Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-353/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi ev 24 mənzil 56 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 12:40-da Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi 26 ünvanında yerləşən Günəşli 2 filial mağazasına müştəri qismində daxil olub oradan hər biri 454 qram olan. Doyaruşka markalı, ümumilikdə 48 manat 75 qəpik dəyərində 5 qutu yağı, 500 qram çəkidə, Ankor markalı, 10 manat 30 qəpik dəyərində 1 qutu yağı, xx.xx.2023-cü il tarixdə saat 19:06-da hər biri 454 qram olan, Doyaruşka markalı, ümumilikdə 39 manat dəyərində 4 qutu yağı, hər biri 454 qram olan, Ankor markalı, ümumilikdə 49 manat 90 qəpik dəyərində 5 qutu yağı, hər biri 180 qram olan, Vest Qold markalı, ümumilikdə 7 manat 70 qəpik dəyərində 2 qutu yağı, hər biri 500 qram olan, Ankor markalı, ümumilikdə 51 manat 50 qəpik dəyərində 5 qutu yağı, xx.xx.2023-cü il tarixdə saat 12:40-da hər biri 454 qram olan, Doyaruşka markalı, ümumilikdə 39 manat dəyərində 4 qutu yağı, hər biri 500 qram olan, Ankor markalı, ümumilikdə 51 manat 50 qəpik dəyərində 5 qutu yağı, hər biri 400 qram olan, Vest Qold markalı, ümumilikdə 16 manat 40 qəpik dəyərində 2 qutu yağı, hər biri 400 qram olan, Qolden Krovn markalı, ümumilikdə 30 manat dəyərində 4 qutu yağı, xx.xx.2023-cü il tarixdə saat 12:52-də hər biri 454 qram olan, Doyaruşka markalı, ümumilikdə 58 manat 50 qəpik dəyərində 6 qutu yağı, hər biri 454 qram olan, Ankor markalı, ümumilikdə 29 manat 94 qəpik dəyərində 3 qutu yağı, hər biri 180 qram olan, Vest Qold markalı, ümumilikdə 7 manat 70 qəpik dəyərində 2 qutu yağı, xx.xx.2023-cü il tarixdə saat 19:47-də hər biri 454 qram olan, Doyaruşka markalı, ümumilikdə 19 manat 50 qəpik dəyərində 2 qutu yağı, hər biri 180 qram olan, Qolden Krovn markalı, ümumilikdə 14 manat 20 qəpik dəyərində 4 qutu yağı, xx.xx.2023-cü il tarixdə saat 16:55-də hər biri 454 qram olan, Ankor markalı, ümumilikdə 39 manat 92 qəpik dəyərində 4 qutu yağı, hər biri 400 qram olan, Vest Qold markalı, ümumilikdə 16 manat 40 qəpik dəyərində 2 qutu yağı, hər biri 180 qram olan, Vest Qold markalı, ümumilikdə 15 manat 40 qəpik dəyərində 4 qutu yağı, xx.xx.2023-cü il tarixdə saat 20:35-də hər biri 180 qram olan, Vest Qold markalı, ümumilikdə 29 manat 95 qəpik dəyərində 7 qutu yağı, hər biri 454 qram olan, Ankor markalı, ümumilikdə 19 manat 96 qəpik dəyərində 2 qutu yağı, hər biri 454 qram olan, Doyaruşka markalı, ümumilikdə 19 manat 50 qəpik dəyərində 2 qutu yağı, hər biri 180 qram olan, Vest Qold markalı, ümumilikdə 11 manat 55 qəpik dəyərində 3 qutu yağı, 454 qram çəkidə, Ankor markalı, 9 manat 98 qəpik dəyərində 1 qutu yağı, 454 qram çəkidə, Ankor markalı, 9 manat 98 qəpik dəyərində 1 qutu yağı, 400 qram çəkidə, Qolden Krovn markalı. 7 manat 50 qəpik dəyərində 1 qutu yağı, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 641,05 (altı yüz qırx bir manat beş qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki. o hazırda Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi ev 24 mənzil 56 ünvanında yaşayır. Yaşadığı qəsəbədə yəni Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi 26 ünvanında Araz market adlanan market yerləşir. Həmin market ərzaq mağazasıdır. İşsiz olduğu və pula ehtiyacı olduğu üçün marketdən yağ oğurlayıb satmaq qərarına gəlmişdir. Buna görə 31 oktyabr 2023-cü il tarixdə günorta saatlarında həmin marketə gedib oradan yağ oğurlamaq üçün yağların olduğu yerə yaxınlaşmışdır. Ətrafa baxıb onu heç kəsin görmədiyinə əmin olmuşdur. Yağların olduğu yerə yaxınlaşıb oradan yağları heç kəsin görmədiyinə əmin olduqdan sonra paltarlarının altında gizlətmiş və marketdən çıxıb yaşadığı ev istiqamətinə getmişdir. Həmin yağları yaşadığı ətrafda tanımadığı şəxslərə satmışdır. Oradan əldə etdiyi gəliri öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 31 oktyabr 2023-cü il tarixi ilə 03 noyabr 2023-cü il tarixləri arasında müxtəlif vaxtlarda bir neçə dəfə həmin marketdən yağ oğurlayıb satmışdır. Həmin Araz adlanan marketdən yağları o oğurlamış, lakin yağların miqdarını və hansı məbləğdə olduğunu dəqiq xatırlamır. Oğurladığı yağların təxmini dəyəri müraciətdə olduğu məbləğdə yəni 641 manat ola bilər. Heç kəsin onun oğurluq etməyindən şübhələnmədiyinə və onu görmədiyinə əmin olduqdan sonra həmin yağları oğurlamışdır. O bu barədə heç kəsə məlumat verməmiş. Heç kəsin onun oğurluq etməyindən məlumatı olmamışdır. Sonda o, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış və dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, o hal-hazırda Zərərçəkmiş şəxs MMCdə hüquqşünas vəzifəsində işləyir. 2023-cü ilin noyabr ayının 7-də ünvan 3 ünvanında yerləşən Araz Supermarket MMC- yə məxsus Günəşli 2 filial mağazasında oğurluq edilməsi barədə hüquq departamentinə müraciət daxil olmuşdur. Həmin müraciət hüquq departamentində araşdırılaraq oğurluq barədə məlumat vermiş şəxsə DİN-in 102 xidmətinə məlumat verməsi barədə göstəriş verilmişdir. Bundan sonra Araz Supermarket MMC-yə məxsus Günəşli 2 filial mağazasında olan oğurluq hadisəsi zamanı 641 manat 5 qəpik dəyərində müxtəlif adda yağların oğurlandığını müəyyən etmişlər. Həmin oğurluq etmiş şəxsin kimliyini bilməmiş, oğurluq 07 noyabr 2023-cü il tarixdə tərəflərindən aşkar edilmişdir. Oğurluq bir neçə gün ərzində, yəni 31 oktyabr 2023-cü il tarixi ilə 07 noyabr 2023-cü il tarixləri arasında baş vermişdir. Mağazadan oğurluq zamanı qeydə alınmış video görüntüləri təqdim etmişlər. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən zərərin tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 9-11-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilmə və götürmə haqqında 07 noyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi 26 ünvanında yerləşən Günəşli 2 filial mağazasına müştəri qismində daxil olub oradan vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 641,05 (altı yüz qırx bir manat beş qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 65-66-cı vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 78-79-cu vərəqlərində olan “qətimkan tədbirinin seçilməsinə dair” 17 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında “başqa yerə getməmək haqqında intizam” qətimkan seçilməsi qərara alınmışdır. Cinayət işinin 81-ci vərəqində olan “diskə baxış keçirilməsi və cinayət işinə əlavə edilməsi haqqında” 17 mart 2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı video görüntülərdə Təqsirləndirilən şəxs mətbəx yağlarının olduğu yerə yaxınlaşıb yağları paltarının altında gizlətməsi və heç kəsin onu görmədiyinə əmin olduqdan sonra marketi tərk etməsi öz əksini tapır. Cinayət işinin 37-ci vərəqində olan iş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Resopublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 38-43-cü vərəqlərində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay müddətin azadlıqdan məhrumetmə cəzasının 03 (üç) ayına bərabər tutulmaqla, onun cəzasından 03 (üç) ay çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 27 iyul 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsi, barəsində «həbs» qətimkan tədbiri seçilməsi və o, dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi 0,270 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması və cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir. Cinayət işinin 83-88-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2653/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Təqsirləndirilən şəxs və cavabdeh X3 arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 461 nömrə ilə qeydə alınmış nikahın pozulması və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4nun iddiaçı Təqsirləndirilən şəxs yanında qalması müəyyən edilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş hüquqi şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 Təqsirləndirilən şəxs tərəfindən ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşağı vardır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-511/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş vermiş, törədilmiş cinayət əməliilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxin şikayətinin olmamasını, dəymiş ziyanın tam ödənilməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-404/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Resopublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edildiyindən, onun cəzasının sonu xx.xx.2023-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2023-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal (zərərçəkmiş şəxsin şikayətinin olmamasını, dəymiş ziyanın tam ödənilməsini və himayəsində bir azyaşlı uşağının olmasını) və ağırlaşdıran halın olmamasını (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət cəzasından çıxılmalı və üzərində qəti olaraq müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli, hökmün elan edildiyi tarixdən yəni 17 dekabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-511/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tu HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci, maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli, hökmün elan edildiyi tarixdən yəni 17 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 511/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-353/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-353/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver