Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-360/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmayan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Bağlar yaşayış massivi, nömrəsiz ünvanda yaşayan, 1-2 noyabr 2022-ci tarixdə barəsində «polisin nəzarəti altına vermə qismində» qətimkan təsbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgəsinin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən ünvan 2 ünvanında yerləşən köşkə plastik pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olub orada olan masanın üzərindən 50 manat pulu və 1300 manat dəyərində müxtəlif markalı siqaretləri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1350 (min üç yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 31 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində yaşadığı evdən bir qədər aralıda Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi ilə kəaişmişdir. Bu zaman yolun kənarında olan üzərində “Köşk” yazılmış mağaza diqqətini çəkmiş,belə ki, həmin köşkün pəncərəsində dəmir barmaqlıq olmamış plastikdən olmuşdur. Bu zaman həmin mağazadan oğurluq etmək fikrinə düşmüş və pəncərəyə yaxınlaşaraq ətrafa baxmış,onu kiminsə görməməsinə əmin olduqdan sonra əli ilə pəncərəni içəri doğru itələmişdir. Pəncərə açıldıqda həmin pəncərədən içəri daxil olaraq kassada olan 50 manat nəğd pulu götürərək cibinə qoymuş və mağazada olan siqaretləri orada olan sellofan torbaya yığaraq daxil olduğu pəncərədən çıxaraq yaşadığı ünvana getmişdir. Səhəri gün təxminən 100 ədəd siqaret qutularını qonşuluqda yaşayan və mağaza işlədən tanışı Vüqara təklif etmişdir.Vüqar həmin siqaretlərin haradan əldə etdiyini soruşduqda Vüqara bildirmişdir ki, iş yoldaşı ona olan borcunun əvəzinə vermişdir.Bundan sonra həmin siqaretləri Vüqarla birlikdə sayaraq satmış və Vüqar siqaretlərin müqabilində ona 50 manat ilkin olaraq vermiş, 400 manat pulu da qısa zamanda verəcəyini vəd vermişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində polis əməkdaşları onunla əlaqə saxlayaraq 30-cu polis bölməsinə dəvət etmişlər. O, artıq törətdiyi cinayətin üstünün açıldığını görüb etiraf etmək qərarına gəlmiş və polis bölməsinə getmişdir. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 01 noyabr 2022-ci il tarixdə saat 14 radələrində qonşuluqda yaşayan Qəzənfər adlı şəxs ona yaxınlaşaraq müxtəlif çeşiddə siqaretləri satmaq istədiyini bildirmişdir. O,Qəzənfərdən həmin siqaretləri haradan əldə etdiyini soruşduqda Qəzənfər bildirmişdir ki, tanışı ona olan borcunun yerinə vermiş bu səbəbdən də həmin siqaretləri dəyərindən aşağı qiymətə satır. Qəzənfərin ona etdiyi təklif sərfəli olduğu üçün o, Qəzənfərlə razılaşmış və həmin siqaretləri çeşidindən asılı olaraq qiymətindən ucuz almışdır. Onlar qiyməti 450 manata razılaşmış və ilk olaraq Qəzənfərə 50 manat pul vermişdir. Daha sonra isə 50 manat pulu əlavə olaraq onun bank hesabına köçürmüşdür. Sonradan, yəni 10 noyabr 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Qəzənfər həmin siqaretləri Hövsan qəsəbəsində olan mağazadan oğurlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisədən bir ay əvvəl ünvan 3 ünvanında yerləşən köşkü icarəyə götürərək orada tütün məhsulları, şirniyyat və sərinləşdirici içkilər sataraq dolanmağa başlamışdır. Hər gün səhər saat 07 radələrində oranı açmış və axşam saat 22 radələrində obyekti bağlamışdır. 30 oktyabr 2022-ci il tarixdə axşam hesab işi ilə bağlı olduğu üçün obyekti 31 oktyabr 2022-ci il tarixə üçün gecə saat 01 radələrində bağlayıb evə getmişdir. Səhərisi gün saat təxminən 07 radələrində gəlib köşkü açdıqda köşkün plastik pəncərəsinin açıq halda olmasını və içərinin dağınıq vəziyyətdə olmasını görmüşdür. Bu zaman obyektdən oğurluq olmasını başa düşmüş və obyekti axtardıqda cəmi 1300 manat dəyərində müxtəlif tütün məhsullarının və 50 manat pulun yerində olmadığını müəyyən etmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və obyektə baxış keçirmişlər. Hadisə nəticəsində ona ümumilikdə 1350 manat maddi ziyan dəymişdir. Məhkəməyə daxil olmuş ərizəsinə əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənildiyinə görə ona qarşı heç bir şikayət və tələbi olmamasını və gələcəkdə də olmayacağını bildirmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan baxış keçirilmə və götürmə haqqında 31 oktyabr 2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşir. Hadisə köşkə plastik pəncərəni açmaq yolu ilə qanunsuz olaraq daxil olub orada olan masanın üzərindən 50 manat pulu və 1300 manat dəyərində müxtəlif markalı siqaretləri gizli olaraq talamaqla həyata keçirilmişdir. Cinayət işinin 20-ci vərəqində olan ifadənin yerində yoxlanılması haqqında 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin yoxlanılması zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadədə göstərilən xüsusatların hadisə yerində göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə hadisə yerinə gəldilər. Orada Təqsirləndirilən şəxs bildirdi ki, 31 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində yaşadığı evdən bir qədər aralıda Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi ilə kəzişmiş, bu zaman yolun kənarında olan üzərində “Köşk” yazılmış mağaza diqqətini çəkmişdir. Belə ki, həmin köşkün pəncərəsində dəmir barmaqlıq olmamış və plastikdən olmuşdur.Bu zaman həmin mağazadan oğurluq etmək fikrinə düşmüş, pəncərəyə yaxınlaşaraq ətrafa baxmış və onu kiminsə görməməsinə əmin olduqdan sonra əli ilə pəncərəni içəri doğru itələmişdir. Pəncərə açıldıqda həmin pəncərədən içəri daxil olaraq kassada olan 50 manat nəğd pulu götürərək cibinə qoymuş və mağazada olan siqaretləri orada olan sellofan torbaya yığaraq daxil olduğu pəncərədən çıxaraq yaşadığı ünvana getmişdir. Səhəri gün təxminən 100 ədəd siqaret qutularını qonşuluqda yaşayan və mağaza işlədən tanışı Vüqara təklif etmiş, Vüqar həmin siqaretlərin haradan əldə etdiyini soruşduqda Vüqara bildirdi ki, iş yoldaşı ona olan borcunun əvəzinə vermişdir.Bundan sonra o, həmin siqaretləri Vüqarla birlikdə sayaraq satmış və Vüqar siqaretlərin müqabilində ona 50 manat ilkin olaraq vermiş, 400 manat pulu da qısa zamanda verəcəyini vəd vermişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində polis əməkdaşları onunla əlaqə saxlayaraq 30-cu polis bölməsinə dəvət etmişlər. O, artıq törətdiyi cinayətin üstünün açıldığını görüb etiraf etmək qərarına gəlmiş və polis bölməsinə getmişdir. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Cinayət işinin 87-94-cü vərəqələrində olan məhkəmə-daktiloskopik ekspertizasının 28 fevral 2023-cü il tarixli 3/382 №-li rəyindən görünür ki, təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthindəki ovuc izləri və 3”a”,4,”b”,5”a”,”b”,6, 7 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə, kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol ovucunun hipotenar hissəsindən, 4 sayh daktilolentin səthindəki əl-barmaq izi isə onun sol əlinin böyük barmağından qalmışdir. Təqdim edilmiş 2 saylı daktilolentin səthindəki ovuc izi, 3”a”,”b”,5”a”,”b”,6,7 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs ovuc və əlbarmaqlarından qalmamışdır. Cinayət işinin 30-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 62-63-cü vərəqlərində olan 12 noyabr 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Araz Məhərrəmovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞnə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 65-66-cı vərəqlərində olan 12 noyabr 2022-ci il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənildiyinə görə ona qarşı heç bir şikayət və tələbi olmamasını və gələcəkdə də olmayacağını bildirmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını və maddi ziyanın ödənilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, məhkəmə istintaq zamanı tutma altında saxlanıldığı 11 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 il (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 150,29 (bir yüz əlli manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-360/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-360/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver