Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-36/2020 30.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov prospekti, 22 nömrəli evin 24 nömrəli mənzildə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan xx xxxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 136 (yüz otuz altı) manat olmaqla, cəmi 272 (iki yüz yetmiş iki) manat məbləğində alimentin və uşaqlar üç yaşına çatanadək maddi kömək kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-12448/2017 nömrəli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərəd tulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün xx xxxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilərək ona 10 gün vaxt verilməsinə baxmayaraq, xx xxxxxx 2019-cu il tarixədək şəxsi maraqları naminə, cəmi 8.328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməməklə məhkəmənin qanuni qüvvəyyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-12448/2017 nömrəli qətnaməsi ilə ondan xx xxxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2017-ci il tarixdən başlayaraq, cəmi 272 manat məbləğində alimentin və uşaqlar üç yaşına çatanadək maddi kömək kimi hər ay 50 manat sabit pul məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Maddi imkanı aşağı olduğuna, son zamanlar isə pandemiya ilə əlaqədar ölkə ərazisində karantin rejimi elan olunduğu müddət ərzində işləyə bilmədiyinə, bundan başqa Aytəkin, dostu Vüsalla yaxınlıq etmək istəməklə ona xəyanət etdiyinə, habelə uşaqlarını ona göstərmədiyinə, soruşduqda isə uşaqlara atalarının öldüyünü dediyini bildirdiyinə görə o, aliment pulunu ödəməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-12448/2017 nömrəli qətnaməsi ilə Təqsirləndirilən şəxs xx xxxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat məbləğində alimentin və uşaqlar üç yaşına çatanadək maddi kömək kimi hər ay 50 manat sabit pul məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Coşqun müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmuru tərəfindən görülmüş icra tədbirləri isə heç bir nəticə verməmişdir. Coşqun aliment ödəmədiyinə görə inzibati qaydada həbs olunmasına, bundan sonra ona aliment borcunu ödəmək üçün təkrarən vaxt verilməsinə baxmayaraq, sonuncu bundan heç bir nəticə çıxartmamış, icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Coşqunun işləməməsi və ya maddi vəziyyətinin pis olması onu, məhkəmənin qanuni qüvvəyyə minmiş qətnaməsini icra etməkdən azad etmir. Sonda Zərərçəkmiş şəxs məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş hədd daxilində sərt cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 göstərdi ki, icra sənədi xx xxxxxx 2018-ci il tarixdə şöbənin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclunun adına tələbin yönəldilə biləcəyi əmlakın olubolmamasını müəyyən etmək məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə müvafiq sorğular verilmişdir. Borclu Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmış, iş üzrə hüquq və vəzifələri izah edilmiş və yaranmış aliment borcunu ödəmək üçün 10 gün vaxt verilmişdir. Lakin könüllü müddətin keçməsinə baxmayaraq borclu tələbkarın xeyrinə heç-bir ödəniş etməmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilmədiyinə görə onun qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, F.Bayramov küçəsi, 22 nömrəli evin 24 nömrəli mənzilinə baxış keçirilmiş, borclunun qeyd olunan ünvanda yaşamadığı müəyyən edilmişdir. Bu səbəbdən onun barəsində “İcra haqqında’ Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən axtarış qərarı qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilmiş və borclunun barəsində 13247/18 saylı axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş, onun izahatı alınaraq hüquq və vəzifələri izah edilmiş və yaranmış aliment borcunu ödəmək təklif olunmuşdur. Lakin borclu maddi imkanının olmadığı üçün alimenti ödəyə bilməyəcəyini bildirdiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin qərarı ilə borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibat qaydada həbs edilmişdir. Borclu inzibati məsuliyyətə cəlb olunduqdan sonra da şöbəyə gəlmədiyindən, onun barəsində “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən yenidən axtarış qərarı qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilmişdir. xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilən borclu Təqsirləndirilən şəxs izahatı alınaraq ona hüquq və vəzifələri izah edilmiş və hər ay 272 manat pulu ödəməli olduğu bildirilmişdir. Borcluya, yaranmış aliment borcunun ödəmədiyi təqdirdə AR İXM-nin 528.1-ci maddəsi ilə barəsində məhkəməyə təqdimat veriəcəyi ilə bağlı məlumat verilmişdir. Bu zaman tələbkar, borclu Təqsirləndirilən şəxs vaxt vermək istədiyini, onun inzibati məsuliyyətə cəlb olunmağını istəmədiyini bildirdiyindən borcluya ödəniş etmək üçün vaxt vermişdir. İcra sənədinin icrası təmin edilmədiyinə görə xx xxxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə, inzibati məsuliyyətə cəlb olunması nəzərə alınaraq borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi təmin etmədiyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir. xx xxxx 2019-cu il tarixdə borclunun faktiki yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, 22 nömrəli evin 24 nömrəli mənzilinə, hal şahidlərinin və tələbkarın iştirakı ilə baxış keçirilsə də tələbin yönələ biləcəyi qiymətli əşya aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Suraxanı rayon Məşğulluq Mərkəzindən alınmış xx xxxx 2019-cu il tarixli məktubda borclu Təqsirləndirilən şəxs Məşğulluq Mərkəzində işsiz kimi ümumiyyətlə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Tələbkar isə şöbəyə müraciət edərək, borclu Təqsirləndirilən şəxs onun xeyrinə heç-bir ödəniş etmədiyini, qərəzli mövqe nümayiş etdirdiyini və icra sənədi üzrə tələbin təmin edilməsindən yayındığını bildirərək borclunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Borclunun əmlak vəziyyəti təkrarən yoxlanılmış, lakin onda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. İcraat dövründə borclu tərəfindən tələbkarın xeyrinə 200 manat pul vəsaitinin ödənilməsi təmin edilsə də, xx xxxxxx 2019-cu il tarixədək cəmi 8.328 manat borc yaranmışdır. Buna görə də o, borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibi başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 məhkəmədə şahid H.İ.Bəxtiyarovun ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-12448/2017 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2015-ci il təvəllüdlü X2 və xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat məbləğində alimentin və uşaqlar üç yaşına çatanadək maddi kömək kimi hər ay 50 manat sabit pul məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, həmin qətnaməyə dair icra sənədi dərhal, xx xxxxxx 2017-ci il tarixdə verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxxxx 2018-ci il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 icraatına daxil olmuş Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)- 12448/2017 nömrəli icra sənədi üzrə icraata xx xxxxxx 2018-ci il tarixdə başlanılmış, Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs həmin qərarın surətini xx xxxxxx 2018-ci il tarixdə şəxsən imza etməklə almışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx xxxxxx 2018ci il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-12448/2017 nömrəli icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən 10 gün müddətində könüllü icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materialarında olan Azərbaycan Respublikasının Dövlət X13 Suraxanı rayon (şəhər) şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət X8 əmək pensiyaçısı kimi qeydiyyata alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Suraxanı rayon (şəhər) X6 Mərkəzinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs heç bir növ müavinət almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 3(010)-756/2018 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxx 2019-cu il, xx xxxx 2019-cu il tarixli rəsmi, xx xxxx 2019-cu il tarixli sonuncu xəbərdarlıq məktublarından görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-12448/2017 nömrəli icra sənədi üzrə borcunu ödəmək üçün Təqsirləndirilən şəxs müvafiq olaraq xx xxxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə 10 gün müddətinə vaxt verilmiş, borcunu ödəməkdən boyun qaçıracağı təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstinaq İdarəsinə müvafiq təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən, hal şahidlərinin iştirakı ilə icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, 22 nömrəli evin 24 nömrəli mənzilinə keçirilmiş baxış zamanı borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2019-cu il tarixli, 47962/2019-3 saylı sorğusuna xx xxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin Bakı Ərazi İdarəsinin Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2019-cu il tarixli, 47962/2019-3 saylı sorğusuna xx xxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin uçot sistemində sorğu edilən Təqsirləndirilən şəxs barəsində heç bir məlumat mövcud deyil. İş materiallarında olan “Kapital Bank” açıq səhmdar cəmiyyətinin Bakı Ərazi İdarəsinin Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2019-cu il tarixli, 47962/2019-3 saylı sorğusuna xx xxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs bank hesabı aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-12448/2017 nömrəli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixə olan borcu 8.328 manat təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-12448/2017 nömrəli qətnaməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati həbs edilməsinə, habelə üzürlü səbəblər olmadan borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunacağı barədə xx xxxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada 03 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan, ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan, xx xxxxxx 2019-cu il tarixli axtarışda olan şəxsin tutulması protokolundan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və qətimkan tədbiri seçmək haqqında xx xxxxxx 2019-cu il tarixli qərarlardan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutularaq Bakı şəhəri Yasamal rayon X4 Saxlama yerinə yerləşdirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, xx xxxxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 01 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, habelə cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tapılanadək dayandırılmış, Təqsirləndirilən şəxs xx xxxx 2020ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, elə həmin tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, həbs edilərək istintaq təcridxanasına yerləşdirildiyi vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri qüvvəsində saxlanılsın. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h **********9212327214, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-36/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-36/2020
30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver