Məhkəmə qərarları › İş №1(010)-363/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-363/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-363/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi, Suraxanı Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Qanuni nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 18 iyun 2022-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarı ləğv olunmaqla, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.4 və 133.2.6cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Suraxanı Rayon Məhkəməsinə 16 avqust 2022-ci ildə daxil olub. İş üzrə ittiham aktının nəticəvi hissəsində aşağıdakılar qeyd olunur: Təqsirləndirilən şəxs «təqsirləndirilir ondan ötrü ki, o, 2021-ci ilin yay aylarında yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi, 6F nömrəli evdə ögey qızı yetkinlik yaşına çatmayan xx xxxxxxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 yuyulmuş paltarları quruması üçün sərmədiyinə görə evin mətbəxində olan iri çəngəl tipli ucu kəsici əşya ilə zorakı hərəkətlər edib fiziki ağrı yetirməklə döş qəfəsinin və sağ əlin arxa səthinin kəsilmiş səthi yara izləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran, 2021-ci ilin iyul ayında həmin yaşadıqları ünvanda təkrarən Zərərçəkmiş şəxs1 hamam otağında olan əl-üz dəsmalı ilə sifətini silməsinə görə mətbəxdə isitmiş olduğu qaşıq zorakı hərəkətlər edib ağrı yetirməklə ilə hər iki budun, sol sağrı nahiyəsinin, sağ ayaqaltı nahiyənin yanıq yaraları izləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran, 31 dekabr 2021ci ilin iyul ayında həmin yaşadıqları ünvanda təkrarən Zərərçəkmiş şəxs1 onun azyaşlı uşağını bir yerdə saxlaya bilməməsinə onun evini səliqəsiz vəziyyətə salıb əşyaları evə dağıtmasına görə mətbəxdə soyuducudan götürmüş olduğu hindquşu ilə ona qarşı zorakı hərəkətlər edib güclü fiziki ağrı yetirməklə təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, təpənsə nahiyəsinin hematoması, döş qəfəsinin yarısının və sol qoltuqaltı nahiyənin sıyrıqları, sağ dirsək oynağı nahiyəsinin əzilmiş yarası, sağ əlin arxa səthinin qançırı, sağ əlin İ barmağının dırnaq yatağına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuran nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı, əzab verib işgəncə verməklə törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 6F nömrəli evdə ögey oğlu Zərərçəkmiş şəxs2 məişət münasibətləri zəminində zorakı hərəkətlər edib fiziki ağrı yetirməklə sağ sağrının depiqmentasiya sahələri termiki yanıq izləri ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirib zorakı hərəkətlərlə güclü fiziki ağrı verib əzabla işgəncə verməni törətmişdir». İttiham aktının nəticəvi hissəsində həmçinin qeyd olunur ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməlini törədib. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək aşağıdakıları qeyd edir. İşin faktik hallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 xx xxxxxxx 2004-cü il təvəllüdlü olmaqla 18 yaşına çatmayıb. Azərbaycan Respublikası CPM-nin 100.4 və 100.5-ci maddələrinə əsasən «14 yaşdan 18 yaşadək olan zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki cavabdeh məhdud fəaliyyət qabiliyyətlidir. Həmin şəxslərin cinayət prosesinin iştirakçıları qismində öz hüquqlarını müstəqil həyata keçirmək imkanları bu Məcəllədə nəzərdə tutulmuş hallarda onların qanuni nümayəndələrinin razılığı ilə məhdudlaşdırılır», «Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin cinayət-prosessual fəaliyyət qabiliyyəti cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün müəyyən edilir». Beləliklə Zərərçəkmiş şəxs1 hazırda məhdud fəaliyyət qabiliyyətli sayılmalıdır. Azərbaycan Respublikası CPM-nin 101.1-ci maddəsinə əsasən «Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir». Qanunvericiliyin yuxarıda istinad edilən və s. aidiyyəti müddəalarını nəzərə aldıqda görünür ki, məhdud fəaliyyət qabiliyyətli Zərərçəkmiş şəxs1 iş üzrə ibtidai istintaq dövründə qanuni nümayəndə ilə təmin olunmalı idi. İşin faktik hallarından görünür ki, X4 adlı şəxs 13 yanvar 2022-ci ildə fərdi qaydada fəaliyyət göstərən vəkil X3 etibarnamə vermiş, həmin etibarnaməyə əsasən sonuncu ibtidai araşdırma orqanına 24 yanvar 2022-ci il tarixli ******* nömrəli vəkil orderi təqdim etmişdir (iş v. 53.54). Daha sonra X5 ərizə ilə ibtidai araşdırma orqanına müraciət edərək Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində tanınmasını xahiş etmiş, müstəntiqin 10 may 2022-ci il tarixli qərarı ilə ərizə təmin olunaraq o, Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində tanınmış və cinayət prosesinə buraxılmışdır (iş v. 55 – 57). Eyni zamanda qeyd olunur ki, X5 məhdud fəaliyyət qabiliyyətli Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində işə buraxıldığına baxmayaraq, o, bəzi prosessual sənədlərdə zərərçəkmiş şəxsin nümayəndəsi, bəzi prosessual sənədlərdə isə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi qeyd olunub (iş v. 66 – 70, 236, 243). Məsələ ilə bağlı ilk növbədə qeyd olunur ki, vəkil X3 etibarnamə vermiş şəxs X1 məhdud fəaliyyət qabiliyyətli Zərərçəkmiş şəxs1 dayısı olduğu bildirildiyinə baxmayaraq, iş materiallarına bu halı təsdiq edə biləcək heç bir rəsmi sənəd əlavə olunmayıb. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 101.1-ci maddəsinin tələblərini nəzərə alaraq eyni zamanda qeyd edir ki, hətta X1 məhdud fəaliyyət qabiliyyətli Zərərçəkmiş şəxs1 dayısı olduğu müəyyən edilsə belə o, cinayət prosesində həmin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində iştirak edə bilməz. Belə olan halda X1 X3 verdiyi etibarnamə də sonuncunun cinayət prosesində məhdud fəaliyyət qabiliyyətli Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi qismində iştirak etməsinə əsas vermir. Beləliklə, X1 və X2 zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etmək hüququna malik olmadıqlarını nəzərə aldıqda görünür ki, iş üzrə ibtidai araşdırma dövründə məhdud fəaliyyət qabiliyyətli Zərərçəkmiş şəxs1 prosessual qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuş, o, cinayət prosessual qanunvericiliyin tələbinə zidd olaraq qanuni nümayəndə ilə təmin edilməmişdir. X1 və X2 məhdud fəaliyyət qabiliyyətli Zərərçəkmiş şəxs1 qanuna zidd olaraq nümayəndəsi (və ya qanuni nümayəndəsi) qismində cinayət prosesinə buraxıldıqlarını, X2 bir sıra prosessual hərəkətlərdə bilavasitə iştirak etdiyini nəzərə aldıqda həmçinin görünür ki, ibtidai araşdırma orqanı müvafiq səlahiyyətə malik olmayan şəxsi (şəxsləri) cinayət prosesinə buraxmaqla ittiham tərəfini heç bir qanuni əsas olmadan gücləndirmişdir. Bu hal müdafiə tərəfinin mövqeyinin əsassız zəifləməsinə yönəlmiş hərəkət və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 299.3.2-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında «aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə» məsələyə baxılır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən «təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)» cinayət işinin materiallarına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır». Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı aşağıdakıları qeyd etməyi də zəruri sayır. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində «cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə» qərar qəbul edilə bilər. Həmin Məcəllənin 306-cı maddəsinə əsasən «306.1. Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 306.2. Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə». Məhkəmə prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbirinin müddəti Bakı Apelyasiya Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən olunmuş vəzifələrin icrası şərti ilə 30 sentyabr 2022-ci il tarixinədək uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.4 və 133.2.6cı maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinın baxılmasına xitam verilsin və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbirinin müddəti Bakı Apelyasiya Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən olunmuş vəzifələrin icrası şərti ilə 30 sentyabr 2022-ci il tarixinədək uzadılsın. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar