Məhkəmə qərarları › İş №1(010)-340/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-340/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-340/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1975-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü tikinti işlərini həyata keçirən şəxs kimi təqdim edib inam yaratmaqla aralarında uzun müddətli şəxsi münasibət olan tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində 160 kv.m sahəsi olan birmərtəbəli fərdi yaşayış evini tam şəkildə inşa edib 6 ay müddətində təhvil verəcəyinə dair yalan vəd verib onu aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 3 ünvanında 21 noyabr 2023- cü il tarixdə 7000 manat, 2023-cü ilin noyabrın sonlarında 2500 manat, 2023-cü ilin dekabrın əvvəllərində 4000 manat, 26 dekabr 2023-cü il tarixdə 12.000 manat, 26 yanvar 2024-cü il tarixdə 7000 manat, 15 fevral 2024-cü il tarixdə 5000 manat, 18 aprel 2024-cü il tarixdə 7000 manat və 15 may 2024-cü il tarixdə 2500 manat, ümumilikdə 50500 manat pul alıb həmin pulun 30000 manat hissəsini tikintiyə sərf etsə də qalan 20500 manat hissəsini öz şəxsi xərclərinə sərf edərək vədinə əməl etməyib özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə aralarında uzun müddətli şəxsi münasibət olan tanışı X1 etibarından sui-istifadə edərək Bakı şəhərinin müxtəlif yerlərində icra edəcəyi tikinti işlərindən yüksək məbləğdə qazanc əldə etmək imkanları olduğunu, həyata keçirəcəyi tikinti işinə sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan ona yüksək gəlir verəcəyinə dair sonuncuya həqiqətə uyğun olmayan yalan vəd verib onu aldadaraq bu məqsədlə Niyaməddin İsrafilovdan 2024-cü ilin may ayının sonlarında ünvan 4 ünvanın qarşısında 3500 manat pul alıb vədinə əməl etməyərək pulu qaytarmaqdan qəsdən boyun qaçırıb özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərədə tutan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclası zamanı yazılı vəsatət verərək bildirmişdir ki, aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü tikinti işlərini həyata keçirən şəxs kimi təqdim edib inam yaratmaqla aralarında uzun müddətli şəxsi münasibət olan tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində 160 kv.m sahəsi olan birmərtəbəli fərdi yaşayış evini tam şəkildə inşa edib 6 ay müddətində təhvil verəcəyinə dair yalan vəd verib onu aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 3 ünvanında 21 noyabr 2023-cü il tarixdə 7000 manat, 2023-cü ilin noyabrın sonlarında 2500 manat, 2023-cü ilin dekabrın əvvəllərində 4000 manat, 26 dekabr 2023-cü il tarixdə 12.000 manat, 26 yanvar 2024-cü il tarixdə 7000 manat, 15 fevral 2024-cü il tarixdə 5000 manat, 18 aprel 2024-cü il tarixdə 7000 manat və 15 may 2024-cü il tarixdə 2500 manat, ümumilikdə 50500 manat pul alıb həmin pulun 30000 manat hissəsini tikintiyə sərf etsə də qalan 20500 manat hissəsini öz şəxsi xərclərinə sərf edərək vədinə əməl etməyib özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə aralarında uzun müddətli şəxsi münasibət olan tanışı X1 etibarından sui-istifadə edərək Bakı şəhərinin müxtəlif yerlərində icra edəcəyi tikinti işlərindən yüksək məbləğdə qazanc əldə etmək imkanları olduğunu, həyata keçirəcəyi tikinti işinə sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan ona yüksək gəlir verəcəyinə dair sonuncuya həqiqətə uyğun olmayan yalan vəd verib onu aldadaraq bu məqsədlə Niyaməddin İsrafilovdan 2024-cü ilin may ayının sonlarında ünvan 4 ünvanın qarşısında 3500 manat pul alıb vədinə əməl etməyərək pulu qaytarmaqdan qəsdən boyun qaçırıb özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. xx.xx.2025-ci il tarixdə ibtidai istintaq yekunlaşaraq iş üzrə ittiham aktı Suraxanı rayon prokuroru tərəfindən təsdiq edilməklə baxılması üçün aidiyyəti üzrə Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasınadək cinayət işi onun tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, istintaq orqanı 1-ci epizod üzrə təqsirləndirilən şəxsə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda ümumilikdə aldığı 50.500 manat pul müqabilində fərdi yaşayış evi tikdirməsi ilə bağlı ittiham irəli sürülsə də, qeyd olunan həmin məbləğləri riyazi üsulla üst-üstə topladıqda (7.000 + 2.500+ 4.000+ 2.000+7.000+ 5.000+ 7.000+ 2.500) yekun məbləğ ittiham aktında göstərildiyi kimi, 50.500 manat deyil 47,000 manat, dələduzluq yolu ilə ələ keçirilən məbləğ isə 20.500 manat deyil, 17.000 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu - verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı təcrübəyə əsasən müdafiə hüququnun pozulmasına səbəb olur. Odur ki, cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, habelə verilmiş ittihamda CPM-in 223.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Qeyd olunan hallar bariz şəkildə təqsirləndirilən şəxsin həm də müdafiə hüququnun pozulması ilə nəticələnmişdir ki, göstərilənlər ittihamın mahiyyətinin ona aydın olmadığı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməsi, cinayət işinin materiallarına xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsasdır. Qeyd edilən bu pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Qeyd etdiklərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 84, 303 və 307-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, 34262 manat məbləğində xərci çıxıb, bunu qudası da yaxşı bilir. O, 25000 manat borc götürmüşdür, həmin aldığı 25000 manatı ödəməsini ya da cəzasını çəkməsini istəmişdir. İbtidai istintaqda eynəyi olmadığı üçün tam oxuya bilməmiş və işə xitam yazılmasını əvvəlcə səhv anlamışdır. Odur ki, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi bildirdi ki, vəsatətlə tanış olmuş, şəxsin hüquqlarının pozulması ilə razıdır. Həmçinin, məhkəməyə sənəd təqdim etmiş, şəxs 50500 manat almamışdır. Təqsirləndirilən şəxsin ürək xəstəsi və təzyiqinin olmasını, zərərçəkmiş şəxsin birinin şikayətçi olmamasının nəzərə alınmasını, şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs vəsatətlə tanış olduğunu və razı olduğunu bildirdi. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, dələduzluq etmədiyini, ittiham aktında göstərildiyi kimi 50500 manat almadığını, Zərərçəkmiş şəxs1 evi ilə bağlı ona Zərərçəkmiş şəxs1 tərəfindən 46000 pul ödənildiyini, həmçinin özü (Zərərçəkmiş şəxs1) tərəfindən də aralarında olan müqaivləyə qol çəkildiyini, bununla bağlı Təqsirləndirilən şəxs tərəfindən ikimərtəbəli evin tikildiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, hər dəfə pul alanda video çəkilmiş, şəkilləri Zərərçəkmiş şəxs1 göndərmişdir. Elektrik sistemi çəkmiş, damı vurmuş, xərc çəkmişdir. Evi yalnız Zərərçəkmiş şəxs1 üçün tikdiyi, digər zərərçəkmiş şəxslə yalnız borc münasibətlərin olduğunu bildirmişdir. O, bu səbəbdən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş etdi. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında ilkin dinləmələr aparılmaqla baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarında olan: Cinayət işinin materiallarından görünür ki, cinayət işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini müstəntiqi, polis kapitına Babək Haqverdiyev tərəfindən 04 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddəsi ilə başlanmışdır. . 21 fevral 2025-ci il tarixdə həmin cinayət işi ərazi aidiyyatı üzrə Suraxanı RPİ-nə göndərilmişdir. Cinayət işin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 04 oktyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 04 oktyabr 2024-cü il tarixdə, saat 16:55-də tutulması, azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 16:55 dəqiqədən tutulmuş hesab edilməsi qərara alınmışdır. Cinayət işin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. və ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı 20 aprel 2025-ci il tarixdə tərtib edilməklə həmin tarixdə təsdiq edilib, baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon məhkəməsinə göndərilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 85-ci maddəsinə əsasən müstəntiqin vəzifələridir: 85.2.12. Bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək; CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlər sırasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına da baxılır. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də 300.1.5-ci maddədə qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır. CPM-nin 301.1-ci maddəsinə əsasən məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda; 301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; 301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. Belə olan halda, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materiallarına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Hazırkı cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular vardır və bu səbəbdən, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar digər pozuntularla yanaşı aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində həmçinin aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar. 289.4. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. 223.2-ci maddəsinə əsasən bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Belə ki, ittiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü tikinti işlərini həyata keçirən şəxs kimi təqdim edib inam yaratmaqla aralarında uzun müddətli şəxsi münasibət olan tanışı Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində 160 kv.m sahəsi olan birmərtəbəli fərdi yaşayış evini tam şəkildə inşa edib 6 ay müddətində təhvil verəcəyinə dair yalan vəd verib onu aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 3 ünvanında 21 noyabr 2023cü il tarixdə 7000 manat, 2023-cü ilin noyabrın sonlarında 2500 manat, 2023-cü ilin dekabrın əvvəllərində 4000 manat, 26 dekabr 2023-cü il tarixdə 12.000 manat, 26 yanvar 2024-cü il tarixdə 7000 manat, 15 fevral 2024-cü il tarixdə 5000 manat, 18 aprel 2024-cü il tarixdə 7000 manat və 15 may 2024-cü il tarixdə 2500 manat, ümumilikdə 50500 manat pul alıb həmin pulun 30000 manat hissəsini tikintiyə sərf etsə də qalan 20500 manat hissəsini öz şəxsi xərclərinə sərf edərək vədinə əməl etməyib özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən 1-ci epizod üzrə təqsirləndirilən şəxsə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda ümumilikdə aldığı 50.500 manat pul müqabilində fərdi yaşayış evi tikdirməsi ilə bağlı ittiham irəli sürülsə belə, istər ittiham aktının özündə, istərsə də təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərarında, istərsə də zərərçəkmiş ifadəsinə nəzər salaraq müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğləri riyazi üsulla üst-üstə topladıqda (7.000+2.500+4.000+2.000+7.000+5.000+7.000+2.500) yekun məbləğ ittiham aktında göstərildiyi kimi, 50.500 manat deyil, əsində 47,000 manat, dələduzluq yolu ilə ələ keçirilən məbləğ isə 20.500 manat deyil, əslində 17.000 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər ittiham aktında göstərilən vurulmuş zərərin məbləği işin faktiki hallarına uyğun deyilsə, bu, həm hüquqi baxımdan, həm də ədalətli məhkəmə araşdırması baxımından ciddi pozuntu hesab olunur. Bu vəziyyət həm təqsirləndirilən şəxsin hüquqlarını, həm də zərərçəkmişin iddia vermək hüququnu poza bilər. İttiham aktında vurulmuş zərərin məbləği və zərərçəkmiş şəxsin həmin zərərin ödənilməsi ilə bağlı tələbi dəqiq göstərilməlidir. Əgər zərərin məbləği sübutlarla əsaslandırılmayıbsa və ya faktiki hallar buna ziddirsə, ittiham aktı qərəzli və qeyri-obyektiv hesab edilə bilər. Cinayət prosessual müddəalarında nəzərdə tutulan istintaqın tam, hərtərəfli və obyektiv aparılması prinsipinə ziddir. Göstərilənlərə əsasən, ittiham aktında istintaq orqanının Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilən cinayətin predmeti hesab olunan “21 noyabr 2023- cü il tarixdə 7000 manat, 2023-cü ilin noyabrın sonlarında 2500 manat, 2023-cü ilin dekabrın əvvəllərində 4000 manat, 26 dekabr 2023-cü il tarixdə 12.000 manat, 26 yanvar 2024-cü il tarixdə 7000 manat, 15 fevral 2024-cü il tarixdə 5000 manat, 18 aprel 2024-cü il tarixdə 7000 manat və 15 may 2024-cü il tarixdə 2500 manat, ümumilikdə 50500 manat pul alıb həmin pulun 30000 manat hissəsini tikintiyə sərf etsə də qalan 20500 manat hissəsi” ilə bağlı qənaəti iş üzrə sübutların həqiqi məzmunundan irəli gələn, faktlar əsasında əldə olunmuş nəticə kimi qəbul edilməsi mümkün deyildir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən əməlin dələduzluq cinayəti əməli kimi sayılması üçün təqsirkarın zərərçəkmiş şəxsə məxsus olmuş və real şəkildə mövcud olmuş əmlakının ələ keçirilməsi tələb olunur. Dələduzluq cinayəti nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi zərər ələ keçirilmiş əmlak hesabına gözlənilən artım və ya qazancda deyil, məhz mövcud olan əmlak kütləsinin ələ keçirilmiş əmlak hesabına azalmasında (malik olduğu əmlakdan məhrum edilməsində) ifadə olunur. İş materiallarının təhlili zamanı müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanı zərərçəkmiş şəxsə dəymiş maddi zərərin dəqiq məbləği müəyyən edilməmiş, zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə sifariş edilmiş tikintinin mövcud olub-olmaması ilə əlaqədar hər hansı araşdırma aparılmamış, tikintiyə dair baxış aparılmamış, müayinə aktı tərtib edilməmiş, istintaq zamanı zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin məbləğinin aydınlaşdırılması kontekstində, o cümlədən həmin maddi zərərin əməlin hüquqi tövsifində oynadığı rol baxımından əhəmiyyətini nəzərə alınmadan, iş üzrə cinayətin predmeti qismində çıxış edən tikilmiş evin dəyərinin və ona dair xərclənmiş pul vəsaitinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməmiş, zərərin məbləği yalnız zərərçəkmiş şəxsin mülahizəsi əsas götürməklə qiymətləndirilmişdir. Halbuki, zərərin miqdarının müəyyənləşdirilməsi və sonrakı mərhələdə onun ödənilmə imkanlarının qiymətləndirilməsi cinayət işinin obyektiv, hərtərəfli və tam araşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bununla da əmtəəşünaslıq ekspertizasının keçirilməməsi nəticəsində: Zərərin real məbləği müəyyən edilməmiş, Mülki iddianın irəli sürülməsi və mülki cavabdehin müəyyən olunması imkanı itirilmiş, Həmçinin təqsirləndirilən şəxsin hərəkətlərinə hüquqi qiymətin tam verilməsi – işin cinayət və ya mülki xarakter daşıması - çətinləşmişdir. Cinayət-Prosessual Məcəllənin 139.0.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 264.2-ci maddəsinin tələbinə görə təhqiqatçi, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, mütəxəssis və cinayət prosesinin digər iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi orqanını müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən azad etmir. Bu hissədə məhkəmə hesab edir ki, cinayətin predmeti qismində çıxış edən tikinti (tikilibsə) və ona sərf edilmiş pul vəsaiti qiyməti obyektiv və mötəbər sübutlarla, o cümlədən müvafiq ekspertiza rəyi ilə təsdiq olunmalı və predmetin qiyməti ilə bağlı bütün qeyri-müəyyənliklər aradan qaldırılmalı idi. Lakin ibtidai istintaqı həyata keçirən müstəntiq qeyd edilən məsələ ilə bağlı qeyri müəyyənlikləri aradan qaldırmamışdır. Bu kimi pozuntular istintaqın qeyri-kafiliyi ilə nəticələnmiş və cinayət işində ədalətli qərarın qəbul edilməsinə mane olmuşdur. Qeyd olunanlarla əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə istinad etmək əsaslı hesab olunur. Edwards v. United Kingdom (16 December 1992) işində mübasiləndirilən əsas məsələ - hakimiyyət orqanlarının zəruri araşdırmanı aparmaması, sübutları toplamaqdan və müstəqil ekspertiza aparmaqdan imtina etməsi kimi qeyd edilmiş, Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, Cinayət Məcəlləsinə uyğun təhqiqat yalnız formal olmamalıdır – o, effektiv, müstəqil, obyektiv və səmərəli olmalıdır. Əgər dövlət ekspertiza təyin etməklə obyektiv həqiqəti müəyyən etməlidirsə, amma bunu etmir – bu, ədalətli araşdırma prinsipinin pozulmasıdır. Ədalətli araşdırma hüququ (Maddə 6) və dövlətin effektiv araşdırma aparmaq öhdəliyi (Maddə 2 və 13). Avşar v. Turkey (10 July 2001) işində mübasiləndirilən əsas məsələ - dövlət orqanlarının zərərçəkmişin iddialarını sübut etmək üçün bütün imkanlardan istifadə etməməsi və yetərli sübutların toplanmaması qeyd edilmişdir. Bu halda AİHM-in mövqeyi kimi məhkəmə vurğuladı ki, dövlət effektiv istintaq tədbirləri aparmadıqda, xüsusilə maddi zərər və ya insan hüquqlarına müdaxilə iddiaları olduqda, bu insan hüquqlarının pozulmasına gətirib çıxarır. 📌Əlaqə: Maddə 6 (ədalətli məhkəmə), Maddə 13 (effektiv hüquqi müdafiə vasitəsi). El-Masri v. the X7 of Macedonia (2012) işində mübasiləndirilən əsas məsələ hakimiyyət orqanlarının obyektiv və tam istintaq aparmaması kimi qeyd edilmişdir.AİHM-in mövqeyi: Dövlətin öhdəliyinə daxildir ki, iddia olunan zərərin miqdarını və şəraitini tam və dəqiq araşdırsın, əks halda bu, insan hüquqlarının pozulması sayılır. Akkoç / Türkiyə (2000) Dövlət orqanları öldürülmə faktı üzrə cinayətkarları müəyyən edə bilməyib, zəruri sübutlar toplanmayıb.📌 Nəticə: AİHM dövlətin 2-ci maddə üzrə (yaşamaq hüququ) öhdəliklərini yerinə yetirmədiyini müəyyən etmişdir. Ekspertiza və sübutlar olmadıqda, belə halların araşdırılması mümkün deyil. Gäfgen v. Germany (2010) işində AİHM vurğulamışdır ki, ittihamın əsaslandırılması yalnız sübutlarla və obyektiv faktlarla aparılmalıdır. Əgər sübutlar ziddiyyətlidir və ekspertiza aparılmayıbsa – ittiham hüquqi cəhətdən zəifdir və hüquq pozuntusuna səbəb olur. Ekspertizanın aparılmaması və sübutların toplanmaması AİHM praktikasında dəfələrlə istintaqın qeyri-effektivliyi kimi qiymətləndirilmişdir. Bu hallar Konvensiyanın ədalətli məhkəmə araşdırması (6-cı maddə) və effektiv hüquqi müdafiə (13-cü maddə) hüquqlarının pozulması hesab olunur. Həmçinin, zərərin müəyyən edilməməsi – mülki iddiaların irəli sürülməsinə maneə yaradır və bu da zərərçəkmişin hüquqlarını pozur. Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ilə irəli sürülmüş ittihamın mətnindən, eləcə də məzmunundan aydın görünür ki, CPM-nin 223.3.2 və 289.4cü maddələrinin tələbləri pozulmuşdur. İttiham aktının təsviri-əsaslandırıcı və nəticə hissəsində cinayət hadisəsinin baş verdiyi yer barədə məlumatı aydınlaşdırılmamış şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxsə verilmiş ittihamın məzmununda qeyd olunur ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü tikinti işlərini həyata keçirən şəxs kimi təqdim edib inam yaratmaqla aralarında uzun müddətli şəxsi münasibət olan tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsində 160 kv.m sahəsi olan birmərtəbəli fərdi yaşayış evini tam şəkildə inşa edib 6 ay müddətində təhvil verəcəyinə dair yalan vəd verib onu aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 3 ünvanın yaxınlığında 21 noyabr 2023- cü il tarixdən başlayaraq 15 may 2024-cü il tarixədək pul vəsaiti almışdır. İbtidai istintaq orqanı Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs sonuncu dəfə pulun sırf Suraxanı rayonun ərazisində - Suraxanı Rayonu, Əmircan qəsəbəsində, yaşadığı evin yaxınlığında verilməsi yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsaslanaraq göstərmiş, işin qeyd olunan halı hər hansı digər mötəbər sübutla – zərəçəkmiş şəxsin və təqsirləndirilən şəxsin istifadələrində olan mobil nömrələri üzrə anten məlumatları ilə, pulun verilməsində iştirak edən şəxslərin - şahid ifadələri ilə, hər hansı yazışmaları ilə və digər sübutlarla yoxlanılmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sonuncu dəfə pulun sırf Suraxanı rayonun ərazisində - Suraxanı Rayonu, Əmircan qəsəbəsində, yaşadığı evin yaxınlığında verilməsini öz ilk izahatında 04 oktyabr 2024-cü il tarixdə göstərilməsinə baxmayaraq, cinayət işi istintaq aidiyyəti üzrə yalnız 21 fevral 2025-ci il tarixdə göndərilmiş, və həmin prosessual hərəkət hər hansı səbəblə izah edilməmişdir. Azərbaycan Respublikası CM-nin 223.1-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Cinayət işi üzrə dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, dələduzluq etmədiyini, ittiham aktında göstərildiyi kimi 50500 manat almadığını, Zərərçəkmiş şəxs1 evi ilə bağlı ona Zərərçəkmiş şəxs1 tərəfindən 46000 pul ödənildiyini, həmçinin özü (Zərərçəkmiş şəxs1) tərəfindən də aralarında olan müqaivləyə qol çəkildiyini, bununla bağlı Təqsirləndirilən şəxs tərəfindən ikimərtəbəli evin tikildiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, hər dəfə pul alanda video çəkilmiş, şəkilləri Zərərçəkmiş şəxs1 göndərmişdir. Elektrik sistemi çəkmiş, damı vurmuş, xərc çəkmişdir. Evi yalnız Zərərçəkmiş şəxs1 üçün tikdiyi, digər zərərçəkmiş şəxslə yalnız borc münasibətlərin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı faktiki olaraq təkzib etmiş və mübahisələndirmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs tərəfindən həmin ifadə təkcə məhkəmənin hazırlıq iclasında deyil, həmçinin də Təqsirləndirilən şəxs İtifat oğlunun barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair təqdimatın baxılmasına ilə əlaqədar Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli məhkəmə iclasında və onunla bağlı qərarında, həmçinin də Təqsirləndirilən şəxs İtifat oğlunun barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair təqdimatın baxılmasına dair Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli məhkəmə iclasında və onunla bağlı qərarında, Təqsirləndirilən şəxs İtifat oğlunun barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair təqdimatın baxılmasına dair Suraxanı Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli məhkəmə iclasında və onunla bağlı qərarında verilmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ilk dəfə şübhəli şəxs qismində tutulması və dindirilməsi zamanı 04 oktyabr 2024-cü il tarixdə ona müdafiəsi üçün təqdim olunmuş vəkil - həmin tarix üçün növbətçi vəkil kimi növbətçilik siyahısında qeyd edilmiş vəkil X5 deyil, 25 oktyabr 2024-cü il tarix üçün növbətçi vəkil X8 olmuşdur. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilməsi protokolları sırf bu vəkilin iştirakı ilə tərtib edilmişdir. Bütün yuxarıda göstərilənlərə baxmayaraq, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs izahatı, - şübhəli şəxs olaraq dindirilməsi və təqsirləndirilən şəxs olaraq dindirilməsi haqqında protokollarda tam şəkildə kopyalayıb və hər hansı yoxlama aparılmadın, əlavə araşdırma aparılmadan artıq “etirafedici ifadə” kimi ittiham aktına əlavə edilmiş və cinayət işin materiallarına əlavə edilmiş 12 aprel 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarın nəticə hissəsində sübut növü kimi qəbul etmişdir. CPM-nin 289.3.2-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar göstərilir. O cümlədən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı təkzib edərək ifadəsində dələduzluq cinayəti törətmədiyini, Zərərçəkmiş şəxs1la müqavilə bağladığını, Zərərçəkmiş şəxs1 tərəfindən ona 46000 min manat ödənildiyini, 50500 manat almadığını, aldığı pula da həqiqətən iş gördüyünü, ikimərtəbəli evin tikdiyini, hər dəfə pulun alınmasında videogörüntü çəkdiyini qeyd etsə də, qeyd olunan xüsusatların təkzibi ilə əlaqədar sübutların əldə olunması istiqamətində araşdırma aparılmamış, həmin hala ümumiyyətlə diqqət yetirməmiş, onun vəsatət kimi qəbul etməmiş, bununla bağlı ümumiyyətlə hər hansı araşdırma aparılmamış, hüquqi qiymət və reaksiya verilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən istintaq zamanı ifadəsində göstərilən dəlillər özü özlüyündə istintaq orqanından onlara ciddi yanaşmağı, iş üzrə mühüm əhəmiyyət kəsb etməsi kontekstində dəlillərin əsaslı olub-olmamasını yoxlamağı və bu araşdırmanın nəticələrini, dəlillər haqqında mülahizələrini qərarın (vəsatətə baxılması haqqında) təsviri əsaslandırıcı hissəsində əks etdirməyi tələb edirdi. Çünki təqsirləndirilən şəxsin gətirdiyi dəlillərin əsaslı olması təsdiq edildiyi halda, ibtidai istintaqın və onun nəticələrinin şübhə altına alınmasını qaçılmaz edə bilərdi. Müstəntiq yalnız Təqsirləndirilən şəxs əlavə dindirilməsinə dair protokolun əlavə edilməsi ilə kifayətlənmişdir. Həmin protokoldan sonra məhkəmə iclaslarında təqsirləndirilən şəxsin ifadəsində göstərilən dəlilləri müzakirə etməmiş, dələduzluq cinayətin tərkib əlamətləri olan cinayətin predmeti olan vurulmuş zərərin müəyyən edilməsini, münasibətlərin hansı xarakter daşıdığını, aralarında yazışma, müqavilə və digər mülki xarakterli əsasların mövcud olub-olmadığını, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 tərəfindən sifariş etdiyi evin tikilib-tikilməməsini yoxlamamış, tikilibsə, artıq mövcud olan tikintiyə dair əmtəəşünaslıq ekspertizasını aparmamış, qərarın təsviriəsaslandırıcı hissəsində kifayət qədər əsas gətirmədən, ittiham aktını tərtib etmişdir. İttham aktında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsi ilə əlaqədar sürülmüş ittihama dair sübuti bazasını yalnız zərərçəkmiş şəxsin ifadəsi təşkil etmişdir. Bütün yuxarıda göstərilənlərə baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin öz ifadəsində göstərdiklərin yoxlanılmamasına, hər hansı ekspertizanın təyin edilməməsinə və digər sübutların toplanılmamasına baxmayaraq, Təqsirləndirilən şəxs həbsdə saxlanılması ilə əlaqədar hər hansı əsaslı səbəb göstərilmədən uzadılması ilə müraciət edilmiş və verilmiş müddət ərzində hər hansı araşdırma aparılmamışdır. Halbuki, CPM-in 289.3.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Qeyd olunan hal təqsirləndirilən şəxsin müdafiə hüququnun məhdudlaşdırılmasına səbəb olmuş kobud pozuntu kimi qiymətləndirilməlidir. Yuxarıda sadalanan bu hallar ittihamın mahiyyətinə toxunan hallar olmaqla bərabər təqsirləndirilən şəxsin təqsirliliyi və əməllərinin tövsifi məsələsinə də birbaşa təsir göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-in 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu - verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı təcrübəyə əsasən müdafiə hüququnun pozulmasına səbəb olur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə görə təqsirkar şəxsin təmin edilən minimal müdafiə hüquqları arasında şəxsin nədə ittiham olunduğunu bilməsi hüququ var. Bu hüquq cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar sırasına daxildilər, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittihamın cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması onun özünü müdafiə üsul və vasitələri seçməsinə, yəni müdafiə hüququnun pozulmasına səbəb olur. Yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun deyil, eləcə də məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ümumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu kobud şəkildə pozmuş və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyil. Odur ki, cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, habelə verilmiş ittihamda CPM-in 223.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Qeyd olunan hallar bariz şəkildə təqsirləndirilən şəxsin həm də müdafiə hüququnun pozulması ilə nəticələnmişdir ki, göstərilənlər ittihamın mahiyyətinin ona aydın olmadığı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməsi, cinayət işinin materiallarına xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsasdır. Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 dekabr 1994-cü tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin konkret olaraq nədə ittiham olunduğu təqsirləndirilən şəxs kimi cəlb etmə qərarında konkret göstərilməlidir. Odur ki, dövlət ittihamçısının yazılı vəsatəti təmin edilərək cinayət işinin baxılmasına xitam verilməli və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Aparılmış araşdırma zamanı təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar aydınlaşdırılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la olan razılaşmaya əsasən hər hansı tikinti işlərinin aparılması müəyyən edilməli, aparılıbsa, tikiliyə dair baxışın aparılması, tikiliyə dair əmtəəşünaslıq ekspertizası aparılmalı, pulun verilməsinə dair şahidlərin ifadələri alınmalı, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs sonuncu dəfə pulun sırf Suraxanı rayonun ərazisində verilməsi halı yoxlanılmalı və zərərçəkmiş şəxsin ifadəsindən əlavə digər sübutlarla təsdiqini tapmalıdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. CPM-nin 307-ci maddəsinin tələbləri nəzərə alınaraq baş müstəntiq, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, o cümlədən aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi elan edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri 20 gün müddətinə uzadılması qərara alınmalıdır. Beləliklə, məhkəmə ilkin dinləmələr aparmaqla yuxarıda qeyd edilən halları və cinayət işi materiallarını ətraflı tədqiq edərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPMin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis kapitanı X6 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri 20 gün müddətinə uzadılmalıdır. CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi CPM-nin 300.1.5-ci maddəsində qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardan şikayət və ya protest verilməsi qanunda nəzərdə tutulmamışdır. CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 (bir yüz on) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 299-300, 303, 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 180.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303-cü maddəsinə əsasən xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 180.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis kapitanı X6 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri 20 (iyirmi) gün müddətinə uzadılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (bir yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar