Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-341/2021 30.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «BMW 740» markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində olan dairədən Binə qəsəbəsi istiqamətində olan işıqforu keçib 150 metr hərəkət etdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1ci hissəsinin, 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin «1.1 xəttini (bütöv ağ xətti) kəsib keçmək qadağandır», 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda və yaşayış məntəqəsində 60 km/saatdan artıq sürətlə idarə etdiyindən göstərilənləri etməyib idarə etdiyi avtomobili yaşayış məntəqəsində 100 km/saat sürətlə idarə etdyindən, idarəetməni itirərək 2 tərəfli yolda hərəkəti ayıran bütov ağ xətti kəsib qarşı hərəkət zolağına keçib, onun hərəkətinin əks istiqamətində Suraxanı rayonunun Binə qəsəbəsindən Yeni Suraxanı qəsəbəsi istiqamətində öz hərəkət zolağında hərəkətdə olmuş, Zərərçəkmiş şəxs1 idarə etdiyi «Ford Mondeo» markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobil zərbədən arxaya doğru hərəkət edib özü ilə eyni istiqamətdə hərəkətdə olan, Zərərçəkmiş şəxs2 idarə etdiyi «Daewoo Nexıa» markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs1 Vİ- Vİİ qabırğaların yerini dəyişməyən qapalı sınığı ilə müşayiət olunmuş ehtiyatsızlıqdan sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər yetirməklə, Zərərçəkmiş şəxs1 məxsus avtomobilə 12.720, Zərərçəkmiş şəxs2 məxsus avtomobilə 1770 manat maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq, məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixdə AD № 737043 nömrəli nəqliyyat vasitəsinin texniki şəhadətnamə əsasında «BMV 740» markalı 1995-ci il buraxılışlı **-VL-*** dövlət qeydiyyat niaşanılı avtomobil almış və həmin avtomobili adına olan AD 206468 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. «BMV 740» markalı 1995-ci il buraxılışlı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil faktiki olaraq ona məxsusdur və avtomobilin dəyərini tam olaraq ödəmişdir. 23 may 2021-ci il tarixdə, saat 14 radələrində özünə məxsus, texniki cəhtədən saz vəziyyətdə olan «BMV 740» markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı X8 ilə birlikdə Sraxanı rayonunun Binə qəsəbəsindən Yeni Suraxanı qəsəbəsi istiqamətində 2 tərəfli bir hərəkət istiqamətində olan yolda özünə aid olan hərəkət zolağında saatda 100 km surətlə hərəkət etmişdir. Həmin vaxtı o, sükan arxasında, Famil isə öndə sərinişin tərəfdə oturmuşdur. Həmin yolda Yeni Suraxanı qəsəbəsinə çatmamış olan işıqfora 150 metr qalmış o, idarə etdiyi avtomobillə ani bir anda idarə etməni itirib avtomobillimlə hərəkət zolağından qarşı hərəkət zolağına istiqamətlənmiş və avtomobili yolun soluna doğru istiqamətlənmiş və idarə etdiyi avtomobilin sol ön hissəsi ilə sonradan adını bildiyi, hər hansı ədavət və düşmənçiliyi olmayan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Ford Mondeo» markalı **-RE-*** dövlət qediyyat nişanlı avtomobillin ön sol hissəsi ilə toqquşmuş və idarəetməni itirmiş vəziyyətdə avtomobilim zərbədən hərəkətinin əks istiqamətində yolun mərkəzində olan düz xəttin üzərində avtomobilinin əsas hissəsi yolun qaşı hərəkət zolağında sükan hissədən arxaya doğru isə yolun mərkəzində olan düz xətt boyunca yolda dayanmışdır. Həmin vaxtı «Ford Mondeo» markalı **-RE-*** dövlət qediyyat nişanlı avtomobillin arxa bufer hissəsindən özü ilə eyni istiqamətdə hərəkətdə olan sonradan, adını bildiyi və hər hansı ədavəti və düşmənçiliyi olmayan X6 idarə etdiyi «Daewoo Nexıa» markalı ** DL *** markalı avtomobilin ön hissəsi ilə avtomobilin arxa tərəfindən toqquşmuş və «Ford Mondeo» markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobillin yoldan çıxaraq, boş qruntluq hissəyə çıxmışdır. Hadisə nəticəsində o, və «Daewoo Nexıa» markalı ** DL *** markalı avtomobillin sürücüsü hər hansı xəsarət almamışdır. Hadisə yerinə Suraxanı RPİ-in təhqiqatçı gəlmiş və müvafiq sənədləşmə aparmışdır. Sonra o, sərxoşluq müayinəsinə getmiş və hər 3 avtomobil hadisə yerindən cərimə meydançasına aparılmışdır. Hadisə onun təqsirindən olmuşdur ki, o, yolda müəyyən olunmuş hərəkət surətindən artıq surətdə hərəkətdə olduğuna görə, həmin yol nəqliyyat hadisəsi baş vermişdir və o, ani anda idarəetməni itirib, qarşı hərəkət zolağına çıxmış, hadisə baş verən hissədə isə yol 2 tərəfli olmaqla, ensiz yol olmuşdur. O, özünü müdafiə etmək üçün ilkin ifadəsində avtomobilinin təkəri partlamasına görə qeyd etdiyi yol nəqliyyat hadisəsinin baş verməsini göstərmişdir. Həqiqətən də, onun avtomobilinin sol ön tərəf təkəri partlamışdır, lakin həmin partlama toqquşma nəticəsində baş vermişdir. «Ford» markalı avtomobil elə də yüksək sürətdə hərəkətdə olmamışdır, ona görə onun dəqiq olaraq hansı surətlə hərəkətdə olmasını bilməmiş və hadisə yerində o «Ford» markalı avtomobildə daha bir nəfər şəxs olmasını görmüş və həmin şəxsdə hər hansı xəsarət almamış və hadisə yerinə TTY avtomobilidə gəlmişdir. Hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Hadisədən əvvəl və sonra o hər hansı spirtli içki qəbul etməmişdim. Hadisədən sonra o, zərərçəkmiş şəxslərə mənəvi dəstək olmuş, bildirmişdir ki, vurduğu ziyanı gələjəkdə ödəyə bilər. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, 13 oktyabr 2020-cı il tarixdə bacısı oğlu Şahid oğundan notariat kantorunda 8.500 manat ödəmək yolu ilə «Ford Mondeo» markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında almış və həmin avtomobil faktiki olaraq ona məxsusdur. Həmin avtomobilə dair AD № 686835 nömrəli nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X5 adına olmuşdur. X5 və Şahid həmin avtomobilin alqı-satqısına dair hər hansı bir xərclərinin çıxmaması, həmçinin, onun özünün də Şahid avtomobili alan zaman alqı-satqısına dair hər hansı bir xərcinin çıxması məqsədilə rəsmi olaraq adlarına alqı-satqı müqaviləsi bağlamamışlar, yalnız adına baş etibarnamə almışdır. Həmin baş etibarnamə əsasında X5 və Şahid iştirakı olmadan o, avtomobili alqı satqı edə bilər. Avtomobil faktiki olaraq ona məxsus olmuş və avtomobilin dəyərini tam olaraq o, Şahid ödəmişdir. Şahid da, öz növbəsində, avtomobilin dəyərini Zaur Hacıyevə tam olaraq ödəmişdir. 23 may 2021-ci il tarixdə, saat 14 radələrində o, özünə məxsus, texniki cəhtədən saz vəziyyətdə olan «Ford Mondeo» markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobillə qonşusu Bəxtiyar ilə birlikdə Yeni Suraxanı qəsəbəsindən Binə qəsəbəsi istiqamətində 2 tərəfli bir hərəkət istiqamətində olan yolda özünə aid olan hərəkət zolağında saatda 40 km surətlə hərəkət etmişdir. Həmin vaxt o, sükan arxasında, Bəxtiyar isə öndə sərinişin tərəfdə oturmuşdur. Həmin yolda Yeni Suraxanı qəsəbəsində olan işıqfordan Binə qəsəbəsi istiqamətində təxminən 150 metr idarə etdiyi avtomobillə hərəkət etmişdir ki, ani bir anda onun hərəkətinin əks istiqamətində Binə qəsəbəsindən Yeni Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi «BMV 740» markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək surətlə hərəkət etdiyindən, ani bir anda idarə etməni itirib, öz hərəkət zolağından çıxmaqla, qarşı hərəkət zolağına, ona tərəf, yolun soluna doğru istiqamətlənmiş və onun hərəkət zolağına daxil olmaqla, sol ön hissəsi ilə onun idarə etdiyi «Ford Mondeo» markalı **-RE-*** dövlət qediyyat nişanlı avtomobilim ön sol hissəsi ilə toqquşmuş və idarəetməni itirmiş vəziyyətdə avtomobili zərbədən hərəkətinin əks istiqamətində yolun mərkəzində olan düz xəttin üzərində avtomobilinin əsas hissəsi yolun qarşı hərəkət zolağında sükan hissədən arxaya doğru isə yolun mərkəzində olan düz xətt boyunca yolda dayanmışdır. O, həmin avtomobilin idarəetməni itirib, ani bir anda onun hərəkət zolağına daxil olmasını görmüş və ayağını tormoz əyləcinə qoymaqla, avtomobili tam dayanma həddinə gətirmiş və həmin BMV markalı avtomobilin zərbəsindən idarə etdiyi «Ford Mondeo» markalı **-RE-*** dövlət qediyyat nişanlı avtomobil bir qədər arxaarxaya gedib, arxa bufer hissəsi ilə onunla eyni istiqamətdə öz hərəkət zolağında hərəkətdə olan, sonradan adını bildiyi və hər hansı ədavəti və düşmənçiliyi olmayan X3 idarə etdiyi «Daewoo Nexıa» markalı ** DL *** markalı avtomobilin ön hissəsi ilə toqquşmuş və avtomobili bir qədər önə gedib, hərəkət hissəsində sağ tərəfdə olan qumluq hissəyə çıxıb dayanmışdır. Hadisə nəticəsində o, bərk xəsarət almış, onun yanında olan qonşusu və «Daewoo Nexıa» markalı ** DL *** markalı avtomobillin sürücüsü isə hər hansı xəsarət almamışlar. O, hadisə yerində ayılmış və hadisə yerinə TTY avtomobili gəlməsini görmüşdür. Hadisə yerinə polis əməkdaşları gəlmiş, müvafiq sənədləşmə aparmış, bu zaman onun səhhəti yaxşı olmamışdır. Daha sonra o, səhhəti ilə əlaqədar olaraq 3 saylı ŞKX-na aparılmış və məlum olmuşdur ki onun bir neçə qabırğası sınmışdır. Sonrdan o, bir neçə özəl klinikalara müraciət etmişdir. Hadisə BMV markalı avtomobilin təqsirindən olmuşdur, belə ki, BMV markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yolda müəyyən olunmuş hərəkət surətindən artıq surətdə hərəkətdə olduğuna görə həmin yol nəqliyyat hadisəsi baş vermiş və sonunju ani anda idarəetməni itirib, qarşı, yəni onun hərəkət zolağına çıxmış, hadisə baş verən hissədə isə yol 2 tərəfli olmaqla, ensiz yol olmuşdur. Onun idarə etdiyi avtomobilində yüksək surəti olmuş olsaydı və o, avtomobili dayanma həddinə gətirməsəydi, daha ağır nəticələr olardı. «Daewoo Nexıa» markalı ** DL *** markalı avtomobilin sürücüsünün və onun hadisədə hər hansı təqsiri olmamışdır. O, «BMW» markalı avtomobilin ani anda onun hərəkət zolağına daxil olmasını görmüşdür. «BMW» markalı və «Daewoo Nexıa» markalı ** DL *** markalı avtomobildə sürücüdən əlavə daha neçə şəxs olmasını bilməmişdir. Hadisə yol hərəkəti iştirakçısı olaraq ehtiyyatsızlıqdan baş vermiş, iştirakçıların bir-biri ilə hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Avtomobilində sərnişin olan Bəxtiyar hər hansı xəsarət almamışdır. Hadisə zamanı o, ayıq olmuş və ümumiyyətlə spirtli içki qəbul etməmişdir. Avtomobilim isə demək olar ki, dayanmış vəziyyətdə olmuş və ayağını əyləcə basmışdır ki, hərəkət surəti saatda 1-2 km olmazdı ki, qeyd edilən hadisə baş vermişdir. Hadisə nəticəsində onun avtomobili demək olar ki, tam yarasız vəziyyətə düşmüşdür, onun dəyəri 8500 manat olmuş və ona həmin miqdarda maddi ziyan dəymişdir ki, o həmin ziyana dair olan qüsur aktını polisə təqdim etmişdir. «BMW» markalı avtomobilin hərəkət surəti saatda 100 km surətdən artıq olmuşdur, onun idarə etdiyi avtomobilin arxasında hərəkətdə olan «Daewoo Nexıa» markalı yolda müəyyən olunmuş surət həddi ilə hərəkət etmişdir. Hadisə nəticəsində X9 və Şahid deyil, ona maddi ziyan vurulmuşdur.İş üzrə təqsirləndirilən şəxs hazırki vaxtadək jinayət əməli nətijəsində ona vurduğu ziyanı ödəməmişdir, ziyanın gələjəkdə ödəyəjəyinə dair öhdəlik götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, 27 avqust 2008-ci il tarixdə «AB» 099238 nömrəli nəqliyyat vasitəsinin texniki şəhəadətnaməsi əsasında şəxsiyyət vəsiqəsinin müddəti keçməsinə görə qardaşı X4 adına olmaq şərti ilə «Daewoo Nexıa» markalı ** DL *** dövlət nömrə nişanlı avtomobil almışdır. Həmin avtomobilə dair adına qardaşı tərəfindən 27 avqust 2008-ci il tarixdə 31 avqust 2060-cı il tarixədək olan müddətə baş etibrnamə verilmişdir. O, 14 yanvar 2015-ci il tarixdə 10 il müddətində AD 114259 nömrəli sürücülük vəstiqəsi almış və həmin vəsiqə əsasında avtomobili idarə etmişdir. Həmin avtomobili öz pulu ilə almış və həmin avtomobil onu məxsusdur və həmin avtomobilin qardaşı Ədalət Əliyevə hər hansı aidiyyəti olmamış və Ədalət Əliyev ilə arasında həmin avtomobilin alqısatıqısma hər hansı bir xərc çıxmasın deyə, rəsmi olaraq adına alqı-satqı müqaviləsi bağlamamış, yalnız adına baş etibrnamə almış və avtomobilin dəyəri tam olaraq alınan zaman onun tərəfindən ödənilmiş və avtomobil ona məxsusdur. 23 may 2021-ci il tarixdə, saat 14 radələrində o, özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan «Daewoo Nexıa» markalı ** DL *** dövlət nömrə nişanlı avtomobilə Bakı şəhəri Yeni Suraxanı qəsəbəsindən Binə qəsəbəsi istiqamətində 2 tərəfli bir hərəkət istiqamətində özünə aid olan hərəkət zolağında, saatda 50 km surtlə hərəkət etmişdir ki, əks hərəkət zolağı ilə hərəkətdə olan «BMW» markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman, sonradan adını bildiyi sürücüsü Təqsirləndirilən şəxs Binə qəsəbəsindən Yeni Suraxanı qəsəbəsi istiqamətində 2 tərəfəli bir hərəkət istiqamətində olan yolda yüksək surətlə, təxminən saatda 140 km surətlə hərəkətdə olduğundan ani anda idarəetməni itirib, yolda öz hərəkət zolağından çıxıb, qarşı hərəkət zolağına, yəni onun hərəkət zolağına çıxmaqla, qarşısında onunla eyni istiqamətdə, təxminən 5-6 metr ara məsafəsi ilə öndə hərəkətdə olan «Ford Mondeo» markalı ** RE *** dövlət qediyyat nişanlı avtomobilin ön tərəfindən hərəkətdə olduğu avtomobilin ön sol tərəfi ilə toqquşmuş və BMV markalı avtomobilin zərbəsindən «Ford Mondeo» markalı **-RE-*** dövlət qediyyat nişanlı avtomobil bir qədər arxa-arxaya gedib, arxa bufer hissəsi ilə onun idarə etdiyi avtomobilin ön buferinə dəymiş və önə doğru hərəkət edib, yolun sağında qumluq hissəyə çıxmış, onun avtomobili isə yolun kənarında dayanmışdır. O, toqquşmanı görənə kimi avtomobilini tam dayanma həddinə gətirmiş və ona görə onun avtomobilinin ön buferində nisbətən az deformasiya olmuşdur. Hadisə zamanı o, idarə etdiyi avtomobildə tək olmuşdur. Hadisə nəticəsində «Ford» markalı avtomobilin sürücüsü bərk xəsarət almış, onun yanında olan şəxs isə hər hansı xəsarət almamışdır. O, da hadisə zamanı hər hansı xəsarət almamışdır. Hadisə zamanı, həmçinin «BMW» markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sürücüdən başqa X8 olmuşdur. Hadisə «BMW» markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsünün təqsirindən baş vermişdir. «Ford» markalı avtomobil və onun avtomobili saatda təxminən 50 km surətlə hərəkətdə olmuşlar. Hadisə zamanı Zərərçəkmiş şəxs1 başqa hər hansı şəxs xəsarət almamış və hadisə yerinə gəlmiş TTY avtomobili gəlib ona tibbi yardım etmişdir. Hadisə zamanı «BMW» markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil saatda 140 km surətlə hərəkətdə olmasına görə idarəetməni itirmiş və nəticədə qeyd edilən yol nəqliyyat hadisəsi baş vermişdir. İş üzrə təqsirləndirilən şəxs jinayət əməli nətijəsində ona vurduğu zərəri hazırki vaxtadək ödəməmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi və istintaq protokolları və cinayət işinin materiallarında olan digər sübutlarla da təsdiq edilir. İş materiallarından olan Təqsirləndirilən şəxs adına tərtib olunmuş 2/14207 №- li 23 may 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan müəyyən olunmuşdur ki, hadisə zamanı o, ayıq olmuşdur. İş materiallarında olan «Gənclik» Kiçik Müəsisəsindən «Ford Mondeo» markalı ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilə, yəni zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş qüsur arayışdan müəyyən olunmuşdur ki, avtomobilə 12.720 manat zərər dəymişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 adına tərtib olunmuş 2/14196 №-li 23 may 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan müəyyən olunmuşdur ki, hadisə zamanı o, ayıq olmuşdur. İş materiallarında olan «Gənclik» Kiçik Müəsisəsindən «Daewoo Nexıa» markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilə yəni zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş qüsur arayışdan müəyyən olunmuşdur ki, avtomobilə 1.770 manat zərər dəymişdir. İş üzrə təyin olunmuş Məhkəmə-tibbi ekspertizasının 500 nömrəli 27 may 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - Vİ-Vİİ qabırğaların yerini dəyişməyən qapalı sınığı, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə yəni 23.05.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə təyin olunmuş Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 8/1899 №-li rəyindən görünür ki, «BMW 740» markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi amnistiya haqqında qərarın tətbiq edilərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının təsiri altına düşdüyündən, o, cinayət məsuliyyətindən azad olunaraq, iş üzrə icraata xitam verilməlidir. Belə ki, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1—1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsi ilə iş üzrə icraata xitam verilməsinə dair xahişini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməli və hazırki cinayət işi üzrə onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 186, 321, 344347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. İş üzrə zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində onlara vurulmuş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətinə Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-341/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-341/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver