Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-340/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakışəhəri Suraxanı rayonu Y\Günəşli qəsəbəsi “AB”y/s, ev 141, mənzil 55-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istellak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib, üzərində saxlayıb daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 avqust 2021-ci il tarixdə, saat 17:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, “AB”y/s, ev 141-nin qarşısında saxlanılaraq, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış sahəsi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü polis bölməsinin inzibati binasına gətirilərək, üzərində saat 18:15-dən 18:45-dək müddətdə şəxsi axtarış aparılan zaman, əynindəki boz rəngli şalvarının sağ yan cibindən “want” siqaret qutusunun içərisində l(bir) bükümdə təmiz çəkisi 0,688 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroin və bir ədəd üzərində narkotik vasitə izləri olan boru şəkilli formada bükülmüş kağız parçası aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış və daşımışdır. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, kokos kimi tanıdığı narkotik vasitədən, yəni heroindən istifadə etmişdir. O, Suraxanı rayonu ərazisində adıni Vüqar kimi bildiyi, üzdən tanıdığı şəxsdən 10 AZN pul müqavilində narkotik vasitə olan heron almış və öz şəxsi istifadəsi məqsədilə üzərində daşımışdır. 10.08.2021-ci il tarixdə, təxminən saat 17:30-da o, ünvan 3 ünvanının qarşısında olan zaman 2 nəfər şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edib, ondan özünü təqdim etməyini xahiş etmiş, o, da özünü təqdim etmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib, Suraxanı RPİ-nin 33-ci PB-nə dəvət etmişlər. O, etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 33-cü PB-nə getmişdir. Polis Bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə olunmaqla, üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya olması barədə sual verilmiş və təklif olunmuşdur ki, üzərində qanunsuz əşya vardırsa, onu təqdim etsin və o, xidməti otaqda əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd “want” siqaret qutusunun içərisində 01 (bir) ədəd bükümdə, içərisində narkotik vasitəni olan heroini və 1 ədəd boru şəkilli formada bükülmüş kağız parçasını təqdim etmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən açılmış və içərisinə baxış keçirilmiş, bükümün içərisindən heroin aşkar olunmuşdur. Polis əməkdaşı həmin maddəni nə üçün və haradan əldə etməyi barədə sual vermiş, o, da bildirmişdir ki, həmin maddəni Suraxanı rayonunda üzdən tanıdığı, adını Vüqar kimi bildiyi, lakin barəsində digər hər hansı məlumatı olmayan şəxsdən 10 manat pul müqavilində almışdır. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz başqa heç bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırıbmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Burju oğlu ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. İşin mahiyyəti üzrə bildirir ki, 10 avqust 2021-ci ildə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində «Sabir» adlı şəxsin üzərində narkotik vasitənin gəzdirməsi barədə məlumat daxil olmuşdur. Odur ki, həmin şəxsi müəyyən olunması və onun bölməyə gətirilməsi zərurəti yarandığından, PB-nin rəisinə raportla müraciət etmiş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edərək, qərar bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 10 avqust 2021-ci il tarixdə, saat 17:30 radələrində o, sahə inspektoru, polis baş leytenantı Şahid2la birlikdə Yeni Günəşli qəsəbəsi «AB» yaşayış sahəsi 141 ünvanının qarşısına getmişlər. Həmin ünvanın qarşısında məlumatda bildirilən əlamətlərə görə Sabir adlı şəxslə rastlaşaraq, onun şəxsiyyətini müəyyən etmişlər, həmin şəxsin hazırki iş üzrə Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra sonunjunu Suraxanı RPİ-nin 33-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından, onun üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından, bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bölmə rəhbərliyi tərəfindən prosesual hərəkətlərin keçirilməsi baş təhqiqatçı Elşən İsmayılova həvalə edilmiş, daha sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, vəkilin iştirakı ilə videoçəkiliş etməklə, saat 18:15-dən 18:45-dək müddətdə sonunjunun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd «Want» siqaret qutusunun içərisindən bir ədəd bükümü, içərisində narkotik vasitəyə bənzər qəhvəyi rəngli toz şəkilli maddəni və bir ədəd kağız borunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitəsi olan heroindir və o, həmin maddəni Suraxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, Vüqar adlı şəxsdən 10 manata almış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunda olan büküm və boru şəkilli kağız cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 33-ci PB-nin möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından müəyyən olunur ki, 10 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.. 12 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə Suraxanı rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin 21.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.3, və 29, 177.2.4-cü maddələri ilə 1000 manat cərimə cəzasına məhkum edilmiş, 02.04.2019-cu ildə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 11 avqust 2021-ci il tarixli 6/3408 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs götürülmüş» yazısı olan zəpfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,688 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdə olan bir ədəd «Line» yazısı olan siqaret qutusunun və bir ədəd boruşəkilli formada bükülmüş kağız parçaların içərisində narkotik vasitə olan heroinin izlari vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibdə olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 05.10..2021-ci il tarixli 3793 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ümumilikdə 0,638 qram heroin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat X2 tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,638 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-340/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-340/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver