Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-342/2025 11.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, X3 və Məmmədova Xatirə Xanbala qızının katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X11 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun dövlət hesabına müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X12 və onun müqavilə üzrə müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, evli, orta təhsilli, məhkumluğu və residivi olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 01 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 4(010)-28/2025 saylı qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 4(010)-124/2025 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 20 may 2025-ci il tarixədək uzadılmış, Suraxanı Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 1(010)-342/2025 saylı qərarı ilə həbsdə saxlanılma müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən qüvvəsində saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 1(010)-342/2025 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda özgənin əmlakını gizli olaraq talayıb yaşayış sahəsinə qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 may 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.3.3, 150.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 22 yanvar 2022-ci il tarixdə isə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, əməlində cinayətlərin residivi olmaqla, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 2024-cü ilin fevral ayında törətdiyi soyğunçuluq cinayətinə görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işinin 13 may 2024-cü il tarixdə baxılmasından ötrü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Məktəbli küçəsində yerləşən 186 nömrəli evin yaxınlığına gedib evdə heç kimin olmadığına əmin olduqdan sonra, mişar daşından hörülmüş hasarın üzərindən aşmaqla, əvvəlcə evin həyətinə, daha sonra isə həmin həyətdə yerləşən yaşayış yeri hesab edilən evin yataq otağına açılan plastik materialdan hazırlanmış pəncərəsini açmaqla evə qanunsuz daxil olub otaqda olan güzgülü termonun birinci siyirməsində olan qabdan Zərərçəkmiş şəxs məxsus ümumilikdə, xeyli miqdar təşkil edən 5951 manat dəyərində əmlakı, yəni üzərində qiymətli qaşı olmayan, 585 əyarlı Türkiyə Respublikası istehsalı olan 500, 700 və 850 manat dəyərindəki üç ədəd qızıl kulonu, üzərində qiymətli qaşı olmayan, 585 əyarlı Türkiyə Respublikası istehsalı olan 900 manat dəyərindəki bir cüt qızıl sırğanı, üzərində qiymətli qaşı olmayan, 585 əyarlı Türkiyə Respublikası istehsalı olan 750 manat dəyərindəki bir ədəd qızıl boyunbağını, üzərində qiymətli qaşı olmayan, 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 600 manat dəyərindəki bir ədəd qızıl sırğa və üzük dəstini, üzərində qiymətli qaşı olmayan, 585 əyarlı Türkiyə Respublikası istehsalı olan 700 manat dəyərindəki bir ədəd qızıl qadın qolbağını, mirvari qaşlardan düzəldilmiş 50 manat dəyərində olan bir ədəd boyunbağını, üzərində qiymətli qaşları olmayan, markası və modeli istintaqa məlum olmayan 150, 60, 40, 45, 50 və 150 manat dəyərində olan 06 ədəd qadın qol saatını, mirvari qaşlardan düzəldilmiş 30 manat dəyərində olan bir ədəd qolbaq, 925 əyarlı gümüş materialdan hazırlanmış 170 manat dəyərində olan 01 ədəd qolbaq, boyunbağı və üzük dəstini, 925 əyarlı gümüş materialdan hazırlanmış 50 manat dəyərində olan bir ədəd qadın qolbağını, 925 əyarlı gümüş materialdan hazırlanmış 50 manat dəyərində olan bir ədəd qadın üzüyünü, qiymətli materialdan hazırlanmamış, qiymətləri 10, 15, 10, 5, 7, 9, 10, 5, 10, 15 manat dəyərində olan 10 cüt sırğanı, qiymətli materialdan hazırlanmamış hər biri 5 manat dəyərində olan iki ədəd qadın üzüyünü qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 2024-cü ilin avqust ayında törətdiyi qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıma cinayəti törətdiyinə görə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işinin 06 noyabr 2024-cü il tarixdə baxılmasından ötrü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrarən, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 0,266 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən 01 fevral 2025-ci il tarixdə, saat 10:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində nömrəsiz evin qarşısında saxlanılıb ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqların birində 01 fevral 2025-ci il tarixdə, saat 12:10-12:20 müddətində üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı əynində olan tünd göy rəngli cins şalvarın ön sol cibindən bir ədəd sellofan bükümdə 0,266 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan mefamfetamin aşkar olunaraq götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası vətəndaşıdır. 11 illik tam orta təhsilini Hövsan qəsəbəsində azərbaycan bölməsində almışdır. Evlidir, fəhlə işləyərək dolanışığını təmin etmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 may 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.3.3, 150.3.3, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 22 yanvar 2022-ci il tarixdə, cəzasının sonu ilə azad olunmuşdur. 17 yanvar 2025-ci il tarixdə şəhərdən gələn dostları Fərid və Raminlə oturub çörək yemiş, spirtli içki qəbul elmişlər. Bundan sonra onları yola salmış, özü isə Hövsan kəndinə yaşadığı evə getmişdir. Evə gedəndə görmüşdür ki, qonşusu Əşrəf maşına minib getmişdir. Bir qədər də həmin evin yaxınlığında gözləyib baxaraq evin ətrafına fırlanmış və görmüşdür ki, evin işıqları söndürülmüşdür. Əmin olmuşdur ki, evdə heç kim yoxdur və qərara almışdır ki, evdən oğurluq etsin. Həmin vaxt təxminən, saat 19 radələri idi. Oğurluq etmək üçün hasardan evin həyətinə tullanmış, arxadan plastik pəncərəni itələyən kimi pəncərə açılmışdır. Evə girmiş, otaqların birində, güzgülü dolabın üstündə qablar olmuş, onlara baxanda görmüşdür ki, orada bir neçə saat və bir neçə bijuteriya, qızıl nazik qolbaq, bir cüt də qızıl sırğa vardır. Həmin əşyaları götürüb tez otaqdan çıxmış və hasardan tullanıb evə gəlmişdir. Evə gəldikdən sonra, həmin qızıl-zinət əşyalarını evdə arvadına göstərib onları küçədən tapdığını demişdir. Həmin əşyaları oğurluq yolu ilə əldə etməsindən arvadının məlumatı olmamışdır. Bir neçə gün həmin əşyaları özündə saxlamışdır. Bilmişdir ki, oğurluq etdikdən sonra, polis əməkdaşları qızıl alqı-satqısı ilə məşğul olan yerləri yoxlayır. 29 yanvar 2025-ci il tarixdə, arvadını da götürüb Əhmədli qəsəbəsi tərəfə getmişdir. Metronun «Əhmədli» stansiyasının yaxınlığında olan qızıl satılan yerə oğurladığı əşyaları göstərib qızıl olubolmamasını soruşmuşdur. Orada işləyən təxminən 40 yaşlarında olan bir kişi baxdıqdan sonra demişdir ki, sırğa və qolbaq qızıldır, qalanları isə gümüş və bijuteriyadır. Qolbağı həmin kişiyə 541 manata satmış, sırğanı isə metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında olan qızılın alışı mağazalarına girib çəkisini və qiymətini soruşmuş, girdiyi bütün mağazalar sırğaya az qiymət vermişlər deyə onlara satmamışdır. Mağazalardan birindən çıxanda bir qadın ona yaxınlaşıb həmin sırğanı almaq istədiyini bildirmiş, o da həmin sırğanı o qadına 440 manata satmışdır. Gümüşü və bijuteriyaları isə gətirib evə qoymuşdur. Oğurladığı qızıl-zinət əşyalarından aldığı 981 manat pulu isə xərcləmişdir. 31 yanvar 2025-ci il tarixdə, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yaşayan qayınanasıgilə gəlmişdir. 01 fevral 2025-ci il tarixdə, onlardan çıxıb Hövsan qəsəbəsinə tərəf gedəndə görmüşdür ki, biri polis formasında, biri isə mülki geyimdə olan iki nəfər ona tərəf gəlir. Hiss eləmişdir ki, həmin şəxslər onu tutmağa gəlir. Polis əməkdaşlarını görüb qaçmış, həmin polis əməkdaşları da onun arxası ilə qaçmağa başlamışlar. Tanımadığı evin hasarından tullanıb həyətə keçmiş, oradan isə başqa həyətə keçib polislərdən qaçmaq istəmişdir. Hasara çıxıb yerə tullananda ayağı yerə pis dəyib burxulmuş, yerdən qalxa bilməmişdir. Elə bu vaxt həmin polis əməkdaşları da hasardan tullanıb onu yerdən qaldırıb avtomaşına qoymuş və demişlər ki, 30-cu polis şöbəsinin əməkdaşlarıdırlar, birlikdə polis şöbəsinə gedəcəklər. Yolda polis əməkdaşları onunla sorğu-sual etmişlər və etiraf etmişdir ki, həmin oğurluğu o etmişdir. Polis əməkdaşları ilə söhbət əsnasında onu da etiraf etmişdir ki, qanunsuz olaraq narkotik maddələrdən istifadə edir. 30-cu polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, polis əməkdaşları müdafiəçi dəvət etmiş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla, üzərinə şəxsi axtarış keçirilməsinin zəruri olmasını nəzərinə çatdırmışlar. O, da buna etiraz etməmişdir. Bundan sonra, ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da üzərində psixotrop maddəni saxladığı «01» ədəd şəffaf sellofan bükümü, cibində olan «Redmi Note 9» markalı mobil telefonu, 2 manat pulunu, bir qutu «Prima» markalı siqaretini və 01 ədəd qızılı rəngdə olan alışqanını onlara təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, ondan aşkar edilmiş kütlə psixotrop maddə kimi tanıdığı metamfetamindir, təxminən 1 ilə yaxındır ki, narkotik vasitənin müxtəlif növlərindən və psixotrop maddəmetamfetamindən çəkmək yolu ilə istifadə edir. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların və onun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonra isə bu barədə protokol tərtib edilmişdir. Tərtib etdikləri protokol və qablaşdırılmış zərf, onun və iştirakçılar tərəfindən imzalandıqdan sonra, tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona bildirilmişdir. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün proseslər mobil telefonla çəkilməklə qeydə alınmışdır. O, həmin qızıl-zinət əşyalarını oğurlayarkən hər hansı şəxs və ya şəxslər onu görməmişdir. Həmin hadisəni törətməmişdən qabaq, hadisəni törədərkən və ya törətdikdən sonra, hər hansı şəxs və ya şəxslər ona köməklik göstərməmişdir. Arvadı Şahid1 ona verdiyi və birlikdə satdıqları qızıl-zinət əşyalarını gizli olaraq talama yolu ilə ələ keçirdiyini, həmçinin satdığı şəxslərə də verərkən bildirməmiş, gizli saxlamışdır. Arvadına həmin əşyaları tapdığını bildirmişdir. Həmin qızıl-zinət əşyalarından başqa hər hansı əşya və ya predmet oğurlamamışdır. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində ona elan olunmuş narkotik vasitələrdən qanunsuz istifadə ilə bağlı göstərmişdir ki, uzun müddət narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmiş, lakin şübhəli şəxs qismində tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. 31 yanvar 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən qayınatasının evində olan polis əməkdaşları onu tutmuşdur. Həmin tarixdə həyat yoldaşı ilə evdən çıxmaq üçün hazırlaşırdı, həmin vaxt evdə həyat yoldaşı və qayınatası var idi. 9-10 nəfər polis əməkdaşı evə daxil olub onu tutaraq polis şöbəsinə aparmışlar. Orada polis əməkdaşları ona qarşı fiziki zorakılıq tətbiq etmiş, döymüşlər. İki gün ərzində polis şöbəsində saxlanılmış və həmin müddətdə də döyülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı fiziki və ya psixi zorakılıq tətbiq olunmuşdur. Narkotik vasitə və psixotrop maddə istifadə etmiş, lakin şübhəli şəxs qismində tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. 30-cu polis şöbəsində olan zaman döyülmüş, döyülməsi ilə bağlı müraciət etmiş, lakin müraciəti ilə bağlı izahatı alınmamışdır. Sonuncu dəfə tutulan gün narkotik vasitə-heroindən istifadə etmişdir. Həmin narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Polis əməkdaşları onu tutan zaman narkotik vasitə istifadə edib-etmədiyini soruşmamışlar. Şahid4 onu şübhəli şəxs qismində tutan polis əməkdaşlarının arasında iştirak edirdi. Lakin şahidin dedikləri ilə razı deyil, onu evdə olan zaman polis əməkdaşları gəlib tutmuşdur. Belə ki, 31 yanvar 2025-ci il tarixdə, səhər saat təxminən 09 radələrində evdə olan zaman polis əməkdaşları onu tutmuş və bir gün polis şöbəsində saxlanılmışdır, həmin vaxt telefonunu da Şahid3 götürmüşdür. ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. 28 iyul 2026-cı il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilməyərək ona elan olunmuş oğurluq ittihamı ilə bağlı ifadəsində göstərmişdir ki, özünü təqsirli bilmir, oğurluq əməlini də törətməmişdir. 31 yanvar 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən qayınatasının evində olan zaman polis əməkdaşları onu tutmuşdur. Polis şöbəsində ona qarşı fiziki və psixi zorakılıq tətbiq etmişlər, döyülmüşdür. 29 yanvar 2025ci il tarixdə, həyat yoldaşına yeni telefon almaq üçün ona məxsus olan qızıl qolbağı satmaq üçün «Brend» ticarət mərkəzinin 1-ci mərtəbəsində olan qızıl alqı-satqı yerinə yaxınlaşmışlar, həyat yoldaşının qolbağını orada işləyən satıcıya göstərmişlər, o da həmin qızıl qolbağa görə 541 manat pul təklif etmiş və onunla razılaşaraq, həmin qolbağı satmışlar. Polislər qızıl satıb-satmadığını soruşduqda, onlara yoldaşının qızılını satdığını bildirmişdir. Qorxduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşıb, ibtidai istintaq dövründə etirafedici ifadə vermişdir. 3 saylı İstintaq Təcridxanasında müayinə olunan zaman da bədəni üzərində xəsarətləri aşkar edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxsin evi ilə onun evi arasında təxminən 40 metr məsafə vardır. Qonşu olduğunu bilsə də, zərərçəkmişi tanımırdı. Hadisə yerindən əl-barmaq izi necə aşkar edilmişdir, bilmir. Zərərçəkmiş şəxsin evinə daxil olub oğurluq etməmişdir. 31 yanvar 2025-ci il tarixdə səhər radələrində tutulmuş, 01 fevral 2025-ci il tarixdə, axşam saatlarında polis əməkdaşları onu yaşadığı evə aparmış, polislər qızılları pəncərənin qarşısına qoymuşlar, o isə polislərin dediklərini etmiş və bu zaman fotoşəkil də çəkmişlər. Baxış keçirilən gün həyat yoldaşına onun Suraxanı RPİ-nin MSY-də saxlanıldığını demişlər, həyat yoldaşı Suraxanı RPİ-nin MSY-nə getmişdir. Baxış keçiriləndə evdə heç kim yox idi. Sonda isə yuxarıda qeyd edilənləri, özünü təqsirli bilməməsini, İİİ qrup əlil olmasını, həyat yoldaşının onkoloji xəstə olmasını, anasının yaşlı olmasını və himayəsində 13 yaşında oğlunun olmasını nəzərə alaraq, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında oğlu X26 ilə birlikdə yaşayır. Hazırda işləmir, əvvəllər tibb bacısı işləmişdir. Hövsan kəndində yaşadıqları ev mişar daşından tikilmiş üç mərtəbəli evdir. Onun yataq otağı evin ikinci mərtəbəsində yerləşir. Yataq otağının plastik materialdan hazırlanmış pəncərəsi vardır və həmin pəncərə evin həyətinə açılır. Sözügedən pəncərə yerdən təxminən 3 metrdən çox hündürlükdədir. Bir müddət əvvəl, onların evində usta işləmiş, usta işləyib getdikdən sonra, istifadə etdiyi nərdivanı evin divarına söykəyib çıxıb getmişdir. 17 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində, oğlu Əşrəf evdən çıxıb getmiş, o, evdə tək qalmışdır. İşləri ilə bağlı həmin gün, saat 18 radələrində özü də evdən çıxıb Əhmədli qəsəbəsinə getmişdir. Evdən çıxarkən evin bütün işıqlarını söndürmüşdür. Evin həyət qapısını da açarla bağlayıb çıxıb getmişdir. 17 yanvar 2025-ci il tarixdə, axşam saat 21 radələrində evə gəlib yataq otağına girmək istəyəndə görmüşdür ki, yataq otağının qapısı içəri tərəfdən bağlanmışdır. Evə oğru girməsini düşünmədiyi üçün fikirləşmişdir ki, yəqin qapı avtomatik bağlanmışdır. Bir qədər qapını açmağa cəhd etsə də, aça bilməmiş, ona görə də, ustaya zəng edib gəlib qapını açmasını xahiş etmişdir. Bir müddət sonra, usta onun yaşadığı evə gəlmiş, otağın qapısını açmağa cəhd etsə də, o da aça bilməmişdir. Ona görə də usta demişdir ki, o ancaq otağın plastik pəncərəsini açıb otağa girə bilər. Onlar evdən çıxıb otağın pəncərəsi tərəfə gedəndə görmüşlər ki, nərdivan pəncərənin yanındadır, otağın pəncərəsi də açıq vəziyyətdədir. Usta nərdivanla qalxıb həmin pəncərədən otağa daxil olmuş və qapını içəri tərəfdən açmışdır. Qapı açıldıqdan sonra, gedib otağa daxil olub görmüşdür ki, otaq dağıdılmış vəziyyətdədir, otaqda olan güzgülü termonun bütün siyirmələri açıq vəziyyətdədir, kimsə otağa girib axtarış aparmışdır. Qızıl-zinət əşyalarının yerində olub-olmamasını yoxlamaq üçün otaqda olan güzgülü termonun yuxarı tərəfdən birinci siyirməsinə baxanda görmüşdür ki, orada olan qabdan ona məxsus üzərində qiymətli qaşı olmayan, 585 əyarlı Türkiyə Respublikası istehsalı olan, çəkisini dəqiq bilmədiyi 500, 700 və 850 manat dəyərində olan üç ədəd qızıl kulon, üzərində qiymətli qaşı olmayan, 585 əyarlı Türkiyə Respublikası istehsalı olan çəkisini bilmədiyi 900 manat dəyərindəki bir cüt qızıl sırğa, üzərində qiymətli qaşı olmayan, 585 əyarlı Türkiyə Respublikası istehsalı olan çəkisini bilmədiyi 750 manat dəyərindəki bir ədəd qızıl boyunbağı, üzərində qiymətli qaşı olmayan, 583 əyarlı Rusiya Federasiyası istehsalı olan çəkisini bilmədiyi 600 manat dəyərindəki bir ədəd qızıl sırğa və üzük dəsti, üzərində qiymətli qaşı olmayan, 585 əyarlı Türkiyə Respublikası istehsalı olan çəkisini bilmədiyi 700 manat dəyərindəki bir ədəd qızıl qadın qolbağı, mirvari qaşlardan düzəldilmiş 50 manat dəyərində olan bir ədəd boyunbağı, üzərində qiymətli qaşları olmayan, markasını və modelini xatırlamadığı 150, 60, 40, 45, 50 və 150 manat dəyərində olan 06 ədəd qadın qol saatı, mirvari qaşlardan düzəldilmiş 30 manat dəyərində olan bir ədəd qolbaq, 925 əyarlı, 170 manat dəyərində olan gümüş materialdan hazırlanmış 01 ədəd qolbaq, boyunbağı və üzük dəstini, 925 əyarlı, 50 manat dəyərində olan, gümüş materialdan hazırlanmış bir ədəd qadın qolbağı, 925 əyarlı, 50 manat dəyərində olan, gümüş materialdan hazırlanmış bir ədəd qadın üzüyü, qiymətli materialdan hazırlanmamış, qiymətləri 10, 15, 10, 5, 7, 9, 10, 5, 10 və 15 manat olan 10 cüt sırğa və qiymətli materialdan hazırlanmamış hər biri 5 manat dəyərində olan iki ədəd qadın üzüyü oğurlanmışdır. Bunları bildikdən sonra, o, bu barədə oğluna məlumat vermiş, oğlu da Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gedib bu barədə şikayət ərizəsi yazmışdır. Oğurlanmış əşyaların hər biri ona məxsusdur, şikayət ərizəsini oğlu yazsa da, oğurluq nəticəsində yalnız ona ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona təxminən 5900 manat məbləğində ziyan dəymişdir. Hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. Ona dəymiş ziyan ödənilməmişdir. Əvvəllki məhkəmə iclaslarında niyə 5000 manat ziyan dəydiyini bildirməsini dəqiq xatırlamır, ibtidai istintaq zamanı qeyd etdiyi məbləği təsdiq edir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır, hadisədən təxminən 10 gün sonra, polis əməkdaşları ona bildirmişdir ki, oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olmuşdur və razıdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, belə ki, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. ünvan 7 ünvanında yerləşən “Brend” ticarət mərkəzində qızıl alqı-satqısı ilə məşğul olur. 29 yanvar 2025-ci il tarixdə, günorta saat 14-15 radələrində bir nəfər kişi, bir nəfər tanımadığı qadın ilə birlikdə onun işlədiyi mağazaya yaxınlaşmış, həmin kişi ona qızıl-zinət əşyaları göstərib onları satmaq istədiyini bildirmişdir. Həmin qızıl-zinət əşyalarının içərisindən bir ədəd qolbağı götürüb baxmış və qızıl olduğunu görmüş, buna görə də, həmin qolbağı elektron tərəzidə çəkərək çəkisinin 6,77 qram olmasını müəyyən etmişdir. Həmin qolbaq 585 əyarlı Türkiyə Respublikası istehsalı qızıl olmuşdur. Qızıl qolbağı çəkdikdən sonra, həmin qolbağa görə, 541 manat pul verə biləcəyini demişdir. Qızılı satan şəxs həmin məbləğlə razı olmuşdur. Bu zaman həmin şəxsdən qolbağın oğurluq olub-olmadığını soruşmuş, həmin şəxs də qolbağın oğurluq olmadığını, arvadına məxsus olduğunu bildirmişdir. Həmin şəxsin arvadı da yanında olduğuna görə, satmaq istədiyi qolbağın da qadın üçün olduğuna görə, həmin qolbağın onun arvadına məxsus olmasına inanmışdır. Bundan sonra, o, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin surətini gətirməsini istəmiş, həmin şəxs də özünün şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, arvadının şəxsiyyət vəsiqəsinin surətini verə biləcəyini demişdir. O, da həmin şəxslə razılaşmış və gedib gətirməsini demişdir. Bir neçə dəqiqə sonra, həmin şəxs arvadı Şahid1 şəxsiyyət vəsiqəsinin kserosurəti çıxarılmış bir ədəd A4 tipli vərəqi gətirmiş, o, həmin vərəqin üzərinə “Qızıl əşyası qolbağ əyyarı 585, çəkisi 6,77 Bu qızılı satıram 541 AZN-ə. oğurluq və tapılmış deyil, imzamla təsdiqləyirəm. xx.xx.2025 İmza(imza) ***-***-**-**" sözləri və rəqəmlərini yazmış, qızılı satan şəxs imzasını çəkmiş, daha sonra qolbağı götürüb həmin şəxsə 541 manat pul vermişdir. Qızıl qolbağı alan zaman həmin şəxs ona bir neçə ədəd üzük və sırğa göstərib onların qızıl olub-olmadığını soruşmuş, o da yoxlayıb onların qızıl olmadığını, bijuteriya olduğunu bildirmişdir. Daha sonra, onlar çıxıb getmişlər. Həmin şəxsdən aldığı qızıl qolbağı axşam əritmiş və ondan hissə-hissə istifadə etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 ona əlavə olaraq başqa zinət əşyaları da təqdim etmiş, lakin onlar bijuteriya idi. Həmin bijuteriyaları kim təqdim etmişdir, dəqiq xatırlamır, amma birlikdə gəlmişdilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, ancaq bu evlilikdən onların övladı yoxdur. 17 yanvar 2025-ci il tarixdə, saat 22:20 radələrində işdən çıxıb evə gəlmişdir. Evə gələndə görmüşdür ki, həyat yoldaşı İslam evdə yoxdur. O, İslamın istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng vurmuşdur ki, görsün o haradadır. Zəngə cavab verən zaman İslamdan soruşmuşdur ki, haradadır, niyə evdə yoxdur?. İslam ona demişdir ki, Hövsan kəndindədir, yarım saata evə gələcəkdir. Saat təxminən 23:15 radələrində, İslam evə gəlmiş və ondan yemək istəmişdir. İslama yemək vermiş, yeməyini yeyəndən sonra, İslam ona 1 ədəd qızıl qolbağı, 1 ədəd qızılı rəngdə qol saatı və 1 ədəd ağ rəngli gümüş üzük vermişdir. O, İslamdan soruşduqda, sonuncu həmin əşyaları yerdən tapdığını bildirmişdir. 29 yanvar 2025-ci il tarixdə, saat təxminən 14:30 radələrində həyat yoldaşı İslamla birlikdə «Əhmədli» metrosunun çıxışına gəlmişlər. Onlar həmin yerə telefon almaq məqsədilə gəlmişdilər. Birdən İslam ona qolundakı verdiyi qızıl qolbağı yoxlatdırmağı təklif etmişdir. Həmin yerdə yerləşən metronun çıxışına yaxın hissəsində olan «Brend» ticarət mərkəzinin 1-ci mərtəbəsinə girmişlər. Orada qızıl alqı-satqı yeri olmuş və oraya yaxınlaşmışlar. İslam 18 yanvar 2025-ci il tarixdə, ona verdiyi qol saatını həmin satış yerinə göstərib demişdir ki, bu saatı yoxlayın görün bu saat qızıldırmı?. Saatı alan cavan bir oğlan saata baxıb demişdir ki, bu saat bijuteriyadır. Sonra, İslam ona verdiyi qızılı qolbağı həmin oğlana göstərib demişdir ki, onu da yoxlasın. Həmin oğlan qolbağa baxıb demişdir ki, bu, türk qızılıdır. 585 əyyarlıdır, çəkisi isə 6 qramdan çoxdur. İslam həmin şəxsə demişdir ki, bu qolbağı satır, neçəyə alar. Həmin satıcı isə demişdir ki, bunu almaq üçün sənədin surətini versinlər. İslam demişdir ki, onun şəxsiyyət vəsiqəsi yoxdur, amma həyat yoldaşının şəxsiyyət vəsiqəsi vardır. Həmin oğlan demişdir ki, o zaman həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etsin. Tez çölə çıxmış və yaxınlıqda olan yerdə şəxsiyyət vəsiqəsinin surətini çıxarıb gətirib İslama vermişdir. İslam isə onun şəxsiyyət vəsiqəsinin surətini ondan alıb həmin mağazada işləyən oğlana vermişdir. Həmin oğlan isə qolbağa görə, İslama 541 manat pul vermiş və onlar həmin yerdən çıxıb evə gəlmişlər. Sonra eşitmişdir ki, İslam həmin zinət əşyalarını kiminsə mənzilindən oğurlamışdır. İslam həmin əşyaları ona təqdim edərkən yoldan tapdığını bildirmişdir. Hər gün səhər evdən çıxıb axşam evə gəldiyindən İslamın əməlləri barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs gizli olaraq talama yolu ilə ələ keçirdiyi digər əşyaların olub-olmaması və ya harada olması barədə məlumatı da yoxdur. Məhkəmə iclasında isə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qolbağı satıb evə gəldikdən bir neçə gün sonra, İslamı polis əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən onun valideynlərinin evində olduqları zaman evə daxil olaraq tutmuşlar. Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları İslamı döymüşdür. Onlar əvvəllər də İslamı tutmuşlar, bir neçə gün polis bölməsində saxlayıb, fiziki təzyiq göstərib, daha sonra sərbəst buraxmışlar. İslamın əvvəllər məhkumluğu olsa da, qeyd edilən oğurluq əməlini İslam törətməmişdir. Bununla bağlı, Azərbaycan Respublikası Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. İbtidai istintaq zamanı ona və İslama qarşı hədə-qorxu olmuş, İslam döyülmüş, ona isə bir sillə vurmuşlar. Məcbur qalıb dindirilmə protokolunu imzalamışdır. Bu səbəbdən, ibtidai istintaqdakından fərqli ifadə verir. 16 mart 2025-ci il tarixdə də DİN-in 102 xidmətinə zəng edərək müraciət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etmişdir. Lakin 2 il əvvəl Respublika Narkoloji Mərkəzində müalicə almışdır. Narkotik vasitə və ya psixotrop maddə istifadə etməsini görməmişdir. Satdığı qolbaq sarı rəngli, nazik, qaşsız, düz qolbaq idi. Telefon almaq üçün həmin qolbağı satmış və bir neçə gün sonra da, mobil telefon almışdır. Şahid1 21 yanvar 2026-cı il tarixli məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə edir, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi də onun adınadır. Polis əməkdaşları tərəfindən 31 yanvar 2025-ci il tarixdə, səhər saatlarında evdə olan zaman 10-15 nəfər polis əməkdaşı evə gəlmiş, İslamı tutmuş, həmin vaxt İslam barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi, polis əməkdaşları da bildirmişdilər ki, ev dustaqlığına görə imza çəkməyə aparırlar. Həmin vaxt evdə atası, o və İslam var idi. 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ərazidə işləyən polis kimi tanımışdır. Şahid3 mobil telefon nömrəsini bilir. Belə ki, İslamı apardıqdan sonra, o da 30-cu polis şöbəsinə getmiş, orada ona bildirmişlər ki, İslamı Suraxanı RPİ-yə aparıblar. Onu polis şöbəsinə buraxmamışlar. O, da təxminən saat 16:00-dək şöbənin həyətində gözləmiş, orada olan zaman da Şahid3 bir neçə dəfə mobil telefonla zəng etmişdir. Mobil telefonu götürmədiyinə görə də, ona SMS mətni göndərmişdir. İslamı tutulduğu gün görə bilməmiş, onu bir də 3 saylı İstintaq Təcridxanasına yerləşdiriləndən sonra görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin polis sahə inspektoru Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, X26 18 yanvar 2025-ci il tarixdə, gecə saatlarında Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gələrək ərizə ilə müraciət edib 17 yanvar 2025-ci il tarixdə, yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Məktəbli küçəsində yerləşən 186 nömrəli evdən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi barədə məlumat vermişdir. Həmin məlumat əsasında onlar tərəfindən bir sıra tədbirlər keçirilmiş və onlar 2025-ci ilin yanvar ayının sonlarında müəyyən etmişlər ki, həmin cinayət əməlini Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs törətmişdir. 01 fevral 2025-ci il tarixdə, onlar Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində olmasını müəyyən etmiş və saat 10:35-də, Bağlar massivində, nömrəsiz yaşayış evinin qarşısında Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görmüşlər. Həmin vaxt o, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3lə birlikdə olmuşdur. Şahid3 mülki geyimdə, o isə polis formasında olmuşdur. Onlar Təqsirləndirilən şəxs tərəf gedərkən anidən sonuncu qaçmağa başlamış və qaçarkən yaşayış evlərinin birinin həyətinin hasarının üzərinə çıxıb digər tərəfə keçərək qaçmağa cəhd etmiş, lakin hasarın üstündən düşərkən İslam yıxılmış və ayağı axsadığından qaça bilməmişdir. Həmin yerdə İslamı yaxalamışlar, İslamın əlində sıyrıqlar olmuş, ayağı isə axsamışdır. İslamı yaxaladıqdan sonra, avtomobilə əyləşdirib Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə doğru hərəkətə başlamışlar. Yolda gələrkən Təqsirləndirilən şəxs səmimi etiraf edərək Əşrəf Abışovun yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Məktəbli küçəsində yerləşən evdən oğurluğu onun etdiyini, həmin oğurluğu narkotik vasitə əldə etmək üçün etdiyini və özünün də narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə çatdıqdan sonra, Təqsirləndirilən şəxs polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər və əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması ehtimalını nəzərə alıb polis şöbəsinin rəhbərliyinə raportla məruzə edərək onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi 30-cu polis şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhman İsmayılova həvalə edilmişdir. Bundan sonra, təhqiqatçı Rəhman İsmayılov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun müdafiə hüquqları təmin edilmiş, dövlət hesabına təyin edilmiş müdafiəçinin və əməliyyat müvəkkili Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış prosesi əvvəldən axıradək özü tərəfindən mobil telefon vasitəsi ilə videoçəkiliş aparılaraq qeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd mobil telefon, 02 ədəd bir manatlıq pul əskinasları, bir ədəd alışqan və bir ədəd sellofan bükümdə psixotrop maddə-metamfetamin aşkar olunmuşdur. Bundan sonra, əməliyyat müvəkkili Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərindən başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq özünün narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunmuş metamfetamini Hövsan kəndində tanımadığı şəxsdən 10 manat pula aldığını, ona qarşı hər hansı bir fiziki və psixi təzyiq olunmadığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində metamfetamin olan sellofan büküm təhqiqatçı Rəhman İsmayılov tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs məxsus mobil telefon da təhqiqatçı tərəfindən bir ədəd paketdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Hər iki zərfin üzərinə prosesdə iştirak edən şəxslərin adları yazılmış və onlar həmin zərfin üzərini imzalamışlar. Bundan sonra, şəxsi axtarış istintaq hərəkəti başa çatdırılmış və videoçəkiliş dayandırılmışdır. Şəxsi axtarış istintaq hərəkəti yekunlaşdırıldıqdan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmış, izahat verərkən Təqsirləndirilən şəxs bir daha Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Məktəbli küçəsində yerləşən evdən oğurluq etdiyini etiraf etmişdir. İzahatı alındıqdan sonra, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs oğurluğu etdiyi yeri göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs oğurluq etdiyi evi və oğurladığı əmlakı satdığı yeri göstərəcəyini, oğurladığı əşyaların bir hissəsinin yaşadığı evdə olduğunu, onları da təqdim edə biləcəyini bildirib bu hərəkətləri müdafiəçisinin iştirakı olmadan etmək istədiyini xahiş etmişdir. Təqsirləndirilən şəxs yazı yazmaqdan və imza etməkdən imtina etdiyindən bu barədə müdafiəçinin, Təqsirləndirilən şəxs və onların iştirakı ilə protokol tərtib olunmuş və daha sonra, müdafiəçinin iştirakı olmadan onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda oğurladığı əmlakların bir hissəsini, yəni bir cüt sırğa, bir ədəd qadın qol saatı və üç ədəd üzüyü çıxarıb təqdim etmişdir. Bu barədə təhqiqatçı Rəhman İsmayılov tərəfindən protokol tərtib olunmuş, həmin əşyalar bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan sonra, onlar hadisə yerinə getmişlər, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs Əşrəf Abışovun yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Məktəbli küçəsində yerləşən 186 nömrəli evin həyətinin hasarını göstərib evdə heç kimin olmadığına əmin olduqdan sonra, evin həyətinə həmin hasarın üstündən aşıb keçdiyini göstərmişdir. Bundan sonra, onlar evin həyətinə daxil olmuşlar, Təqsirləndirilən şəxs evin plastik materialdan hazırlanmış pəncərəsini göstərib oğurluq etmək üçün həmin pəncərəni açaraq evə daxil olduğunu bildirmişdir. Onlar evə daxil olduqdan sonra, Təqsirləndirilən şəxs otaqda olan güzgülü termonu göstərib əmlakları həmin yerdən oğurladığını bildirmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs düzgün göstərdiyini bildirmişdir. Bundan sonra, həmin evə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. Daha sonra, onlar həmin evdən çıxıb Bakı şəhəri, Xətai rayon, Əhmədli qəsəbəsində yerləşən “Brend” ticarət mərkəzinə getmişlər, Təqsirləndirilən şəxs həmin yerdə yerləşən qızıl alqısatqısı mağazasını göstərib oğurladığı qızıl qolbağı həmin yerə satdığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin yerə qızıl qolbaq satması öz təsdiqini tapmış, mağazanı işlədən Arzu adlı şəxs də İslamı tanıyaraq həmin şəxsin bir neçə gün əvvəl, ona qızıl qolbaq satmasını bildirmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs arvadının şəxsiyyət vəsiqəsini təqdim edərək həmin yerə qolbağı satmışdır. Həmin yerə baxış keçirilməsi haqqında da protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs gətirilib Suraxanı RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi əməliyyat məlumatı əsasında saxlamış, əməliyyat məlumatı Şahid3 daxil olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxsin müqavimət göstərib-göstərməməsini uzun müddət keçdiyi üçün dəqiq xatırlamır. Lakin İslam qaçmağa cəhd göstərmiş və hasarın üzərinə çıxarkən yıxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Şahid3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər ərazidə yaşayan sakin kimi tanımışdır. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman o, tək idi. Təqsirləndirilən şəxs qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, lakin şəxsə yaxınlaşan zaman o qaçmışdır. Qaçan zaman yıxılmış və ayağından xəsarət almışdır. Qeyd etdiklərini bir daha təsdiq edir. Təqsirləndirilən şəxs onları görən zaman aralarında təxminən 20-30 metr məsafə var idi. Təqsirləndirilən şəxs ibtidai istintaqda hər iki əməli səmimi etiraf etmiş, evdən əşyaları oğurladığını da bildirmişdir. Şahid3 Zabit oğlu 28 yanvar 2026-cı il tarixli məhkəmə iclasında əlavə olaraq dindirilərkən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsində olan mobil telefon nömrəsidir. Təqsirləndirilən şəxsin həyat yoldaşının mobil telefon nömrəsini bilmir. Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə gəlmiş SMS-lərlə bağlı məlumatı yoxdur, SMS yazışmalarından istifadə etmir. Təqsirləndirilən şəxsi 01 fevral 2025-ci il tarixdə səhər radələrində tutmuşlar. Uzun müddət keçibdir, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsin tutulduğu gün sənədləşmə aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 01 fevral 2025-ci il tarixdə, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis mayoru X13 tərəfindən HK-1/142 və HK-1/306 saylı material əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə başlanmışdır. (cild 1, iş.v. 1) X26 tərəfindən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 18 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, 17 yanvar 2025-ci il tarixdə, öz işləri ilə bağlı saat 11:00 radələrində evdən çıxmış, anası Zərərçəkmiş şəxs isə saat 18:00 radələrində öz işləri ilə bağlı Əhmədli qəsəbəsinə getmiş, saat 21:00 radələrində evə qayıdanda yataq otağının plastik pəncərəsinin açılaraq naməlum şəxsin mənzilə daxil olaraq qızıl-zinət əşyalarını oğurladığını aşkar etmişdir. Bu oğurluq nəticəsində 5000 manat civarında maddi ziyan dəymişdir. Mənzildən oğurluq etmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cild İ, iş.v. 3) 18 yanvar 2025-ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evidir. Baxış zamanı X26 yaşadığı evin ikinci mərtəbəsində yerləşən anası Zərərçəkmiş şəxs yataq otağının qara rəngli plastik materialdan hazırlanmış pəncərəsini göstərib naməlum şəxsin oğurluq etmək üçün həmin yerdən otağa daxil olduğunu bildirmişdir. Baxış zamanı məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər oğurluq etmək üçün evə daxil olarkən nərdivandan istifadə edərək pəncərəni açıb otağa daxil olmuşlar. Baxış zamanı nərdivanın pəncərənin yaxınlığında evin divarına söykənmiş vəziyyətdə olması müəyyən edilmişdir. Bundan sonra, onlar evə daxil olmuş və ikinci mərtəbədə yerləşən Əşrəf Abışovun anası Zərərçəkmiş şəxs yataq otağına daxil olmuşlar. Otağa daxil olduqdan sonra, Əşrəf Abışov həmin otaqda olan ağ rəngli güzgülü termonu göstərib bildirmişdir ki, həmin termonun yuxarı tərəfdən birinci siyirməsində olan qabdan anası Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyaları və qiymətli materialdan hazırlanmış digər zinət əşyaları oğurlanmışdır. Baxış zamanı, otaqda olan güzgülü termonun üzərində olan “Galaxy A52” markalı mobil telefonun karobkasının üzərindən və otağın plastik materialdan hazırlanmış pəncərəsinin üzərindən əl-barmaq izləri aşkar olunaraq müvafiq qaydada skoçla (yapışqan lentlə) götürülüb bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Hadisə yerinin iş üçün əhəmiyyət kəsb edən fotoşəkilləri çəkilərək işə əlavə edilmişdir. (cild İ, iş.v. 7-10) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisi vəzifəsini icra edən C.Məmmədovun 20 yanvar 2025-ci il tarixli əməliyyat tapşırığına şöbənin CA üzrə ə/m, polis kapitanı Şahid3 tərəfindən verilmiş 29 yanvar 2025-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 8 ünvanından qızıl-zinət əşyalarını oğurlamış şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (cild İ, iş.v. 14; 15) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə ünvanlanmış 01 fevral 2025-ci il tarixli raportdan görünür ki, X18 yaşadığı mənzildən oğurluq olması barədə şikayət ərizəsi əsasında şöbənin təhqiqatçısı, polis mayoru Rəhman İsmayılovun icraatına daxil olmuş 20 yanvar 2025-ci il tarixli, 3-13-54-1/1-1393/25 saylı əməliyyat tapşırığına əsasən şöbənin polis sahə inspektoru, polis kapitanı Şahid4lə birgə keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət hadisəsinin törədilməsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Təqsirləndirilən şəxs, 01 fevral 2025-ci il tarixdə, saat 10:35 radələrində inzibati ərazidə polisləri gördüyü zaman nömrəsiz fərdi yaşayış evin hasarından tullanıb qaçmağa cəhd etmiş, hasardan yıxıldığına görə, həmin şəxs saxlanılaraq 30-cu polis şöbəsinə gətirilmişdir. Vət. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra, törətmiş olduğu oğurluğu səmimi etiraf edərək, oğurluğu narkotik maddə almaq üçün etdiyini və narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. ( İ cild, iş.v. 16) 01 fevral 2025-ci il tarixli, “saxlanılmış şəxsin özünə xəsarət yetirməsi haqqında” aktdan görünür ki, 31 yanvar 2025-ci il tarixdə, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə birbaşa şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılarkən özünü divara vurmuş, qaçmağa çalışarkən hasardan yıxılaraq xəsarət almışdır. Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilərkən ayaq axsaması və özünü narahat hiss etməsini bildirmişdir. Təqsirləndirilən şəxs səhhətində yaranmış çətinliklə bağlı ilkin tibbi yardım göstərilməsindən ötrü, TTY çağırılması və müayinə olunması təklif edilsə də, Təqsirləndirilən şəxs müayinə olunmasından imtina etmişdir. (İ cild, iş.v. 17) 01 fevral 2025-ci il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti protokolundan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs oğurluqda şübhəli bilindiyinə görə, 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 fevral 2025ci il tarixdə, saat 10:35 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində fərdi yaşayış evinin yaxınlığında olarkən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və 30-cu polis şöbəsinə gətirilmişdir. Onun paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan 01 fevral 2025-ci il tarixdə, 30-cu polis şöbəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda, öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə, hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının qabaq sol yan cibindən «01» ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan psixotrop maddəni, sağ yan cibindən isə tünd göy rəngli «Redmi Note 9» markalı mobil telefonu, 2 manat pulu, 1 qutu «Prima» (içərisində 5 ədəd siqaret) siqareti və 1 ədəd qızılı rəngdə olan alışqanı təqdim edərək bildirmişdir ki, bükümdə olan kütlə psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan «01» büküm və «Redmi Note 9» mobil telefonu cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün 194» saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. (İ cild, iş.v. 37-39) Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 28 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Suraxanı RPİ-nin 21 yanvar 2025-ci il tarixli, 3- 13-54/2-1208/2025 nömrəli məktubu vasitəsilə 18 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu nömrəsiz evdə yaşayan vətəndaş X18 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 27 yanvar 2025-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (yataq otağında “Galaxy A52” karobkasının üzərindən götürülmüş) (ADİS-in məlumat bankına BƏSİİdən daxil olan) xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta və adsız barmaqlarının əksləri, 02 ədədi (yataq otağında “Galaxy A52" karobkasının üzərindən götürülmüş) (İAMAS məlumat bankında olan) xx.xx.1980-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Zərərçəkmiş şəxs sol əlinin şəhadət və orta barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir. (İ cild, iş.v. 48) 01 fevral 2025-ci il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsində izahat verərkən izahatında qonşusu X18 yaşadığı evə qanunsuz daxil olaraq gizli yolla taladığı qızıl-zinət əşyalarının bir hissəsini satdıqdan sonra, qalan hissəsini yaşadığı ünvan 9 ünvanında yerləşən evdə saxladığını və həmin əşyaları təhqiqata təqdim etmək istədiyini bildirmiş, bununla əlaqədar onun yaşadığı həmin ünvana gəlmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından 01 ədəd qadın qol saatını, 02 ədəd gümüşü rəngli və 01 ədəd qızılı rəngli qadın üzüyünü və 01 cüt qızılı rəngli sırğanı təqdim edərək bildirmişdir ki, həmin əşyaları 17 yanvar 2025-ci il tarixdə, ünvan 8 ünvanında yaşayan qonşusu X18 yaşadığı evə pəncərədən qanunsuz daxil olaraq oğurlamışdır. Qeyd olunan saat qızılı rəngli olmaqla metal korpuslu və metal qolbaqlıdır. Təqdim olunmuş 03 ədəd qadın üzüyünün iki ədədi gümüşü rəngli, üzərində qaşları olan üzükdür, digər 01 ədəd qadın üzüyü isə gümüşü rənglidir, üzərində açıq qırmızı rəngli iri yumru qaşı vardır. Təqdim olunmuş 02 ədəd sırğa qızılı rəngli olmaqla, buta formasındadır, üzərində qaşları yoxdur. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə təqdim etdiyi 01 ədəd qadın qol saatı, 02 ədəd gümüşü rəngli və 01 ədəd qızılı rəngli qadın üzüyü və 01 cüt qızılı rəngli sırğanın ona məxsus olduğunu və 17 yanvar 2025-ci il tarixdə, yaşadığı evdən oğurlanmış əşyalar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qadın qol saatı, 02 ədəd gümüşü rəngli və 01 ədəd qızılı rəngli qadın üzüyü və 01 cüt qızılı rəngli sırğa sübut əhəmiyyəti kəsb etdiyi üçün fotoşəkli çəkilməklə qablaşdırılıb 194 nömrəli möhürlə möhürlənərək götürülmüşdür. (İ cild, iş.v. 50-52) 01 fevral 2025-ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı ünvan 8 ünvanında yerləşən evdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətinin mişar daşından hörülmüş hasarını göstərib həyətə həmin hasarın üstündən aşıb keçdiyini bildirmişdir. Baxış zamanı daha sonra, Zərərçəkmiş şəxs icazəsi ilə onun yaşadığı evə daxil olmuşlar. Evin həyətinə daxil olduqdan sonra, Təqsirləndirilən şəxs evin qara rəngli plastik materialdan hazırlanmış pəncərəsini göstərib evə həmin pəncərəni açaraq daxil olduğunu bildirmişdir. Evin içərisinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs evin içərisindən həmin plastik pəncərəni göstərib bir daha açaraq həmin pəncərədən evə qanunsuz daxil olduğunu bildirmişdir. Bundan sonra, evin yataq otağına daxil olmuşlar. Yataq otağında olan zaman Təqsirləndirilən şəxs güzgülü termonu göstərib bildirmişdir ki, qol saatını, bijuteriya və qızılzinət əşyalarını həmin yerdən oğurlamışdır. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs hadisəni düzgün təsvir etdiyini və oğurlanmış əşyaların yerini Təqsirləndirilən şəxs düzgün göstərdiyini bildirmişdir. Hadisə yerində mobil telefon vasitəsi ilə hadisə yerinin fotoşəkli çəkilib protokola əlavə olunmuşdur. (İ cild, iş.v. 53-56) 01 fevral 2025-ci il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsində izahat verərkən izahatında qonşusu X18 yaşadığı evə qanunsuz daxil olaraq gizli yolla taladığı qızıl-zinət əşyalarının bir hissəsini Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Brend” ticarət mərkəzinə satdığını və həmin yeri təqdim edə biləcəyini göstərməsi ilə bağlı onun iştirakı ilə həmin yerə gələrək baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən “Brend” ticarət mərkəzini göstərib qonşusu X18 yaşadığı evə pəncərədən qanunsuz daxil olaraq oğurladığı əşyalardan bir ədəd qızıl qadın qolbağını həmin yerə satdığını bildirmişdir. Baxış zamanı “Brend” ticarət mərkəzini işlədən Şahid2 Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin bir neçə gün əvvəl bir nəfər qadınla gələrək ona özününkü kimi təqdim edib bir ədəd qızıl qadın qolbağı və bir neçə ədəd bijuteriya satmaq istəməsini bildirdiyini, qolbağıdan başqa digərlərinin qızıl olmadığına görə, ondan almadığını, yalnız qızıl qadın qolbağı aldığını və həmin qolbağın əvəzində isə Təqsirləndirilən şəxs 541 manat pul verdiyini, qolbağı alan zaman Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətini istədiyini, sonuncunun isə həmin vaxt şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə, yanında gələn qadına məxsus şəxsiyyət vəsiqəsinin surətini ona verdiyini bildirmişdir. Baxış zamanı Şahid2 Şahid1 şəxsiyyət vəsiqəsinin kserosurəti özündə əks etdirən bir ədəd A4 formatlı vərəqin surətini çıxarıb təqdim etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin A4 formatlı vərəqin üzərində Şahid1 şəxsiyyət vəsiqəsinin kserosurəti əks etdirilmiş, bundan başqa, həmin vərəqin üzərinə qələmlə “Qızıl əşyası qolbağ əyyarı 585, çəkisi 6,77 Bu qızılı 541 AZN-ə satıram, oğurluq və tapılmış deyil, imzamla təsdiqləyirəm. xx.xx.2025 İmza(imza) ***-***-**-**” sözləri və rəqəmləri yazılmışdır. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs Şahid2 dediklərinin doğru olduğunu təsdiq etmişdir. Qeyd olunan A4 tipli vərəq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin vərəqin kserosurəti götürülmüşdür. (İ cild, iş.v. 57-59) Məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2025-ci il tarixli 6/438 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksiəri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut; 1. “imza” Şahid3; 2. “imza” Şahid4; 3. Müdafiəçi “imza” H.Hacıbalayev; 4. Təqsirləndirilən şəxs “imza” Təqsirləndirilən şəxs; Qablaşdırdı: “imza” R.R.İsmayılov” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,266 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövrtyypşi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,266 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,216 qram. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil etmişdir. (cild İ, iş.v. 64-67) 02 fevral 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild İ, iş.v. 72-73) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 4(010)- 28/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmaqla, 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarda təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək göstərmişdir ki, onu səhər saatlarında polis bölməsinə çağırmışlar, o da öz növbəsində getmişdir. Orada polis əməkdaşları onu sorğusual etmədən 7 saat müddətində döymüşlər. O, məcburi olaraq oğurluq etməsini boynuna götürmüş, amma heç vaxt oğurluq etməmişdir. (cild İ, iş.v. 126-128) 03 fevral 2025-ci il tarixli, “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunur ki, oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsinə başlanılır. Şəxsi axtarış zamanı mobil telefondan istifadə edilərək videoçəkiliş aparılır. Şəxsi axtarış istintaq hərəkəti başladıqdan sonra təhqiqatçı Rəhman İsmayılov şübhəli şəxsdən özünü təqdim etməsini tələb edir, bu zaman şübhəli şəxs özünü təqdim edərək ad, soyad və ata adının Təqsirləndirilən şəxs olmasını bildirir. Bundan sonra, təhqiqatçı açıqlama verərək izah edir ki, vətəndaş X5 RPİ-nin 30-cu polis şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermiş, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş, buna görə də Təqsirləndirilən şəxs 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanaraq polis şöbəsinə gətirilmiş, yolda gələn zaman Təqsirləndirilən şəxs oğurluğu etdiyini etiraf etmiş və həmin oğurluğu narkotik vasitə əldə etmək üçün törətdiyini və özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Bundan sonra, istintaq hərəkətində iştirak edən müdafiəçi Hücrəddin Hacıbalayev şübhəli şəxs Təqsirləndirilən şəxs sual verərək oğurluq edib-etmədiyini, etmişdirsə, kimlə etdiyini soruşur, sonuncu da oğurluğu tək etdiyini səmimi şəkildə etiraf edir. Müdafiəçi tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, ona hər hansı bir təzyiq olunmamış, heç kimdən şikayəti yoxdur, oğurluğu etmiş, bijuteriya üzüklər, qolbaq, sırğa və s. əşyalar oğurlamış, özü narkotik vasitə istifadəçisidir, bir il olar ki narkotik vasitə istifadə edir, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Bundan sonra, təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir, sonuncu da hüquq və vəzifələrinin ona izah edildiyini, hər şeyin ona aydın olduğunu bildirir. Bundan sonra, təhqiqatçı Rəhman İsmayılov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları otaqda olan masanın üzərinə qoymasını təklif edir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd “Redmi 9” markalı mobil telefon, iki ədəd bir manatlıq əskinaslar, içərisində 05 ədəd siqaret dənəsi olan bir ədəd “Prima” markalı siqaret qutusu və bir ədəd alışqan, həmin şalvarın ön sol cibindən isə içərisində psixotrop maddə-metamfetamin olan bir ədəd sellofan bükümü çıxarıb otaqda olan masanın üzərinə qoyur. Bundan sonra, əməliyyat müvəkkili tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzəri yoxlanılır, lakin onun üzərindən başqa predmet aşkar olunmur. Bu zaman müdafiəçi Hücrəddin Hacıbalayev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini haradan əldə etməsini soruşur, sonuncu da bağlar massivində tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində metamfetamin olan sellofan büküm əməliyyat müvəkkili Şahid3 tərəfindən açılıb içərisinə baxılan zaman videoçəkilişdən də görünür ki, bükümün içərisində ağ rəngli kristalşəkilli maddə vardır. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində metamfetamin olan sellofan büküm təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülür, həmçinin Təqsirləndirilən şəxs məxsus “Redmi 9” markalı mobil telefon da təhqiqatçı tərəfindən bir ədəd qəhvəyi rəngli kağız zərfdə qablaşdırılaraq götürülür, hər iki zərfin üzərinə istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadları yazılır və həmin şəxslər zərflərin üzərinə imza çəkirlər, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar onun özünə geri qaytarılır, bununla da şəxsi axtarış istintaq hərəkəti başa çatdırılır. (İ cild, iş.v. 148-149) 03 fevral 2025-ci il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, həmin telefon smartfon tipli, “Redmi 9” markalı mobil telefondur. Telefonda müxtəlif proqramlar vardır. Mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir ismarıc, fotoşəkil və ya video aşkar olunmamış, bundan sonra mobil telefonda quraşdırılmış vəziyyətdə olan “Whatsapp” ani mesajlaşma proqramına daxil olub baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs tanışları ilə bir-birilərinə ismarıclar yazması müəyyən olunmuş, lakin həmin ismarıclarda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir fakt aşkar olunmamışdır.( İ cild, iş.v. 150) İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Şahid1 tərəfindən həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus olan “Redmi 9” markalı mobil telefon Suraxanı RPİ-nin İŞ-in müstəntiqi X14 təhvil alınmışdır. (İ cild, iş.v. 151) 05 fevral 2025-ci il tarixli, “maddi sübut qismində tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan 0,266 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Psixotrop maddə-metamfetaminin 0,050 qramı ekspert tədqiqatına sərf edildikdikdən sonra, qalan 0,216 qram çəkidə qalığı saxlanmasından ötrü Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alman videogörüntünün olduğu bir ədəd elektron məlumat daşıyıcısı (disk) cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (İ cild, iş.v. 154-155) Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 may 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.3.3, 150.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 67.1-ci maddələri tətbiq edilməklə, əvvəli 23 yanvar 2007-ci il tarixdən hesablanmaqla, qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 22 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild, iş.v. 163-166) Suraxanı RPİ-nin İŞ-in əməliyyat tapşırığına Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən ünvanlanmış 07 mart 2025-ci il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə oğurladığı zərgərlik məmulatlarını satdığı digər şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamışdır. (İ cild, iş.v. 171) Materialların məhkəmə ekspertizasının 17 mart 2025-ci il tarixli, 6/924-9/1891 saylı rəyindən görünür ki, tədqiqata 03 ədəd üzük, 01 cüt sırğa, 01 ədəd qol saatı təqdim edilmişdir. 01 ədəd qol saatı qiymətsiz metal ərintisi olmaqla, kütləsi 52,37 qram olmuş, 01 ədəd üzük 325 əyarlı gümüş olmaqla, kütləsi 3,64 qram olmuş, 01 ədəd üzük qiymətsiz metal ərintisi olmaqla, kütləsi 2,31 qram olmuş, 01 cüt sırğa qiymətsiz metal ərintisi olmaqla, kütləsi 5,86 qram olmuş və 01 ədəd üzük qiymətsiz metal ərintisi olmaqla, kütləsi 7,23 qram olmuşdur. Həmin rəyin nəticəvi hissəsindən görünür ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə, məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. Nə rəy verilib? Ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil etmişdir. (İ cild, iş.v. 182-184) 08 aprel 2025-ci il tarixli, “maddi sübutun tanınması barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 11 ünvanında yerləşən evdən oğurlayaraq qanunsuz ələ keçirdiyi 01 ədəd qadın qol saatı, 02 ədəd gümüşü rəngli və 01 ədəd qızılı rəngli qadın üzükləri və 01 cüt qızılı rəngli sırğa sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilmiş, saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (İ cild, iş.v. 185) Ambulator məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2025-ci il tarixli, 1860 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (İ cild, iş.v. 187-188) Məhkəmə daktiloskopik ekspertizasının 10 aprel 2025-ci il tarixli, 3/304 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, təqdim edilmiş 1,2,3,4,5,6 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin adsız barmağından, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi isə onun sağ əlinin çeçələ barmağından qalmışdır. Təqdim edilmiş 4,5,6 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs əl-barmaqlarından qalmamışdır. Ekspertiza tədqiqatının dəyəri 65,29 manat təşkil etmişdir. (İ cild, iş.v. 195-202) 10 aprel 2025-ci il tarixli, “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, 18 yanvar 2025-ci il tarixdə, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs yaşadığı ünvan 11 ünvanında yerləşən evə baxış keçirilərkən hadisə yerində olan “Galaxy A52” markalı mobil telefonun karobkasının üzərindən götürülərək 09 ədəd daktilolentə köçürülmüş əl-barmaq izlərindən 1, 2 və 3 rəqəmləri ilə nömrələnmiş 03 ədəd əl-barmaq izləri köçürülmüş daktilolentlər iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin daktilolentlərin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. 18 yanvar 2025-ci il tarixdə, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən X4 yaşadığı ünvan 11 ünvanında yerləşən evə baxış keçirilərkən hadisə yerində olan “Galaxy A52” markalı mobil telefonun karobkasının üzərindən götürülərək 09 ədəd daktilolentə köçürülmüş əl-barmaq izlərindən 5, 6, 7, 8 və 9 rəqəmləri ilə nömrələnmiş əl-barmaq izləri köçürülmüş daktilolentlər tədqiqat üçün yararsız olduğundan maddi sübut kimi tanınmaması, lakin tədqiqat üçün yararlı olan daktilolentlərlə eyni qablaşmada qablaşdırıldığından iş materiallarında saxlanılması nəzərə alınmışdır. (İ cild, iş.v. 204-205) 10 aprel 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək onun Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə yeni məzmunda yenidən ittiham elan edilməsi məsələsi həll edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd elektron məlumat daşıyıcısının (diskin) Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X27 tərəfindən qəbul edilmiş 05 fevral 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və iş materiallarında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumilikdə təmiz çəkisi 0,266 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X27 tərəfindən qəbul edilmiş 05 fevral 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və həmin psixotrop maddə-metamfetaminin 0,050 qramı ekspert tədqiqatına sərf edildikdikdən sonra qalan 0,216 qram çəkidə qalığının saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,266 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni istintaqla dəqiq müəyyən etmək mümkün olmadığından həmin mənbə istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması nəzərə alınmışdır. Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs qızıl-zinət əşyası almış, lakin şəxsiyyəti istintaqa məlum olmayan şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından həmin şəxslərin barələrində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etmə mənbəsinin müəyyən edilməsi üçün cinayət işinin materiallarından psixotrop maddənin əldə edilmə mənbəyi barədə başqa cinayət işinin ayrıca icraata ayrılması məsələsinin həll edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə, Zərərçəkmiş şəxs yaşadığı ünvan 11 ünvanında yerləşən evdən oğurlayaraq qanunsuz ələ keçirdiyi 01 ədəd qadın qol saatı, 02 ədəd gümüşü rəngli və 01 ədəd qızılı rəngli qadın üzükləri və 01 cüt qızılı rəngli sırğanın sübut əhəmiyyəti kəsb etdiyindən qəbul edilmiş 08 aprel 2025-ci il tarixli, qərarla maddi sübut kimi tanınması və saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. 18 yanvar 2025-ci il tarixdə, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs yaşadığı ünvan 11 ünvanında yerləşən evə baxış keçirilərkən hadisə yerində olan “Galaxy A52” markalı mobil telefonun karobkasının üzərindən götürülərək 09 ədəd daktilolentə köçürülmüş əl-barmaq izlərindən 1, 2 və 3 rəqəmləri ilə nömrələnmiş 03 ədəd əl-barmaq izləri köçürülmüş daktilolentlərin iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi, habelə, 4,5,6,7,8 və 9 rəqəmləri ilə nömrələnmiş əl-barmaq izləri köçürülmüş, daktilolentlərin isə tədqiqat üçün yararsız olduğundan maddi sübut kimi tanınmaması, lakin tədqiqat üçün yararlı olan daktilolentlərlə eyni qablaşmada qablaşdırıldığından iş materiallarında saxlanması nəzərə alınmışdır. (cild İ, iş.v. 204-222) Suraxanı Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş 931/2021 saylı Təqsirləndirilən şəxs tibbi kitabçasından görünür ki, o, 03 fevral 2025-ci il tarixdə, 3 saylı istintaq təcridxanasına qəbul olunmuşdur. İlkin tibbi baxışdan görünür ki, 2012-ci ildən HCV, 1998-ci ildə isə travma nəticəsində sol gözündən cərrahiyyə əməliyyatı olmuşdur. 2012-ci ildə A/C vərəminə görə İMM-də müalicə almışdır. Zöhrəvi xəstəliyi olmasını inkar etmişdir. 2 dəfə psixotrop maddə-metamfetamin qəbul etmişdir. HCV, keçirilmiş A\C vərəmi, sol gözün korluğu vardır. İİİ qrup əlildir. Tibbi kitabça 04 fevral 2025-ci il tarixdə açılmışdır. Suraxanı RPİ-nin MSY-də xəsarət aldığını bildirmişdir. Baxış zamanı sağ və sol baldırın ön səthində qərtməkli yaralar aşkar olunmuş, obyektiv müayinə zamanı şikayəti olmamışdır. Psixo-nevroloji parologiyası aşkar olunmamışdır. (cild İİ, iş.v. 47-52) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası tərəfindən Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli sorğusuna cavab olaraq ünvanlanmış 09 iyul 2025-ci il tarixli, 3-16-20-10/2- 417 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə, 3 saylı İstintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən, təqsirləndirilən şəxs keçirdiyi xəstəliklər barədə məlumatlarda 2012-ci ildə HCV-yə yoluxduğunu, 1998-ci ildə sol gözündən cərrahi əməliyyat keçirtdiyini bildirmişdir. Sorğu zamanı xəsarət aldığını bildirmiş, bədən baxışı zamanı sağ və sol said səhiyyələrinin bayır səthinin orta 1/3-də, sağ və sol baldır nahiyəsinin ön səthində qərtməkli yaralar aşkar edilmişdir. (cild İİ, iş.v. 66) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməkdə 01 fevral 2025-ci il tarixdə, saat 11:40da şübhəli şəxs qismində tutulmuş, saat 10:35-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 03 fevral 2025-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş və həmin maddələr ilə ibtidai istintaq davam etdirilmişdir. 03 fevral 2025-ci il tarixdə, saat 09:25-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 4(010)-28/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmaqla, 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. 10 aprel 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək onun Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrlə yeni məzmunda yenidən ittiham elan edilməsi məsələsi həll edilmişdir. 11 aprel 2025-ci il tarixli qərarla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilərək və əlavələr edilərək o, həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 4(010)-124/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 gün müddətə, yəni 20 may 2025-ci il tarixədək uzadılmışdır. Suraxanı Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 1(010)- 342/2025 saylı qərarı ilə həbsdə saxlanılma müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən qüvvəsində saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 1(010)-342/2025 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 1(010)-172/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, ona qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 1(010)-44/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, ona qəti olaraq 01 il 08 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, 1(103)-2048/2025 saylı qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə məhkum olunmasına dair 31 iyul 2025-ci il tarixli, 1(010)-44/2025 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilmiş, üzərində qəti olaraq olaraq 01 (bir) il 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (İ cild, iş.v. 32, 100-104, 126-128, 204-222, 285, İİ cild, 19-20, 32-34, 126-170) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 1(010)-342/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi yazılı vəsatəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin, təqsirləndirilən şəxsin həyat yoldaşı, iş üzrə şahid X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin, polis əməkdaşları - şahid-Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı və Şahid4 istifadəsində olmuş ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələrin 15 yanvar 2025-ci il tarixdə, saat 09:00-dan 25 mart 2025-ci il tarixdə, saat 21:00-dək olan müddət ərzində kimə məxsusluğu, həmin nömrələrə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin, anten əhatə dairəsi məlumatlarının müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (cild İİ, iş.v. 89-95) "xxxx" MMC-dən 10 sentyabr 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 15 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmişdir. Həmin məktubda göstərilmişdir ki, ***-***-**-** saylı mobil nömrə 02 may 2017-ci il tarixdə Azerfon şəbəkəsindən Azercell şəbəkəsinə daşınmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilən zaman 31 yanvar 2025-ci il tarixdə, səhər saat 09:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən evində olduğu zaman polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə, saat 11:40-da tutulmuş, həmin tarixdə, saat 10:35-də hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. Diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və həyat yoldaşı Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin Şahid1 adına olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin həyat yoldaşı Şahid1 məxsus olsa da, həmin nömrənin özünün istifadəsində olduğunu bildirir və Şahid1 da həmin xüsusatı təsdiq edir. Diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 31 yanvar 2025-ci il tarixdə, saat 08:52-də Hovsan ABU Petrol/Abşeron rayonu, 1№-li Hövsan Zeytunçuluq savxozu ərazisi/Surakhany/ ünvanında, həmin tarixdə, saat 10:52-də Dede Qorqud qesebesi/Bakı şəhəri, Suraxanı rayonu, Hövan yolu sol tərəfi/Surakhany/ ünvanında, həmin tarixdə, saat 10:53-də ünvan 16 ünvanında, həmin tarixdə, saat 11:01, 11:04 və 11:24-də Suraxani RWS/Bakı şəhəri, ünvan 17 ünvanında olduğu müəyyən olunur. Təqsirləndirilən şəxsdən hansı tarixdə tutulduğunu və nə qədər müddət polis bölməsində saxlanıldığını soruşulmuşdur. Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə, saat 08-09 radələrində tutulmuş, polis bölməsinə aparılmış, 01 fevral 2025-ci il tarixdə, axşam saatlarında videoçəkiliş aparıldığını və üzərinə baxış keçirildiyini bildirmişdir. Təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və xaric olan SMS mətnlərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən təqsirləndirilən şəxsin mobil nömrəsinə 30 yanvar 2025-ci il tarixdə, saat 13:31-də “Senin ureyive hansi yatir onu gotur isi” SMS mətni daxil olmuşdur. Təqsirləndirilən şəxsdən SMS mətninin nə ilə bağlı olduğu soruşulmuş, o isə xatırlamadığını bildirmişdir. İş üzrə Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və xaric olan SMS mətnlərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən şahidin mobil nömrəsinə 31 yanvar 2025-ci il tarixdə, saat 12:42-də “Gozleyirem bayaqdan burda gelirsiz”, 03 fevral 2025-ci il tarixdə, saat 09:13-də “Salam men burdayam kontur yoxdur yiga bilmirem” SMS mətnləri daxil olmuşdur. "xxxx" MMC və "xxxx" MMC-dən 10 sentyabr 2025-ci il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və müvafiq olaraq 23 sentyabr 2025 və 10 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmişdir. ***-***-**-** saylı mobil nömrə 02 may 2017-ci il tarixdə Azerfon şəbəkəsindən Azercell şəbəkəsinə daşınmışdır. Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 31 yanvar 2025-ci il tarixdə, saat 09:47-də, 09:51-də, 10:23-də, 10:56-da, 11:16-da, 12:31-də və 13:25-də Baki sh. Suraxani r-nu., Hovsan qes.. 11-ci sahil dongesi ünvanında, 01 fevral 2025-ci il tarixdə, saat 10:16-da və 11:35-də Baki sh. Suraxani r-nu., Hovsan qes.. 11-ci sahil dongesi ünvanında olduğu müəyyən olunur. Diskə baxış keçirilən zaman Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 31 yanvar 2025-ci il tarixdə, saat 09:51-də və saat 17:21-də Baki sh. Suraxani r-nu., Hovsan qes.. 11-ci sahil dongesi ünvanında, 01 fevral 2025-ci il tarixdə, saat 17:42-də Suraxani ray., Hovsan qes., Elman Qasimov kuc. 15 olduğu müəyyən olunur. Diskə baxış keçirilən zaman Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 31 yanvar 2025-ci il tarixdə, saat 10:22-də, 10:37-də və 10:59-da Hovsan ABU Petrol/Bakı şəhəri, 1№-li Hövsan Zeytunçuluq sovxozu ərazisi/Surakhany/ ünvanında, həmin tarixdə, saat 11:30-da Hovsan Kent/ünvan 19 ünvanında, həmin tarixdə, saat 12:33-də və 12:46da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany/ ünvanında, 01 fevral 2025-ci il tarixdə, 10:44-də ünvan 21 ünvanında, həmin tarixdə, 11:43-də Hovsan_Medeniyyet_Evi/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany/ ünvanında olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən məhkəmə qərarının icrası ilə bağlı göndərilmiş anten əhatə dairələrinə aid 03 (üç) ədəd disk təqsirləndirilən şəxsin ittiham aktında qeyd edildiyi kimi 01 fevral 2025-ci il tarixdə yox, 31 yanvar 2025-ci il tarixdə səhər radələrində tutulmasını təsdiq etdiyindən və iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilməli və iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 25 sentyabr 2025-ci il tarixli məktubdan və Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X23 tərəfindən qəbul edilmiş həmin tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalması, polis əməkdaşlarının əməllərində CM-in 293-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən 288-C-25 saylı material üzrə cinayət işinin başlanmasının hissəvi rədd edilməsi, bundan əlavə, Təqsirləndirilən şəxs bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə ayrılmış materialın aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməsi haqqında qərar qəbul edilmişdir. (cild İİ, iş.v. 101-104) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 1(010)- 172/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmaqla və cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, ona qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (cild İİ, iş.v. 126-143) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 1(010)- 44/2025 saylı hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmaqla və cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, ona qəti olaraq 01 il 08 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (cild İİ, iş.v. 144-157) Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, 1(103)-2048/2025 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə qismən təmin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə məhkum olunmasına dair 31 iyul 2025-ci il tarixli, 1(010)-44/2025 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan cinayət işi üzrə 14 fevral 2024-cü il tarixdən 31 yanvar 2025-ci il tarixədək olan tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 11 (on bir) ay 17 (on yeddi) gün müddət və CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə 07 avqust 2024-cü il tarixindən 09 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət və 11 oktyabr 2024-cü il tarixdən 13 oktyabr 2024cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq olaraq 01 (bir) il 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (cild İİ, iş.v. 158-170) Məhkəmə iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X11 şöbəsinin prokuroru Dövlət ittihamçısı 11 fevral 2026-cı il tarixli məhkəmə iclasında ittihamı müdafiə edərək bildirmişdir ki, işin hallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə ittiham Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmış 1(010)-44/2025 nömrəli cinayət işi üzrə X24 qarşı törətdiyi soyğunçuluq cinayəti nəzərə alınmaqla verilmişdir. Bundan əlavə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamda “təkrar” sözü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmış 1(010)-172/2025 nömrəli cinayət işi üzrə törətdiyi cinayət işi nəzərə alınmaqla verilmişdir. Müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 16.1-ci maddəsinə əsasən, CM-in eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndinə əsasən, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-in 66.5ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-in 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Göstərilənlərə əsasən, Suraxanı Rayon Məhkəməsində baxılmış işlər üzrə Təqsirləndirilən şəxs X24 qarşı törətdiyi CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş soyğunçuluq cinayətinə 1(010)-44/2025 saylı iş üzrə, həmçinin Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə 1(010)- 172/2025 saylı iş üzrə hüquqi qiymət verildiyi nəzərə alınmaqla, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə CM-in 177.2.2-ci maddəsi və hər iki epizod üzrə “təkrar” sözləri xaric edilməli, onun barəsində CM-in 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə ittihamın müdafiəsi davam etdirilməlidir. Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-nin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Odur ki, dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə CM-in 177.2.2-ci maddəsi və hər iki epizod üzrə “təkrar” sözlərindən imtina etmiş, onun barəsində CM-in 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə ittihamın müdafiəsini davam etdirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinin tələbindən aydın olur ki, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişatında təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. CPM-nin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan CM-nin 177.2.2-ci maddəsi xaric edilməlidir. Beləliklə, məhkəmə işə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair verilmiş ittiham daxilində baxmalıdır. Məhkəmə hər bir ittiham epizodunu ayrıca və müstəqil şəkildə qiymətləndirərək, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamlardan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında - cinayət işinin ibtidai istintaq mərhələsində tərtib edilmiş bəzi prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan bəzi sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs ittiham olunmuş qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə ilk öncə təqsirləndirilən şəxsin saxlanılma vaxtı və yeri ilə bağlı ibtidai istintaq materialları ilə müəyyən edilmiş halların işin həqiqi halları ilə eynilik təşkil etməməsi və təhrif edilməsini qeyd etməyi zəruri hesab edir. Cinayət işi üzrə digər ziddiyyətli məqam Təqsirləndirilən şəxs üzərinə baxışın nə vaxt, harada və hansı şəraitdə keçirilməsi və onun üzərindən aşkar edilən predmetlərlə bağlıdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı vaxtı dindirilən zaman 31 yanvar 2025-ci il tarixdə, 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən qayınatasının evində olduğu zaman həyat yoldaşı və qayınatası da evdə olarkən polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə, saat 11:40-da tutulmuş, həmin tarixdə, saat 10:35-də hüquqları məhdudlaşdırılmış hesab edilmişdir. Həmçinin 01 fevral 2025-ci il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs oğurluqda şübhəli bilindiyinə görə, 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 fevral 2025-ci il tarixdə, saat 10:35 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində fərdi yaşayış evinin yaxınlığında olarkən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və 30-cu polis şöbəsinə gətirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının qabaq sol yan cibindən «01» ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan psixotrop maddəni, sağ yan cibindən isə tünd göy rəngli «Redmi Note 9» markalı mobil telefonu, 2 manat pulu, 1 qutu «Prima» (içərisində 5 ədəd siqaret) siqareti və 1 ədəd qızılı rəngdə olan alışqanı təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid1 ifadəsində göstərmişdir ki, İslamı polis əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən onun valideynlərinin evində olduqları zaman evə daxil olaraq tutmuşlar. Suraxanı RPİ-nin 30cu polis şöbəsinin əməkdaşları İslamı döymüşdür. Onlar əvvəllər də İslamı tutmuşlar, bir neçə gün polis bölməsində saxlayıb fiziki təzyiq göstərib, daha sonra sərbəst buraxmışlar. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş həyat yoldaşının ifadəsində qeyd etdiklərinin tam və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 1(010)-342/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi yazılı vəsatəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin, təqsirləndirilən şəxsin həyat yoldaşı, iş üzrə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin, polis əməkdaşları - şahid-Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı və Şahid4 istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrin 15 yanvar 2025-ci il tarixdə, saat 09:00-dan 25 mart 2025-ci il tarixdə, saat 21:00-dək olan müddət ərzində kimə məxsusluğunun, həmin nömrələrə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, eləcə də, daxil olmuş və göndərilmiş SMS mətnlərinin, anten əhatə dairəsi məlumatlarının müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsini qərara almışdır. Qərarın icrası ilə əlaqədar mobil operatorlardan göndərilmiş disklərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin və həyat yoldaşı Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin Şahid1 məxsus olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə həyat yoldaşı Şahid1 məxsus olsa da, həmin nömrənin özünün istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə, saat 08-09 radələrində tutulmuş, polis bölməsinə aparılmış, 01 fevral 2025-ci il tarixdə, axşam saatlarında videoçəkiliş aparıldığını bildirmişdir. İş üzrə Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və xaric olan SMS mətnlərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən şahidin mobil nömrəsinə 31 yanvar 2025-ci il tarixdə, saat 12:42-də “Gozleyirem bayaqdan burda gelirsiz”, 03 fevral 2025-ci il tarixdə, saat 09:13-də “Salam men burdayam kontur yoxdur yiga bilmirem” SMS mətnləri daxil olmuşdur. Belə olan halda, sual yaranır ki, Təqsirləndirilən şəxs əgər ittiham aktında və cinayət işi materiallarında qeyd olunduğu kimi həqiqətən də 01 fevral 2025-ci il tarixdə tutulmuşdusa, onun həyat yoldaşının istifadəsində olan mobil nömrədən nə üçün 31 yanvar 2025-ci il tarixdə iş üzrə İslamı tutan şəxslərdən biri olan Şahid3 istifadəsində olan mobil telefon nömrəsinə “Gozleyirem bayaqdan burda gelirsiz” məzmunda sms mətni daxil olmuşdur? Hansı ki, təqsirləndirilən şəxsin həyat yoldaşı o tutulan zaman evdə olmuşdur. Bundan əlavə, 01 fevral 2025-ci il tarixli, “saxlanılmış şəxsin özünə xəsarət yetirməsi haqqında” aktdan görünür ki, 31 yanvar 2025-ci il tarixdə, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə birbaşa şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılarkən özünü divara vurmuş, qaçmağa çalışarkən hasardan yıxılaraq xəsarət yetirmişdir. Əgər şəxs 01 fevral 2025-ci il tarixdə tutulmuşdusa, tərtib edilmiş aktda nə üçün onun 31 yanvar 2025-ci il tarixdə yaxalanması və bu zaman yıxılaraq xəsarət alması göstərilmişdir? Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər şəxs 31 yanvar 2025-ci il tarixdə faktiki azadlıqdan məhrum edilmişdisə, niyə tutulma vaxtı 01 fevral 2025-ci il kimi rəsmiləşdirilmişdir? Bu, artıq faktiki tutulmanın gizlədilməsi və müddətin süni şəkildə dəyişdirilməsi ehtimalını yaradır. Əgər şəxs 31 yanvar 2025-ci il tarixdən polisin nəzarəti altında idisə, onun 01 fevral 2025-ci il tarixdən “guya küçədə” tutulması və bu formada protokollaşdırma ciddi qanun pozuntusudur. Məhkəmə hesab edir ki, tutulmanın vaxtı və yerinə dair aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələr mövcuddur. Bu ziddiyyətlər və şübhələr ittiham tərəfinin təqdim etdiyi sübutların etibarlılığını şübhə altına alır. Arqumentlər bunlardan ibarətdir ki, tutulma real tarixdən gec rəsmiləşdirilib, şəxsi axtarışın keçirilmə şəraiti inandırıcı deyil və sübutun əldə edilmə prosedurunun qanuniliyi şübhəlidir. Yəni şəxs 31 yanvar 2025-ci il tarixdən səhər radələrindən polis orqanının nəzarətində saxlanılmış, təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilmiş və təxminən 1 gün sonra şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi artıq şəxsin üzərindən aşkar olunmuş maddənin ona hansısa yolla verilməsini və videoçəkiliş zamanı üzərindən aşkar olunmasını bildirməsini qaçılmaz etmişdir. Odur ki, qanun pozuntusu ilə əldə edilmiş sübutlar məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Əgər şəxsi axtarış qanunsuz tutulma fonunda aparılıbsa, həmin sübut da hüquqi qüvvəsini itirir. Məhkəmə anten əhatə dairələri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin həyat yoldaşı istifadəsində olan mobil nömrədən 31 yanvar 2025-ci il tarixdə iş üzrə Şahid3 istifadəsində olan telefon nömrəsinə “Gozleyirem bayaqdan burda gelirsiz” məzmununda sms mətni yazmışdır. Bu isə onu göstərir ki, polis artıq hadisədən (01 fevral 2025-ci il tarixdən) əvvəl həmin ailə ilə təmasda olub. Bu əlaqənin mahiyyəti və səbəbi isə iş materiallarında göstərilməmiş, aydınlaşdırılmamışdır. Əgər tutulma küçədə qəfil olubsa, onda polis ilə təqsirləndirilən şəxsin həyat yoldaşının arasında hadisədən məhz 1 gün əvvəl SMS mətni nə ilə izah olunur? Məhz həmin SMS mətni və 01 fevral 2025-ci il tarixli, “saxlanılmış şəxsin özünə xəsarət yetirməsi haqqında” akt tutulmanın spontan küçə şəraitində baş verməsi barədə ittiham tərəfinin versiyasının inandırıcılığını azaldır və hadisənin əvvəlcədən planlaşdırılmış və fərqli şəraitdə baş verdiyini göstərən hallar hesab olunur. Odur ki, tutulmanın real vaxtı ilə rəsmiləşdirilmiş vaxt arasında əhəmiyyətli boşluq vardır. Buradan aşkar şəkildə görünür ki, təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş həyat yoldaşının məhkəmə iclaslarında bildirdiyi kimi, o 31 yanvar 2025ci il tarixdə səhər radələrində yaşadığı mənzilin içərisindən tutularaq polis əməkdaşları tərəfindən aparılmış, lakin sənədlər 1 gün sonra, 01 fevral 2025-ci il tarixdə rəsmiləşdirilmişdir. Belə bir nəticəyə gəlinir ki, qeyd edilən maddə ilə elan edilmiş ittihamın əsaslandığı sübutlar ya qanunsuz əldə olunub, ya da onların etibarlılığı ciddi şübhə altındadır. Odur ki, CPM-in tələblərinə əsasən şəxsin tutulduğu andan etibarən onun hüquqları təmin edilməli və tutulma qanunda nəzərdə tutulmuş qaydada dərhal rəsmiləşdirilməlidir. Göstərilənlərə əsasən cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın həll edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Bu baxımdan məhkəmə cinayət işinin materiallarında olan 01 fevral 2025-ci il tarixli, şübhəli şəxsi tutulması haqqında protokolu, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolunu, 03 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunu, şahidlərin dindirilməsi protokollarını məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, qeyd edilən prosessual sənədlər işin həqiqi hallarına uyğun gəlmir, həmin sənədlərdə Təqsirləndirilən şəxs iradəsi təhrif edilmiş formada öz əksini tapmışdır. Göründüyü kimi işin həqiqi halları qeyd edilən ibtidai istintaq protokollarında tamamilə təhrif edilmişdir. Bunun əksi olaraq mobil telefonların anten əhatə dairələri məlumatları ilə bağlı mobil operatorlardan daxil olmuş 03 ədəd disk sübut maddi qismində qiymətləndirilməli və iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, mövcud ziddiyyətlər və sübutların etibarlılığına dair yaranmış şübhələr aradan qaldırılmadığından, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə də, məhkəmə təqsirləndirilən şəxs barəsində verilmiş ittihamlardan CM-in 234.1-ci maddəsi ilə bəraət hökmü çıxarmağı qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş qeyd edilən prosessual sənədlər təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, protokollarda şübhəli və təqsirləndirilən şəxsin iradəsi təhrif edilmiş formada əks etdirildiyi üçün, həmin protokollar mümkün olmayan sübut növü kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut növü kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin əsas funksiyası ədalət mühakiməsinin həyata keçirilməsi çərçivəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirli və ya təqsirsiz olmasının müəyyən edilməsindən ibarətdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli Qərarına əsasən məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X6 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X9 X6 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. CPM-nin 134.1-ci maddəsinə əsasən, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. CPM-nin 134.2-ci maddəsinin 134.2.11 və 134.2.13 bəndlərinə görə, cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəlləyə müvafiq tərtib edilmiş aşağıdakı istintaq hərəkətlərinin protokolları sübut kimi istifadə oluna bilər: dindirmə, üzləşdirmə və ifadəni yerində yoxlama; istintaq eksperimenti. CPM-nin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət- Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs, yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna dair əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsinə əsasən ittiham - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsiplərini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında’’ Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Sübutun mümkünlüyü onun bir sıra digər xüsusiyyətlərinə (həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilmə hallarına) dair şübhələrin olmamasını nəzərdə tutur. Mənsubiyyət meyarı sübutun məzmununa yönəlirsə, sübutun mümkünlüyü meyarı daha çox prosessual formaya yönəlmiş tələb kimi çıxış edir. İstər əldə edilməsi, istər rəsmiləşdirilməsi və ya təqdim edilməsi zamanı ciddi pozuntulara yol verilmiş sübut artıq mümkünlük tələbinə cavab verən hesab oluna bilməz. Sübutun mötəbərliyi isə daha çox onun həqiqətə uyğunluğu kimi izah olunur. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla - onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. “Barbera, Messege və Habardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 0,266 qram psixotrop maddə-metamfetaminin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər mötəbər sübutlar toplanılmamışdır. Hər bir əməlin cinayət olması üçün 4 tərkib əlamətinin mövcud olması zəruridir. Bunlar obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhətdir. Həmin tərkib əlamətlərindən birinin olmaması əməlin cinayət olmaması anlamına gəlir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarında qeyd olunmuşdur ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Hazırki iş üzrə də məhkəmə qərarı ilə alınmış mobil telefon danışıqları barədə məlumatlara baxış zamanı və şahid ifadəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdə səhər saatlarında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqsirliliyindəki şübhələr başqa sübutlarla aradan qaldırıla bilinmir və buna görə də təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. CPM-nin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 55.2-ci maddəsinə əsasən haqqında məhkəmənin bəraət hökmü çıxarılmış hər hansı şəxs təqsirsiz sayılır. Qeyd olunan normalara, eləcə də CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə əsasən şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). CPM-nin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü həmçinin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs verilmiş ittihamlardan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə hər bir ittiham epizodunu ayrıca və müstəqil şəkildə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X28 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X29 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş oğurluq ittihamı ilə bağlı özünü tam təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğurluq əməlini törətməmişdir. 31 yanvar 2025-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yerləşən qayınatasının evində olan zaman polis əməkdaşları onu tutmuşdur. Polis bölməsində ona qarşı fiziki və psixi zorakılıq tətbiq etmişlər və döyülmüşdür. 29 yanvar 2025-ci il tarixdə həyat yoldaşına yeni telefon almaq üçün ona məxsus olan qızıl qolbağını satmaq üçün «Brend» ticarət mərkəzinin 1-ci mərtəbəsində olan qızıl alqı-satqı yerinə yaxınlaşmışlar, həyat yoldaşının qolbağını orada işləyən satıcıya göstərmişlər, o da həmin qızıl qolbağa görə 541 manat pul təklif etmiş və onunla razılaşaraq, həmin qolbağı satmışlar. Polislər qızıl satıb-satmadığını soruşduqda, onlara həyat yoldaşının qızılını satdığını bildirmişdir. Qorxduğu üçün polis əməkdaşlarının dedikləri ilə razılaşıb, ibtidai istintaq dövründə etirafedici ifadə vermişdir. 31 yanvar 2025-ci il tarixdə tutulmuş, 01 fevral 2025-ci il tarixdə axşam saatlarında polis əməkdaşları onu yaşadığı evə aparmış, polislər qızılları pəncərənin qarşısına qoymuşlar, onların dediklərini etmişdir və bu zaman fotoşəkil çəkmişlər. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ilkin olaraq zərərçəkmiş şəxsin evi ilə onun evi arasında təxminən 40 metr məsafə vardır və zərərçəkmiş şəxslə tanışlıqlarının olmadığını bildirsə də, onlar qonşu olmuşlar. 18 yanvar 2025-ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan ünvan 8 ünvanına baxış zamanı otaqda olan güzgülü termonun üzərində olan “Galaxy A52” markalı mobil telefonun karobkasının üzərindən və otağın plastik materialdan hazırlanmış pəncərəsinin üzərindən əl-barmaq izləri aşkar olunaraq müvafiq qaydada skoçla (yapışqan lentlə) götürülüb bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Həmin izlərin kimə məxsus olmasının müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza təyin edilmişdir. Odur ki, məhkəmə daktiloskopik ekspertizasının 10 aprel 2025-ci il tarixli, 3/304 saylı rəyinin nəticəvi hissəsindən də görünür ki, təqdim edilmiş 1,2,3,4,5,6 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin adsız barmağından, 3 saylı daktilolentin səthindəki əlbarmaq izi isə onun sağ əlinin çeçələ barmağından qalmışdır. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin evinə daxil olub oğurluq etmədiyini bildirsə də, hadisə yeri olan evin oğurluq edilən əşyaları olan hissəsindən götürülmüş əl-barmaq izlərinin onun əl barmaq izləri olması, eynilik təşkil etməsi ekspert rəyi ilə tam təsdiq olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 28 yanvar 2025-ci il tarixli məktubundan da görünür ki, Suraxanı RPİ-nin 21 yanvar 2025-ci il tarixli, 3-13-54/2-1208/2025 nömrəli məktubu vasitəsilə 18 yanvar 2025-ci il tarixdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 27 yanvar 2025-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (yataq otağında “Galaxy A52” karobkasının üzərindən götürülmüş) (ADİS-in məlumat bankına BƏSİİ-dən daxil olan) xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta və adsız barmaqlarının əksləri, 02 ədədi (yataq otağında “Galaxy A52" karobkasının üzərindən götürülmüş) (İAMAS məlumat bankında olan) xx.xx.1980-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş Zərərçəkmiş şəxs sol əlinin şəhadət və orta barmaqlarının əksləri ilə eynilik müəyyən etmişdir. Bundan başqa, 01 fevral 2025-ci il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarının bir hissəsini satdıqdan sonra qalan hissəsini yaşadığı ünvan 9 ünvanında yerləşən evdə saxlamışdır. Həmin əşyaları təhqiqata təqdim etmək istədiyini bildirmiş, bununla əlaqədar onun yaşadığı həmin ünvana gəlmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs həmin zinət əşyalarını təqdim edərək bildirmişdir ki, 17 yanvar 2025-ci il tarixdə ünvan 8 ünvanında yaşayan qonşusu X18 yaşadığı evə pəncərədən qanunsuz daxil olaraq oğurlamışdır. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə təqdim etdiyi əşyaların ona məxsus olduğunu və 17 yanvar 2025-ci il tarixdə yaşadığı evdən oğurlanmış əşyalar olduğunu bildirmişdir. Həmçinin 01 fevral 2025-ci il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən “Brend” ticarət mərkəzini göstərib qonşusu X18 yaşadığı evə pəncərədən qanunsuz daxil olaraq oğurladığı əşyalardan bir ədəd qızıl qadın qolbağını həmin yerə satdığını bildirmişdir. Baxış zamanı “Brend” ticarət mərkəzini işlədən Şahid2 Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin bir neçə gün əvvəl bir nəfər qadınla gələrək ona özününkü kimi təqdim edib bir ədəd qızıl qadın qolbağı və bir neçə ədəd bijuteriya satmaq istəməsini bildirdiyini demişdir. Nəticədə, təqsirləndirilən şəxsin evindən oğurlanmış əşyaların aşkar olunması, zərərçəkmiş şəxs tərəfindən onların tanınması, oğurlanmış əşyaların satılması faktı və bu halın şahid ifadəsi ilə təsdiqlənməsi, eləcə də hadisə yerindən götürülmüş daktiloskopik izlərin ona məxsus olması birlikdə qiymətləndirildikdə, məhkəmə tərəfindən onun oğurluq cinayət əməlini törətməsi barədə qəti nəticəyə gəlməyə əsas verir. Odur ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunan xüsusatlarla ittihamda qeyd edilən oğurluq əməlinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapır. Təqsirləndirilən şəxs barəsində əvvəllər də dəfələrlə Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə ittihamedici hökmlər çıxarılmış və prosessual hərəkətlərin hansı formada keçirilməsi, bunun nəticələri ilə bağlı kifayət qədər məlumatlı olmuşdur. Odur ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin oğurluq cinayət əməli ilə bağlı məhkəmə istintaqı zamanı bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və ifadəsinə göstərdiyi hallar məhkəmə tərəfindən inandırıcı hesab edilmir, çünki həmin hallar iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təkzib olunmuşdur. Məhkəmə sübutların hər birini ayrıca və onların məcmusunu qarşılıqlı əlaqədə qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla talama-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət – vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Cinayət qanunvericiliyində mülkiyyətin bütün formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. X28 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. Talama özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə, özünün və ya başqa şəxslərin xeyrinə keçirmədə ifadə olunur. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə edilməmiş, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Odur ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə daktiloskopik ekspertizasının 10 aprel 2025-ci il tarixli, 3/304 saylı rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 dekabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmin məhkəmənin 29 dekabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.3-cü maddələri tətbiq edilməklə, 02 il 09 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra, o, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 may 2007-ci il tarixli hökmü ilə CM-in 149.3.3, 150.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 67.1-ci maddələri tətbiq edilməklə, 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 22 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 1(010)-172/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmaqla və cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, ona qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 1(010)-44/2025 saylı hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5 və 69.3-cü maddələri tətbiq edilməklə əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmaqla və cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, ona qəti olaraq 01 il 08 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, 1(103)-2048/2025 saylı qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə məhkum olunmasına dair 31 iyul 2025-ci il tarixli, 1(010)-44/2025 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilmiş, üzərində qəti olaraq olaraq 01 (bir) il 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.5-ci maddəsinə isə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 may 2007-ci il tarixli hökmü ilə xüsusilə ağır cinayət əməlinə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi 22 yanvar 2022-ci il tarixdən 08 il keçməmiş, 2025-ci ilin yanvar ayında, yenidən qəsdən cinayət əməli törətmişdir. Buna görə də, o, həmin hissədə məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. Təqsirləndirilən şəxs İİİ qrup əlilliyinin olması məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz orqanizmin funksiyalarının pozulması İİİ qrup əlillik hesab olunur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CMnin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əvvəlki cinayət əməllərindən nəticə çıxarmadığı və islah olunmadığı qənaətinə gəlmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra cəzanı çəkib qurtarmış şəxsin hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu təqdirdə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin əməlində cinayətin residivi var, o, islah olunmayaraq məhkumluğu ödənilmədən və götürülmədən yenidən cinayət əməli törətmişdir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə verilmiş ittihamdan rəqəmlə ifadədə CM-nin 177.2.2-ci maddəsi və “təkrar” sözü xaric edilməli və bu maddə ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 1(010)-44/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2025-ci il tarixli, 1(103)-2048/2025 saylı qərarı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə məhkum olunmasına dair tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət və Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə olan 1(010)-172/2025 saylı cinayət işi üzrə tutulduğu müddət cəmi Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, cinayət işi üzrə yol verdikləri kobud qanun pozuntuları ilə əlaqədar Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Zabit oğlu və şöbənin polis sahə inspektoru, polis kapitanı Şahid4 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər nazirinə göndərilməli, Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməyən və qalıq qalmış 0,216 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı videogörüntüləri əks etdirən 01 ədəd disk ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməli, iş üzrə maddi sübut qismində saxlanılan 0,216 qram təşkil edən psixotrop maddə-metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılmalı, iş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyərini təşkil edən 89 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməli, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 128 və 65,29 manat olmaqla, cəmi 193,29 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerində olan 01 ədəd qadın qol saatı, 02 ədəd gümüşü rəngli və 01 ədəd qızılı rəngli qadın üzükləri və 01 cüt qızılı rəngli sırğa hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, maddi sübut qismində tanınmış 09 ədəd daktilolentə köçürülmüş əl-barmaq izlərindən 1, 2 və 3 rəqəmləri ilə nömrələnmiş 03 ədəd əl-barmaq izləri köçürülmüş daktilolentlərin iş materiallarında saxlanılması nəzərə alınmalı, mobil operatorlardan anten əhatə dairələri məlumatları ilə bağlı daxil olmuş 03 ədəd DVD disk maddi sübut qismində tanınmalı və iş materiallarında saxlanılması nəzərə alınmalı, Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı dövlət hesabına Vəkillər Kollegiyasının üzvü X22 müdafiə etmiş, sonradan isə müqavilə üzrə müdafiəçi işə cəlb edilmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 4 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 4 iş saatı üçün 44 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X15 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 344-347, 349, 350-353, 355-356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPMnin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə verilmiş ittihamdan rəqəmlə ifadədə CM-nin 177.2.2-ci maddəsi və “təkrar” sözü xaric edilsin və bu maddə ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, 1(010)-44/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2025-ci il tarixli, 1(103)-2048/2025 saylı qərarı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə məhkum olunmasına dair 14 fevral 2024-cü il tarixdən 31 yanvar 2025-ci il tarixədək tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 11 ay 17 gün müddət və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan 1(010)-172/2025 saylı cinayət işi üzrə 07 avqust 2024-cü il tarixdən 09 avqust 2024-cü il tarixədək tutulduğu 02 gün müddət və 11 oktyabr 2024-cü il tarixdən 13 oktyabr 2024-cü il tarixədək tutulduğu 02 gün müddət, ümumilikdə 11 ay 21 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və üzərində 02 il 06 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəza saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə yol verdikləri kobud qanun pozuntuları ilə əlaqədar Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Zabit oğlu və şöbənin polis sahə inspektoru, polis kapitanı Şahid4 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər nazirinə göndərilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməyən və qalıq qalmış 0,216 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı videogörüntüləri əks etdirən 01 ədəd disk ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilsin. İş üzrə maddi sübut qismində saxlanılan 0,216 qram təşkil edən psixotrop maddəmetamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılsın. İş üzrə məhkəmə xərci – keçirilmiş məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyərini təşkil edən 89 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 128 və 65,29 manat olmaqla, cəmi 193,29 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs götürülmüş və saxlanılması üçün Suraxanı RPİ-nin saxlanc yerində olan 01 ədəd qadın qol saatı, 02 ədəd gümüşü rəngli, 01 ədəd qızılı rəngli qadın üzükləri və 01 cüt qızılı rəngli sırğa hökm qanuni qüvvəyə mindikdən sonra, qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Maddi sübut qismində tanınmış 09 ədəd daktilolentə köçürülmüş əl-barmaq izlərindən 1, 2 və 3 rəqəmləri ilə nömrələnmiş 03 ədəd əl-barmaq izləri köçürülmüş daktilolentlərin iş materiallarında saxlanılması nəzərə alınsın. Mobil operatorlardan anten əhatə dairələri məlumatları ilə bağlı daxil olmuş 03 ədəd DVD disk maddi sübut qismində tanınsın və iş materiallarında saxlanılması nəzərə alınsın. Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona dəymiş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi X12 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 4 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 44 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-342/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-342/2025
11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver