Məhkəmə qərarları › İş №1(010)-358/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-358/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-358/2024 02.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs -X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs -X3 etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, X3 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X13 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, keçmiş həyat yoldaşı X1 AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması və əlavə olaraq ondan məni təhqir etməsi nəticəsində işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyanla əlaqədar olaraq 10000 (on min) manat cəmi məbləğində olmaqla mənəvi təzminat (mənəvi zərərə görə) alınaraq ona verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsi xahiş etmişdir. X18 şikayətini onunla əsaslandırmışdır ki, X18 el-adət ənənəsi ilə X7 ailə həyatı qurmuş və rəsmi qaydada nikaha girmişdir. Nikahlarından iki azyaşlı övladları dünyaya gəlmişdir. Ailə daxili münasibətlərin çox gərgin olması səbəbindən X7 ilə 2016-cı ildən bir yerdə yaşamırlar və aralarında da olan nikah formal xarakter daşıdığından tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 165/2023 saylı 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikahın pozulması, 14 noyabr 2008-ci il təvəllüdlü X4 və 23 sentyabr 2015-ci il təvəllüdlü X6 iddiaçının yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin X2 alınıb X9 verilməsi qət edilmişdir. Birgə nikah dövründə əldə olunmuş əmlakların bölüşdürülməsi məqsədi ilə aralarında olan hüquq mübahisəsinin həlli üçün bir neçə məhkəmə prosesləri keçirilmişdir. Hər məhkəmə prosesində qarşı tərəfin nümayəndələri məni nalayiq ifadələrlə təhqir edərək tanımadığı və onunla hər hansı qohumluq əlaqələrinin olmadığı şəxslərin yanında şərəf və ləyaqətinin alçaldılmasına səbəb olurlar. Son olaraq isə xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Musayevanın sədrliyi ilə keçirilən açıq məhkəmə prossesində keçmiş həyat yoldaşı Nurlan Məhərrəmov ona hakimlərin, məhkəmə katibinin, vəkilinin, keçmiş qaynatası və qaynanası və həmçinin açıq məhkəmə prossesində iştirak edən və şəxsən tanımadığı iki nəfər digər şəxslərin yanında nalayiq ifadələr işlətməklə onu təhqir etmiş, bununla da şərəf və ləyaqətinin alçaldılmasına səbəb olan hərəkətlərə yol vermişdir. Belə ki, Nurlan Məhərrəmov xx.xx.2024-cü il tarixdə Bakı Appellyasiya Məhkəməsində hakim Cəmilə Musayevanın sədrliyi ilə keçirilən açıq məhkəmə prossesində onu "bu qadın Dələduzdur, biri ilə yox, bir neçəsilə xəyanətini tutdum, mən və mənə dəfələrlə xəyanət edib, POZĞUNDUR" ifadələri işlədərək hakimlərin, məhkəmə katibinin, vəkilimin, keçmiş qaynatam və qaynanam və həmçinin açıq məhkəmə prossesində iştirak edən və şəxsən tanımadığı iki nəfər digər şəxslərin yanında məni təhqir etmişdir. Həmçinin bildirir ki, qeyd olunan təhqiramiz ifadələr hakim Cəmilə Musayeva tərəfindən məhkəmə prossesinin açıq elan edildikdən sonra deyilib və Nurlan Məhərrəmovun ona dediyi bütün təhqiramiz ifadələr audio-video çəkilişlə qeydə alınıb. Qeyd edir ki, o, hazırda orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində çalışır. Onun cəmiyyət arasında hörməti və öz çəkisi var. Keçmiş həyat yoldaşı X10 tərəfindən açıq keçirilən məhkəmə prosesində ona "bu qadın DƏLƏDUZDUR və ona dəfələrlə xəyanət edib, biri ilə yox, bir neçəsilə XƏYANƏTİNİ tutdum mən, Pozğundur" deməsi ilə özünü mənəvi cəhətdən təhqir edilmiş sayır. Həmçinin keçmiş həyat yoldaşı X10 tərəfindən şərəf və ləyaqəti qəsdən nalayiq formada alçaldılaraq əvvəllər tanımadığı insanların yanında təhqir edildiyimdən ağır stress yaşayır. Bu hal onu psixi gərginliklər yaşamama səbəb olub. Bunun nəticəsi olaraq isə həkim nevropotoloq və şəxsi psixoloq həkimin konsultasiyalarına yazılası olmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq fikirdən gecələr yata bilmir, mənəvi istirablar çəkir. Həqiqətən də bu hərəkətlə ona ciddi şəkildə mənəvi zərbə vurulmuşdur. X10 bu hərəkəti ilə işgüzar nüfuzuna xələl vurulub və cəmiyyət içərisində hörmətdən salınmama səbəb oldu. Bu səbəbdən keçmiş həyat yoldaşı X3 AR CM-148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün əsasların olduğunu hesab edir. Əlavə olaraq qeyd edir ki, dediklərinin həqiqət olmasını aydınlaşdırmaq üçün Bakı Apellyasiya Məhkəməsinə sorğu verib audio-video yazılışı aparılan məhkəmə prossesinin protokolun əldə edib tanış olmaqla əyani şahididir. Odur ki, keçmiş həyat yoldaşı X3 AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması və əlavə olaraq ondan məni təhqir etməsi nəticəsində işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyanla əlaqədar olaraq 10000 (on min) manat cəmi məbləğində olmaqla mənəvi təzminat (mənəvi zərərə görə) alınaraq ona verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasınadək xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X18 məhkəməyə xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəfindən xüsusi ittiham qaydasında X8 barəsində vermiş olduğu şikayət ərizəsini baxılmadan geri qaytarılması barədə qərar qəbul edib və şikayət ərizəsinə əlavə etdiyi bütün sənədlərin əslini ünvan 1 ünvanına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasınadək xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X18 məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək bildirmişdir ki, o, hal-hazırda Gədəbəydə olduğunu, xx.xx.2024-cü il saat 14:45-ə təyin edilmiş hazırlıq iclasında iştirak edə bilməyəcəyini, xx.xx.2024-cü il tarixdə məhkəmə portalı vasitəsilə şəxsi kabinetindən bu işlə bağlı Ərizə göndərmiş olduğunu, onun iştirakı olmadan tərəfindən Xüsusi ittiham qaydasında X10 barədə verdiyi şikayət ərizəsinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edib və şikayət ərizəsinə əlavə etdiyi bütün sənədlərin əslini ünvan 2 ünvanına göndərilməsi üçün qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 və onun etibarnamə üzrə nümayəndəsi X11 xüsusi ittiham qaydasında verilmiş şikayətin geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə, prosess iştirakşılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X3 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 xüsusi ittiham qaydasında şikayətinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 16-cı hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X18 xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyindən şikayət üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 39, 41, 43, 344, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 Azərbaycan Respublikasının CM-nin 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X12 xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyi üçün iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya qaydasında protest və şikayət verilməmişsə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar