Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-344/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları Suraxanı Rayon Məhkəməsinə 03 avqust 2022-ci ildə daxil olub. İş üzrə məhkəmənin hazırlıq iclası 09 avqust 2022-ci il tarixinə təyin olunmuşdur. Sadələşdirilmiş icraat materialları üzrə yekun protokolun nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 21 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 16A, 10 saylı mənzildə olan zaman anası Zərərçəkmiş şəxs siqaret almaq üçün pul istəmiş, lakin anası pul verməkdən imtina etdiyi üçün əsəbləşərək qəsdən yumruqla sonuncunun baş nahiyəsindən iki dəfə və kürək nahiyəsindən bir neçə dəfə vuraraq, ona başın təpə nahiyəsinin əzilmiş yarası və bel-omba nahiyəsinin qançırı ilə muşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı sadələşdirilmiş icraat materialları Suraxanı Rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-nin tələbləri pozulmayıb. Hazırda iş üzrə icraatın dayandırılması üçün əsas yoxdur. Məhkəmə eyni zamanda aşağıdakıları qeyd edir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anası ilə eyni evdə yaşayırlar. Son zamanlar işləmədiyi üçün günlük qazancı olmamış və şəxsi tələbatlarını ödəmək üçün anasından pul almışdır. Arasıra anasından pul istədikdə, sonunju pulunun olmadığını bildirmiş və bu səbəbdən aralarında sözlə mübahisələr olurdu. xx.xx.2022-ci il tarixdə, saat təqribən 21 radələrində yaşadıqları evdə olarkən siqareti bitdiyi üçün anasından siqaret almağa görə pul istəmişdir. Anası isə pulunun olmadığını bildirərək, ona pul verməmişdir. Anasıyla arasında sözlə mübahisə yaranmışdır. Bu anda o, əsəbiləşərək, anasının baş nahiyəsindən yumruqla 2 dəfə, kürək nahiyəsindən isə bir neçə dəfə vuraraq, sonunjunu döymüşdür. Bundan sonra o, evdən çıxıb getmişdir. Vətən Müharibəsi zamanı o, Suqovuşan qəsəbəsinin azad edilməsində iştirak etmiş, bu zaman əsəblərində gərginlik yaranmış, bu səbəbdən də ailə üzvləri ilə münaqişələri olmuşdur. Hal-hazırda o, səhvini başa düşmüş və anası ilə barışmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və onun barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. X4 Müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azad edilməsində iştirak etmiş, bu zaman əsəblərində gərginlik yaranmış, bu səbəbdən də ailə üzvləri ilə münaqişələri olmuşdur. Eldar son zamanlar işləmədiyindən, ondan tez-tez pul istəmiş, o da imkanı olduqca, oğluna pul vermişdir. Lakin, pulu olmadığı vaxtlarda Eldarla aralarında sözlə mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, təxminən saat 21 radələrində yaşadıqları evdə olduqları zaman oğlu Eldar ondan siqaret almaq üçün pul istəmiş, o, isə pulu olmadığını bildirmişdir. Bu səbəbdən Eldar onunla sözlə mübahisə etmiş və evin qonaq otağında ona yaxınlaşaraq, iki dəfə yumruqla başının ortasına və bir neçə dəfə isə kürəyindən vuraraq, evdən çıxıb getmişdir. O, da bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları yaşadıqlari evə gəlmişlər. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi və zərərçəkmiş şəxsin izahatı, istintaq protokolları və sadələşdirilmiş icraat materiallarında olan digər sübutlarla da təsdiq edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Suraxanı rayon şöbəsinin canlı şəxsin xx.xx.2022-ci il tarixli 841 saylı ekspertizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin əzilmiş yarası və bel-oma nahiysəinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağamlığa yüngül zərər vurmaya aiddir Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdıqlarını, cinayət nəticəsində vurulmuş zərərin ödənildiyini bildirmiş, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də müdafiəçisinin iştirakı ilə ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinin mənasına görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir». Eyni Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 300, 305, 306, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-344/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-344/2022
09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver