Məhkəmə qərarları › İş №1(010)-344/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-344/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-344/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,170 qram narkotik vasitə olan heroin əldə edib, əynindəki şalvarın sağ yan cibində saxlamaqla daşımış və 26 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən 1 saylı binanın qarşısında piyada hərəkətdə olarkən, özünü narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli apardığı üçün, saat 23:00-da ona yaxınlaşmış, qeyd olunan ərazidə xidmətdə olan Daxili İşlər Nazirliyinin X9 Alayının 7-ci Patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərək, üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,170 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 iyul 2021-ci il tarixdə, saat 08:16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “010 Servis” avtomobil təmiri mərkəzinin həyətində saxlanılmış, Zərərçəkmiş şəxs məxsus, 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı avtomobillə aid bir ədəd 450 manat dəyərində mühərrik blokunu və bir ədədi 400 manat olmaqla, ümumi dəyəri 800 manat olan iki ədəd mühərrikin başlıq hissəsini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1250 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 iyul 2021-ci il tarixdə, saat 21:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “010 Servis” avtomobil təmiri mərkəzinin həyətində saxlanılmış, Zərərçəkmiş şəxs məxsus, 2004cü il buraxılışlı “BMW X5” markalı avtomobilə aid, bir ədədi 400 manat olmaqla ümumi dəyəri 1600 manat olan dörd ədəd, 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilə aid bir ədədi 180 manat olmaqla, ümumi dəyəri 360 manat olan iki ədəd radiatorları gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1960 məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1 -ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.2-ji və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda qismən təqsirli bilərək göstərdi ki, o, əvvəllər narkotik vasitə olan heroindən istifadə etmişdir. 26.06.2021-ci il tarixdə, saat təxminən 14 radələrində o, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən şəhidlərin abidəsinin qarşısından yerdən bir ədəd sellofan büküm tapmış və içərisində baxdıqda, onun narkotik vasitə olan heroin olduğunu görmüş və daha sonra istifadə etməsi üçün əynində olan göy rəngli cins şalvarının cibinə qoymuşdur. 26 iyun 2021 -ci il tarixdə, saat 23 radələrində o, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən 1 saylı binanın qarşısında hərəkətdə olan zaman, ona yaxınlaşan polis əməkdaşları özlərini təqdim edərək, özünü hansı səbəbdən şübhəli aparması barədə soruşduqda, o, polis əməkdaşlarına etiraf edərək, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmiş, o heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birində ilkin olaraq ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə təhqiqatçı üzərində hər hansı bir qanunsuz saxladığı narkotik vasitə və ya digər əşya olduğu təqdirdə, onu çıxarıb təqdim etməsini bildirmiş, bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş narkotik vasitəni çıxırıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirilərək sellofanın içərisində olan kütlənin nə olması barədə soruşulduqda, o, həmin kütlənin narkotik vasitə heroin olduğunu və onu 26 iyun 2021-ci il tarixdə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra onun üzərinə polis əməkdaşı tərəfindən axtarış keçirilsə də, hər hansı bir qanunsuz saxladığı əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri onun da tərəfindən imzalanmışdır. 18 iyul 2021-ci il tarixdə, saat təxminən 08 radələrində o, əvvəlcədən həyətində təmir üçün dayanmış avtomobil və ehtiyat hissələrinin yığıldığını gördüyü Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “010 Servis” adlı avtomobil təmiri mərkəzindən avtomobil ehtiyat hissələri oğurlamaq məqsədilə həmin yerə getmiş, mərkəzin qarşısına çatdıqda, orada heç kimin olmadığından istifadə edərək, mərkəzin arxa hissəsinə keçmişdir. Bu zaman oradakı sexlərdən birinin qarşısındakı dəmir masanın üzərində və altında avtomobil ehtiyat hissələrinin yığıldığını görmüş, lakin həmin gün bu əmlakları oğurlamamışdır. Bundan bir neçə gün sonra yenidən həmin yerdə gördüyü avtomobil hisssələrini oğurlamaq qərarına gəlmiş və 22.07.2021-ci il tarixdə, saat təxminən 22 radələrində həmin avtomobil təmiri mərkəzinə getmişdir. Ətrafa baxdıqda, heç kimin olmadığını görmüş və mərkəzin binasının arxa hissəsinə keçmişdir. Mərkəzdə olan masanın alt hissəsinə baxaraq, oradan bir ədəd mühərrik blokunu və iki ədəd mühərrikin başlıq hissəsini, həmçinin, masanın üzərində olan 6 ədəd avtomobil radiatorunun yerə qoyaraq, üst-üstə yığmış və bir dəfəyə olmaqla götürüb mərkəzin həyətini tərk etmişdir. Yol kənarına çıxdıqdan bir qədər sonra orada hərəkətdə olan polis avtomobili ona yaxınlaşmış və avtomobildən enən iki nəfər polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun adını və soyadını soruşmuşlar. O, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra əlində olan 6 ədəd avtomobil radiatorunun kimə məxsus olduğunu və həmin vaxtı onları hara apardığı barədə soruşulduqda, o, törətdiyi cinayət əməlini etiraf edərək, əmlakların qeyd olunan avtomobil təmiri mərkəzindən oğurladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu bölməyə dəvət etmiş, o, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 32-ci PB-nə getmiş və oğurladığı əmlakları polis əməkdaşlarına təhvil vermişdir. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, o, bir neçə aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər həmin maddəni narkotik istifadəçiləri olan tanışlarından əldə edərək təxminən 7-8 dəfə istifadə etmişdir. Sonuncu dəfə isə 26.06.2021ci il tarixdə, saat təxminən 14 radələrində o, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən şəhidlərin abidəsinin qarşısından yerdən bir ədəd sellofan büküm tapmış və içərisində baxdıqda, onun narkotik vasitə olan heroin olduğunu görmüş və daha sonra istifadə etməsi üçün əynində olan göy rəngli cins şalvarının cibinə qoymuşdur. 26 iyun 2021 -ci il tarixdə, saat 23 radələrində o, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən 1 saylı binanın qarşısında hərəkətdə olan zaman, ona yaxınlaşan polis əməkdaşları özlərini təqdim edərək, özünü hansı səbəbdən şübhəli aparması barədə soruşduqda, o, polis əməkdaşlarına etiraf edərək, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmiş, o heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birində ilkin olaraq ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə təhqiqatçı üzərində hər hansı bir qanunsuz saxladığı narkotik vasitə və ya digər əşya olduğu təqdirdə, onu çıxarıb təqdim etməsini bildirmiş, bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş narkotik vasitəni çıxırıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirilərək sellofanın içərisində olan kütlənin nə olması barədə soruşulduqda, o, həmin kütlənin narkotik vasitə heroin olduğunu və onu 26 iyun 2021-ci il tarixdə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra onun üzərinə polis əməkdaşı tərəfindən axtarış keçirilsə də, hər hansı bir qanunsuz saxladığı əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri onun da tərəfindən imzalanmışdır. 28 iyun 2021-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Suraxanı RPİ-nin MSY-dən azad olunaraq, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 18 iyul 2021-ci il tarixdə, saat 08 radələrində o, əvvəlcədən həyətində təmir üçün dayanmış avtomobil və ehtiyat hissələrinin yığıldığını gördüyü Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “010 Servis” adlı avtomobil təmiri mərkəzindən avtomobil ehtiyat hissələri oğurlamaq məqsədilə həmin yerə getmiş, mərkəzin qarşısına çatdıqda, orada heç kimin olmadığından istifadə edərək, mərkəzin arxa hissəsinə keçmişdir. Bu zaman oradakı sexlərdən birinin qarşısındakı dəmir masanın üzərində və altında avtomobil ehtiyat hissələri yığıldığını görmüş, ətrafda heç kimin olmamasından istifadə edərək, həmin masanın altında qoyulmuş bir ədəd mühərrik blokunu və iki ədəd mühərrikin başlıq hissəsini götürmüş və dərhal oradan uzaqlaşmışdır. Həmin ehtiyat hissələrini Suraxanı rayonu ərazisində yerləşən, hazırda dəqiq xatırlamadığı yerdə olan metal qəbulu məntəqəsinə 30 manata satmışdır. Bundan bir neçə gün sonra yenidən həmin yerdə gördüyü avtomobil radiatorlarını oğurlamaq qərarına gəlmiş və 22.07.2021-ci il tarixdə, saat təxminən 22 radələrində həmin avtomobil təmiri mərkəzinə getmişdir. Ətrafa baxdıqda, heç kimin olmadığını görmüş və mərkəzin binasının arxa hissəsinə keçmişdir. Kənardan kiminsə gələ biləcəyindən ehtiyat edərək, əvvəlcə həmin sexin yaxınlığında qoyulmuş stulda əyləşmiş, bir qədər gözlədikdən sonra ayağa qalxaraq, əvvəlcədən oğurluq etdiyi masanın alt hissəsinə baxaraq, orda başqa bir mühərrik blokunun və ya başlıq hissəsinin olacağı təqdirdə, onu da götürmək istəmişdir. Lakin orada belə bir detal olmadığını gördüyü üçün, həmin masanın üzərində olan 6 ədəd avtomobil radiatorunun yerə qoyaraq üst-üstə yığmış və bir dəfəyə olmaqla, götürüb mərkəzin həyətini tərk etmişdir. Yol kənarına çıxdıqdan bir qədər sonra orada hərəkətdə olan polis avtomobili ona yaxınlaşmış və avtomobildən enən iki nəfər polis əməkdaşları özlərini təqdim etdikdən sonra, onun adını və soyadını soruşmuşlar. O, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra, əlində olan 6 ədəd avtomobil radiatorunun kimə məxsus olduğunu və həmin vaxtı onları hara apardığı barədə soruşulduqda, o, törətdiyi cinayət əməlini etiraf edərək, həmin əşyaları qeyd olunan avtomobil təmiri mərkəzindən oğurladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu bölməyə dəvət etmiş, o, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 32-ci PB-nə getmiş və radiatorları polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli, qəsəbəsində yerləşən “010 Servis” avtomobil təmiri mərkəzində mühərrik ustası kimi çalışır. O, servisin həyətində çalışdığı sexin qarşısında qoyduğu dəmir masanın üzərində 6 ədəd avtomobil radiatorları və həmin stolun altında isə bir ədəd mühərrik blokunu və iki ədəd mühərrikin başlıq hissəsini saxlamışdır. Həmin radiatorlardan 4 ədədi 2004-cu il buraxılışlı “BMW X5” markalı, iki ədədi isə 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilə məxsus, 1 ədəd mühərrik bloku və iki ədəd mühərrikin başlıq hissəsi isə 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı avtomobillə məxsus olmuşdur. Qeyd etdiyi avtomobilin ehtiyat hissələri işlənmiş olsalar da, istifadəyə yararlı olmuşlar. Avtomobil radiatorların ümumilikdə 1000 manat, mühərrik bloku və başlıqları isə hər biri 800 manat olmaqla, 2400 manat dəyərində olmuşlar. 23 iyul 2021-ci il tarixdə, saat təxminən 10 radələrində o, çalışdığı yerə getdikdə, əvvəlcədən sexin qarşısındakı masanın üzərində saxladığı radiatorların yerində olmadığını görmüşdür. Həmin vaxtı masanın alt hissəsinə baxdıqda, mühərrik blokunun və başlıqlarının da yerində olmadığını aşkar etmişdir. Bu barədə qonşu sexlərdə çalışan ustalardan soruşduqda, heç kim bu barədə məlumatının olmadığını bildirmişdir. O, həmin ehtiyat hissələrinin naməlum şəxs tərəfindən oğurlandığını düşündüyü üçün, əvvəlcədən quraşdırılmış təhlükəsizlik kameralarının görüntülərinə baxmışdır. Bu zaman 18 iyul 2021-ci il tarixdə, saat 08:16 radəsində bir nəfər tanımadığı şəxsin onun çalışdığı sexin qarşısına gələrək, qeyd etdiyi masanın altından iki ədəd mühərrik başlığını və bir ədəd mühərrik blokunu götürərək, həmin yerdən uzaqlaşdığını görmüşdür. Bundan başqa, həmin şəxsin 22 iyul 2021-ci il tarixdə, saat 21:52 radəsində yenidən həmin sexin qarşısında gələrək, yaxınlıqda olan stulda əyləşdiyini, sexin qarşısında olan qeyd etdiyi masaya yaxınlaşdığını, masanın üzərində olan 6 ədəd avtomobil radiatorunu götürərək, oradan uzaqlaşdığını görmüşdür. Bundan sonra o, Suraxanı RPİ-nin 32-ci PB-nə gedərək, qeyd etdiyi oğurluq hadisəsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Polis bölməsində olduğu zaman hadisəni törətmiş şəxsin Təqsirləndirilən şəxs olması və həmin şəxsin 22.07.2021ci il tarixdə radiatorları oğurlayıb sexin həyətindən çıxdıqdan sonra, yol kənarında polis əməkdaşları tərəfindən saxlanılaraq, radiatorlarla birlikdə polis bölməsinə aparıldığını öyrənmişdir. Zərərçəkmiş şəxs istintaqa verdiyi əlavə ifadəsində əvvəl verdiyi ifadəsində oğurlanmış əşyaların dəyərini istifadə olunmamış avtomobil ehtiyat hissələrin qiymətləri ilə təxmini olaraq hesabladığını, hazırda həmin ehtiyat hissələrinin işlənməsini, aşınması və digər halları nəzərə alaraq, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlərlə razı olduğunu və həmin ekspert rəyi ilə bağlı etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsdən tələbinin və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki o, Daxili İşlər Nazirliyi X9 Alayının 7-ci patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis serjenatı xüsusi rütbəsini daşıyır. 26 iyun 2021-ci il tarixdə o, DİN-nin ƏÇPA-nin 7-ci PB-nin polis nəfərləri, polis serjantları Şahid2 və X5 ilə birlikdə 26 iyun 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 20 saylı piyada postda xidmətdə olduqları zaman Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən 1 saylı binanın qarşısında hərəkətdə olan və özünü şübhəli aparan bir nəfər şəxsə yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edərək, onun hansı səbəbdən özünü şübhəli aparması barədə soruşduqda, həmin şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onlar həmin şəxsi Suraxanı RPİ-nin 32-ci PBnə dəvət etmiş, sonuncu heç bir etiraz etməyərək, onlarla birlikdə həmin polis bölməsinə getmişdir. Polis bölməsində olduqları zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra xidməti otaqların birində ilkin olaraq Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə sonuncunu üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz saxladığı narkotik vasitə və ya digər əşya olduğu təqdirdə, onu çıxarıb təqdim etməsini təklif etmiş, bundan sonra sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəni çıxırıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirilərək, sellofanın içərisində olan kütlənin nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və onu 26 iyun 2021-ci il tarixdə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı tərəfindən axtarış keçirilsə də, hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X1 Vüsal Yusif oğlunun ifadəsində göstərdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyi X9 Alayının 7-ci patrul bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı xüsusi rütbəsini daşıyır. 23 iyul 2021-ci il tarixdə, saat 00:05 radələrində o, iş yoldaşları olan DİNnin ƏÇPA-nın 7-ci patrul bölüyünün polis nəfərləri, polis serjantları Şahid5 və Şahid6 ilə birlikdə onlara təhkim olunmuş xidməti avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində xidmətdə olduqları zaman, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən “010 servis” adlı avtomobil təmiri sexinin yaxınlığında bir nəfər şəxsin əlində 6 ədəd avtomobil radiatoru ilə harasa getdiyini görmüşlər. Həmin şəxsdən şübhələnib ona yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyəti barədə maraqlanmışlar. Həmin şəxs onları gördükdə, narahat halda özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsdən əlindəki 6 ədəd radiatorun kimə məxsus olması və həmin vaxtı hara aparması barədə soruşduqda, həmin şəxs əlindəki radiatorları “010 servis” adlı avtomobil təmiri sexindən oğurladığını etiraf etmişdir. Həmin şəxsi və əlindəki 6 ədəd radiatoru götürərək, ərazi üzrə Suraxanı RPİ-nin 32-ci PB-nə aparmışlar və PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olması təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs raportla RPİnin 32-ci PB- nə təhvil verib xidməti əraziyə qayıtmışlar. Təqsirləndirilən şəxs saxlanılarkən, onun həmin gün oğurladığı əmlaklar sırasında mühərrik bloku və iki ədəd mühərrikin başlıq hissələri olmamışdır. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ifadəsində göstərdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. İş materiallarından müəyyən olunur ki, 26 iyun 2021 -ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qərardan müəyyən olunur ki, 28 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, 26 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuş, həmin tarixdə barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə əvvəli 24 iyul 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2606 saylı 27 iyun 2021 -ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №196” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar olunmuş maddə» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,170 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 2090 saylı 29 iyun 2021 -ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7286 saylı 15 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş ehtiyat hissələrinin istifadə olması nəzərə alınmaqla orta bazar qiymətlə ümumi dəyəri təxminən 3210 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir: 1 ədəd 2010-cu il buraxılışlı, “Hyundai Sonata” markalı avtomobilə məxsus mühərrik bloku - 450 manat; 2 ədəd 2010-cu il buraxılışlı, “Hyundai Sonata” markalı avtomobilə məxsus mühərrikin başlıq hissəsi - hər biri 400 manat olmaqla, cəmi 800 manat; 2 ədəd 2010-cu il buraxılışlı, “Hyundai Sonata” markalı avtomobilə məxsus radiator - Hər biri 180 manat olmaqla, cəmi 360 manat; 4 ədəd 2004-cü il buraxılışlı, “BMW X5” markalı avtomobilə məxsus radiator - hər biri 400 manat olmaqla, cəmi 1600 manat. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ittiham olunduğu cinayət əməllərinin bir qisminin törətdiyini etiraf edərək, digər qismini etiraf etmədiyini, 18 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “010 Servis” adlı avtomobil təmiri mərkəzindən avtomobil ehtiyat hissələri oğurlamadığını, ittihamda göstərilən əmlakların hamısını həmin mərkəzdən 22.07.2021-ci il tarixdə oğurladığını göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda tam təqsirli bilmiş, ifadəsində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadə həqiqətə uyğun olduğundan və məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin, digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onu ittihamı təsdiq edən sübut kimi qəbul edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq jinayət məsuliyyətinə jəlb olunduğunu, təqsirini qismən etiraf etməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə, eyni zamanda, təqsirləndirilən şəxs tərəfindən JM-nin 234.1-ji maddəsində nəzərdə tutulmuş jinayət əməli törədildikdən sonra barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsinə baxmayaraq, yenidən JM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş jinayət əməlini törətməsini onun şəxsiyyətini səjiyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ji və 234.1-ci maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan – 24 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalmış təmiz çəkisi 0,120 qram narkotik vasitə olan heroin məhv edilməli, 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilə məxsus 1 ədəd mühərrik bloku, 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilə məxsus 2 ədəd mühərrikin başlıq hissəsi, 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilə məxsus 2 ədəd radiator, 2004-cü il buraxılışlı “BMW X5” markalı avtomobilə məxsus 4 ədəd radiatorlar zərərçəkmiş şəxsə qaytarılmış hesab olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 115 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyun 2021-ci il tarixdən 28 iyun 2021-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (ay) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 24 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalan təmiz çəkisi 0,120 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilə məxsus 1 ədəd mühərrik bloku, 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilə məxsus 2 ədəd mühərrikin başlıq hissəsi, 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilə məxsus 2 ədəd radiator, 2004-cü il buraxılışlı “BMW X5” markalı avtomobilə məxsus 4 ədəd radiatorlar zərərçəkmiş şəxsə qaytarılmış hesab olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 115 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar