Məhkəmə qərarları › İş №1(010)-36/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-36/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-36/2022 01.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, himayəsində 2 azyaşlı uşağı olan, "xxxx" ASC-də təmirçiçilingər işləmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-192/2021 saylı 18.10.2021-ci il tarixli hökmü ilə AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin 04.02.2022-ci il tarixli 7(011)-146/2022 saylı qərarı ilə barəsində amnistiya tətbiq edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)- 192/2021 saylı, 18.10.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, ünvan 1 ünvanda yaşayan, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə başqa şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, qabaqcadan aralarında olan razılaşmaya əsasən başqa şəxs küçədə gəlib gedənləri izləmək üçün onun idarə etdiyi “Opel Vectra” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobildə pusquda dayanmış, onun özü isə 15 aprel 2021-ci il tarixdə, səhər saat 09:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçib, evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığını divara bərkidilmiş yerindən əli ilə dartıb çıxarmış və sonradan özü ilə gətirdiyi avtomobilin təkərinin açılmasında istifadə olunan dəmirdən olan açarla plastik pəncərəni açıb qanunsuz olaraq evə daxil olub, evin qonaq otağındakı divanın saxlanc yerindən 11.600 manat nağd pul vəsaitini, ümumi dəyəri 20 manat olan 3 ədəd qadın əl kremini, 1 ədəd üzərində “X13 de Cologne” yazıları olan şəffaf rəngli, az istifadə olunmuş 15 manat dəyərində 100 ml həcmli ətiri, 1 ədəd üzərində “X16” yazıları olan, qırmızı rəngli, az istifadə olunmuş 40 manat dəyərində 100 ml həcmli ətiri və 1 ədəd üzərində “Siberian Spa” yazıları olan və istifadədə olmamış 8,00 manat dəyərində 100 qram kosmetik duzu gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs cəmi 11683 manat olmaqla, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə göstərmiş olduğu ünvanda yaşayır. O, 2010-cu ildə evlənmiş və onun himayəsində iki azyaşlı övladı vardır. O, icarə əsasında işlətdiyi “Opel Vectra” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, bununla da ailəsini dolandırmışdır. X2 bir neçə aydır ki, taksi sürücüsü kimi tanımışdır. Kəmaləni isə Mübarizin vasitəsilə, Şahini isə taksi sürücüsü işlədiyi üçün bir neçə dəfə avtomobilə sərnişin qismində əyləşdiyi üçün tanımışdır. Arada bir Mübariz gəlib onun idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş və dolanmışdır. 14 aprel 2021-ci il tarixdə o, Mübariz və Kəmalə ilə görüşmüş və axşam saatlarında onlardan ayrılan zaman, Mübariz ondan avtomobili sürmək üçün istədikdə, o, da avtomobili Mübarizə idarə etməsi üçün verib, öz evinə gəlmişdir. 15 aprel 2021-ci il tarixdə, saat 09:30 radələrində tezdən Mübariz Kəmalə ilə birlikdə onun icarə əsasında idarə etdiyi “Opel Vectra” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlib, onu yaşadığı evdən götürmüşlər və həmin vaxt avtomobili Mübariz idarə etmişdir. Mübariz pulu olmadığı üçün gedib Binə qəsəbəsində yaşayan bacısının qonşusunun evindən oğurluq etmək təklifini vermiş, onların oğurluq etmək fikirlərindən isə Kəmalənin xəbəri olmamışdır, çünki Kəmalə arxa oturacaqda yatmışdır. Həm də Mübarizin öz bacısından pul götürmək fikri olmuşdur. Həmin vaxt adı istintaq zamanı ona məlum olan Zərərçəkmiş şəxs və sonunjunun ailə üzvlərinin yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evindən çıxıb qapını bağladıqlarını və çıxıb getdiklərini görmüşlər. Mübarizlə onun arasında olan danşığa görə o, evə daxil olmalı idi, Mübaiz isə maşında oturub, gəlib gedənlərə nəzarət etməli idi və gələn olduğu halda, Mübariz onun mobil telefon nömrəsinə zəng edib, ona məlumat verməli idi. Mübarizin evə girməməsində səbəb Mübarizin bacısının həmin küçədə yaşaması, bu səbəbdən onu tanıya biləcəkləri ehtimalı olmuşdur. O, maşından düşüb, evini həyətyanı sahəsinə hasardan keçib, evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığını divara bərkidilmiş yerindən əli ilə dartıb çıxartmış və sonradan özü ilə gətirdiyi avtomobilin təkərinin açılmasında istifadə ediyi dəmirdən olan açarla plastik pəncərəni açıb, evə daxil olub, evi axtarmışdır. Qonaq otağındakı divanın altından sandıqçadan əskiyə bükülü olan 11.600 manatı, həmçinin, 2 ədəd ətiri, kosmetika qabını və üç ədəd əl krerimini götürüb, evdə daxil olduğu pəncərədən və sonra hasardan aşıb maşına gəlmişdir. Həmin vaxt Kəmalənin yuxudan oyandığını və Mübarizlə söhbət etdiklərini görüb, Kəmalə bilməsin deyə Mübarizə hələ heç nə deməmişdir. Maşında Mübarizin qulağına pıçıldayaraq, evdən 11.600 manat nağd pul vəsaitini oğurladığını demişdir. Ancaq bundan Kəmalənin xəbəri olmamışdır. Hövsan qəbəsində o, Mübarizə oğurladığı pulun bir hissəsini vermişdir. Daha sonra Hövsanda kafelərdən birində oturub yemək yemişlər. Daha sonra kafedən çıxıb, maşınla “Neftçilər” metrosunun yanına gəlmişlər. O, orada lombarda girov qoyduğu telefonu pul verib götürmüşdür. Bundan sonra onlar Əhmədli qəsəbəsinə gəlib, orada Şahid2 ilə görüşmüşlər. Daha sonra Kəmalə və Mübariz çıxıb getmişlər. O, Şahinə evdən Mürbaizlə oğurluq etdiyini bildirmiş və avtomobilini Şahinə verib, çıxıb getmişdir. Həzi Aslanov metrosunun yanına gəlib, orada olan lombarda 860 manat ödəmiş və qızılları bir gün sonra gəlib götürməyini ona lombardda demişlər. Həmin günü saat 15 radələrində Şahin maşınla gəlib onu evindən götürmüş və bir qədər maşınla gəzmişlər. O, Şahinə hər şeyi olduğu kimi danışmışdır. Şahin və Kəmalə onlarla birlikdə oğurluqda iştirak etməmişlər. Çayxanada olan zaman o, Şahinə saxlamaq üçün 5000 manatı vermişdir. Bir gün sonra Şahinlə görüşüb şəhərdə gəzmişlər, axşam saat 22 radələrində o, evə gəlmiş və aldığı bazarlığı evə qoyub evdən çıxanda, onu və Şahini polis işçiləri saxlamışlar. Həmin vaxt 5000 manat pulu Şahin ona qaytarsa da, o, Şahindən pulu almayıb, Şahinə pulu sonra ondan götürəcəyini demişdir. Elə həmin vaxt 5000 manat Şahində qalmışdır. Onları polis bölməsinə gətirən zaman Şahində 5000 manat pul aşkar olunmamışdır, Şahinin deməsinə görə polis onları tutan zaman, sonunju həyətdə 5000 manatı atmışdır. O, 2 ədəd ətiri, kosmetika qabını Kəmaləyə hədiyyə etmiş və Kəmalənin həmin əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Üç ədəd əl kremini isə lazım olmadığı üçün küçədə atmışdır. O, Kəmaləyə oğurluq pul verməmiş, Mübarizi isə satmamaq üçün, sonuncunun oğurluqda iştirak etmədiyini demişdir. Hansı ki, oğurluq etməyi ona Mübariz təklif etmişdir. Mübariz sonradan ona dəstək olmadığına görə o, hər şeyi olduğu kimi danışmaq qərarına gəlmişdir. O, ilk olaraq Şahini və Mübarizi bu məsələyə daxil etmək istəməmişdir. Belə ki, onların vicdanlı hərəkət edərək, pulları qaytaracaqlarını düşünmüşdür. Lakin onlar pulları qaytarmadıqları üçün, o, məcbur qalıb, hadisəni olduğu kimi danışmaq qərarına gəlmişdir. O, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasını özünə aid hissədə qəbul etmir. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə mülki iddia ilə müraciət edərək, ondan, Şahid2, Mübariz Yehayevdən və Şahid1 müştərək qaydada 9200 manat pulun tutularaq, ona qaytarılmasını xahiş edir. O, ibtidai və məhkəmə istintaqı zamanı hissə-hissə olaraq 4.200 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxsə qaytarmışdır. Belə olan halda o, zərərçəkmiş şəxsin mülki iddiasında göstərilən məbləğin ondan tələb olunan hissəsindən daha artıq məbləği sonunjuya ödəmişdir, belə ki, iddia ərizəsində 9200 manat məbləğində pul dörd nəfərdən müştərək qaydada tələb olunur. Bu səbəbdən o, mülki iddianı özünə aid hissədə qəbul etmir. Buna baxmayaraq, o, zərərçəkmiş şəxsə ittiham aktında göstərilən məbləğin ona aid hissəsini, yəni yarısını ödəməyə razıdır, bu məbləğdən o, artıq 4.200 manat ödəmiş, məbləğin qalan hissəsini də ödəməyə etiraz etmir. Törətdiyi əməldən peşmandır. Himayəsində iki azyaşlı uşağı vardır, yeni işə düzəlmişdir, işləyib, zərərçəkmiş şəxsə vurduğu zərəri tam olaraq ödəmək niyyətindədir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır, özü heç bir yerdə işləmir və həmişə evdə olur. 15 yanvar 2021-ci il tarixdə o, valideynləri ilə birlikdə yaşadığı evdən çıxıb qohumları gilə getmişlər və həmin vaxt evdən sonuncu dəfə onun özü çıxmışdır. Bundan sonra həmin gün təxminən saat 16:30 radələrində onlar evə qayıtmış və evə daxil olan zaman evin mətbəxinin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu, evin pəncərəsinin üzərindəki dəmir barmaqlığın yerindən çıxarılaraq divara söykənildiyini görmüşdür. Evə daxil olduqda, validyenlərinin qaldığı yataq otağının dağınıq halda olmasını müşahidə etmiş və tez qonaq otağında divanın altında açılıbbağlanan yerinə baxmış və orada olan və ona məxsus 11600 manat dəyərində nağd pulunun və 120 manat dəyərində kosmetik əşyaların yerində olmadığını görmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Bir azdan polis əməkdaşları hadisə yerinə gəlib, evə baxış keçirmişlər və o, hadisə barədə ərizə yazmışdır. Oğurluq hadisəsi nəticəsində ona məxsus olan cəmi 11600 manat dəyərində nağd pulu və kosmetik əşyaları oğurlanmışdır. O, mülki iddiasını müdafiə edərək, Təqsirləndirilən şəxs, Şahid2, Mübariz Yehayevdən və Şahid1 müştərək qaydada 9200 manat pulun tutularaq, ona qaytarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı cinayət əməli nəticəsində ona vurduğu zərərdən hissə-hissə olaraq, cəmi 4.200 manat məbləğində pul vəsaitini ona qaytarmışdır. Təqsirləndirilən şəxs ona 6.000 manat məbləğində pulu qaytaracağı təqdirdə, onun sonuncudan heç bir tələbi olmayacaqdır. Təqsirləndirilən şəxs barəsində hansı cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir. Məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Beləliklə, təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi və s.). İş materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 1(010)-342/2021 saylı 26.11.2021-ci il tarixli qərarı ilə şahidlər Şahid1 və Şahid2 barəsində məcburi gətirilmə elan olunmuşdur. İş materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 1(010)-342/2021 saylı 02.12.2021-ci il tarixli qərarı ilə şahidlər Şahid1 və Şahid2 barəsində məcburi gətirilmə elan olunmuşdur. İş materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 1(010)-342/2021 saylı 21.12.2021-ci il tarixli qərarı ilə şahidlər Şahid1 və Şahid2 barəsində məcburi gətirilmə elan olunmuşdur. İş materiallarında olan Suraxanı RPİ 33-cü Polis Bölməsinin 07.01.2022-ci il tarixli məktubunda bildirilir ki, şahidlər Şahid1 və Şahid2 məcburi gətirilməsi barədə tədbirlər həyata keçirilmiş, lakin təmin etmək mümkün olmamışdır. Tədbirlər davam edir. İş materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 1(010)-36/2022 saylı 07.01.2022-ci il tarixli qərarı ilə şahidlər Şahid1 və Şahid2 barəsində məcburi gətirilmə elan olunmuşdur. İş materiallarında olan Suraxanı RPİ 33-cü Polis Bölməsinin 26.01.2022-ci il tarixli məktubunda bildirilir ki, şahidlər Şahid1 və Şahid2 məcburi gətirilməsi barədə tədbirlər həyata keçirilmiş, lakin təmin etmək mümkün olmamışdır. Müsbət nəticə əldə olunduqda məlumat veriləcəkdir. İş materiallarından görünür ki, Suraxanı rayon Məhkəməsinin 1(010)-36/2022 saylı 15.02.2022-ci il tarixli qərarı ilə şahidlər Şahid1 və Şahid2 barəsində məcburi gətirilmə elan olunmuşdur. İş materiallarında olan Suraxanı RPİ 33-cü Polis Bölməsinin 14.03.2022-ci il tarixli məktubunda bildirilir ki, müxtəlif instansiyalardan vətəndaş Şahid1 15.03.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasına məcburi gətirilməsinə dair 1(010)-36/22 saylı qərarlara cavab olaraq bildirilir ki, vət. K.Ə. Mehdiyevanın məcburi gətirilməsi mümkün deyil, belə ki, o, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 2, mənzil 63-də qeydiyyatda yoxdur və yaşamır (Arayış təqdim edilir). İş materiallarında olan Biləsuvar rayon Polis Şöbəsinin 15.03.2022-ci il tarixli məktubunda bildirilir ki, vət. Şahid2 Bakı şəhərində işlədiyi və yaşadığı üçün onun Bakı şəhəri Suraxanı rayon məhkəməsinə gəlməsini təmin etmək mümkün olmamışdır. Biləsuvar rayon İnzibati Ərazi Dairəsindən verilən arayışda qeyd olunur ki, həqiqətən Rzazadə X5 rayonu, Həzi Aslanov küçəsi ev 101 ünvanında qeydiyyatdadır, lakin müvəqqəti olaraq həmin ünvanda yaşamır. Məhkəmə tərəfindən şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştirakının təmin edilməsi üçün kifayət qədər səy göstərməsinə baxmayaraq, onların məhkəmə istintaqında iştirakına nail olmaq mümkün olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ittiham aktında göstərilən xüsusatları təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məhkəmə istintaqı zamanı elan edilməsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına əsas ola bilməz. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailəsi lə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs bir neçə aydır ki, tanıyır və Natiqin avtomobilini taksi kimi istifadə etdiyi üçün, onların arasında münasibət yaranmışdır. Mübariz və Kəmaləni isə bir ildən artıqdır ki, tanıyır. 17 aprel 2021 -ci il tarixdə o, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən avtomobil təmiri yerində Natiqi görmüş və Natiqə taksi avtomobilə onu aparmasını bildirdikdə, Natiq də onunla razılaşmışdır. Bundan sonra Natiqin idarə etdiyi “Opel Vectra” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Neftçilər metrostansiyasından üzü Əhmədli metrostansiyası istiqamətində hərəkət etməyə başlamışlar. Yolda Natiq ondan meyvə alıb, yaşadığı evə verdikdən sonra ünvana getməyi təklif etdikdə, o, da Natiqlə razılaşmışdır. Bundan sonra Natiq yolda meyvə almış və avtomobili yaşadığı evin qarşısına tərəf sürüb saxlamış, sonra avtomobildən düşüb əlində meyvə ilə yaşadığı evə getmişdir. Onun özü isə avtomobildən düşüb siqaret çəkməyə başlamış, bu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və oğurluq olunmasında şübhəli olduğunu ona deyərək, avtomobilin sahibini ondan soruşmuşlar. O, avtomobilin sürücüsünün Natiq adlı şəxs olduğunu və taksi işlədiyini, hazırda da evinə girdiyini və indi gələcəyini polislərə demişdir. Bir neçə dəqiqə sonra Natiq yaşadığı evdən çıxmış və polis əməkdaşları onarın ikisini də polisə dəvət etmişlər. Natiqlə birlikdə və ya başqa hər hansı bir şəxslə o, heç bir oğurluq cinayət əməli törətməmişdir. Natiqin oğurluq etdiyini polis əməkdaşları tərəfindən saxlanılan zaman bilmişdir. O, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl əlində olan hansısa bir miqdarda pulu idarə etdiyi avtomobilin altına atmasının şahidi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mübarizi təxminən 2 ildən artıqdır ki, tanıyır və onun Mübarizlə qeyri-rəsmi ailə münasibəti vardır. Natiqi Mübarizin vasitəsilə tanımışdır. Şahini isə bir ildən artıqdır ki, Mübarizin vasitəsilə tanımış və onların arasında normal münasibətləri olmuşdur. 14 aprel 2021-ci il tarixdə o, Mübariz ilə birlikdə gedib Natiqlə görüşmüş və axşam saatlarında Mübariz Natiqdən idarə etdiyi avtomobili ona sürməsi üçün verməsini dedikdə, Natiq də həmin avtomobili Mübarizə vermişdir. Bir az onlar avtomobildə gəzdikdən sonra Mübariz həmin avtomobillə onu yaşadığı bibisinin evinə aparmışdır. Səhərisi gün tezdən Mübariz gəlib, təxminən saat 08 radələrində onu evdən götürmüş və onlar gəlib Natiqlə yaşadığı evin qarşısında görüşmüşlər. Onların pulu olmadığı üçün Mübariz onlara birlikdə Binə qəsəbəsinə gedib, bacısının qızından borca 20-30 manat pul almasını dedikdən sonra, onlar Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz ünvanda yerləşən həyət evinə gəlmişlər. Həmin evin yaxınlığında Mübariz avtomobili saxlamış və avtomobildən düşüb bacısının evinə yaxınlaşmış, Natiqlə o, isə avtomobildə qalmışlar. Bir-iki dəqiqə sonra Mübariz gəlib avtomobildə oturmuş və bacısı qızını gözləməyi bildirmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra Natiq Mübarizə buranın bacısıgilin məhəlləsi olduğunu və gedib heç olmasa bacısının adına nisyə yazdıraraq siqaret, şirin su və yeməyə nəsə almağını bildirdikdə, Mübariz də razılaşmış və Natiq avtomobildən düşüb, onları burada gözləyəcəyini demişdir. O, Mübarizlə birlikdə Natiqin avtomobili ilə gedib yaxınlıqda yerləşən mağazadan siqaret, şirin su və yeməyə bir neçə şey almışlar və təxminən 10-15 dəqiqə sonra Mübarizin bacısının yaşadığı evə yaxınlaşmışlar. Həmin vaxt Natiqin onları gözlədiyini görmüşlər. Onlar Natiqə yaxınlaşmış və Natiq sonra avtomobilə əyləşmişdir. O, həmin vaxt avtomobilin arxasında oturduğu üçün və gecə az yatdığı üçün bir az yuxuya getmiş və maşında yatmışdır. Natiqlə Mübariz isə mağazadan alınan sudan və şirniyyatdan istifadə etmişlər və onun sonunjuların nədən söhbət etdiklərindən xəbəri olmamışdır. Birdən avtomobilin qapısı açılmış və Natiq maşına oturan kimi Mübarizə maşını sürməyi demişdir. Onlar Binə qəsəbəsindən Hövsan qəsəbəsinə gəlmişlər, kafedə yemək yemişlər və avtomobildə yanacaq az olduğu üçün Natiq yanacaq doldurma məntəqəsinə girməyini Mübarizə bildirmişdir. Daha sonra Yeni Günəşli qəsəbəsində yerləşən evə gəlmişlər. Orada o, maşından düşərkən Natiq ona maşında əşyaların saxlandığı yerdən iki ədəd qadın ətirini və kosmetika qabını çıxarıb hədiyyə vermişdir. Həmin ətirləri və kosmetikanı Natiqin haradan almasından onun xəbəri olmamışdır. O, evə gedib, ətirləri və kosmetikanı evə qoyub, yenidən onların yanına gəlmişdir. Oradan da onlar Əhmədli metrostansiyasmın yaxınlığına gəlmişlər və orada Natiqlə sağollaşıb ayrılmışlar. Bundan sonra o, Mübarizlə birlikdə Günəşli qəsəbəsində yerləşən otellərdən birinə getmiş və orada istirahət etmişlər. Həmin gün axşam təxminən saat 21 radələrində Mübariz onu aparıb bibisigilə düşürmüşdür. O, Hövsan qəsəbəsində sosial evlərdə yerləşən evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə gəlmişlər və ona oğurluqda şübhəli olduğunu bilidirərərək, onu polisə gətirmişlər. 2 ədəd ətiri və kosmetika qabını o, polisdə olan zaman oğurluq olduğunu bildikdən sonra təhvil vermişdir. O, Natiq və Mübarizlə və ya başqa hər hansı bir şəxslə heç bir oğurluq cinayət əməli törətməmişdir. Onların oğurluq etmələrindən onun xəbəri olmayıb və nədə ki, oğurluq etdiklərini görməmişdir. Həmin vaxt o, maşında yatmışdır və Natiqin haradan gəldiyini bilməmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, 17 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən, o, şübhəli şəxs şəxs qismində tutularaq, Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, 19 aprel 2021-ci il tarixdə X6 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, 19 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, 20 aprel 2021-ci il tarixdə Suraxanı rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəti 15 iyul 2021-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, 13 iyul 2021-ci il tarixdə Suraxanı rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti müddəti 02 ay müddətinə, yəni 05 ayadək, 15 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, 10 sentyabr 2021-ci il tarixdə Suraxanı rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti müddəti 02 ay müddətinə, yəni 07 ayadək, 15 noyabr 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Suraxanı rayon Məhkəməsinin 1(010)-36/2022 saylı 15.02.2022-ci il tarixli qərarı ilə dəyişdirilərək, ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cinayət işinin materiallarından müəyyən olunur ki, 21 oktyabr 2021-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. 21 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə-Ekspertiza Mərkəzinin verdiyi 08.05.2021-ci il tarixli 9/2590 nömrəli rəyindən göründüyü kimi 1 ədəd üzərində “X13 de Cologne” yazıları olan şəffaf rəngli, az istifadə olinmuş 100 ml həcmli ətirin qiyməti 15 manat, 1 ədəd üzərində “X16” yazıları olan, qırmızı rəngli. Az istidasə olunmuş 100 ml həcmli ətirin qiyməti 40 manat və 1 ədəd üzərində “Siberian Spa” yazıları olan istifadədə olmamış 100 qram kosmetik duzun qiyməti 8,00 manat təşkil edir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 25.01.2022-ci il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-192/2021 saylı 18.10.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsinin qeydiyyata düşmədiyi üçün cəzasını çəkməmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində “08 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinin tətbiq edilərək cəzasının çəkilməmiş qalan hissəsinin 01 il azaldılmasına dair təqdimat baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 04.02.2022-ci il tarixli 7(011)- 146/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-192/2021 saylı, 18.10.2021ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş hissəsi 01 il azaldılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 18.12.2010-cu il təvəllüdlü X7 və 09.08.2012-ci il təvəllüdlü X9 adında iki azyaşlı övladı vardır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətdiyi cinayət əməlini tam olaraq etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu zərərin böyük bir qismini ödəməsini, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs cinayət əməli nətijəsində zərərçəkmiş şəxsə vurduğu zərərin böyük bir qismini sonuncuya qaytarmışdır, zərərin ona aid hissəinin qalanını da ödəməyə razıdır. Bu hallar isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi və cinayət əməli nəticəsində vurduğu zərərin böyük bir qisminin zərərçəkmiş şəxsə qaytarması və zərərin ona aid hissəsinin qalanının da qaytarmağa razı olması onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağı vardır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə cəza təyin edərkən, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini də nəzərə almalıdır. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah–tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. Bu zaman məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi nəticə etibarı ilə sonuncu tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərərin ona aid qalan hissəsinin də qaytarılması üçün zəmin yaradar. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Zərərçəkmiş şəxs tərəfindən cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs və digərlərinə qarşı iddia qaldırılaraq, təqsirləndirilən şəxsdən, Şahid2, Mübariz Yehayevdən və Şahid1 müştərək qaydada 9200 manat pulun tutularaq, ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə, Zərərçəkmiş şəxs tərəfindən cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs və digərlərinə qarşı verdiyi mülki iddianı təhlil edərək hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə bu nəticəyə gələrkən, ilk növbədə, cinayət mühakimə icraatı zamanı verilən mülki iddianın ümumi şərtlərini və prinsiplərini təhlil etmişdir. Ədalət mühakiməsinin effektivliyi cinayət əməli ilə zərər vurulmuş şəxsin cinayət məhkəmə icraatında cinayət işlərinin araşdırılması zamanı ona vurulan zərərin ödənilməsi hüququnun prosessual mexanizminin effektivliyi ilə müəyyən olunur. Mülki iddianın və cinayət işinin birgə araşdırılması imkanı cinayət-prosessual qanunu ilə müəyyən olunub, həmçinin cinayətlə maddi və mənəvi zərər vurulduğu halda, şəxsin həm cinayət, həm də mülki-hüquqi məsuliyyətə cəlb olunmasının əsasını təşkil edən vahid hüquqi faktın mövcudluğu ilə əlaqədardır. Bir tərəfdən, cinayət prosesində mülki iddia – cinayət məhkəmə icraatı sahəsində cinayətin əmlak nəticələri ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normalar məcmusundan və cinayət və mülki proseslərdə maddi mülki-hüquqi münasibətlərin birliyi səbəbindən mülkiprosessual tənzimləmə metodlarının elementlərindən ibarət kompleks cinayət-prosessual hüquqi institutdur. Digər tərəfdən – bu cinayət işi üzrə icraat zamanı vətəndaşın və ya hüquqi şəxsin təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşıyan şəxslərə qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair bəyan etdiyi tələbdir. Məhkəmə iddianın əsasının olub-olmamasına dair müəyyən nəticə çıxarmalıdır. Bu, cinayət ittihamı üçün əsas olan hüquqi faktların köməyi ilə müəyyən olunur. Məhkəmə müttəhimə istinad edilən əməlin həqiqətən törədildiyi və cinayət tərkibli olduğu, müttəhimin isə təqsirli olduğu qənaətinə gəldikdə o, iddianın əsasına və məbləğinə aid aşağıdakı məsələlərin həllinə keçə bilər:

1. zərərçəkmişə zərər vurulmuşdurmu və bu zərər cinayət işi üzrə araşdırmanın predmetini təşkil edirmi;

2. bu zərər nəticə etibarilə ödəniləndirmi;

3. vurulmuş zərərin məbləği nə qədərdir, hansı hədlərdə və hansı üsulla ödənilməlidir;

4. zərərin ödənilməsinə görə kim məsuliyyət daşımalıdır və hansı qaydada. Sadalanan sualları müzakirə etdikdən sonra məhkəmə aşağıdakı qərarlardan birini qəbul edir: a) mülki iddianı təmin edir; b) onu rədd edir; c) mülki iddiaçının iddianın təmin edilməsi hüququnu tanıyır və onun məbləğləri məsələsini mülki məhkəmə icraatı qaydasında baxılmağa verir; d) mülki iddianı baxılmadan saxlayır. Cinayət prosesində mülki iddianın predmeti maddi, yəni pulla ifadə oluna bilən ziyanın ödənilməsi haqqında tələbdir. Cinayət nəticəsində vurulan maddi ziyanın ödənilməsi haqqında tələb iş üzrə icraat prosesində təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxsin və ya anlaqsız şəxsin hərəkətlərinə görə qanunla maddi məsuliyyət daşıyan digər şəxsə (fiziki, hüquqi) qarşı irəli sürülə bilər. Lakin cinayət işində mülki iddianın qaldırılması imkanı sonsuz deyil. Belə iddia təkcə bir şəxsin başqa şəxsə ziyan vurduğuna görə deyil, həm də bu şəxs tərəfindən (ziyan vuranın) bilavasitə ziyanın vurulmasına səbəb olan və istintaqın və (və ya) məhkəmə baxışının predmeti olan cinayətin törədilməsində təqsirləndirildiyinə görə irəli sürülə bilər. Digər şəxsə (şəxslərə) qarşı cinayət işi çərçivəsində iddia irəli sürülə bilməz. Cinayət-prosessual qanunu cinayət prosesində mülki iddianın qaldırılmasının mümkünlüyünü qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsindən asılı olmayaraq, cinayətlə əlaqələndirir. Digər şəxsin (şəxslərin) cinayətin törədilməsində iştirakının sübuta yetirilməməsi iddia üçün əsasın olmadığını təsdiq etmir, yalnız həmin şəxsin (şəxslərin) cinayət əməlinə aidiyyəti olmadığını müəyyən edir və iddianın lazımi cavabdehə qarşı irəli sürülmədiyini göstərir. Qeyd edilən əsaslar prinsip etibarilə bu şəxsin (şəxslərin) zərərə görə mülki məhkəmə icraatı qaydasında məsuliyyətini istisna etmir, lakin iddianın cinayət prosesində təmin olunması ehtimalını istisna edir, belə ki, cinayət prosesində belə təmin etmənin vacib şərti zərərin cinayətlə vurulmasıdır. Belə hallarda iddia baxılmadan saxlanılır. İddianın baxılmadan saxlanılması iddiaçıya bu şəxsə (şəxslərə) qarşı iddia verməyə (mülki məhkəmə icraatı qaydasında) və bu zaman ittihamın məzmununu təşkil edən faktlara istinad etməyə mane olmur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs göstərmişdir ki, o, ibtidai və məhkəmə istintaqı zamanı cinayət əməli nəticəsində vurulmuş ziyandan hissə-hissə olaraq 4.200 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxsə qaytarmışdır. Qeyd olunan fakt zərərçəkmiş şəxs tərəfindən də təsdiq olunmuşdur. Belə olan halda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin mülki iddiasında göstərilən məbləğin ondan tələb olunan hissəsindən daha artıq məbləği sonuncuya ödəmişdir, belə ki, iddia ərizəsində 9200 manat məbləğində pul dörd nəfərdən müştərək qaydada tələb olunur. Buna baxmayaraq, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ittiham aktında göstərilən məbləğin ona aid hissəsini, yəni yarısını tam olaraq ödəməyə razı olduğunu bildirmiş, bu məbləğdən artıq 4.200 manat ödədiyini, məbləğin qalan hissəsini də ödəməyə etiraz etmədiyini qeyd etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs, Şahid2, Mübariz Yehayevə və Şahid1 qarşı verdiyi mülki iddia baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxsə bu şəxslərə qarşı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququ izah olunmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd, üzərində “X13 de Cologne” yazıları olan şəffaf rəngli, az istifadə olunmuş 15 manat dəyərində 100 ml həcmli ətirin, 1 ədəd, üzərində “X16” yazıları olan, qırmızı rəngli, az istifadə olunmuş 40 manat dəyərində 100 ml həcmli ətirin və 1 ədəd, üzərində “Siberian Spa” yazıları olan və istifadədə olmamış 8,00 manat dəyərində 100 qram kosmetik duzunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-192/2021 saylı 18.10.2021-ci il tarixli hökmü və Xətai rayon məhkəməsinin 7(011)-146/2022 saylı 04.02.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilən cəza ilə qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində 3 (üç) il müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.04.2021-ci il tarixdən 01.04.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 11 ay 16 gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 1 il 11 ay 02 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı» qismində qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən cinayət mühakimə icraatı zamanı Təqsirləndirilən şəxs, Şahid2, Mübariz Yehayevə və Şahid1 qarşı verilmiş mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsə bu şəxslərə qarşı mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququ izah olunsun. İş üzrə maddi sübut olan 1 ədəd, üzərində “X13 de Cologne” yazıları olan şəffaf rəngli, az istifadə olunmuş 15 manat dəyərində 100 ml həcmli ətirin, 1 ədəd, üzərində “X16” yazıları olan, qırmızı rəngli, az istifadə olunmuş 40 manat dəyərində 100 ml həcmli ətirin və 1 ədəd, üzərində “Siberian Spa” yazıları olan və istifadədə olmamış 8,00 manat dəyərində 100 qram kosmetik duzunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar