Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-358/2025 21.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 09 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 avqust 2024cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 23,94 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 09 avqust 2024-cü il tarixdə saat 18:40 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4nvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə gətirilərək, inzibati binada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əlində tutduğu qara rəngli əl çantasının içində öz aralarında eyni olan 75 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,28 qram, 0,28 qram, 0,28 qram, 0,18 qram, 0,28 qram, 0,25 qram, 0,25 qram, 0,16 qram, 0,30 qram, 0,27 qram, 0,30 qram, 0,29 qram, 0,29 qram, 0,28 qram, 0,29 qram, 0,28 qram, 0,28 qram, 0,27 qram, 0,26 qram, 0,23 qram, 0,11 qram, 0,26 qram, 0,28 qram, 0,27 qram, 0,23 qram, 0,29 qram, 0,25 qram, 0,26 qram, 0,28 qram, 0,27 qram, 0,25 qram, 0,27 qram, 0,26 qram, 0,24 qram, 0,30 qram, 0,25 qram, 0,27 qram, 0,22 qram, 0,28 qram, 0,29 qram, 0,24 qram, 0,28 qram, 0,25 qram, 0,24 qram, 0,26 qram, 0,26 qram, 0,24 qram, 0,29 qram, 0,27 qram, 0,25 qram, 0,26 qram, 0,22 qram, 0,30 qram, 0,20 qram, 0,27 qram, 0,26 qram, 0,29 qram, 0,31 qram, 0,27 qram, 0,26 qram, 0,25 qram, 0,31 qram, 0,27 qram, 0,29 qram, 0,27 qram, 0,29 qram, 0,28 qram, 0,27 qram, 0,29 qram, 0,30 qram, 0,25 qram, 0,33 qram, 0,27 qram, 0,26 qram, 0,27 qram, 11 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,35 qram, 0,33 qram, 0,34 qram, 0,36 qram, 0,31 qram, 0,28 qram, 0,33 qram, 0,27 qram, 0,29 qram, 0,29 qram, 0,24 qram və 2(iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,36 qram və 0,34 qram olmaqla ümumi 88 ədəd bükümlərdə təmiz çəkisi 23,94 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində, polis əməkdaşları onu saxlayarkən üzərində qeyd olunan qədər bükübdə narkotik vasitə olmadığını, cəmi 15-20 qram narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda 32-ci polis bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 09 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda yaşadığı ünvan 6 ünvanının yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 32-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə ünvan 6 ünvanının qarşısına getmişlər. Həmin vaxtı saat 18:40 radələrində ünvan 6 ünvanın yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 32-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə Suraxanı RPİ-nin 32-ci PŞ-nə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin 32-ci PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əlində olan qara rəngli əl çantasında 01 ədəd tərəzi, 88 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və əlində olan qara rəngli əl çantasını təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasına baxış keçirmişlər. Baxış zamanı həmin çantanın içərisində 88 ədəd kağıza bükülmüş yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr və bir ədəd ot kütləsi doldurulmuş şəffaf kağız aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 88 ədəd bükümdəki kütlə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı tanımadığı İran İslam Respublikasının vətəndaşı olan şəxsin dediyi yerdən, 400 manata alıb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bükümlər kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanda yerləşən evinə gedərək Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə həmin evə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı çarpayının üzərində olan balışın altında bir ədəd gül naxışlı paketin olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin evində olan bir ədəd paketdəki narkotik vasitə qurudulmuş marixuana olduğunu və öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin bir ədəd paket açıldıqda içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə əşkar edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı evindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş 32-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 18:40-da tutulmuş hesab olunur (i.v. 26); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasının içərisində 01 ədəd elektron tərəzi, 88 ədəd kağıza bükülmüş içərisində ot kütləsi olan bükümlər və 01 ədəd ot kütləsi doldurulmuş şəffaf kağız və göy rəngli cins şalvarının arxa sağ cibindən “Samsung” markalı mobil telefonu təqdim edrək, həmin bükümlərin içərisində “nəşə” kimi tanıdığı narkotik maddənin olduğunu, həmin narkotik maddəni tanımadığı İran İslam Respublikası vətəndaşından 400 manat ödəməklə sifariş edib zaklatka yolu ilə Əhmədli qəsəbəsindən götürdüyünü bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər və “Samsung” markalı mobil telefon zərfə qoyularaq 196 saylı möhürlə möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v. 30-31); Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı və təqdim olunan əşyaya baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd disk xx.xx.2025-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (128-138); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16-2-7/1332 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs mənzilindən...” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd kağız çantada təmiz çəkisi - 290 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki bir ədəd qara rəngli kiçik ölçülü dəri çantada 75 (yetmiş beş) ədəd kağız bükümlərdə olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 23,94 qramdır. Təqdim olunmuş 88 ədəd bükümlərdə olan marixuanalar öz aralarında eynidirlər, tədqiqata təqdim olunmuş 01 ədəd kağız çantada olan marixuanadan fərqlənirlər. Həmin kağız paketdəki 01 ədəd papirosda ümumi çəkisi 0,71 qram qarışıq kütlədə tütün hissəcikləri və cuzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Marixuana cuzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Qeyd: tədqiqatlar “çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” (Bakı, 2005-ci il) metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. Marixuananın çəkisi – 290 qram (1№li ob), ümumi çəkisi-23,94 qram (2-89№li ob) tədqiqata istifadə olundu -2,74 qram, (kağız çantadan 0,1 qram hər bükümdən isə 0,03 qram götürüldü), qalıq-289,9 qram; 21,3 qram. toplanmış sübutların qiymətləndirilməsi və yenidən ittiham edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd kardon sellofanda təmiz çəkisi 290 qram olan narkotik vasitə qurudulmuş marixuananın ittihama salınmaması, bu barədə materialın ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilməsi nəzərə alınmışdır. qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (i.v. 84); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 22 dekabr 2015-ci ildə cəza müddəti başa çatmışdır (i.v. 87-88); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2024-cü il tarixli, 5586 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 103-104); Qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işinin icraatının dayandırılması haqqında 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* saylı cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 106-107); Cinayət işinin icraatının təzələnməsi haqqında 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilmişdir (i.v. 110); Cinayət işinin icraatının dayandırılması haqqında 19 noyabr 2024-cü il tarixili qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* saylı cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 118-119); Şəxsin könüllü gəlməsi haqqında 28 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən axtarıldığı və barəsində axtarış elan edilməsi barədə heç bir məlumatının olmadığını və hazırda bu barədə məlumat aldığı üçün özünün dərhal könüllü olaraq istintaq orqanına gəldiyini bildirmişdir (i.v. 124); Cinayət işinin icraatının təzələnməsi haqqında 28 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilmişdir (i.v. 125); toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qismində qətimkan tədbiri qüvvəsində saxlanılmış; ekspertiza tədqiqatından qalıq qalmış 21,3 qram və 289,9 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (i.v. 128- 138); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 145-147); Müdafiə tərəfin vəsatəti əsasında Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, “cinayət işinin 32-ci vərəqindən sonrakı, nömrəsiz iki səhifəsində olan, təqsirləndirilən şəxsin izahatının sonundakı Müdafiəçi adının qarşısındakı imza, əlyazısı və onun altındakı imza Müdafiəçi tərəfindən icra edilmişdirmi?” kimi sual qoyulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/1437/2025 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 32-ci vərəqindən sonrakı, nömrəsiz 02 vərəqdə olan Təqsirləndirilən şəxs adından olan izahatın 2-ci vərəqində “Müdafiəçi” qrafasındakı imza, vərəqin aşağısında “konfidensial danışıq zamanı şəxs evində heç bir narkotik vasitə olmadığını bildirdi çəkilişdədə göründüyü kimi şəxsin evində narkotik vasitə olması polislər tərəfindən yönəltmə ilə deyilir” əlyazmaları və əlyazmaların aşağısındakı imza-Müdafiəçi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Dövlət ittihamçısının şifahi vəsatəti əsasında Suraxanı Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***- **-**, 050- 495-90-09, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və 070-842- 52-36 saylı mobil nömrələrə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək olan dövrdə daxil olan və çıxan mesaj mətnlərinin məzmunu məhkəməyə təqdim edilməsi qərara alınaraq qərarın icrası "xxxx" MMC-yə və "xxxx" MMC-yə həvalə edilmişdir; "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş bir ədəd CD diskdə olan məlumatdan cinayət işi üzrə heç bir əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir; "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş məktubdan görünür ki, **********, **********, ********** saylı mobil nömrələr sorğulanan tarixdə sms mətn xidmətindən istifadəsi qeydə alınmamışdır; AZ-İİİ seriyalı 554081 nömrəli və AZ-İİİ seriyalı 554082 nömrəli doğum haqqında şəhadətnamələrinin, AZE seriyalı 12864288 nömrəli və AZE seriyalı 12864386 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs iki uşağı – xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4– vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 21,3 qram marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınmalı, maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 190 (yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 289,9 qram olan narkotik vasitə qurudulmuş marixuananın ittihama salınmaması, bu barədə materialın ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslin CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 21,3 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 289,9 qram olan narkotik vasitə qurudulmuş marixuananın ittihama salınmaması, bu barədə materialın ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınsın. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 190 (yüz doxsan) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 30 (otuz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 330 (üç yüz otuz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(010)-358/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-358/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver