Məhkəmə qərarları › İş №1(010)-343/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-343/2021

26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-343/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi4, Müdafiəçi5, Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 iştirakları ilə xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki uşaq anası, “X3 Yardım” X9 və Təftiş komissiyasının sədr müavini işləyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi, 25.01.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində X12 yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi, xx.xx.1991 -ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 322.2-ci maddələri, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 322.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “X10” ictimai birliyin nəzdində fəaliyyət göstərən “Öndər TV”-nin rəhbəri Təqsirləndirilən şəxs3, ictimai birliyinin nəzarət və təftiş komissiyasının sədr müavini Təqsirləndirilən şəxs2, “Öndər TV”-də videooperalor işləyən X8 və ictimai birliyin Bakı şəhəri Suraxanı rayon şöbəsinin sədr müavini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunvericiliyə və ictimai birliyin nizamnaməsinə zidd olaraq ictimai birliyin sədri Zərərçəkmiş şəxs sədrlik vəzifəsindən kənarlaşdırmaqdan ötrü onun əxlaqsızlıqla məşğul olması görüntüsünü yaradaraq, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2021-ci ilin may ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəbinə Mürsəlova istifadəsində olan +**********12 saylı mobil nömrədən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan +**********83 saylı mobil nömrəyə zəng vuraraq, yalandan onu sevdiyini və onunla yaxınlıq etmək istədiyini bildirib, kirayədə yaşadığı Bakı, şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən evə dəvət etmiş, Zərərçəkmiş şəxs Şəbinə Mürsəlovamn evinə gələrək, yeyib içdikdən sonra 07 may 2021-ci il tarixdə, saat 21 radələrində soyunub yataq otağında sonuncu ilə cinsi əlaqədə olmaq istəyərkən, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yataq otağına daxil olmuş, Təqsirləndirilən şəxs2 çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs mobil telefonun videokamerası ilə çəkməyə başlamış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq etməklə, sifətinə və bədənin müxtəlif nahiyyələrinə sillə ilə zərbələr yetirməklə, sonuncuya burun belinin sıyrığı, döş qəfəsinin qançırları və sol sağrının hematomasmdan ibarət sağlamlığına qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurub zor tətbiq etməklə özbaşınalıq, yəni, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkəti özbaşına törətməklə mühüm ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 128 və 322.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “X10” ictimai birliyinin Bakı şəhəri Suraxanı rayon şöbəsinin sədr müavini Təqsirləndirilən şəxs1 birliyin nəzdində fəaliyyət göstərən “Öndər TV”-nin rəhbəri Təqsirləndirilən şəxs3, ictimai birliyin nəzarət və təftiş komissiyasının sədr müavini Təqsirləndirilən şəxs2 və “Öndər TV”-də videooperator işləyən X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunvericiliyə və ictimai birliyin nizamnaməsinə zidd olaraq ictimai birliyin sədri Zərərçəkmiş şəxs sədrlik vəzifəsindən kənarlaşdırmaqdan ötrü onun əxlaqsızlıqla məşğul olması görüntüsünü yaradaraq qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2021-ci ilin may ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəbinə Mürsəlova istifadəsində olan +**********12 saylı mobil nömrədən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan +**********83 saylı mobil nömrəyə zəng vuraraq yalandan onu sevdiyini və onunla yaxınlıq etmək istədiyini bildirib kirayədə yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən evə dəvət etmiş, Zərərçəkmiş şəxs Şəbinə Mürsəlovanın evinə gələrək yeyib içdikdən sonra 07 may 2021-ci il tarixdə saat 21 radələrində soyunub yataq otağında sonuncu ilə cinsi əlaqədə olmaq istəyərkən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yataq otağına daxil olmuş, Təqsirləndirilən şəxs2 çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs mobil telefonun videokamerası ilə çəkməyə başlamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs zor tətbiq etməklə sifətinə və bədənin müxtəlif nahiyyələrinə sillə ilə zərbələr yetirməklə sonuncuya burun belinin sıyrığı, döş qəfəsinin qançırları və sol sağrının heıuatomasmdan ibarət sağlamlığına qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurub zor tətbiq etməklə özbaşınalıq, yəni, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkəti özbaşına törətməklə mühüm ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 128 və 322.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “X10” ictimai birliyin nəzdində fəaliyyət göstərən “Öndər TV”-də videooperator işləyən X8 anasının qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu “Öndər TV”-nin rəhbəri olan Təqsirləndirilən şəxs3 təklifi ilə sonuncu, “X10” ictimai birliyin nəzarət və təftiş komissiyasının sədr müavini Təqsirləndirilən şəxs2 və ictimai birliyin Bakı şəhəri Suraxanı rayon şöbəsinin sədr müavini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, qanunvericiliyə və ictimai birliyin nizamnaməsinə zidd olaraq ictimai birliyin sədri Zərərçəkmiş şəxs sədrlik vəzifəsindən kənarlaşdırmaqdan ötrü onun əxlaqsızlıqla məşğul olması görüntüsünü yaradaraq qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2021-ci ilin may ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəbinə Mürsəlova istifadəsində olan +********** 12 saylı mobil nömrədən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan +**********83 saylı mobil nömrəyə zəng vuraraq yalandan onu sevdiyini və onunla yaxınlıq etmək istədiyini bildirib kirayədə yaşadığı Bakı şəhəri Suraxanı rayonu. Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən evə dəvət etmiş, Zərərçəkmiş şəxs Şəbinə Mürsəlovanın evinə gələrək yeyib içdikdən sonra 07 may 2021-ci il tarixdə saat 21 radələrində soyunub yataq otağında sonuncu ilə cinsi əlaqədə olmaq istəyərkən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yataq otağına daxil olmuş, Təqsirləndirilən şəxs2 çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs mobil telefonun videokamerası ilə çəkməyə başlamış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq etməklə sifətinə və bədənin müxtəlif nahiyyələrinə sillə ilə zərbələr yetirməklə sonuncuya burun belinin sıyrığı, döş qəfəsinin qançırları və sol sağrının hematomasmdan ibarət sağlamlığına qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurub özbaşınalıq, yəni, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkəti özbaşına törətməklə mühüm ziyan vurmuşlar. Bununla da, X8 Azərbaycan Respublikası CM-in 322.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “X10” ictimai birliyinin nəzarət və təftiş komissiyasının sədr müavini işləyən Təqsirləndirilən şəxs2 ictimai birliyin nəzdində fəaliyyət göstərən “Öndər TV”-nin rəhbəri Təqsirləndirilən şəxs3, “Öndər TV”-də videooperator işləyən X8 və ictimai birliyin Bakı şəhəri Suraxanı rayon şöbəsinin sədr müavini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunvericiliyə və ictimai birliyin nizamnaməsinə zidd olaraq ictimai birliyin sədri Zərərçəkmiş şəxs sədrlik vəzifəsindən kənarlaşdırmaqdan ötrü onun əxlaqsızlıqla məşğul olması görüntüsünü yaradaraq qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş cinayətkar razılaşmaya əsasən 2021 -ci ilin may ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəbinə Mürsəlova istifadəsində olan +**********12 saylı mobil nömrədən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan +**********83 saylı mobil nömrəyə zəng vuraraq yalandan onu sevdiyini və onunla yaxınlıq etmək istədiyini bildirib kirayədə yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən evə dəvət etmiş, Zərərçəkmiş şəxs Şəbinə Mürsəlovanın evinə gələrək yeyib içdikdən sonra 07 may 2021 -ci il tarixdə saat 21 radələrində soyunub yataq otağında sonuncu ilə cinsi əlaqədə olmaq istəyərkən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yataq otağına daxil olmuş, Təqsirləndirilən şəxs2 çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs mobil telefonun videokamerası ilə çəkməyə başlamış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq etməklə sifətinə və bədənin müxtəlif nahiyyələrinə sillə ilə zərbələr yetirməklə sonuncuya burun belinin sıyrığı, döş qəfəsinin qançırları və sol sağrının hematomasmdan ibarət sağlamlığına qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurub özbaşınalıq, yəni, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkəti özbaşına törətməklə mühüm ziyan vurmuşlar. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 322.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası CM-in 128-ji və 322.2-ci maddələri ilə elan edilmiş ittihamla tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iş üzrə Zərərçəkmiş şəxs 2021 -ci ilin aprel ayından tanıyır. O, 2021-ci ilin aprel ayında “X10” İctimai Birlikdə komissiya sədri işləyən Zığ qəsəbə sakini tanışı Cavad ilə qəsəbədə yas mərasimində görüşəndə sonuncu ona demişdir ki, birliyin sədri Zərərçəkmiş şəxs xahiş edər ki, onu işə götürsün. O, da, razılaşmışdır. Cavad onu Zərərçəkmiş şəxs Masazır qəsəbəsində yerləşən ofisinə göndərmişdir. Orada Nəbi ilə tanış olmuşdur. Nəbi ona demişdir ki, birliyin nəzdində olan “Öndər TV” youtube kanalının icraçı direktoru vəzifəsi boşdur, onu həmin vəzifəyə təyin edir. Oradaca ona ərizə yazdırmadan vəsiqə vermişdir. Vəsiqədə onun “Öndər TV” youtube kanalının icraçı direktoru vəzifəsi tutduğu göstərilmişdir. Eyni zamanda onu şifahi olaraq birliyin Xəzər rayon şöbəsinin müdürü vəzifəsinə təyin etmişdir. Nəbi birliyin üzvlərindən ibarət Whatsapp qruplarında bu barədə elan vermişdir. X4 anası Sədaqət Mürsəlova ilə yaxın münasibətdədir. Səbinəni Nəbi onun xahişi ilə “Öndər TV” kanalma operator işinə götürmüşdür. X16 metrosunun yaxınlığında “Vətən Mühafizə” təşkilatının yerləşdiyi ofisdə yerləşirmiş. Həmin təşkilat tərəfindən onlara bir otaq verilmişdir. Onun Rasim və Abbas adlı işçiləri var imiş. Onlar birlik tərəfindən əmək haqqı almırdılar. O, həmişə ofisə gəlmirmiş, 4-5 gündən bir ofisə gedirmiş. Nəbi iclasları “Whatsapp” qruplarında edirmiş. O, ictimai birliyinin nəzarət və təftiş komissiyasının sədr müavini Təqsirləndirilən şəxs2, X8 və ictimai birliyin Bakı şəhəri Suraxanı rayon şöbəsinin sədr müavini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs sədrlik vəzifəsindən kənarlaşdırmaqdan ötrü onun əxlaqsızlıqla məşğul olması görüntüsünü yaradaraq, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən 2021-ci ilin may ayının əvvəllərində Şəbinə Mürsəlova istifadəsində olan +**********12 saylı mobil nömrədən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan +**********83 saylı mobil nömrəyə zəng vuraraq, yalandan onu sevdiyini və onunla yaxınlıq etmək istədiyini bildirib, kirayədə yaşadığı Bakı, şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən evə dəvət etmiş, Zərərçəkmiş şəxs Şəbinə Mürsəlovamn evinə gələrək, yeyib içdikdən sonra 07 may 2021ci il tarixdə, saat 21 radələrində soyunub yataq otağında sonuncu ilə cinsi əlaqədə olmaq istəyərkən, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yataq otağına daxil olmuş, Təqsirləndirilən şəxs2 çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs mobil telefonun videokamerası ilə çəkməyə başlamış, o, və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zor tətbiq etməklə, sifətinə və bədənin müxtəlif nahiyyələrinə sillə ilə zərbələr yetirmişlər. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası CMin 128 və 322.2-ci maddələri ilə elan edilmiş ittihamla tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, o, iş üzrə Zərərçəkmiş şəxs 2021-ci ilin mart ayından tanıyır. Belə ki, o, 2021-ci ilin mart ayının 31-də mühafizəçi kimi işə qəbul olunmaq üçün “Vətən Mühafizə” təşkilatının yerləşdiyi H.Aslanov metrosunun yaxınlığındakı M.Hadi küçəsində yerləşən ofisinə getmişdir. Zərərçəkmiş şəxs ilk dəfə orada görmüşdür. Nəbi orada 31 mart soyqırımı ilə bağlı tədbir keçirirmiş. Etibar Qasımov “Vətən Mühafizə” xidmətinin rəisdir. Etibar Qasımovu görməmişdir. Zərərçəkmiş şəxs isə “X10” İctimai Birliyinin sədri imiş. Orada mühafizə xidmətinin kadrlar şöbəsindən ona 300 manat maaşlı mühafizəçi iş yeri təklif edilmiş, o, isə maaş az olduğuna görə qəbul etməmişdir. Könüllü olaraq Zərərçəkmiş şəxs iclasında iştirak etmişdir. İclasda qonşu Zaur Ağayevi görmüşdür. Zaur ictimai birliyin Suraxanı rayon şöbəsinin sədri imiş. Zaur onu Nəbi ilə tanış etmişdir. Nəbinin icazəsi ilə Zaur onu özünə müavin təyin etdirmişdir. Nəbi ona 13 aprel 2021-ci il tarixdə birliyin Suraxanı rayon şöbəsinin nıüdür müavini olmağı barədə vəsiqə vermişdir. Ona vəsiqə verməyinə görə pul istəməmişdir. İşçilərə birlik tərəfindən maaş verilmirmiş. Zərərçəkmiş şəxs sözünə görə birlik təzə yarandığına görə maaş verilməyəcək, bir müddətdən sonra birliyin fəaliyyəti genişlənəndən sonra birliyə maliyyə dəstəyi olacaq, onda işçilərə maaş veriləcəkdir. Təqsirləndirilən şəxs3 birliyin nəzdində olan “Öndər Tv”-nin rəhbəri kimi tanıyırmış. Şəbinə Mürsəlova həmin tv-də operator imiş. Təqsirləndirilən şəxs2 da, birliyin işçisi imiş. O, “Öndər TV”-nin rəhbəri Təqsirləndirilən şəxs3, ictimai birliyin nəzarət və təftiş komissiyasının sədr müavini Təqsirləndirilən şəxs2 və “Öndər TV”-də videooperator işləyən X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, birliyin sədri Zərərçəkmiş şəxs sədrlik vəzifəsindən kənarlaşdırmaqdan ötrü onun əxlaqsızlıqla məşğul olması görüntüsünü yaradaraq, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən 2021-ci ilin may ayının əvvəllərində Şəbinə Mürsəlova istifadəsində olan +**********12 saylı mobil nömrədən “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan +**********83 saylı mobil nömrəyə zəng vuraraq, yalandan onu sevdiyini və onunla yaxınlıq etmək istədiyini bildirib, kirayədə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən evə dəvət etmiş, Zərərçəkmiş şəxs Şəbinə Mürsəlovanın evinə gələrək, yeyib içdikdən sonra 07 may 2021-ci il tarixdə saat 21 radələrində soyunub yataq otağında sonuncu ilə cinsi əlaqədə olmaq istəyərkən, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yataq otağına daxil olmuş, Təqsirləndirilən şəxs2 çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs mobil telefonun videokamerası ilə çəkməyə başlamış, o, və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs zor tətbiq etməklə, sifətinə və bədənin müxtəlif nahiyyələrinə sillə ilə zərbələr yetirmişlər. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-in 322.1 -ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəldən tanıdığı iş üzrə Təqsirləndirilən şəxs3 2021-ci ilin aprel ayında ona demişdir ki, onu işlədiyi “X10” İctimai birliyin nəzdində olan “Öndər TV” youtube kanalına operator kimi işə götürəcək, işi öyrəndikdən sonra başqa işlərdə işləyə bilər. O, da, razılaşmış, bundan sonra Vüqar onu H.Aslanov metrosunun yaxınlığında yerləşən “Vətən Mühafizə” təşkilatının ofisinə aparmışdır. “X10” İctimai birliyin sədri Zərərçəkmiş şəxs ilk dəfə orada görmüşdür. Vüqar onu Nəbi ilə tanış etmişdir. Nəbi onu operator kimi işə götürmüşdür. Aradan 2-3 gün keçdikdən sonra Nəbi ona xidməti vəsiqə vermişdir. Təqsirləndirilən şəxs2, Cavad, Eldar və başqa işçiləri də, orada tanımışdır. 3-4 gündən bir ofisə gedirmiş. Bir neçə dəfə mobil telefonla Nəbinin ofisdə keçirilən iclasını operator kimi çəkmişdir. Əmək haqqı olmadığına görə işdən çıxmaq istəyirmiş. Günay ona demişdir ki, Zərərçəkmiş şəxs birliyin qadın işçilərinə əxlaqsız təkliflər edir, hətta ona da, bu cür təkliflər edib, Zərərçəkmiş şəxs sədrlik vəzifəsinə daşımağa layiq deyil. Günayın Vüqarla münasibəti yaxşı imiş. Günay Vüqara təklif etmişdir ki, o, Nəbi ilə yalandan münasibət qursun, ondan guya xoşlandığını və yaxınlıq etmək istədiyini desin və yaşadığı evə dəvət etsin, onlar da, evində onun əxlaqsızlıqla məşğul olmasını videokameraya çəkib onu sədrlik vəzifəsindən kənarlaşdırsınlar. Günay bu barədə birbaşa ona deməsə də, Vüqara demişdir. Vüqar da, ona bu barədə əvvəllər yaşadığı Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən evdə demişdir. O, da, razılaşmışdır. O, istəyirmiş ki, bu cür əxlaqsız şəxs sədrlikdən çıxsın. Bundan sonra Nəbinin istifadəsində olan mobil nömrənin Whatsappına istifadəsində olan ***-***-**-** mobil nömrə ilə yazıb onunla isti münasibət yaratmışdır. Nəbi ona təklif edirmiş ki, onun Masazır qəsəbəsindəki ofisində onun yanında işləsin, kompüteri onu öyrətsin. Bir dəfə onun Masazırdakı ofisinə getsə də, yol uzaq olduğuna görə bir daha getməmişdir. Nəbi ona deyirmiş ki, əmək haqqına görə narahat olmasın, ona torpaq verəcək. Tez-tez whatsappda yazışırmışlar. O, ona yalandan demişdir ki, ondan xoşu gəlir. 2-3 gün Nəbi ilə yazışmışlar. 06 may 2021-ci il tarixdə whatsappda Nəbi ona demişdir ki, paltarlarını soyunub videosu çəkib ona göndərsin. O, da, Nəbiyə demişdir ki, görüntülü danışaq, görüntülü danışanda soyunar. Nəbi ilə görüntülü danışanda Nəbinin xahişi ilə soyunmuşdur. Həmin kadrı qeydə alsa da, mobil telefonu qalmamışdır. Nəbi ilə danışanda Nəbi demişdir ki, evinə gəlib onu görmək istəyir. O, da, ona razılıq vermişdir. Çünki, Vüqar demişdir ki, Nəbini evə dəvət etsin. Sabahsı gün günorta saatlarında Nəbi whatsappda ona zəng vuraraq demişdir ki, müavini İlhamla iftar süfrəsinə gələcək, yemək hazırlasın. O, da, yemək hazırlamışdır. Anası həmin gün Türkan qəsəbəsində bacısı Nəsibənin evində imiş. Anasına bu barədə deməmişdir. Nəbinin evə dəvət etməsini Günaya və Vüqara demişdir ki, əvvəlcədən hazırlaşsınlar. Onlar demişlər ki, narahat olmasın yaxınlıqda olacaqlar, o, onu yataq otağına aparsın, yataq otağında Nəbi soyunduqda onun zəngindən sonra evə daxil olacaqlar. Günay ona əvvəlcədən demişdir ki, o, Vüqar və İbrahimlə evə gələcəklər. Axşam saatlarında İlham və Nəbi evinə gəlmişdir. Nəbi özü ilə spirtli içki gətirmişdir. Onlar ikinci mərtəbədə qonaq otağında yeyib içmişlər. Nəbi spirtli içki qəbul etmişdir. O, da, bir az spirtli içki qəbul etmişdir. Nəbi İlhama demişdir ki, həyətdə onu gözləsin. İlham getmişdir. O, aşağı düşüb Günaya zəng vurub demişdir ki, İlham evin qarşısında gözləyir. Nəbi isə qonaq otağında sərxoş vəziyyətdədir, onunla yaxınlıq etmək istəyir. Günay ona demişdir ki, hamama daxil olub, o, gələnə qədər bayıra çıxmasın. O, bir az hamamda yubanmışdır. Hamamda olanda Günayla yazışırmış. Nəbi özü ilə gətirdiyi “viaqra” həbini qəbul etmişdir. O, hamamdan çıxanda Nəbi artıq paltarlarını qonaq otağında soyunub yataq otağında çarpayıda uzanmışdır. O, da, alt paltarları ilə yataq otağına keçmiş və Nəbiyə demişdir ki, bir az söhbət edək. Gözləyirmiş ki, Vüqargil evə gəlsin. Bir neçə dəqiqədən sonra Günay, Vüqar və İbrahim yataq otağında daxil olmuşlar. Günay otağa daxil olanda əlində mobil telefonla videoya çəkməyə başlamışdır. O, isə otaqdan çıxmışdır ki, kameraya düşməsin. Vüqar əsəbləşib Nəbinin sifətinə sillə ilə bir neçə dəfə vurub təhqir edirmiş. O, həmin otaqda qalmamışdır. Nəbi otaqdan çıxmaq istəyəndə Vüqar və İbrahim onu otaqdan bayıra çıxmağa qoymamışlar. Çünki, lüt imiş, sərxoş vəziyyətdə olduğuna görə paltarlarını geyinmədən evdən qaçmaq istəyirmiş. Nəbi qaçmaq istəyəndə sərxoş olduğuna görə pilləkənlərdən yıxılmışdır. Bundan sonra birlikdə işləyən Cavad və Eldar evə gəlmişlər. Onlar da, evin birinci mərtəbəsində Nəbini lüt görmüşlər. Cavad İbrahimə demişdir ki, Nəbinin paltarlarını versin. Çünki, Günaygil evə gələndə Nəbinin paltarlarını soyunduğu qonaq otağından götürüb mətbəxtə tullamışdır. Günay Nəbiyə demişdir ki, evdən lüt çıxıb gedər. İbrahim də, mətbəxtdən Nəbinin paltarlarını, mobil telefonlarını, pul kartını və pulunu ona qaytarmışdır. Nəbi paltarlarım geyinib çıxıb getmişdir. Onlar əvvəlcədən planlaşdırmışlar ki, Nəbinin əxlaqsızlıqla məşğul olmasını ifşa etsinlər və onu vəzifədən kənarlaşdırsınlar. X15 döyəcəyini ona əvvəlcədən deməmişdir. Ona demişlər ki, onu videoya çəkib şərt qoyarıq ki, vəzifəsindən istefa versin, ya da polisə şikayət edərik. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda “X3 Yardım” X9 və Təftiş Komissiyasının sədr müavini işləyir. Eyni zamanda “Vətən Mühafizə” Təşkilatında ictimai şöbənin müdür müavini işləyir. Zərərçəkmiş şəxs iki ilə yaxındır ki, tanıyır. Zərərçəkmiş şəxs “X10” İctimai birliyin sədri kimi tanıyır. Həmin birlikdə iki ilə yaxın işləmişdir. Həmin birlikdə Nəzarət və Təftiş Komissiyasının sədr müavini işləmişdir. Zərərçəkmiş şəxs birliyin vəzifələrini pulla satırmış, yəni vəsiqələri pulla paylayırmış. Zərərçəkmiş şəxs ofisi Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 143 ünvanında yerləşən yaşadığı evin qarşısında imiş. Nəbi birliyin qadın üzvlərinə qarşı əxlaqsız təkliflər edirmiş. Ona da, belə təklif etmişdir. Hətta Nəbinin onunla yaxınlıq etmək istəməsi və üstünə cumması barədə səs yazıları vardır. Təqsirləndirilən şəxs3 birliyin nəzdində olan “Öndər TV” youtube kanalının icraçı direktoru işləyirmiş. Təqsirləndirilən şəxs3 Şəbinə Mürsəlovanın anası ilə qeyri-rəsmi ər-arvad münasibətindədirlər. Şəbinə də, Vüqarın təklifi ilə “Öndər TV” kanalında videooperator işinə düzəlmişdir. 06 may 2021-ci il tarixdə Şəbinə ona zəng vuraraq demişdir ki, o, Nəbi ilə danışır, Nəbi ona vəzifə təklif edir, buna görə də, onunla yaxınlıq etmək istəyir və evinə dəvət edib. O, ona demişdir ki, özü bilər. 07 may 2021-ci il tarixdə səhər saatlarında Şəbinə ilə danışanda Şəbinə demişdir ki, Nəbini axşam saatlarında evinə dəvət edəcəkdir. O, da, bu barədə Vüqara və İbrahimə zəng vurub demişdir. Onlar fikirləşmişdir ki, Nəbi Səbinənin evinə getsə, onunla yaxınlıq etmək istəyəcəkdir. Şəbinə ilə razılaşmışlar ki, Nəbi evinə gələndə ona zəng vursun. Onların niyyəti Nəbinin əxlaqsız hərəkətlərini ifşa etmək imiş. Çünki, Nəbiyə əxlaqsızlığını başqa cür sübut etmək olmurmuş. Həmin tarixdə axşam saatlarında Şəbinə Mürsəlova istifadəsində olan ***-***- **-** saylı mobil nömrənin Whatsappı ilə ona zəng vuraraq demişdir ki, Zərərçəkmiş şəxs ona zəng vuraraq sənədləri verməkdən ötrü evinə gəlmək istəyir, yanındakı İlhamın oruc olduğunu, iftar açmaq üçün yemək hazırlaması barədə xahiş edir. O, bu barədə Təqsirləndirilən şəxs3 “Whatsapp”-la zəng vurub məlumat vermişdir. Vüqar Türkan qəsəbəsində yaşayır. Vüqar və birliyin Suraxanı rayon şöbəsinin müdür müavini İbrahimi Hövsan qəsəbəsində “Bizim Market”-in qarşısına çağırmışdır. Bundan başqa birliyin təhlükəsizliyin sədri Eldar və birliyin Bakı kəndlər təşkilatının sədri Cavada da, zəng vurub bu barədə məlumat vermişdir. Onları da, Səbinənin evinə çağırmışdır ki, Nəbinin əxlaqsız hərəkətlərini ifşa, yəni sübut edək və onu sədrlik vəzifəsindən uzaqlaşdıraq. Eldar və Cavadı gözləmədən, onlar Səbinənin evinə piyada getmişlər. Yolda olanda Şəbinə zəng vuraraq ona demişdir ki, Nəbi paltarlarını soyunub onunla yaxınlıq etmək istəyir, Nəbi yataq otağında çarpayıda uzanıb. O, təklif etmişdir ki, Nəbini mobil telefonla videoya çəkək ki, sonradan boynundan atmasın. Onlar Səbinənin evinə çatanda görmüşdür ki, İlham avtomobildə oturub başı mobil telefona qatışıb. Onların evə daxil olduğunu görməmişdir. O, Vüqar və İbrahim evin ikinci mərtəbəsinə qalxmışlar. Qonaq otağında masa üzərində yeməkləri və spirtli içkini görmüşlər. Masa üzərində ehtiraslandırıcı “Viaqra” həblərinin qutusunu görmüşdür. Onlar qonaq otağına daxil olanda, Səbinə və Nəbi yataq otağında imişlər. O, mobil telefonun videokamerasını yandırıb Vüqar və İbrahimlə birlikdə yataq otağına daxil olmuşlar. Yataq otağında çarpayıda Nəbini lüt vəziyyətdə görmüşlər. Səbinə isə ayaqüstə otaqda imiş. Vüqar və İbrahim Nəbinin sifətinə iki-üç dəfə sillə ilə zərbə vurub sifətinə tüpürmüş və Nəbini təhqir etmişlər. Nəbi otaqdan çıxmaq istəyəndə, Vüqar və İbrahim onu tutub saxlamışdır ki, oraya polis çağıraq. O, da, onun videosunu çəkirmiş. Nəbi Vüqargilin əlindən buraxılıb qaçmaq istəyəndə, pilləkəndə yerə yıxılmışdır. Oraya Cavadağa və Eldar gəlmişlər. Cavadağa demişdir ki, polisə zəng vurmağa ehtiyac yoxdur, çünki, ictimai birlik kifayət qədər nüfuza malikdir, Nəbinin bu hərəkətləri barədə bilsələr, birlik nüfuzdan düşər. Nəbi paltarlarını qonaq otağında soyunmuşdur. İbrahim onun paltarlarını Nəbinin özünə qaytarmışdır. O, Nəbiyə demişdir ki, o, birliyin sədri vəzifəsinə layiq deyil, birlikdən çıxıb getsin. Lakin Nəbidən orada tələb etməmişdir ki, möhürü təhvil versin və sədrlik vəzifəsini həvalə etməyi barədə bəyanat yazsın, Nəbi paltarlarını geyinib getmişdir. Həmin tarixdə Nəbi birliyin aparat rəhbəri Səmədə zəng vuraraq deyib ki, utanır, xəstəliyi ilə bağlı işləmək istəmir, birliyin möhürünü və sədrliyi təhvil vermək istəyir. İki gün sonra Nəbi yaşadığı evin qarşısındakı ofisdə möhürü Səmədə təhvil vermişdir, bu barədə bəyannamə və akt tərtib olunmuşdur. O, Nəbinin videosunu hadisədən iki gün sonra ona Whatsappla göndərmişdir.Nəbinin videosunu o, yalnız Cavada və Vüqara göndərmişdir. Başqa heç kimə göndərməmiş və yaymamışdır. Lakin sonradan Nəbi guya möhürü itirməsi barədə müraciət etmiş və yeni möhür çıxarmışdır. Halbuki, möhürü özü təhvil vermişdir. Birliyin üzvlərinin bir hissəsi Nəbinin əxlaqsız hərəkətlərini eşitdikdən sonra birliyi tərk etmişlər. Hətta həmin rayon şöbələri də, dağıdılmış. Həmin birliyin üzvlərinin bir hissəsi “X3 Yardım” İctimai Birliyinə keçmişlər. Hazırda Nəbinin lüt vəziyyətdə çəkdiyi video sosial şəbəkələrdə yayılıb. Həmin videonu kimin və ya kimlərin yaydığını bilmir. O, Nəbinin videosunu sosial şəbəkələrə yerləşdirməmişdir. Əgər o, Nəbinin videosunu yaysaydı, həmin ərəfədə yayardı. Törətdiyi əməldən peşmandır Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 31 oktyabr 2019-cu il tarixdə “X10” İctimai Birliyini təsis etmiş və birliyə həmin vaxtdan üzvlər qəbul etməyə başlamışdır. Onların ümumi işi dövlətin daxili və xarici siyasətini müdafiə və təbliğ etmək, dövlətin və cəmiyyətin inkişafına dəstək, milli mənəvi dəyərlərini qorumaq və digər ictimai vəzifələrdən ibarətdir. Respublikanın hər hansı bir regionunda dövlətçiliyə və hökümətə hər hansı bir vətəndaş aqressiv narazılığını bildirəndə o, birliyin üzvlərini həmin rayona göndərib, vətəndaşın narazılığının səbəbini araşdırıb mümkün qədər rayon icra hakimiyyəti qarşısında problemin həlli ilə bağlı məsələ qaldırırmış. Bir çox problemlərin həllinə bu yolla nail olmuşlar. Məqsədi qazanc əldə etmək deyil. O, bu dövlət üçün yaşayır və prezidentinə canı könüldən bağlıdır. O, 10 dekabr 2019-cu il tarixdə “Öndər TV.AZ” internet televiziya və saytını təsis etmiş, lakin televiziya kimi fəaliyyət göstərməyib sayt olaraq fəaliyyət göstərir. Təşkilat işçilərə əmək haqqı vermir. O, təşkilatın həm təssisçisi, həm də, rəhbəri olsa da, maaş almır. Çünki, birlik gəlir əldə etməyən birlikdir. Birliyin məqsədi gəlir əldə etmək deyil. Buna baxmayaraq təxminən bir il əvvəl birlik vergi ödəyicisi kimi Sumqayıt 2 saylı ərazi vergilər baş idarəsindən qeydiyyatdan keçib. Ofis Yasamal rayonunda yerləşən “Azərbaycan Nəşriyyatı”-binasınm üçüncü mərtəbəsində yerləşirmiş. Birliyi təssis etməmişdən əvvəl “Azərbaycan Dövlətçiliyinə Milli Dəstək” Mərkəzi kimi fəaliyyət göstərirmiş. Dörd ilə yaxın ofisləri “Azərbaycan Nəşriyyatı”-binasında olub. Ofisin icarə haqqını öz hesabına ödəyirmiş. Birliyin fəaliyyəti üçün Masazır qəsəbəsində yerləşən 2 hektar torpaq sahəsini satmışdır. Pandemiya ilə əlaqədar 2020-ci ilin mart aymda ofisi Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 148 ünvanında köçürmüşdür. Ofis yaşadığı evin qarşısında tikdiyi obyektdə yerləşir. Təxminən bir il bundan qabaq adını xatırlamadığı birliyin üzvü ona X2 şifahi olaraq təqdim edib həmin şəxsin əvvəllər “Riyad” təhlükəsizlik xidmətində mühüm vəzifədə işlədiyini, general olduğunu bildirmişdir. O, da internet saytlarında həmin şəxslə maraqlandıqdan sonra ona hörmət olaraq “X10” İctimai Birliyinin fəxri üzvü olması ilə bağlı 2020-ci ilin təqribən noyabr aymda vəsiqə yazıb adını xatırlamadığı işçiyə vermişdir ki, aparıb Etibar Qasımova təqdim etsin və həmin vaxtdan etibarən onlar bir-birilərini şifahi olaraq tanımışlar. 2021-ci ilin təxminən fevral aymda telefonla Etibar Qasımovla danışmışlar, aralarında səmimi münasibətlər yaranmış, hətta bir neçə dəfə o, birliyin üzvləri ilə birlikdə Etibar Qasımovun Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən ofisində görüşlər keçirmişdir. Həmin vaxtdan sonra Etibar Qasımov ona dəfələrlə zəng edərək birliyə layiqli bildiyi şəxslərin namizədliyini irəli sürüb yanına göndərmiş və o, da, onları üzvlüyə qəbul edirmiş, hətta Etibar Qasımova demişdir ki, təsis etdiyi “Öndər TV.AZ” onlayn internet televiziya və saytı kanalına layiqli əməkdaşlar tapa bilmir, əgər bu işi o, bacararsa, kanalını o işlətsin. Təxminən 2021-ci ilin mart aymda Etibar Qasımovla telefonla danışarkən ona demişdir ki, “Öndər TV.AZ” kanalma layiqli namizədi var, onun adı Təqsirləndirilən şəxs3du və məsləhətdirsə o, Vüqarı “Öndər TV.AZ” kanalma icraçı direktor təyin etsin. O, Vüqarı qəbul edib onunla söhbət etmişdir, onu “X10” İctimai Birliyinə üzv olaraq qəbul etmiş, Vüqar isə öz tanışı X6 gətirib tərifləmiş və sonuncunu üzv olaraq qəbul etmişdir. Bir neçə gün sonra Vüqar ona bildirməyə başlamışdır ki, “Öndər TV.AZ” internet kanalının baş redaktoru və ya icraçı direktoru olması barədə ona vəsiqə versin, o, isə onu bu vəzifəyə layiq olmadığını və hazır olmadığını fikirləşib imtina edirmiş, sonradan Vüqar kanalın bütün sənədlərini və möhürünü ona verilməsini tələb etməyə başlamış, onların münasibətləri pisləşmiş, Vüqar iclaslarda ona qarşı üzvlərin yanında xoşagəlməz ifadələr işlədirmiş, birliyin digər üzvlərini də ona qarşı çıxmağa çağırır və münasibətləri daha da pisləşirmiş. Etibar 2021-ci ilin aprel aymda ona təkidlə bildirirmiş ki, 15 min birliyin üzvü var, hər üzvdən 1 manat aylıq üzvlük haqqı alaq, bu yolla birliyi inkişaf etdirək. O, isə razılaşmamışdır. Hətta deyirmiş ki, o, birliyin mərkəzi ofisini onun Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında yerləşən ofisinə köçürsün, birliyin fəaliyyətini genişləndirmək üçün qrantlar alaq. O, isə istəmirmiş ki, ofisi ona məxsus obyektdə fəaliyyət göstərsin. Hətta onun ofisində iclas keçirəndə birliyin üzvləri, eyni zamanda Etibarın yaxın adamları iclası pozmuşlar və ona təhqir etmişlər. 06 may 2021-ci il tarixdə Şəbinə ona “Whatsapp” vasitəsi ilə görüntülü zəng edərək ona aşiq olduğunu, sevdiyini bildirib, videogörüntülü danışdığı zaman üst paltarını soyunub sinəsini ona göstərib onunla görüşmək istədiyini bildirmiş və onu səhəri gün evinə qonaq dəvət etmişdir. O, da, Səbinənin dediklərini birliyin müavini olan Şahid3 danışmış və 07 may 2021-ci ii tarixdə İlhamla birlikdə saat təxminən 19:30 radələrində Səbinənin yaşadığı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən evinə getmişlər. Orada Səbinə onları qarşılayıb evinə dəvət etmiş, o, evə daxil olduqda görmüşdür ki, Şəbinə yemək bişirib və masada spirtli içki və stakanlarda qırmızı rəngli içkilər varmış. O, Səbinə və İlham oturub yemək yemişlər, o, və Şəbinə bir qədər spirtli içki qəbul etmişlər, İlham oruc saxladığı üçün spirtli içki qəbul etməyib yemək yemişdir. Sonradan Səbinə onunla söhbətinin olduğunu İlhama deyib onun küçəyə çıxmasını xahiş etmişdir. İlham evdən çıxandan sonra Şəbinə onu evdə olan çarpayıya yönəldib paltarlarını soyunmuş və onun da soyunmağını demiş, o, həmin vaxt özündə olmadığından, paltarlarını tam olaraq soyunmuş və Səbinənin sözü ilə çarpayıda uzanmış, bu vaxt Səbinə otaqdan çıxmış və dərhal otağa birliyin üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 daxil olaraq, onu təhqir etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 əlində olan telefonla baş verən hadisəni böyük canfəşanlıqla çəkirmiş, Vüqar onun üstünə qaçaraq, onun baş nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə sillə ilə zərbə vurmağa və onu təhqir etməyə, üzünə tüpürməklə təhqir edirmiş. O, Vüqardan canını qurtarmaq üçün qaçmaq istəmiş, lakin qapı bağlı olduğundan küçəyə çıxa bilməmişdir. Həsən kimi tanıdığı Təqsirləndirilən şəxs1 onu tutub Vüqar isə döyürmüş, İbrahim onu tutub saxlamışdır. Vüqar təsis etdiyi təşkilatın bütün sənədlərini və möhürü ona verməyini, təşkilatın sədrliyindən imtina etməyini və təşkilata sərəncam vermə hüququnu ona və ya onun tələb etdiyi şəxsə yazılı şəkildə təhvil verməyini tələb edirmiş, əks halda çəkdikləri videogörüntünü onu rüsvay etmək üçün bütün sosial şəbəkələrdə yayacaqları ilə hədələyirmiş. Bu zaman otağın qapısı açılmış və içəriyə birliyin digər üzvü Şahid2 daxil olmuş və ona baxıb rişxəndlə gülümsəyirmiş. O, çox qorxmuşdur. Vüqarın onu öldürməsindən qorxurmuş və bir imkan tapıb qapının açıq olmasından istifadə edib İbrahimin əlindən çıxıb qaçmaq istəyən zaman evin ikinci mərtəbəsindən pilləkəndən yıxılmış, bu vaxt o, huşunu itirmiş və özündən getmiş, ayılanda başının üzərində birliyin üzvləri Şahid2 və Cavadağa Ağabalayevin olduqlarını görmüşdür, orada Cavadağa onu ələ salmağa başlamış və xoşagəlməz ifadələr işlədirmiş. O, paltarlarını geyinmək üçün ona verilməsini istəyirmiş, Vüqar isə buna mane olub birlikdən imtina etməyini tələb edirmiş. O, oradan qaça bilmirmiş. Çünki, paltarlarını ona vermirmişlər və qapını içəridən bağlamışlar ki, o, qaça bilməsin. Onun azadlığını məhdudlaşdırmışlar. Lakin, onlar onun birliyin sədrliyindən və hüquqlarının onlara verilməsindən qəti imtina etdiyini başa düşdükdən sonra paltarlarını ona vermişlər, bu hadisə təxminən bir saata yaxın davam etmişdir, onlar sonda bir qədər sakitləşmişlər və o, paltarlarını geyinib evdən küçəyə çıxıb ilhamın idarə etdiyi “Mercedes” markalı avtomobilinə tərəf gedib avtomobilə oturub və onu evinə aparmasını xahiş etmişdir. İlham onu yaşadığı Masazır qəsəbəsində yerləşən evinə gətirmiş, o, özünü çox pis hiss edirmiş, canında ağrılar vardı, iki gün gəzə bilmədiyi üçün evdə qalmışdır. 09 may 2021-ci il tarixdə o, videosunun yayılacağından qorxub öz imzası ilə 09 may 2021-ci il tarixdə sədri olduğu “X10” İctimai Birliyinin sədrliyini guya səhhəti ilə bağlı Etibar Qasımova həvalə etməyi barədə “Bəyanat” yazıb təşkilatın möhürü ilə təsdiq etmiş, həmin günü Səməd Həsənov onun Masazır qəsəbəsi Ə.Vahid küçəsi 148 ünvanında yerləşən ofisinə gəlmiş və o, yazdığı bəyanatın surətini və möhürü Etibar Qasımova verilməsi üçün Səməd Həsənova vermiş və ondan xahiş etdim ki, Günay çəkdiyi videolar silinsin, Səməd Həsənov da ona demişdir ki, 3-4 gün ərzində videolar silinəcək və möhürdə ona qaytarılacaq. Lakin səhəri gün Səməd Həsənov ona zəng edərək rəhbərlik etdiyi təşkilatın bütün hüquqlarını yəni nizamnamə, sertifikat və şəhadətnamənin Etibar Qasımova təhvil verilməsini tələbə etməyə başlamış, o, ona deyəndə ki, nəyə görə belə edirlər, Səməd ona hədə-qorxu gəlmişdir ki, o, 19 yaşlı Səbinəyə qarşı əxlaqsızlıq etmişdir, təşkilata rəhbərlik edə bilməz və qeyd edilən sənədləri onlara verməyini demişdir. O, da, fikirləşmişdir ki, uzun illərdir əziyyətlə təşkilat təsis etmiş və Səməd, Vüqar, Günay və digərləri tərəfindən əvvəlcədən planlaşdırılmış şəkildə Şəbinə tərəfindən aldadılaraq evinə dəvət edilib onun videosu çəkilib. Buna görə də Səmədə demişdir ki, təşkilatı heç kimə verməyəcək və hədə-qorxu yazdığı bəyanatnaməni etibarsız hesab edir. Sonradan birliyin “Whatsapp” qruplarında onun videosu yayılmışdır. Sosial şəbəkələrdə videosunun kim və ya kimlər tərəfindən yayılmasını bilmir. Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsləri və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci və 322.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, özlərinin etirafedici ifadəsi və istintaq protokolları və cinayət işinin materiallarında olan digər sübutlarla da təsdiq edilir. İş üzrə məhkəmə-tibbi ekspertizasının 15 may 2021-ci il tarixli 437 saylı rəyində göstərilmişdir ki, N. Ə.Qafarovun bədən səthində aşkar edilmiş xəsarətlər-burun belinin sıyrığı, döş qəfəsinin qançırları və sol sağrının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 məhkəməyə müraciət edərək, barələrində Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi amnistiya haqqında qərarın tətbiq edilərək cinayət işinə xitam verilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının təsiri altına düşdüklərindən, onlar cinayət məsuliyyətindən azad olunaraq, iş üzrə icraata xitam verilməlidir. Belə ki, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, X7 və Təqsirləndirilən şəxs2 aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 barələrində amnistiya aktının tətbiq edilməsi ilə iş üzrə icraata xitam verilməsinə dair xahişlərini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 AR CM-nin 128-ci və 322.2-ci, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 AR CM-nin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməli və hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, Təqsirləndirilən şəxs4 barsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 186, 321, 344347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 128-ci və 322.2-ci, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci və 322.2-ci, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət təqibinə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, Təqsirləndirilən şəxs4 barsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qərardan elan edildiyi andan 20 gün müddətinə Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar