Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-349/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X19 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1991-ci ildə Zaqatala rayonu, Aşağı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Zaqatala rayonu, Aşağı Tala kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, nömrəsiz evdə yaşayan, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 fevral 2024-cü il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs məxsus olmaqla ünvan 1 ünvanında yerləşən yaşayış evinin həyətinə daş hasarın üzərindən aşaraq qanunsuz daxil olduqdan sonra evin plastik materialından olan pəncərəsini zor tətbiq etməklə açaraq yataq otağına daxil olub orada olan dolabın içərisindəki əl çantasından 3000 manat pulu, dəyəri 500 manat təşkil edən bir komplekt qızıl sırğa və üzüyü, dəyəri 720 manat təşkil edən 8 qramlıq qızıl qolbağı, dəyəri 1800 manat təşkil edən 20 qramlıq qızıl sepi, evin qonaq otağındakı pəncərənin önündə olan pul kisəsinin içərisindən 50 manat pulu, masa örtüyünün altında olan 50 manat pulu və həmin otaqdakı stolun üstündə olan bir ədəd 280 manat dəyərində “LG” 32 LD320 modelli televizoru, dəyəri 30 manat təşkil edən divan üstü örtüyü və hamamda olan 200 manat dəyərində su qızdırıcısını, cəmi 6630 manat məbləğində özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Suraxanıda yaşayır, Mehran adlı şəxs dostudur və onu Suraxanıda tanımışdır. Mehran onunla telefonla əlaqə saxlayaraq onun şəxsiyyət vəsiqəsini istəmiş, o da vəsiqənin onda olmadığını, arvadında olduğunu, arvadı və uşaqlarının rayonda olduğunu bildirmişdir. 15-20 dəqiqə sonra Mehran ona yenidən zəng etmiş, satmaq istədiyi televizor olduğunu, almaq istəyən olub-olmadığını soruşmuşdur. O, ailəsi rayonda olduğundan işdən gəldikdən sonra Şahid işlədiyi kafedə yemək yemişdir. Mehran Könülün televizor almaq istədiyini, televizoru ona satmasını xahiş etmiş, o da televizoru Könülə satmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Mehran da onun getdiyi kafeyə getmişdir, lakin onlar orada birlikdə yemək yeməmişlər. Həmin kafedə Mehranın tanışı olmuş, ondan pul götürürdü. Mehran narkoman kimi, o özü isə zəhmətkeş adam kimi tanındığından Mehran televizoru onun satmasını xahiş etmişdir. Televizoru, televizorun pultu və aparatını Mehran ona vermiş, o, sözügedən oğurluq olunan evə girməmişdir. O, televizoru satmış, pulunu Mehrana vermiş, onun özünə isə 10 manat pul qalmışdır. Təqsirləndirilən şəxs son sözündə himayəsində iki azyaşlı uşağı olduğunu, bir uşağın isə bu yaxınlarda doğulacağını, əməlindən peşman olduğunu, azadlıqda olarsa zərərçəkmiş şəxsə dəyən ziyanı işləyib ödəyəcəyini bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə şahid qismində və şübhəli şəxs qismində dindirilən zaman ifadələrində göstərmişdir ki, 2020-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum olunma cəzasına məhkum olunmuşdur. 2022-ci il tarixdə isə cəzasının sonu ilə azadlığa buraxılmışdır. X2 onun dostudur. Onu təxminən 2 ildir ki, tanıyır. X13 və özünün maddi vəziyyəti pis olduğundan və borcları olduğundan Mehman Süleymanov ona evlərdən oğurluq etməyi təklif etmişdir. Onunla razılaşmış və 18 fevral 2024-cü il tarixdə saat təxminən 23 radələrində Mehman Süleymanov ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində gəzişərkən orada olan fərdi yaşayış evlərin birində işıqların yanmadığını görmüşlər. Bundan sonra Mehman Süleymanovla birlikdə həmin evin hasarına dırmaşaraq evin həyətinə düşmüşlər. Daha sonra isə evin plastik pəncərəsini əli ilə açaraq oradan Mehman Süleymanovla birlikdə mənzilə daxil olmuşlar. O, evin qonaq otağına gedib orada olan bir ədəd “LG” markalı televizoru və evin giriş qapısının yanında olan 2 ədəd qazanları götürmüş, Mehman isə ondan aralanıb fərdi yaşayış evinin digər otaqlarına gedib oradan oğurluq etmişdir. Lakin Mehmanın nə oğurladığını görməmişdir. Bundan sonra həmin fərdi yaşayış evindən çıxıb oradan uzaqlaşmışlar. Daha sonra oradan öz yaşadığı evə getmişdir. Mehmanın hara getdiyini bilməmişdir. Səhəri gün, yəni 19 fevral 2024-cü il tarixdə Mehman Süleymanovla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən fərdi yaşayış evindən oğurladığı “LG” markalı televizoru Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən kafeyə gedib orada əvvəllər tanımadığı qadına 65 manata satmışdır. Həmin qadına “LG” markalı televizoru satarkən həmin televizorun ona məxsus olduğunu və pula ehtiyac olduğundan satdığını bildirmişdir. Həmin evdən bir ədəd “LG” markalı televizor və iki ədəd qazanları oğurlamış, lakin oradan pul və qızıl-zinət əşyaları oğurlamamışdır. Mehman Süleymanov həmin evdən çıxarkən qızıl zinət əşyalarını görmüşdür. Lakin onun əlində nə qədər qızıl-zinət əşyaları olmasını bilməmişdir. Həmin evdən pul oğurlamadığını, ola bilər ki, həmin pulları da Mehman Süleymanovun götürdüyünü bildirmişdir. Göstərdiyi cinayətdən başqa Bakı və digər rayon ərazilərində heç bir cinayət törətməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində bir mərtəbədən ibarət fərdi yaşayış evi yardır. Həmin ev üç otaqdan ibarətdir. Həmin evdə tək yaşayır. Qızı Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı üçün mütəmadi olaraq onların evinə gedib orada qalır. 19 fevral 2024-cü il tarixdə saat təxminən 17 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində yerləşən evinə gəlmişdir. Evin həyət qapısını açar ilə açaraq həyətə daxil olmuşdur. Evin plastik materialdan hazırlanmış pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb şübhələnmiş, sonra isə evin dəmir qapısını açaraq evə daxil olmuşdur. Evə daxil olduqda müəyyən etmişdir ki, evin içərisindəki otaqlar dağınıqlı vəziyyətdədir. Başa düşmüşdür ki, naməlum şəxs (şəxslər) ona məxsus evə daxil olaraq oğurluq etmişdir. Qızılların və pulun olduğu yataq otağına daxil olmuş və paltar dolabının içərisində saxladığı içərisində pul və qızılları olan əl çantasının yerdə olduğunu görmüşdür. Əl çantasını yerdən götürüb içərisinə baxmış və onun içərisində olan özünə məxsus 3000 manat nağd pulun, dəyəri 500 manat təşkil edən komplekt qızıl sırğa və üzüyün, dəyəri 720 manat təşkil edən 8 qramlıq qızıl qolbağın, dəyəri 1800 manat təşkil edən 20 qramlıq qızıl sepin əl çantasının içərisində olmadığını aşkar etmişdir. Sonra isə qonaq otağında pəncərənin önünə qoyduğu pul kisəsinin içərisindəki 50 manat nağd pulun, masa örtüyünün altında saxladığı 50 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Qonaq otağında stolun üstündə olan bir ədəd dəyəri təxminən 300 manat təşkil edən «LG» modelli televizorun, dəyəri 30 manat təşkil edən divan üstünün oğurlandığını aşkar etmişdir. Bundan başqa hamamda olan dəyəri 200 manat təşkil edən su qızdırıcısının da oğurlandığını aşkar etmişdir. Vəziyyəti belə görüb bacısı oğlu Yusifi çağırmış və Yusif onun yanında özünə məxsus mobil telefon ilə DİN-nin 102 xidmətinə zəng edərək oğurluq hadisəsi baş verməsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş və yaşadığı evdən oğurluq edilməsi ilə əlaqədar Suraxanı RPİ 31-ci PB-nə ərizə yazmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 6650 manat məbləğində ziyan dəymişdir. Həmin gün həyəcanlı olduğundan yaşadığı evdən konkret olaraq hansı əşyaların oğurlandığını bilməmişdir. Lakin sonradan yaşadığı evdən hansı əşyaların konkret olaraq oğurlandığını bildiyi üçün istintaqa verdiyi ifadəsində düzgün olaraq məbləği və əşyaları qeyd etmişdir. Yaşadığı evdən nə vaxt çıxaraq qızının yaşadığı evə getməsini dəqiq xatırlamır, təxminən 2023-cü ilin dekabr ayının ortalarında yaşadığı evdən çıxaraq qızının yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki evinə getmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Təqsirləndirilən şəxs iki azyaşlı uşağı olduğunu nəzərə alaraq həbs edilməsini istəmir. Hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olmasa, onun borcunu qaytara bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, qızının yaşadığı Xırdalan şəhərində yerləşən evdə 1 ay qalmış, qızı işlədiyindən qızının uşaqlarına baxmışdır. O, Təqsirləndirilən şəxsı əvvəllər tanımayıb, Baloğlan da onu tanımayıb. O, qızının yanında qalmağa getdiyini bacılarına demişdir, oğurluq olunan evə yeni köçdüyündən orada heç kimi tanımır. Həmin evin hasarı hündürdür. Evin pəncərəsi evin içinə tərəf açılır, pəncərədən evə daxil olmaq üçün pilləkən lazım deyil, yerdən alçaq məsafədədir, pəncərənin önünə soyuducu qoymuş, oğurluq üçün evə daxil olduqda soyuducunu itələyib daxil olmuşlar. O, evin qapısını açan açarı pəncərənin önünə qoymuş və evə oğurluğa giriləcəyi ağlına gəlməmişdir. O, evə gəldikdə pəncərənin açıq olduğunu görmüşdür, amma qapı bağlı olmuş, qapını açarla açaraq evə daxil olmuşdur. Oğurluq olduğunu gördükdə 102 xidmətinə zəng etmiş və tez bir zamanda polis əməkdaşları evə gəlmişdir. Sonradan Baloğlan və yanında bir adam polis əməkdaşları ilə birlikdə evə gəlmişlər. Həmin vaxt heç kim Baloğlanı nə deməsi barədə öyrətmirdi. Baloğlan həmin vaxt evə qapıdan girdiyini demiş, ona pəncərədən girdiyini dedikdə, əyri açarla qapını açıb içəri daxil olduğunu demişdir, deməli, onlar pəncərəni açıb, açarı götürüb, qapını açaraq evə daxil olmuşlar. Sonradan müstəntiq onu çağırmış, o, orada bir xanım görmüş, həmin xanım çıxdıqdan sonra müstəntiq televizorun həmin xanımda olduğunu bildirmişdir. Müstəntiq televizoru göstərib onun olub-olmadığını soruşduqda onun olduğunu bildimişdir. Oğurlananlardan yalnız televizor ona qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində fəaliyyət göstərən “Gələrsən-görərsən” adlı kafedə xadimə işləyir. Kirayədə yaşadığı mənzildə televizor olmadığı üçün televizor almaq istəyirmiş, lakin pulu az olduğundan işlənmiş televizor axtarırmış. 2024-cü ilin fevral ayının əvvəllərində işlədiyi kafedən çıxıb yaşadığı evə gedəndə bir nəfər şəxs ona yaxınlaşaraq ondan televizor istədiyini soruşmuşdur. Həmin şəxsə televizor istədiyini bildirmişdir. Adını bilmədiyi həmin şəxs əlinə televizor düşən kimi ona deyəcəyini bildirmişdir. Təxminən bir neçə gündən sonra həmin şəxs kafeyə gələrək ona adının Baloğlan olduğunu və hazırda özündə satmaq istədiyi televizor olduğunu demişdir. O, Baloğlana “gətir baxım, əgər xoşum gəlsə televizoru səndən alaram” demişdir. Səhəri gün Baloğan əlində olan «LG» markalı televizoru kafeyə gətirərək ona göstərmişdir. Televizora baxmış və Baloğlandan onun qiymətini soruşmuşdur. Baloğlan ona televizoru 80 manata satdığını demişdir. Baloğlana onun dediyi məbləği ödəməyə imkanı olmadığını demişdir. Baloğlan televizoru ona 65 manata sata biləcəyini demişdir. Baloğlan ilə razılaşmış və 65 manat pulu Baloğlana verərək 01 ədəd “LG” markalı televizoru ondan almışdır. İşini qurtardıqdan sonra televizoru yaşadığı evə aparmış, lakin mənzildə olan antena xarab olduğundan televizoru işlədə bilməmişdir. Televizoru yaşadığı mənzildə saxlamışdır. 01 mart 2024-cü il tarixdə polis əməkdaşları onu Suraxanı RPİ-nin İstintaq Şöbəsinə dəvət etmişlər. Baloğlan adlı şəxsi əvvəllər tanımamışdır. Onu ilk dəfə küçədə ona yaxınlaşıb televizor istəyibistəmədiyini soruşanda tanımışdır. Sonradan kafedə adının Baloğlan olduğunu ona demişdir. Baloğan tərəfindən ona satılmış televizorun oğurluq olduğunu bilməmişdir və həmin «LG» markalı televizoru istintaqa təqdim etmişdir. Məhkəmə iclasında Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, Baloğlanı tanımayıb, o kafeyə gəlib yemək yeyirdi. Kafeyə gələn tanımadığı bir nəfərə televizor almaq istədiyini bildirmişdir. Həmin adamla Baloğlanı birlikdə görməmişdir. Baloğlan kafedə yemək yeyərkən ondan televizor almaq istəyib istəmədiyini soruşmuş, o da istədiyini bildirmişdir. Sonradan Baloğlan televizoru kafeyə gətirmiş, orada qoşmuş, işlədiyini görmüşdür, televizorun pultu da var idi. Sonradan polislər ona televizorun oğurluq olduğunu dedikdə o aparıb qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materiala əsasən, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi ünvan 2 ünvanına baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin ünvanın yaxınlığında yaşayış evləri vardır. Ünvanlar bir-birinə yaxın məsafədə və ensiz, dar küçədə yerləşir. Evin giriş qapısı tünd rənglidir. Hadisə zamanı naməlum şəxs oturacaq stulunu giriş qapısının arxasına qoymuşdur. Görünür ki, həmin stulun vasitəsilə dırmanaraq uzaqlaşmışdır. Ev 3 otaqdan ibarətdir, evin giriş hissəsi və mətbəx ayrıdır. Girişdə solda mətbəx, sağ hissədə isə otaqlar yerləşir. Televizor girişdən sağda yerləşən qonaq otağında olmuşdur. Lakin hal-hazırda yerində deyil. Naməlum şəxs evin giriş hissəsində, yəni koridorda olan dolabı açmış və axtarış etmişdir. Evin yataq otağında olan paltar dolabı açıq vəziyyətdədir, dolabda olan paltarlar, pul və həmçinin qızıllar olan əl çantası yerə atılmışdır. Hadisə zamanı bəlli deyil, lakin kriminalist ekspert əl-barmaq izləri götürmüşdür. Baxış zamanı əlavə sübut əhəmiyyətli əşya və predmet aşkar olunmamışdır. Evin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 7-13); təqdim edilmiş əşyanın götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə şahid qismində tanınmış Şahid bir ədəd “LG” 32LD320 modelli televizoru Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim etmişdir (i.v. 24); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 27); əşyanın tanınmaya təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilmiş televizorlardan bir ədəd “LG” 32LD320 modelli televizoru əlamətləri mükəmməl olaraq yadında saxladığından tanımışdır və həmin televizor ona məxsusdur (i.v. 34); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Şahid və Təqsirləndirilən şəxs bir daha istintaqa verdiyi ifadələrini təsdiqləyərək bir-birlərinin üzünə demişlər (i.v. 42-45); Şahid X2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində və üzləşmə protokolunda Təqsirləndirilən şəxs yalan ifadə verdiyini, onun Baloğlanla birlikdə oğurluq etmədiyini və heç bir yerdən oğurluq etmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı X2 və Təqsirləndirilən şəxs bir daha istintaqa verdiyi ifadələrini təsdiqləyərək bir-birlərinin üzünə demişlər (i.v. 40-49); ifadənin yerində yoxlanılması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisənin baş verdiyi yerdə yoxlanılmışdır (i.v. 50); cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 61); cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 71); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 91-92); Şahid X9 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində, həmçinin üzləşmə protokolunda Təqsirləndirilən şəxs yalan ifadə verdiyini, Baloğlanın ona televizor satmadığını və onun özünün ümumiyyətlə Baloğlana heç bir əşya satmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı X9 və Təqsirləndirilən şəxs bir daha istintaqa verdiyi ifadələrini təsdiqləyərək bir-birlərinin üzünə demişlər. (i.v. 101-105); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-81/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (i.v. 112-114); Bakı Apellyasiya Məhkəməsinin 4(103)-284/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 04 mart 2024-cü il tarixli, 4(010)-81/2024 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (i.v.134-137); şübhəli şəxs qismində tutulmuş şəxsin MSY-dən azad olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 şübhəli şəxs kimi tutulmadan azad edilmişdir (i.v. 118-119); Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur (i.v. 129); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Mehdiyev X6 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 03 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 317.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəza müddəti 05 il 01 aya endirilmiş; Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş; xx.xx.2018-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş; xx.xx.2023-cü il tarixdə cəzası başa çatmış və qeydiyyatdan çıxarılmışdır (i.v.130-132); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-54/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Təqsirləndirilən şəxs 31 iyul - 02 avqust 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmış və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; cəzasının əvvəli 22 dekabr 2021-ci ildən hesablanması; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir (i.v.138-140); Alternativ ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli, 54 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən 01 ədəd “LG” 32LD320 modelli televizorun hadisənin baş verdiyi 2024-cü ilin fevral ayına olan təqribi orta bazar qiyməti 280,00 manat müəyyən edilir (i.v.143-146); maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan və qəbzdən görünür ki, X4 məxsus olan bir ədəd “LG” 32LD320 modelli televizor cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v. 151-153); telefon məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə sonuncu dəfə 13 fevral 2024-cü il tarixdə işlək vəziyyətdə olmaqla həmin tarixə anten dairəsi göstərilmişdir. Qeyd olunan nömrənin hadisənin baş verdiyi tarixdə, yəni 18 fevral 2024-cü il tarixdə işlək vəziyyətdə olmadığından anten dairəsi göstərilməmişdir. Bundan başqa telefon məlumatlarına baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (i.v. 154); sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihama əlavələr edilməklə ona həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi və Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilməsinin nəzərə alınması; Zərərçəkmiş şəxs məxsus olmaqla Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “LG” 32 LD320 modelli televizor cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək sahibi Zərərçəkmiş şəxs təhvil verilməsinin nəzərə alınması; Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs hesab edilməsi; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilməsi və bu barədə material ayrılaraq qeydiyyata alınıb saxlanması üçün rayon prokurorluğuna göndərilməsi; Təqsirləndirilən şəxs 02 mart 2024cü il tarixli ifadəsində oğurluq cinayətini tanışı X2 ilə birlikdə törətməsi, həmin evdən bir ədəd LG markalı televizor və 2 ədəd qazan oğurlaması, pul və qızıl zinət əşyalarının isə Mehman Süleymanov tərəfindən oğurlanması barədə göstərdikləri, həmçinin 04 mart 2024-cü il tarixli ifadəsində isə həmin oğurluq cinayətində iştirak etmədiyini, “LG” markalı televizoru tanışı X3 ona satmaq üçün verdiyini, 65 manata satdıqdan sonra isə pulu Mehrana verdiyi barədə göstərdikləri cinayət məsuliyyətindən kənarda qalmaq kimi qiymətləndirilərək rədd edilməsi və iş materiallarına uyğun olmadığından sübut kimi qəbul edilməməsi; iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixli ifadələrinin qalan hissələri üzləşdirmə protokolları, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ifadələrin yerində yoxlanması haqqında protokol, götürmə aparılması haqqında protokol, tanınmaya təqdim etmə haqqında protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, maddi sübut iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilməsi; X2 və X3 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin əlamətləri olmadığını nəzərə alaraq barələrində həmin maddələr ilə cinayət təqibi başlanması Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi və bu barədə material ayrılaraq qeydiyyata alınıb saxlanması üçün rayon prokurorluğuna göndərilməsi; X7 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 194-cü əlamətləri olmadığını nəzərə alaraq barəsində həmin maddə ilə cinayət təqibi başlanması Azərbaycan Respublikalı CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi və bu barədə material ayrılaraq qeydiyyata alınıb saxlanması üçün rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v. 163-171); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihama əlavələr edilməklə ona həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 172-173); vəsatətin rədd edilməsi haqqında xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini, oğurluq cinayəti törətmədiyini, barəsində olan iş üzrə icraata xitam verilməsini və həbsdən azad olunmağını, əsassız olaraq həbsdə saxlanıldığı barədə verdiyi vəsatət əsassız olduğuna görə rədd edilmişdir (i.v. 183-184; 191-192); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-172/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla, 22 iyun 2024-cü il tarixədək uzadılmışdır (i.v. 213-215); Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclasında məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı hər hansı şikayəti yoxdur. Təqsirləndirilən şəxs iki azyaşlı uşağı olduğunu nəzərə alaraq həbs edilməsini istəmir. Hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olmasa, onun borcunu qaytara bilər. Təqsirləndirilən şəxs həbsdən azad edilməsini xahiş etmişdir; Azemis Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun iki uşağı – xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən evdən oğurluq etməməsi, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “LG” 32LD320 modelli televizoru Mehran Abasovun satmaq üçün ona verməsi, həmçinin məhkəməyədək icraat zamanı xx.xx.2024cü il tarixdə verdiyi ifadəsində yuxarıda göstərilən evə dostu X2 ilə birlikdə girib oğurluq etmələri barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, zərərçəkmiş şəxs ibtidai istintaq dövründə və məhkəmə iclasında vermiş olduğu ifadələrində, evində həmin əşyaların olduğunu və oğurlandığını göstərmişdir. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə (177.2.3); xeyli miqdarda ziyan vurmaqla törədildikdə (177.2.4) — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - əşyanın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 02 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd “LG” ** LD *** markalı televizorun iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-349/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-349/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver