Məhkəmə qərarları › İş №1(010)-35/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-35/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-35/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), subay, 1 azyaşlı uşağı olan və aliment ödəyən, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 28 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 mart 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini və narkotik vasitə-heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,525 qram heroin və 1,991 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 28 fevral 2024-cü il tarixdə, saat 19:30-da Suraxanı RPİnin 30-cu polis şöbəsinin CA üzrə əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanında fəaliyyət göstərən Günel Ticarət Mərkəzinin yaxınlığında olan zaman saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmiş və orada videoçəkiliş aparılmaqla, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd “Nokia C2” markalı mobil telefon, əynində olan tünd yaşıl rəngli gödəkçənin sol iç cibindən isə 01 (bir) ədəd qara rəngli bükümdə təmiz çəkisi 0,525 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd şəffaf rəngsiz bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,891 qram, 0,925 qram, 0,175 qram, ümumi çəkisi 1,991 qram olan kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddə metamfetamindən istifadə etmiş, 27 fevral 2024-cü il tarixdə daha əvvəldən üzdən tanıdığı şəxslə Ulduz metrosunun yaxınlığında görüşərək narkotik vasitə almaq istəmiş, bu məqsədlə həmin şəxsə 35 manat pul vermişdir. Həmin adını bilmədiyi şəxs bunun müqabilində ona narkotik vasitə və psixotrop maddə vermiş, bundan sonra, özü həmin narkotik vasitədən götürüb üzərindən bir qədər istifadə etmiş, qalan hissəsini isə istifadə etmək üçün üzərində saxlamışdır. 28 fevral 2024-cü il tarixdə, yaşadığı Hövsan qəsəbəsi, Günel Ticarət Mərkəzinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib onu yaxınlıqda olan polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində olan zaman onun üzərinə baxış keçirilmiş, üzərində olan əşyaları masanın üzərinə çıxarıb qoymaq təklif edilmişdir. Bundan sonra, üzərində olan narkotik vasitələri, yəni əynində olan tünd yaşıl rəngli gödəkçənin sol iç cibindən 01 ədəd qara rəngli bükümdə heroini, 03 ədəd isə şəffaf rəngli sellofanlara bükülmüş bükümlərdə psixotrop maddə-metafetamini çıxarıb təqdim etmişdir. Üzərindən 04 ədəd büküm aşkar edilmiş, onlardan biri heroin, 03 ədəd büküm isə “patı” kimi tanıdığı metamfetamin olmuşdur. Bükümlərdən biri qara kağızda, digər 03 ədəd büküm isə şəffaf sellofana bükülü olmuş, bundan başqa, üzərindən “Nokia C2” markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra, üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılıb ekspertizaya yollanması üçün imzalanmışdır. Özünün narkotik vasitə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin ilkin izahatı alınan zaman əlyazma ilə ona qarşı fiziki və ya psixi zorakılığın tətbiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, polis əməkdaşları tərəfindən döyülmüş və bədənində xəsarətlər yaranmışdır. 28 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yerləşən evinin yaxınlığında olan restoranda dostları Elnur və Mamedlə yemək yedikdən sonra, onun evinə tərəf getmişlər, evinin qarşısında olanda 10 nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşıb üzərində şəxsi axtarış aparmışlar, həmin vaxt üzərində heç bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Daha sonra isə evinə daxil olub axtarış aparmışlar. Axtarış aparılan zaman bir nəfər polis əməkdaşı tərəfindən evində olan qabın içərisinə nəyinsə qoyulduğunu görmüş və ona məxsus olmadığını polislərə bildirmiş, bunu bildirdikdən sonra ona qarşı fiziki zorakılıq göstərilmiş və xəsarət yetirilmişdir. Polislər qanunsuz olaraq məhkəmə qərarı olmadan evində axtarış aparmış, anası isə bu halların şahidi olmuşdur. Axtarış aparıldıqdan sonra, onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirmişlər və orada yenidən fiziki və psixi zorakılıq göstərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə istifadəçisidir, lakin polis əməkdaşları üzərində axtarış aparan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Təxminən 20 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitənin heroin, marixuana, psixotrop maddənin isə metamfetamin növündən istifadə etmişdir. Onunla birlikdə olan dostları narkotik vasitə və ya psixotrop maddə istifadə etmirlər. Evində axtarış aparılan zaman evdə yalnız özü və anası olmuşdur. Özünü təqsirli bilmir. İbtidai araşdırma zamanı ona qarşı fiziki təzyiq göstərildiyi və xəsarət yetirildiyi üçün qorxduğundan törətdiyi əməli etiraf etmişdir. Ona xəsarət yetirən evinə daxil olmuş adını bilmədiyi polis əməkdaşları olmuşdur. Suraxanı Rayon Prokurorluğuna xəsarətlə bağlı özü və müdafiəçisi müraciət etmiş, lakin sonradan qorxduğu üçün müraciətindən imtina etmişdir. Şahid1 və Şahid2 tərəfindən tutulmamış, onları 30-cu polis şöbəsində olan zaman görmüşdür. Həmin polis əməkdaşları ona xəsarət yetirməmişdir. Sonda isə istifadəçi olsa da, tutulan zaman üzərində qanunla dövriyyəsi qadağan olunan heç bir əşya olmamasını, polis əməkdaşları tərəfindən döyülməsini, məhkəmə qərarı olmadan evinə baxış keçirilməsini, narkomaniyadan 9 ay könüllü olaraq müalicə almasını, himayəsində yaşlı anasının və 1 azyaşlı uşağının olmasını, ona aliment ödəməsini və yuxarıda qeyd etdiyi nüansları nəzərə alaraq məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 28 fevral 2024-cü il tarixdə, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, Günel Ticarət Mərkəzinin yaxınlığında üstündə psixotrop maddə olması barədə məlumat alıb, dərhal həmin məlumatı polis şöbəsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra, şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə, Bakı şəhəri, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, Günel Ticarət Mərkəzinin yaxınlığına getmişlər. Həmin vaxt saat 19:30-da Bakı şəhəri, Suraxanı rayonu, O.Şabanov küçəsində Günel Ticarət Mərkəzinin qarşısı ilə hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik vasitə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə, 30-cu polis şöbəsinə gəlmiş, bundan sonra, polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər, axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da üzərində özü istifadə etməsi üçün bir ədəd qara kağıza bükülmüş olan heroinə bənzər maddə və 03 ədəd şəffaf sellofan bükümdə “patı” kimi tanıdığı psixotrop maddə olduğunu bildirmiş və əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd “Nokia C2” markalı mobil telefon çıxarıb təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya aşkar edilməmiş, sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümlərdə qara rəngli bükümdə narkotik vasitə heroin, 03 ədəd bükümdə şəffaf rəngli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan kütlənin heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin heroin və psixotrop maddə-metamfetamini 27 fevral 2024cü il tarixdə, Ulduz metrosu yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxdən alıb özündə saxladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üstündən götürülmüş bükümlər zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı mobil telefonu yanında olmamışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Şübhəli şəxs qismində tutulan zaman şəxsin hər hansı xəsarəti olmamışdır. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Həmin əməliyyat məlumatı qərəzsiz mənbədən olmuşdur. Təqsirləndirilən şəxsin evinə daxil olmamışlar, ona yaxınlaşdıqları zaman tək olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələrində dedikləri həqiqəti əks etdirmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Şübhəli şəxs qismində tutulan zaman şəxsin hər hansı xəsarəti olmamışdır. Təqsirləndirilən şəxsin evinə daxil olmamışlar, ona yaxınlaşdıqları zaman tək olmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Əməliyyat tədbirinə gedən zaman mobil telefonu yanında olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 29 fevral 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 28 fevral 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 4-5) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 5(010)-196/2025 saylı qərarı ilə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərar qanuni sayılmışdır. (iş.v. 83-85) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmə aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynində olan tünd göy rəngli cins şalvarının qabaq sol cibindən 01 ədəd qara rəngli «Nokia C2» markalı mobil telefonu, əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol iç çibindən isə 01 ədəd qara rəngli, 03 ədəd isə şəffaf rəngli sellofanlara bükülmüş bükümlərdə olan maddələri təqdim edərək bildirmişdir ki, bükümlərdə olan kütlələr narkotik vasitədir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddələr olan «04» ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 194» saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. (iş.v. 32-33) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilərək tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs isə əynində olan tünd yaşıl rəngli gödəkçənin sol iç cibindən 04 ədəd bükümü və 01 ədəd “Nokia C2” markalı telefonu çıxarıb təqdim edir. Həmin bükümlər açılaraq içərisinə baxıldıqdan sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərdən olan qara rəngli bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə-heroin olduğunu, 03 ədəd bükümdə isə “patı” kimi tanıdığı metamfetamin olduğunu, həmin kütlələri 27 fevral 2024-cü il tarixdə, Ulduz metrosu yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi məqsədilə alıb əldə edərək üzərində saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilir və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilmir. Daha sonra aşkar edilmiş həmin 04 ədəd büküm götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 dekabr 2024-cü il tarixli 3-16-16/2- 6/1217 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №194” dairəvi möhür əksi, “təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd qara rəngli bükümdə təmiz çəkisi 0,525 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 03 (üç) ədəd şəffaf, rəngsiz bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,891 qram, 0,925 qram, 0,175 qram ümumi təmiz çəkiləri 1,991 qram olan kristalşəkilli maddə-metamfetamindir. 02 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,891 qram, 0,925 qram olan ağ rəngli, kristalşəkilli maddə kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında bir-biri ilə eyni olub, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,175 qram olan qəhvəyimtil-ağ rəngli, kristalşəkilli maddə kütləsindən fərqlidirlər. Heroin və Metamfetamin fərqli narkotik vasitə və psixotrop maddə olduğundan onlar arasında müqayisəli tədqiqat aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Heroinin təmiz çəkisi – 0,525 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,475 qram. 2) Metamfetaminin təmiz çəkisi – 1,991 qram, tədqiqata sərf edildi – 0,150 qram, qalıq – 1,841 qram. (iş.v. 42-45) 04 mart 2024-cü il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və istintaqa təqdim olunmuş 01 ədəd, «Nokia C2» markalı mobil telefonun ismarıclar və zənglər bölməsinə baxış keçirilmiş və baxış zamanı mobil telefonun yaddaşında hər hansı bir mobil nömrə, ismarıclar bölməsində hər hansı bir yazışma və ya fotoşəkil aşkar edilməmişdir. (iş.v.86) Ambulator məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2024-cü il tarixli, 2127 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 98-99) Suraxanı RPİ-nin İŞ-nin əməliyyat tapşırığına Suraxanı RPİ-nin 31-ci polis şöbəsi tərəfindən ünvanlanan 10 aprel 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə-heroini və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır.(iş.v. 88-89; 102) 20 aprel 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 1,991 qram, tədqiqatdan sonra qalıq qalmış 1,841 qram olan psixotrop maddə-metamfetamin və xalis çəkisi 0,525 qram, tədqiqatdan sonra qalıq qalmış 0,475 qram olan narkotik vasitə-heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə-metamfetaminin və narkotik vasitə-heroinin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən material ayrılmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini və narkotik vasitə-heroni könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk 20 aprel 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. (iş.v. 103-110) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuş, saat 19:30-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 01 mart 2024-cü il tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 01 mart 2024-cü il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 26, 57-58, 72-73, 77-78, 80) 02 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorkuğunun Xidməti Araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X6 tərəfindən 493-C-24 saylı material nəzərdən keçirilərək Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə və digər güc hərəkətlərinə məruz qalması barədə məlumatı araşdırılmış və belə bir fakt təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarda qeyd olunmuşdur ki, 05 aprel 2024-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyində Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru X4 qəbul etdiyi 493-C- 24 saylı, 02 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(009)-165/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru X4 qəbul etdiyi 493-C-24 saylı, 02 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında şikayətə baxılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə edilmiş müraciətə baxılanadək dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 12 sentyabr 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası CPM-nin 442-ci maddəsinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciəti Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin icraatına qəbul edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(010)-283/2024 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinə edilmiş müraciətə baxılanadək cinayət işi üzrə icraat CPM-in 53.1.6-cı maddəsinə əsasən dayandırılmışdır. Səbail Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 6(009)-19/2025 saylı qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin 02 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından şikayətçi Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə dair iş üzrə dayandırılmış icraat təzələnmişdir. Həmin məhkəmənin 31 yanvar 2025-ci il tarixli, 6(009)-19/2025 saylı qərarı ilə şikayətçi Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 1(010)-35/2025 saylı qərarı ilə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X4 qəbul etdiyi 493-C-24 saylı, 02 may 2024-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından məhkəmə nəzarəti qaydasında birgə verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(009)-19/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2025-ci il tarixli, 6(103)-70/2025 saylı qərarı ilə təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli sorğusuna cavab olaraq Suraxanı RPİ-nin MSY-dən göndərilmiş Təqsirləndirilən şəxs tibbi müayinə aktı və uçot qeydiyyat jurnalından görünür ki, Həşimov X5 RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı R.İsmayılov tərəfindən 28 fevral 2024-cü il tarixdə, saat 23:00-da tutulmuşdur. Suraxanı rayon prokuroru Rəşid Mahmudovun 01 mart 2024-cü il tarixli qərarına əsasən həmin tarixdə Suraxanı RPİ-nin MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət daxil olmamışdır. 29 fevral 2024-cü il tarixdə MSY-nə həkim çağırılmış, həmçinin onun giriş və çıxışı zamanı heç bir xəsarəti olmamışdır. İş materiallarına təqsirləndirilən şəxs tərəfindən məhkəmə çıxışlar mərhələsində təqdim edilməklə əlavə edilmiş 20 may 2025-ci il tarixli, 1/1498 saylı narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sidiyində narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayonu Məhkəməsinin 21 aprel 2025-ci il sorğusuna cavab olaraq CZM Reabilitasiya Mərkəzi tərəfindən verilmiş 02 may 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də 06 aprel 2024-cü il tarixindən 06 yanvar 2025-ci il tarixədək Sumqayıt şəhəri, 17 məhəllə katej, ev-16/a ünvanında yerləşən “CZM Reabilitasiya Mərkəzində” narkomaniya xəstəliyinə qarşı stasionar müalicə alıb tam sağalmışdır. Onun yenidən müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd olunan hallarla bağlı izah edir ki, şəxsin bədənində narkomaniya xəstəliyinin olub-olmamasını, eləcə də narkomaniya xəstəliyindən əzab çəkməsini, müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək üçün məhkəmə narkoloji ekspertiza rəyi əsasdır. Hazırki iş üzrə də ambulator məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş, onun narkomaniyadan müalicəyə ehtiyacının olması rəydə qeyd edilmişdir. Məhkəmə üçün əsas ekspertiza rəyi olduğundan və təqsirləndirilən şəxs tərəfindən qeyd olunan sənədlər məhkəmə çıxışları mərhələsində təqdim olunduğundan, həmçinin nə təqsirləndirilən şəxs, nədə ki, müdafiəçisi tərəfindən istintaqın yenilənməsi və təkrar məhkəmə ambulator narkoloji ekspertizasının təyin olunması ilə bağlı vəsatət verilmədiyindən iş üzrə təkrar ekspertiza təyin edilməmişdir. Təqsirləndirilən şəxs burnunda olan xəsarət izlərini əks etdirən 02 ədəd fotoşəkli məhkəmə iclasında təqdim etmişdir. Qeyd olunan xəsarətlərin hansı şəraitdə və kim tərəfindən yetirilməsini müəyyən etmək mümkün olmamışdır. CPM-nin 139-cu maddəsinə əsasən cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş burnunda olan xəsarət izlərini əks etdirən 02 ədəd fotoşəklə məhkəmə iclası zamanı baxış keçirilmiş, lakin həmin xəsarətlərin məhz polis əməkdaşları tərəfindən ona yetirilməsini sübut edəcək heç bir dəlil təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilməmiş, odur ki, iş üçün sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumata rast gəlinmədiyindən məhkəmə tərəfindən həmin 02 ədəd fotoşəkil maddi sübut qismində tanınmamış və iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X8 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. X10 əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü qismən təqsirli bilsə də, məhkəmə iclasları zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən döyülmüş və bədənində xəsarətlər yaranmış, narkotik vasitələrdən istifadə etsə də üzərindən aşkar olunmuş narkotik vasitələr ona məxsus olmamışdır. 28 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yerləşən evinin yaxınlığında olan restoranda dostları Elnur və Mamedlə yemək yedikdən sonra, evinə tərəf getmişlər, evinin qarşısında olanda 10 nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşıb üzərində şəxsi axtarış aparmışlar, həmin vaxt üzərində heç bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Daha sonra isə evinə daxil olub axtarış aparmışlar. Axtarış aparılan zaman bir nəfər polis əməkdaşı tərəfindən evində olan qabın içərisinə nəyinsə qoyulduğunu görmüş və ona məxsus olmadığını polislərə bildirmiş, bunu bildirdikdən sonra ona qarşı fiziki zorakılıq göstərilmiş və xəsarət yetirilmişdir. Polislər qanunsuz olaraq məhkəmə qərarı olmadan evində axtarış aparmış, anası isə bu halların şahidi olmuşdur. Axtarış aparıldıqdan sonra, onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirmişlər və orada yenidən fiziki və psixi zorakılıq göstərilmişdir. Narkotik vasitə və ya psixotrop maddə istifadəçisidir, lakin polis əməkdaşları üzərində axtarış aparan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. 20 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitənin heroin, marixuana, psixotrop maddənin isə metamfetamin növündən istifadə etmişdir. İbtidai araşdırma zamanı ona qarşı fiziki təzyiq göstərildiyi və xəsarət yetirildiyi üçün qorxduğundan törətdiyi əməli etiraf etmişdir. Ona xəsarət yetirən evinə daxil olmuş adını bilmədiyi polis əməkdaşları olmuşdur. Şahid1 və Şahid2 tərəfindən tutulmamış, onları 30cu polis şöbəsində olan zaman görmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciəti olmuş, belə ki, 02 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorkuğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X6 tərəfindən 493-C-24 saylı material nəzərdən keçirilərək Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə və digər güc hərəkətlərinə məruz qalması məlumatı araşdırılmış və belə bir fakt təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan şikayətçi olduğundan Səbail Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət etmiş və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(009)- 19/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X4 qəbul etdiyi 493-C-24 saylı, 02 may 2024-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından məhkəmə nəzarəti qaydasında birgə verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 6(009)-19/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2025-ci il tarixli, 6(103)-70/2025 saylı qərarı ilə təmin edilməmişdir. Bundan əlavə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli sorğusuna cavab olaraq Suraxanı RPİ-nin MSY-dən göndərilmiş Təqsirləndirilən şəxs tibbi müayinə aktı və uçot qeydiyyat jurnalından da görünür ki, Təqsirləndirilən şəxs tərəfindən heç bir şikayət daxil olmamış, hər hansı xəsarət aşkar edilməmişdir. 29 fevral 2024-cü il tarixdə MSY-nə həkim çağırılmış, həmçinin onun giriş və çıxışı zamanı heç bir xəsarəti olmamışdır. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında təqdim edilmiş burnunda olan xəsarət izlərini əks etdirən 02 ədəd fotoşəkil haqqında qeyd etməyi zəruri hesab edir ki, həmin xəsarətlərin məhz Suraxanı RPİ-də polis əməkdaşları tərəfindən ona yetirilməsini sübut edəcək heç bir mötəbər sübut təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi dindirmələr və istintaq hərəkətləri zamanı onun yanında olmuş, həmin xəsarətlərlə bağlı vaxtında məhkəmə tibbi ekspertizasının təyin edilməsi ilə bağlı vəsatət verməmiş, prokurorluqda araşdırma aparılan zaman həmin fotoşəkillər əsasında məhkəmə tibbi ekspertizasının təyin edilməsini təmin etməmiş, buna görə də keçirilmiş məhkəmə tibbi ekspertizanın rəyində xeyli müddət keçdiyindən təqsirləndirilən şəxsin bədənində xəsarət izi aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin heç bir dəlillə əsaslandırmadığı özünü təqsirli bilməməsi, üzərində tutulan zaman hər hansı qanunla dövriyyəsi qadağan edilmiş kütlənin olmaması xüsusatlarını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyi, o cümlədən onun azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda, guya polis əməkdaşları tərəfindən məcbur edildiyindən psixotrop maddə və narkotik vasitənin ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi ilə bağlı qeyd etdikləri heç cür məntiqəuyğun ifadələr deyildir. Həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişindən də görünür ki, verilmiş suallara Təqsirləndirilən şəxs adekvat cavab verir, istintaq hərəkəti ilə bağlı hər hansı narazılığını bildirmir. Odur ki, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiqin tətbiq edilmədiyi aparılmış araşdırmalar nəticəsində və qəbul edilmiş qərarlarla tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynində olan tünd yaşıl rəngli gödəkçənin sol iç cibindən isə 01 (bir) ədəd qara rəngli bükümdə təmiz çəkisi 0,525 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 03 ədəd şəffaf rəngsiz bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,891 qram, 0,925 qram, 0,175 qram, ümumi çəkiləri 1,991 qram olan kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddəni çıxarıb təqdim etməsi aşkar görünür. Bundan əlavə, məhkəmə iclasları zamanı şahidlər dindirilərkən onların ifadələri arasında heç bir ziddiyyətli məqam müəyyən edilməmişdir. Həmçinin polis əməkdaşlarının onun evinə daxil olması, axtarış aparması kimi iddialar təqsirləndirilən şəxs tərəfindən irəli sürlüsə də həmin faktları təsdiq edəcək sübut məhkəməyə təqdim edilməmiş, anasının şahid olmasını bildirməsi isə yaxın qohumu olaraq onun xeyrinə ifadə verə biləcəyinə kifayət qədər əsaslar olduğundan mötəbər sübut kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə iclaslarında dindirilən zaman ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar tam təkzib edilmişdir. Buna görə də, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin tutularkən üzərində psixotrop maddə və narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. O, həmçinin ibtidai istintaq zamanı da verdiyi ifadəsində törətdiyi cinayət əməlini qismən etiraf etmişdir. Məhkəmə istintaqı zamanı dindirilərkən isə 20 ildir ki, narkotik vasitələrdən istifadə etməsini, belə ki, narkotik vasitənin heroin, marixuana, psixotrop maddənin isə metamfetamin növündən istifadə etməsini bildirmişdir. Həmçinin ambulator məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2024-cü il tarixli, 2127 saylı rəyinin təsviri hissəsindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin heroin, psixotrop maddələrin isə metamfetamin növündən istifadə edir. Polis əməkdaşları tərəfindən tutulan zaman üzərindən məhz heroin və metamfetaminin aşkar edilməsi ilə də bir daha təqsirləndirilən şəxsin bildirdikləri məhkəmə tərəfindən həqiqətə əsaslanmayan özünümüdafiə kimi fikirlər hesab edilmişdir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadələrini sübut qismində qiymətləndirir, əksinə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram narkotik vasitə-heroin, İİ siyahının 67-ci qrafasına əsasən isə 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-heroinin ümumi təmiz çəkisi 0,525 qram, psixotrop maddəmetamfetaminin isə ümumi təmiz çəkisi 1,991 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer ünvan 2 ünvanında fəaliyyət göstərən Günel Ticarət Mərkəzinin yaxınlığıdır. Bundan sonra şəxs 30-cu polis şöbəsinə aparılaraq orada təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Belə ki, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,525 qram narkotik vasitə heroin və 1,991 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 28 fevral 2024-cü il tarixdə, saat 19:30-da Suraxanı RPİnin 30-cu polis şöbəsinin CA üzrə əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanında fəaliyyət göstərən Günel Ticarət Mərkəzinin yaxınlığında olan zaman saxlanılaraq Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmiş və orada videoçəkiliş aparılmaqla, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd “Nokia C2” markalı mobil telefon, əynində olan tünd yaşıl rəngli gödəkçənin sol iç cibindən isə 01 (bir) ədəd qara rəngli bükümdə təmiz çəkisi 0,525 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd şəffaf rəngsiz bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,891 qram, 0,925 qram, 0,175 qram, ümumi çəkisi 1,991 qram olan kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, verilmiş sorğulara cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 91) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-.2-ci maddəsinə əsasən könüllü olaraq narkomaniya xəstəliyi ilə bağlı müalicə alması və reabilitasiya keçməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən edilir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Çünki təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddələr metamfetaminin miqdarları şəxsi istehlak miqdarı hesab olunan 0,15 qramdan dəfələrlə çoxdur yəni, heroin 0,525 qram olmaqla 3,5 dəfə çox olmuş, 03 büküm metamfetamin isə 1,991 qram olmaqla şəxsi istehlak miqdarından 13 dəfə çox olmuşdur. CM-nin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə –üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Metamfetaminin 2 qram və ondan yuxarı qramının külli miqdar hesab olunması nəzərə alındıqda və Təqsirləndirilən şəxs 1,991 qram olan 3 büküm psixotrop maddə metamfetamini əldə edərək üzərində gəzdirməsi, həmçinin məhkəmə iclasında ifadəsində bildirdiyi kimi 20 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi onun ictimai təhlükəliliyinə, cəmiyyət üçün təhlükə yaratmasına əsas olduğundan onun azadlıqdan məhrum edilərək narkomaniyadan müalicə almaqla normal vətəndaş kimi cəmiyyətə qovuşmasını və islah olunmasının vacibliyini məhkəmə zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm elan olunduğu tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,475 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və iş üzrə maddi sübut kimi tanınmış, Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,841 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 02 ədəd fotoşəkil cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 25 iş saatı üçün 275 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu 18 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,475 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,841 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 02 ədəd fotoşəkil cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 25 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 275 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar