Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-348/2021 17.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 26 avqust 2021-ci il tarixdə günorta saatlarında Ramana qəsəbəsində istintaqa məlum olmayan şəxsdən 5 manat pul müqabilində bir ədəd bükümdə təmiz çəkisi 0,511 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 27 avqust 2021-ci il tarixdə, saat 15:00 radəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq, ünvan 2vanında yerləşən Suraxanı RPİ-nin 31-ci PBnə gətirilib, üzərində saat 15:45-16:05 müddətində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,511 qram madda kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ji maddəsində nəzərdə tutulmuş jinayət əməlinin törədilməsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, əvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmir. Ona verilmiş ittiham üzrə bildirmək istəyir ki, o, 27 avqust 2021-ci il tarixdə, saat 15:00 radəsində evində olarkən, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları onun evinə daxil olmuş, daha sonra isə onun özünü və oğlunu zorla ünvan 2vanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmişlər. Polis bölməsində ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər, lakin o, buna etiraz etmişdir. Bundan sonra ona bildirmişlər ki, təqsirini boynuna almasa, oğlunu da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə jəlb edəjəklər. Bu səbəbdən o, məjburiyyət qarşısında qalaraq, polis əməkdaşları ilə razılaşmışdır. Lakin sonradan görmüşdür ki, oğlunu da polis bölməsinə gətiriblər. Sonra iş təhqiqatı aparan Azər Süleymanov ona bildirmişdir ki, təqsirini boynuna almadığı təqdirdə, onu külli miqdarda narkotik vasitələrin satışı maddəsi ilə məsuliyyətə jəlb edəjəklər. Bu səbəbdən, o, məjburiyyət qarşısında qalaraq, təhqiqatçı ilə razılaşmış, videokamera qarşısında əynində olan qara rəngli şalvarın sağ yan cibinə əvvəljədən qoyulmuş bir ədəd bükümü çıxarıb təqdim etmiş və onun narkotik vasitə olan heroin olduğunu və özünə məxsus olduğunu göstərmişdir. Halbuki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki. bir müddətdir ki, kokos kimi tanıdığı narkotik maddəni çəkmək yolıı ilə istifadə edir. Kokosu Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. 26 avqust 2021-ci il tarixdə günorta saatlarında Ramana qəsəbəsində tanımadığı şəxsdən 5 manat müqabilində bir ədəd büküm kokos almış və sonra istifadə etməsi üçün üzərində saxlamışdır. 27 avqust 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evin qarşısında dayana zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər və onun narkotik vasitələrinin gəzdirilməsi və istifadəsində şübhəli olduğunu bildirərək, onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O, da razılaşıb, onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. 31-ci PB-də ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına vəkil ləyin edilmişdir. Daha sonra isə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, onları təqdim etməyi təklil olunmuşdur. O, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı yolla əldə etməyi barədə soruşulmuşdur. O, həmin bükümün içərisində narkotik maddə olan kokos olduğunu, onu 26 avqust 2021-ci il tarixdə günorta saatlarında Ramana qəsəbəsində tanımadığı şəxsdən 5 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin bir ədəd büküm götürülərək zərlə qoyulub qablaşdırılmış və üzəri o, və digər iştirakçılar tərəlindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Axırda isə üzərində şəxsi axtarış həyata keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o, və bütün iştirakçılar tərəfindən imza olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitəni yalnız özü istifadə etmək üçün əldə etmiş, narkotik vasitəni heç kimə satmaq və ya vermək niyyəti ilə əldə etməmişdir. Həmin narkotik vasitəni 26 avqust 2021ci il tarixdə günorta saatlarında Ramana qəsəbəsində tanımadığı şəxsdən 5 manata öz şəxsi istifadəsi üçün almışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır. Üzərində narkotik vasitə olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. Həmin narkotik vasitəni aldıqdan sonra cibində qalmış və səhərisi gün isə polis əməkdaşları tərəfindən saxlanıldığı üçün ondan istifadə etməyə imkanı olmamışdır. Saxlanılarkən və ya üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 31-ci PB-nin C A üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 27 avqust 2021-ci il tarixdə “Əkbər" adlı şəxsin Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra, ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün, saat 15:00 radəsində Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Bülbülə küçəsində xarici əlamətlərindən “Əkbər" adlı şəxsə yaxınlaşaraq və özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək, üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib, onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Bu şəxs də heç bir etiraz etməyərək, onlarla birlikdə 31-ci Polis Bölməsinə gəlmişdir. 31-ci PB-də xidməti otaqların birində sonunjuya hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, onu təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində kokos kimi tanıdığı narkotik vasitə olduğunu və ona məxsus olduğunu, həmin narkotik vasitəni 26 avqust 2021-ci il tarixdə Ramana deyilən yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 5 manata aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Sonra isə X3 üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 göstərmişdir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə bölməyə gətirilərkən və sonunjunun üzərində axtarış həyata keçirilərkən, ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir, təqsirini boynuna almadığı təqdirdə, onun oğlunun da məsuliyyətə jəlb ediləjəyi barədə xəbərdarlıq edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs göstərir ki, ona belə belə bir xəbərdarlıq ediləndən sonra sonunju təqsirini etiraf etməyə razılaşmış, lakin bir müddət sonra oğlunun da bölməyə gətirildiyini müşahidə etmişdir. Belə olan halda, təqsirləndirilən şəxs niyə bundan sonra da təqsirini etiraf etməkdə davam etməsini izah edə bilmir. Daha sonra təqsirləndirilən şəxs göstərmişdir ki, təhqiqatçı ona bildirmişdir ki, təqsirini boynuna almadığı təqdirdə, onu narkotik vasitələrin külli miqdarda satışı ilə məsuliyyətə jəlb edəjək, bu səbəbdən, o, məjburiyyət qarşısında qalaraq təhqiqatçı ilə razılaşmış, videokamera qarşısında əynində olan qara rəngli şalvarın sağ yan cibinə əvvəljədən qoyulmuş bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxsin bu ifadəsi absurd xarakteri daşıyır, əvvəla ona görə ki, onun belə bir fiziki imkanları yoxdur, həmdə ona görə ki, o, təqsirləndirilən şəxsi ilk dəfə olaraq görmüşdür, sonunju ilə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs əvvəllər də JM-nin 234.1-ji maddəsi ilə ittiham olunmuşdur və sonunjuya qarşı belə bir psixi təsirlərin göstərilməsinin effektivliyi şübhə doğurur. Hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və heç bir halda həqiqəti əks etdirmir. İş materiallarından müəyyən olunur ki, 27 avqust 2021-ci il tarixdə X5 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qərardan müəyyən olunur ki, 29 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/3747 saylı 28 avqust 2021-ci il tarixli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №195" möhür əksi. "Təqsirləndirilən şəxs ..." və s. yazılar olar zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,511 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 3379 saylı 11 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoloidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində vuranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası C'M-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon Məhkəməsinin 11.04.2019-cu il tarixli qərarı ilə 01 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş və 04.06.2019-cu il tarixdə isə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində narkotik maddənin ona aid omadığını göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, təqsirləndirilən şəxsin yuxarıda istinad edilən əməli törətməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqında verdiyi ifadələri, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Həmin ifadələr və sübutlar həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanını yüngülləşdirən, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs əvəllər də dəfələrlə JM-nin 234.1-ji maddəsində nəzərdə tutulmuş jinayət əməlini törətməsini, islah olunmayaraq, yenidən analoci jinayət əməlini törətməsini onun şəxsiyyətini səjiyyələndirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,461 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 27.08.2021-ci il tarixdən 29.08.2021-ci il tarixədək tutuldugu 02 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 17 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,461 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-348/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-348/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver