Məhkəmə qərarları › İş №1(010)-356/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-356/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-356/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Mehdiyev Nazim Moruc oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda 01 (bir) ədəd sellofan bükümündə təmiz çəkisi 0.465 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, daşımaqla saxlamış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 mart 2025-ci il tarixdə saat 12:08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxlanılaraq orada videoçəkilişlə üzərinə baxış keçirilən zaman əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 0.465 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmənin 24 iyun 2025-ci il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotikin metamfetamin və heroin növündən artıq 5 ildir ki istifadə edir. Lakin son 3 aydır istifadə etmir, narkoloji dispanserində müalicə alır. Tutulmamışdan 1 gün əvvəl narkotik vasitədən istifadə etmişdir. Polis əməkdaşları yaşadığı evin həyətinə qanunsuz daxil olub onu bölməyə aparmaq istəmişlər, lakin o qaçmış və polislər onun arxasınca düşərək saxlayıb bölməyə aparmışlar. Ona bölmədə işgəncə vermişlər. Narkotik vasitənin üzərinə götürməsini demişlər. O, narkotik vasitədən istifadə etmiş, amma üzərində hecnə olmamışdır. Məhkəmənin 24 iyun 2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, evə 2 nəfər polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları həyətə gəlmişlər, evi axtarmışlar və hecnə tapmamışlar. Sonra bölməyə getməsini demişlər. Polislər Ruslan adlı şəxsi cağırmağını və onunla bağlı əməkdaşlıq etməyini təklif etmişlər, lakin o, qəbul etməmişdir. Həmin vaxt 10:15 radələri olmuşdur. Qaçarkən onu saxlamışlar, ayaqlarını buraraq aparmışlar bölməyə. Onu apardıqları maşın AP 128 qeydiyyat nişanlı xidməti maşını olmuşdur. Polis bölməsində demişlər ki, bu narkotiki üzərinə götürməsə, onu satış məqsədi ilə sənədləşdirəcəklər. Ruslan adlı şəxs və tanımadığı digər şəxslər ona işgəncə vermişlər. Ayaqlarını bağlayıb ip keçirmişlər, ayaqlarına və başına vurmuşlar. Xəsarətim tam yox olmamışdır. Videoçəkiliş üçün onu aparmışlar bölmənin yanında olan boş əraziyə. Videoçəkiliş olan yer evindən 6 metr məsafədədir. Ağrılarının olmaması üçün bölmədə ona dərman vermişlər. 48 saatdan sonra bölmədən çıxmışdır. İşini aparan müstəntiqə bildirmişdir döyülməyimni. Qorxduğu üçün prokurorluğa və digər oqranlara döyülməyi ilə bağlı şikayət etməmişdir. Fikirlərini və şikayətini bildirmək üçün məhkəmə gününü gözləmişdir. Məhkəmənin 10 iyul 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, narkotik istifadəsinin dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. Raportla rəhbərliyə məruzə etmişdir. Əməliyyat qrupu yaradılıb keçirilmişdir. Təqsirləndirilən şəxsi saxlayarkən özü əməlini səmimi etiraf etmiş və narkotiki öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmənin 10 iyul 2025-ci il tarixli məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsi hansı tarixdə saxladığını xatırlamır. 3 nəfər yaxınlaşmışlar. Əməliyyat məlumatı ona daxil olmuşdur.Şəxs saxlanılarkən üzərinə videoçəkilişlə həmin yerdə baxış keçirilmişdir. Onlara qarşı heç bir müqavimət göstərməmişdir. Polis Şöbəsində şəxsə qarşı heç bir fiziki təzyiq olmamışdır. Narkotiki hansı mənbədən əldə elediyi barədə məlumatı yox idi. Bununla bağlı İstintaqda araşdırma gedirdi. Narkotik söhbətindən təxminən 10 gün sonra oğurluq hadisəsi ilə bağlı şəxsin evinə getmişlər. Videogörüntüdəki şəxs Baxışa oxşayırdı. Sonra Baxış onları gördü qaçdı həyətə. Baxışı saxlamışlar. Maşında söhbət etmişlər Baxışla, həmin görüntünü Baxışa göstərmişlər, o, da bildirdi ki, görüntüdəki o deyil, başqa adam var ona oxşayır. Əməliyyatla bağlı videoçəkiliş var və şəxs əməlini özü səmimi etiraf etmişdir. Məhkəmənin 10 iyul 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 25 mart 2025-ci il tarixində Baxışın narkotik istifadəsi ilə bağlı günorta radələrində əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə yaxınlaşıb özlərini təqdim etmişlər və Baxış üzərində olan 1 bükümü onlara təqdim etmişdir. Məhkəmənin 10 iyul 2025-ci il tarixli məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsin yaşadığı ünvan onun ərazisi olduğu üçün bilir. Şəxsə qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. Şəxsin ayağına zərbələr olmamışdır. Əvvəllər şəxsi tanımırdı. Üzərində narkotik olmuş, videoçəkilişlə olmuş və özü narkotiki təqdim etmişdir. Öz istifadəsi üçün və tanımadığını şəxsdən aldığını demişdir. Məhkəmənin 10 iyul 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsə Rüfət Abdullayev küçəsində yaxınlaşıb özlərini təqdim etmişlər və videoçəkilişlə üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxsin üzərində sellofana bükülmüş metamfetamin aşkar edilmişdir. Məhkəmənin 10 iyul 2025-ci il tarixli məhkəmə iclasında Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təzyiq olmamış, döyülməmiş və ayağına zərbələr endirilməmişdir. Əvvəllər şəxsi tanımırdı. Üzərində narkotik olmuş, baxış videoçəkilişlə olmuş və özü narkotiki təqdim etmişdir. Öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını demişdir. Məhkəmənin 26 avqust 2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs şifahi vəsatəti əsasında tərəfindən təqdim edilmiş diskə baxış keçirilən zaman müəyyən edildi ki, 15 mart 2025-ci ildə saat 10:18 radələrində iki nəfər mülki geyimli şəxslər həyətə daxil olurlar, saat 10:20 radələrində həmin iki nəfər mülki geyimli şəxslər bir nəfərin dalınca tutmaq üçün qaçırlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, videokamera onun həyətinin kamerasıdır. Videoda qaçan odur. Biri əməliyyatçıdır tanıyır, digərini tanımır. Qaçıb onu tuturlar, yıxırlar yerə, çıxardılar çölə aptekin yanı ilə camaatın içi ilə boz rəngli Nissan markalı maşına və aparmışlar bölməyə, qollarını bağlamışlar, sonra aparmışlar yaxınlıqdakı əraziyə saxta çəkiliş etmişlər. Qaçmaqda məqsədi onları kameraya salmaq idi. Çünki əvvəllər də polislər gəlib daxil olub evə və onu aparmışlar. CM-nin 234.2-ci maddəsi ilə sənədləşdirməmişlər. Ona bildirmişlər ki, onu yükləməyə gəlməmişlər, lakin qaçıb onlara qarşı hörmətsizlik etdiyi üçün onu yükləyirlər. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə onu hədələdiklərinə görə heç yerə şikayət etməmiş, çünki bununla bağlı sübutu olmamışdır. Fırlanıb qaçdığı yer onun həyətidir. Baki şəhəri, ünvan 3 ünvanında yaşayır. İttiham aktında göstərilən onu tutduqları ünvan bölmənin qabağıdır. Onun evindən həmin ünvan arasında 6 metr məsafə var. Həmin küçə bölmənin yanında yerləşir, hardasa 100 metr məsafədə, hərbi zavoda yaxındır. Həmin gün hal-hazırda əynində olan geyimdə olmuşdur. Yuxudan oyanan kimi polislər başının üstündə olmuşlar. O, da əynini geyindi, özünü elə aparmışdır ki, guya bunlarla gedəcəkdir, lakin fikri qaçıb polisləri kameraya salmaq olmuşdur. Evdə anası olmuş, həmin vaxtı yatmışdır. O, aşağıda evin zirzəmisində yatmışdır. Bir tək dayısı oğlu səsini eşitmişdir. Polis əməkdaşları görməyi ilə evdən qaçmağı arasında vaxt 1 dəqiqə olmuşdur. 4 aydır narkotik vasitəsi istifadə etmir. Dövlət ittihamçısının şifahi vəsatəti əsasında proses iştirakçılarının və şahidlər X6, X8, X2 iştirakı ilə ünvan 4 ünvanına, yəni hadisənin baş verdiyi əraziyə yerli (silərsiz) baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozunda yerləşir, yaşayış evidir, ətrafda fərdi yaşayış evləri, xalçayuma yeri və kafe mövcuddur. Təqsirləndirilən şəxs işarə etdiyi kafedən polis əməkdaşları keçərək onun yaşadığı evin həyətinə daxil olub. Təqsirləndirilən şəxs təqdim etdiyi videogörüntüdən də göründüyü kimi həyətdə yerləşən xalçayuma yerində videokameralar aşkarlandı və bunu orada olan hal şahidləri X11 və X12 təsdiqlədilər. Həmçinin Təqsirləndirilən şəxs həyətinə bitişik olan kafedən yolun arxa hissəsindən kafeyə daxil olmaqla qapı aşkarlandı, hansıki polis əməkdaşları oradan keçərək onun yaşadığı evin həyətinə daxil olub. Baxışda iştirak edən kafenin sahibi olan X4 hadisə vaxtı mətbəxdə olduğunu, sadəcə səs eşitdiyini, sonra mətbəxdən çıxaraq polis əməkdaşlarının kafenin içindən keçərək oradaki taxtanın üstünə çıxıb həyətə tullandıqlarını gördüyünü, lakin keçmək üçün ondan icazə almadıqlarını, daha sonra isə onların haradan çıxdıqlarını və getdiklərini görmədiyini bildirdi. Dövlət ittihamçısının şifahi vəsatəti əsasında yenidən şahid qismində məhkəmə iclasına dəvət edilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin evinin həyətində “Xalça yuma” yeri var, ora keçmişlər. Baxış həmin vaxt saxlanılmış və əməliyyatçı İnal müəllimlə birlikdə olmuşlar. Məhkəmədə əvvəlki ifadəsində dediyi kimi, onlar oğurluqla bağlı orada olmuşlar. Baxış oğurluqda şübhəli kimi saxlanılmış və avtomobildə sual cavab ediləndə videogörüntünü Baxışa göstərmişlər, Baxış da bildirmişdir ki, o, deyil, başqa adamdır, ona oxşayır. Onlarda baxmışlar və həqiqətən görmüşlər ki, görüntüdəki Baxış deyil, sadəcə onunla oxşarlığı var. Orada Baxışı yolda buraxmışlar. Oğurluqla narkotik hadisəsi tamamilə ayrı şeylərdir. Sonrada Baxışı ittiham aktında qeyd edilən küçədə saxlamışlar. Oğurluq hadisəsinin üstü açılmışdır. Kafedən Xalça yuma yerinə keçmişlər. Oğurluq hadisəsinə görə şübhəli kimi getmişlər ora. Həm oğurluq hadisəsi həm narkotiklə bağlı tədbir bağlı eyni gündə səhər saatlarında olmuşdur. Görüntüdəki iki nəfərdən biri odur. Görüntüdəki hadisə oğurluqla bağlı olmuş, onun narkotikə aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs narkotik aludəçisi, istifadəçisi olduğu və dəfələrlə məhkumluğu olduğu üçün onu narkotiklə bağlı saxlamışlar. Oğurluqla bağlı hadisə yerinə səhər getmişlər və yolda şəxsi buraxmışlar. Daha sonra Baxışı Hövsan qəsəbəsi Pasyolkada narkotiklə bağlı saxlamışlar. Təqsirləndirilən şəxs buraxılandan 3-4 saat sonra narkotiklə bağlı saxlanılmışdır. “Xalça yuma” yerində olan görüntüdəki şəxs odur. Təqsirləndirilən şəxsi ilk dəfə saxlayandan sonra bölməyə aparmlşlar, yolda buraxmışlar. Əməliyyat məlumatının tam nə ilə bağlı olması tam yadında deyil. Ora oğurluq hadisəsi üçün getmişlər. Oğurluqla bağlı əməliyyat məlumatında üstü boş olduğu üçün şəxsi narkotiklə bağlı saxlamışlar. “Xalça yuma” yerinə gedəndə artıq narkotiklə bağlı əməliyyat məlumatı olmuşdur. Oğuqluqda 5000 manatlıq qızıl-zinyət əşyası var idi və daha önəmli olduğu üçün şəxsi oğurluqla bağlı yoxlamışlar. Onlara əməliyyat məlumatı gəlmişdir ki, şəxs filan istiqamətdən gəlir və üzərində narkotik vasitə var. Təqsirləndirlən şəxsin dediyi ziddiyyətlə bağlı açıqlama vermək istəmir. Təqsirləndirilən şəxsin müdafiəçisinin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Baxışın evinə bitişik olan kafenin sahibidir. Hadisə vaxtı mətbəxdə olmuşdur. Kafedə adam çox olduğu üçün baxmır oradan hər dəfə kim keçir. Səs eşitmişdir sadəcə. Baxışın yaşadığı həyət hündürdə olduğu üçün çıxıb baxmışdır. Baxış “ay ana” deyə qışqırmışdır. Həmin şəxslərin haradan çıxdıqlarını və getdiklərini görməmişdir. Məhkəmə iclasında şahid X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Xalça yuma”nın həyətindəki kafenin qapısı əvvəllər su sayğacına görə onun istifadəsi üçün qoyulmuş, lakin sonra onu bağlatdırmışdır. Həmin qapını kafedən müştərilər həyətə girməsin deyə bağlatdırmışdır. Baxışın “ay ana” deyərək qışqırdığını eşitmişdir. Pilləkəndən baxanda Baxışgilin həyətində onları görmüşdür. Baxışın qaçdığını və Ruslanın onun arxasınca qaçdığını görmüşdür. Baxışı necə tutub apardıqlarını görməmişdir. Baxış qışqıranda valideyini çıxmamışdır. Hadisə səhər baş vermişdr. Mətbəxdə olmuş və polisin keçdiyini görüb onun arxası ilə getmişdir. Həmin hadisədən sonra Baxışı səhv etmirsə 2-3 gün sonra görmüşdür. Hadisədən sonra həmin gün Baxışı görməmişdir. Daha sonra Baxışı görəndə ondan hadisə barədə heçnə soruşmamışdır. Baxışın böyük qardaşı ilə yaxındır, amma Baxışla çox münasibəti yoxdur. Polis əməkdaşları kafedən keçərkən ondan icazə almamışlar. Polislərin nə məqsədlə oradan keçdiklərin bilməmişdir. Polislər vəsiqə göstərməmişlər, onları üzdən tanımışdır. Onların həyətdən çıxdıqlarını görməmişdir. Polislər oradaki taxtanın üstünə çıxıb həyətə tullanmışlar. Kafedən keçən tək polis Ruslanı görmüşdür.Ya “Xalça yuma”dan, ya həyətin qapısından çıxmışlar. Kafenin qapısından çıxa bilməzlər, çünki qapı ancaq içəridən açılır. Cinayət işinin materiallarında olan 15 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, sözügedən protokol 15 mart 2025-ci il tarixli tarixdə tərtib olunmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 15 mart 2025-ci il tarixdə saat 12:08-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon prokurorunun 17 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Baxışov X7 RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan 17 mart 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2- 6/1120/2025 saylı 15 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi olan “Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,465 qram olan ağ rəgli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi -0,465 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,415 qram. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın verdiyi 1721 saylı 19 mart 2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdən RNM-da (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin materiallarında olan 20 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işinin materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 28 mart 2025-ci il tarixli 3-28-29/2-2996/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 13 nömrəli 14 iyun 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixindən etibarən 6 ay müddətinə ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-də reabilitasiya keçir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında - təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş videogörüntü, həmçinin cinayət işinin istintaq mərhələsində tərtib edilmiş bəzi prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan bəzi sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş şahid Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq dövründə və məhkəmənin 10 iyul 2025-ci il tarixli məhkəmə iclasında vermiş olduğu ifadə ilə məhkəmənin 20 noyabr 2025-ci il tarixli məhkəmə istintaqı dövründə vermiş olduğu ifadələr arasında ziddiyətlər mövcuddur. Belə ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, 15 mart 2025-ci il tarixdə Baxış adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Baxış adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, həmin qərar RPİ-nin 30-cu Polis Şöbəsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra 30-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 və PŞ-nin sahə inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən parkın yaxınlığında Təqsirləndirilən şəxs görüb saat 12:08-də əməliyyat qrupunun üzvlər Şahid2 və Şahid3lə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olmasını bildirmiş və əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, başqa qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə tərəfindən elektron tərəzidə çəkilərək 0,56 qram oluduğu müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik maddə metamfetamin olduğunu, Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Onun təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Baxışı Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirmişlər. 30-cu Polis Şöbəsində təhqiqatçı Rəhman İsmayılov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütləyə bir daha baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində axtarış aparılarkən, həmçinin təhiqatçı tərəfindən təqdim edilən əşyaya baxış keçirilməsi zamanı videoçəkiliş aparılmışdır. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək saxladığı bildirilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 digər polis əməkdaşı ilə birlikdə 15 mart 2025-ci il tarixində saat 10:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ərazisində təqsirləndirilən şəxsin yaşadığı evin həyətində onun dalınca qaçaraq qanunsuz olaraq onu tutaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirmişlər. Göründüyü kimi Şahid1 məhkəmə istintaqında verdiyi ifadə həm təqsirləndirilən şəxsin ifadələri, həm təqdim etdiyi videogörüntü, həm də şahid X2 ifadələri ilə tam təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 61.3-cü maddəsinə əsasən “Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.” “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən “Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən “Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir.” Bundan başqa istintaq materialları ilə 15 mart 2025-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı saat 12:08 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlanılması, əynində olan açıq mavi rəngli cins şalvarının qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə olan, ağ rəngli kristal şəklində olan psixotrop maddə metamfetaminə bənzər kütlənin təqsirləndirilən şəxsin üzərindən götürülməsi və təqsirləndirilən şəxsi 15 mart 2025-ci il tarixdə saat 12:08 radələrində şübhəli şəxs qismində tutulması göstərilsə də, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsi 15 mart 2025-ci il tarixində saat 10:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ərazisində qanunsuz olaraq tutmuşlar. Bu kobud prosessual pozuntu, müdafiə hüququnun pozulması olmaqla, işin ən önəmli sübutu olan şəxsi axtarış baxış protokolunun mötəbərliyini şübhə altına alır. Bütün bu qeyd edilənlər təqsirləndirilən şəxsin üzərindən narkotik maddə aşkar olunması faktını şübhə altına alır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.1-ci, 125.1-ci və 125.2.7-ci maddələrinə əsasən cinayət prosesində şahidlərin ifadələri sübut kimi qəbul olunur, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol iş üzrə ittihamın sübut edilməsində mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən, həmçinin iş üzrə aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd edilən ziddiyyətli halların qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması səbəbindən məhkəmə hesab edir ki, aşağıda qeyd edilən sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştirakçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, şahidlərin təqsirləndirilən şəxsin üstündə narkotik vasitənin aşkarlanması barədə ifadələri mənbə kimi 15 mart 2025-ci il tarixli baxış keçirilməsi barədə protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin baxış, onun keçirilməsini əks etdirildiyi göstərilən protokol və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Eyni zamanda, məhkəmə istintaqında təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan - təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respubllkası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütün faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, yəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq mirdarda narkotik vasitə əldə edib, özündə saxlamasını təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 0,465 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. X5 bəraət verildiyi üçün iş üzrə narkotik və psixotrop vasitələrin kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 0,465 qram psixotrop maddə metamfetaminin ekspertiza təqdiqatından sonrakı 0,415 qram qalığı materiala əlavə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə fəaliyyətlərində kobud qanun pozuntularına yol vermiş Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X9 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamlarda təqsirliyi sübuta yetirlimədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən psixotrop maddə olan 0,465 qram metamfetamin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış psixotrop maddə olan metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 0,415 qram hissəsi həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (atmış beş) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə mülki iddia yoxdur. Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X9 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar qəbul edilsin. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 330 (üç yüz otuz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar