Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-35/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 49 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 07 – xx xxxx 2020-ci il tarixləri üzrə tutulmuş (müstəntiqin xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir), Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, həmin qərara əsasən xx xxxxxx 2020-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs adı istintaqa Səxavət kimi məlum olan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üstündə saxlayaraq daşımışdır. Belə ki, o, xx xxxx 2020-ci ildə saat 07:50 radələrində tanışı Şahid2 ilə birlikdə «Khazar» markalı 99PB628 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 14 nömrəli binanın qarşısında olduğu vaxt həmin ərazidə xidmət aparan Suraxanı Rayon Polis İdarəsinin PPXB-nün polis nəfərləri tərəfindən şübhəli davranışlarına görə saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ iç cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd büküm, təmiz çəkisi 0,680 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd büküm, təmiz çəkisi 0,090 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və gödəkcəsinin sol üst cibindən 1 ədəd içərisində narkotik vasitə heroinin izləri olan 2 millilitrlik şprisi polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx xxxx 2020-ci ildə saat 24 radələrində uzaq qohumu Şahid2 Hovsan kəndindəki evinə getmişdir. Müşviqin evinə getməkdə məqsədi Müşfiqin lizinq ilə idarə etdiyi «Khazar» markalı 99PB628 dövlət qeydiyyat nişanlı avtomobili səhərə yaxın Badamdarda yerləşən maşın bazarına aparmaq olub. xx xxxx 2020-ci ildə saat 05 radələrində «Khazar» markalı 99PB628 dövlət qeydiyyat nişanlı avtomobili Badamdarda yerləşən maşın bazarına aparmaq üçün Müşfiqdə birlikdə sonuncunun evindən çıxaraq həyətdə olan avtomobilə əyləşmiş, özü avtomobilin sükanı arxasında Müşviq isə qabaq oturacaqda əyləşmişlər. Avtomobilin mühərrikini işə salaraq hərəkətə gətirmiş, yanacağının qurtardığını görüb avtomobillə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 14 nömrəli binanın qarşısına gedərək orada saxlamışdır. Qaynı Səbuhiyə zəng edib ona demişdir ki, avtomobilin yanacağı qurtarıb və xahiş etmişdir ki, yanacaq tapıb gətirsin. Səbuhi gələnə kimi onu və Müşviqi yuxu tutduğu üçün avtomobilin içərisində yatmışlar. Saat 07 radələrində avtomobilin şüşəsinin döyüldüyünü eşidərək yuxudan ayılmış və görmüşdür ki, avtomobilin yanında polis əməkdaşları dayanıb. Avtomobilin qapısını açaraq yerə enmiş, polis əməkdaşları onları Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Müşfiqlə birlikdə post patrul avtomobilinə əyləşib Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə getmişlər. Polis şöbəsində video çəkilişlə müdafiəçinin iştirakı təmin olunmaqla üzərinə şəxsi axtarış keçiriləndə əynində olan qara rəngli gödəkcənin sağ iç cibində gümüşü rəngli kağıza bükülmüş bir büküm narkotik vasitə olan heroini və bir büküm psixotrop maddə olan metamfetamini, gödəkcəsinin sol üst cibindən isə 1 ədəd 2 millilitrlik şprisi polis əməkdaşlarına könüllü olaraq təqdim edərək onlara demişdir ki, təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir. Həmçinin bildirmişdir ki, həmin narkotik və psixotrop maddələri şəxsi istifadəsi üçün Səxavət kimi tanıdığı şəxsdən alıb. Polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokolun düzgünlüyü bütün iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 07:50 dəqiqədə həmkarı Şahid5 və Şahid6 ilə birlikdə avtopatrul avtomobili ilə Suraxanı rayonunu ərazisində xidmət apararkən Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 14 saylı binanın qarşısında dayanıqlı vəziyyətdə olan «Khazar» markalı 99PB628 dövlət nömrə nişanlı avtomobilin içərisində iki nəfər şəxsin yatmış vəziyyətdə olduqlarını görmüşlər. Həmin şəxslər şübhə doğurduğuna görə onlara yaxınlaşmış, avtomobilin şüşəsini döyərək həmin şəxsləri oyatmışlar. Onlar həmin şəxslərə özlərini təqdim edərək avtomobildən enmələrini və özlərini təqdim etmələrini xahiş etmiş, həmçinin üzərində şəxsiyyətlərini təsdiq edən hər-hansı sənədin olubolmamasını soruşmuşlar. Həmin şəxslər üzərilərində sənəd olmadığını bildirdikdən sonra onları şəxsiyyətlərini müəyyən etmək üçün Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin şəxslərin adlarının Təqsirləndirilən şəxs və Şahid2 olduğu müəyyən edilib. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid3 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. xx xxxx 2020-ci ildə Suraxanı Rayon Polis İdarəsinin PPXB-nün polis nəfərləri Suraxanı rayonu, Hövsan qəsəbəsi, ərazisində xidmət apararkən Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 14 nömrəli binanın qarşısında dayanmış «Khazar» markalı 99PB628 dövlət qeydiyyat nişanlı avtomobildə sürücü qismində əyləşmiş Təqsirləndirilən şəxs və həmin avtomobildə sərnişin kimi əyləşmiş Şahid2 Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirmişlər. Onların üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilib. Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ iç cibindən iki büküm, həmin gödəkcənin sol üst cibindən bir ədəd 02 millilitrlik tibbi şprisi təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümlərdən biri narkotik vasitə olan heroin, digəri isə psixotrop maddə metamfetamindir və onları şəxsi istifadəsi məqsədilə üzərində gəzdirir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təxminən 2 ay əvvəl Hövsan qəsəbəsindən 30 manata alıb. Təqsirləndirilən şəxsin təqdim etdiyi bükümlər və şpris zərfə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Tərtib edilmiş protokol və müvafiq zərf şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra Şahid2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şahid2 üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Şahid2 üzərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Şahid2 üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitəyə oxşar kütlə və qanunla qadağan olunmuş başqa bir əşya aşkar edilməmişdir. X1 məxsus 99PB628 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman 99PB628 dövlət nömrə nişanlı avtomobildə qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Avtomobildə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. xx xxxx 2020-ci il tarixli 6/92 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazısı olan zərfdə 1(bir) ədəd bükümdə, təmiz çəkisi 0,680 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,090 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd 2 ml şprisdə narkotik vasitə olan heroinin izləri vardır. Lakin şprisdə heroin iz şəkilində olduğu üçün, Təqsirləndirilən şəxs götürülmüş heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı”. xx xxxxx 2020-ci il tarixli 906 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "...Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində üç nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkomaniyadan müalicə kursunu keçmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,630 qr təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin və qalıq çəkisi 0,040 qr təşkil edən, psixotrop maddə – metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 – xx xxxx 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün və Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən xx xxxxxx 2020-ci ildən bu günədək həbsdə saxlanıldığı 03 (üç) ay 23 (iyirmi üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 01 (bir) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkomaniyadan müalicə kursunu keçmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,630 qr təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin və qalıq çəkisi 0,040 qr təşkil edən, psixotrop maddə – metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-35/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-35/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver