Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-36/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1992-ci ildə Lerik rayonu Babaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lerik rayonu, Babaküçə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yaşayan, Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 07 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq olunmaqla və əvvəli 26 mart 2020-ci il tarixindən hesablanmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 28 mart 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli 26 mart 2020-ci il tarixindən hesablanmaqla 03 ay müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti uzadılıb) 26 mart 2020-ci il tarixindən etibarən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və 19 avqust 1991-ci ildə Masallı rayonu Bədalan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Bədalan kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin hökm üzrə çəkilməmiş cəzası 01 il 02 ay 10 gün təşkil edir), Xəzər Rayon Məhkəməsinin 28 mart 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli 26 mart 2020-ci ildən hesablanmaqla 03 ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qərarı ilə həbsdə saxlanılması müddəti 26 avqust 2020-ci il tarixinədək uzadılmışdır), müstəntiqin 26 avqust 2020-ci il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə 21 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (Abşeron Rayon Məhkəməsinin başqa cinayət işi ilə əlaqədar 23 yanvar 2021-ci il tarixli qərarına əsasən barəsində əvvəli 21 yanvar 2021-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçildiyindən təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə «həbs» növündə qətimkan tədbiri seçilməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinin yuxarıda göstərilən qərarının icrasına zərurət aradan qalxmışdır) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 26 fevral 2020-ci ildə saat 14 – 15 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisində yerləşən 55 nömrəli mənzilə pəncərəsini əli ilə açaraq qanunsuz daxil olub, masanın rəfindən, kitabçanın arasından sonuncuya məxsus 600 manat miqdarında pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxsə 600 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında razılaşmaya uyğun olaraq 15 mart 2020-ci ildə saat 12 radələrində zərərçəkmiş şəxs X3 yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Cavid küçəsində yerləşən 66 nömrəli mənzilə plastik pəncərəsini açaraq qanunsuz daxil olub evdən sonuncuya məxsus bir ədəd 220 manat dəyərində paxlava formalı qızıl qadın üzüyünü, bir ədəd 600 manat dəyərində qızıl qadın qolbağını, bir ədəd 800 manat dəyərində qızıl qadın boyunbağını, bir ədəd 150 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 200 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 30 manat dəyərində Çində istehsal edilmiş “Digma Optima” markalı “TT7002PG” modelli planşeti, bir ədəd 20 manat dəyərində “Digilife” markalı “DDV 5000” modelli video kameranı və 6.300 manat miqdarında pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 8.320 manat miqdarında, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında razılaşmaya uyğun olaraq 16 mart 2020-ci ildə saat 17 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən 81 nömrəli mənzilin qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 çöldə gözləmiş, o, isə mənzilin qapısını açıb qanunsuz yaşayış sahəsinə daxil olaraq evdən Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 50 manat dəyərində üzərində 3 manat dəyərində ***-***-**-** saylı nömrə olan “Mİ” markalı və bir ədəd 100 manat dəyərində “Sony” markalı “X-Peria” modelli mobil telefon aparatlarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 150 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında razılaşmaya uyğun olaraq 17 mart 2020-ci ildə saat 12 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 ərazisində yerləşən 67 nömrəli mənzilə pəncərəsini əli ilə açıb qanunsuz daxil olaraq evdən sonuncuya məxsus bir ədəd 650 manat dəyərində üzərində yaşıl qaşlı yarpaq formalı qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəsti, bir ədəd 400 manat dəyərində burulmuş formalı qolbağı, bir ədəd 150 manat dəyərində paxlava formalı yaşıl qaşlı qızıl qadın üzüyünü, bir cüt 100 manat dəyərində kiçik halqa formalı qırmızı qaşlı qızıl sırğanı, 150 manat pul vəsaitini, hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində 02 ədəd qol saatını, bir ədədi 5 manat dəyərində qadın qol saatını, bir ədəd 13 manat dəyərində gümüş boyunbağını, bir cüt 30 manat dəyərində gümüş sırğanı, bir ədəd gümüş üzüyü və 01 ədəd gümüş boyunbağıdan ibarət dəsti, bir ədəd 230 manat dəyərində “Samsung” markalı “J2 Prime” modelli mobil telefonu, bir ədəd 130 manat dəyərində “BlackBerry” markalı “A7” modelli mobil telefonu, bir ədəd 70 manat dəyərində “Samsung” markalı “SM-G532F/DS” modelli mobil telefon aparatını, bir ədəd 30 manat dəyərində “Nokia” markalı mobil telefonu və 150 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2.128 manat miqdarında ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında razılaşmaya uyğun olaraq 20 mart 2020-ci ildə saat 17 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, Yeni yaşayış sahəsində yerləşən 17 nömrəli mənzilə pəncərəsini açaraq qanunsuz daxil olub evdən sonuncuya məxsus 1.500 manat pul vəsaitini, bir ədəd 2,83 qram 20 manat dəyərində üzüyü, bir ədəd 3,91 qram olan 5 manat dəyərində üzüyü, bir cüt 2,74 qram olan 5 manat dəyərində sırğa dəstini, bir ədəd 8,29 qram olan 8 manat dəyərində kulonlu boyunbağını, bir ədəd 20 manat dəyərində Vyetnam istehsalı olan “Samsung” markalı “GT-İ9060/DS” modelli mobil telefon aparatını, 6.000 manat dəyərində 5 ədəd qızıl üzüyü, bir ədəd qızıl qadın boyunbağını, bir ədəd qızıl qadın qolbağını, 300 manat dəyərində bəzək əşyalarını, 2 komplekt sırğa, üzük, boyunbağı, saat dəstini, 200 manat dəyərində bir komplekt uşaq üçün bəzək əşyalarını, bir ədəd 28 manat dəyərində kişi qol saatını, bir ədəd 100 manat dəyərində uşaq üçün qol saatını, bir ədəd 35 manat dəyərində ətiri, 20 manat dəyərində yaddaş kartlarını, bir ədəd 100 manat dəyərində Fine Fofer D2 markalı mobil telefonu və 70 manat dəyərində başqa mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 5.411 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında razılaşmaya uyğun olaraq 15 mart 2020-ci ildə saat 12 radələrində zərərçəkmiş şəxs X3 yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Cavid küçəsində yerləşən 66 nömrəli mənzilə plastik pəncərəsini açaraq qanunsuz daxil olub evdən sonuncuya məxsus bir ədəd 220 manat dəyərində paxlava formalı qızıl qadın üzüyünü, bir ədəd 600 manat dəyərində qızıl qadın qolbağını, bir ədəd 800 manat dəyərində qızıl qadın boyunbağını, bir ədəd 150 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 200 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 30 manat dəyərində Çində istehsal edilmiş “Digma Optima” markalı “TT7002PG” modelli planşeti, bir ədəd 20 manat dəyərində “Digilife” markalı “DDV 5000” modelli video kameranı və 6.300 manat miqdarında pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 8.320 manat miqdarında, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında razılaşmaya uyğun olaraq 16 mart 2020-ci ildə saat 17 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən 81 nömrəli mənzilin qarşısına gələrək, aralarında olan razılaşmaya əsasən çöldə gözləmiş, Təqsirləndirilən şəxs1 isə mənzilin qapısını açaraq qanunsuz yaşayış sahəsinə daxil olub evdən Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 50 manat dəyərində üzərində 3 manat dəyərində ***-***-**-** saylı nömrə olan “Mİ" markalı və bir ədəd 100 manat dəyərində “Sony” markalı “X-Peria” modelli mobil telefon aparatlarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 150 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında razılaşmaya uyğun olaraq 17 mart 2020-ci ildə saat 12 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 ərazisində yerləşən 67 nömrəli mənzilə pəncərəsini əli ilə açıb qanunsuz daxil olaraq evdən sonuncuya məxsus bir ədəd 650 manat dəyərində üzərində yaşıl qaşlı yarpaq formalı qızıl üzük və bir cüt qızıl sırğadan ibarət dəsti, bir ədəd 400 manat dəyərində burulmuş formalı qolbağı, bir ədəd 150 manat dəyərində paxlava formalı yaşıl qaşlı qızıl qadın üzüyünü, bir cüt 100 manat dəyərində kiçik halqa formalı qırmızı qaşlı qızıl sırğanı, 150 manat pul vəsaitini, hər birinin dəyəri 10 manat olmaqla 20 manat dəyərində 02 ədəd qol saatını, bir ədədi 5 manat dəyərində qadın qol saatını, bir ədəd 13 manat dəyərində gümüş boyunbağını, bir cüt 30 manat dəyərində gümüş sırğanı, bir ədəd gümüş üzüyü və 01 ədəd gümüş boyunbağıdan ibarət dəsti, bir ədəd 230 manat dəyərində “Samsung” markalı “J2 Prime” modelli mobil telefonu, bir ədəd 130 manat dəyərində “BlackBerry” markalı “A7” modelli mobil telefonu, bir ədəd 70 manat dəyərində “Samsung” markalı “SM-G532F/DS” modelli mobil telefon aparatını, bir ədəd 30 manat dəyərində “Nokia” markalı mobil telefonu və 150 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2.128 manat miqdarında ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında razılaşmaya uyğun olaraq 20 mart 2020-ci ildə saat 17 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, Yeni yaşayış sahəsində yerləşən 17 nömrəli mənzilə pəncərəsini açaraq qanunsuz daxil olub evdən sonuncuya məxsus 1.500 manat pul vəsaitini, bir ədəd 2,83 qram 20 manat dəyərində üzüyü, bir ədəd 3,91 qram olan 5 manat dəyərində üzüyü, bir cüt 2,74 qram olan 5 manat dəyərində sırğa dəstini, bir ədəd 8,29 qram olan 8 manat dəyərində kulonlu boyunbağını, bir ədəd 20 manat dəyərində Vyetnam istehsalı olan “Samsung” markalı “GT-İ9060/DS” modelli mobil telefon aparatını, 6.000 manat dəyərində 5 ədəd qızıl üzüyü, bir ədəd qızıl qadın boyunbağını, bir ədəd qızıl qadın qolbağını, 300 manat dəyərində bəzək əşyalarını, 2 komplekt sırğa, üzük, boyunbağı, saat dəstini, 200 manat dəyərində bir komplekt uşaq üçün bəzək əşyalarını, bir ədəd 28 manat dəyərində kişi qol saatını, bir ədəd 100 manat dəyərində uşaq üçün qol saatını, bir ədəd 35 manat dəyərində ətiri, 20 manat dəyərində yaddaş kartlarını, bir ədəd 100 manat dəyərində Fine Fofer D2 markalı mobil telefonu və 70 manat dəyərində başqa mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 5.411 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, 26 fevral 2020-ci ildə saat 14 – 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində, Donuzkökəltmə Sovxozu adlanan yerdəki evlərdən birindən təkbaşına oğurluq edib. Belə ki, ittiham aktının nəticəvi hissəsində göstərilən ünvana gəlib evin həyətinə yaxınlaşmış, ev sahibinin evdə olmadığını dəqiqləşdirdikdən sonra həyətə dam örtüyündən düzəldilmiş darvazanın açıq qapısından keçərək, evin plastik pəncərəsini açıb içəri daxil olmuşdur. Evdə pul və ya qiymətli əşyalar olub-olmamasını yoxlamışdır. Otaqdakı masanın altındakı rəfi axtarmış, həmin rəfdəki kitabçanı açdıqda içərisində müxtəlif əsginaslarla 600 manat pul olduğunu görüb götürmüşdür. Oğurladığı həmin pul məbləğini şəxsi ehtiyaclarına xərcləyib. Bununla yanaşı, 15 mart 2020-ci ildə saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Cavid küçəsinə gəlib piyada evlərin arası ilə gəzərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamışlar. Həmin vaxt diqqətlərini bir mərtəbəli həyət evi cəlb etmiş və bu evdən oğurluq etmək qərarına gəlmişlər. Həmin evin darvazasını yoxlayıb bağlı olduğunu görmüş, daha sonra evin zəngini basdıqda qapını açan olmadığından evdə heç kimin olmadığına əmin olmuşlar. Rahib ilə birlikdə hasardan aşaraq əvvəl həyətə oradan isə evin giriş qapısından sol tərəfdə yerləşən plastik pəncərəni əllə itələyib açaraq qonaq otağına daxil olmuşlar. Evdə olan əşyaları axtarıb evin giriş qapısından sağ tərəfdə yerləşən şüşəli şkafın içərisindəki qabların içindən 02 ədəd qızıl üzüyü və 113 manat məbləğində pulu götürüb, gəldikləri kimi çölə çıxaraq oradan uzaqlaşmışlar. 02 ədəd qızıl üzüyü ertəsi gün, yəni 16 mart 2020-ci il tarixdə «Xalqlar Dostluğu» metro stansiyasının yaxınlığında qızıl alğı-satqısı məntəqəsinə ümumilikdə 50 manata satmış, əldə etdikləri pulu öz şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa o, 16 mart 2020-ci ildə saat 17 radələrində Rahiblə birlikdə küçələri gəzib oğurluq etmək üçün evləri nəzərdən keçirmişlər. Bir evin yaxınlığından keçən zaman küçə qapısının bağlı olub-olmamasını yoxlamış, həmin qapının bağlı olduğunu görüb içəridə heç kəsin olmadığını düşünmüşlər. Rahib çöldə gözləmiş, o, isə içəri daxil olaraq iki ədəd telefon aparatını oğurlayıb çıxmışdır. Rahibə bildirmişdir ki, telefonları satıb, pulunu sonra bölərlər. Lakin telefonları sata bilməyiblər. 17 mart 2020-ci ildə yenə də Rahiblə görüşüb oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə ev axtarmağa başlamışlar. Bir qədər küçələrin arası ilə gəzdikdən sonra ev görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. İlkin olaraq evin qapısını döymüş, lakin qapını açan olmamışdır. Tam əmin olmuşdur ki, evdə heç kəs yoxdur. Hasardan aşaraq evin qarşı tərəfində olan plastik pəncərəni itələyib içəri daxil olmuşlar. Bu evdən yalnız 150 manat miqdarında pul oğurlayıblar. Bundan sonra 20 mart 2020-ci il tarixdə saat 17 radələrində Rahiblə birlikdə Binə qəsəbəsində türmənin arxası adlanan yeni yaşayış evlərindən birinə oğurluq məqsədilə daxil olmuş, lakin oradan heç nə oğurlamayıb çıxmışlar. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhərinin ərazisində müxtəlif yerlərdən oğurluq edib. Belə ki, 15 mart 2020-ci ildə saat 12 radələrində tanışı Ceyhunla birlikdə Binə qəsəbəsi, H.Cavid küçəsinə gəlib piyada evlərin arası ilə gəzərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamışlar. Həmin vaxt bir mərtəbəli həyət evi diqqətlərini cəlb etmiş və bu evdən oğurluq etmək qərarına gəlmişlər. Evin darvazasını yoxlayıb bağlı olduğunu görmüş, zəngi basdıqda qapını açan olmadığından evdə heç kimin olmadığına əmin olmuşlar. Ceyhunla birlikdə hasardan aşaraq evin həyətinə daxil olub evə yaxınlaşmışdır. Evin giriş qapısından sol tərəfdə yerləşən plastik pəncərəni əli ilə itələyib açmış və oradan qonaq otağına daxil olmuşlar. Evdəki əşyaları axtarıb giriş qapısından sağ tərəfdə yerləşən şüşəli şkafın içərisindən 02 ədəd qızıl üzüyü, həmçinin evdən 01 ədəd planşeti və 01 ədəd videokameranı götürüb çölə çıxmışlar. 02 ədəd qızıl üzüyü ertəsi gün, yəni 16 mart 2020-ci ildə «Xalqlar Dostluğu» metro stansiyasının yaxınlığında qızıl alğı-satqısı məntəqəsinə ümumilikdə 50 manata satıblar. Əldə etdikləri pul məbləğini hər biri öz şəxsi ehtiyaclarına xərcləyiblər. Təqsirləndirilən şəxs2 ona ittiham olunan ikinci epizod üzrə özünü tam təqsirli bilərək Təqsirləndirilən şəxs1 bildirdiklərinə uyğun məzmunlu ifadə verib. Həmçinin bildirir ki, 17 mart 2020-ci ildə yenə də tanışı Təqsirləndirilən şəxs1 ilə yaşadığı Binə qəsəbəsi, X6nda görüşmüş və birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə ev axtarmağa başlamışlar. Bir ev görüb ilkin olaraq onun qapısını döymüş, lakin qapını açan olmamışdır. Bundan sonra tam əmin olmuşlar ki, evdə heç kim yoxdur. Hasardan aşaraq həyətə daxil olmuş, sonra evin qarşı tərəfində olan plastik pəncərəni itələyib açaraq içəri daxil olmuşlar. Evin otaqlarını axtarıb oradan kiçik halqa formalı qırmızı qaşlı qızıl sırğanı, 150 manat pul vəsaitini, 02 ədəd qol saatını, və iki ədəd mobil telefonu oğurlayaraq gəldikləri yolla çölə çıxmışlar. Oğurladığı əşyaları Ceyhunla öz aralarında bölüblər. Bundan başqa Ceyhunla birlikdə Binə qəsəbəsində türmənin arxası adlanan yeni yaşayış evlərindən birindən oğurluq edib. Belə ki, 20 mart 2020-ci ildə saat 17 radələrində Ceyhunla birlikdə küçələri gəzib oğurluq etmək üçün evləri nəzərdən keçirmiş, tanımadığı evin yaxınlığından keçəndə küçə darvazasının bağlı olduğunu görüb həmin evdə heç kimin olmadığını düşünmüşlər. Ceyhun darvazadan həyətə keçmiş, darvazanın arxasını açmış, o, isə həmin darvazadan həyətə daxil olmuşdur. Həyətdə kürsülü evin qabaq plastik pəncəsini əli ilə açmış və həmin pəncərədən evə daxil olmuşlar. Evdən bir ədəd yararsız vəziyyətdə olan telefon, bijuteriya, saat və 300 manat miqdarında pul oğurlayıblar. Başqa əşya tapa bilmədiklərinə görə pəncərədən çölə çıxıb hadisə yerindən uzaqlaşmışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 15 mart 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Donuzçuluq sovxozunda yerləşən, yaşadığı evin qapı və pəncərələrini bağlayıb evdən çıxıb getmişdir. Həmin gün saat 14 radələrində evə gələrək evin küçə qapısını açarla açsa da qapının cəftəsinin arxadan bağlı olduğunu görmüşdür. Hasardan aşaraq qapını arxadan açmış, daha sonra evə yaxınlaşarkən giriş qapısından sol tərəfdə yerləşən mətbəx pəncərəsinin açıq olduğunu görüb evdən oğurluq olduğunu bilmişdir. Evin qapısını açarla açıb evə baxarkən evin dağıdılmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra DİN-nin 102 Zəng Mərkəzinə zəng edib oğurluq barədə məlumat vermişdir. Bildirir ki, evindən ittiham aktının nəticəvi hissəsində göstərilən əşyalar oğurlanıb. Təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 20 mart 2020-ci il saat 15 radələrində bayramla əlaqədar olaraq ailəsi ilə birlikdə evdən çıxıb Ucar rayonuna ata evinə getmişlər. 21 mart 2010-ci ildə günorta vaxtlarında qonşuluqda yaşayan qadınlardan biri arvadına zəng edərək həyət darvazalarının açıq olduğunu bildirmişdir. Ona görə də dostu X1 zəng edərək ondan xahiş etmişdir ki, təcili evə gedib baxsın. Zaur tez bir vaxtda ona zəng etmiş və pəncərədən evə kiminsə girib oğurluq etdiyini bildirmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edib. Qeyd edir ki, evindən ittiham aktının nəticəvi hissəsində göstərilənlər oğurlanıb. Təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6nda özünə məxsus fərdi yaşayış evində yaşayır. 17 mart 2020-ci ildə övladları işdə olduqları vaxt, özü də evdən çıxaraq yaxınlığında yaşayan qardaşı Faiqin evinə getmişdir. Saat 18 radələrində qayıtdığı zaman aşkar etmişdir ki, evindən oğurluq olub. Belə ki, həyətə daxil olduqda evin qarşı tərəfində olan mətbəxin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evə daxil olmuş və baxdıqda ittiham aktının nəticəvi hissəsində göstərilənlərin oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxslərə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs5 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 2020-ci ilin fevral ayında Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda tək yaşayıb. 26 fevral 2020-ci il tarixində evdən çıxaraq işə getmişdir. Saat 17 radələrində qayıtdıqda evin pəncərəsinin açıq vəziyyətdə olduğunu aşkar etmiş və oğurluq edildiyini başa düşmüşdür. Qeyd edir ki, evindən 60 manat miqdarında pul oğurlanıb. Həmin cinayəti törətmiş Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yaşayır. Yaşadığı ev bir mərtəbəli olmaqla 2 otaqdan ibarətdir. 12 mart 2020-ci ildə arvadı və uşaqları arvadının valideynlərinin yaşadığı Culfa rayonuna getmiş, o, özü isə müvəqqəti olaraq Mərdəkan qəsəbəsində yaşayan valideynlərinin evində qalmışdır. 16 mart 2020-ci ildə saat 19:10 radələrində yaşadığı evə gəlib həyətin giriş qapısını açarla açaraq içəri daxil olmuşdur. Bu zaman görmüşdür ki, evin plastik pəncərəsi açıq vəziyyətdədir. Evə daxil olub yataq otağının dağınıq vəziyyətdə olduğunu görüb başa düşmüşdür ki, evdən oğurluq olub. Qeyd edir ki, evindən ittiham aktının nəticəvi hissəsində göstərilənlər oğurlanıb. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında yerləşən lombardda işləyir. 20 mart 2020-ci ildə saat 18 radələrində iş yoldaşı Qüdrət Niftəliyevlə birlikdə iş yerində idi. Bu vaxt iki nəfər cavan oğlan gələrək satmaq üçün bir ədəd kişi üzüyü və bir ədəd qadın üzüyü göstərmişlər. Üzüklərə baxıb yoxladıqdan sonra ikisinin birlikdə çəkisinin 10,2 qram olduğunu müəyyən etmiş, həmin şəxslərə bildirmişdir ki, üzükləri 400 manat ala bilər. Onlar bu qiymətlə razılaşmışlar. Həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənəd tələb etmiş, onlardan biri öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Vəsiqəyə baxdıqda vəsiqə sahibinin Təqsirləndirilən şəxs2 olduğunu bilmiş, şəxsiyyət vəsiqəsinin surətini çıxardıqdan sonra üzüklərə görə onlara 400 manat vermişdir. Bundan bir gün sonra həmin qızılları ərintiyə verib. Bir neçə gündən sonra polis əməkdaşları həmin şəxslərlə birlikdə lombarda gəlmiş, bu zaman ona məlum olmuşdur ki, həmin şəxslər ona satdıqları qızılları oğurlayıblar. İş üzrə ibtidai araşdırma dövründə şahid qismində cəlb edilmiş Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlib ifadə verməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini və ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən və zərərçəkmiş şəxsləri, həmçinin şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bildiyinə, Təqsirləndirilən şəxs2 isə özünü tam təqsirli bilməklə yanaşı, ittiham aktının nəticəvi hissəsində göstərilənpul və əşyaların yalnız bir qismini oğurladığını etiraf etdiyinə baxmayaraq, onların ittiham aktının nəticəvi hissəsində göstərilən cinayəti törətməsi halı tam sübuta yetirilmiş sayılmalıdır. Məhkəmə bu qənaətə gələrkən təqsirləndirilən şəxslərin ifadələrinin bir sıra hissələrdə bir-birinə zidd olduğunu, habelə onların iş üzrə ibtidai istintaq dövründə müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri nəzərə alır. Təqsirləndirilən şəxslərin müvafiq cinayət əməllərini törətməsi faktı zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam olaraq təsdiq edilir. 21 iyul 2020-ci il tarixli 6/1248-9/2376 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 2,83 qram kütləli üzük dəmir əsaslı ərintidən hazırlanmışdır. Qaşı qiymətli qaşlara aid deyildir; 8,81 qram kütləli üzük mis əsaslı ərintidən hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; 3,91 qram kütləli üzük mis əsaslı ərintidən hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; 4,19 qram kütləli üzük titan və mis əsaslı ərintidən hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; 3,97 qram kütləli sırğa cütü titan və mis əsaslı ərintidən hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; 2,74 qram kütləli sırğa cütü sink və mis əsaslı ərintidən hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; 5,55 qram kütləli iki ədəd kulona bənzər məlumat hissəsi titan və mis əsaslı ərintidən hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; 8,29 qram kütləli kulonlu boyunbağı sink və mis əsaslı ərintidən hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir. Məmulatlardan bəzilərinin rəngi aşınmışdır, qaş yerləri boşdur, üzərlərində cızıqlar vardır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda əşyaların hazırkı vəziyyətdə 2020-ci ilin iyul ayına pərakəndə orta bazar satış qiyməti ilə ümumi dəyəri təxminən 24,0 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir”. 17 avqust 2020-ci il tarixli 9/2477 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş müxtəlif markalı malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 335,10 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmiş. 1) Çin istehsalı olan “Samsung” markalı “SM-G532F/DS”, 359614/08/772694/4 və 359615/08/772694/1 İMEİ kodlu mobil telefon. Təqdim edilmiş mobil telefon istifadədə olub kənar korpusunda rəng qopuqları var -1 ədədi 70 manat. 2) Vyetnam istehsalı olan “Samsung” markalı “GT-İ9060/DS”, 359444/05/568368/1 İMEİ kodlu mobil telefon. Təqdim edilmiş mobil telefon istifadədə olub ekranı və arxa gövdəsi zədəli vəziyyətdədir - 1 ədədi 20 manat. 3) “Mİ” markalı, boz rəngli mobil telefon. Təqdim edilmiş mobil telefon istifadədə olub ekranı zədəli vəziyyətdədir - 1 ədədi 50 manat. 4) “Sony” markalı “X-Peria” model mobil telefon. Təqdim edilmiş mobil telefon istifadədə olub normal vəziyyətdədir - 1 ədədi 100 manat. 5) Çin istehsalı olan, “Huawei” markalı, “CRO-U00” model, **********33285 və **********14683 İMEİ kodlu mobil telefon. Təqdim edilmiş mobil telefon istifadədə olub ekranı zədəli vəziyyətdədir - 1 ədədi 30 manat. 6) “Samsung” markalı, “GT-E1232D” model, klassik dizaynlı mobil telefon. Təqdim edilmiş telefon istifadədə olub normal vəziyyətdədir - 1 ədədi 15 manat. 7) “Digilife” markalı “DDV-5000” model, videokamera. Təqdim edilmiş videokamera istifadədə olub korpusu zədəli vəziyyətdədir - 1 ədədi 20 manat. 8) Çində istehsal edilmiş “Digma Optima” markalı, “TT7002PG” model, planşet. Təqdim edilmiş planşet istifadədə olub arxa gövdəsinin üst hissəsi üzərində yoxdur - 1 ədədi 30 manat. 9) Yaşıl rəngli tutacaqlı, açılıb-bağlanan, 14 sm ölçülü istifadədə olmuş bıçaq -1 ədədi 0,10 qəpik. Cəmi 335,10 manat». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz cinayət əməlini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halın mövcud olub-olmaması məsələsinə qiymət verərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 07 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyinə baxmayaraq, bu hal CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə residiv kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq olunmaqla və əvvəli 26 mart 2020-ci il tarixindən hesablanmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırkı iş üzrə cinayət əməlləri Xəzər Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törədildiyindən Təqsirləndirilən şəxs1 əməlində bu hökmlə bağlı da residiv yoxdur. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıra biləcək başqa hal da işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığın, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək cinayətini bir hissədə etiraf etdiyini və peşman olduğunu, Zərərçəkmiş şəxs3 ona qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halın mövcud olub-olmaması məsələsinə qiymət verərək məhkəmə qeyd edir ki, Sadıxov X2 Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyinə baxmayaraq, bu hal CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə residiv kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıra biləcək başqa hal da işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cazanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Bakı Şəhər Probasiya İdarəsinin 23 aprel 2021-ci il tarixli 21-1/3-277/7 nömrəli məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmünün icrası ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs2 06 noyabr 2019-cu ildə Binəqədi rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmış, Xəzər Rayon Məhkəməsinin 28 mart 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli 26 mart 2020-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Sadıxov X2 Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü üzrə azadlığın məhdudlaşdırılması cəzasının bir hissəsini, yəni 06 noyabr 2019-cu il tarixindən 26 mart 2020-ci il tarixinədək olan 04 ay 20 günlük hissəsini çəkmişdir. Onun barəsində müstəntiqin 26 avqust 2020-ci il tarixli qərarı ilə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək həbsdən azad edilmiş və Abşeron Rayon Məhkəməsinin başqa cinayət işi ilə əlaqədar 23 yanvar 2021-ci il tarixli qərarına əsasən barəsində əvvəli 21 yanvar 2021-ci ildən hesablanmaqla yenidən «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Göstərilən tarixlər arasındakı fərq 04 ay 26 gün təşkil edir. Beləliklə, Sadıxov X2 Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü üzrə azadlığın məhdudlaşdırılması cəzasının 09 ay 16 günlük hissəsini çəkib (04 ay 20 gün + 04 ay 26 gün = 09 ay 16 gün). Təqsirləndirilən şəxs2 Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş hissəsi isə 01 il 02 ay 10 gün təşkil edir (01 il 11 ay 26 gün – 09 ay 16 gün = 01 il 02 ay 10 gün). Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Sony” markalı “X-Peria” modelli mobil telefon, bir ədəd “Mİ” markalı mobil telefon, bir ədəd Çində istehsal edilmiş “Digma Optima” markalı “TT7002PG” modelli planşet, bir ədəd “Digilife” markalı “DDV-5000” modelli videokamera, bir ədəd 2,83 qram kütləli üzük, bir ədəd 3,91 qram kütləli üzük, 2,74 qram kütləli sırğa cütü, 8,29 qram kütləli kulonlu boyunbağı, bir ədəd 8,81 qram kütləli üzük, bir ədəd 4,19 qram kütləli üzük, 3,97 qram kütləli sırğa cütü, 5,55 qram kütləli kulona bənzər məmulat hissəsi öz sahiblərinə qaytarıldığından müvafiq zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Xəzər Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 04 (dörd) 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının əvvəli 26 mart 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 26 mart 2020-ci il – 26 avqust 2020-ci il tarixləri üzrə həbsdə saxlanıldığı 05 (beş) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu gün üçün çəkilməmiş 01 (bir) il 02 (iki) ay 10 (on) günlük hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla hesablansın, alınan 07 (yeddi) ay 05 (beş) gün hazırkı hökmlə təyin edilən 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının əvvəli 26 aprel 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Sony” markalı “X-Peria” modelli mobil telefon, bir ədəd “Mİ” markalı mobil telefon, bir ədəd Çində istehsal edilmiş “Digma Optima” markalı “TT7002PG” modelli planşet, bir ədəd “Digilife” markalı “DDV-5000” modelli videokamera, bir ədəd 2,83 qram kütləli üzük, bir ədəd 3,91 qram kütləli üzük, 2,74 qram kütləli sırğa cütü, 8,29 qram kütləli kulonlu boyunbağı, bir ədəd 8,81 qram kütləli üzük, bir ədəd 4,19 qram kütləli üzük, 3,97 qram kütləli sırğa cütü, 5,55 qram kütləli kulona bənzər məmulat hissəsi öz sahiblərinə qaytarıldığından müvafiq zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 140 (yüz qırx) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-36/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-36/2021
26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver