Məhkəmə qərarları › İş №1(010)-345/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-345/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-345/2025 06.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-191/2018 saylı, 17 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək əvvəli 28 iyul 2017-ci il tarixdən hesablanmaqla, 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu və sadə residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 23 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Suraxanı rayon Məhkəməsinin 4(010)-21/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qərarı ilə barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, Suraxanı rayon Məhkəməsinin 4(010)-112/2025 saylı, 22 aprel 2025-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün həddində, yəni 13 may 2025-ci il tarixədək uzadılmış, həmin Məhkəmənin 12 may 2025-ci il tarixli, 1(010)-345/2025 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 0,851 qram olan kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 22 yanvar 2025-ci il tarixdə, saat 20:18-dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, 2-ci Mədən ərazisində saxlanaraq, orada üzərinə videoçəkilişlə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,851 qram olan kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2025-ci il tarixdə, təxminən saat 20:18-də Suraxanı rayonu, X.Ələkbərov küçəsində 2-ci Mədən ərazisində tanışı X7 ilə birlikdə olan zaman mülki geyimdə olan 4 nəfər şəxs onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra, ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində olan əşyaları təqdim etməsini istəmişlər. O, da əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd içərisində ağ rəngli kristalşəkilli maddə olan şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları tərəfindən ondan götürülmüş içərisində psixotrop maddə-metamfetamin olan büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Onunla sorğu zamanı təqdim etdiyi 01 (bir) ədəd içərisində ağ rəngli kristalşəkilli maddə olan şəffaf sellofana bükülmüş bükümün psixotrop maddəmetamfetamin olduğunu, həmin psixotrop maddə-metamfetamini öz istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, polis əməkdaşları onu Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə dəvət etmişlər. Orada ona hüquq və vəzifələri izah edilərək vəkil təqdim edilmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur, üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetamini tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata almış və üzərində saxlamışdır. Heç vaxt narkotik vasitə və ya psixotrop maddəni kiməsə satmamış, pay verməmiş və ya kiməsə verəcəyi barədə vəd etməmişdir. Saxlanılan zaman və Suraxanı RPİ-nin 31-ci polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, narkotik vasitələrdən istifadə etmiş, lakin şübhəli şəxs qismində tutulan zaman üzərimdə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda iki həyət evi vardır, belə ki, birində özü, digərində isə ailə üzvləri yaşayır. 22 yanvar 2025-ci il tarixdə psixotrop maddə-metamfetamin almaq üçün ögey anası Gülsəba Rzayevadan pul istəmiş, o da pulunun olmadığını bildirdikdə onun yanından uzaqlaşıb öz yaşadığı evə getmişdir. Həmin tarixdə, təxminən saat 17:00 radələrində dostu Zəki Zəkiyev ilə birlikdə, yaşadığı evdə olan zaman 3 nəfər polis əməkdaşı evinə gələrək onu və Zəkini polis şöbəsinə aparmışlar. Daha sonradan öyrənmişdir ki, ögey anası Gülsəba 31-ci polis şöbəsinin sahə inspektoru Şahid2 zəng edərək, şikayət etmişdir. Polis şöbəsində olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən psixi zorakılıq tətbiq olunmuş, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edəcəkləri hədəsi ilə qorxutmuşlar. Qorxduğu üçün cinayəti boynuna götürmüş və polis əməkdaşlarının dediklərini etmişdir. Təxminən bir saat polis şöbəsində qaldıqdan sonra, onu Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, 2-ci Mədən ərazisinə gətirmişlər, daha sonra isə videoçəkiliş aparılmış, yenidən polis şöbəsinə gətirilmişdir. Ağrıları olduğu üçün polis şöbəsində ona narkotik vasitə vermişlər, o da istifadə etmiş, buna görə də, şöbəyə gətirildikdən sonra baş vermiş hadisələri xatırlamır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən psixi zorakılıq tətbiq olunmuş və bir neçə dəfə sillə vurmuşlar. Lakin xəsarətləri olmamış, 3 saylı İstintaq Təcridxanasında müayinə olunan zaman da xəsarətləri aşkar olunmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2024-cü ilin fevral ayında cəza müddəti bitdiyinə görə azad olunmuş, 2024-cü ilin oktyabr ayından az-az da olsa, yenidən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. 2024-cü ilin dekabr ayından isə daimi istifadə etməyə başlamışdır. Ona tutulan zaman müdafiəçi təyin olunmuş, müdafiəçi axşam saatlarında gəlmişdir. Polis əməkdaşları tərəfindən ona psixi təzyiqlər olduğunu, həmin psixotrop maddənin ona məxsus olmadığını müdafiəçisini tanımadığı üçün deməmişdir. Yaşadığı ünvan 1 ünvanı ilə ünvan 5i 1-2 km məsafə olar, piyada getdikdə isə məsafə çoxdur. Avtomobil ilə biraz yol vardır. Sonuncu dəfə psixotrop maddədən 20 yanvar 2025ci il tarixdə istifadə etmişdir. Evdə olan zaman mobil telefon üzərində olsa da, polis əməkdaşları onu tutduqdan sonra mobil telefonunu söndürmüşlər. Narkotik maddələrin metamfetamin, bəzən isə heroin növündən falqa arasında çəkmək yolu ilə, bəzən də iynədən inyeksiya vasitəsilə istifadə etmişdir. Zəki Zəkiyevin işi ilə bağlı məlumatı yoxdur. Lakin o tutulan zaman Zəki Zəkiyev də onun yanında olmuşdur. Yuxarıda qeyd etdiyi nüansları nəzərə alaraq məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 22 yanvar 2025-ci il tarixdə etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədi ilə şöbənin rəhbərliyinə tərəfindən raportla müraciət olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, o və şöbənin digər əməkdaşları Şahid4, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün, saat 20:18-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, 2-ci Mədən ərazisində tərəflərindən saxlanılmış, onlara özlərini təqdim etmişlər və Suraxanı rayonu ərazisində narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması və istifadəsində şübhəli olduğunu izah edərək üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya olubolmamasını soruşmuşlar. Bundan sonra, Təqsirləndirilən şəxs özünü təqdim edərək əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd cib dəsmalı və bir ədəd açar, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən isə 01 (bir) ədəd şəffaf rəngli sellofana bükümüş bükümü çıxararaq təqdim etmiş və həmin kütlənin adını “patı” kimi bildiyi psixotrop maddə-metamfetamin olduğunu demişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilmiş, lakin üzərindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bir büküm psixotrop maddə-metamfetamin qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə dəvət etmişlər. Orada şöbənin rəhbərliyinə raportla müraciət etmişlər. Polis Şöbəsində təhqiqatçı, polis kapitanı Akşin Vəliyev tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq üzərində yoxlama aparılarkən aşkar olunmuş 01 (bir) ədəd şəffaf rəngli bükümə və çəkilmiş videogörüntüyə baxış keçirilməsi və götürülməsi haqqında protokol tərtib edilmiş və müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah edilərək təhqiqatçı tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə-metamfetamini kimdən və hansı məqsədlə alması barədə tərəflərindən müəyyən tədbirlər keçirilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdi. Zəki Zəkiyev adlı şəxsi xatırlamır, ibtidai istintaqdakı ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, o isə öz növbəsində hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin yaşadığı ünvan 1 ünvanı ilə ünvan 5ən 1 km məsafə olar. ***-***-**-** saylı mobil nömrələri istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RP-nin 31-ci polis şöbəsinin sahə inspektorları Şahid2 və Şahid3, həmin polis şöbəsinin əməliyyat müvəkkili Şahid4 da ibtidai istintaqda verdiyi ifadələrini təsdiq etmişlər, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişlər. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, həmçinin onun yanında 1 nəfər də olmuş və heç bir müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxsin tutulan zaman xəsarətləri olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər ərazidə yaşayan sakin kimi tanımışdır. Təqsirləndirilən şəxslə birlikdə tutulan digər şəxsin üzərindən nə aşkar edilməsini uzun müddət keçdiyi üçün dəqiq xatırlamır, lakin onun da üzərində şəffaf sellofana bükülmüş büküm var idi. Təqsirləndirilən şəxsin yaşadığı ünvanı tanıyır, onun evi ilə tutulduğu ünvan arasında məsafə çoxdur, belə ki, avtomobillə gedilə biləcək yoldur. Şahid3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə yaxınlaşan zaman tək olmuşdur. Tutulan zaman onun xəsarətləri olmamışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, o da öz növbəsində heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərindən nə aşkar edilməsini dəqiq xatırlamır, deyəsən dəsmal, siqaret və bir büküm psixotrop maddəyə bənzər büküm aşkar edilmişdi. Onun üzərindən mobil telefon aşkar edilib-edilməməsini dəqiq xatırlamır. Ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, yaşadığı evdən tutulduğunu bildirməsi həqiqətə uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır. Özü ***-***-**-** saylı mobil nömrəni istifadə edir. Şahid4 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin tutulan zaman xəsarətləri olmamışdır, uzun zaman keçdiyi üçün dəqiq xatırlamır. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, həmçinin onun yanında 1 nəfər də olmuş və heç bir müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxsin yaşadığı ünvanı tanımır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 250100047 nömrəli cinayət işi 23 yanvar 2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 22 yanvar 2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.v. 6-7) 22 yanvar 2025-ci il tarixli, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitənin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə, saat 20:18-də Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi 2-ci Mədən ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbləri barədə məlumat verilməklə ona şübhəli şəxs qismində tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçinin olmadığını, həmçinin müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı hər hansı qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli bərk halda olan narkotikə bənzər maddəni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş kütlənin içərisində (patı) metamfetamin olduğunu, üzdən tanıdığı, lakin adın bilmədiyi şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (iş,v. 10-11) Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 tərəfindən şöbənin rəisinə ünvanlanmış raportdan görünür ki, 22 yanvar 2025-ci il tarixdə, saat 20:11-də Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 26-da qeydiyyatda olmaqla, yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, X.Ələkbərov küçəsi 2-ci Mədən ərazisində saxlanılaraq üstü yoxlanılmışdır. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətli ola biləcək narkotikə bənzər maddə aşkar olunaraq müvafiq qaydada götürülməklə qablaşdırılmış və möhürlənmişdir. (iş.v 12) “Təqdim olunan əşyaya, DVD diskə baxış keçirilməsi və götürmə haqqında” 23 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə, saat 20:18 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi, 2-ci Mədən ərazisində saxlanılaraq üstü yoxlanılmış və üzərindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə-metamfetaminə bənzər kütlə aşkar edilərək 01 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq müvafiq qaydada götürülmüşdür. Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinə dair toplanmış material, maddi sübut və çəkilmiş videogörüntü DVD formatında raportla bilrlikdə aidiyyəti üzrə təhqiqat orqanına təqdim olunmuşdur. Həmin təqdim olunan 01 (bir) ədəd ağ rəngli zərfə və 01 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə-metamfetaminə bənzər maddənin yerləşdiyi həmin yazılı və möhürlənmiş zərf açılaraq yenidən baxış keçirilmiş və baxış zamanı zərfin içərisindən 01 (bir) ədəd bükümdə, ağ kristal şəkilli, psixotrop maddəmetamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra, həmin içərisində psixotrop maddə-metamfetaminə bənzər maddə olan 01 (bir) ədəd şəffaf büküm yenidən digər zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək tərkibi müəyyən edilməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi məqsədilə götürülmüşdür. Daha sonra, təhqiqat orqanına təqdim edilmiş 01 (bir) ədəd DVD diskə xidməti otaqda “Acer” markalı kompyuterdə baxış keçirilmişdir. DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində çəkilmiş videogörüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşdur. (iş.v. 14-15) Məhkəmə iclasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə barədə olan 02 ədəd diskə baxış keçirilərək tədqiq edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin videogörüntüsünü əks etdirən diskdən müəyyən olunur ki, polis əməkdaşlarına birinci Təqsirləndirilən şəxs özünü təqdim edərək əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd cib dəsmalı və bir ədəd açar, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükümüş bükümü çıxararaq təqdim edir və həmin kütlənin adını “patı” kimi bildiyi psixotrop maddəmetamfetamin olduğunu deyir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilir, lakin üzərindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilmir. Üzərindən aşkar edilmiş bir büküm psixotrop maddə-metamfetamin qablaşdırılıb möhürlənərək götürülür. Daha sonra isə X7 özünü təqdim edərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd alışqan, əyinindəki qara rəngli gödəkçəsinin sol döş cibindən isə 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq təqdim edir, həmin kütlənin adını “patı” kimi bildiyi psixotrop maddə-metamfetamin olduğunu deyir. Bundan sonra Zəki Zəkiyevin üzərinə yoxlanış keçirilir, lakin üzərindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilmir. Üzərindən aşkar edilmiş bir büküm psixotrop maddə-metamfetamin qablaşdırılıb möhürlənərək götürülür. Bundan sonra digər diskdə isə, təhqiqatçının otağında təqdim olunan 01 (bir) ədəd zərfə və 01 (bir) ədəd diskə baxış keçirilmişdir. Həmin diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə-metamfetaminə bənzər maddənin yerləşdiyi həmin yazılı və möhürlənmiş zərf açılaraq yenidən baxış keçirilir və baxış zamanı zərfin içərisindən 01 (bir) ədəd bükümdə, ağ kristalşəkilli, psixotrop maddə-metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra, həmin içərisində psixotrop maddə-metamfetaminə bənzər maddə olan 01 (bir) ədəd şəffaf büküm yenidən digər zərfə qoyularaq qablaşdırılır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək tərkibi müəyyən edilməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi məqsədilə götürülür. Daha sonra, təhqiqat orqanına təqdim edilmiş 01 (bir) ədəd DVD diskə xidməti otaqda “Acer” markalı kompyuterdə baxış keçirilir. DVD diskə baxış zamanı müəyyən olunmuşdur ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində çəkilmiş videogörüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşdur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 yanvar 2025-ci il tarixli, 6/328 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs o...” yazıları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,851 qram olan kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,851 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0, 801 qram. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil etmişdir. (iş.v. 41-43) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 31-ci polis şöbəsi tərəfindən ünvanlanan 25 yanvar 2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbənin, həmçinin sonuncunun psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. (iş.v. 80-81; 110) Ambulator məhkəmə-narkoloji ekspertizasının 14 mart 2025-ci il tarixli, 1586 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs, 05 dekabr 2024-cü il tarixindən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır. (iş.v. 114-115) Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 07 mart 2025-ci il tarixli, 756 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (iş.v. 117-118) 01 aprel 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,851 qram, tədqiqatdan sonra qalıq qalmış 0,801 qram olan psixotrop maddə-metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən material ayrılmışdır. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə aşkar olunması faktı üzrə ********* saylı cinayət işi başlanması və istintaq aparılması xüsusatı nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. (iş.v. 119-126) Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Təhqiqatçı tərəfindən ona təqdim olunan 01 (bir) ədəd zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilməsi videogörüntüsünü əks etdirən 01 ədəd disk iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. 09 aprel 2025-ci il tarixli, “vəsatətin rədd olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəmə narkoloji və ambulator məhkəmə psixiatrik ekspertiza rəyləri təqdim edilmiş və həmin rəylərlə tanış etmə barədə protokollar və ibtidai istintaqın qurtarması barədə məlumat verilmiş, bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan protokollara heç bir əsaslı səbəb göstərmədən imza etməmiş, bu isə vəsatət olaraq qəbul edilmiş və əsassız olduğundan müstəntiq tərəfindən rədd edilmişdir. (iş.v. 137-138) 11 aprel 2025-ci il tarixli, “vəsatətin rədd olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olması haqqında protokola imza etməməsi barədə vəsatəti əsassız olduğundan rədd edilmişdir. (iş.v. 141-142) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdə, saat 01:20-də şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2025-ci il, saat 20:18-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 24 yanvar 2025-ci il tarixdə, saat 15:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilərək Suraxanı Rayon Məhkəməsinə təqdimat verilmişdir. 24 yanvar 2025-ci il tarixli, 4(010)-21/2025 saylı qərarı ilə, barəsində əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarda həbsetmənin əvvəli texniki yanlışlıqla 23 yanvar 2025-ci il tarixdən hesablanmış, qərarın təsviri-əsaslandırıcı hissəsindən və cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs hüquqları faktiki olaraq 22 yanvar 2025ci il tarixdən məhdudlaşdırılmış hesab edilmişdir. Həmin Məhkəmənin 22 aprel 2025-ci il tarixli, 4(010)-112/2025 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 13 may 2025-ci il tarixədək uzadılmışdır. Həmin Məhkəmənin 12 may 2025-ci il tarixli, 1(010)-345/2025 saylı hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanmışdır. (iş.v. 27, 54-55, 78-80) Suraxanı Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli sorğusuna cavab olaraq ƏN PX-nin 3 saylı istintaq təcridxanası tərəfindən göndərilmiş məktubdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs ilə 24 yanvar 2025-ci il tarixdən 22 aprel 2025-ci il tarixadək istintaq hərəkətlərin keçirilməsi üçün Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Suraxanı RPİ-nin istintaq şöbəsinin müstəntiqi X2 3 saylı İstintaq təcridxanasının istintaq otağında görüşməmişlər. Rzayev X6 Rayon Prokurorluğun 30 yanvar 2025-ci il tarixli qərarı ilə 05 gün müddətinə, 02 aprel 2025-ci il tarixli qərarı ilə 05 gün müddətinə və 22 aprel 2025-ci il tarixli qərarı ilə 02 gün müddətinə Suraxanı RPİ-nin MSY-nə etap edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X8 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X9 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü tam təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etmiş, lakin şübhəli şəxs qismində tutulan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda iki həyət evi vardır, belə ki, birində özü, digərində isə ailə üzvləri yaşayır. 22 yanvar 2025-ci il tarixdə psixotrop maddə-metamfetamin almaq üçün ögey anası Gülsəba Rzayevadan pul istəmiş, o da pulunun olmadığını bildirdikdə onun yanından uzaqlaşıb öz yaşadığı evə getmişdir. Həmin tarixdə, təxminən saat 17:00 radələrində dostu Zəki Zəkiyev ilə birlikdə, yaşadığı evdə olan zaman 3 nəfər polis əməkdaşı evinə gələrək onu və Zəkini polis şöbəsinə aparmışlar. Polis şöbəsində olduğu dövrdə ona qarşı polis əməkdaşları tərəfindən psixi zorakılıq tətbiq olunmuş, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edəcəkləri hədəsi ilə qorxutmuşlar. Qorxduğu üçün cinayət əməlini boynuna götürmüş və polis əməkdaşlarının dediklərini etmişdir. Təxminən bir saat polis şöbəsində qaldıqdan sonra, Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, 2-ci Mədən ərazisinə gətirmişlər, daha sonra isə videoçəkiliş aparılmış, yenidən polis şöbəsinə gətirilmişdir. Ağrıları olduğu üçün polis şöbəsində ona narkotik vasitə vermişlər, o da istifadə etmiş, buna görə də, şöbəyə gətirildikdən sonra baş vermiş hadisələri xatırlamır. Polis idarəsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən psixi zorakılıq tətbiq olunmuş və bir neçə dəfə sillə vurmuşlar. Lakin xəsarətləri olmamış, 3 saylı İstintaq Təcridxanasında müayinə olunan zaman da xəsarətləri aşkar olunmamışdır. 2024-cü ilin oktyabr ayından az-az da olsa, yenidən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. 2024-cü ilin dekabr ayından isə daimi istifadə etməyə başlamışdır. Ona müdafiəçi təyin olunmuş, müdafiəçi axşam saatlarında yanına gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki müdafiəçi təyin edilmiş, əgər ona qarşı psixi və ya fiziki zorakılıq, hədə-qorxu tətbiq edilmişdisə, müdafiəçisinə bu barədə bildirib onun vasitəsilə müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkandan istifadə etməmişdir. Şübhəli şəxs qismində tutulan zaman ona müdafiəçi təyin edilmişdir. Bundan əlavə, onun Azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya məcburən psixotrop maddənin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmçinin metamfetaminin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri də heç cür məntiqəuyğun ifadələr deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində də əməlini səmimi etiraf etmişdir. İş materiallarına əlavə edilmiş disklərə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,851 qram olan kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini çıxarıb təqdim etməsi, ona hansısa xəsarət yetirilmədiyi və bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması da aşkar görünür. Təqsirləndirilən şəxs əvvəllər də CM-in 234-cü maddəsi ilə məhkum olunmuş və prosessual hərəkətlərin hansı formada keçirilməsi, bunun nəticələri ilə bağlı kifayət qədər məlumatlı olmuşdur. Həmçinin iş materiallarında olan məhkəmə ambulator narkoloji ekspertiza rəyinin nəticəvi hissəsində onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, özünün də narkotik vasitə və psixotrop maddə istifadəçisi olması barədə məhkəmə iclasında bildirdikləri təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Həmçinin 24 yanvar 2025-ci il tarixli Suraxanı rayon Məhkəməsinin qərarında Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını bildirmiş, fiziki və ya psixi təzyiqlərə məruz qalması ilə bağlı məhkəməyə də məlumat verməmişdir. Bundan əlavə, məhkəmə iclasları zamanı şahidlər dindirilərkən xatırlamadıqları nüanslar olsa da, ümumilikdə onların ifadələri arasında ziddiyyətli məqam müəyyən edilməmişdir. Odur ki, məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar kifayət qədər mötəbər sübutlarla tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin tutularkən üzərində psixotrop maddə olmaması barədə bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs yalnız ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə tərəfindən sübut növü olaraq qiymətləndirilir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsini, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən isə 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,851 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı və üzərinə baxış keçirildiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi, 2-ci Mədən ərazisidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə də, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 0,851 qram olan kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 22 yanvar 2025-ci il tarixdə, saat 20:18-dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, 2-ci Mədən ərazisində saxlanaraq, orada üzərinə videoçəkilişlə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,851 qram olan kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, verilmiş sorğulara cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək əvvəli 28 iyul 2017-ci il tarixdən hesablanmaqla, 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. 26 iyul 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Bundan əlavə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 1(010)-247/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmaqla, qəti olaraq 01 il 02 ay 16 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin Məhkəmənin 24 aprel 2025-ci il tarixli qərarı ilə hökmdə yol verilən yanlışlıq aradan qaldırılmış, belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək və 11 oktyabr 2024-cü il tarixdən 09 yanvar 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay müddət təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 02 iyun 2025-ci il tarixli 1(103)-1207/2025 saylı qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-247/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək və 11 oktyabr 2024-cü il tarixdən 09 yanvar 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay müddət təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, bundan əlavə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-247/2025 saylı, xx.xx.2025-ci il tarixli düzəliş qərarı ləğv edilmişdir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli hökmü ilə ağır cinayət əməlinə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi 26 iyul 2024-cü il tarixdən 06 il keçməmiş, yenidən qəsdən cinayət əməli törətmişdir. Buna görə də, o, həmin hissədə məhkumluğu olan, məhkumluğu ödənilməmiş və götürülməmiş şəxs hesab olunur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə daha sərt cəza tətbiq edilir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivi vardır. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayəthüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevrilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin sadə residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayətə meyilli şəxs olmuş, hazırki vaxtadək CM-nin 234-cü maddəsi ilə barəsində 2 dəfə məhkəmə tərəfindən hökm çıxarılmışdır. Həmin hallar məhkəmə tərəfindən onun şəxsiyyətini mənfi xarakterizə edən hallar hesab olunur. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli Qərarına əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını, əksinə ağırlaşdıran halın olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 1(103)-1207/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə şübhəli şəxs qismində tutulduğu müddət və ev dustaqlığında saxlanıldığı müddət cəmi Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 22 yanvar 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və onun 05 dekabr 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,801 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalı, maddi sübuta baxış keçirilməsi barədə protokolu əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmalı və cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 16 iş saatı üçün 176 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 1(010)- 247/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 1(103)-1207/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə 09 oktyabr 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, 11 oktyabr 2024-cü il tarixdən 09 yanvar 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 02 ay 28 gün müddət, cəmi 03 ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsnın azadlıqdan məhrum etmə cəzasının əvvəli 22 yanvar 2025ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və onun 05 dekabr 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,801 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Maddi sübuta baxış keçirilməsi barədə protokolu əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınsın və cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxsnın hüquqlarının müdafiəsinə sərf etdiyi 16 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 176 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar