Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-35/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 iştirakı ilə xx xxxx 1975-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1102/2022 nömrəli iş üzrə 23 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 09 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 04 fevral 2022-ci il tarixdən hesablanmaqla cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2018-ci ilin may ayında Bakı şəhəri, Suraxanı rayonu ərazisində, dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə hərəkət edərək, tanışları vasitəsilə tanış olub görüşdüyü Zərərçəkmiş şəxs (X9) arvadı Şahid3 adına Ukrayna Respublikasının Xarkov Milli Tibb Universitetinin Dİ №003116 seriya və nömrəli ali təhsil haqqında diplomun Azərbaycan Respublikası Təhsil Nazirliyində və ya məhkəmə yolu ilə tanıtdırılmasını (nostrifıkasiyasını) 18.000 (on səkkiz min) manat müqabilində təmin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, 28 iyun 2018ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nizami rayonu, «Koroğlu» metrostansiyasının yaxınlığında Şahid2 vasitəsi ilə 9.000 manat pulu, 05 iyul 2018-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən «Bül-Bülə» şadlıq evinin yaxınlığında daha 9.000 manat pulu, vahid niyyətlə iki dəfəyə ümumilikdə Zərərçəkmiş şəxs (X3) 18.000 (on səkkiz min) manat məbləğində xeyli miqdarda pulunu Şahid2 vasitəsi ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid5 onun uzaq qohumudur. 2018-ci il iyun ayının ortalarında Şahid5 onunla görüşüb söhbət edərək bildirmişdir ki, “Rəhman” adlı iş yoldaşı bir nəfər tanışından ötrü Xarkov adına olan universitetin diplomunu Azərbaycanda təsdiq etdirmək istəyir və bu işdə kömək etməyə adam axtarır. Şahid5 ondan bu işdə kömək edə bilib-bilməyəcəyini soruşmuş, o da demişdir ki, əgər şəxs universitetdə qanuni şəkildə oxuyubsa, onda çalışıb təhsil nazirliyində, alınmasa da məhkəmə yolu diplomun təsdiqi məsələsində köməlik göstərə bilər. Şahid5 da Şahid2 ilə danışıb ona xəbər edəcəyini demiş və səhəri günü Şahid2 zəng edib görüşmək üçün «Koroğlu» metrosunun yanına çağırmışdır. O, ilk dəfə Şahid2 həmin vaxtı görüb tanış olmuş, Şahid5 da həmin vaxtı onların yanında olmuşdur. Şahid2 demişdir ki, “Anar” adlı tanışının arvadı Xarkov universitetinin tibb fakültəsində oxumuş və oranın diplomunu təsdiqlətdirmək zərurəti yaranmışdır. Şahid2 demişdir ki, bundan ötrü diplomun Xarkov universitetində kökü araşdırılmalıdır, sonra burada onun həqiqi olub-olmaması yoxlanılmalıdır, alınarsa Təhsil Nazirliyində, imtina olunarsa məhkəmə yolu ilə diplomu təsdiq etdirə bilər. Bu işin həlli üçün 18.000 manat pul istəmişdir. Şahid2 bu məsələni səhər Anarın özünün iştirakı ilə müzakirə etməyi məsləhət bilmişdir. Səhəri günü «Neftçilər» metorusunun yaxınlığındakı «Çuda Peçka» kafesinin yaxınlığındakı çayxanaların birində ilk dəfə gördüyü Anar adlı oğlanla görüşmüş, sonuncunun dostu Aqil adlı oğlan da yanında olmuşdur. Şahid5 ilə Şahid2 da oraya gəlmişlər. Zərərçəkmiş şəxs diplom barədə danışdıqdan sonra o, Şahid2 dediyi şərtləri eyni şəkildə bu məclisdə də xatırlatmışdır. Onlar razılaşmışlar, yəni Zərərçəkmiş şəxs 18.000 manat pul verməyə, o da diplomun saxta olmayacağı təqdirdə, əgər Təhsil Nazirliyindən imtina olardısa, məhkəmə yolu ilə təsdiq etdirməyi öhdəsinə götürmüşdür. Bir gündən sonra Şahid2 ona zəng edib oturduqları həmin çayxanada görüşmək istədiyini demiş, o, markasını xatırlamadığı həmin vaxtı idarə etdiyi avtomobili ilə «Neftçilər» metrosunun yaxınlığında «Çuda Peçka» kafesinin yanında olan çayxanaya getmişdir. Şahid2, Zərərçəkmiş şəxs və Şahid1 orada onu gözləmişlər. Görüşüb qısa söhbət etdikdən sonra Şahid2 onu avtomobilinə aparmış və cibindən 9.000 manat pul çıxarıb Zərərçəkmiş şəxs əvəzindən ona vermişdir. Sonra da dönə-dönə tapşırmışdır ki, bu işin həlli ilə ciddi məşğul olsun, hətta demişdir ki, Zərərçəkmiş şəxsla öz aralarında nəisə haqq-hesabları vardır buna görə də guya həmin pulu öz cibindən verir. O, həmin puldan çıxarıb zəhmət haqqı olaraq Şahid2 500 manat vermiş, Rəhman da götürmüşdür. Bundan təxminən bir həftə sonra Şahid2 yenə onunla əlaqə saxlamış və həmin «Çuda Peçka»nın yanında görüşmüşlər. Zərərçəkmiş şəxsla birlikdə Şahid1 da gəlmişdir. Bu dəfə də Şahid2 9.000 manat pulu ona avtomobilinin içərisində vermişdir. Həmin puldan 200 manat Şahid2 zəhmət haqqı olaraq vermişdir, Şahid2 da götürmüşdür. Sonra o, işin həlli ilə bağlı hərəkətə keçmiş və Kiyev şəhərində yaşayan Arif adlı tanışından xahiş etmişdir ki, Zərərçəkmiş şəxs arvadının adına olan diplomun kökü ilə bağlı Xarkov universiteti ilə maraqlansın. Arif bir xeyli araşdırma aparandan sonra ona demişdir ki, diplomun kökü yoxdur. O, bilmişdir ki, diplom saxtadır bu barədə Şahid2 və Zərərçəkmiş şəxs öz kəskin iradını bildirmiş, hətta onu aldatdıqlarına görə mübahisə etmişdir. Ona məlum olmuşdu ki, Zərərçəkmiş şəxs Şahid2 özü ilə birləşib diplomu pul müqabilində saxta yolla əldə etmişdir. 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs şikayət ərizəsinə əsasən onu Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. O da belə qərara gəlmişdir ki, Şahid2 aldığı pulu özünə qaytarsın. Ona görə də 2019-cu ilin noyabr ayının axırlarında Yeni Suraxanı dairəsi deyilən yerdə tanışı Vəfadarın yanında Şahid2 12.000 manat pul qaytarmışdır. Təxminən 10 gün sonra isə tanışı Ramilin yanında Şahid2 5.300 manat pulu qaytarmışdır. Şahid2 verdiyi 700 manat pulu isə ümumi hesabdan çıxmışdır. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs (X9) ifadəsində bildirmişdir ki, 2013-cü il tarixdə Şahid3 ilə ailə qurmuş, həyat yoldaşı Şahid3 «Təfəkkür» universitetinin iqtisadiyyat fakültəsini bitirmiş, lakin qeyri ixtisas üzrə kosmetoloq kimi faliyyət göstərir. Əvvəlki qanunvericiliyə görə tibbi atestat almaqla kosmetoloq işləməyə icazə verilsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yeni qanununa əsasən kosmetoloq işləmək üçün mütləq qaydada ali tibbi təhsil tələb olunur. Buna görə 2018-ci ilin may ayında belə qərara gəlmişlər ki, Şahid3 tibb diplomu əldə etsinlər. Diplomun necə əldə ediləcəyinə gəlincə isə həmin ərəfələrdə televiziya proqramlarında gedən reklamlardan görmüşdür ki, Ukrayna və Türkiyənin bəzi şəhərlərinə imtahansız, müəyyən ödənişlə və şəxsiyyət vəsiqəsi ilə tibb diplomu verilə bilər, onlar da bu şansı sınamaq istəmişlər. O, metropolitendə işləyən dostu Şahid1 bu barədə bildirmiş, məsələ ilə bağlı maraqlanmasını xahiş etmişdir. Aqil vasitəsilə sonuncunun iş yoldaşı olan Şahid2 bir-iki dəfə görüb tanımış, bir yerdə oturub çay içmişlər. Şahid1 da həmin iş yoldaşı Şahid2 onun məqsədi barədə danışmış, Şahid2 bu işdə kömək etməyə söz verməsini demişdir. Bundan sonra Şahid1 ilə birlikdə Şahid2 ilə əlaqə saxlayıb işlədiyi metronun «Elmlər Akademiyası» stansiyasının çıxışında görüşmüşlər. Şahid2 bu işlə maraqlanacağını demiş və iki-üç gündən sonra yenə də həmin yerdə Şahid1 iştirakı ilə keçirilən görüşlərində Şahid2 demişdir ki, Ukraynanın Xarkov şəhərində Xarkov adına Universitetdə işləyən Mikayıl adlı bir tanışı vardır, sonuncu onun başqa bir iş yoldaşının uşağını da Xarkov adma Universitetə qəbul etdirmişdir və onun işinə də köməklik göstərə bilər. O, şərt qoymuşdur ki, həyat yoldaşı Şahid3 üçün elə orijinal tibb diplomu istəyir ki, həmin diplom Azərbaycan Respublikasında da keçərli olsun və təhsil müddətinin altı il olduğunu bilərək bu müddəti gözləməyə, Sevincin imtahan və semestrlərə gedibgəlməsinə razı olaraq diplomun alınmasına razılıq vermişdir. Şahid2 Sevincin Xarkov adına Universitetə qəbul olunması, orada oxuması, qaldığı müddətdə xərclər və diplomun alınmasına görə Mikayıla çatdırmaq üçün ondan 8.000 ABŞ dolları pul istəmişdir. Həmin pulun 4.000 ABŞ dollarını 2018-ci ilin may ayının 26-da saat 15:00 radələrində «Nefçilər» dairəsi deyilən yerdə, qalan 4.000 ABŞ dollarını isə 2018-ci ilin may ayının 28-də saat 15:00 radələrində metronun «Qara Qarayev» stansiyasının yaxınlığında Şahid2 Şahid1 iştirakı ilə vermişdir. Şahid2 ona Mikayıl adlı şəxsin WhatsApp nömrəsini vermiş, o da görmədiyi, tanımadığı həmin şəxslə WhatsApp vasitəsi ilə yazışmışdır. Mikayıl ona həyat yoldaşı Sevincin adına olan sənədləri (pasport, şəxsiyyət vəsiqəsi, diplom) vatsapla göndərməyi demiş, o da həmin sənədlərin şəklini Mikayıla atmışdır. Diplomun necə hazır olacağı barədə Mikayıl onunla heç bir kəlmə də olsun danışmamışdır. Danışmaq istədikdə belə telefonu söndürmüşdür. 2018-ci ilin iyul ayında Şahid2 ona zəng vurub demişdir ki, Sevincin diplomu artıq hazırdır, göndrəmək istəyir. O, soruşmuşdur ki, diplomu almaqdan ötrü Sevinc altı il oxumalı olduğu halda necə olur ki, diplom belə tez hazır olur. Rəhman ona təsəlli verib demişdir ki, -“sən heç narahat olma, qoy diplom gəlsin onu burada təsdiqlətmək də bizim əlimizdədir”. Bundan sonra Şahid2 ona iş yoldaşı olan Şahid4 telefonunu verib demişdir ki, sonuncunun oğlu Mikayılın yanında oxuyur, Mikayıl diplomu onun vasitəsi ilə göndəribdir. Şahid4lə əlaqə saxlamış və evlərinə gedərək Sevincin admına olan diplomu sonuncudan götürmüşdür. Rasimlə aralarında başqa heç bir söhbət olmamışdır. Həmin ərəfədə Şahid2 ona söz vermişdir ki, iş yoldaşı Vüqarın vasitəsi ilə sonuncunun tanışı Təqsirləndirilən şəxs adlı şəxslə onu tanış edəcəkdir, deməsinə görə artq Təqsirləndirilən şəxslə danışmış və Rəşid diplomun Təhsil Nazirliyində təsdiq etdirəcəyinə söz vermişdir. 2018-ci iln iyun ayının axırlarında metronun «Neftçilər» stansiyasının yaxınlığında «Çuda Peçka»nın yaxınlığında olan bir çayxanada Şahid2 onu Vüqarla görüşdürmüş və sonuncu onu dəvət etdiyi Təqsirləndirilən şəxslə tanış etmiş, Şahid2 özü də Təqsirləndirilən şəxs orada görüb tanış omuşdur. Bu söhbətdə də Aqil həmişə olduğu kimi onu yanında olmuşdur. O, məsələni Təqsirləndirilən şəxs danışaraq demişdir ki, Şahid2 həyat yoldaşı Sevincin adına Xarkov universitetinin dipolmunun hazırlatdırıb göndərmişdir, lakin diplom təsdiqsizdir. Təqsirləndirilən şəxs Təhsil Nazirliyində tanışı vəzifəli şəxs olduğunu demiş və çölə çıxıb telefonla kiminləsə danışdıqdan sonra içəri girib demişdir ki, -“lap istəyirsən konfet kağızı olsun, pulunu ver necə lazımdırsa təsdiq etdirim”. X14 yenə də telefonla danışıb bu işin 18.000 manata həll olunacağını bildirmiş, o da Təqsirləndirilən şəxslə razılaşmışdır. Bu işdə cavabdeh olan Şahid2 tanıdığına görə, pulun Təqsirləndirilən şəxs çatmasına Şahid2 şərait yaratdığına görə əvvəlcə 9.000 manat pulu 2018-ci ilin iyun ayının 28-də saat 14:00 radələrində metronun «Koroğlu» stansiyasının yaxınlığında «Opel Astra» markalı avtomobilində Təqsirləndirilən şəxs çatdırması üçün Şahid2 vermiş, Aqil də yanında olmuşdur. Bundan sonra birlikdə əvvəl görüşüb söhbət etdikləri çayxanaya getmişlər. Təqsirləndirilən şəxs öz avtomobili ilə sonradan oraya gəlmişdir. Şahid2 kafedən çıxıb Təqsirləndirilən şəxs idarə etdiyi «SEAT» markalı avtomobilə oturmuş və bir qədər sonra hər ikisi çayxanaya daxil olmuşlar. O, belə başa düşmüşdür ki, Şahid2 pulu Təqsirləndirilən şəxs vermiş, lakin özü bunu görməmişdir. O, artıq diplomu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də təsdiq məsələlərinin davam etməsini ona deyib inandırmışdır. Pulun qalan hissəsini vermək üçün mərhum qardaşı Azərdən qalmış «Mercedes» markalı avtomobili satmış və Təqsirləndirilən şəxs onu Rəhman vasitəsi ilə çox tələsdirdiyinə görə 9.000 manat pulu da toplayıb 2018-ci il iyul ayının 5-də saat 15:00 radələrində Şahid2 ilə görüşmüş və Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən «Bül-Bülə» şadlıq evinin yanından keçərkən avtomobilinin içində Şahid2 vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın. Sonra isə avtomobili idarə edib «Çudo Peçkan»nın yanında olan əvvəllər də görüşdükləri çayxanaya gedib orada onları gözləyən Təqsirləndirilən şəxslə görüşmüşlər. Bu dəfə də Mənsumov X2 Rəşidlə onlardan aralanıb sonuncunun avtomobilində oturub haqq-hesab etmişlər və qayıdıb onların yanına gəlmişlər. O, Şahid2 pulu Təqsirləndirilən şəxs verməsini gözü ilə görməmişdir. Təqsirləndirilən şəxs geri qayıdıb söz vermişdir ki, uzağı sentyabr ayında diplom təsdiq olunub ona veriləcəkdir. Lakin deyilən vaxt tamam olduqda, diplomun təsdiq məsələsi həll olunmadıqda Təqsirləndirilən şəxslə Şahid2 söhbətə çağırmışdır. Təqsirləndirilən şəxs diplomun təsdiq olunacağını həmişə öz üzərinə götürərək, hər dəfə müxtəlif bəhanələr gətirmiş, gah diplomun stolun üstündə olmasını, diploma peçat vurmasını gözlədiyini, gah diplomu təsdiq edəcək şəxsin xəstə uşağının Avropada əməliyyat olunacağını deyərək vaxtı uzatmağa nail olmuşdur. Nəhayət Təqsirləndirilən şəxs və Şahid2 onu aldatmalarını dərk edib başa düşəndə pulunu tələb etməyə başlamış, lakin bu indiyədək Təqsirləndirilən şəxs və Şahid2 ondan aldıqları pulun bir manatını belə qaytarmamışlar. Təqsirləndirilən şəxs barəsində isə qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Bundan başqa Zərərçəkmiş şəxs (X9) Təqsirləndirilən şəxs qarşı “cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində vurulmuş maddi ziyanın cinayət mühakimə icraatı qaydasında ödənilməsi” barədə iddia ərizəsi təqdim edərək cavabdeh-Təqsirləndirilən şəxs tərəfindən onun cinayət əməli nəticəsində ələ keçirilmiş 18000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə müvafiq məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı Metrpoliteni QSC-də təmirçi işləyir. Anar Qasımovu 2013-cü ildən «Sədərək» Ticarət Mərkəzində birlikdə işlədikləri vaxtdan tanıyır, yaxın münasibətləri vardır. Şahid2la hazırda Bakı Metropoliteni QSC-də bir yerdə işləyirlər. Yaxın münasibətləri olub. 2018-ci ilin may ayının ortalarında Anar ona demişdir ki, arvadı Şahid3 «Təfəkkür» universitetinin iqtisadiyyat fakültəsini bitirib, amma öz ixtisası üzrə deyil, kosmetoloq işləyir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yeni qanununa əsasən kosmetoloq işləmək üçün mütləq qaydada ali tibbi təhsil tələb olunur, arvadı Şahid3 tibb diplomu almaq istəyir, televiziya proqramlarında gedən reklamlardan Ukrayna və Türkiyənin bəzi şəhərlərində imtahansız, müəyyən ödənişlə və şəxsiyyət vəsiqəsi ilə ali məktəbə qəbul olunub oxuyub diplom almaq mümkündür. Anarla bu söhbəti edəndə demişdir ki, iş yoldaşı var, Rəhman, əlaqələri genişdir, sonuncu ilə bu barədə danışar. Anar Rəhmanı ona görə görüb tanımış, əvvəllər bir-iki dəfə görüşüb bir yerdə oturub çay içmişlər. O, Rəhmanla bu barədə danışmış, Rəhman kömək edəcəyinə söz vermişdir. Sonra Anar ilə birlikdə Şahid2la əlaqə saxlayıb işlədiyi metronun «Elmlər Akademiyası» stansiyasının çıxışında görüşmüşlər. Anar özü Rəhmanla bu barədə danışmış, Rəhman demişdir ki, bu işlə maraqlanacaq və iki-üç gündən sonra bir söz deyəcəkdir. İki-üç gündən sonra Rəhmanla əlaqə saxlayıb yenə də həmin yerdə görüşmüşlər. Rəhman demişdir ki, Ukraynanın Xarkov şəhərində Xarkov adına Universitetdə işləyən Mikayıl adlı bir tanışı var, Mikayıl iş yoldaşı Şahid4 oğlunu da Xarkov adına Universitetə qəbul etdirmiş və onların işinə də köməklik göstərə bilər. Anar Rəhmana demişdir ki, arvadı Şahid3 üçün orijinal tibb diplomu istəyirlər ki, həmin diplom Azərbaycan Respublikasında da keçərli olsun. Təhsil müddətinin altı il olduğunu da bilir, bu müddəti də gözləyərək Sevincin imtahan və semestrlərə gedibgəlməsinə də razıdır. Şahid2 Sevincin Xarkov adına Universitetə qəbul olunması, orada oxuması, qaldığı müddətdə xərclər və diplomun alınmasına görə Mikayıla çatdırmaq üçün Anardan 8.000 ABŞ dolları pul istədi. Anar Rəhmanla razılaşdı. 2018-ci ilin may ayının 26da Anarla görüşmüş, sonra saat 15:00 radələrində birlikdə «Neftçilər» dairəsi deyilən yerə gedib orada kafedə Rəhmanla görüşmüşlər. Rəhman oraya Rəşid və Vüqar adlı şəxslərlə gəlmişdir. O, Rəhmanı tanısa da Rəşidi və Vüqarı tanımamışdır. Anar da Rəşidi və Vüqarı tanımamışdır. Vüqar və Rəşidlə orada Rəhmanın yanıda tanış olmuşlar. Anar 4.000 ABŞ dollarını Rəhmana vermiş, Rəhman və Rəşid hansı sənədləri hazırlamaq lazım olduğunu demişlər. 2018-ci ilin may ayının 28-də ikinci dəfə də saat 15:00 radələrində metronun «Qara Qarayev» stansiyasının yaxınlığında Şahid2 görüşmüşlər, həmin yerə Anarın idarə etdiyi avtomobillə getmişlər. Rəhman tək olmuş, Anar idarə etdiyi avtomobildə daha 4.000 ABŞ dolları Rəhmana vermişdir. Rəhman orada Mikayıl adlı şəxsin WhatsApp nömrəsini Anara vermiş və demişdir ki, Mikayılla əlaqə saxlasın, lazım olan sənədləri sonuncuya göndərsin. Anar sonradan WhatsApp vasitəsi ilə Mikayıl adlı şəxslə əlaqə saxlayıb arvadı Sevincin sənədlərini (pasport, şəxsiyyət vəsiqəsi, diplom) WhatsApp vasitəsi ilə göndərmişdir. 2018-ci ilin iyul ayında Rəhman demişdir ki, Sevincin diplomu artıq hazırdır, göndərmək istəyirlər. O, Anar və Rəhman görüşmüşlər. Anar orada Rəhmana demişdir ki, diplomu almaqdan ötrü Sevinc altı il oxumalı olduğu halda necə olur ki, diplom belə tez hazır oldu. Rəhman isə Anara demişdir ki, -“sən heç narahat olma, qoy diplom gəlsin onu burada təsdiqlətmək də bizim əlimizdədir”. Rəhman bir müddət sonra Anara zəng vurub demişdir ki, diplom hazırdır, Mikayıl göndərib. Rəhman iş yoldaşı Şahid4 nömrəsini Anara verib demişdir ki, diplom Şahid4dir, gedib götürə bilər. Anar da zəng vurub Şahid4lə danışaraq evinə gedib diplomu götürmüşdür. Anar diplomu götürmək üçün Şahid4 evinə özü tək getmişdir. Mikayıl diplomu Şahid4 Xaprkov şəhərində oxuyan oğlu vasitəsi ilə göndərmişdir. Rəhman Anara söz vermişdir ki, diplom Təhsil Nazirliyində təsdiq olunacaq və burada keçərli olacaq. Rəhman deyirdi ki, tanışı Vüqarın vasitəsi ilə onları Rəşidlə tanış edəcək, Rəşidə bu barədə artıq deyilib, Rəşid də diplomu Təhsil Nazirliyində təsdiq etdirəcək. 2018-ci iln iyun ayının axırlarında metronun «Neftçilər» stansiyasının yaxınlığında «Çuda Peçka»nın yaxınlığında olan bir çayxanada Rəhmanla görüşmüşlər. Rəhman orada Anan Vüqarla tanış etmiş, sonra Vüqar Rəşidi oraya dəvət etmiş, onlar Rəşidlə tanış olmuşlar. Anar Rəşidə demişdir ki, arvadı Sevincin adına Xarkov universitetinin dipolmunu Rəhman hazırlatdırıb gətizdirmiş, diplom təsdiqsizdir, diplomu Təhsil Nazirliyində təsdiq etdirmək lazımdır. Rəşid də demişdir ki, Təhsil Nazirliyində vəzifəli şəxs tanışı var, sonra çölə çıxıb telefonla kiminləsə danışdıqdan sonra içəri girib demişdir ki, «lap istəyirsən konfet kağızı olsun, pulunu ver necə lazımdırsa təsdiq etdirim». Sonra Rəşid yenə də telefonla danışıb bu işin 18.000 manata həll olunacağını bildirmişdir. Anar Rəşidlə razılaşmışdır. Bu işdə cavabdeh Rəhman olduğuna görə Anar pulu Rəşidə Rəhmanın vasitəsi ilə vermişdir. Rəşid özü də elə şərait yaratmışdır ki, Rəhman pulu Anardan alıb ona versin. Birinci dəfə 2018-ci ilin iyun ayının 28 də saat 14:00 radələrində Anarın idarə etdi avtomobillə metronun «Koroğlu» stansiyasının yaxınlığında Rəhmanla görüşmüşlər, Rəhman tək olmuşdur. Anar «Opel Astra» markalı avtomobilində Rəşidə çatdırması üçün Rəhmana 9000 manat pul vermişdir. Birlikdə əvvəlcə görüşüb söhbət etdikləri çayxanaya getmişlər. Rəşid oraya öz avtomobili ilə sonradan gəlmişdir. Rəhman kafedən çıxıb Rəşidin idarə etdiyi «SEAT» markalı avtomobilə oturmuş və bir qədər sonra hər ikisi çayxanaya daxil olmuşlar. Onlar Rəhmanın pulu Rəşidə verib-vermədiyini şəxsən görməmişlər, amma belə fikirləşmişlər ki, avtomobildə birlikdə əyləşib söhbət edirsə, Rəhman pulu Rəşidə vermişdir. O, diplomu götürəndən sonra Rəşidə vermiş və həmin vaxtı diplom Rəşiddə olmuşdur. Rəşid demişdir ki, diplomun təsdiq olma məsələsi həll olunur. Onlar da Rəşidin sözünə inanmışlar, Rəhman pulun qalan hissəsini verməyə tələsdirdiyinə görə Anar mərhum qardışı Azərdən qalmış «Mercedes» markalı avtomobilini satmışdır. 2018-ci il iyul ayının 5-də saat 15:00 radələrində Anarla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Bakı şəhəri, Suraxanı rayonuna gəlmişlər, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, «Bülbülə» şadlıq sarayının yanında avtomobilin içərisində Anar 9.000 manat pulu Rəşidə çatdırması üçün Rəhmana vermişdir. Sonra isə avtomobili idarə edib «Çudo Peçkan»nın yanıda olan əvvəllər də görüşdükləri çayxanaya gedib orada onları gözləyən Rəşidlə görüşmüşlər. Bu dəfə də Rəhman və Rəşid onlardan aralanıb sonuncunun avtomobilində oturub haqq-hesab etmişlər və qayıdıb onların yanına gəlmişər. Rəşid Anara söz vermişdir ki, uzağı sentyabr ayında diplom təsdiq olunub veriləcəkdir. Lakin deyilən vaxt tamam olduqda, diplomun təsdiqi məsələsi həll olunmamışdır. Anar Rəşidi və Rəhmanı söhbətə çağırmışdır. Rəşid diplomun təsdiq olunacağını həmişə öz üzərinə götürərək hər dəfə müxtəlif bəhanələr gətirmiş, gah diplomun stolun üstündə olmasını, diploma peçat vurmasını gözlədiyini, gah diplomu təsdiq edəcək şəxsin uşağının xəstə olduğunu, Avropada əməliyyat olunacağını deyərək vaxtı uzatmağa nail olmuşdur. Nəhayət onlar dərk etmişlər ki, Rəşid və Rəhman Anarı aldadırlar. Anar onlardan pulunu tələb etməyə başlamış, lakin indiyədək pulun bir manatını belə qaytarmayıblar. Şahid4 onların Rəhman və Rəşidlə olan söhbətlərində iştirak etməyib, bu söhbətlərdən və işdən xəbəri olmayıb. Şahid4 oğlu Xarkov şəhərində təhsil aldığına görə Mikayıl adlı şəxs diplomu Şahid4 oğlu vasitəsi ilə göndərmişdir, Anar da diplomu Şahid4 götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin may ayında iş yoldaşı Aqil ona demişdir ki, dostu Anar arvadı üçün tibb diplomu almaq istəyir. O, bu barədə tanışı Şahid4 dedikdə, sonuncu ona Ukraynanın Xarkov şəhərində yaşayan Mikayıl adlı bir tanışının belə işləri görə biləcəyini bildirmiş, həm də demişdir ki, Mikayıl Xarkov adına Universitetə adam qəbul etdirə bilər. Bundan sonra Şahid4 Mikayılın əlaqə nömrəsini ona vermiş, o, Mikayıl barədə Şahid4 aldığı məlumatı Anara və Aqilə demiş, əlaqə nömrəsini vermişdir. O, Anarı Aqilə görə tanımış və bir neçə dəfə də bir yerdə oturub çay içmişlər, metronun «Elmlər Akademiyası» stansiyasının çıxışında görüşüb söbət etmişlər. Anar şərt qoyudub demişdir ki, arvadı Şahid3 üçün orijinal tibb diplomu istəyir. İstəyir ki, həmin diplom Azərbaycan Respublikasında da keçərli olsun və arvadının imtahan və semestrlərə gedib-gəlməsinə də razıdır. Anar özü Mikayıl ilə internet ilə əlaqə saxlayıb diplom məsələsi barədə danışıb qiymət barədə razılığa gəlmişlər, bu işlərin ona heç bir aidiyyəti olmamışdır. 2018-ci ilin may ayının axırlarında Şahid4 Anar ilə görüşdürmək üçün metronun «Koroğlu» stansiyasının yanına çağırmış, orada Anar 4.000 ABŞ dollarını ona vermiş, o da Anarın gözü qabağında pulu Şahid4 vermişdir ki, sonuncu da pulu Mikayıla çatdırmalı olmuşdur. Bir daha qeyd edir ki, diplomun alınması xərcini Anar ilə Mikayıl özləri müzakirə etmişlər, o isə əvvəldən xahişi olduğuna görə sadəcə olaraq pulun alınıb verilməsində digər marağı olmadan vasitəçilik etmişdir. Diplom Mikayıl tərəfindən göndərildikdən sonra Anar özü Şahid4 evinə gedərək, 4.000 ABŞ dolları da Mikayıla çatdırması üçün verərək diplomu götürmüşdür. Hələ diplom gəlib çıxmamış Anar ilə Aqil ondan xahiş etmişlər ki, diplomun Təhsil Nazirliyində təsdiqlənməsi üçün də maraqlanıb onlara desin. O, da bu barədə iş yoldaşı Vüqara dedikdə sonuncu Rəşid adlı tanışının belə işləri görə biləcəyi barədə demişdir. 2018-ci ilin iyun ayında metronun «Neftçilər» stansiyasının yaxınlığında olan çayxanaların birində o, Anar, Aqil, Vüqar və Vüqarın dəvəti ilə gəlmiş Rəşid bir yerdə oturub gələcək diplomun təsdiqi barədə müzakirə aparmışlar. Rəşid Təhsil Nazirliyində adamın olmasını deyib, diplom gələndən sonra təsdiqlədəcəyinə dair vəd vermiş, bu işin həlli üçün 18.000 manat pul istəmişdir. Anar da razılaşmışdır. 2018-ci ilin iyun ayının 28 də saat 14:00 radələrində metronun «Koroğlu» stansiyasının yaxınlığında Anarla görüşmüşlər. Anar ora idarə etdiyi «Opel Astra» markalı avtomobillə gəlmişdir. Rəşidə çatdırması Anar ona 9.000 manat pul vermiş, həmin vaxtı Aqil də orada olmuşdur. Sonra bir yerdə əvvəlcə görüşüb söhbət etdikləri çayxanaya getmişlər. Rəşid ora öz avtomobili ilə sonradan gəlmişdir. Kafedən çıxıb Rəşidin idarə etdiyi «SEAT» markalı avtomobilə oturmuş və o, pulu Rəşidə vermişdir. 2018-ci il iyul ayının 5-də saat 15:00 radələrində Anarla görüşmüş və Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən «Bül-Bülə» şadlıq evinin yanından keçərkən avtomobildə Anar pulun qalan 9.000 manatını da ona vermişdir ki, Rəşidə çatdırsın. Anarla birlikdə sonuncunun idarə etdiyi avtomobillə «Çudo Peçkan»nın yanıda olan əvvəllər də görüşdükləri çayxanaya getmişlər. Orada Rəşidlə görüşmüşlər. O, çayxanadan çıxıb Rəşidin avtomobilinə əyləşib pulu Rəşidə vermişdir. Rəşid geri qayıdıb Anara söz vermişdir ki, uzağı sentyabr ayında diplom təsdiq olunub ona veriləcəkdir. Lakin deyilən vaxt tamam olduqda, diplomun təsdiq məsələsi həll olunmadıqda Anar onu Rəşidlə söhbətə çağırmışdır. Rəşid diplomun təsdiq olunacağını həmişə öz üzərinə götürərək hər dəfə müxtəlif bəhanələr gətirmiş, gah diplomun stolun üstündə olmasını, diploma peçat vurmasını gözlədiyini, gah dipolmu təsdiq edəcək şəxsin uşağının xəstə olduğunu, Avropada əmliyyat olunacağını deyərək vaxtı uzatmışdır. Anardan alıb Rəşidə verdiyi 18.000 manat puldan Rəşid bu işin müqabilində ona bir manat da olsun pul verməmişdir, lakin bu hadisə ilə aralarında yaranmış münasibət zəminində toya gedərkən və başqa bir-iki ehtiyacı ilə bağlı Rəşiddən ərkyana pul istəmiş, Rəşid də hər dəfə təmənnasız olaraq ona 50-70 manat arasında pul vermişdir. Rəşidin kimliyi ilə bağlı Vüqar bir dəfə demişdir ki, Rəşid bibisi qızının əridir, başqa məlumatı yoxdur. Rəşid diplomu təsdiq etdirmək üçün aldığı pulları Təhsil Nazirliyində adını çəkmədiyi bir şəxs verəcəyini deyirdi. Onun Anarı aldadıb pulunu ələ keçirmək məqsədi olmamış, sadəcə işinin düzələcəyini güman edərək Rəşidlə aralarında vasitəçilik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid2 əvvəllər Metronun «Nizami» stansiyasında bir yerdə işlədikləri vaxtdan tanıyır. Sonra Rəhman iş yerini dəyişərək metronun «Elmlər Akademiyası» stansiyasına getmişdir. 2018-ci ilin may ayında Rəhman ona demişdir ki, bir nəfər tanışı Xarkov universitetinə qəbul olunub oranın diplomunu almaq istəyir, bu işdə ona köməklik göstərməyi xahiş etmişdir. Onun oğlu Kənan həmin vaxtı Xarkov adına universtietdə axırıncı kursda oxumuş, Xarkov universitetində fəaliyyət göstərən Mikayıl adlı şəxs oğlunun Xarkov şəhərində yerləşməsi və universitet işlərində köməklik göstərmişdir. Oğunun işi ilə bağlı Mikayıl ilə mütəmadi telefon əlaqəsi saxlamış, bu səbəbdən Mikayılı qiyabi olaraq tanımışdır. Rəhman ona müraciət edəndə Mikayıl ilə qiyabi əlaqəsi olduğu barədə məlumatı olmuşdur. O, Mikayıl ilə əlaqə saxlamış, sonra isə Mikayılın nömrəsini Rəhmana vermiş və onlar öz aralarında danışıq aparmışlar. Hadisələrin sonrakı gedişatından xəbəri olmamış, yəni Rəhmanın kimin xahişini etməsini, bu işdə kimlərin maraqı olmasını qətiyyən bilməmişdir. Təxminən iki-üç ay sonra bir nəfər cavan oğlan ona zəng vurub demişdir ki, Xarkov şəhərindən gəlib. Mikayıl ona çatdırılması üçün sənəd verib, özü Hövsan qəsəbəsindədir. O da həmin tanımadığı oğlandan xahiş etmişdir ki, sənədi taksi ilə yaşadığı ünvana, yəni Zabrat qəsəbəsinə gətirsin. Sonra isə Rəhmana zəng vurmuş, Rəhman demişdir ki, diplomun sahibi Anar adlı oğlandır, Anan göndərəcəkdir. Bir qədər sonra Anar adlı əvvəllər tanımadığı oğlan ona zəng etmiş, çıxıb küçədə Anarı qarşılayıb göndərilən sənədləri vermişdir. Anar sənədlərə baxmış, sənəd diplom olmuş və Anar nədənsə narazı qalıb gileylənərək çıxıb getmişdir. Bundan sonra onun heç bir hadisədən xəbəri olmamışdır. Müdafiə tərəfin şifahi vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Rəşidi ev tikintisi ilə bağlı tanıyır, evini tikməyə üzərinə götürmüşdür. Evin tikintisi ləğngidi, aralarında 14.000 manat məbləğində pul qalmışdır. Pulu vermişdir, lakin hər dəfə söz verirdi ki, qaytaracaq, qaytarmırdı. Bir gün evə gəlmiş, evdən demişlər ki, Rəşid Suraxanı rayon Polis İdarəsinə gedib. Suraxanı rayon polis İdarəsinə getmişdir. Görmüşdür ki, Rəşid çöldə bir nəfər şəxslə söhbət edir. Yaxınlaşaraq salamlaşdı, Rəşid demişdir ki, işi var, zəng vuracaqdır. O, çıxıb getmişdir. 1-2 saatdan sonra Rəşid ona zəng vurmuş və onlar görüşmüşlər. Rəşid demişdir ki, ona veriləsi pulu polisə vermişdir, onun işlərini də yoluna qoyacaqdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram ünvanlayaraq qeyd etmişdir ki, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmir, bu işlə həyat yoldaşı Qasımov Anarın dediyi kimi heç bir şeydən xəbəri olmayıb ona sürpriz edirmiş, bütün bu məsələlər başa çatandan sonra Rəhman və Rəşid tərəfindən aldadıldıqdan sonra yoldaşı Anar ona məlumat verib. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyə teleqram ünvanlayaraq qeyd etmişdir ki, səhhəti ilə bağlı gələ bilmir, istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. 2013-cü ildən Gürcüstan Respublikası vətəndaşı olan X9 ilə evlidir, X5 rayonundandır. Özü ali təhsillidir, Bakı şəhərində fəaliyyət göstərmiş Təfəkkür Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. İxtisası üzrə iş tapa bilmədiyinə görə kosmetoloq işini öyrənib bu fəaliyyətlə məşğul olur. 2018-ci ilədək kosmetoloq kimi işləməyi üçün maneə olmadığına görə sərbəst işləmişdir. Əvvəlki qanunvericiliyə görə tibbi təhsil olmadan kosmetoloq işləməyə icazə verilsə də sonradan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yeni qaydalarına əsasən, kosmetoloq işləmək üçün mütləq qaydada ali tibbi təhsil tələb olunmuşdur ki, artıq işini davam etdirməyi üçün problem yaranmışdır. 2018-ci ildə həmin ərəfələrdə televiziya xəbər proqramlarında, reklamlarda eşitmişlər ki, Ukrayna və Türkiyənin bəzi şəhərlərində imtahansız, şəxsiyyət vəsiqəsi ilə müxtəlif universitetlərə qəbul olunub ali təhsil almaq olar, o cümlədən tibb ixtisası üzrə diplom almaq olar. Maraqlanıb aldıqları ilkin məlumatlara görə bu məktəblərdə təhsil ödənişlidir, təhsil müddətində ali məktəbin özünə imtahan vaxtları getmək lazım olur. Ailədə öz aralarında danışmışlar ki, münasib variant tapıb sənədlərini universitetə verəcək və oxuyub tibb sahəsində diplom alacaq ki, kosmetoloq kimi fəaliyyətini davam etdirsin. Bundan sonra özü bu məsələ ilə bağlı heç bir hərəkət etməmişdir. 2018-ci ilin may-iyul aylarında əri Anardan eşitmişdir ki, hansısa tanışı vasitəsilə Ukraynada onun təhsili barədə danışıb, Xarkov şəhərindəki universitetdən diplom ala bilər. Anar bu məsələ ilə bağlı tanışları vasitəsilə 8.000 ABŞ dolları və 18.000 manat pul da vermişdir. Amma bu işlərdə hər hansı qanunsuz hərəkətin olması barədə məlumatı olmamışdır, diplomun nə vaxy, kim tərəfindən, harada hazırlandığını bilmir, ümumiyyətlə saxta sənəd əldə etmək və ondan istifadə etmək niyyəti olmamışdır. 2018-ci ilin təxminən sentyabr ayında əri Anarın əsəbləşdiyini görmüş, əvvəl işin mahiyyətini bilməmiş, bir müddət sonra məlum olmuşdur ki, Ukraynada onun təhsil almağıma kömək etmək adı ilə Anardan pul almış şəxslər onu aldatmışlar, heç bit təhsil və diplom məsələsi alınmamış, verilmiş pulları da mənimsəmişlər. Anar nə qədər çalışmışdırsa, pulları qaytara bilməmiş və məcbur qalıb polisə şikayət etmişdir. Buna baxmayaraq onların pulu indiyədək qaytarılmamışdır. Onu da bildirir ki, Anarın pul verdiyi şəxsləri və bu məslələrlə bağlı əlaqə saxladığı şəxsləri tanımır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində dispetçer işləyir. Şahid2 metropolitendə işlədikləri vaxtdan tanıyır, münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs uzaq qohumudur, qohum kimi normal münasibətdə olmuşlar, yaxın əlaqəsi, işbirliyi olmamışdır, amma Rəşidin işgüzar adam olduğunu, müxtəlif sənəd düzəltmək, almaq məsələləri olanda qarışıb həll edə bilən, əlaqələrə malk olduğunu bilmiş, amma konkret işləri barədə məlumatı olmamışdır. 2018-ci ilin təxminən may ayında, dəqiq tarix yadında deyil, Şahid2la müxtəlif mövzuda söhbət etdikləri zaman Rəhman demişdir ki, metropoliten işçisi kimi tanıdığı Aqil adlı şəxs vardır, həmin Aqildən eşitmişdir ki, sonuncunun dostu Anar arvadının adına olan xaricdə alınmış təhsil haqqında tibb diplomunu təsdiqlətdirmək istəyir, bu işə kömək edə biləcək adam axtarır. Bu söhbət əsnasında Rəşid yadına düşmüş və Rəhmana demişdir ki, belə bir qohumu var, gərək özündən soruşsun, nəticəsini deyər. Sonra Rəşidlə əlaqə saxlayıb Aqilin dediyi məsələ barədə danışmış, demişdir ki, xaricdə verilmiş tibb diplomunu təsdiq etdirmək istəyən bir nəfər vardır, işdə kömək istəyir. Rəşid demişdir ki, diplomu təsdiq etdirə bilər. Bundan sonra Rəhmanla danışıb Rəşidin sözünü çatdırmışdır. Aradan bir-iki gün keçəndən sonra özü, Rəşid, Rəhman, Aqil və Anar “Neftçilər” metrosunun yaxınlığında olan “Çuda peçka” kafesinin yaxinlığıdakı ərazidə olan çayxanaların birində görüşmüşlər. Həmin vaxt Anar adlı şəxsi orada ilk dəfə görmüş, o vaxtadək tanımamışdır. Aqili isə ona qədər də əvvəllər bir-iki dəfə görmüşdür. Çayxanada görüşdükləri yerdə Anar ilə Rəşid öz aralarında diplomun təsdiqi məsələləri ilə bağlı söhbət etməyə başlamışlar, diplomla bağlı danışdıqlarını görmüş, amma danışıqda iştirak etməmiş, söhbətə müdaxilə etməmişdir. Çayxanada göstərdiyi şəxslərlə bir qədər oturduqdan sonra işi olduğundan və onun iştirakına ehtiyyac qalmadığından sağollaşıb getmişdir. Sonradan Anar, Rəşid, Aqil və Rəhmanla görüşməmiş, həmin gün çayxanada diplomla bağlı söhbətlərin nə ilə nəticələndiyini, danışanların nə barədə və necə razılaşdıqlarını bilməmiş, sonradan da bununla maraqlanmamışdır. 2019-cu ilin noyabr ayında Suraxanı rayon Polis İdarəsinə çağırılmış, onunla şifahi söhbət aparanda eşitmişdir ki, Zərərçəkmiş şəxs qohumum Rəşid tərəfindən aldadılmış, diplomun təsdiq edilməsi adı ilə Rəşid ondan 18.000 manat pul almış, amma heç bir iş görməmiş, pulu isə mənimsəmişdir. Elə onda polis idarəsində olduğu zaman Rəhmanın da dəvət edildiyini görmüş, danışıqlardan məlum olmuşdur ki, Rəşid pulu Rəhman vasitəsilə Anardan almışdır. Sonrada istintaq zamanı nədənsə onunla bağlı şübhələr yaranmış, amma ifadələrində göstərmişdir ki, heç cinayəti yoxdur, Rəşidin işlərinin ona aidiyyəti yoxdur. Yuxarıda göstərdiyi kimi, təsadüfən iş yoldaşından eşidəndə ki, diplomun təsdiqi ilə bağlı kömək edə biləcək şəxs axtarırlar, onda Rəşidin buna oxşar sənəd işlərindən baş açdığını demiş, sonra Rəşid özü də razılıq verdiyinə görə onları görüşdürmüşdür. Sonrakı hadisələrdə iştirak etməmiş, Zərərçəkmiş şəxs aldatmaq, pulunu ələ keçirmək kimi hərəkətlər etməmiş, belə niyyəti olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 320.1-ci maddələri ilə cinayət təqibi başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1102/2022 nömrəli iş üzrə 23 noyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 32.3,188.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 32.3,188.2-ci maddəsi ilə 2 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.3,222-2.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına tətbiq olunan 2 (iki) il sınaq müddəti ilə şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunan 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü üzrə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilsin və cəza çəkməsi üçün Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 18 noyabr 2021-ci il tarixdən 20 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmış və cəza çəkməsi üçün üzərində qəti olaraq 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməmiş, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-516/2023 nömrəli iş üzrə 29 noyabr 2023-cü il tarixli qərarı ilə məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2007-ci il təvəllüdlü X1 və 31 mart 2018-ci il təvəllüdlü X7 adlı uşaqları var. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli cinayət işi üzrə toplanmış materiallar, zərərcəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmcinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 fevral 2022-ci ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, İiş üzrə maddi sübut kimi tanınmış saxta diplom, sənədlərin kserosurətləri, "xxxx" MMC-dən alınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs (X9) Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək cavabdeh- Təqsirləndirilən şəxs tərəfindən onun cinayət əməli nəticəsində ələ keçirilmiş 18000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə müvafiq məhkəmə akt çıxarılmasını xahiş etmişdir. Məhkəmə bu nəticəyə gələrkən, ilk növbədə, cinayət mühakimə icraatı zamanı verilən mülki iddianın ümumi şərtlərini və prinsiplərini təhlil etmişdir. Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülki-prosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Mülki iddia vətəndaşların subyektiv hüquqlarının müdafiəsinin ən mühüm üsullarından biri kimi, mülki və cinayət prosesləri üçün vahid hüquqi anlayışdır. Bu nəticə cinayət işində mülki iddiaya baxılmasının cinayət məhkəmə icraatının spesifikasından irəli gələn mövcud xüsusiyyətlərini sarsıtmır. Eyni zamanda, həm mülki, həm də cinayət mühakimə icraatında mülki iddia tərəflərin prosessual təminatlarının təmin olunması və mülki hüquqla bağlı mübahisənin baxılmasının xüsusi prosessual forması ilə xarakterizə olunur. Mülki prosesdə iddianın verilməsi hüququnun həyata keçirilməsini mümkün edən əsas şərtlər aşağıdakılar: işin məhkəməyə aidiyyəti; iddiaçın fəaliyyət qabiliyyətli olması; işin aparılması üçün nümayəndənin lazımi qaydada rəsmiləşdirilmiş səlahiyyətləri; ərizənin forma və məzmununun qanunu tələblərinə uyğun olması; ərizənin dövlət rüsumu ilə ödənilməsi. Cinayət prosesində mülki iddianın verilməsinin əsasları isə aşağıdakılardır: cinayətin törədilməsi; iddiaçının maddi və mənəvi zərərə məruz qalması; cinayət əməli ilə zərər arasında səbəb əlaqənin olması. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özünün sübuta yetirməli və məhkəməyə müvafiq sübutları təqdim etməli olduğu mülki prosesdən fərqli olaraq (AR MPM-in 77-ci maddəsi), cinayət prosesində mülki iddianın sübuta yetirilməsi cinayət prosesini həyata keçirən dövlət orqanlarının və vəzifəli şəxslərin vəzifəsidir. Mülki prosesdə iddiaçının iddiadan imtina etməsi və ya tərəflər arasında barışıq sazişinin bağlanması iş üzrə icraata xitam verilməsinə gətirib çıxarır. Cinayət prosesində iddiaçının iddiadan imtina etməsi və onun cavabdehlə barışıq sazişi bağlaması, bir qayda olaraq vəzifəli şəxsləri ödənilməli olan zərərin əsaslarını, xarakterini və məbləğini sübuta yetirməkdən azad etmir. Mülki iddianın mahiyyəti üzrə həll olunması və bu mənada qəti qərarın qəbul edilməsi hökmdə öz əksini tapmalıdır. Məhkəmə yalnız hökmdə iş üzrə verilmiş mülki iddianı tam və ya qismən təmin edə bilər, onu rədd edə bilər, yaxud da baxılmamış saxlaya bilər. İddia üzrə qərar hökmə üzvi surətdə daxil olur və hökmün müttəhimin təqsirliliyi məsələsi üzrə məhkəmənin qərarı ilə ayrılmaz surətdə bağlı zəruri elementinə çevrilir. İddianı, bəzən təcrübədə edildiyi kimi, məhkəmənin əlavə qərardadı ilə həll etmək yolverilməzdir. Məhkəmə iddianın əsasının olub-olmamasına dair müəyyən nəticə çıxarmalıdır. Bu, cinayət ittihamı üçün əsas olan hüquqi faktların köməyi ilə müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən əməlin həqiqətən törədildiyi və cinayət tərkibli olduğu, sonuncunun isə təqsirli olduğu qənaətinə gəldikdə o, iddianın əsasına və məbləğinə aid aşağıdakı məsələlərin həllinə keçə bilər:
1. zərərçəkmişə zərər vurulmuşdurmu və bu zərər cinayət işi üzrə araşdırmanın predmetini təşkil edirmi;
2. bu zərər nəticə etibarilə ödəniləndirmi;
3. vurulmuş zərərin məbləği nə qədərdir, hansı hədlərdə və hansı üsulla ödənilməlidir;
4. zərərin ödənilməsinə görə kim məsuliyyət daşımalıdır və hansı qaydada. Sadalanan sualları müzakirə etdikdən sonra məhkəmə aşağıdakı qərarlardan birini qəbul edir: a) mülki iddianı tam və ya qismən təmin edir; b) onu rədd edir; c) mülki iddiaçının iddianın təmin edilməsi hüququnu tanıyır və onun məbləğləri məsələsini mülki məhkəmə icraatı qaydasında baxılmağa verir; d) mülki iddianı baxılmadan saxlayır. İddianın təmin edilməsi haqqında qərar yalnız təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirli bilindikdə, yəni ittiham hökmü çıxarıldıqda qəbul edilə bilər. Bu zaman, hansı ittiham hökmünün çıxarılması mühüm deyil – cəza təyin edilməklə, cəza təyin edilməməklə və ya müttəhimi ona verilmiş cəzadan azad etməklə. Həmçinin, zərərçəkmişə (mülki iddiaçıya) zərərin vurulub-vurulmaması, zərərin maddi zərər olubolmaması və müttəhimin təqsirli bilindiyi cinayətlə səbəb əlaqəsində olub-olmadığı suallarına müsbət cavab verilməlidir. Zərər mövcuddursa və maddi zərərdirsə və müttəhimin hərəkətləri nəticəsində vurulubsa, lakin bu hərəkətlər qeyri-cinayət hərəkəti sayılırsa, iddianın təmin edilməsi üçün şərtlərdən biri mövcud olmur. Zərər mövcuddursa və maddi zərərdirsə, lakin müttəhimin törədilməsində təqsirli bilindiyi cinayətlə deyil, başqa cinayətlə vurulan zərərdirsə, yenə də cinayət prosesində iddianın təmini üçün əsas yoxdur, belə ki, zərərlə cinayət arasında qanun tələb etdiyi səbəbli əlaqə yoxdur. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın əsaslarının sübuta yetirilməsindən asılı olaraq, ittiham hökmü çıxarılarkən həm iddianın təmin edilməsi, həm də rədd edilməsi mümkündür. İddianın əsasını qeyd etməklə yanaşı prosessual qanunvericilik, həmçinin iddianın məbləğinin iddianın təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmə qərarına təsir edə biləcəyini xatırladır. İddianın əsası sübuta yetirilmədikdə, onun qismən də olsa təmin edilməsi mümkün deyil. Bu halda iddia tamamilə rədd edilməlidir. Lakin iddianın əsasını təşkil edən faktlar müəyyən edilərsə, iddianın məbləği artırılmış olduğu mülahizəsi ilə onu rədd etmək olmaz. Belə olan halda iddia ən azı qismən təmin edilməlidir. Bu halda iddianın tam təmin edilməsi üçün əsasın olmadığına görə deyil, onun məbləği təsdiq olunmadığına görə qismən təmin edilməlidir. Bəraət hökmü çıxararkən, məhkəmə: a) cinayət hadisəsi müəyyən edilmədikdə və ya müttəhimin cinayətin törədilməsində iştirakı sübuta yetirilmədikdə, mülki iddianı rədd edir; b) cinayət tərkibinin olmadığına görə müttəhimə bəraət verildikdə, iddianı baxılmadan saxlayır. Cinayət hadisəsinin müəyyən edilməməsi zərər vurmuş hərəkətlərin törədilməsi faktının təsdiq edilmədiyini göstərir. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində iştirakının sübuta yetirilməməsi iddia üçün əsasın olmadığını təsdiq etmir, yalnız həmin təqsirləndirilən şəxsin cinayət əməlinə aidiyyəti olmadığını müəyyən edir və iddianın lazımi cavabdehə qarşı irəli sürülmədiyini göstərir. Cinayət tərkibinin olmadığına görə bəraət o deməkdir ki, iddiaçının ona vurulmuş ziyanla əlaqələndirdiyi hərəkətlər həqiqətən törədilib və onun tərəfindən ya bilmədən, ya da əməlin ictimai təhlükəliliyini istisna edən hallarda törədilib. Qeyd edilən əsasla bəraət prinsip etibarilə bəraət verilən şəxsin zərərə görə mülki məhkəmə icraatı qaydasında məsuliyyətini istisna etmir, lakin iddianın cinayət prosesində təmin olunması ehtimalını istisna edir, belə ki, cinayət prosesində belə təmin etmənin vacib şərti zərərin cinayətlə vurulmasıdır. Belə hallarda iddia baxılmadan saxlanılır. İddianın baxılmadan saxlanılması iddiaçıya bəraət verilən şəxsə qarşı iddia verməyə (mülki məhkəmə icraatı qaydasında) və bu zaman ittihamın məzmununu təşkil edən faktlara istinad etməyə mane olmur. Cinayət prosesində mülki iddianın predmeti maddi, yəni pulla ifadə oluna bilən ziyanın ödənilməsi haqqında tələbdir. Cinayət nəticəsində vurulan maddi ziyanın ödənilməsi haqqında tələb iş üzrə icraat prosesində təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin və ya anlaqsız şəxsin hərəkətlərinə görə qanunla maddi məsuliyyət daşıyan digər şəxsə (fiziki, hüquqi) qarşı irəli sürülə bilər. Lakin cinayət işində mülki iddianın qaldırılması imkanı sonsuz deyil. Belə iddia təkcə bir şəxsin başqa şəxsə ziyan vurduğuna görə deyil, həm də bu şəxs tərəfindən (ziyan vuranın) bilavasitə ziyanın vurulmasına səbəb olan və istintaqın və (və ya) məhkəmə baxışının predmeti olan cinayətin törədilməsində təqsirləndirildiyinə görə irəli sürülə bilər. Əgər cinayətin törədilməsində təqsirləndirilən şəxs həqiqətən ziyan vurubsa, lakin həmin ziyan araşdırılan və məhkəmə tərəfindən baxılan cinayət işinin predmeti olan cinayətlə vurulmayıbsa, o zaman bu cinayət işi çərçivəsində ona qarşı iddia irəli sürülə bilməz. Cinayət-prosessual qanunu cinayət prosesində mülki iddianın qaldırılmasının mümkünlüyünü qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsindən asılı olmayaraq, cinayətlə əlaqələndirir. Cinayət Məcəlləsi ilə qadağan olunmuş əməlin lazımi müdafiə və ya son zərurət vəziyyətində törədilməsi zamanı şəxs cinayət məsuliyyəti daşımır, belə ki, bu cür əməllər cinayət sayılmır. Lakin bu hallarda mülki-hüquqi məsuliyyət müxtəlif cür həll olunur. Zəruri müdafiə hədləri aşılmadığı hallarda vurulmuş ziyan ödənilmir. Bu, o deməkdir ki, zəruri müdafiə vəziyyətində hərəkət edən şəxs barəsində bəraət hökmü çıxarıldıqda, məhkəmə mülki iddianı təmin etməməlidir. Əgər ziyan son zərurət vəziyyətində vurulubsa, o zaman onu vuran şəxs tərəfindən vurulmuş ziyan ümumi qaydaya əsasən ödənilməlidir. Məhkəmə belə ziyanın vurulduğu halları nəzərə almaqla, onu ödənilməsi üzrə məsuliyyəti üçüncü şəxsin (ziyan vuran onun maraqları naminə hərəkət etdikdə) üzərinə qoya, yaxud həm bu üçüncü şəxsi, həm də ziyan vuranı bu ziyanın ödənilməsindən tam və ya qismən azad edə bilər. Deməli, Cinayət Məcəlləsi ilə qadağan edilən əməli son zərurət vəziyyətində törətmiş şəxs barəsində bəraət hökmü çıxararkən, mülki iddia baxılmadan saxlanılmalıdır. Məhkəmə iclasında cinayət işinə xitam verilməsi zamanı, məhkəmə iddianı baxılmadan saxlamalıdır, belə ki, o, yalnız hökmdə həll oluna bilər. Cinayət Məcəlləsinin qadağan etdiyi əməlin anlaqsız şəxs tərəfindən törədilməsi nəticəsində ziyan vurulduğu halda, iddia baxılmadan saxlanılmalıdır. Belə ki, qanun öz hərəkətlərinə görə cavab verə bilməyən və ya hərəkətlərini idarə edə bilməyən şəxsin üzərinə hüquqi məsuliyyətin qoyulmasına yol vermir. Lakin qanun bu ümumi qaydadan bəzi istisnalar da edir: 1) əgər ziyan vuran spirtli içkilər, narkotik vasitələr qəbul etməklə və ya digər üsulla özü-özünü hərəkətlərini dərk etməyəcək və ya onları idarə edə bilməyəcək hala gətirdiyi hallarda, o, məsuliyyətdən azad edilmir. Bu halda ziyan vuranın məsuliyyətindən danışmaq olar, belə ki, onun təqsiri özünü anlaqsız vəziyyətə gətirməsində görülür; 2) zərərçəkmişin həyat və sağlamlığına vurulmuş ziyanın ödənilməsi öhdəliyinin məhkəmə tərəfindən, zərərçəkmişin və ziyan vuranın maddi vəziyyəti, həmçinin digər hallar nəzərə alınmaqla, ziyan vuranın üzərinə qoyulması. Zərərçəkmişin bu sosial müdafiə tədbiri mahiyyətinə görə, azyaşlı və fəaliyyət qabiliyyəti olmayan şəxslər tərəfindən vurulduğu zaman ziyanın bilavasitə ziyan vuranların üzərinə qoyulmasının mümkünlüyü ilə eynidir; 3) ziyanın vurulması üzrə öhdəlik ziyan vuranın üzərinə deyil, onun həyat yoldaşının və yaxın qohumlarının – valideynlərinin və ya yetkinlik yaşına çatmış övladlarının üzərinə qoyula bilər. Bu, ziyan vuranın psixi pozğunluğu barədə əvvəlcədən məlum olduğu, lakin onun fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınması məsələsi vaxtında qaldırılmadığı hallarda mümkündür. Bu halın baş verməsi üçün yuxarıda qeyd edilən şəxslərin təqsirinin müəyyən edilməsi tələb olunan məsuliyyət kimi tövsif etmək olar. Bu zaman onlar yalnız fəaliyyət qabiliyyətli olmaları və ruhi xəstə ilə birlikdə yaşamaları şərtilə məsuliyyətə cəlb oluna bilərlər. Cinayət əməli törədildiyi anda, qanuna görə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədildikdə, ziyanın ödənilməsi öhdəliyi valideynlərin, qəyyumların və himayəçilərin öz üzərinə qoyulur. Cinayət işində mülki iddianın irəli sürülməsi üçün ikinci əsas cinayət əməli nəticəsində ziyanın mövcud olmasıdır. Ziyan həm zərərçəkmişin əmlakına (məhvetmə, zədələmə, oğurlama və s.), həm də onun qeyri-maddi nemətlərinə (həyat, sağlamlıq, azadlıq və s.) təsirin nəticəsi ola bilər. Sonuncular həmişə pulla ifadə olunmur. Cinayətin nəticələrini ölçmək, müəyyən vahidlə qiymətləndirmək mümkün olduqda, onlar maddi ziyanı təşkil edir. Cinayətin nəticələrinin iqtisadi mahiyyəti və dəyər forması olmadıqda, onlar qeyri-maddi ziyan hesab olunur, bunlara mənəvi ziyan aiddir. Cinayət prosesində mülki iddiaya baxıldığı zaman vurulmuş ziyanın məbləği də əhəmiyyət kəsb edir. O, həm də törədilən əməlin ictimai təhlükəlilik dərəcəsinin qiymətləndirilməsinə təsir edir, bir sıra hallarda isə cinayətin tövsifini də müəyyən edir. Ziyanın məbləği nəzərə alınmaqla, iddiaçı iddianın qiymətini göstərir, məhkəmə isə ödənişin məbləğini müəyyən edir. Vətəndaşların və ya təşkilatların əmlakına cinayət əməli nəticəsində ziyan vurulduğu halda, bütün hallarda ziyanın məbləği məhkəmə qərarı çıxarıldığı an həmin ərazidə qüvvədə olan qiymətlərlə hesablanır. Cinayət prosesində mülki iddiaya baxılmasının zəruri əsaslarından biri cinayətlə vurulmuş ziyan arasında səbəbli əlaqənin olmasıdır. Ziyan vuranın davranışı ziyanlı nəticənin baş verməsi ehtimalını həqiqətə çevirdiyi, yaxud istənilən halda onun baş verməsinin konkret ehtimalını şərtləndirdiyi hallarda səbəb əlaqəsi hüquqi əhəmiyyətli hesab oluna bilər. Ziyan vuranın davranışı ziyanın vurulmasının yalnız mücərrəd ehtimalını şərtləndirdiyi hallarda, ziyan vuranın davranışı ilə ziyan arasında hüquqi əhəmiyyətli səbəb əlaqəsi olmur. Hüquqi əhəmiyyətli səbəb əlaqəsi adətən zəruri, hüquqi baxımdan isə təsadüfi adlanır. Cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdən birinin hərəkəti (hərəkətsizliyi) digər şəxs tərəfindən cinayətin törədilməsini yüngülləşdirirsə (şərtləndirirsə), lakin bu cinayətin səbəbi deyil, onun törədilməsinə səbəb olan haldırsa, o zaman ziyanın birgə vurulması əlamətləri olmur. Belə hallarda ziyanın vurulmasına görə məsuliyyəti onu bilavasitə vuran şəxs daşıyır. Yetkinlik yaşına çatmayanların iddialarını məhkəmədə onların qanuni nümayəndələri irəli sürməli və dəstəkləməlidir. İddiaçı hüquqi şəxs olduqda, iddianın cinayət prosesində baxılması mülki cavabdehin kim olmasından asılıdır. Cavabdeh də hüquqi şəxs olduqda, o zaman cinayət prosesində iddiaya baxılmır. Ona inzibati-iqtisad məhkəməsində baxılmalıdır. Cinayət prosesində mülki iddia üzrə icraat prosessual fəaliyyətin bir-birinə qarşı duran subyektlərinin – iddiaçı və cavabdehin olmasını nəzərdə tutur. Onlardan birincisi mülki iddianın dəstəklənməsi funksiyasını, ikincisi isə əks funksiyanı həyata keçirir, onu mübahisələndirir, onun təmin olunmasına etiraz edir. Bu şəxslər mülki iddia üzrə icraat çərçivəsində mərkəzi yer tutur. Onların bu işdə bilavasitə iştirakı mülki iddiaya aid halların tam, obyektiv və hərtərəfli baxılmasının, onun mahiyyəti üzrə düzgün baxılmasının təminatıdır. Cinayət-prosessual qanunvericiliyinə əsasən cinayət prosesində mülki iddiaçı cinayət əməli nəticəsində maddi zərər çəkmiş fiziki və ya hüquqi şəxs ola bilər. “Mülki iddiaçı” və “zərərçəkmiş” anlayışları eyni mənalı anlayışlar deyildirlər. Cinayət-Prosessual Məcəlləsində Cinayət Məcəlləsindən fərqli olaraq, zərərçəkmiş anlayışı dar mənada istifadə olunur. Cinayət hüququnda cinayətlə bu və ya digər ziyan vurulmuş hər hansı şəxs (o cümlədən də hüquqi şəxs) zərərçəkmiş hesab olunur. Bu mənada mülki iddiaçı hər zaman cinayət əməli nəticəsində zərərçəkmişdir. Cinayət prosesində zərərçəkmiş anlayışı prosesin iştirakçısı mənasında istifadə olunur. Burada zərərçəkmiş – cinayətlə mənəvi, fiziki və ya əmlak ziyanı vurulmuş vətəndaşdır. Ümumi qaydaya görə, vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, həmçinin hüquqi şəxsə vurulmuş ziyan həmin ziyanı vurmuş şəxs tərəfindən ödənilməlidir. Şəxs tərəfindən cinayətin törədilməsi faktı bu şəxsin cinayət məsuliyyəti üçün, cinayətlə maddi ziyanın vurulması faktı isə – onun mülki məsuliyyəti üçün əsasdır. Beləliklə, bir şəxsdə həm iş üzrə təqsirləndirilən şəxs, həm də mülki iddia üzrə cavabdeh birləşir (təqsirləndirilən şəxs – cavabdeh). Lakin bir sıra hallarda qanun maddi məsuliyyəti təqsirləndirilən şəxsin üzərinə deyil, cinayət prosesində mülki cavabdeh mövqeyində olan üçüncü şəxslərin üzərinə qoyur. Təqsirləndirilən şəxs mülki fəaliyyət qabiliyyətinə malik olmadıqda, mülki cavabdeh qismində valideynlər, qəyyumlar, himayəçilər və digər şəxslər, həmçinin təqsirləndirilən şəxsin cinayətkar əməlləri ilə vurulmuş ziyana görə qanunla maddi məsuliyyət daşıyan idarə, müəssisə və təşkilatlar cəlb oluna bilər. Cinayət işində iddia üzrə mülki cavabdeh, həmçinin aşağıdakı üçüncü şəxslər ola bilərlər 1) təşkilatlar – əmək (xidməti) vəzifələrinin icrası zamanı işçilərin təqsiri üzündən ziyan vurulduğu halda; 2) müvafiq dövlət orqanları təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin yanlış xidməti hərəkətləri nəticəsində ziyan vurulduğu halda; 3) dövlət idarələri – onların vəzifəli şəxslərinin inzibati idarəetmə sahəsində yanlış xidməti hərəkətləri ilə ziyan vurulduğu halda. Təşkilatın məsuliyyəti qanunla nəzərdə tutulan hər iki hal mövcud olduqda yaranır: ziyan təşkilatın işçisinin üzündən və onun tərəfindən xidmət vəzifələrin icrası zamanı vurulduqda. Bu zaman işçinin təqsiri həm qəsdən, həm də ehtiyatsızlıq üzündən ola bilər və ona həm vəzifə cinayəti, həm də vəzifə cinayətinə aid olmayan, lakin həmin şəxsin xidməti (əmək) sahəsində törədilən cinayət hesab oluna bilər. Beləliklə, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə zərər vurulduqda, təqsirləndirilən şəxs və cinayət prosesində mülki cavabdeh mövqeyində olan yuxarıda qeyd edilən üçüncü şəxslər də mülki-hüquqi məsuliyyət daşıyırlar. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilərlər. Bu kriteriyalara cavab verməyən hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. İttiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, məhkəmə nəzərə alır ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda, mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir (CPM-in 179-cu maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməsi hüquqi normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunur. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmanı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki iddiası təmin olunmalı, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 18.000 (on səkkiz min) manat tutularaq Zərərçəkmiş şəxs (X8) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 fevral 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış saxta diplom, sənədlərin kserosurətləri, "xxxx" MMC-dən alınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs (X3) Təqsirləndirilən şəxs qarşı “cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində vurulmuş maddi ziyanın cinayət mühakimə icraatı qaydasında ödənilməsi” tələbinə dair mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 18.000 (on səkkiz min) manat tutularaq Zərərçəkmiş şəxs (X8) ödənilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Hakim Namiq Kərimov