Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-360/2024 24.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı X2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 30 mart 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Suraxanı Rayon Məhkəməsinin 1(010)- 285/2022 nömrəli iş üzrə 20 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib eyni Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırki iş üzrə 18– 20 mart 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 02 avqust 2024-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsində istintaqa məlum olmayan mənbədən xeyli miqdarda 155,0 qram çəkidə bitki məşəli çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 17 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Sabunçu bazarında istintaqa məlum olmayan şəxsdən 15 manata alaraq xeyli miqdarda təmiz çəkisi 0,984 qram kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, 18 mart 2024-cü il tarixdə saat 11:50 radələrində Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan açıq sarı rəngli qış gödəkçəsinin sol iç cibindən 01 ədəd sarı rəngli sellofan kəsiyi bükümündə xeyli miqdarda təmiz çəkisi 155,0 qram bitki məşəli çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən isə 01 ədəd sellofan kəsiyi bükümündə xeyli miqdarda təmiz çəkisi 0,984 qram olan kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda əvvəlki məhkəmə iclasında təqsirli bilməsə də, sonuncu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarda olan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 01 ədəd şəffaf sarı rəngli sellofana bükülmüş “şüşə” kimi tanıdığı psixotrop maddəni 15 manata almış və cibinə qoyub saxlamışdır. 01 ədəd bükümdə olan qurudulmuş marixuananı isə 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsində yerləşən məişət tullantıları konteynerinin yanından tapmış və yaşadığı evin zirzəmisində saxlamışdır. 18 mart 2024-cü il tarixdə zirzəmidə saxladığı marixuananı istifadə etməsi üçün götürmüş, elə həmin günü saat 11:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, sonra sonuncunun özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş, üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə dəvət olunmuşdur. O, Suraxanı Rayon Polis İdarəsinə gələrək orada şəxsiyyəti müəyyən olunmuş və videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsi zəruri olmasını bildirilmişdir. O, etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən xidməti otaqların birində videoçəkilişlə baxış keçirilmiş, əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxardıb təqdim etməyi təklif olunmuşdur. O, əynində olan sarı rəngli qış gödəkçəsinin sol iç cibindən həmin bir ədəd bükümdə olan qurudulmuş marixuananı və əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “şüşə” kimi tanıdığı psixotrop maddəni təqdim etmişdir. Bundan sonra hər iki bükümlər polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulmuş, zərf möhürlənmiş, bu barədə protokol tərtib olunumuşdur. Protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin Narkotirklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, xidməti vəzifənin icrası zamanı 18 mart 2024-cu ildə daxil olmuş məlumat əsasında Suraxanı Rayon Polis İdarəsinin rəisinin əmri ilə yaradılmış əməliyyat qrupunun rəhbəri kimi, NMB-in polis əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə keçirilən əməliyyataxtarış tədbirlərində iştirak etmişdir. Keçirilən tədbir zamanı xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatları yoxlanılmış və əməliyyat qrupunun rəhbəri kimi şəxs barəsində malik olduğu məlumatlara əsasən tədbirin vaxtını keçiriləcək ərazini müəyyənləşdirmişlər. 18 mart 2024-cü il tarxidə saat 11:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsində müşahidə aparmağa başlamış və Təqsirləndirilən şəxs yol ilə tək getdiyini görərək saxlanılmasını qərara almışdır. Onlar yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsi barədə məlumatların yoxlanılması üçün saxlanıldığını bildirmişlər. O, Təqsirləndirilən şəxs araşdırmanın davam etdirilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə getməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş və onunla birlikdə polis idarəsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinə gətiriləndən sonra araşdırmanın aparılması Suraxanı RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tapşırılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, sonra sonuncunun üstündə videoçəkilişlə şəxsi axtarış aparmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs müdafiə hüquqlarını izah etmiş, vəkil ilə bağlı mövqeyini soruşanda Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkil istəmədiyini bildirmiş, vəkildən imtina etməsinin yazılı ərizə ilə təsdiq etmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Ayaz Meydanov tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah etmiş, sonuncuya üstündə qanunsuz saxlanılan nə varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki açıq sarı rəngli qış gödəkcəsinin sol iç cibindən 01 ədəd sarı rəngli sellofana bükülmüş, içərisində qurudulmuş bitki yarpaqlarına bənzər spesifik qoxuya malik bükümü, sonra əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən isə 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət bükümü təqdim etmişdir. Təhqiqatçı sarı rəngli sellofana bükülmüş bükümü açaraq içərisində qurudulmuş bitki yarpaqlarının olduğunu, digər bükümü açaraq içərisində psixotrop maddə metamfetaminə oxşar kristalşəkilli ağ maddə olduğunu bildirmişdir. Bükümlər barədə təhqiqatçının suallarına cavabında Təqsirləndirilən şəxs qurudulmuş bitki yarpaqlarına bənzər narkotik maddəni Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən məişət tullantıları konteynlerinin yanından tapdığını, şəffaf sellofanda olan ağ rəngli kristallardan ibarət maddəni isə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən (bazardan tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra təhqiqatçının tapşırığı ilə NMB-nin əməliyyat müvəkkili Şahid2 həmin şəxsin üstünü ətraflı axtarmışdır. Təhqiqatçı içində maddə olan bükümləri bir kağız zərfə qoyaraq zərfi möhürləmiş, üstündə yazılı qeydlər aparmış və iştirakçılar zərfi imzalamışlar. Şəxsi axtarışın aparılması barədə təhqiqatçı protokol tərtib edərək iştirakçıları onunla tanış etmiş, iştirakçılar protokolu imzalamış, Təqsirləndirilən şəxs etiraz etməmiş protokolu imzalamışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki açıq sarı rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd sarı rəngli sellofana bükülmüş içərisində ağ rəngli qurudulmuş bitki yarpaqlarına bənzər spesifik qoxuya malik bükümü Əmircan qəsəbəsində yerləşən məişət tullantıları konteynerin yanında tapmasını, sonra əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət bükümü təqdim edir, təqdim etdiyi kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu bazarında tanımadığı şəxsdən aldığını bildirir. Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilir, amma onun üzərindən özünün təqdim etdiyi bir ədəd sarı rəngli sellofana bükülmüş içərisində ağ rəngli qurudulmuş bitki yarpaqlarına bənzər spesifik qoxuya malik bükümdən və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət bükümdən başqa heç bir əşya və ya vasitə aşkar olunmur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2024cü il tarixli, 3-16/16/2-6/1599 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Seyfullayev...sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,984 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,984 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq-0,934 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/458 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs 1)imza Ə.Sefullayev...”yazılan zərfdə 1 ədəd sarı rəngli sellofanda təmiz çəkisi 155,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: 1. Tədqiqatlar “Çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” (Bakı., 2005-ci il) metodik vəsaitində göstərilmiş metodlarla aparıldı.
2. Marixuananın təmiz çəkisi - 155,0 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 154,95 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3507 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 20 mart 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 03 avqust 2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,984 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,934 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 155,0 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 154,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 23 may 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi” barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməldən peşman olaraq təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)- 285/2022 nömrəli iş üzrə 20 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib eyni Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 1(010)-285/2022 saylı 20 oktyabr 2022-ci il tarixli hökmü 22 noyabr 2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs cəza müddət sona çatdığı üçün üzərində nəzarət dayandırılmış və 10 iyun 2024-cü il tarixdə müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin qüvvəsinə görə Təqsirləndirilən şəxs əməlində residiv yoxdur. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək başqa hal da mövcud deyil. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 18– 20 mart 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 11 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 avqust 2024-cü ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,934 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq çəkisi 154,95 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 151 (yüz əlli bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18– 20 mart 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansım və ona qəti olaraq 11 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 02 avqust 2024-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,934 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq çəkisi 154,95 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 151 (yüz əlli bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Hakim Namiq Kərimov