Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-345/2022 18.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ramiz oğlunun iştirakı ilə, xx.xx.1993-cü il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi işlə məşğul olan, məhkumluğu olmayan, Lerik rayonu, Tirrəkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oglu 22 iyul 2022-ci il tarixda, saat 21:00 radələrində yaşadığı Baki şəhəri, ünvan 1 ünvaninda birlikdə yaşadiği həyat yoldaşi X4 mobil telefondan çox istifadə etməsini irad bildirib telefondan istifadə etməyi qadağan etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yumruq zərbələri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona başın təpə və burun nahiyəsinin, sağ göz yuvasının bayır bucağının, sol bazu oynağının bayır səthinin, sol dirsək oynağı nahiyəsinin, sağ saidin, bel-oma nahiyəsinin qançırları və sağ diz oynağı nahiyəsinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoİdaşıdır. xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində həyat yoldaşı Ramiləyə mobil telefondan çox istifadə etməsinə görə irad bildirmiş və həyat yoldaşının bundan sonra da telefondan istifadə edəcəyini deməsi səbəbindən əsəbiləşərək yumruqla qəsdən onun bədəninin muxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və onun barəsində olan sadələşdirilmiş icraat materiallarına xitam verilməsini xahiş etməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx.xx.2022-ci il tarixdə, təxminan saat 21:00 radələrində yaşadıqları evdə olan zaman həyat yoldaşı onu qısqandığı üçün mobil telefondan çox istifadə etməsini deməsi və bu səbəbdən də ona mobil telefondan istifadə etmayi qadağan etməsi səbəbindən aralarında mübahisə yaranmış və mubahisə zamanı həyat yoldaşı yumruq zərbələri ilə onun bədəninin muxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzəzrə alaraq, təqsirləndirilən şəxsin barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmişin ifadəsi və istintaq protokolları və sadələşdirilmiş icraat materiallarında olan digər sübutlarla da təsdiq edilir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən keçirilmiş MTE və PA Birliyinin Suraxanı rayon şöbəsinin canlı şəxsin xx.xx.2022-ci il tarixli «847» saylı ekspertizası rəyindən görünür ki, 1993-cu il tavalludlu X3 bədənində aşkar edilmiş xəsarət-başın təpə va burun nahiyəsinin, sağ göz yuvasının bayır bucağının, soİ bazu oynagının bayır səthinin, sol dirsək oynağı nahiyəsinin, sag saidin, bel-oma nahiyəsinin qançırları va sağ diz oynagı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin sadələşdirilmiş icraat materialı üzrə məhkumluğun yoxlanılmasına dair tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, həmçinin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəyən ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən “məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində (40.2.2. zərər çəkmiş şəxslə barışdıqda) nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-345/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-345/2022
18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver