siqaretin falqasına bükülmüş büküm aşkar olunmuşdur. Aşkar edilmiş büküm barədə müəssisənin əməliyyat bölməsinə məruzə olunmuş, bundan sonra əməliyyat bölməsinin əməkdaşı gəlib həmin bükümə onun, iki nəfər dəvət edilmiş hal şahidinin və Təqsirləndirilən şəxs yanında baxış keçirilmiş, bükümün içərisində spesifik iyə malik olan maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin nə olduğu, onu nə vaxt və haradan əldə etdiyi soruşulmuş, sonuncu bükülünün içərisində kokos adlanan narkotik vasitə olduğunu, onu 03 gün əvvəl Astara rayonunda yalnız üzdən tanıdığı Marif adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb əynində olan şalvarın sağ yan cibinə qoyduğunu, yadından çıxdığı üçün cibində qaldığını bildirmişdir. Bundan sonra həmin bükülü qablaşdırılaraq götürülmüşdür. Habelə baxışın nəticələrinə dair protokol tərtib edilmiş və həmin protokol bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin RNŞ-nin baş əməliyyat müvəkkili Şahid7 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 11:30 radələrində 16 saylı cəzaçəkmə müəssisəsində xidmətdə olduğu zaman cəzaçəkmə müəssisəsinin əməkdaşları müəssisədə çəza çəkən məhkum Şahid8 yanına qısa müddətli görüşə gəlmiş dayısı Təqsirləndirilən şəxs müəssisə daxilinə qadağan olunmuş əşya keçirilməsinin qadağan olunması barədə xəbərdar edildikdən və iltizama qol çəkdikdən sonra xüsusi ayrılmış otaqda üzərinə baxış keçirilərkən, əynində olan şalvarın sağ yan cibindən bir ədəd siqaretin falqasına bükülmüş bükümün aşkar edilməsi barədə məlumat vermişlər. Dərhal xüsusi ayrılmış otağa gəlmiş, müəssisənin əməkdaşları, eləcə də dəvət edilmiş iki nəfər hal şahidinin və Təqsirləndirilən şəxs yanında, sonuncudan aşkar edilərək götürülmüş bükümə baxış keçirilmiş, həmin bükümün içərisində spesifik iyə malik olan maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin nə olduğu, onu nə vaxt və haradan əldə etdiyi soruşulmuş, sonuncu bükülünün içərisində kokos adlanan narkotik vasitə olduğunu, onu 03 gün əvvəl Astara rayonunda yalnız üzdən tanıdığı Marif adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb əynində olan şalvarın sağ yan cibinə qoyduğunu, yadından çıxdığı üçün cibində qaldığını bildirmişdir. Bundan sonra həmin bükülü onun tərəfindən qablaşdırılaraq götürülmüşdür. Habelə baxışın nəticələrinə dair protokol tərtib edilmiş və həmin protokol bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Şahidlər Şahid4 Nizami oğlu, Şahid3 və Şahid8 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Şahid4 Nizami oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o 2018-ci ildə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hal-hazırda cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində çəkir. Sonradan adını bildiyi Pərvizi əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 11:30 radələrində cəzaçəkmə müəssisəsinin əməkdaşı xüsusi ayrılmış otaqda bir nəfər şəxsin üzərinə baxış keçiriləcəyini bildirərək ondan baxış zamanı hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O, razılaşıb xüsusi ayrılmış otağa gəlmiş, orada cəzaçəkmə müəssisəsinin əməkdaşları ona və hal şahidi qismində dəvət edilmiş başqa bir şəxsə, əvvəlar tanımadığı bir şəxsi X1 təqdim etmişlər. Sonra stolun üzərində olan siqaretin gümüşü kağızına bükülmüş halda bükülüyə onların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı bükünün içərisində spesifik iyə malik olan qəhvəyi rəngli maddə olduğu müəyyən edilmişdir. Cəzaçəkmə müəssisəsinin əməkdaşları X4 bükülünün içərisindəki maddənin nə olduğunu, onu haradan və nə vaxt əldə etdiyini soruşmuşlar, sonuncu həmin bükülünün içərisində kokos adlanan narkotik vasitə olduğunu, onu 03 gün əvvəl Astara rayonunda yalnız üzdən tanıdığı Marif adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb əynində olan şalvarın sağ yan cibinə qoyduğunu, yadından çıxdığı üçün cibində qaldığını bildirmişdir. Bundan sonra həmin bükülü cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Habelə baxışın nəticələrinə dair protokol tərtib edilmiş və həmin protokol bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Şahid8 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o 2019-cu ilin yanvar ayında oğurluq etdiyinə görə təqsirli bilinərək 02 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Şahid2 anası, Şahid1 qızı nənəsi və Təqsirləndirilən şəxs onun dayısıdır. Dayısı, anası və nənəsi təxminən ayda 2 dəfə onun yanına görüşə gəlirlər. xx xxxxxx 2019-cu il tarixdə anası ilə danışan zaman sonuncu ona dayısı və nənəsi ilə birlikdə onunla qısa müddətli görüşə gələcəklərini demişdir. Anasından bəzi gündəlik əşyaları almasını və yemək gətirləmərini xahiş etmişdir. Səhərisi gün, yəni xx xxxxxx 2019-cu il tarixdə günortaya kimi gözləsə də, anasıg onun yanına gəlməmişdir. Sonradan ona məlum olmuşdur ki, anası yanına görüşə gələn zaman 16 saylı cəzaçəkmə müəssisəsində xüsusi ayrılmış otaqda dayısının üzərinə baxış keçirilərkən sonuncunun şalvarının sağ yan cibindən narkotik vasitə heroin aşkar edilmişdir. Özü narkoik vasitə istifadə etmir, dayısı Pərvizdən onunla görüşə gələn zaman narkotik vasitə heroin gətirməsini istəməmişdir və ümumiyyətlə onunla görüşə gələn zaman dayısının üzərində narkotik vasitə heroin olması barədə əvvəlcədən məlumatı olmamışdır. Bu barədə xx xxxxxx 2019-cu il tarixdə günortadan sonra bilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli axtarış və götürmə protokolundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 11:30 radələrində Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsinə daxil olmuş əməliyyat məlumatına əsasən, müəssisədə cəza çəkən xx xxx 2000-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhər Xətai rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkum Şahid8 yanına qısa müddətli görüşə gəlmiş dayısı xx xxxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs üzərinə, xüsusi ayrılmış otaqda baxış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən siqaret falqasına bükülmüş bir ədəd büküm aşkar olunmuş, həmin büküm iştirakçıların, hal şahidlərinin və Təqsirləndirilən şəxs yanında açılarkən oradan qəhvəyi rəngdə spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş bir ədəd büküm hal şahidlərinin, proses iştirakçılarının və Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin möhürü ilə möhürlənmiş, hal şahidləri və Təqsirləndirilən şəxs tərəfindən protokol imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 20356 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd bükümdə, təmiz çəkisi – 0.168 qram olan qəhvəyi rəngli tozşəkilli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.118 qram təşkil etmişdir. İşdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin rəisinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli ərizəsinin və iltizamın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin cəzaçəkmə müəssisəsində cəza çəkən bacısı oğlu Şahid8 ilə qısa müddətli görüşə və sovqat verilməsinə icazə verilməsini xahiş etmiş, üzərində və sovqatın içərisində qadağan edilmiş əşyaların, o cümlədən narkotik və psixotrop maddələrin, habelə mobil telefonların cəzaçəkmə müəssisəsinə keçirilməməsi, əks təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilməsinə dair Təqsirləndirilən şəxs iltizam alınmışdır. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxxx 2019-cu il tarixli, 2199 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət işinə məhkəmədə baxıldığı zaman, habelə cinayət işinin materiallarından, o cümlədən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan isə müəyyən edildir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 11:30-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bacısı oğlu Şahid8 vermək üçün istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 0.168 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, həmin vaxt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə aşkar edilərək götürülmüş, bununla da bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 11:30-da cibində saxlamaqla daşıdığı təmiz çəkisi 0.168 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bacısı oğlu Şahid8 verməyə cəhd etməsi, lakin iradəsindən asılı olmayan səbəblərə görə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl başa çatdırılmaması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsinin tərkibini yaradır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməli Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsindən 29, 317-1.1-ci maddəsinə tövsif edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarının üzərindən aşkar edərək götürdükləri narkotik vasitəni bilərəkdən şüurlu şəkildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinə keçirmək, onu həmin cəzaçəkmə müəssisəsində cəza çəkən bacısı oğlu Talehə vermək niyyətinin olmamasına, sadəcə olaraq yadından çıxdığı üçün həmin bükülünün şalvarının sağ yan cibində qalmasına, belə bir niyyəti olduğu təqdirdə narkotik vasitəni cibində deyil, əksinə hansısa bir əşyanın və ya sovqatın içində gizlədib cəzaçəkmə müəssisəsinə keçirə bilməsinə dair ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvəllər məhkum olunmasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdən səmimi peşman olmasını və himayəsində biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmünün surətindən görünür, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 il 05 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxx 2011-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 xx xxxxxx 2019-cu il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 13 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə ona istinad edilən cinayət əməllərini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi, yəni cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təqsirli bilndiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət az ağır, həmin Məcəllənin 317-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət isə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Beləliklə, qəsdən cinayət törətməyə görə əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hazırki iş üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 317- 1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət böyük ictimai təhlükə törətməyən cinayət olduğundan residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Buna görə də qəsdən cinayət törətməyə görə əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə az ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 76.6 və 76.6.3-cü maddələrinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısında az olmamaqla, Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsinin isə sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmalı, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 ay 13 gün hissəsi Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan, təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(010)-92/2019 saylı qərarından və təqsirləndirilən şəxs haqqında seçilmiş ev dustaqlığı növündə qətimkan tədbirinin müddətinin uzadılması haqqında Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(010)-137/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq 03 ay müddətinə ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş, müddətin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmış, xx xxxxxx 2019-cu il tarixdə isə ev dustaqlığı qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, xalis çəkisi – 0.118 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 76 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən qismən toplamaq yolu ilə, ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 05 (beş) ay 13 (on üç) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Narkomaniya xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 76 (yetmiş altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, xalis çəkisi – 0.118 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat, məhkəmədə göstərilmiş göstərilmiş pulsuz hüquqi yardıma görə isə müdafiəçi Bakı şəhəri, 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar