Məhkəmə qərarları › İş №1(010)-36/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-36/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-36/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda alınaraq ********** VÖEN nömrəsi ilə ünvan 3 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış xx.xx.2021ci il tarixli 46 nömrəli əmək müqaviləsi və həmin tarixli tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub saxlamaq, görüləcək işləri layiqincə yerinə yetirmək, ona etibar edilmiş pulu və digər qiymətliləri qoruyub saxlamaq, israfetməyə yol verməmək, işəgötürənə məxsus və ya ona çatacaq pul vəsaitlərinin təhlükəsizliyini təmin elmək, həmin vəsaitlərin qanunsuz olaraq və şəxsi mənafeyi üçün istifadə etməmək və sair səlahiyyətlərə malik şəxs kimi ona inanılıb tapşırılmış MMC-ə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitini cəmiyyətin xəzinəsinə vaxtında və tam həcmdə ödənilməsinə birbaşa məsuliyyət daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 3 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifariş əsasında öz dislokasiyasına daxil olan satış nöqtələrinə satmaq üçün rəsmi sənədlərlə, o cümlədən xx.xx.2021-ci il № 000073 qaiməyə əsasən 1323.00 Azn, xx.xx.2021-ci il № 000085 qaiməyə əsasən 210.00 Azn, xx.xx.2021-ci il № 000100 qaiməyə əsasən 585.00 Azn, xx.xx.2021-ci il № 000155 qaiməyə əsasən 1894.50 Azn, xx.xx.2021-ci il № 000182 qaiməyə əsasən 2234.00 Azn, xx.xx.2021-ci il № 000219 qaiməyə əsasən 2891.50 Azn, xx.xx.2021-ci il № 000264 qaiməyə əsasən 1420.00 Azn, xx.xx.2021-ci il № 000294 qaiməyə əsasən 1114.80 Azn, xx.xx.2021-ci il № 000458 qaiməyə əsasən 2229.70 Azn, xx.xx.2021-ci il № 000479 qaiməyə əsasən 2652.30 Azn, xx.xx.2022-ci il № 000007 qaiməyə əsasən 2320.30 Azn, xx.xx.2022-ci il № 000155 qaiməyə əsasən 2145.30 Azn, xx.xx.2022-ci il № 000220 qaiməyə əsasən 973.80 Azn, xx.xx.2022-ci il № 000313 qaiməyə əsasən 1339.90 Azn, xx.xx.2022-cil № 000317 qaiməyə əsasən 988.00 Azn, xx.xx.2022-ci il № 000331 qaiməyə əsasən 954.70 Azn, xx.xx.2022-ci il № 000336 qaiməyə əsasən 2160.50 Azn, xx.xx.2022-ci il № 000429 qaiməyə əsasən 1420.00 Azn, xx.xx.2022-ci il № 000465 qaiməyə əsasən 3233.00 Azn, xx.xx.2022-cil № 000659 qaiməyə əsasən 1746.60 Azn, xx.xx.2022-cil № 000730 qaiməyə əsasən 1674.00 Azn, xx.xx.2022-ci il № 000753 qaiməyə əsasən 924.90 Azn, xx.xx.2022-ci il № 000789 qaiməyə əsasən 1094.00 Azn, xx.xx.2022-ci il № 000805 qaiməyə əsasən 3379.50 Azn, xx.xx.2022-ci il № 000841 qaiməyə əsasən 1746.70 Azn, xx.xx.2022-ci il № 000864 qaiməyə əsasən 1615.60 Azn, xx.xx.2022-ci il № 000923 qaiməyə əsasən 852.00 Azn, xx.xx.2022-ci il № 000939 qaiməyə əsasən 1582.40 Azn, xx.xx.2022-ci il № 000970 qaiməyə əsasən 1214.00 Azn, xx.xx.2022-ci il № 000979 qaiməyə əsasən 906.00 Azn, xx.xx.2022-ci il № 001019 qaiməyə əsasən 2052.90 Azn, xx.xx.2022-ci il № 001060 qaiməyə əsasən 2390.90 Azn, xx.xx.2022-ci il tarixli № 001069 qaiməyə əsasən 318.00 Azn, xx.xx.2022-ci il № 001077 qaiməyə əsasən 1229.90 Azn, xx.xx.2022-ci il tarixli № 001101 qaiməyə əsasən 510,00 Azn, xx.xx.2022-ci il № 001120 qaiməyə əsasən 2217.50 Azn, xx.xx.2022-ci il tarixli № 001146 qaiməyə əsasən 468.00 Azn, xx.xx.2022-ci il tarixli № 001177 qaiməyə əsasən 2709.30 Azn, xx.xx.2022-ci il № 001193 qaiməyə əsasən 962.40 Azn, xx.xx.2022-ci il tarixli № 001203 qaiməyə əsasən 764.80 Azn, xx.xx.2022-ci il tarixli № 001219 qaiməyə əsasən 378.00 Azn, xx.xx.2022-ci il № 001233 qaiməyə əsasən 1668.30 Azn, xx.xx.2022-ci il № 001251 qaiməyə əsasən 1097.80 Azn, xx.xx.2022-ci il tarixli № 001279 qaiməyə əsasən 3596.70 Azn, xx.xx.2022ci il № 001322 qaiməyə əsasən 1029.60 Azn, xx.xx.2022-ci il № 001378 qaiməyə əsasən 994.00 Azn, xx.xx.2022-ci il № 001391 qaiməyə əsasən 1226.80 Azn, xx.xx.2022-ci il № 001404 qaiməyə əsasən 1102.60 Azn, xx.xx.2022-ci il № 001424 qaiməyə əsasən 3067.20 Azn, xx.xx.2022-ci il № 001481 qaiməyə əsasən 3399.40 Azn, xx.xx.2022-ci il № 001527 qaiməyə əsasən 1356.40 Azn, xx.xx.2022-ci il № 001564 qaiməyə əsasən 1674.80 Azn, xx.xx.2022-ci il № 001580 qaiməyə əsasən 1286.80 Azn, xx.xx.2022-ci il № 001615 qaiməyə əsasən 1130.80 Azn, xx.xx.2022-ci il № 001631 qaiməyə əsasən 1251.00 Azn, xx.xx.2022-ci il № 001655 qaiməyə əsasən 1089.00 Azn, xx.xx.2022-ci il № 001680 qaiməyə əsasən 2049.80 Azn, xx.xx.2022-ci il № 001695 qaiməyə əsasən 659.70 Azn, xx.xx.2022-ci il № 001811 qaiməyə əsasən 1024.80 Azn, xx.xx.2022-ci il № 001839 əsasən 900.20 Azn, xx.xx.2022-ci il № 001877 qaiməyə əsasən 4993.20 Azn, xx.xx.2022ci il № 001913 qaiməyə əsasən 3383.50 Azn, xx.xx.2022-ci il № 001990 qaiməyə əsasən 1331.10 Azn, xx.xx.2022-ci il № 002006 qaiməyə əsasən 1821.30 Azn, xx.xx.2022-ci il № 002087 qaiməyə əsasən 1440.00 Azn, xx.xx.2022-ci il № 002109 qaiməyə əsasən 1375.30 Azn, xx.xx.2022-ci il № 002131 qaiməyə əsasən 1135.00 Azn, xx.xx.2022-ci il № 002161 qaiməyə əsasən 2565.60 Azn, xx.xx.2022-ci il № 002173 qaiməyə əsasən 950.40 Azn, xx.xx.2022-ci il № 002196 qaiməyə əsasən 2523.20 Azn, xx.xx.2022-ci il № 002201 qaiməyə əsasən 816.40 Azn, xx.xx.2022-ci il № 002245 qaiməyə əsasən 2163.10 Azn, xx.xx.2022-ci il № 002257 qaiməyə əsasən 2150.00 Azn, xx.xx.2022- ci il № 002382 qaiməyə əsasən 1067.50 Azn, xx.xx.2022-ci il № 002398 qaiməyə əsasən 2096.60 Azn, xx.xx.2022-ci il № 002426 qaiməyə əsasən 1641.20 Azn, xx.xx.2022-ci il № 002476 qaiməyə əsasən 1874.80 Azn., xx.xx.2022-ci il № 002488 qaiməyə əsasən 1599.00 Azn, xx.xx.2022-ci il № 002511 qaiməyə əsasən 1112.40 Azn, xx.xx.2022-ci il № 002535 qaiməyə əsasən 2465.40 Azn, xx.xx.2022-ci il № 002584 qaiməyə əsasən 1296.20 Azn, xx.xx.2022-ci il № 002633 qaiməyə əsasən 1123.20 Azn, xx.xx.2022-ci qaiməyə əsasən 785.40 Azn, xx.xx.2022-ci il № 002704 qaiməyə əsasən 1377.80 Azn, xx.xx.2022-ci il № 002711 qaiməyə əsasən 1026.00 Azn, xx.xx.2022-ci il № 002758 qaiməyə əsasən 1447.20 Azn, xx.xx.2022-ci il № 002831 qaiməyə əsasən 1010.60 Azn, xx.xx.2022-ci il № 002846 qaiməyə əsasən 3387.60 Azn, xx.xx.2022-ci il № 002964 qaiməyə əsasən 1622.20 Azn, xx.xx.2022-ci il № 002971 qaiməyə əsasən 1149.10 Azn, xx.xx.2022-ci il № 002987 qaiməyə əsasən 1612.40 Azn, xx.xx.2022-ci il № 003069 qaiməyə əsasən 4007.70 Azn, 16.1 1.2022-ci il № 003106 qaiməyə əsasən 1506.70 Azn, xx.xx.2022-ci il № 003139 qaiməyə əsasən 7100.00 Azn, xx.xx.2022-ci il № 003149 qaiməyə əsasən 1553.80 Azn, xx.xx.2022-ci il № 003166 qaiməyə əsasən 1321.50 Azn, xx.xx.2022-ci il № 003262 qaiməyə əsasən 1780.10 Azn, xx.xx.2022-ci il № 003281 qaiməyə əsasən 1377.00 Azn, xx.xx.2022-ci il № 003363 qaiməyə əsasən 3640.30 Azn, xx.xx.2022-ci il № 003458 qaiməyə əsasən 2107.20 Azn, xx.xx.2022-ci qaiməyə əsasən 1780.00 Azn, xx.xx.2023-cü il № 000033 qaiməyə əsasən 1226.40 Azn olmaqla ümumilikdə 174.187.43 manat məbləğində spirtli içki məhsullarını öz öhdəliyinə qəbul etmiş, onların satışından əldə etdiyi 106.460.94 manat məbləğində pul vəsaitini MMC-nin ünvan 3 ünvanında yerləşən kassasına ödəsə də, öhdəliyində qalan ümumilikdə 67.726.49 manat miqdarında məhsullardan 6.012.70 manat miqdarında məhsul nəqliyyat vasitəsinin bortundan faktiki qalıq olmasına, 26.6 manat dəyərində məhsulun sınmış olmasına, 13.678.05 manat miqdarında pulun isə müştərilərin təsdiqlədiyi borc qalığı olmasına baxmayaraq, qeyd edilən qaimələr əsasında satış nöqtələrinə çatdırmaq üçün ona etibar edilmiş 31.802.80 (otuz bir min səkkiz yüz iki manat səksən qəpik) manat məbləğində spirtli içkiləri satış nöqtələrinə çatdırmayaraq istintaqla müəyyən edilməmiş şəxslərə satışını həyata keçirərək əldə edilmiş 31.802.80 (otuz bir min səkkiz yüz iki manat səksən qəpik) manat, o cümlədən spirtli içkilərin satışından əldə edilərək MMC-nin kassasına mədaxil edilməsi üçün ona etibar edilmiş satış nöqtələrinə çatdırdığı mallara görə mağaza sahibləri tərəfindən ona verilmiş özgə əmlakı olan 16.206.34 (on altı min iki yüz altı manat otuz dörd qəpik) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyərək öz şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs MMC-yə məxsus ümumilikdə 48.009.14 (qırx səkkiz min doqquz manat on dörd qəpik) manat dəyərində, yəni xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs MMC-də əmək müqaviləsi əsasında satış təmsilçisi vəzifəsində işləmişdir. Vəzifəsi Bakı şəhərinin Nizami və Xətai rayonları ərazisində yerləşən obyektlərə alkoqollu içkilərin salışını həyata keçirməkdən və yığdığı pulları kassaya təhvil verməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs MMC ilə rəsmi qaydada əmək müqaviləsi və tam maddi-məsuliyyət haqqında müqavilə imzalamışdır. Malların paylanması üçün ona **-JO-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı yük maşını verilməklə idarə etmişdir. Onlar “isti satış” qaydasında işləyərək, yəni gündəlik olaraq anbardan qaimə əsasında təhvil aldığı malları obyektlərə aparmış, yerində obyektə ehtiyac olan qədər mal vermiş, yerində ödəniş qəbzi tərtib elmiş, qəbzin bir nüsxəsi müştəridə, bir nüsxəsi onlarda qalmışdır. Müştəri pulu, adətən, yerində ona verdiyindən günün sonunda yığdığı pulu və ödəniş qəbzini kassaya təhvil vermişdir. Bəzi obyektlər borc olaraq məhsulu götürmüş, o zaman da ödəniş qəbzi tərtib edilərək qəbzdə “nisyə” kimi qeydiyyat aparılmış, həmin qəbzin də biri müştəridə qalmaqla digəri kassaya təhvil verilmişdir. Sonradan nisyə verdiyi malın pulunu yenə də obyektlərdən yığaraq kassaya təhvil vermişdir. 2023-cü ilin yanvar ayında işlədiyi ərazilərdə audit yoxlaması həyata keçirilmişdir. Həmin vaxt aidiyyəti üzrə cəmiyyətin satış üzrə nəzarətçisi Şahid8 tərəfindən mal qalığı sayılmışdır. Ona təhkim olunmuş **-JO-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı yük maşınının yük yerində malın çoxluğu ilə bağlı, yəni sənədlərə görə maşının yük yerində çox miqdarda mal olsa da, həmin miqdarda malın reallıqda ora yerləşməsinin mümkün olmadığından ondan şübhələnmişlər. Bu səbəbdən maşınının yük yerində olan malların miqdarı sayılmış və qeyd olunan sayda malın olmadığı aşkar olunaraq müəyyən pul məbləğində çatışmazlıq müəyyən edilmişdir. O, vurulmuş ziyanın məbləği ilə razı deyil. Əməlindən peşman olmasını nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, sayında mallar əksik olmuş, 2021-ci ildən MMC-də işləmiş, aylıq məvacibi 1000 manatdan az olmuş, dəfələrlə demiş, malları anbardan götürəndə saymamış, ittihamdakı məbləği qismən qəbul etmiş, maksimum ziyan 10000 manat olmuş, 12600 manat pulu qəbul etmiş, ziyandan 20600 manat ödənilmiş, MMC ilə razılıq əldə edilməsi üçün cəhdlər olmuş, lakin razılıq əldə edilməmiş, yoldaşı vəfat etmiş, himayəsində iki uşağı var, hazırda başqa şirkətdə sürücü işləyir, şirkətlə razılıq əldə etməyə çalışacaqdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs MMC-də əmək müqaviləsi əsasında satış təmsilçisi vəzifəsində işləmişdir. Vəzifəsi Bakı şəhərinin Nizami və Xətai rayonları ərazisində yerləşən obyektlərə alkoqollu içkilərin salışını həyata keçirməkdən və yığdığı pulları kassaya təhvil verməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs MMC ilə rəsmi qaydada əmək müqaviləsi və tam maddi-məsuliyyət haqqında müqavilə imzalamışdır. Malların paylanması üçün ona **-JO-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı yük maşını verilməklə idarə etmişdir. Onlar “isti satış” qaydasında işləyərək, yəni gündəlik olaraq anbardan qaimə əsasında təhvil aldığı malları obyektlərə aparmış, yerində obyektə ehtiyac olan qədər mal vermiş, yerində ödəniş qəbzi tərtib elmiş, qəbzin bir nüsxəsi müştəridə, bir nüsxəsi onlarda qalmışdır. Müştəri pulu, adətən, yerində ona verdiyindən günün sonunda yığdığı pulu və ödəniş qəbzini kassaya təhvil vermişdir. Bəzi obyektlər borc olaraq məhsulu götürmüş, o zaman da ödəniş qəbzi tərtib edilərək qəbzdə “nisyə” kimi qeydiyyat aparılmış, həmin qəbzin də biri müştəridə qalmaqla digəri kassaya təhvil verilmişdir. Sonradan nisyə verdiyi malın pulunu yenə də obyektlərdən yığaraq kassaya təhvil vermişdir. 2023-cü ilin yanvar ayında işlədiyi ərazilərdə audit yoxlaması həyata keçirilmişdir. Həmin vaxt aidiyyəti üzrə cəmiyyətin satış üzrə nəzarətçisi Şahid8 tərəfindən mal qalığı sayılmışdır. Ona təhkim olunmuş **-JO-*** dövlət qeydiyyat nişanlı “Ford” markalı yük maşınının yük yerində malın çoxluğu ilə bağlı, yəni sənədlərə görə maşının yük yerində çox miqdarda mal olsa da, həmin miqdarda malın reallıqda ora yerləşməsinin mümkün olmadığından ondan şübhələnmişlər. Bu səbəbdən maşınının yük yerində olan malların miqdarı sayılmış və qeyd olunan sayda malın olmadığı aşkar olunaraq 31802,80 manat məbləğində çatışmazlıq müəyyən edlmişdir. Daha sonra onun ərazisində geniş təftiş aparılmış və dislokasiya üzrə müştərilərdən yığılıb kassaya təhvil verilməli olan malın məbləğindən ümumilikdə 20.096.37 manat məbləğində çatışmazlıq olduğu müəyyən olunmuşdur. Həmin yoxlama zamanı o, özü də iştirak etmişdir. Daha sonra audit yoxlaması keçirilmiş, hesabında 51899.17 manat çatışmazlıq müəyyən edilmişdir. Lakin o, dəfələrlə bəzi mağazalar tərəfindən borcların ödənilmədiyini bildirmiş, həmin pulları mənimsəmədiyini demişdir. Onun sözlərindən sonra həmin mağazalarda xx.xx.2023-cü il tarixdə yenidən yoxlama aparılmış və mağazalardan yığılaraq kassaya təhvil verilməmiş pulun məbləğinin, yəni çatışmazlığın 20096.37 manat deyil, 16234.18 manat olduğu müəyyən edilmişdir. Ümumilikdə onun hesabında yük maşınının yük yerində olan qalıq ilə birlikdə 48036.98 manat çatışmazlıq olması müəyyən edilmişdir. O, həmin məbləğin 20.000 manatını ödəmiş, yerdə qalan 28036.98 manat pulu da ödəyəcəyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, əvvəlki məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və vəkili qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şirkətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs satış etdiyi obyektlər ərazi üzrə Nizami və Xətai rayonları ərazilərində olmuşdur. Təqsirləndirilən şəxs ** JO *** dövlət qeydiyyat nişanlı “Ford” markalı yük maşını ilə malları obyektlərə çatdırmışdır. Yük maşınının yük yerində satılan məhsullar olmuşdur. Daha sonra yük maşınında olan malların miqdarından şübhələndiklərinə görə 2023-cü ilin yanvar ayında daxili yoxlama aparılmış, bu zaman Təqsirləndirilən şəxs hesabında çatışmazlıq aşkar olunmuş, daha sonra sərbəst audit tərəfindən həyata keçirilən audit yoxlaması zamanı da bu fakt öz təsdiqini tapmışdır. İlkin olaraq müəyyən olunmuşdur ki, maşının yük yerində 31802,80 manat çatışmazlıq olmuşdur. Daha sonra satış nəzarətçisi ərazidə yoxlama aparmış, müəyyən olunmuşdur ki, dislokasiya üzrə müştərilərdən Təqsirləndirilən şəxs tərəfindən yığılmış 20096,37 manat dəyərində spirtli içkilərin dəyəri cəmiyyətin kassasına ödənilməmiş, mənimsənilmişdir. Həmin yoxlamada Təqsirləndirilən şəxs özü də iştirak etmişdir. Daha sonra audit yoxlaması keçirilmiş, müəssisədə 51899,17 manat çatışmazlıq müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bəzi mağazaların bağlandığını, həmin mağazalarda olan məbləğin özü tərəfindən götürülərək mənimsənilmədiyini, mağazaların borcu olduğunu bildirdiyindən sonradan ərazidə yenidən təftiş aparılmışdır. Təqsirləndirilən şəxs öhdəsində olan mağazalarda yenidən xx.xx.2023-cü il tarixdə yoxlama aparılmış və müəyyən edilmişdir ki, mağazalardan Təqsirləndirilən şəxs tərəfindən pullar yığılaraq kassaya ödənilməmiş, yəni mənimsənilmiş məbləğ 20096,37 manat deyil, 16234,18 manat olmuşdur. Arada fərq olan məbləğin isə mağazalar tərəfindən ödənilmədiyi müəyyən olunmuşdur. Ümumillikdə Təqsirləndirilən şəxs tərəfindən yük maşınının yük yerində olan çatışmazlıqla birlikdə 48036,98 manat pul vəsaiti mənimsənilmişdir. Təqsirləndirilən şəxs həmin məbləğin manatını şirkətə ödəmişdir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə 4 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilməsi barədə hökm verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 fevral 2023-cü il tarixli audit rəyi zamanı şirkət tərəfindən maliyyə arayışında məbləğlər səhv olaraq göstərilmişdir. Rəy verilən zamanı həmin maliyyə arayışına baxdığı üçün rəyində də məbləğləri o cür göstərmişdir. Şirkət tərəfindən onlara sonradan müraciət olunmuş, əlavə sənədlər təqdim olunmuşdur. Ona təqdim olunmuş qaimələrdən göründüyü kimi Ələkbərin işlədiyi dövrdə öhdəsinə götürdüyü məhsulların ümumi dəyəri 164399.41 manat deyil, 174187.43 manatdır. Maliyyə arayışında həmin rəqəm səhv göstərilmişdir. Rəyin 4-cü və 6-cı səhifələrində, “Cədvəl İ” və ,”Cədvəl 2” üzrə bort və müştəridə olan mal qalıqlarının cəmi 67726.49 manat təşkil eldiyi halda (37842.10 + 29884.39 = 67726.49) texniki səhv olaraq 57938.47 manat göstərilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə uçot qalığı, yəni müştərilər tərəfindən ödənilməli olan məbləğ 29884.39 manatdır. Arayışda səhv olaraq məbləğ 20096.37 manat göstərilmişdir. 20096.37 manat Ələkbərin ilkin yoxlama zamanı satış nöqtələri üzrə çatışmazlığı olmuşdur, sonradan şirkət tərəfindən müraciət olunan zaman xx.xx.2023-cü il tarixli akt onlara təqdim edilmiş, aparılmış dəqiqləşmələr nəticəsində 3862.19 manat məbləğ qalıq borcdan azaldılmışdır. Ələkbərin satış nöqtələri üzrə çatışmazlığı 16234.18 manat olmuşdur. Bort üzrə çatışmazlıq isə 31802.80 manat olmuşdur. Onun tərəfindən icra olunmuş audit rəyində xx.xx.2023-cü il tarixə "Bort" qalığı 37842.10 manat, inventarizasiya zamanı isə "Bort" da faktiki qalıq 6012.70 manat olmuş, çatışmazlığın məbləği olaraq isə 31802.80 manat göstərilmişdir. Yuxarıda göstərilən məbləğləri çıxdıqda alınan məbləğ 31829.40 manat olur, arada yaranan 26.6 manatlıq fərqlə bağlı bildirmişdir ki, audit rəyində Cədvəl № 1 dən göründüyü kimi yoxlama aparılarkən ümumi dəyəri 26.6 manat olan 3 ədəd məhsul sınıq olaraq göstərilmişdir. Bu səbəbdən həmin məbləğ çatışmazlıq kimi nəzərə alınmamışdır. Sınıq olan məhsulların dəyəri çıxıldıqdan sonra "Bort" üzrə çatışmazlığın məbləği 31802.80 manat olmuşdur. Onun tərəfindən verilmiş 21 fevral 2023cü il tarixli audit rəydə Cədvəl 2-nin "Artıq gələn məbləğ” sütunun yekununda göstərilən 27.84 əhəmiyyətsiz rəqəm olduğundan ehtimal edilən çatışmazlıq məbləğindən çıxılması məqsədə müvafiqdir. Yuxarıda qeyd eldikləri nəzərə alaraq ilkin hesablamalardan, yəni auditin predmeti olması ehtimal edilən 51899.17 manat çatışmazlıqdan 3890.03 manat məbləğin, azaldılması məqsədə müvafiq hesab edilmişdir. Gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs öhdəliyində ehtimal edilən çatışmazlığın miqdarı yekun olaraq 48009.14 (manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının 5-dən etibarən Zərərçəkmiş şəxs MMC-də satış üzrə nəzarətçi vəzifəsində işləyir. Vəzifə üzrə səlahiyyətləri satış təmsilçisinin işinə nəzarət edilməsi, müştərilərlə borcların üzləşdirilməsi, yoxlama aparılması, müştərilərdə olan mal qalığının, satış təmsilçilərinin bort qalığının sayılması və sair işlərdən ibarətdir. Şirkətdə bir neçə satış üzrə nərazətçi olmaqla, bir neçə aydan bir yoxlama aparılır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə satış təmsilçisi vəzifəsinə işə əmək müqaviləsi əsasında qəbul olunmuşdur. Həmin vaxtdan xx.xx.2023-cü il tarixədək cəmiyyətdə işləmişdir. Təqsirləndirilən şəxs ərazi üzrə satış etdiyi obyektlər Nizami və Xətai rayonları ərazilərində olmuşdur. Ələkbər ** JO *** dövlət qeydiyyat nişanlı “Ford” markalı yük maşını ilə malları obyektlərə çatdırmışdır. Yük maşınının yük yerində satılan məhsullar olmuşdur. 2023-cü ilin sonlarından etibarən Ələkbərdə bort qalığı hədsiz çox olduğundan və müştərilər ödəniş etmədiklərindən şübhələnmişdir. Bu barədə soruşduqda Ələkbər müxtəlif bəhanələr edərək müştərilər pulu ödəmədikləri halda malları müştərilərdən geri aldığını bildirmişdir. Bort qalığında görünən miqdarda malın avtomaşının yük yerinə yerləşməsi qeyri-mümkün olmuşdur. Ələkbərin ərazidəki mağazalardan da yığılmamış borcları çox olmuşdur. Bu səbəbdən Ələkbərə mağazalardan borcları tələb etməsini, yaxud da malı geri almasını bildirmişlər. Bundan sonra Ələkbər borcu verməyən mağazalardan malları geri yığdığını demişdir. Ələkbər yığdığı malların bir hissəsinin evində olduğunu və gətirib təhvil verəcəyəni bildirmişdir. Sonradan Ələkbərin yalan danışdığını öyrənmişlər, tərəflərindən avtomaşın yoxlanılarkən qeyd edilən sayda spirtli içki maşında aşkar olunmadığından tərəfindən mal qalığı sayılmışdır. Maşının yük yerində 31802.80 manat miqdarında əskiklik yaranması müəyyən olunmuşdur. Daha sonra satış nəzarətçisi ərazidə təftiş apararkən müəyyən olunmuşdur ki, dislokasiya üzrə müştərilərdən yığılmış 20096.37 manat dəyərində spirtli içkilərin dəyəri cəmiyyətin xəzinədarlığına ödənilməmiş, mənimsənilmişdir. Həmin yoxlama zamanı Ələkbərin özü təftişdə iştirak etmişdir. Daha sonra audit yoxlaması keçirilmiş, müəssisədə 51899.17 manat çatışmazlıq müəyyən olunmuşdur. Ələkbər bəzi mağazaların bağlandığını, həmin mağazalarda olan məbləğin özü tərəfindən götürülərək mənimsənilmədiyini, mağazaların borcu olduğunu bildirdiyindən sonradan ərazidə yenidən təftiş aparılmışdır. xx.xx.2023-cü il tarixdə yoxlama aparılmış və müəyyən edilmişdir ki, mağazalardan Təqsirləndirilən şəxs tərəfindən pullar yığılaraq kassaya ödənilməmiş, yəni mənimsənilmiş məbləğ 20096.37 manat deyil, 16234.18 manat olmuşdur. Arada fərq olan məbləğin isə mağazalar tərəfindən ödənilmədiyi müəyyən olunmuşdur. Mağaza sahibləri həmin borcları özlərinin olduğunu qəbul etmişlər. Ümumillikdə Ələkbərin cəmiyyətə avtomaşında yük qalığı ilə birlikdə 48036.98 manat çatışmazlıq müəyyən edilmişdir. Bununla bağlı tərəflərindən akt tərtib olunmuşdur. Ələkbər həmin məbləğin 20000 manatını şirkətə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəmə zamanı Şahid8 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında gününü dəqiq xatırlamadığı tarixdən 16 may 2022-ci ilədək Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində işləmişdir. İşdən çıxdıqdan sonra Şahid7 anbarı təhvil vermişdir. Onun əsas işi istehsalatdan anbara daxil olan spirtli içki məhsularının qəbulu, eləcə də anbardan çıxan eyni növlü məhsulların təhvilindən ibarət olmuşdur. İstehsalatdan anbara mal daxil olduqda bu barədə qaimə tərtib olunmuş, qaiməni istehsal rəisi və anbardar imzalayaraq anbardar malı təhvil alır. Qaimə isə sistemə işlənilir. Anbardan mal satış təmsilçisi tərəfindən götürülür, belə ki, satış təmsilçisi mühasibatlıqda tərtib olunmuş qaimə ilə anbara gələrək həmin qaimədə malın miqdarı göstərilir. Məhsullar satış təmsilçisinə qaimə əsasında verilir. Qaimə iki nüsxədə tərtib olunur, qaimə satış təmsilçisi və anbardar kimi onun tərəfindən imzalanır, bir nüsxə ekspeditorda, bir nüsxə isə onda qalır. Anbardar kimi o, qaiməni operatorlara təhvil verir. Satış təmsilçisi malı təhkim olunmuş maşın vasitəsilə mağazalara sataraq işin sonunda, gün ərzində yığılmış qaimələr sistemə işlənilməklə baş mühasib Şahid2 tərəfindən eyniləşdirmə aparılmışdır. Məhsullar anbarda işləyən fəhlələr tərəfindən MMC-yə məxsus yük maşınlarına yüklənmişdir. Ekspeditorlar tək işləmişlər, yanlarında heç kim olmamış, yük maşınları da ekspeditorlara təhkim olunmuşdur. Təqsirləndirilən şəxs ilə yuxarıda qeyd edilən qaydada işlər aparılmışdır. Təqdim olunan qaimələrdə olan imzalar ona aid olan qrafada onun tərəfindən, Ələkbərə aid olan qrafada Ələkbər tərəfindən imzalanmışdır. Ekspeditorun avtomaşınının bortu onun tərəfindən yoxlanılmır, zərurət olduqda cəmiyyətin auditi bortun yoxlamasını yoxlayıb qalığı çıxarır. Anbarın da ayrı-ayrı vaxtlarda audit tərəfindən yoxlanması aparılmışdır. Ələkbərin işlərindən onun məlumatı olmamışdır. Ekspeditor gündəlik borla qaimələr əsasında yığmış məhsulları satış keçirməklə işin sonunda qayıdıb satılan məhsulların qaimələrini baş mühasibə təhvil vermiş, maşının bortundan çıxmış məhsulu müştərinin adına salmaqla gündəlik proses həyata keçirilmişdir. Sonradan məlumatı olmuşdur ki, Ələkbər tərəfindən şirkətə məxsus pul mənimsənilmişdir. İşlədiyi müddətdə bu barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ildən hal-hazıra kimi Zərərçəkmiş şəxs MMC-də baş mühasib vəzifəsində işləyir. Vəzifəsi MMC-də cəmiyyətin ümumi mühasibatlıq işlərini həyata keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə satış təmsilçisi vəzifəsinə işə əmək müqaviləsi əsasında qəbul olunmuşdur. Həmin vaxtdan xx.xx.2023-cü il tarixədək cəmiyyətdə işləmişdir. Ələkbərin ərazi üzrə satış etdiyi obyektlər Nizami və Xətai rayonları ərazilərində olmuş və ** JO *** dövlət qeydiyyat nişanlı “Ford” markalı yük maşını ilə malları obyektlərə çatdırmışdır. Yük maşınının yük yerində satılan məhsullar olmuşdur. Təqsirləndirilən şəxs iş fəaliyyəti ilə bağlı bildirmişdir ki, ümumillikdə cəmiyyətdə fəaliyyət göstərən ekspeditorlar anbardan çıxan məhsulları mühasiblikdə tərtib olunmuş qaimələr əsasında təhvil alırlar. Qaimə 2 nüsxədə tərtib olunur, tərtib olunmuş qaimələrdə anbardar və ekspeditorlar tərəfindən imza olunur, həmin qaimənin 1 nüsxəsi anbardarda, 1 nüsxəsi isə ekspeditorda qalır. İşin sonunda yığılmış qaimələr operatorlara təhvil verilir, operatorlar tərəfindən sistemə işlənilir, tərəfindən eyniləşdirmə aparılır. Eyniləşdirmə aparıldıqdan sonra onun razılığı əsasında spirtli içki məhsulları fəhlələr tərəfindən MMC-yə məxsus yük maşınlarına yüklənir. Ekspeditorlar tək işləyirlər, yanlarında heç kim olmur, yük maşınları da ekspeditorlara təhkim olunur. Ekspedilorlara təqdim edilmiş postterminallar vasitəsi ilə məhsullar sifariş olunur. Həmin sifarişlər operatorlar tərəfindən yerinə yetirilir və sonda qaimə şəklində mühasibatlığa təqdim olunur. Ekspeditorun avtomaşınının bortu anbardar tərəfindən yoxlanılmır, zərurət olduqda cəmiyyətin auditi tərəfindən maşınların bortları yoxlanılaraq qalıqlar çıxarılır. Anbarın özü də audit tərəfindən müxtəlif vaxtlarda yoxlanılır. Ələkbərin cəmiyyətdən pul mənimsəmələrindən məlumatı olmamışdır. Ekspeditorlar Ələkbər tərəfindən şirkətə məxsus pulun mənimsənilməsini sonradan bilmişdir. Hazırda bildiyi qədər Ələkbər tərəfindən şirkətdən mənimsənilmiş məbləğin 20000 manatı geri ödənilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışında məbləğlər səhv olaraq göstərilmişdir. Ələkbər işlədiyi dövrdə öhdəsinə götürdüyü məhsulların ümumi dəyəri 164.399.41 manat deyil, 174 min manatdan artıq olmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə uçot qalığı, yəni müştərilər tərəfindən ödənilməli olan məbləğ 29884.39 manatdır. Arayışda səhv olaraq məbləğ 20096.37 manat göstərilmişdir. 20096.37 manat Ələkbərin ilkin yoxlama zamanı satış nöqtələri üzrə çatışmazlığı olmuş, sonradan bəzi mağazaların bağlanaraq pulları ödəmədikləri müəyyən edilmişdir, yenidən yoxlama keçirilmiş müştərilərin təsdiq etdiyi borc 13.678.05 manat olmuşdur. Ələkbərin satış nöqtələri üzrə çatışmazlığı 16234.18 manat olmuşdur. Bort üzrə çatışmazlıq isə 31802.80 manat olmuşdur. Bunlar “1C" mühasibatlıq proqramından çıxarılmışdır. Bu səbəbdən bort üzrə çatışmazlıqda səhv ola bilməz, həmin məbləğ 31802.80 manatdır. Müştərilərlə də üzləşdirmə keçirilib, satış nöqtələri üzrə isə çatışmazlıq 16234.18 manatdır. Sadəcə Ələkbərin ümumi dövriyyəsi səhv olaraq 164.399.41 manat göstərilmişdir. Təqdim edilmiş qaimələrdə də Ələkbərin işlədiyi dövrdə öhdəsinə götürdüyü məhsulların ümumi dəyəri 174 min manatdan artıq olması aydın görünür. İlkin dövrdə sənədləri əskik təqdim etmələri səbəbindən bu cür səhvə yol verilmişdir. Üzləşmə zamanı müştərilərin təsdiq etdiyi borc 13678.05 manat olmuşdur. Bəzi marketlərdə borc onların uçot qalığından bir qədər artıq olmuş, bu məbləğlər cüzi məbləğlər olmaqla ümumilikdə 27,84 manatdır. Ola bilsin ki, Ələkbər uçot apararkən xırda səhvlər etmiş, şirkət tərəfindən bu məbləğlər çatışmazlıqdan çıxarılmamışdır. Şahidlər Şahid7, Şahid4 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid7 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaq zamanı Şahid6 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahidlər bbasov Xəyal Qədir oğlu və Şahid3 ibtidai istintaq zamanı Şahid8 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, vəkilinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 16 noyabr 2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə satış təmsilçisi kimi işə qəbul edilmişdir. Cinayət işinin materiallarında olan “əmək müqaviləsinə xitam verilməsi” barədə 27 fevral 2023-cü il tarixli 12/k nömrəli əmrin və 27 fevral 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişin surətindən görünür ki, Zərərçəkmiş şəxs MMC bölməsində “satış təmsilçisi” vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70 nömrəli maddəsinin “ç”-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda” bəndinə əsasən 27 fevral 2023-cü il tarixindən xitam verilmişdir. Cinayət işinin materiallarında olan 15 fevral 2023-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2021-ci il tarixindən Zərərçəkmiş şəxs MMC-nin satış təmsilçisi vəzifəsinə qəbul olunmuşdur. Həmin dövrdən 19 yanvar 2023-cü il tarixinədək ona müştərilərə çatdırmaq məqsədilə 164399.41 manat dəyərində spirtli içkilər təhvil verilmiş və qeyd edilən müddət ərzində onun müştəriləri tərəfindən 106460.94 manat məbləğində ödəniş edilmişdir. Bort və müştəridə olan mal qalığı 57938.47 manat təşkil etmişdir. Bu məbləğdən 20096.37 manat məbləğində spirtli içkilərin dəyəri MMC-yə ödənilməmişdir. Bort qalığı 37842.10 manat dəyərində təşkil etməli olduğu halda inventarizasiya nəticəsində faktiki olaraq 6012.70 manat olmuşdur. Beləliklə bort qalığı 31802.80 manat təşkil əskik gəlmişdir. Cinayət işinin materiallarında olan 24 oktyabr 2023-cü il tarixli, 3-16-16/2- 9/5887/2023 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin sabiq ekspeditoru Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış 48.036,98 manat çatışmazlıqla bağlı 01 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən MMC-nin kassasına 20.000,00 manat məbləğində ödəniş aparılmışdır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən aparılmış əməliyyatlarla bağlı Zərərçəkmiş şəxs MMC-də qaimələrə, aktlara eləcə də cədvəl məlumatları nəzərə alınmaqla sabiq ekspeditor Təqsirləndirilən şəxs hesabı üzrə 28.036,98 manat çatışmazlığın yaranması müəyyən edilir. Təqsirləndirilən şəxs hesabında Zərərçəkmiş şəxs MMC-də satış üçün tam maddi məsuliyyətinə qəbul etdiyi məhsullar üzrə yaranmış çatışmazlığa görə məsuliyyət məsələsi hüquqi xarakterli olduğuna görə istintaq tərəfindən həll edilməlidir. Cinayət işinin materiallarında olan 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1189 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, xx.xx.2022-ci il № 000939 qaimədə, 05.04.22-cil il № 000970 qaimədə, xx.xx.2022-ci il № 000979 qaimədə, xx.xx.2022-ci il № 001019 qaimədə, xx.xx.2022-ci il № 001060 qaimədə, xx.xx.2022-ci il № 001077 qaimədə, xx.xx.2022-ci il № 001120 qaimədə, xx.xx.2022-ci il № 001193 qaimədə, xx.xx.2022-ci il № 001233 qaimədə, xx.xx.2022-ci il № 001251 qaimədə, xx.xx.2022-ci il № 001322 qaimədə, xx.xx.2022-ci il № 001378 qaimədə, xx.xx.2022-ci il № 001391 qaimədə, xx.xx.2022-ci il № 001404 qaimədə, xx.xx.2022-ci il № 001424 qaimədə, xx.xx.2022-ci il № 001481 qaimədə, xx.xx.2022-ci il № 001527 qaimədə, xx.xx.2022-ci il № 001564 qaimədə, xx.xx.2022-ci il № 001580 qaimədə, xx.xx.2022-ci il № 001615 qaimədə, xx.xx.2022-ci il № 001631 qaimədə, xx.xx.2022-ci il № 001655 qaimədə, xx.xx.2022-ci il № 001680 qaimədə, xx.xx.2022-ci il № 001695 qaimədə, xx.xx.2022-ci il № 001811 qaimədə, xx.xx.2022-ci il № 001839 qaimədə, xx.xx.2022-ci il № 001877 qaimədə, xx.xx.2022-ci il № 001913 qaimədə, xx.xx.2022-ci il № 001990 qaimədə, xx.xx.2022-ci il № 002006 qaimədə, xx.xx.2022-ci il № 002087 qaimədə, xx.xx.2022-ci il № 002109 qaimədə, xx.xx.2022-ci il № 002131 qaimədə, xx.xx.2022-ci il № 002161 qaimədə, xx.xx.2022-ci il № 002173 qaimədə, xx.xx.2022-ci il № 002196 qaimədə, xx.xx.2022-ci il № 002201 qaimədə, xx.xx.2022-ci il № 002245 qaimədə, xx.xx.2022-ci il № 002257 qaimədə, xx.xx.2022-ci il № 002382 qaimədə, xx.xx.2022-ci il № 002398 qaimədə, xx.xx.2022-ci il № 002426 qaimədə, xx.xx.2022-ci il № 002476 qaimədə, xx.xx.2022-ci il № 002488 qaimədə, xx.xx.2022-ci il № 002511 qaimədə, xx.xx.2022-ci il № 002535 qaimədə, xx.xx.2022-ci il № 002584 qaimədə, xx.xx.2022-ci il № 002633 qaimədə, xx.xx.2022-ci il № 002644 qaimədə, xx.xx.2022-ci il № 002704 qaimədə, xx.xx.2022-ci il № 002711 qaimədə, xx.xx.2022-ci il № 002758 qaimədə, xx.xx.2022-ci il № 002831 qaimədə, xx.xx.2022-ci il № 002846 qaimədə, xx.xx.2022-ci il № 002964 qaimədə, xx.xx.2022-ci il № 002971 qaimədə, xx.xx.2022-ci il № 002987 qaimədə, xx.xx.2022-ci il № 003069 qaimədə, xx.xx.2022-ci il № 003106 qaimədə, xx.xx.2022-ci il № 003139 qaimədə, xx.xx.2022-ci il № 003149 qaimədə, xx.xx.2022-ci il № 003166 qaimədə, xx.xx.2022-ci il № 003262 qaimədə, xx.xx.2022-ci il № 003281 qaimədə, xx.xx.2022-ci il № 003363 qaimədə, xx.xx.2022-ci il № 003458 qaimədə, xx.xx.2022-ci il № 003478 qaimədə, xx.xx.2023-cü il № 000033 qaimədə “Təhvil aldı:” qrafalarındakı imzalar, xx.xx.2023-cü il tarixli aktda və 16.234.18 manat çatışmamazlığın göstərilməsi barədə cədvəldə “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imzalar. xx.xx.2023-cü il tarixli **-JO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan mal qalığı barədə aktda “Satış təmsilçisi Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza, xx.xx.2023-cü il tarixli öhdəsində olan 20.096.37 manat əskik gəlmə barədə aktda “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza, xx.xx.2021-cü il tarixli və xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrdə "İşçi" qrafalarındakı imzalar, xx.xx.2021-ci tarixli 46 nömrəli əmək müqaviləsində Təqsirləndirilən şəxs adından olan imzalar- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan Xətai Rayon Məhkəməsinin e-2(011)-4928/2023 nömrəli 01 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs ilə cavabdeh X7 arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 18 avqust 2011-ci il tarixdə 1354 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra 03 mart 2012-ci il təvəllüdlü X8 və 31 avqust 2020-ci il təvəllüdlü X6 ataları-iddiaçı Təqsirləndirilən şəxs yanında saxlanılmaqla onun himayəsinə verilmişlər. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı 843784 nömrəli 28 mart 2012-ci il tarixli və AZ-İV seriyalı 511101 nömrəli 26 sentyabr 2020-ci il tarixli «doğum haqqında» şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahından 03 mart 2012-ci ildə X8 və 31 avqust 2020-ci ildə X6 adlı uşaqları doğulmuşdur. Cinayət işinin materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 410161 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 fevral 2024-cü ildə ölmüşdür. Cinayət işinin materiallarından görünür ki, 06 mart 2024-cü ildə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 2 nömrəli X5 tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməyib. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1987-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan 94 saylı MKİS tərəfindən verilmiş 28 mart 2024cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs uşaqları ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadırlar. Cinayət işinin materiallarında olan 94 saylı MKİS tərəfindən verilmiş 28 mart 2024cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2011-ci il tarixdən 94 saylı MKİS-nin ərazisində yerləşən Telnov küçəsi, bina 3, mənzil 80-ə qeydiyyata düşmüşdür. Qeydiyyata düşdüyü vaxtdan bu günə kimi onun barəsində 94 saylı MKİS-nə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 26 mart 2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 26 mart 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını və onları böyüdən tək ata olmasını, əməlindən peşman olaraq təqsirini qismən səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət törətməsini, yaşadığı yerdən müsbət xarakterizə olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, belə olan halda təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin başlanğıcı hökmün faktiki olaraq icra edildiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci tətbiq edilməsinə kifayət qədər əsas olduğundan, ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi onun uşaqları on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, cinayət qanununun həmin maddəsinə görə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Bu qərara gələrkən məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxsin hazırda azadlıqdan məhrum ediləcəyi halda 02 azyaşlı uşaqlarının gələcək həyatı və şəxsiyyət kimi formalaşmalarına ciddi şəkildə mənfi təsir göstərə bilər. Odur ki, təqsirləndirilən şəxsin cəzanı çəkməsi uşaqları on dörd yaşına çatanadək təxirə salınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində qüvvədə olan qətimkan tədbirini müzakirə edərək bununla bağlı belə qənaətə gəlir ki, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 277 (iki yüz yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il 06 (altı) ay müddətə satış təmsilçisi vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı hökmün faktiki olaraq icra edildiyi gündən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs uşaqları 03 mart 2012-ci il təvəllüdlü X4 və 31 avqust 2020-ci il təvəllüdlü X2 on dörd yaşlarına çatanadək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 277 (iki yüz yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar