Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-343/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx.xx.1991-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində - başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən həyət evinin həyət hissəsində Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zəminində qəsdən lapatka ilə sonuncunun ənsə-təpə nahiyyəsinə, yumruq və təpiklə isə ənsə nahiyyəsinə, üz səthinin dodaq nahiyyəsinə və sağ əlinə zərbələr endirməklə alt dodaq keçəcəyinin sıyrığı, alt dodağın selikli qişasının qansızması və əzilmiş səthi yarası, ənsə-təpə nahiyyəsinin şişkinlik və qançırı (hematoması), sıyrığı, ənsə nahiyyəsinin səthi əzilmiş yarası, sağ əlin İ-İİ barmaqarası nahiyyəsinin sıyrığı xəsarətlərini yetirməklə dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs öz ifadəsində bildirmişdir ki, təxminən 04 (dörd) il bundan qabaq Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Q.Vəliyev küçəsi, ev 2/1 ünvanında yerləşən evə anası X1 ilə bir yerdə kirayənişin kimi köçmüşdür. O, evə köçəndə yaşadığı evin həyətində iki ev olmuşdur. Sol hissədə pilləkənlə qalxdıqda Şahid2 oğlu Rəvan və Məhbubənin alası Qəhrəman kişi bir yerdə qalmışdır. O, evə kirayənişin olaraq köçmək barədə razılığı Qəhrəman kişidən almışdır. X3, ona sənədləşmə işlərini qızı Məhbubə xanımla həll etməli olduğumu bildirmişdir. O, qızı Məhbubə ilə danışmış razılığa gəlmişdir. O, Şahid2 ilə kirayə müqaviləsi bağlamış və kirayə haqqını Məhbubə xanıma vermişdir. 01 yanvar 2021-ci il tarixdə Qəhrəman Talıbov vəfat etmişdir. Zərərçəkmiş şəxs bir neçə dəfə yaşadığı evə yaxınlaşmış və kirayədə qaldığı evdən çıxmalı olduğunu bildirdirmişdi. Təqsirləndirilən şəxs də, ona Məhbubə xanımla müqavilə bağladığını Şahid2 ondan tələb elməsə evdən çıxmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs da ona evdən çıxmasa onunla başqa cür danışacağını bildirmişdir. 30 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs və bibisioğlu Şahid1 kirayədə Təqsirləndirilən şəxs kirayədə qaldığı evə gəlmişdir. Şahid1 yaşadığı evin Zərərçəkmiş şəxs məxsus olduğunu və onun həmin evdən çıxmalı olduğunu bildirmişdir. O, da evin sahibinin Məhbubə xanım olduğunu, onun dediyi halda evdən çıxacağını bildirmişdir. Həmin evdə qalmaq ona sərf etdiyindən kirayə pulu münasib olduğundan və uzun müddətdir ki, həmin evdə qaldığından o, evdən çıxmaq istəməmişdir. Təqsirləndirilən şəxs Vüqara məsələlərini gedib Məhbubə ilə həll etmələrini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs həyətə daxil olmuşdur. O, içikili olmuş və Təqsirləndirilən şəxs nalayiq sözlərlə təhqir edərək həyətə daxil olmuşdur. O, Zərərçəkmiş şəxs sinə hissəsindən əli ilə vuraraq onu itələmişdir. Sonra Zərərçəkmiş şəxs, yenidən onun üstünə gəlmiş, bu vaxt Şahid1 onu Təqsirləndirilən şəxs uzaqlaşdırmış və onu park istiqamətində aparmışdır. Sonra Coşqun və bibisioğlu 32-ci polis bölməsinə ərizə yazmaq üçün getmişdir. Təqsirləndirilən şəxs də Məhbubəyə zəng etmişdir. Coşqunun həyətə gələrək dava saldığım bildirmişdir. Şahid2 da ona həyətdən çıxmasını axşam saatlarında- evə getməsini tələb etmişdir. O, həyətin qapısını bağlamış və getmişdir. Axşam evə gəlmişdir. Coşqun yenə Məhbubənin yaşadığı evin küçəyə baxan hissəsində dayanıb Məhbubəni söymüşdür. Məhbubə isə ona pəncərədən getməsini ayılanda gəlməsini tələb etmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs uzaqlaşaraq həmin yerdən getmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində bildirmişdir ki, həmin hadisə 30 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən evin həyətində baş vermişdir. Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olmuşdur. O, Zərərçəkmiş şəxs vurmamışdır. Sadəcə onun üstünə gələndə həmin evin həyətində onu itələmiş və onun gedib işi ilə məşğul olmasını tələb etmişdir. O, Zərərçəkmiş şəxs lapatka yumruq və ya digər alət və ya predmet ilə vurmamışdır. Hadisənin hər hansı digər şəxs və ya şəxslər tərəfindən görülməsini xatırlamır. Ancaq həmin vaxt həyətdə onun özü , Zərərçəkmiş şəxs və Coşqunun bibisioğlu Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində bildirmişdir ki, həmin hadisə 30 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən evin həyətində baş vermişdir. Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olmuşdur. Əvvəl bildirsə belə o, Zərərçəkmiş şəxs vurmamışdır, sonradan onu özünün müdafiəsi, anasının ünvanına söyüş söydüyü üçün yumruqla vurduğunu etiraf etmişdir.Sadəcə onun üstünə gələndə həmin evin həyətində onu itələmiş və onun gedib işi ilə məşğul olmasını tələb etmişdir. O, Zərərçəkmiş şəxs lapatka yumruq və ya digər alət və ya predmet ilə vurmamışdır. Hadisənin hər hansı digər şəxs və ya şəxslər tərəfindən görülməsini xatırlamır. Ancaq həmin vaxt həyətdə onun özü , Zərərçəkmiş şəxs və Coşqunun bibisioğlu Şahid1 olmuşdur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, onun müdafiəçisini, şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, Şahid2 onun bacısıdır. ünvan 3 ünvanında yerləşən həyət və darvaza ilə üzbəüz hissədə yerləşən ev əvvəllər rəsmi qaydada anasına məxsus olmuşdur. O, həmin həyətdə 1993-cü ildə 2 (iki) otaqlı ev tikdirmişdir. Bacısı Şahid2 təxminən 2003-cü ilsə evlənmiş, o da Yeni Günəşlidən ev almış və həmin evə köçmüşdür. Həmin evdə uzun müddət anası ilə atası bir yerdə yaşamışdır. Təxminən 6 (altı) il bundan qabaq anası, 3 il bundan qabaq isə atası vəfat etmiş, həyətdəki evlər boş qalmışdır. Təxminən 02 (iki) il bundan qabaq həyətin boş qalmaması üçün ondan həmin evə köçməsini və yaşamasını xahiş etmiş, Şahid2 da həmin evə təxminən 20 yaşında Rəvan adlı oğlu ilə birlikdə köçmüşdür. Sonra Şahid2 ona bildirmədən və razılığı olmadan həyətdə yerləşən özünün tikdirdiyi evin qapısını sındırıraq Təqsirləndirilən şəxs kirayəyə vermişdir. Təqsirləndirilən şəxs həmin evdə anası ilə birlikdə kirayədə qalmışdır. O, Eminə bir neçə dəfə evin özünə məxsus olduğunu onun həmin evdə kirayədə qalmaq hüququnun olmadığım bildirmişdim. Zərərçəkmiş şəxs hadisə baş verməmişdən 15 gün qabaq həmin evə getmiş və ona 15 gün vaxt verdiyini, 15 gün müddətdində evi tərk etməli olduğunu bildirmişdir. 15 gündən sonra 30 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində yenidən bibisioğlu Şahid1 ilə birlikdə həyətə daxil olmuş və həmin evə yaxınlaşmışdır. Emin evdən çölə çıxmış və o Eminə evi boşaltmalı olduğunu ona 15 gün müddətin başa çatdığını bildirmişdir. O, isə evdən çıxmayacağım bacısı Məhbubə ilə müqavilə bağladığını bildirmişdir. O, həyətin giriş qapısında yerləşən lapatkanı götürmüş və üstünə hücum edərək başının saç olan hissəsinin orta hissəsindən zərbə ilə vurmuşdur. Lapatka ilə bir neçə dəfə onun başından vurduqdan sonra Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Sonra o, təpiklə onun sifətindən qarnından zərbə ilə vurmağa başlamışdır. O, güclə ayağa qalxmışdır. Təqsirləndirilən şəxs yenə onun üzünə bədəninə yumruqla təpiklə zərbələr endirmişdir. Zərərçəkmiş şəxs bibisi oğlu qazi Şahid1 onu Təqsirləndirilən şəxs əlindən almışdır. Təqsirləndirilən şəxs zərbələri nəticəsində kəllə sümüyünün orta hissəsi qırılmışdır. O, Əlini başının həmin hissəsinə toxundurduqda sümüyün həmin hissədə olmadığını hiss etmişdir. Burnu, bütün üstü başı qan içərisində olmuşdur. Bədəninin müxtəlif hissələrində göyərmələr, qançırlar yaranmışdır. Sonra o, 32ci polis bölməsinə yaxınlaşmışdır. O, ərizə ilə müraciət edərək hadisə barədə polis bölməsinə məlumat vermişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində əlavə olaraq bildirmişdir ki, həmin hadisə 30 sentyabr 2021-ci il tarixdə saat 16:00 radələrində ünvan 4 ünvanında yerləşən evin həyətində baş vermişdir. Təqsirləndirilən şəxs onu yumruq təpiklə onu döyməmişdən qabaq ilk əvvəl üstünə hücum edərək lapatkanın dəmir yer qazan hissəsi ilə onun başından vurmuşdur. Yerə yıxıldıqdan sonra onu yumruq təpiklə döyməyə başlamışdır. Təqsirləndirilən şəxs əlində lapatkadan başqa hər hansı əşya və ya predmet olmamışdır. O, həyətə bibisinin oğlu Şahid1la daxil olmuşdur. Həyətdə onun özü, Təqsirləndirilən şəxs və bibisioğlu Şahid1 başqa heç kim olmamışdır. O, 30 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində həmin həyətdə olarkən sərxoş olmamış, Təqsirləndirilən şəxs də təhqir etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur. Təxminən 15 sentyabr 2021- ci il tarixdə o. Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 5 ünvanına gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin ünvanda kirayədə qalmışdır. Onlar qapını döymüş və Təqsirləndirilən şəxs qapını açmışdır. Əvvəl Zərərçəkmiş şəxs sonra isə onun özü Təqsirləndirilən şəxs evin Zərərçəkmiş şəxs məxsus olduğunu və onun çıxmalı olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşmışdır. 15 gündən sonra 30 sentyabr 2021-ci il tarixdə Şahid1la Zərərçəkmiş şəxs yenidən həmin ünvana gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs çöldə gözləmiş və Şahid1 həyətə daxil olaraq qapını döymüşdür. O. Təqsirləndirilən şəxs 15 gün məddətinə hansı səbəbdən evdən çıxmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə evdən çıxmayacağı ev sahibi Məhbubə xanımla 03 illik müqavilə bağladığını bildirmişdir. Şahid1 isə ona ev sahibinin Zərərçəkmiş şəxs olduğu halda onun Məhbubə ilə bağladığı müqavilənin etibarsız olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə ümumiyyətlə evdən çıxmayacağım hara istəyirlərsə ora müraciət etmələrini tələb etmişdir. Təqsirləndirilən şəxs ümumiyyətlə evdən çıxmayacağı bildirmişdir. Coşqun çöldən onun yüksək səslə işlətdiyi həmin sözləri eşitmiş və həyətə daxil olmuşdur. Coşqun da ondan evdən çıxmasını tələb etmişdir. O, da etiraz edərək çıxmayacağı bildirmişdir. Coşqun əsəbləşmiş və ona qələt edib çıxmadığını bildirmişdir. Bu sözdən sonra Təqsirləndirilən şəxs Coşqunun üstünə hücum edərək onun üzünə, bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməyə başlamışdır. Şahid1 onları çətinliklə olsa da bir-birindən uzaqlaşdırmışdır. Bundan sonra o, yerdən lapatka götürərək Zərərçəkmiş şəxs üstünə hücum etmişdir. O, lapatka ilə Coşqunun başının saç olan hissəsinin orta hissəsindən zərbə ilə vurmuş, Şahid1 isə lapatkanı tutaraq onun əlindən almışdır. O, Coşqunu vurduqdan sonra Coşqun yerə yıxılmış, Təqsirləndirilən şəxs, yerdə olan zaman onu təpikləməyə başlamışdır. Şahid1 Emini Coşqundan uzaqlaşdırmışdır. O, Coşqunu həyətdən çölə çıxarmış, Zərərçəkmiş şəxs 32-ci polis bölməsinə gedərək orada ərizə ilə müraciət etmişdir. Sonra təcili tibbi yardım məntəqəsinə və Suraxanı rayon tibbi ekspertiza şöbəsinə getmişlər. Şahid1 öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Həmin hadisə 30 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində ünvan 6 ünvanında yerləşən həyət evinin həyətində baş vermişdir. Həmin hadisə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona məxsus evdən çıxmasını tələb etməsi, onun isə kobud formada etiraz etməsi və bununla bağlı aralarında yaranan mübahisə səbəbindən baş vermişdir. Hadisə zamanı həyətdə Emindən, onun özündən və Coşqundan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs Coşqunun əvvəl yumruqla üz nahiyyəsindən sonra lapatkanın dəmir hissəsi ilə başının orta hissəsindən. Coşqun yerə yıxıldıqdan sonra isə başından və bədəninin müxtəlif hissələrindən təpiklə zərbələr endirmişdir. Təqsirləndirilən şəxs qəfildən hücum etdiyindən Coşqun qarşılığında onu vurmağa özünü müdafiə etməyə belə macal tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. O, və Təqsirləndirilən şəxs bir həyətdə yaşamış və Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətində yerləşən evdə kirayədə qalmışdır. O, Təqsirləndirilən şəxs ilə kirayə müqaviləsi bağlamışdır. Lakin o, pulu həmişə Zərərçəkmiş şəxs vermişdir. Həyət və həyətdə yerləşən hər iki ev anasının adına olmuşdur. Anası təxminən 7 il bundan qabaq vəfat etmişdir. Həyətdəki evlərin kimə məxsus olması rəsmi qaydada sənədləşdirilməmişdir. Zərərçəkmiş şəxs isə müxtəlif vaxtlarda içkili vəziyyətdə gəlib dava etmiş, Eminin həmin evdən çıxmasını tələb etmişdir. 30 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Şahid2 yaşadığı ünvandan çıxaraq Xətai rayonunda yerləşən iş yerinə getmişdir. O, axşam 19 radələrində evə gəldiyi zaman kirayədə qalan Emin ona Zərərçəkmiş şəxs bibisi oğlu Vüqarla içkili vəziyyətdə gəldiyini, ona qarşı nalayiq ifadələr işlətdiyini sonra isə getdiyini bildirmişdir. Şahid qismində dindirilən Şahid2 əlavə olaraq öz ifadəsində bildirmişdir ki, o, həmin hadisə baş verən zaman evdə olmamış və görməmişdir. Zərərçəkmiş şəxs 32-ci polis bölməsinə şikayət etdiyini öyrəndikdən sonra Təqsirləndirilən şəxs bu barədə soruşduqda o, Zərərçəkmiş şəxs döymədiyini, onun şər atdığını ona bildirmişdir. Təqsirləndirilən şəxs kirayədə qaldığı ev onun anasının adınadır. Evin kimə aid olması məsələsinə mülki qaydada məhkəmədə baxılır. Cinayət işinin materiallarının 85-87-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələrində mövcud olan ziddiyyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs öz ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları qismən təsdiq edərək, Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə təhqir etdiyindən, özündən çıxaraq onun üstünə hücum edərək yumruq zərbələri atdığını Şahid1 onları bir birindən uzaqlaşdırdığını, lakin yumruq zərbələrinin ona dəyib dəymədiyini xatırlamadığını bildirmişdir. Zərərçəkmiş şəxs vurmaq məqsədilə həyətdə olan lapatkanı götürərək onun üstünə hücum etdiyini, yenə Şahid1 lapatkanı onun əlindən aldığını, Zərərçəkmiş şəxs vura bilmədiyini bildirmişdir. Sonra isə Şahid1 Zərərçəkmiş şəxs həyətdən çıxararaq uzaqlaşdırmışdır. Cinayət işinin materiallarının 92-94-cü vərəqlərində olan istintaq zamanı ifadələrində mövcud olan ziddiyyətləri aradan qaldırmaq məqsədilə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 öz ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları qismən təsdiq edərək, Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə təhqir etdiyindən özündən çıxaraq onun üstünə hücum edərək yumruq zərbələri atdığını, Şahid1 onları bir birindən uzaqlaşdırdığını, lakin yumruq zərbələrinin ona dəyib-dəymədiyini xatırlamdığını bildirmişdir. Zərərçəkmiş şəxs vurmaq məqsədilə həyətdə olan lapatkanı götürərək onun üstünə hücum etdiyini, yenə Şahid1 lapatkanı onun əlindən aldığını, Zərərçəkmiş şəxs vura bilmədiyini bildirmişdir. Sonra isə Şahid1 Zərərçəkmiş şəxs həyətdən çıxararaq uzaqlaşdırmışdır. Cinayət işinin materiallarının 19-20-ci vərəqlərində olan istintaq zamanı alınmış məhkəmə-tibbi ekspertizasının 01 oktyabr 2021-ci il tarixli 1060 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı bədən səthində alt dodaq keçəcəyinin sıyrığı, alt dodağın selikli qişasının qansızması və əzilmiş səthi yarası, ənsə-təpə nahiyyəsinin Şişkinlik və qançırı (hematoması), sıyrığı, ənsə nahiyyəsinin səthi əzilmiş yarası, sağ əlin İ və İİ barmaqarası nahiyyəsinin sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddirlər. Cinayət işinin materiallarının 8-11-ci vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 01 oktyabr 2021-ci tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinəbaxış ünvan 2 ünvanında yerləşən evin həyət hissəsində keçirildi. Həyətə dəmir qapıdan daxil olunur. Həyət daş hasarla əhatə olunmuşdur. Həyətdə iki ədəd ev yerləşir. Hadisə həyətdə sol hissədə yerləşən evin qarşısında baş vermişdir. Girişdən sağ hissədə hamam əl-üz yuyulan yerdə açıq mətbəx yerləşir. Hadisə yerinə baxış zaman fotoşəkillər çəkilərək materiala əlavə olunmuşdur. Cinayət işinin materiallarının 57-ci vərəqində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunması, qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 77-ci vərəqində olan xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçmə barədə qərara əsasən, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Cinayət işinin materiallarının 104-cu vərəqində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimi Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-343/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-343/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver