Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-364/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru X11, Zərərçəkmiş şəxs Orucova (Məmmədova) Firuzə Akif qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X25 iştirakları ilə xx xxxxxxxx 1957-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 11 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vuran bədən xəsarətləri yetirmə ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 06 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində ünvan 2 ünvanında yerləşən Suraxanı Rayon Məhkəməsinin inzibati binasının dəhlizində oğlu Şahid2 arvadı X21 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əli ilə bir neçə dəfə Firuzə Məmmədovanı sifətindən və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona sol alt çənə və çənəaltı nahiyənin hematoması, hər iki saidin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunur. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X14 Məmmədovun həyat yoldaşı olmuşdur. Lakin onların münasibətlərində problemlər yarandığından, Binəqədi Rayon Məhkəməsində nikahın pozulması və mənzildən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət edilmişdir. 06 dekabr 2023-cü il tarixdə, oğlu Şahid2 barəsində İXM-nin 157-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsində inzibati icraat aparılmışdır. O da oğlu Şahid5 ilə birlikdə, Suraxanı Rayon Məhkəməsinə gəlmiş və məhkəmənin inzibati binasında dəhlizdə oturaraq prosesdə iştirak edən digər oğlu Şahid2 gözləmişdir. Həmin vaxt məhkəmə iclas zalında keçirilən prosesdə oğlu Şahid2 və gəlini Firuzə Məmmədova iştirak etmişdir. Proses bitdikdən sonra, gəlini Firuzə məhkəmə iclas zalından çıxaraq məhkəmənin inzibati binasında giriş qapısının yanında olan yerə yaxınlaşaraq mobil telefonu götürüb ona tərəf yaxınlaşaraq əlində olan mobil telefonu ona tərəf tutaraq telefonda hansısa məlumatı ona göstərmək istəmişdir. O, Firuzənin mobil telefonda ona göstərmək istədiyi məlumata baxmaqdan imtina etmiş və əli ilə telefonu özündən kənarlaşdırmışdır. Bundan sonra, Firuzə onu təhqir etməyə başlamışdır. Sonra, məhkəmədə olan polis əməkdaşlarının dəvəti ilə o, və Şahmar inzibati binadan çıxmışlar. Həmin vaxt orada Şahmar, Firuzənin atası Akif, məhkəmənin inzibati binasını mühafizə edən şəxslər, polis əməkdaşları və onun tanımadığı digər şəxslər olmuşdur. Firuzə Məmmədovanı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. O, ancaq Firuzənin ona tərəf tutduğu telefonu əli ilə kənarlaşdırmışdır. Firuzə Məmmədovanın onun barəsində qeyd etdikləri şər və böhtan xarakteri daşıyır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsə xəsarət yetirməmişdir. Firuzə Məmmədova telefonu özü gətirmişdir. Həmin vaxt oğlu Şahin çöldə, Şahmar isə məhkəmə iclas zalında olmuşdur. F.Məmmədovanın əlindən telefonu almağa cəhd göstərməmişdir. Aralarında hazırda barışıq yoxdur. Sonda isə məhkəmədən özünü təqsirli bilməməsini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Orucova (Məmmədova) Firuzə Akif qızı ifadəsində göstərmişdir ki, Şahid2 onun həyat yoldaşı olmuşdur. Şahmar ilə 21 sentyabr 2022-ci il tarixdə ailə həyatı qurmuşdur. Şahid2 onun ikinci həyat yoldaşıdır. O, bir dəfə ailəli olub boşanmışdır. Onun birinci nikahından bir azyaşlı uşağı vardır. O, Şahmar ilə ailə həyatı qurduqdan sonra, qısa müddət mehriban yaşasalar da, sonradan aralarında problemlər yaranmağa başlamışdır. Şahmarın ona qarşı etmiş olduğu hərəkətlər barəsində dəfələrlə Şahmarın anasına və öz anasına bildirmişdir. Lakin yenə də, ailəsi dağılmasın deyə, Şahmarın hərəkətlərinə dözmüşdür. O, hamilə olduğu dövrlərdə Şahmar onu dəfələrlə döyərək xəsarət yetirmişdir. Şahmarın ona qarşı etmiş olduğu tərbiyəsiz və qeyri-etik hərəkətlər dözülməz vəziyyətə gəldiyindən, o, artıq Şahmarın hərəkətlərindən bezmişdir. Sonuncu dəfə, Şahmar 02 oktyabr 2023-cü il tarixdə onu evdə sillə və təpik ilə vurmuş, sonra isə bıçaq ilə qol və bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişdir. O, hamilə olduğundan həmin gün vəziyyəti pisləşmiş və Şahmardan onu xəstəxanaya aparmasını xahiş etmişdir. Şahmar ona məxsus mobil telefonu, ona aid olan sənədləri və plastik pul kartını götürərək evdən çıxıb getmişdir. O, ev telefonundan valideyinlərinin yaşadığı evi yığaraq anası ilə danışmış və Şahmarın onu döyərək xəsarət yetirdiyini və hazırda vəziyyətinin pis olduğunu demişdir. Anası Şahmarı ondan soruşduqda, o, Şahmarın evdə olmadığını demişdir. Bir neçə dəqiqədən sonra, onun valideynləri, Şahmarın anası Sünbül, qardaşı Şahin və Şahmar evə gəlmişlər. Atası Şahmardan nə üçün belə hərəkət etməsinin səbəbini soruşduqda, Şahmar atasına heç bir söz deməyərək başını aşağı salmışdır. Atası bu barədə polis və təcili tibbi yardıma məlumat verməyin vacib olduğunu demişdir. Bu vaxt Şahmarın qardaşı Şahin atasına biraz səbrli olmasını demişdir. Şahin atasına axırıncı dəfə şans vermələrini, əgər alınmasa, bu məsələni özü həll edəcəyini demişdir. 13 oktyabr 2023-cü il tarixdə, özünü pis hiss etdiyi üçün Şahmar ilə birlikdə DTX-nin hospitalına getmişlər. DTX-nin hospitalında müayinə olunduqda, bətnində olan uşağın tələf olduğu müəyyən edilmişdir. Buna görə də, həkimlər tərəfindən ona məsləhət görülmüşdür ki, təcili olaraq əməliyyat olunaraq tələf olunmuş uşaq ana bətnindən götürülməlidir. Həmin günü, yəni 13 oktyabr 2023-cü il tarixdə, o, DTX-nin hospitalında əməliyyat olunmuş və tələf olunmuş uşağı bətnindən götürülmüşdür. Təxminən 20 oktyabr 2023-cü il tarixdə, Şahmar ilə yenidən müayinə olunmaq üçün DTX-nin hospitalına getmişlər. Hospitalda həkim Şahmardan genetik analiz verməyin lazım olduğunu demişdir. Orada müayinə olunduqdan sonra, hospitaldan çıxıb maşına yaxınlaşanda Şahmar sillə ilə onun sifət nahiyəsinə zərbə vurmuş və ona sən yəgin döyülməyin ilə bağlı həkimə məlumat vermisən, buna görə də, həkimin ondan qan analizi tələb etməsini demişdir. O, bundan sonra, avtomobilin arxa oturacağına əyləşmiş, Şahmar sükan arxasından arxa tərəfə çevrilərək ona -“səni aparıram atangilin evinə”-demişdir. Şahmar onu atasının evinə aparmış, o isə maşından düşmək istəmədiyi üçün maşında oturmuşdur. Bu vaxt atası binanın qarşısına gəlmiş və onları görmüşdür. Atası Şahmar ilə görüşmüş və ondan nə üçün burada dayandıqlarını soruşmuşdur. Şahmar atasına özünün işlərinin olduğunu, lakin onun yuxarı qalxacağını bildirmişdir. Sonra, anası aşağı düşərək onu avtomobildən aşağı düşürmüşdür. O, bu barədə polisə məlumat vermiş və Şahmarın barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati iş açılaraq Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Buna görə də, Suraxanı Rayon Məhkəməsində 06 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs qismində iştirak etmişdir. Məhkəmə prosesi yekunlaşandan sonra o, məhkəmə iclas zalını tərk edəndə Şahmarın anası Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ünvanına-“sən ermənisən, buna görə də, sənin qanında erməni qanı vardır.”-sözlərini demişdir. O, məhkəmənin giriş qapısının yanında saxlanc yerində saxladığı mobil telefonu götürüb Sünbülə oğlunun onun iş yoldaşı ilə yazışmalarını göstərmək istədiyini demişdir. Şahin anasına yaxınlaşaraq lazım deyil demiş və onu anasının yanından uzaqlaşdırmağa çalışmışdır. Bu vaxt o, telefonu götürərək məhkəmənin giriş qapısından çıxmış və telefonda olan mesajları Təqsirləndirilən şəxs yaxınlaşdırıb göstərmək istəmiş, Şahin ona maneçilik törətmək istəyəndə Təqsirləndirilən şəxs əli ilə onun alt çənə nahiyəsinə zərbə vurmuşdur. O, özünü itirmiş, bu vaxt orada olan polis əməkdaşları onu məhkəmə binasına salaraq su gətirmişlər. O, Təqsirləndirilən şəxs tərəfindən vurularaq xəsarət aldığı üçün DİN-nin 102 xidmətinə və Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda aralarında barışıq olmamışdır. Həmin gün Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etməmiş, iclasda yalnız özü, Şahmar və polis əməkdaşı olmuşdur. Ona xəsarəti Təqsirləndirilən şəxs yetirmişdir. Hadisə zamanı Şahid2la boşanmamış, lakin hazırda rəsmi olaraq boşanmışlar. Hazırda soyadı Orucova olmuşdur. Telefonu Şahmarla iş yoldaşı arasında olan yazışmaları Təqsirləndirilən şəxs göstərmək üçün götürmüşdür. Hadisə Suraxanı Rayon Məhkəməsinin inzibati binasının giriş qapısının yanında, çöl hissədə pilləkənlərin qarşısında baş vermişdir. Atasının həmin vaxt harada olmasını bilməmiş, sonuncu dəfə harada gördüyünü də özündə olmadığından xatırlamamışdır. Polis əməkdaşları onu məhkəmənin inzibati binasının içərisinə gətirdikdən sonra, atasını içəridə görmüşdür. Təqsirləndirilən şəxs şikayətçidir. Bu barədə məhkəməyə ərizə təqdim etmiş, həmin ərizə 15 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Evli olan zaman qızı Firuzənin soyadı Məmmədova olmuşdur. Qızı Firuzə, Şahid2 ilə 21 sentyabr 2022-ci il tarixdə ailə həyatı qurmuşdur. Firuzə Şahmar ilə ailə həyatı qurduqdan sonra, qısa müddət mehriban yaşasalar da, sonradan aralarında problemlər yaranmağa başlamışdır. Firuzə Şahmarın ona qarşı etmiş olduğu hərəkətlər barəsində anasına bildirmişdir. 02 oktyabr 2023-cü il tarixdə Firuzə onun yaşadığı evə zəng edərək Şahmar tərəfindən döyülərək xəsarət almasını və hazırda vəziyyətinin pis olduğunu bildirmişdir. O, həyat yoldaşı Simnaz Əhmədovanı götürərək kürəkəni Şahmar və qızı Firuzənin yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki mənzillərinə getmişlər. O, mənzilə daxil olmuş, qızı Firuzənin öz yatağında uzanaraq ağladığını görmüşdür. O, nə baş verməsini Firuzədən soruşmuşdur. Firuzə ona Şahmarın heç bir əsaslı səbəb olmadan onu sillə və təpik ilə vurduğuunu demişdir. Bir neçə dəqiqədən sonra, Şahmarın anası Sünbül, qardaşı Şahin və Şahmar da evə gəlmişlər. O, Şahmardan nə üçün belə hərəkət etməsinin səbəbini soruşduqda, Şahmar ona heç bir söz deməyərək başını aşağı salmışdır. O, bu barədə polisə və təcili tibbi yardıma məlumat verməyin vacib olduğunu demişdir. Bu vaxt Şahmarın qardaşı Şahin ona biraz səbirli olmasını,o, isə onlara axırıncı dəfə şans verməsini, əgər alınmasa, bu məsələni özü həll edəcəyini demişdir. Firuzə və Şahmarı mehriban olmaqları üçün başa salaraq həyat yoldaşı ilə birlikdə mənzili tərk etmişdir. 13 oktyabr 2023-cü il tarixdə qızı Firuzənin bətnində olan uşağın tələf olduğu üçün DTX-nin hospitalında əməliyyat olunduğunu və tələf olunmuş uşağın ana bətnindən götürüldüyünü eşitmişdir. Təxminən 20 oktyabr 2023cü il tarixdə işdən evə gəlmiş və avtomobili saxlayıb aşağı düşmüş, bu zaman Şahmarın avtomobilinin yaşadığı binanın qarşısında dayandığını görmüşdür. Avtomobilə yaxınlaşmış, qızı Firuzənin avtomobilin arxa oturacağında əyləşdiyini görmüşdür. O, Şahmar ilə görüşmüş və nə üçün burada dayandıqlarını soruşmuşdur. Şahmar ona özünün işi olduğunu, lakin Firuzənin yuxarı qalxacağını demişdir. Firuzə ilə Şahmarın mübahisə etdiklərini hiss etmiş, buna görə də, onlara fikir vermədən yaşadığı mənzilə qalxaraq həyat yoldaşına Şahmar ilə Firuzənin avtomobildə binanın qarşısında dayandıqlarını demişdir. Həyat yoldaşı nə baş verməsini öyrənmək üçün mənzildən çıxaraq həyətə düşmüşdür. Daha sonra, Firuzənin Şahmarın onu döyməsi ilə bağlı polisə müraciət etdiyini və Şahmarın barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati iş açılaraq Suraxanı Rayon Məhkəməsinə göndərildiyini eşitmişdir. Buna görə də, Suraxanı Rayon Məhkəməsində 06 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs qismində qızı Firuzə iştirak etmişdir. Həmin vaxt o da qızı Firuzə ilə birlikdə Suraxanı Rayon Məhkəməsinə getmiş və Firuzəni məhkəmənin inzibati binasında gözləmişdir. Məhkəmə prosesi yekunlaşandan sonra, qızı Firuzə məhkəmə iclas zalını tərk edəndə Şahmarın anası Təqsirləndirilən şəxs ona yaxınlaşaraq-“sən ermənisən, buna görə də, sənin qanında erməni qanı vardır”-ifadələrini işlətmişdir. Bu vaxt qızı Firuzə Sünbülə-“əgər istəyirsənsə, giriş qapısının yanında saxladığım mobil telefonu götürüb oğlunun mənim iş yoldaşım ilə yazışmalarını sənə göstərim demişdir.” Həmin vaxt Şahinin anası Sünbülə yaxınlaşaraq ona lazım olmadığını demiş və onu Firuzənin yanından uzaqlaşdırmağa çalışmışdır. Qızı Firuzə mobil telefonu götürərək məhkəmənin giriş qapısından çıxmış və telefonda olan mesajları Təqsirləndirilən şəxs yaxınlaşıb göstərmək istəyəndə Şahin ona maneçilik törətmək istəmiş, bu zaman Təqsirləndirilən şəxs əli ilə Firuzənin alt çənə nahiyəsinə zərbə vurmuşdur. Firuzə özünü itirmiş, həmin vaxt orada olan polis əməkdaşları onu məhkəmə binasına salaraq su gətirmişlər. O, tez Firuzəyə yaxınlaşmış və Firuzə xəsarət alması ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra isə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə günü məhkəmənin inzibati binasında Firuzə və o olmuş, qarşı tərəfdən isə Təqsirləndirilən şəxs, oğlu Şahin və Şahmar gəlmişdir. Təqsirləndirilən şəxs qızına xəsarət yetirmiş, Firuzənin alt çənə nahiyəsi şiş vəziyyətdə olmuşdur. Şahinin Firuzənin qolundan tutduğunu görmüş, daha sonra, polis əməkdaşları və digər şəxslər qarşısında olduğu üçün xəsarətin yetirildiyi anı görməmişdir. Təqsirləndirilən şəxs tərəfindən qızı Firuzəyə xəsarət yetirildiyini şəxsən görməmişdir. Firuzənin üzü şişmişdi, ona bu xəsarəti Sünbülün yetirdiyini demişdir. Hadisə məhkəmənin inzibati binasının giriş qapısının yanında, məhkəmənin içərisində, mühafizə polisinin yanında baş vermişdir. Həmin vaxt qızını düşündüyündən, videomüşahidə kameralarına diqqət etməmişdir. Hadisə yerinin videogörüntülərinə baxmamışdır. Məhkəmə iclas katibi ona yaxınlaşanda və zərərçəkmiş şəxsə polis əməkdaşları su verən zaman qarşı tərəf məhkəmənin inzibati binasında olmamış, oradan getmişlər. Özü hadisə baş verən zaman məhkəmənin inzibati binasının dəhlizində olmuş, turniketi gec keçmişdir. Hadisə turniketlə inzibati binanın giriş qapısı arasında olan hissədə giriş qapısının çöl tərəfində baş vermişdir. Şahin qızının sağ qolundan tutmuş, xəsarət izləri qalmışdır. Firuzənin çənə nahiyəsində şiş olduğu üçün həkimin qəbulunda olan zaman yalnız çənə nahiyəsinə baxış keçirilmişdir. Qızına xəsarətin vurulduğu anı görməmiş, amma bir ata kimi hiss etmişdir. Həmçinin hadisədən sonra qızı Firuzə 102 xidmətinə və 31-ci polis şöbəsinə müraciət edən zaman bədəni üzərində xəsarətin olmasını özü görmüşdür. Əvvəllər də Təqsirləndirilən şəxs Firuzəni vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2022ci il tarixdən DİN-nin Baş Mühafizə İdarəsinin Suraxanı Rayon Mühafizə İdarəsinin mülki mühafizəçisi işləyir. 06 dekabr 2023-cü il tarixdə o, Suraxanı Rayon Məhkəməsinin inzibati binasının mühafizəsini təşkil edərkən məhkəmənin iclas zalında keçirilən prosesdən çıxan tanımadığı, təxmini 35 yaşında olan qadının onun əyləşdiyi yerə yaxınlaşaraq dolabda olan özünə məxsus mobil telefonunu götürərək inzibati binanın içərisində olan yaşlı qadına yaxınlaşmış və əlində olan mobil telefonunda hansısa məlumatı göstərmək istəyərkən onların arasında mübahisə yaranmış və həmin yaşlı qadın telefonu ona göstərən qadını əli ilə geri itələyərək ona günah sənin özündədir demişdir. Bu vaxt onların arasında mübahisə yaranmış və orada olan polis əməkdaşı ilə birlikdə, o, həmin yaşlı qadını və onun yanında olan iki nəfər şəxsi məhkəmənin inzibati binasından çıxarmışlar. O, məhkəmənin inzibati binasına daxil olmuş və həmin qız özünü pis hiss etdiyi üçün ona su vermişdir. Həmin vaxt onun yanında atası olmuşdur. Bir neçə dəqiqədən sonra, həmin qızın vəziyyəti yaxşılaşdığından inzibati binanı tərk edərək getmişlər. Hadisə zamanı məhkəmənin iş fəaliyyəti pozulmamışdır. Məhkəmə iclasına verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı orada bir nəfər polis əməkdaşı olmuş, zərərçəkmiş şəxsin atası isə həmin vaxt məhkəmənin inzibati binasının dəhlizində olmuşdur. Hadisədən sonra tərəflər inzibati binadan ayrı-ayrılıqda getmişlər, ilk öncə təqsirləndirilən şəxs, daha sonra isə zərərçəkmiş şəxs getmişdir. Hadisə yerini aydın görə bilmişdir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurduğunu isə görməmişdir. Bildiyi o olmuşdur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə telefonda nə isə göstərmək üçün uzatmış, təqsirləndirilən şəxs isə onun qolundan itələmiş və “Günah səndədir” ifadəsini işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi zamanı göstərmişdir ki, X21 onun keçmiş həyat yoldaşı olmuşdur. 06 dekabr 2023-cü il tarixdə, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin sahə rəisi kimi tanıdığı Şahid6 onun mobil telefonuna zəng edərək onu polis sahə məntəqəsinə dəvət etmişdir. O, bir neçə dəqiqədən sonra polis sahə məntəqəsinə getmiş və orada polis kapitanı Şahid6 ona barəsində inzibati protokol tərtib olunduğunu bildirmişdir. Şahid6 onun barəsində tərtib olunmuş protokola imza etməsini təklif etmiş, lakin o protokol ilə tanış olmaq istəsə də, sahə rəisi tərəfindən ona imkan verilməmişdir. Şahid6 ilə birlikdə, Suraxanı Rayon Məhkəməsinə gəlmişdir. Suraxanı Rayon Məhkəməsinə gedərkən qardaşı Şahinə zəng edərək sahə rəisi tərəfindən məhkəməyə aparıldığını bildirmişdir. Onlar Suraxanı Rayon Məhkəməsinin inzibati binasına daxil olmuş və bir neçə dəqiqədən sonra, keçmiş həyat yoldaşı Firuzə Məmmədova və onun atası Şahid3 da məhkəmənin inzibati binasına daxil olmuşlar. Sonra, onu və Firuzə Məmmədovanı məhkəmə iclas zalına dəvət etmişlər. Həmin vaxt anası Təqsirləndirilən şəxs və qardaşı Şahini məhkəmənin inzibati binasının qarşısında görmüşdür. Suraxanı Rayon Məhkəməsinin iclas zalında onun barəsində tərtib edilmiş protokol ilə tanış olmuş və müəyyən etmişdir ki, o Firuzəni döyərək xəsarət yetirdiyi üçün barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Buna görə də, tərtib edilmiş protokola əsasən barəsində Suraxanı rayon məhkəməsində hakim tərəfindən proses aparılmağa başlanılmışdır. Həmin prosesdə o və Firuzə Məmmədova iştirak etmişdir. Təxminən 40 dəqiqədən sonra, proses başa çatmış, ilk olaraq Firuzə Məmmədova zalı tərk etmiş, sonra isə o zaldan çıxmışdır. Həmin vaxt anası Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin inzibati binasında onu gözləmişdir. Firuzə zaldan çıxan kimi üzünü anasına tutaraq ona-“utan yaylığından”-demiş, sonra isə məhkəmənin inzibati binasının giriş qapısının yanında olan yerə yaxınlaşaraq mobil telefonu götürüb yenidən dəhlizdə dayanan anasına tərəf yaxınlaşaraq əlində olan mobil telefonu anasına tərəf tutaraq telefonda hansısa məlumatı ona göstərmək istəmişdir. Anası Firuzənin mobil telefonda ona göstərmək istədiyi məlumata baxmaqdan imtina etmiş və əli ilə telefonu özündən kənarlaşdırmışdır. Sonra Firuzə ona yaxınlaşaraq yumruq ilə sinəsinə zərbə vuraraq onu təhqir etməyə başlamışdır. Firuzəyə heç bir əhəmiyyət verməyərək anası ilə birlikdə, məhkəmənin inzibati binasını tərk etmişdir. Firuzə onun anası ilə mübahisə edərkən orada özü, Firuzənin atası Akif, məhkəmənin inzibati binasını mühafizə edən şəxslər, polis əməkdaşları və tanımadığı digər şəxslər olmuşdur. Firuzə Məmmədova yalan ifadə vermiş, anası onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. O, xəsarət alması ilə bağlı məhkəmə tibbi ekspertizasından keçməyi ehtiyac bilməmişdir. Mübahisə təxminən 1 dəqiqə müddət davam etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, inzibati xəta ilə bağlı məhkəmə iclası zamanı qarşı tərəfdən məhkəmədə zərərçəkmiş şəxs və atası Akif olmuşdur. Onun tərəfdən isə anası və qardaşı gəlmiş, özü məhkəmə iclas zalından çıxan zaman anası onu dəhlizdə gözləmiş, qardaşı isə çöldə olmuşdur. Hadisə zamanı qardaşı Şahin yox, lakin polis əməkdaşları və icra məmuru orada olmuşdur. X26 heç bir xəsarət yetirməmişdir. Həmin vaxt zərərçəkmiş şəxsin əlindən telefonu almaq istəməmişdir. Telefonda hansı məlumatların olması barədə isə məlumatı olmayıb. Firuzəyə xəsarət yetirməyə cəhd etməmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsi görməmişdir. Sonuncu dəfə zərərçəkmiş şəxsi görəndə də onun üzündə şişlik və ya hansısa xəsarət görməmişdir. Təxminən 14-15 fevral 2024-cü il tarixdə müstəntiq Rəşad Nuriyevin yanında olan zaman zərərçəkmiş şəxsin vəkili Roza Orucova gəlmiş və bildirmişdir ki, 15000 (on beş min) manat verilərsə, zərərçəkmiş şəxs şikayətini geri götürəcəkdir. O, isə vəkillə razılaşmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilərək Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 əlavə şahid qismində dindirilmişdir. Şahid X9 ifadəsində bildirmişdir ki, Suraxanı Rayon Məhkəməsində növbətçilik cədvəli üzrə növbətçi olmuşdur. 2023-cü ilin dekabr ayında növbətçi olan zaman Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati iş üzrə proses olmuşdur. Proses bitdikdən sonra, tərəflər arasında sözlü mübahisə yaranmağa başlamışdır. O, və polis əməkdaşları mübahisənin qarşısını almağa çalışmış və tərəfləri məhkəmənin inzibati binasından çölə çıxarmışlar. Tərəflər çölə çıxandan sonra da, bir müddət mübahisə etmişlər. Daha sonra isə çıxıb getmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında olmuş, Firuzə xanımın yoldaşı və atası da onların yanında olmuşdur. Şahid5 orada olub-olmamasını dəqiq xatırlamır. Tərəflər zaldan çıxanda artıq mübahisə yaranmış, ictimai asayişi pozduqları üçün o, müdaxilə etmişdir. Hadisə vaxtı məhkəmənin mühafizə polisi və sahə müvəkkili də orada olmuşdur. Onları məhkəmənin inzibati binasından çıxardıqdan sonra onlar geri qayıtmamışlar. Tərəflərdən kimsə onların yanında bir-birinə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs Firuzə Məmmədovaya fiziki zorakılıq göstərməmiş, sadəcə aralarında sözlü mübahisə baş vermişdir. Xəsarət yetirilsə idi, onu dərhal aktlaşdırardı. İlk öncə məhkəmənin inzibati binasından kimi çıxarmasını tam xatırlamır, amma deyəsən, Təqsirləndirilən şəxs oğlunu çıxarmışdır. İnzibati binadan çıxarıldıqdan sonra, tərəflər arasında mübahisə davam etmiş, onların səslərini bir müddət eşitmiş, belə ki, sözlü mübahisə davam etmişdir. Qısa müddət sonra isə onlar getmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Suraxanı rayon Polis İdarəsinin 32ci polis bölməsinin sahə müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixdə, Şahid2 barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmiş və iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Həmin tarixdə məhkəmə iclası keçirilmiş, məhkəmə iclası bitdikdən sonra isə, tərəflər arasında sözlü mübahisə yaranmağa başlamışdır. O, həmin vaxt məhkəmə iclas zalında olmuş, səsləri eşidib iclas zalını tərk etmiş və tərəflər arasında sözlü mübahisənin yarandığını görmüşdür. Digər polis əməkdaşı və icra məmuru ilə birlikdə mübahisənin qarşısını almağa çalışmış və tərəfləri məhkəmənin inzibati binasından çölə çıxarmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə təqsirləndirilən və zərərçəkmiş şəxs arasında olmuş, yanlarında Firuzə xanımın atası, Sünbül xanımın isə hər iki oğlu olmuşdur. Mübahisənin necə başladığını görməmiş, çünki bu zaman məhkəmə iclas zalında olmuş, çıxanda isə onlar dəhlizdə artıq sözlü mübahisə etmişlər. Onları məhkəmənin inzibati binasından çıxardıqdan sonra geri qayıtmamışlar. Tərəflərin bir-birinə xəsarət yetirməsini inzibati binada görməmişdir. Təqsirləndirilən şəxs Firuzə Məmmədovaya xəsarət yetirməsinin şahidi olmamışdır. Tərəfləri araladıqdan sonra Firuzə xanımın üzünə diqqət etmədiyi üçün şişkinlik və ya göyərmə olduğunu görməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı vəsatəti qismən təmin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X19 X33 Suraxanı rayon şöbəsinin məhkəmətibb eksperti X12 iş üzrə əlavə şahid qismində dindirilmiş və X12 ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixli, 1113 nömrəli rəydən də göründüyü kimi, Firuzə Məmmədovanın bədən səthində sol alt çənə və çənəaltı nahiyənin hematoması, hər iki saidin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 06 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Müayinə olunanın deməsinə görə, 06 dekabr 2023-cü il tarixdə saat 18:30 radələrində Suraxanı Rayon Məhkəməsinin inzibati binasında qayınanası Sünbül qollarından tutaraq sıxmış və əllə sifətinə zərbələr vurmuşdur. X28 və X31 müayinələrdən keçmişdir. Şikayətləri zədə nahiyəsində olan ağrıdandır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin xəsarətləri kənar şəxs tərəfindən yetirilə bilər, rəydən də göründüyü kimi, xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulması nəticəsində alınması inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Zərərçəkmiş şəxs X28 rentgen müayinə olunmuş və komputer tomoqrafiyasından keçirilmişdir. Xəsarətlər münaqişə zamanı yarana bilər. Zərərçəkmiş şəxs Suraxanı Rayon Məhkəməsinin inzibati binasında xəsarət aldığını bildirmişdir. Zərərçəkmiş şəxsin xəsarətlərinin fotoşəkilləri çəkilməmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Təqsirləndirilən şəxsin oğlunu tanımır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Şahid7 ifadəsində göstərmişdir ki, 06 dekabr 2023-cü il tarixdə, Firuzə Məmmədova DİN-in 102 xidmətinə zəng edərək qayınanası tərəfindən döyüldüyünü bildirmişdir. Daha sonra, Firuzə xanım polis şöbəsinə gəlmiş, onun izahatını almış, xəsarəti olduğu üçün məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərar qəbul etmişdir. Həmin tarixdə də canlı şəxsin ekspertizası keçirilmiş, ekspertiza rəyi alındıqdan sonra isə material istintaq aiddiyyəti üzrə Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin nə kimi xəsarətləri olmasını uzun müddət keçdiyi üçün xatırlamır. Zərərçəkmiş şəxsin xəsarətlərinin fotoşəklini çəkməmişdir. O, zərərçəkmiş şəxsin və qarşı tərəfin izahatlarını almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 240100110 nömrəli cinayət işi 21 may 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci istintaq şöbəsinin müstəntiqi, polis mayoru X29 tərəfindən X13 müracəti əsasında toplanmış HK-1/2037 saylı materiala əsasən fakta görə, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmışdır. (iş.v. 1) 2037 nömrəli raportdan görünür ki, 06 dekabr 2023-cü il tarix, saat 19:06-da 102 xidmətinə zənglə X13 qayınanası tərəfindən döyülməsi ilə bağlı məlumat daxil olmuşdur. (iş.v. 4) X21 tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin rəisinə ünvanlanan 06 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, ikinci dəfə rəsmi ailə qurduğu həyat yoldaşı Şahid2 ilə ailə daxili ər-arvad münasibətləri pozularaq ona qarşı fiziki güc tətbiq edilib döyüldüyü üçün onun barəsində şikayət etdiyindən 06 dekabr 2023-cü il tarixdə, Suraxanı Rayon Məhkəməsində prosesdən çıxıb qaynanası Sünbülə oğlunun digər qadınla danışdığı üçün mobil telefonunda olan sübutları təqdim etməkdən ötrü məhkəmə binasının qapısından çıxan zaman Sünbül ani anda sifət nahiyəsinə əl zərbələri vurub xəsarət yetirib cırmaq atmışdır. Qayınanası Sünbül barəsində tədbir görülüb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v. 5) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X19” X46 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 11 dekabr 2023-cü il tarixli, 1113 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, F.A.Məmmədovanın bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol alt çənə və çənəaltı nahiyənin hematoması, hər iki saidin sıyrıqları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 06 dekabr 2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. (iş.v. 15-16) Suraxanı RPİ-nin İŞ-nin 19 fevral 2024-cü il tarixli, 54/2-4058/2024 saylı əməliyyat tapşırığına cavab olaraq ünvanlanan Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin 22 fevral 2024-cü il tarixli məktubundan görünür ki, baş vermiş hadisənin şahidlərinin müəyyən edilməsi və hadisənin hansı şəraitdə baş verməsinin müəyyən edilməsi barədə müvafiq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində hər hansı müsbət nəticə əldə etmək mümkün olmamışdır. (iş.v. 33; 41) Suraxanı RPİ-nin İŞ-nin 19 fevral 2024-cü il tarixli, 54/2-4057/2024 və 54/2- 4062/2024 saylı sorğularına cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X8 tərəfindən ünvanlanan 29 fevral 2024-cü il tarixli 1/1016 və 1/1017 saylı məktublardan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1989-cu il təvəllüdlü X7 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X5 müraciət etməmişdir. (iş.v. 44-45) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X19” X46 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 29 noyabr 2023-cü il tarixli, 990 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, F.A.Məmmədovanın bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ saidin, sağ budun depiqmentasiya sahələri. Qeyd edilən depiqmentasiya sahələri sıyrıq izləri olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddətləri müayinədən 2-6 həftə əvvələ uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəlri təyin edilmir. F.A.Məmmədovada 9 həftəlik inkişafdan qalmış hamiləlik olmuşdur. Lakin təqdim edilmiş tibbi sənədlərdə hər hansısa bir xəsarətin obyektiv əlamətləri qeyd edilmədiyindən, eləcə də özünün müayinəsi zamanı qarın nahiyəsində xəsarət və ya xəsarət izləri aşkar edilmədiyindən həmin diaqnozun travmatik mənşəli olması barədə fikir söyləmək mümkün olmur. (iş.v. 59-61) Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rəşad Nuriyev tərəfindən qəbul edilmiş 07 mart 2024-cü il tarixli “vəsatətin rədd edilməsi” haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə şahid Təqsirləndirilən şəxs nümayəndəsi Bəhruz Teymur oğlunun zərərçəkmiş şəxs X21 barəsində məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə verdiyi vəsatət rədd edilmişdir. (iş.v. 57-58, 62) Suraxanı RPİ-nin İŞ-nin 19 fevral 2024-cü il tarixli, 54/2-4057/2024 saylı və 54/2- 24068/2024 saylı sorğularına cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatriya X24 Şəxsi tərəfindən ünvanlanmış 26 mart 2024-cü il tarixli 3765 və 3767 saylı cavab məktublarından görünür ki, X21 və Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müaliəcədə olmayıb. (iş.v. 73-74) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X19” X46 tərəfindən verilmiş təkrar “canlı şəxsin ekspertizası”nın 19 mart 2024-cü il tarixli, T 160/2024 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, F.A.Məmmədovada sol alt çənə və çənəaltı nahiyənin hematoması, hər iki saidin sıyrıqları xəsarətləri olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 06 dekabr 2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (iş.v. 76-78) 11 may 2024-cü il tarixli, “üzləşdirmə” protokolundan görünür ki, üzləşmə zamanı X3 Sünbül Məhəmməd qızının üzünə qarşı Sünbülün onu vuraraq xəsarət yetirməsini bildirmişdir. (iş.v. 99-100) 11 may 2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi yaranmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Firuzə Məmmədovanın Şahid2 tərəfindən döyülməsi faktına Suraxanı Rayon Məhkəməsi tərəfindən baxılaraq qərar qəbul edilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə rədd edilmiş xüsusatlarla bağlı material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. (iş.v. 101-106) 11 may 2024-cü il tarixdə, saat 17:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 108-109; 127-128) 11 may 2024-cü il tarixli, “vəsatətin rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən daxil olmuş hadisənin şahidi olmuş şəxslərin müəyyən edilərək dindirilməsi haqqında vəsatət rədd edilmişdir. (iş.v. 98; 131- 132) Azərbaycan Respublikası ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 363.86 manat (üç yüz altmış üç manat səksən altı qəpik) məbləğində əmək pensiyası alır. 63 saylı MKİS-in rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında 05 aprel 1987-ci il tarixdən qeydiyyatdadır. Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 63 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. Qonşularla münasibəti həmişə yaxşı olmuşdur. Məhkəmə iclasında Suraxanı Rayon Məhkəməsinin inzibatı binasında quraşdırılmış təhlükəsizlik kameraların yaddaşında qeydə alınmış hadisəni əks etdirən videogörüntülər olan DVD diskə baxış keçirilmişdir. Baxış zamanı, Məmmədova (Orucova) Firuzə Akif qızının qayınanası Təqsirləndirilən şəxs ilə binanın daxilində sözlə mübahisə etməsi əks olunmuş, hadisə zamanı orada olmuş icra məmuru, mühafizə polisi, digər polis əməkdaşı onları aralaşdırmış, həmçinin Şahid5, Şahid2 və Firuzə Məmmədovanın atası Şahid3 Təqsirləndirilən şəxs və Firuzə Məmmədovanı aralaşdırmış, həqiqətən də onların mübahisə etmələri aşkar görünmüş, mübahisə məhkəmənin inzibati binasının dəhlizində davam etmiş, polis əməkdaşları onları əvvəlcə turniketdən kənara, daha sonra isə məhkəmənin giriş qapısının çölünə çıxartmış, bu zaman Firuzə Məmmədova yenidən məhkəmənin inzibati binasının içərisinə tərəf keçmişdir. F.Məmmədovanın bildirdiyi kimi qayınanası tərəfindən fiziki təzyiqlərə məruz qalması binanın əsas giriş qapısının çöl hissəsində baş verdiyi üçün, həmçinin orada təhlükəsizlik kameraları olmadığından hadisənin hansı şəratidə baş verməsini aydınlaşdırmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs müqavilə üzrə müdafiəçisi olmuş Müdafiəçi tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış məhkəmə nitqindən görünür ki, Azərbaycan Republikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidin ifadələri sübut kimi qəbul olunur. Qeyd etmişdir ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs şahid və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə təqsirli olmadığını bildirmiş, ona ittihamla irəli sürülən cinayəti törətmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə təqsirli olmadığına dair ifadələrini yenidən təsdiq etmişdir. Zərərçəkmiş şəxs X21 ibtidai istintaq dövründə ona təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirildiyini bildirmişdir. Lakin zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə ziddiyyət təşkil edən ifadələr vermişdir. Belə ki, zərərçəkmiş şəxs istintaq dövründə verdiyi ifadələrdə onun qoluna xəsarəti Təqsirləndirilən şəxs yetirdiyini bildirsə də, məhkəmə istintaqı dövründə onun qoluna zərbələri başqa şəxsin yetirdiyi qeyd etmişdir. Zərərçəkmiş şəxsin dindirməsi zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin ona xəsarəti məhkəmə binasının giriş qapısında yetirdiyini qeyd edir, növbəti iclaslarda ona xəsarətin məhkəmə binasının giriş qapısından çıxandan sonra yetirildiyini vurğulayır. 28 avqust 2024-cü il tarixdə keçirilən iclasda Təqsirləndirilən şəxs ona xəsarəti məhkəmə iclasından çıxanda, inzibati binanın içərisində yetirdiyini, hadisənin dəhlizdə baş verdiyini bildirir. Zərərçəkmiş şəxsin hadisənin törədilmə yeri ilə bağlı ziddiyyətli ifadələri ittihamın sübut olunmasında şübhələr yaradır. Bu şübhələr isə digər sübutlarla aradan qaldırıla bilmirsə, təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Zərərçəkmiş şəxs özü də ifadələrində qeyd edir ki, cinayət işində olan kamera görüntülərinə baxılsa, Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi təsdiq edilə bilər. Lakin videomüşahidə kameralarından əldə edilmiş görüntülərdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirmədiyi aydın görünür. Daha sonra, zərərçəkmiş şəxs bildirir ki, ona kamera müşahidəsindən kənar yerdə xəsarət yetiriblər. Zərərçəkmiş şəxsin həm hadisənin yeri ilə bağlı, həm ona xəsarət yetirən şəxslərlə, eləcə də müşahidə kameraları ilə bağlı ifadələri ittihama şübhə salan xüsusatlardır. Bundan əlavə, zərərçəkmiş şəxsin atası Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməyərək, orada olan xüsusatları təkzib edərək təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirməsini görmədiyini, yalnız zərərçəkmiş şəxsin sözlərindən bu qənaətə gəldiyini bildirmişdir. O, da eyni zamanda xəsarətin başqa şəxs tərəfindən yetirildiyini vurğulamışdır. Şahid2 istintaq dövründə vermiş olduğu ifadəni təsdiq edərək, Təqsirləndirilən şəxs Firuzə Məmmədovanı vurmadığını bildirmişdir. Bundan əlavə o, zərərçəkmiş şəxsin onlardan barışmaq üçün pul tələb etdiyini bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında istintaq dövründə çağırılmış iş üzrə şahid qismində dindirilmiş mühafizə polisinin əməkdaşı Şahid1 həm ibtidai istintaq, həm də ki, məhkəmə istintaqı dövründə verdiyi ifadələrdə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Firuzə Məmmədovaya xəsarət yetirməmişdir. Şahid eyni zamanda Firuzə Məmmədovanın üzərində heç bir xəsarət izinin olmadığını müşahidə etmişdir. Şahid yalnız tərəflərin sözlü mübahisə etdiklərini, bundan sonra məhkəmənin inzibati binasını tərk edərək getdiklərini vurğulamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında çağırılmış iş üzrə şahid Suraxanı rayon icra və probasiya şöbəsinin əməkdaşı X9 ifadəsində qeyd etmişdir ki, tərəflər arasında sözlü mübahisə olmuşdur, tərəflər bir-birlərinə xəsarət yetirməmişlər. Şahid hadisə zamanı daim onların yanında olduğunu və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini vurğulamışdır. Sözlü mübahisədən həm əvvəl, həm də sonra zərərçəkmiş şəxsin üzərində xəsarət izlərinin olmadığını bildirmişdir. Eyni zamanda şahid məhkəmənin inzibati binasında qanunsuz hadisənin baş verdiyi təqdirdə onun tərəfindən akt tərtib edilməsi vəzifəsinin olduğunu bildirmiş, inzibati və cinayət xarakterli heç bir hadisənin baş vermədiyi üçün heç bir qanuni tədbir görülmədiyini vurğulamışdır. Məhkəmənin təşəbbüsü ilə ilə çağırılmış 32-ci polis bölməsinin əməkdaşı Şahid6 da hadisə vaxtı orada olduğunu, tərəflərin bir-birlərinə xəsarət yetirmədiklərini qeyd etmişdir. Eyni zamanda müşahidə kamerlarından əldə edilmiş videogörüntülərdən də aydın olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə sözlü mübahisə edir, onların fiziki kontakta girməsi müşahidə edilmir. Hətta videogörüntülərdən aydın olur ki, zərərçəkmiş şəxs özü Təqsirləndirilən şəxs hücum edir, orada olan şəxslər zərərçəkmiş şəxsi sakitləşdirməyə çalışırlar. Hücum edən, qarşı tərəfi provakasiya çəkən zərərçəkmiş şəxsin xəsarət almasına dair - üzünü tutması, əlini çənə nahiyyəsində saxlaması, ona tibbi yardım göstərilməsi kimi əlamətlər ümumiyyətlə videogörüntülərdə müşahidə edilmir. Sübutların təhlilindən tam aydın olur ki, Təqsirləndirilən şəxs təqsirsizdir, onun cinayət əməlini törətməsinə dəlalət edən zərərçəkmiş şəxsin ifadəsindən başqa heç bir sübut yoxdur, təqsirləndirilən şəxsin təqsirsiz olmasına dair cinayət işində kifayət qədər sübutlar mövcuddur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs ittihamla ona irəli sürülmüş CM-in 128.1-ci maddəsi üzrə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmuş müdafiəçisi Elçin Əmirov tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və əvvəlki müdafiəçinin çıxışının eyni məzmunundakı çıxış nitqindən görünür ki, Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən,məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Cinayət Prosessual Məcəlləsinin 124.1.1-ci maddəsinə əsasən bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmçinin Cinayət Prosessual Məcəlləsinin 124.1.2-ci maddəsinə əsasən bu sübutlarda hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət prosesində şübhəli, təqsirləndiriləm və zərərçəkmiş şəxsin və şahidin ifadələri sübut kimi qəbul olunur. Qeyd edim ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs şahid və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə təqsirli olmadığını bildirmiş, ona ittihamla irəli sürülən cinayəti törətmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə təqsirli olmadığına dair ifadələrini yenidən təsdiq etmişdir. Zərərçəkmiş şəxs X21 ibtidai istintaq dövründə ona təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirildiyini bildirmişdir. Lakin zərərçəkmiş şəxs məhkəmə istintaqı dövründə ziddiyyət təşkil edən ifadələr vermişdir. Belə ki, zərərçəkmiş şəxs həm ibtidai istintaq həmdə məhkəmə istintaqı dövründə verdiyi ifadələrdə onun qoluna xəsarəti Təqsirləndirilən şəxs tərəfindən harada yetirlməsi barədə bir-biri ziddiyət təşkil edən bir sıra ifadələr vermişdir. Zərərəçkmiş şəxsin dindirməsi zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirlən şəxsin ona xəsarəti məhkəmə binasının giriş qapısında yetirdiyini qeyd edir, növbəti iclaslarda ona xəsarətin məhkəmə binasının giriş qapısından çıxandan sonra yetirildiyini vurğulayır. Son olaraq isə ifadələrinin birində zərərçəkmiş şəxs ona xəsarətlərin ümumiyyətcə Təqsirləndirilən şəxs tərəfindən yox digər şəxs tərəfindən yetirildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən iclasda Təqsirləndirilən şəxs ona xəsarəti məhkəmə iclasından çıxanda, inzibati binanın içərisində yetirdiyini, hadisənin dəhlizdə baş verdiyini bildirir. Zərərçəkmiş şəxsin hadisənin törədilmə yeri ilə bağlı ziddiyyətləri ifadələri ittihamın sübut olunmasında şübhələr yaradır. Bu şübhələr isə digər sübutlarla aradan qaldırıla bilmirsə təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Zərərçəkmiş şəxs özü də ifadələrində qeyd edir ki, cinayət işində olan kamera görüntülərinə baxılsa Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi təsdiq edilə biiər. Lakin video müşahidə kameralarından əldə edilmiş görüntülərdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirmədiyi aydın görünür. Daha sonra isə zərərçəkmiş şəxs bildirir ki, ona kamera müşahidəsindən kənar yerdə xəsarət yetiriblər. Zərərçəkmiş şəxsin həm hadisənin yeri ilə bağlı, həm ona xəsarət yetirən şəxslərlə, eləcə də müşahidə kameraları ilə bağlı ifadələri ittihama şübhə salan xüsusatlardır. Bundan əlavə zərərçəkmiş şəxsin atası Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etməyərək, orada olan xüsusatları təkzib edərək təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirməsini görmədiyini, yalnız zərərçəkmiş şəxsin sözlərindən bu qənaətə gəldiyini bildirmişdir. O, da eyni zamanda xəsarətin başqa şəxs tərəfindən yetirildiyini vurğulamışdır. Şahid2 istintaq dövründə vermiş olduğu ifadəni təsdiq edərək, Təqsirləndirilən şəxs Firuzə Məmmədovanı vurmadığını bildirmişdir. Bundan əlavə o, zərərçəkmiş şəxsin onlardan barışmaq üçün pul tələb etdiyini bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında istintaq dövründə çağırılmış iş üzrə şahid qismində dindirilmiş mühafizə polisinin əməkdaşı Şahid1 həm ibtidai istintaq həm də ki, məhkəmə istintaqı dövründə verdiyi ifadələrdə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Firuzə Məmmədovaya xəsarət yetirməmişdir. Şahid eyni zamanda Firuzə Məmmədovanın üzərində heç bir xəsarət izlərinin olmadığını müşahidə etmişdir. Şahid yalnız tərəflərin sözlü mübahisə etdiklərini, bundan sonra məhkəmənin inzibati binasını tərk edərək getdiklərini vurğulamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında çağırılmış iş üzrə şahid Suraxanı rayon icra və probasiya şöbəsinin əməkdaşı X9 ifadəsində qeyd etmişdir ki, tərəflər arasında sözlü mübahisə olmuşdur, tərəflər bir birlərinə xəsarət yetirməmişlər. Şahid hadisə zamanı daim onların yanında olduğunu və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini vurğulamışdır. Sözlü mübahisədən həm əvvəl həm də sonra zərərçəkmiş şəxsin üzərində xəsarət izlərinin olmadığını bildirmişdir. Eyni zamanda şahid məhkəmənin inzibati binasında qanunsuz hadisənin baş verdiyi təqdirdə onun tərəfindən akt tərtib edilməsi vəzifəsinin olduğunu bildirmiş, inzibati və cinayət xarakterli heç bir hadisənin baş vermədiyi üçün heç bir qanuni tədbir görülmədiyini vurğulamışdır. Məhkəmənin təşəbbüsü ilə ilə çağırılmış 32-ci polis bölməsinin əməkdaşı Şahid6 da hadisə vaxtı orada olduğunu, tərəflərin bir birlərinə xəsarət yetirmədiklərini qeyd etmişdir. Eyni zamanda müşahidə kamerlarından əldə edilmiş video görüntülərdən də aydırı olur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə sözlü mübahisə edir, onların fiziki kontakta girməsi müşahidə edilmir. Hətta video görüntülərdən aydın olur ki, zərərçəkmiş şəxs özü Təqsirləndirilən şəxs hücum edir, orada olan şəxslər zərərçəkmiş şəxsi sakitləşdirməyə çalışırlar. Hücum edən, qarşı tərəfi provakasiya çəkən zərərçəkmiş şəxsin xəsarət almasına dair - üzünü tutması, əlini çənə nahiyyəsində saxlaması, ona tibbi yardım göstərilməsi kimi əlamətlər ümumiyyətlə video görüntülərdə müşahidə edilmir. Sübutların təhlilindən tam aydın olur ki, Təqsirləndirilən şəxs təqsirsizdir, onun cinayət əməlini törətməsinə dəlalət edən zərərçəkmiş şəxsin ifadəsindən başqa heç bir sübut yoxdur, təqsirləndirilən şəxsin təqsirsiz olmasında dair cinayət işində kifayət qədər sübutlar mövcuddur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs ittihamla ona irəli sürülmüş CM-in 128.1-ci maddəsi üzrə bəraət verilməsini xahiş etmişdir. İş üzrə Şahid2, 07 avqust 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin onun anası olmasını, buna görə də şahid qismində ifadə verməkdən imtina etməsini və bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs Orucova (Məmmədova) Firuzə Akif qızı, 06 avqust 2024cü il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin vəsatət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən 28 avqust 2024-cü il tarixdə qəbul edilmiş qərarla rədd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən X34 və X32 24 oktyabr 2024-cü il tarixdə sorğular ünvanlanaraq 06 dekabr 2023-cü il tarixdən 08 dekabr 2023-cü il tarixədək olan müddətdə iş üzrə zərərçəkmiş şəxs X21 (FİN xxxxxxx) tərəfindən Tibb Mərkəzinə müraciətin olub-olmaması, müsbət halda, onunla bağlı tibbi sənədlərin surətlərinin Suraxanı Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı müraciət edilmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X47 Ə.D.Məlikov adına X39" X46 tərəfindən Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan 06 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X21 xx.xx.2023-cü il tarixində "Ə.D.Məlikov adına X39” X42 Poliklinika şöbəsinə müraciət etmişdir. Poliklinika şöbəsinin həkim-cərrahı X10 qəbulunda olmuş, "S07.0 - Üzün bərk əzilməsi” diaqnozu qoyulmuşdur. Xəstə gicgah-çənə oynağının rentgen müayinəsinə göndərilmişdir. Özünün deməsinə görə döyülərək xəsarət almışdır. X2 şöbəsinin “Ambulator xəstələrin qeydiyyat kitabı-cərrah” jurnalında qeydiyyata alınmışdır. Kəllə sümüklərinin gicgah-cənə nahiyyəsinin rentgen şəkillərində: Sümük tamlığının pozulması rentgenpataloji dəyişiklik müşahidə edilməmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X40 Tibb Mərkəzi tərəfindən Suraxanı Rayon Məhkəməsi 24 oktyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan 18 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X21 xx.xx.2023-cü il tarixində, saat 12:50-də X41 müraciət etmişdir. Xəstənin dediyinə görə 06 dekabr 2023-cü il tarixində Suraxanı Rayon Məhkəməsindən çıxanda qayınanası tərəfindən döyülərək xəsarət almışdır. Xəstəyə KT müayinəsi olunmuş, Diaqnoz: Sol çənəaltı nahiyənin əzilməsi olmuşdur. İş üzrə həmçinin müəyyən edilmişdir ki, X21 rəsmi olaraq nikaha xitam verdiyindən soyadını dəyişdirmiş və onun tam adı, soyadı və ata adı Zərərçəkmiş şəxs kimi tanınmalı və qəbul olunmalıdır. İş üzrə zərərçəkmiş şəxs Orucova (Məmmədova) Firuzə Akif qızı tərəfindən məhkəməyə təqdim edilmiş 06 dekabr 2023-cü il tarixə saat 21 radələrinə olan 06 ədəd fotoşəkildən onun çənəaltı nahiyəsinin göyərməsi və vizual şəkildə aşkar görünən xəsarət alması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək bildirmişdir ki, Firuzə Məmmədovanı vurmamış və ona heç bir xəsarət yetirməmişdir. O, ancaq Firuzənin ona tərəf tutduğu telefonu əli ilə kənarlaşdırmışdır. Firuzə Məmmədovanın onun barəsində qeyd etdikləri şər və böhtan xarakteri daşıyır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilməyərək, F.Məmmədovaya heç bir xəsarət yetirmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı həm iş materiallarından və müvafiq ekspertiza rəylərindən, həm xəstəxanalara verilmiş sorğuların cavablarından, həm şahid qismində dindirilmiş ekspertin ifadəsindən, həmçinin zərərçəkmiş şəxs tərəfindən hadisənin baş verdiyi tarixdə çəkilmiş, aldığı xəsarətlərin (ekspertiza rəyində göstərilən xəsarətlər) aşkar şəkildə göründüyü 06 ədəd fotoşəkildən Təqsirləndirilən şəxs dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Belə ki, 06 dekabr 2023-cü il tarixdə Firuzə Məmmədova ərizə ilə 31-ci polis şöbəsinə müraciət edərək həmin gün Suraxanı rayon Məhkəməsində prosesdən çıxıb qayınanası Sünbülə oğlunun digər qadınla danışdığı üçün mobil telefonunda olan sübutları təqdim etməkdən ötrü məhkəmə binasının qapısından çıxan zaman Sünbülün ani anda sifət nahiyəsinə əl zərbələri vurub xəsarət yetirib cırmaq atmasını bildirmişdir. Bundan başqa Firuzə Məmmədova ilkin izahatında da hadisənin məhkəmə binasından çıxan zaman qapının qarşısında çöl tərəfdə olmasını göstərmişdir. Bundan başqa 11 dekabr 2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının 1113 saylı rəyinin təsviri hissəsindən də görünür ki, hadisə məhkəmənin inzibati binasında giriş qapının yanında baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X19” X46 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 11 dekabr 2023-cü il tarixli, 1113 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, F.A.Məmmədovanın bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol alt çənə və çənəaltı nahiyənin hematoması, hər iki saidin sıyrıqları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 06 dekabr 2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətlərin digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Bundan əlavə, Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X42 X43" tərəfindən Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan 18 noyabr 2024-cü il tarixli məktubdan da görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X21 xx.xx.2023-cü il tarixində, saat 12:50-də X41 müraciət etmişdir. Xəstəyə KT müayinəsi olunmuş, Diaqnoz: Sol çənəaltı nahiyənin əzilməsi olmuşdur. Bundan başqa zərərçəkmiş şəxs X21 tərəfindən məhkəməyə təqdim edilmiş 06 dekabr 2023-cü il tarixə saat 21 radələrinə olan 06 ədəd fotoşəkildən onun çənəaltı nahiyəsinin göyərməsi və vizual şəkildə aşkar görünən xəsarət alması müəyyən edilmişdir. Həmçinin xx.xx.1989-cu il təvəllüdlü X21 xx.xx.2023-cü il tarixində “X39” X42 Poliklinika şöbəsinə müraciət etmişdir. Poliklinika şöbəsinin həkim-cərrahı X10 qəbulunda olmuş, "S07.0 - Üzün bərk əzilməsi” diaqnozu qoyulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə verilmiş ittiham tam şəkildə öz təsdiqini tapmışdır. İş üzrə məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid2, Şahid7, Şahid3, Şahid6, Rəşad Dövlətzadənin və Şahid1 ifadələrində qeyd etdikləri hallar həqiqətən də Təqsirləndirilən şəxs ilə Firuzə Məmmədova arasında münaqişənin olmasını, həmin münaqişənin məhkəmənin inzibati binasında baş verməsini, daha sonra onları sakitləşdirərək inzibati binadan çölə çıxarılmalarını təsdiq edir. Göründüyü kimi münaqişə yalnız iki tərəf arasında baş vermiş, qalan şəxslər yalnız Təqsirləndirilən şəxs və Firuzə Məmmədovanı ayırmışdır. Hadisə isə məhkəmənin inzibati binasının giriş qapısının çöl tərəfində baş verdiyindən kamera görüntülərinin müşahidə hissəsinə düşməsə də inzibati binanın içərisində konkret olaraq Təqsirləndirilən şəxs ilə Firuzə Məmmədovanın mübahisə etmələri aydın görünmüşdür. X17 həmin vaxt almış olduğu xəsarətlər məhkəmə tibbi ekspertiza və təkrar məhkəmə tibbi ekspertiza rəyləri, o cümlədən müraciət etdiyi tibb müəssisələrindən alınmış cavab məktubları ilə də təsdiq olunmuşdur ki, xəsarət şəxsin özü tərəfindən deyil, kənar şəxs tərəfindən yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs həm ibtidai, həm də məhkəmə istintaqında verdiyi ifadələrində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir mötəbər dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun dediklərinə tənqidi yanaşaraq verdiyi ifadələrini sübut növü kimi qiymətləndirmir. Məhkəmə həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid2, Şahid7, Şahid3, Şahid6, Rəşad Dövlətzadənin və Şahid1 ifadələrini də sübut qismində tanımır. Belə ki, həmin şəxslərin ifadələrində Təqsirləndirilən şəxs ilə Firuzə Məmmədova arasında məhkəmənin inzibati binasında münaqişənin baş verməsi təsdiq olunsa da, həmin ifadələrdə xəsarətin yetirilmə anını təsdiq edəcək məlumat yoxdur. Videogörüntüdən də aydın olur ki, məhkəmənin inzibati binasının giriş qapısından çöl tərəfdə Təqsirləndirilən şəxs, övladları Şahin və Şahmar, həmçinin zərərçəkmiş şəxs Firuzə Məmmədova olmuş, digər iş üzrə şahid qismində dindirilmiş şəxslər isə giriş qapıdan içəridə olmuş, buna görə də həmin şahidlər X20 Qasımova tərəfindən vurulma anını görə bilməmişdir. Məhkəmə tibbi ekspertiza rəyləri ilə də müəyyən olunur ki, xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. X17 başqa şəxslə münaqişədə olmaması, bu hadisədən dərhal sonra DİN-nin 102 xidmətinə məlumat verməsi və 31-ci polis şöbəsinə ərizə ilə müraciət etməsi, həmçinin sifətindəki xəsarətlərin mobil telefonla həmin gün saat 21 radələrinə çəkilmiş fotoşəkilləri, onun tərəfindən döyülmə hadisəsinin məhkəmənin inzibati binasının giriş qapısının yanında baş verməsini bildirməsi Təqsirləndirilən şəxs tərəfindən xəsarətin məhz məhkəmənin inzibati binasının giriş qapısından çöl tərəfdə videomüşahidə kamerasının izləyə bilmədiyi hissədə baş verməsinə əsas verir. Videogörüntüdə hadisənin 15:58-də baş verməsi, 102 xidmətinə olan məlumatın 19:06-da olması, mobil telefonla çəkilmiş fotoşəkillərin isə həmin gün saat 21 radələrində olması Firuzə Məmmədovanın həqiqətən də həmin gün kənar şəxs tərəfindən konkret olaraq isə Təqsirləndirilən şəxs tərəfindən xəsarət almasını təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Belə ki, iş materiallarında zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 06 ədəd fotoşəkildə ekspert rəyi nəticəsində onda aşkar edilmiş xəsarətlər vizual şəkildə görünür və hadisənin baş verdiyi gün çəkilmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. Odur ki, hadisənin videogörüntülərini özündə əks etdirən əks etdirən 01 ədəd disk və zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyi nəticəsində onda aşkar edilmiş xəsarətlərin vizual şəkildə göründüyü 06 ədəd fotoşəkil cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyinə görə maddi sübut qismində tanınmalı və iş materiallarına əlavə edilməlidir. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Hazırki iş üzrə təqsirləndirilən şəxlə zərərçəkmiş şəxs arasında barışıq əldə edilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün hər hansı bir əsas yoxdur. Cinayət Prosessual Məcəllənin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Belə ki, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, 06 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində ünvan 10 ünvanında yerləşən Suraxanı Rayon Məhkəməsinin inzibati binasının giriş qapısından çöl tərəfdə oğlu Şahid2 arvadı X21 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əli ilə bir neçə dəfə Firuzə Məmmədovanı sifətindən və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona sol alt çənə və çənəaltı nahiyənin hematoması, hər iki saidin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, şahid qismində dindirilmiş məhkəmə tibb eksperti X6 ifadəsi, məhkəmə tibbi ekspertizası, təkrar məhkəmə tibbi ekspertizasının rəyləri, o cümlədən Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X46 X44 və Ə.D.Məlikov adına X39" X46 tərəfindən verilmiş sorğulara cavablar, həmçinin zərərçəkmiş şəxs tərəfindən hadisənin baş verdiyi tarixdə çəkilmiş, aldığı xəsarətlərin (ekspertiza rəyində göstərilən xəsarətlər) aşkar şəkildə göründüyü 06 ədəd fotoşəkil, istintaq və məhkəmə hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (iş.v. 42) Təqsirləndirilən şəxs CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsi məhkəmə tərəfindən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 43.2-ci maddəsinə əsasən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. CM-nin 44-cü maddəsinə əsasən cərimə bu məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. CM-nin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cərimə növündə cəzaya məhkum edilməli, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmalı, hadisənin videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd CD disk və zərərçəkmiş şəxs Orucova (Məmmədova) Firuzə Akif qızı tərəfindən məhkəməyə təqdim edilmiş xəsarət izlərini əks etdirən 06 ədəd fotoşəkil maddi sübut qismində tanınmalı və cinayət işi materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü X36 müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil X36 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X30 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1500 (min beş yüz) manat məbləğində cərimə növündə cəzaya məhkum edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hadisənin videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd CD disk və zərərçəkmiş şəxs Orucova (Məmmədova) Firuzə Akif qızı tərəfindən məhkəməyə təqdim edilmiş xəsarət izlərini əks etdirən 06 ədəd fotoşəkil maddi sübut qismində tanınsın və cinayət işi materiallarında saxlansın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Vəkil X25 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X30 ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-364/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-364/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver