Məhkəmə qərarları › İş №1(010)-35/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-35/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-35/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 14 mart 2023-cü il tarixdə, saat 11:00-da, Bakı şəhərində, xx xxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 2ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, 12 yanvar 2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-35/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 15 sentyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən «Qartal» heykəlinin yaxınlığında azyaşlı xx xxxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşısını kəsib ətrafda olan vətəndaşların gözləri qarşısında cibində olan pullarını verməsini tələb edərək ondan 16 manat pulu alıb özgənin əmlakını açıq talama yolu ilə ələ keçirərək azyaşlıya qarşı soyğunçuluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq 1,272 qram çəkidə narkotik vasitə heroini əldə edərək gələcəkdə satışını həyata keçirmək üçün ayrı-ayrı hissələrə bölüb yeddi ədəd sellofan bükümdə qablaşdıraraq əynindəki cins şalvarının sağ yan cibində gizlədib üzərində daşımaqla saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 12 oktyabr 2021-ci il tarixdə saat 11:55-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirildikdən sonra barəsində şəxsi axtarış və baxış hərəkətləri keçirilərkən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,142 qram, 0,171 qram, 0,250 qram, 0,181 qram, 0,205 qram, 0,222 qram, 0,101 qram olmaqla, ümumilikdə 1, 272 qram çəkidə narkotik vasitə heroin göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə tam təqsirli, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, əvvəllər törətdiyi dələduzluq cinayətinə görə Xətai Rayon Məhkəməsinin 25 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə 4.000 manat cərimə cəzası ilə məhkum olunmuş, sonradan etdiyi cinayət əməlinə görə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.2 və 180.2.4-cü maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlər məcmu qaydada birləşdirilərək ona 4 il 6 ay müyddətinə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzası təyin edilmişdir. Həmin hökmdə hər bir cəzanın müstəqil icra edilməsi qət edilmişdir. Cəzasını tam çəkib 29 iyun 2015-ci ildə azadlığa çıxdıqdan sonra barəsində olan cərimənin bir qismini ödəyərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək təyin olunmuş 4.000 manat cərimə cəzasından azad edilmişdir. İşləmək məqsədilə 2018-ci il tarixdə Rusiya Federasyasına getmiş, orada oğurluq etdiyinə görə tutulsa da, onda QİÇS xəstəliyi aşkar olunduğundan, cəzadan azad edilib buraxılmışdır. 2020-ci ilin oktyabr ayında Azərbaycan Respublikasına gələrək həmin vaxtdan Bakı şəhərində göstərdiyi ünvanda anası ilə birlikdə yaşayır. Hazırda Respublika QİÇS mübarizə mərkəzində qeydiyyatdadır. Bir müddət tanımadığı adamlardan narkotik vasitə olan heroin alaraq çəkmək yolu ilə istifadə etmiş, barəsində başlanmış cinayət işi üzrə həbs olunub 3 ay Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə və həbsdən azad olunduqdan sonra isə narkotikdən istifadə etməmişdir. 15 sentyabr 2021-ci il tarixdə onun narkotik vasitə almaq üçün pulu olmadığından yoldan keçən yetkinlik yaşına çatmayan oğlanları hədələyib pul almaq fikrinə düşmüşdir və təxminən saat 15:00 radələrində bir neçə nəfər azyaşlı uşaqların «Araz» marketdən çıxıb əllərində meyvə şirəsi və şirniyyat yeyə-yeyə gəldiklərini görüb Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Mustafayev küçəsi «Qartal» heykəlinin yaxınlığında onlara yaxınlaşaraq özünü marketin mühafizəçisi kimi təqdim edərək əllərindəki meyvə şirələrini və şirniyyatları marketdən oğurladıqlarını demişdir. Oğlanlardan biri cibindən qəbz çıxarıb göstərərək meyvə şirələri və şirniyyatları aldığını pulunu marketə ödədiyini demişdir. O, həmin oğlana cibində nə qədər pul varsa çıxarmasını demişdir. Oğlan cibindən pulları çıxarıb ona göstərərək 16 manat pulu olduğunu deyəndə o, oğlanın əlindən pulunu alıb, gedib marketdə onun dediyini dəqiqləşdirəcəyini bildirərək həmin yerdən market istiqamətində qaçıb uzaqlaşmışdır. Pulunu ələ keçirdiyi oğlan qışqırıb pulunu qaytarmasını desə də, o, dayanmadan hərəkətlərini davam etdirib həmin yerdən uzaqlaşıb getmişdir. Oğlanların görünmədiyini görüb dayanaraq ələ keçirdiyi 10, 5 və 1 manatlıq pulları sayıb ümumilikdə 16 manat olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə ifadəsində göstərmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində evinə gedərkən Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində ona iki nəfər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək Suraxanı Rayon Polis idarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları olduqlarını deyib onu 32-ci PB-nə dəvət etmişlər. Bölmənin xidməti otağında üzərinə şəxsi axtarış və götürmə aparacağını, üstündə narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş əşya varsa çıxarıb təqdim etməsini demişdir. O, üzərindən heç bir narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş əşya olmadığını bildirmişdir. Lakin ona polis əməkdaşları işgəncə verdiyindən sonuncuların təqdim etdikləri 07 ədəd bükümdə olan narkotik vasitənin özünə məxsus olması və şəxsi istifadəsi üçün aldığına dair etirafedici ifadə vermişdir. O, nəinki narkotik vasitələrin satışı ilə məşğul olur, hətta polis bölməsinə gətirilərkən üzərində heç bir narkotik vasitənin olmamışdır. Sonda o, törətdiyi soyğunçuluq əməlindən səmimi peşman olduğunu bildirdi və barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X11 məhkəməyə ərizə ilə müraciət edərək sağlamlıq vəziyyəti ilə əlaqədar məhkəmə iclasında zərərçəkmiş şəxsin və özünün iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı özünün də iştirakı ilə Zərərçəkmiş şəxs vermiş olduğu ifadəni təsdiq etdiklərini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli orta məktəbin 7-ci sinifində təhsil alır. xx.xx.2021-ci il tarixdə həmyaşıdları Rəsul Məmmədov, Raul İlkayev, İbrahim və Cavadla birlikdə Yeni Günəşli qəsəbəsində «Qartal» heykəlinin yaxınlığında yerləşən «Araz» marketdən özləri üçün şirniyyat və meyvə şirəsi alıb marketdən çıxıb bir qədər aralandıqdan sonra onlara bir nəfər orta yaşlı, saçının rəngi ağ olan kişi yaxınlaşaraq «Araz» marketin mühafizəçisi olduğunu, güya onların marketdən əllərində olan şirniyyatın pulunu ödəməyib oğurladıqlarını, onları polisə aparacağını demişdir. O, əlindəki ödəniş qəbzini istintaqda şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs göstərib aldıqları ərzağın pulunu marketə ödəyədiyini demişdir. Xalid ona üstündə nə qədər pulu varsa çıxarın verməsini demişdir. O, cibindən 16 manat pul çıxarıb göstərərək miqdarını demişdir. Xalid ondan əlindəki pulu tələb edib alaraq market istiqamətində qaçıb getmişdir. O, qışqırıb pulunu qaytarmasını desə də, Təqsirləndirilən şəxs dayanmadan qaçıb gözdən itmişdir. O, yoldaşları ilə bir bir qədər gözləyib Xalidin gəlmədiyini görüb mobil telefonu ilə nənəsi Leyla Şükürovaya zəng edib ona qarşı baş vermiş hadisə barədə məlumat vermişdir. Xalid onların qarşısını kəsərkən əlində heç bir alət olmamışdır, pulu istəyərkən ona və ya yoldaşlarını hədələməmiş, onlara qarşı zor göstərməmişdir. Xalidin yanında başqa heç kim olmamışdır. Xalid yalnız ondan pul almış, yoldaşlarından pul tələb etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB massivində yerləşən 279 saylı tam orta məktəbin 8-ci sinfində təhsil alır. O, ibtidai təhsilini 275 saylı orta məktəbdə Zərərçəkmiş şəxs ilə bir sinifdə oxumuş, 3-cü sinifdən sonra o, həmin məktəbdən çıxıb 279 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Əli ilə dostluğu isə hazırda davam edir. 15 avqust 2021-ci il tarixdə sinif yoldaşları İbrahim, Cavad, dostu Əli və onun sinif yoldaşı Rəsul ilə birlikdə məhəllədə görüşüb söhbət edərək yaxınlıqda yerləşən «Araz» marketə şirniyyat almağa getmişlər. Marketdən onlar aldığı meyvə şirəsi və şirniyyatın pulunu Zərərçəkmiş şəxs özündə olan 20 manatla ödəmişdir. Satıcı 7 manat pul çıxaraq Əliyə 13 manat qaytarıb ödəniş qəbzini vermişdir. Onlar birlikdə marketdən çıxıb saat 15:00 radələrində yol gələrkən «Qartal» heykəlinin yaxınlığında qarşılarını tanımadıqları orta yaşlı qarayanız bir oğlan kəsib «Araz» marketin mühafizəçisi işlədiyini, onlar əllərindəki şirniyyatı və meyvə şirələrini marketdən oğurladıqlarını, onları polisə aparacağını demişdir. Əli mağazadan verilən ödəniş çekini oğlana göstərib demişdir ki, aldıqları şirniyyat və meyvə şirəsini pulunu o ödəyibdir. Oğlan Əliyə demişdir ki, mağazadan oğurluq ediblər üstündə nə qədər pul varsa çıxarsın. Əli cibindən pulunu çıxarıb 16 manat pulu olduğunu deyərkən həmin oğlan Əlinin əlində tutduğu pulu alıb sonuncuya bir də oğurluq etməməsini deyib «Araz» market istiqamətində qaçıb getmişdir. Əli oğlanın arxasınca qışqırıb pulunu qaytarmasını desə də, oğlan dayanmayıb çıxıb getmişdir. Əli mobil telefonu ilə nənəsinə zəng edib bu haqda məlumat vermişdir. Aradan az bir vaxt keçmiş Əlinin nənəsi və babası onların yanına gəlmişlər. Sonuncular tanımadıqları oğlanın Əlinin 16 manat pulunu alıb qaçıb getdiyini danışmışlar. Əlinin nənəsi və babası onları yaşadıqları binanın həyətinə aparmışlar. O, çıxıb yaşadığı mənzilə getmişdir və bir neçə gündən sonra Əli ilə telefon əlaqəsi saxlayanda bilmişdir ki, Əlinin valideyinləri polisə şikayət ediblər və həmin oğlanı polis tutubdur. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş 2008-ci il təvəllüdlü X12 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu X3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, “Xalid” adlı Suraxanı rayon sakininin üzərində mütəmadi olaraq qanunsuz narkotik vasitə saxlayıb, daşıması və dövriyyəsi ilə məşğul olması barədə əldə etdiyi əməliyyat məlumatını raportla bölmənin rəisinə məruzə etmişdir. “Xalid” adlı şəxsin cinayət əməllərini ifşa etmək və onu yaxalamaq üçün bölmənin rəisinin əmri əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla özündən və 32-ci Polis Bölməsinin cinayət axtarışı üzrə kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaratmışdır. 12 oktyabr 2021-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saat 11:55-də əlamətləri “Xalid” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində saxlayaraq paltarında, əşyalarında, bədənində olması etimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların sənədlərin və cinayətin izlərinin aşkar edilərək götürülməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün onu Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 32-ci PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Müvafiq araşdırmanın aparılması bölmənin təhqiqatçısı polis kapitanı X10 həvalə edilmişdir. Müvafiq araşdırma zamanı məlum olmuşdur ki, gətirdikləri şəxs xx xxx 1985-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Bölmənin inzibati binasında xidməti otaqda təhqiqatçı Ayaz Meydanov videoçəkilişdən istifadə etməklə qəbul etdiyi qərarı Təqsirləndirilən şəxs elan edərək üzərində şəxsi axtarış həyata keçirməyə başlamazdan əvvəl ona təklif etmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması etimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud əhəmiyyət kəsb edə biləcək digər əşya və sənədlər varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 07 (yeddi) ədəd bükümü çıxarıb təqdim edərək bükümlərin içərisindəkinin narkotik vasitə heroin olduğunu, həmin narkotiki Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində istirahət parkında gedərkən yerdən tapdığını, gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Aşkar edilmiş 07 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üçün sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənib protokolla götürülmüşdür. Təqsirləndirilən şəxs küçədə aşkar edib Polis bölməsinə gətirərkən və bölmədə onun üzərinə şəxsi axtarış keçirilərkən hər hansı bir fiziki və ya psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs özü etdiyi cinayət əməlini səmimi etiraf edib üstündə gizlədib daşıdığı 07 büküm narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli şahid “Baxış” protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilərək ona qarşı Təqsirləndirilən şəxs soyğunçuluq cinayət əməlini 15 sentyabr 2021 ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən «Qartal» heykəlinin yaxınlığında törətdiyi yer müəyyən edilmişdir. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli “Şəxsin tanınması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs digər şəxslərlə birlikdə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmişdir.Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xarici görnüşünə görə tanıyaraq xx.xx.2021-ci il tarixdə ona qarşı həmin şəxsin soyğunçuluq etdiyini göstərmişdir. İş materiallarında olan 14 oktyabr 2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2021-ci il tarixdə həmyaşıdları Rəsul Məmmədov, Raul İlkayev, İbrahim və Cavadla birlikdə Yeni Günəşli qəsəbəsində «Qartal» heykəlinin yaxınlığında yerləşən «Araz» marketdən özləri üçün şirniyyat alıb ödəniş edərək marketdən çıxıb bir qədər aralandıqdan sonra işıqforun yaxınlığında Təqsirləndirilən şəxs onlara yaxınlaşıb «Araz» marketin mühafizəçisi işlədiyini, güya onların marketdən əllərində olan şirniyyatın pulunu ödəməyib oğurladıqlarını, onları polisə aparacağını demişdir. O, əlindəki ödəniş çekini göstərib aldıqları ərzağın pulunu marketə ödədiyini dedikdən sonra Xalid ondan cibində oqlan pulları çıxarmasını tələb etmişdir. O, cibində olan pulu çıxarıb 16 manat olduğunu deyərək Xalidə göstərəndə Xalid həmin pulu ona verməsini tələb edərək pulu əlindən alıb qaçıb getmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılan Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus olduğunu bildirdiyi 07 (yeddi) ədəd ağ və şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə oxşar maddəni təqdim edərək masanın üzərinə qoymuşdur.Aşkar olunmuş 07 (yeddi) ədəd sellofan bükümdəki narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün” 196 saylı möhürü ilə möhürlənərək götürülmüş, qablaşdırmanın üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “heroin” olmasını və bir az əvvəl Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən parkın ərazisindən tapıb özü istifadə etmək məqsədi ilə götürüb üstündə gizlədib saxlayaraq daşıdığını, aşkar edilmiş maddə ilə bağlı ekspertiza təyin edilməsinə heç bir etirazının olmamasını bildirmişdir. İş materiallarında olan 14 oktyabr 2021-ci il tarixli “İfadələrin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması keçirilərək 15 sentyabr 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən «Qartal» heykəlinin yaxınlığında Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etməsini, Suraxanı rayonu, Ə. Mehbalıyev küçəsində yerləşən istirahət parkının ərazisini göstərərək 12 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində həmin parkda gəzərkən yerdən selofana bükülmüş 7 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin tapdığını göstərmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 12 oktyabr 2021-ci il tarixli 6/4528 nömrəli rəyindən müəyyən edilir ki, üzərində AR DİN “Zərflər üçün № 245” möhür əksi” “Şübhəli şəxs... Təqsirləndirilən şəxs...” və s.sözlər, imzalar olan zərfdəki 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,142 qram, 0,171 qram, 0,250 qram, 0,181 qram, 0,205 qram, 0,222 qram, 0,101 qram, ümumilikdə 1, 272 qram maddə kütlərəri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.07 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin bükümlərinin ümumi təmiz çəkisi 1,272 qram təşkil edir, 0,14 qram tədqiqata sərf edilmişdir 1,132 qram qalıq qalmışdır. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 13 oktyabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən Təqsirləndirilən şəxs üzərində videoçəklişlə şəxsi axtarış və götürmə keçirilir. Əvvəlcə sonuncuya özünü təqdim etməsini və anket məlumatlarını soruşaraq saxlanılan şəxsə hüquq vəzifələrini elan etdikdən sonra üzərində hər hansı bir qanunsuz əşyanın olub olmadığını və könüllü olaraq təqdim etməyini təklif edir. Bu zaman özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 7 ədəd bükümü çıxararaq masanın üzərinə qoyur. Daha sonra təhqiqatçı R.Həsənzadə yeddi ədəd bükümü özü açır və kamera yaxınlaşdığı zaman bükümdə açıq vəziyyətdə toz şəkilli maddənin olduğu görünür. Təhqiqatçı Təqsirləndirilən şəxs yeddi ədəd bükümdə olan maddənin nə olduğunu soruşduqda sonuncu otaqda olan iştirakçıların yanında suala cavab olaraq həmin bükümünün içərisində heroin narkotik vasitəsinin olduğunu və həmin vasitəni o saxlanılmamışdan tapdığını bildirmişdir. Bundan sonra əməliyyat müvəkkili bir daha əmin olmaq üçün ayağa qalxaraq Təqsirləndirilən şəxs üzərinə əlləri ilə yoxlayaraq axtarış keçirir, axtarış zamanı hər hansı bir əşya aşkar olunmur. X8 narkotik vasitə heroinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülməsi faktı ilə əlaqədar şəxsi axtarış və götürmə aparılması haqqında protokola hər hansı bir əlavə və düzəlişin olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs isə “xeyr” deyə cavab verir. Təhqiqatçı heron maddəsini iştirakçıların yanında zərfə qoyaraq qablaşdırır və üzərinə möhür yapışdırır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X13-Narkoloji tibbi yoxlama ekspertizasının 13 yanvar 2022-ci il tarixli 170 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, nəinki narkotik vasitələrin satışı ilə məşğul olması hətta polis bölməsinə gətirilərkən üzərində heç bir narkotik vasitənin olmaması, Suraxanı rayonu 32ci PB-nə gətirildikdən sonra orada polis işçiləri tərəfindən işgəncəyə məruz qaldığına görə polis əməkdaşlarının təqdim etdiyi 07 ədəd bükümdə narkotik vasitə - heroinin ona məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 12 oktyabr 2021-ci il tarixdə saat 11:00 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən parkda gəzərkən yerdən sellofana bükülmüş bükümü tapıb götürərək açıb baxanda 7 ədəd ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin olduğunu görüb sonra özü istifadə etmək məqsədilə həmin narkotiki əynindəki cins şalvarın sağ yan cibinə qoyaraq həmin yerdən uzaqlaşmışdır. O, həmin gün saat 12:00 radələrində evinə gedərkən Qaraçuxur qəsəbəsi, Vağzal küçəsində ona iki nəfər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək Suraxanı Rayon Polis idarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları olduqlarını deyib onu 32-ci PB-nə dəvət etmişlər. Bölmənin təhqiqatçısı Araz Meydanov xidməti otağında özünü təqdim edərək video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparacağını, üstündə narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş əşya varsa çıxarıb təqdim etməsini demişdir. İbtidai istintaqın sonrakı gedişi zamanı yenidən dindirilərək əlavə olaraq ifadəsində göstərmişdir ki, onun adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələri olsa da, o, təxminən 1 il əvvəl mobil telefonunu üstündə olan iki nömrəsi ilə birlikdə itmişdir, digər bir nömrəni isə qırıb atmışdır. O, bir neçə aydır ki, anasının adına olan ***-***-**-** nömrəsindən istifadə edir. Təxminən 2021-ci ilin may ayında metronun «Neftçilər» stansiyasının ətrafında yerləşən telefon satışı mağazalarından birinə yaxınlaşıb özünə mobil telefon nömrəsi almaq istəyəndə ona özünü «Emin» kimi təqdim edən əvvəldən tanımadı oğlan yaxınlaşıb narkotik vasitəsi olduğunu, istəsə ona sata biləcəyini demişdir. O, 10 manata həmin oğlandan yarım büküm «M 40» deyilən metadonu alaraq sonra istifadə etmişdir. Bir neçə gündən sonra «Emin» verdiyi ***-***-**-** nömrəsinə SMS yazıb narkotik istəsə də, sonuncu ona narkotik verməmiş, onunla görüşməmişdir. Sonra isə həmin nömrəyə zəng çatmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır və özü istifadə etdiyi narkotiki tanımadığı şəxslərdən almışdır. O narkotik aldığı şəxslərin mobil telefon nömrələrini, hansı ünvanda yaşadıqlarını bilmir. Bundan başqa yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdə də öz təsdiqini tapır. Məhkəmə habelə Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən ona qarşı isgəncə verilməsi və məhz bunun nəticəsində polis işçilərinin ona verdiyi narkotik vasitələrin özününki kimi təqdim edərək etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, həmçinin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxarkən məhkəməyə şikayət etmək imkanı olduğu halda bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların” siyahılarına əsasən heroin və metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in müvafiq olaraq İ və İİ siyahısına daxildirlər. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərinə əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9, 1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 180.1-ci və 234.2-ci maddələrinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü, yəni yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq əməli törətməklə mənfi yöndə ifadə olunan şəxsiyyətini, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi soyğunçuluq cinayətini etiraf etməklə səmimi peşman olmasını, yaşayış yerindən mənfi xarakterizə olunmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Belə ki, iş materiallarında olan Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nüməyəndəliyi tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-510/2011 saylı, 24 may 2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.4-сü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 24 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci və 180.2.4-сü maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 4000 manat cərimə cəzasına məhkum edilmiş, 29 iyun 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi ilə əlaqədar cərimə cəzasından azad edilmişdir. Məhkəmə hazırki cinayət işinin materiallarından, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-510/2011 saylı, 24 may 2011-ci il tarixli hökmünü və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi 24 yanvar 2022-ci il tarixli tələbnamənin məzmunundan müəyyən edir ki, Təqsirləndirilən şəxs 29 iyun 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, cəzadan azad olunduqdan 06 il 02 ay 16 gün sonra, yəni 15 sentyabr 2021-ci il tarixdə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirərək soyğunçuluq etmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əvvəllər qəsdən ağır cinayət törətməyə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-510/2011 saylı, 24 may 2011-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu 29 iyun 2021-ci il tarixdə ödənilmişdir, bu səbəbdən məhkəmə hazırki cinayət işi üzrə sonuncunun cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini istisna edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 12 oktyabr 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, qətimkan tədbirinin seçilməsi haqqında 14 oktyabr 2021-ci il tarixli və 12 yanvar 2022-ci il tarixli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-35/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.1-ci maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, 12 yanvar 2022-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək, 14 oktyabr 2021-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.2-ci maddələri ilə yenidən ittiham elan olunmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-35/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 06 fevral 2023-cü ildə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 07 fevral 2023-cü il tarixdə saxlanılması üçün Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 03 ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 06 fevral 2023-cü il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132, 132.1.1 və 132.1.4cü maddələrinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsinə təhvil verilmiş, ümumi xalis çəkisi 1,132 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Həmçinin Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X7 Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 12 oktyabr 2021-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək sübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 06 fevral 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı Şəhər BPİ-nin Təchizat Şöbəsinə təhvil verilmiş ümumi xalis çəkisi 1,132 qram olan narkotik vasitə - heroin məhv edilsin. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X7 Təqsirləndirilən şəxs qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 96 (doxsan altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar