Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-35/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 27 – 29 iyun və 09 – 11 avqust 2021-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 4(010)-382/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qərarı ilə barəsində 09 noyabr 2021-ci il tarixinədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbirinin tətbiqi məhkəmənin hazırlıq iclasının yekun qərarı çıxarılan vaxtadək (17 noyabr 2021-ci il) uzadılıb, Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının 17 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş), hazırda başqa cinayət işi ilə əlaqədar həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 1,850 qram təşkil edən kustar üsulla hazırlanmış tünd qəhvəyi rəngli heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, Şahid1 ərizəsi əsasında o, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 iyun 2021-ci il tarixdə saat 22:05-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinin inzibati binasına gətiril və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki mavi rəngli cins şalvarının sol cibindən bir büküm təmiz çəkisi 1,850 qram təşkil edən tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,215 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, o, 09 avqust 2021-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin və Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saat 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,215 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 2 ildir narkotik vasitə heroin istifadə edir. Həmin narkotik vasitəni Bakı şəhərinin müxtəlif ərazilərdə tanımadığı şəxslərdən alır. 27 iyun 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 11 manat nağd pul ödəyərək şəxsi istifadəsi üçün bir bükümdə narkotik vasitə heroin almışdır. Heroini aldıqdan sonra bir qismini istifadə etmiş, bir qismini isə əynindəki şalvarının sol yan cibində saxlamışdır. Narkotik vasitənin təsiri altında olarkən saat 21:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində bir azyaşlı qız uşağını görmüş və onu öz uşağına bənzətmişdir. Bundan sonra əyilib onun əllərindən tutaraq “qızım” deyə səslənmiş, bu zaman bir nəfər yaşlı kişinin yaxınlaşıb təəccüblə baxdığını görmüş, həmin zaman özünə gəlmiş və anlamışdır ki, uşaq onun uşağı deyil. Buna görə də həmin yerdən uzaqlaşmağa başlamışdır. Lakin həmin yaşlı kişi ona yaxınlaşıb nə üçün azyaşlı nəvəsinə “qızım” deyə səsləndiyini və nə etmək istədiyini soruşduqda ona uşağı öz qızına bənzətdiyini demişdir. Həmin yaşlı adam elə zənn etmişdir ki, guya o, uşağı qaçırmaq istəyib. Bu zəmində aralarında sözlə mübahisə yaranmış, bundan sonra onlara iki nəfər polis əməkdaşı yaxınlaşmış və hər ikisini 31-ci polis bölməsinə aparmışlar. Polis bölməsində ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı ona üzərində hər hansı qanunsuz, maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, cavabında o, əynində olan göy rəngli cins şalvarın sol cibində saxladığı 1 ədəd bükümdə heroini təqdim etmişdir. Aşkar edilmiş heroin polis əməkdaşları tərəfindən götürülərək zərfə qablaşdırılmış, protokol tərtib edilmiş, zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Beləliklə o, 27 – 29 iyun 2022-ci il tarixləri üzrə tutulmuş, 29 iyun 2021-ci ildə MSY-dən buraxılmışdır. Lakin bundan sonra da narkotik vasitələrdən istifadəni tərgitməyib. 09 avqust 2021-ci ildə saat 16 – 17 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində piyada hərəkətdə olarkən ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələrin daşınması və istifadəsində şübhəli olduğunu bildirərək Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getmiş, polis bölməsində şəxsiyyəti müəyyən edildikdən sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edilməklə üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı ondan üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulduqda, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaret kağızından olan bükümü təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu Rəşad adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 27 iyun 2021-ci il tarixdə əməliyyat müvəkkili Şahid2la birlikdə xidməti ərazidə xidmət apararkən, saat 21:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində iki nəfər tanımadığı şəxsin mübahisə etdiyini görüb onlara yaxınlaşıb özlərini təqdim etmiş, həmçinin sonuncuların da özlərini təqdim etməsini xahiş etmişlər. Məlum olmuşdur ki, həmin iki nəfərdən biri Təqsirləndirilən şəxs, digəri isə Şahid1dur. Mübahisənin səbəbini soruşduqda Şahid1 bildirmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin onun nəvəsini oğurlamaq istədiyini güman etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxsla söhbət aparılan zaman o, özünü şübhəli aparmış və bildirmişdir ki, narkotik vasitənin təsiri altında olması səbəbindən Nurəli Məhərrəmovun nəvəsini öz uşağı bilərək ona yaxınlaşıbdır. Sonra Təqsirləndirilən şəxs səmimi olaraq bildirdi ki, üzərində narkotik vasitə var. Bundan sonra Təqsirləndirilən şəxs və Nurəli Məhərrəmovu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təqsirləndirilən şəxsə hüquqları və vəzifələri izah olunmuş, o, müdafiəçi ilə təmin edilmiş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə başlanaraq üzərində gəzdirilməsi qanunla qadağan edilmiş əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Həmin təklifə əsasən təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sol cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülü açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin büküm zərfə qablaşdırılmış, protokol tərtib edilmiş, zərfin üzəri və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni 27 iyun 2021-ci ildə axşam vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 11 manata alıb. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid5 ifadəsində göstərmişdir ki, 09 avqust 2021-ci ildə ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanması məqsədilə ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 İnqilab oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar saat 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində Təqsirləndirilən şəxs zahiri əlamətlərinə görə tanıyıb saxlamış və şəxsiyyətini dəqiqləşdirdikdən sonra Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşya varsa skönüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümünü təqdim etdi. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması aşkar olundu. Təqsirləndirilən şəxs həmin maddəni səhər saatlarında Rəşad adlı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirdi. Aşkar edilən maddə zərfə qoyularaq möhürləndi, keçirilən baxışla bağlı video çəkiliş aparıldı, protokol tərtib edildi və həmin protokol iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 28 iyun 2021-ci il tarixli 6/2614 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №195“ dairəvi möhür əksi olan, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,850 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir”. 10 avqust 2021-ci il tarixli 6/3399 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,215 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir”. 17 iyul 2021-ci il tarixli 2382 saylı ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, bir nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini iki dəfə, yəni 27 iyun 2021-ci il və 09 avqust 2021-ci il tarixlərində törədib. Bu Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. İş üzrə cəzanı ağırlaşdıra biləcək başqa hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkiləri müvafiq olaraq 1,165 qram və 1,800 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27 – 29 iyun və 09 – 11 avqust 2021-ci il tarixləri üzrə tutulduğu 04 (dörd) gün, habelə 11 avqust 2021-ci il tarixindən 17 noyabr 2021-ci il tarixinədək «ev dustaqlığında» olduğu 03 (üç) ay 06 (altı) gün (ümumilikdə 03 (üç) ay 10 (on) gün) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 mart 2022-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi müvafiq olaraq 1,165 qram və 1,800 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-35/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-35/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver