Məhkəmə qərarları › İş №1(010)-353/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-353/2021

09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-353/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Xalıq oğlunun, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Bakı, Suraxanı rayonu, 14 İyul küçəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 12 avqust 2009-cu il tarixli 1(002)-174/2009 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 67-ci maddəsi tətbiq olunaraq Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16.03.2005-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 08 il 06 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 08 il 10 ay azadlıqdan məhrum etmə cəzası saxlanılaraq məhkum edilmiş, lakin buna baxmayraq, məhkumluğu ödənilmədiyi və götürlmədiyi halda qəsdən yenidən 09 avqust 2021-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Əfsun” şadlıq sarayının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Rəşad” adlı şəxsdən, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd kağız bükümdə təmiz çəkisi 2,179 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan, qanunsuz olaraq 10 manata alıb əldə edərək üzərində saxlayıb daşımış, 09 avqust 2021 -ci il tarixdə, saat 16.30 radələrində Suraxanı RPİ-nin 31-ci PBnin əməkdaşları tərəfindən Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində saxlanılaraq, ünvan 1 ünvanda yerləşən Bakl şəhəri Suraxanı RPİ-nin 31 -ci PB-nə gətirilib, videoçəklişdən istifadə etməklə üzərinə axtarış və götürmə keçirilən zaman, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 2,179 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, əvvəllər “kakos” kimi tanıdığı narkotik vasitəni çəkmək yolu ilə istifadə etmişdir. O, hörgü işlərini, lambrinin vurulmasını və digər təmir işlərini bajardığından, özü üçün iş axtarmış və tanışının vasitəsi ilə Rəşad adlı şəxsin evində qeyd olunan təmir işlərini görməyə başlamışdır. O, özü narkotik vasitələrinin istifadəçisi olsa da, Rəşadın narkotik vasitələrinin satışı ilə məşğul olduğunu bilməmişdir. 09.08.2021-ci il tarixdə günorta saatlarında o, Rəşadın evində təmir işlərini həyata keçirərkən, həyətə polis əməkdaşları daxil olmuşlar. Polis əməkdaşları həyətdə onun üzərində baxış keçirmişlər, lakin onun üzərində hər hansı bir qanunsuz əşya aşkar etməmişlər. Buna baxmayaraq, onu Rəşadla birlikdə polis bölməsinə gətirmişlər. Polis bölməsində ona təzyiq göstərilərək, narkotik vasitəni öz üzərinə götürməsini tələb etmişlər, o, da bu təzyiqlərə dözməyərək, bununla razılaşmışdır. Daha sonra o, PB-də xidməti otaqların birinə dəvət edilib, üzərində şəxsi axtarış həyata keçirilmiş, axtarış zamanı əvvəlcədən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş, o, da məjburiyyət qarşısında qalaraq, əynindəki olan göy rəngli cins şalvarın sağ yan cibinə əvvəljədən qoyulmuş bir ədəd, içərisində “kakos” kimi tanıdığı narkotik maddə olan kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Halbuki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, “kakos” kimi tanıdığı narkotik vasitəni çəkmək yolu ilə istifadə etmişdir. “Kakos” kimi tanıdığı narkotik maddəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında “Rəşad” adlı şəxsdən alaraq, istifadə etmişdir. 09.08.2021-ci il tarixdə günorta saatlarında o, növbəti dəfə “Rəşad” adlı şəxsi taparaq, ondan şəxsi istifadə etməyi üçün 10 manat verməklə bir ədəd kağız bükümdə heroin alaraq, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, münasib zamanda istifadə etsin. Həmin tarixdə, yəni 09 avqust 2021-ci il tarixdə, saat 16.30 radələrində o, Suraxanı rayonunun İ.Şükürov küçəsi ilə hərəkət edən zaman, mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər və ondan adını soruşmuşlar. O, polis əməkdaşlarına adının Fərman olduğunu bildirdikdə, polis əməkdaşları onu narkotik vasitələrin əldə edilməsində və daşınmasında şübhəli olduğu üçün onlarla birlikdə polis bölməsinə getməyini təklif etmişlər. O, etiraz etmədən, onlarla birlikdə yaxınlıqda yerləşən 31-ci PB-nə getmişdir. O, PB-də xidməti otaqların birinə dəvət edilib, hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına vəkil dəvət edilmişdir. Lakin o, şəxsi axtarışa vəkilin iştirakından imtina etmiş və bu barədə protokol tərtib edilmişdir. Bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Axtarış zamanı əvvəlcədən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən öz istifadəsi üçün əldə etdiyi bir ədəd, içərisində “kakos” kimi tanıdığı narkotik maddə olan kağıza bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqdan sonra, ondan həmin bükümün içərisində nə olması və haradan, necə, nə vaxt, hansı məqsədlə əldə etməyi barədə sual verilmişdir. O, həmin bükümün içərisində narkotik maddə olan kakos olmasını və onu saxlanmamışdan əvvəl Suraxanı rayonu ərazisində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında “Rəşad” adlı şəxsdən 10 manat ödəyərək öz istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış və qablaşdırılmış zərf möhürlənmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərinə baxılmış və hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, və digər iştirakçılar tərəfindən imzalanaraq, tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və polis bölməsində üzərində axtarış aparılan zaman hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Suraxanı RPİ-nin 31 -ci PB-nin baş əmliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. 09 avqust 2021-ci il tarixdə “Fərman” adlı şəxsin Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Suraxanı RPİ-nin 31 -ci Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və “Fərman” adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmiş, rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş, “Fərman” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə istifadə etməsinə görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə həmin vaxt Suraxanı RPİnin NMB-nin əməliyyat müvəkkili işləmiş, hal-hazırda isə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyən, polis baş leytenantı Şahid2 təyin olunmuşlar. Bundan sonra “Fərman” adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o, və Şahid2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsinə gəlmş, saat 16:30 dəqiqədə “Fərman” adlı şəxsi əlamətlərinə görə oxşadıb ona yaxınlaşmışlar və xidməti vəqisələrini göstərib, özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etmiş və o, da adının Fərman olmasını bildirmişdir. “Fərman” adlı şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər, sonuncu da heç bir etiraz etmərək, onlarla razılaşmışdır. Bundan sonra onlar birlikdə polis bölməsinə gəlmiş, polis Bölməsində “Fərman” adlı şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş və sonunjunun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və bu barədə raport yazıb bölmə rəsinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə, onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Lakin Təqsirləndirilən şəxs axtarışda vəkilin iştirakından imtina etmiş və bu barədə protokol tərtib olunmuşdur. Sonra şəxsi axtarışa başlanılmış, axtarışda o və əməliyyat müvəkkili Şahid2 iştirak etmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızına bükümünü çıxarıb təqdim etmiş və bildirmişdir ki, bükümün içərisində narkotik vasitə “kakos” kimi tanıdığı maddə vardır. Təqsirləndirilən şəxs həmin maddənin haradan və nə vaxt əldə etməsi barədə sual verilmiş, o da təqdim etdiyi maddəni 09.08.2021-ci il tarixdə, günorta saatlarında “Əfsun” şadlıq sarayının yaxınlığında “Rəşad” adlı şəxsdən 10 manata öz istifadəsi üçün almasını və üzərində gəzdirməsini demişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirtakçılar tərəfindən imzalanmışdı. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğuna baxışda iştirak edən polis əməkdaşı, Fərman və o, imza etmişlər. Polis Bölməsinə əməliyyat məlumatı “Fərman” adlı şəxsin Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuşdur. Polis Bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə məlumat daxil olmamışdır. Sonunjuya qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 381/2021 nömrəli 11 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 09 avqust 2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 12 avqust 2009-cu il tarixli 1(002)-174/2009 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum edilmiş, barəsində CM-nin 67-ci maddəsi tətbiq olunaraq, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16.03.2005-ci il tarixli hökmü ilə JM-nin 29,120.2.4-jü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş cəzanın çəkilməmiş 08 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 08 il 10 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 12.06.2018-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunmuşdur, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə 10 avqust 2021-ci il tarixli, 6/3398 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,179 qram kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 Komissiyasının verdiyi 07.10.2021-ci il tarixli, 3822 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan «Asılılıq Sindromu» (Narkomaniya Xəstəliyi) aşkar olunur. Naıkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini ümumiyyətlə törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, bunu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, ibtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilmiş, ifadəsində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadə həqiqətə uyrun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə bunu ittihamı təsdiq edən sübut kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,079 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 09.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı RPİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalan 2,079 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar