Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-364/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 28 – 29 mart 2022-ci il tarixləri üzrə tutulmuş, 29 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,695 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üstündə saxlamaqla daşımış və 28 mart 2022-ci il tarixdə saat 00:25 radələrində axtarışda olan X5 ilə birlikdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telnov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,695 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 28 mart 2022ci il tarixdə saat 00:25-də Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telman küçəsində, yaşadığı evin yaxınlığında əvvəllər tanıdığı Nurlan adlı şəxsdən bir büküm heroini 8 manata almış və orada durub söhbət etmişlər. Bu zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etdilər. Bu zaman üzərində narkotik maddə olduğu üçün, tutulmaqdan qorxduğu üçün qaçmağa cəhd göstərmiş və bu səbəbdən də polis əməkdaşları onu şübhəli şəxs qismində saxlayıb Nurlanla birlikdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət etdilər. Ona Suraxanı RPİ-nin 31-ci polis bölməsinin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyalarını təqdim etməyini bildirildilər. Bu zaman o, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmiş və içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni yanında olan Nurlan adlı şəxsdən 8 manata alıb üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş bükümdəki narkotik vasitə heroin onun iştirakı ilə bir ədəd kağız zərfə qablaşdırılmış, möhürlə möhürlənərək götürülmüşdür. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 mart 2022-ci il tarixdə o, və iş yoldaşları Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid4, Şahid2 və Şahid1 birlikdə xidmətdə olduqları zaman Suraxanı RPİ-nin İstintaq Şöbəsində istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində barəsində axtarış elan edilmiş X3 Xəzər rayonu, Mərdəkan qəsəbəsində olması barədə məlumat daxil olmuş və bundan sonra onlar birlikdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Telnov küçəsinə getmişlər. Həmin küçədə xarici əlamətlərindən X4 bənzəyən şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını və istintaqdan yayındığı üçün barəsində axtarış elan edildiyini bildirmişlər. Bu zaman Nurlan Dadaşovun yanında bir nəfər şəxs də olmuş və həmin ikinci şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onların polis əməkdaşı olduqlarını bildikdən sonra hər ikisi səmimi olaraq üzərlərində narkotik vasitə olduğunu demişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qaçıb uzaqlaşmaq istəyən zaman buna imkan verməyərək onu saxlamışlar. Daha sonra onlara üzərlərində şəxsi axtarış və götürmə aparılmasının vacib olduğunu bildirərək Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. 31-ci polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin bükümün onun özünə məxsus olduğunu, həmin narkotik maddəni Nurlandan 8 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra aşkar edilmiş bir ədəd büküm götürülərək qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Qəşəm oğlu Şahid3 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 28 mart 2022-cı il tarixli 6/1674 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqat obyekti üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №195» dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,695 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahl İ) daxildir». 13 iyul 2022-cı il tarixli 6/3725 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,695 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə üzərində “...N.Dadaşov...” soyad və imzalar qeyd edilmiş zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,207 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 18 iyun 2022-cı il tarixli 3326 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində iki nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,595 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 157 (yüz əlli yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 – 29 mart 2022-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, narkoloji dispanserində qeydiyyata alınmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,595 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 157 (yüz əlli yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-364/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-364/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver