Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-341/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Heydərova Nilufər Ruhulla qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1975-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şamaxı şəhəri, Əzizbəyov küçəsi, ev 31 ümvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan təmiz çəkisi 0,117 qram narkotok vasitə heroin və ümumi təmiz çəkisi 0,690 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİnin 31-ci PB-nin əməkdaşı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 15:00-da ünvan 1 ünvanının qarşısında saxlanılıb Suraxanı RPİ-nin 31-ci PB-nə aparılaraq həmin tarixdə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 09 ədəd bükümdə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 qram, 0,008 qram, 0,032 qram, 0,012 qram, 0,015 qram, 0,004 qram, 0,010 qram, 0,013 qram, 0,006 qram qram olmaqla ümumi təmiz çəkiləri 0,117 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 07 ədəd bükümdə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram, 0,123 qram, 0,081 qram, 0,131 qram, 0,069 qram, 0,061 qram, 0,090 qram olmaqla ümumi təmiz çəkiləri 0,690 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən səthində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir, təxminən bir ildir ki, “kakos” və “şüşə” adlanan narkotik maddələrdən istifadə edir. 29 noyabr 2022-ci il tarixdə saat 08-09 radələrində yaşadığı evdə olarkən qapı döyülmüş və polis işçiləri evə girmişdir. Evdə axtarış keçirərkən ona aid olan qutunun içərisində şprislər, tərəzi və bükümlərdə narkotik vasitələr tapmışlar. Evdən aşkar edilmiş elektron tərəzini aldığı narkotikin və psixotrop maddənin dəqiq çəkilərini bilmək üçün üzərində saxlamışdır. Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərkən və PB-də olan zaman ona qarşı fiziki təzyiqlər və zorakılıq olmamışdır. Ona görə də, ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Halbuki istintaq özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir, təxminən bir ildir ki, “kakos” və “şüşə” adlanan narkotik maddələrdən istifadə edir. 29 noyabr 2022-ci il tarixdə saat 13 radələrində ağrıları olduğundan narkotik maddə əldə etmək üçün yaşadığı evdən çıxaraq, evin yaxınlığında gözləməyə başlamışdır. Bir müddət sonra narkotik satıcısı kimi tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsin gəldiyini görüb, ona yaxınlaşaraq ondan şəxsi istifadəsi üçün hər birində 08 büküm olan iki bağlama narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Heroin üçün cəmi 40 manat, metamfetamin üçün isə cəmi 15 manat ödəmişdir. Açıb baxdıqda 09 ədəd bükümdə heroin 07 bükümdə metamfetamin olduğunu görmüşdür. Həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini aldıqdan sonra özündə olan elektron tərəzidə çəkmişdir. Cəmi 16 bükümdə olan həmin heroin və metamfetamin bükümlərini iki kağız bükümündə əynindəki şalvarın cibinə qoymuşdur. Həmin günü saat 15 radələrində yaşadığı evdən çıxıb, marketə gedərkən iki nəfər şəxs mülki geyimdə ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getməli olduğunu demişlər. Suraxanı RPİ-nin 31-ci PB-nə getdikdən sonra o, şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmuşdur. Sonra onu PB-nə aparan polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş və ya dövriyyəsi qadağan olunmuş hər hansı bir maddə-vasitə, əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki kağız bükümünü və bir ədəd elektron tərəzini, çıxaraq təqdim etmişdir. Həmin iki kağız bükümləri açıldıqda hər birinin içərilərində 08 ədəd, yəni ümumilikdə 16 ədəd büküm aşkar edilmişdir. Ondan həmin bükümlərdə nə olması barədə soruşulduqda o, 09 ədəd bükümdəki kütlənin heroin, 07 ədəd bükümdəki kütlənin isə metamfetamin olduğunu, özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş elektron tərəzini aldığı narkotikin və psixotrop maddənin dəqiq çəkilərini bilmək üçün üzərində saxlamışdır. Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərkən və PB-də olan zaman ona qarşı fiziki təziqlər və zorakılıq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşı Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 29 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:00 radəsində ünvan 3 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, ona narkotik vasitələrin istifadəsində və satışında şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, ona birlikdə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə getməli olduğunu demişlər. Polis Bölməsinə getdikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİnin 31-ci PB-nin təhqiqatçı, polis mayoru X6 tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Sonra onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd siqaret kağızı bükümü, bir ədəd elektron tərəzini, sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, əynindəki gödəkcənin sol iç cibindən bir ədəd eynəyi çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərdən biri açıldıqda içərisində 08 ədəd bükümlər olduğu aşkar edilmişdir. Həmin bükümlər bir-bir açılıb baxıldıqlarında hər birinin içərisində qəhvəyi rəngli kütlə olduğu görünmüşdür. İkinci büküm açıldıqda onun da içərisində 08 ədəd büküm olduğu aşkar edilmişdir. Həmin bükümlər bir-bir açılıb baxıldıqlarında 07 ədədinin içərisində ağ rəngli kristalşəkilli kütlələr, 01 ədədinin içərisində isə qəhvəyi rəngli kütlə olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin 09 ədədinin içərisində olan qəhvəyi rəngli kütlələrin narkotik vasitə-heroin, 07 ədəd bükümlərin içərisində olan ağ rəngli kristalşəkilli kütlələrin isə psixotrop maddə metamfetamin olduğunu, yaşadığı evin yaxınlığında üzdən tanıdığı şəxsdən 09 büküm heroini cəmi 40 manata, 07 büküm metamfetamini isə cəmi 15 manata özünün şəxsi istifadəsi üçün aldığını üzərində saxlayaraq daşıdığını, elektron tərəzinin isə istifadə etdiyi narkotik vasitənin və psixotrop maddənin dəqiq çəkisini bilmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilsə də hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş matetiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilərək, o, təqsirləndirildən şəxs qismində cəlb olunmuş, ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə «Həbs» qətimkan tədbiri seçilmişdir. İş matetiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri xx.xx.2023-cü ilı tarixədək uzadılmışdır. İş matetiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri cinayət işi məhkəmənin hazırlıq iclasında baxilanadək uzadılmışdır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 6/6826 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs....” sözləri olan zərfdəki 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 qram, 0,008 qram, 0,032 qram, 0,012 qram, 0,015 qram, 0,004 qram, 0,010 qram, 0,013 qram, 0.006 qram, ümumi təmiz çəkisi 0,117 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir, 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram, 0,123 qram, 0.081 qram, 0,131 qram, 0.069 qram, 0,061 qram, 0,090 qram ümumi təmiz çəkisi 0,690 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X7- Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2023-cü il tarixli 595 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs AR CM-in 234.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun ibtidai istintaq zamanı verdiyi ifadə, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsini təsdiq edən hallar məhkəmə iclasında müəyyən olunmadı. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 29. 11.2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, təmiz çəkisi 0,017 qram narkotok vasitə heroin və ümumi təmiz çəkisi 0,590 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,017 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,590 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X4 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-341/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-341/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver